Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


E.KƏLBİZADƏ “Naxçıvanda ədəbi proses – 2012: əsas



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix03.02.2017
ölçüsü1,72 Mb.
#7358
1   2   3

E.KƏLBİZADƏ

“Naxçıvanda ədəbi proses – 2012: əsas

yekunlar və vəzifələr”mövzusunda

konfrans 

    Müstəqil  ali  təhsil  ocağı  kimi

fəaliyyətinin onuncu ilinə qədəm

qoyan Naxçıvan Müəllimlər İns-

titutunun Azərbaycanın, eləcə də

qardaş  Türkiyə  Respublikasında

fəaliyyət göstərən bir çox ali təhsil

müəssisələri ilə qarşılıqlı əlaqələri

mövcuddur. 

    Bu günlərdə Şimali Kipr Türk

Respublikasının  Şərqi  Ağdəniz

Universiteti  ilə  Naxçıvan  Müəl-

limlər  İnstitutu  arasında  müəllim

və  tələbə  mübadiləsi,  elmi  araş-

dırmaların  aparılması  və  bir  çox

məsələlər üzrə qarşılıqlı müqavilə

imzalanmışdır. Müqaviləyə əsasən,

hər iki ali təhsil müəssisəsi arasında

qarşılıqlı təcrübə mübadiləsi apa-

rılacaq. Bundan başqa, yeni peda-

qoji üsulların və elmi axtarışların

təqdimi  istiqamətində  müştərək

tədbirlərin keçirilməsi və qarşılıqlı

əməkdaşlıq nəzərdə tutulur. Nax-

çıvan  Müəllimlər  İnstitutu  Şərqi

Ağdəniz Universitetində əldə edilən

qabaqcıl təcrübədən faydalanmaqla

cəmiyyət üçün yararlı, bilikli pe-

daqoji kadrların hazırlanması məq-

sədilə qarşılıqlı təcrübə mübadilə-

sinin aparılmasını da planlaşdırır.

Naxçıvan  Müəllimlər  İnstitutunun

mətbuat xidməti

Ali təhsil ocağı daha bir universitetlə

əməkdaşlığa başlamışdır

Mütəxəssislər arıçılarla görüşüblər

    Dünən  Babək  rayonunda  Naxçıvan  Muxtar  Respublikası  Dövlət

Baytarlıq Xidməti mütəxəssislərinin arıçılıqla məşğul olan sahibkarlarla

görüşü  keçirilib.  Tədbiri  Babək  Rayon  İcra  Hakimiyyəti  başçısının

müavini Abbas Əliyev açaraq belə görüşlərin əhəmiyyətindən danışıb. 

    Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Baytarlıq  Xidmətinin  rəisi

Əbil  Əbilov  bildirib  ki,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin  2008-ci  il  17  sentyabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq

məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada

arıçılıq məhsulları istehsalının artırılmasına stimul verib. Kənd təsərrüfatının

xeyli  gəlir  gətirən,  qida  və  müalicəvi  baxımdan  xeyirli  sahələrindən

olan  arıçılıq  muxtar  respublikanın  dağ  və  dağətəyi  rayonlarında  daha

geniş yayılıb. Son illər bu sahəyə maraq bir qədər də artıb.  

    Naxçıvan  Dövlət  Universitetinin  müəllimi,  biologiya  üzrə  fəlsəfə

doktoru Əli Tahirov və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq

Xidmətinin baytar həkimi Kamil Qurbanov arı ailələrinin saxlanılması

və arı xəstəliklərinə qarşı profilaktik tədbirlər barədə danışıblar. 

    Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Xəbərlər şöbəsi

    Bu fikirlər dünən Naxçıvan Muxtar

Respublikası Dövlət Miqrasiya Xid-

mətində 2012-ci ilin yekunlarına və

qarşıda duran vəzifələrə həsr olunan

kollegiya iclasında səsləndirilib.

    İclasda  xidmətin  rəisi,  baş  miq-

rasiya xidməti müşaviri Fazil Ələk-

bərov  məruzə  edərək  bildirib  ki,

Naxçıvan  Muxtar  Respublikası Ali

Məclisi  Sədrinin  diqqət  və  qayğısı

ilə bütün sahələrdə əldə olunan yük-

sək  nailiyyətlər,  yeni  iş  yerlərinin

açılması,  infrastrukturun  yeniləşdi-

rilməsi,  tikinti-quruculuq,  abadlıq

işlərinin geniş vüsət alması əcnəbi-

lərin muxtar respublikaya marağını

artırıb, miqrasiya proseslərini inten-

sivləşdirib. Miqrasiya proseslərinin

idarə  edilməsi  sahəsində  nəzarətin

gücləndirilməsi, qanunsuz miqrasi-

yanın qarşısının alınması, miqrasiya

proseslərinin təhlili, tənzimlənməsi

və  bu  sahədə  ciddi  nəzarət  mexa-

nizminin yaradılması istiqamətində

muxtar respublika Dövlət Miqrasiya

Xidmətinin qarşısında mühüm tap-

şırıqlar qoyulub.

Məruzəçi ötən il

ərzində  miqrasiya

proseslərinin günün

tələbləri səviyyəsin-

də tənzimləndiyini,

qanunsuz  miqrasi-

yaya qarşı mübarizə

sahəsində kompleks

tədbirlərin  həyata

keçirildiyini,  miq-

rantların mövcud so-

sial-iqtisadi  vəziy-

yətə uyğunlaşmasını

sürətləndirən şərai-

tin yaradıldığını bil-

dirib.  Qeyd  edilib

ki,  miqrasiya  pro-

seslərinin idarə olun -

masında iştirak edən

dövlət orqanları ilə

qarşılıqlı əlaqələrin

yaradılması, muxtar

respublika  daxilində miqrasiya qay-

dalarının beynəlxalq standartlara uy-

ğunlaşdırılması, kadr hazırlığı siya-

sətinin təkmilləşdirilməsi, əməkdaş-

ların  peşəkarlıq  səviyyəsinin  yük-

səldilməsi sahəsində də məqsədyönlü

tədbirlər həyata keçirilib.

    Xidmət rəisi  bildirib ki, 2012-ci

il  ərzində  xidmət  tərəfindən  haqqı

ödənilən  əmək  fəaliyyətini  həyata

keçirməyə icazə verən rəsmi sənəd –

fərdi  icazə  ilə  bağlı,  ümumilikdə,

687  müraciət  icraata  qəbul  edilib.

Müraciətlərdən  635-i  icra  edilib,

42-si icraata alınıb, 10-na isə imtina

qərarı  verilib.  Fərdi  icazələrin  sayı

2011-ci  illə  müqayisədə  382  ədəd

çox olub. Xidmətə Azərbaycan Res-

publikasında  müvəqqəti  yaşamaq

icazəsi ilə bağlı  1136 müraciət daxil

olub.  Daxil  olmuş  müraciətlərin

32-si  icraata  alınıb,  1104  müraciət

təmin  edilib.  Bəhs  olunan  dövrdə

muxtar respublika ərazisində qanun-

suz  yaşadığına  və  qanunsuz  əmək

fəaliyyəti ilə məşğul olduğuna görə

281 əcnəbi vətəndaş saxlanılıb. Aşkar -

lanan əcnəbilərdən 45-i cərimələnib,

77  əcnəbi  barəsində  ölkə  hüdudla-

rından kənara çıxarmaq barədə qərar

qəbul  edilib.  Xidmət  tərəfindən  64

əcnəbiyə xəbərdarlıq edilib və onlar

48 saat ərzində ölkə hüdudlarından

kənara çıxarılıb. 95 əcnəbi isə təli-

matlandırılıb və əmək fəaliyyəti ilə

məşğul  olmaq  üçün  fərdi  icazə  ilə

təmin edilib. 2012-ci il ərzində xidmət

tərəfindən  dövlət  büdcəsinə,  ümu-

milikdə, 405 min 620 manat məblə-

ğində  vəsait  köçürülüb.  Bu  da

2011-ci ildə ödənilən vəsaitdən 187

min 300 manat çoxdur.

    Ötən il xidmətə qəbul məsələlərində

şəffaflığa diqqət artırılıb, muxtar res-

publika Dövlət Miqrasiya Xidmətinə

işə qəbulla bağlı müsabiqə elan olunub.

Müsabiqədə müvəffəqiyyət qazanan-

lardan 18-i işə qəbul edilib. Beynəlxalq

təcrübənin  öyrənilməsi,  miqrasiya

proseslərinin idarə olunması və kadr

hazırlığı səviyyəsinin yüksəldilməsi,

əməkdaşların  nəzəri  və  praktiki  ba-

xımdan  bilik  və  bacarıqlarının  artı-

rılması,  həmçinin  xidmətə  yeni  işə

qəbul olunmuş işçilərin peşə hazırlı-

ğının artırılması məqsədilə seminarlar

keçirilib,  təlim-tədris  kursları  təşkil

edilib.


    Sonra  xidmətin  əməkdaşlarından

Əfqan  Əliyevin,  Şahin  Nəbiyevin,

Aysel  Əliyevanın,  Amid  Zülfüqar-

ov un çıxışları  olub.  Çıxışlarda  vur-

ğulanıb  ki,  Naxçıvan  Muxtar  Res-

publikası Dövlət Miqrasiya Xidməti

ötən il olduğu kimi, 2013-cü ildə də

qarşıya qoyulmuş vəzifə və tapşırıqları

dəqiq, qərəzsiz, peşəkarlıqla və vax-

tında icra etməklə dövlətimizin təh-

lükəsizliyinə, daxili əmək bazarının

qorunmasına və iqtisadiyyatının in-

kişafına töhfə vermək əzmindədir.

    İclasa Naxçıvan Muxtar Respub-

likası Dövlət Miqrasiya Xidmətinin

rəisi, baş miqrasiya xidməti müşaviri

Fazil Ələkbərov yekun vurub.



Səbuhi HÜSEYNOV



       Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının

milli  təhlükəsizliyini  və  milli  maraqlarını  qoruyub.

Xidmət miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz

miqrasiyanın qarşısının alınması, miqrantların öz hü-

quqlarını həyata keçirmələri üçün şəraitin yaradılması

məqsədilə bu sahədə Azərbaycan Respublikasının möv-

cud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri

icra edib, illik fəaliyyətində səmərəli və məqsədyönlü

fəaliyyət istiqamətini əsas götürüb.

Dövlət Miqrasiya Xidmətinə ötən il müvəqqəti yaşamaq

icazəsi ilə bağlı 1136 müraciət daxil olub

3

    Osmanlı  imperiyası  1877-1878-ci  illər

müharibəsi nəticəsində itirdiyi Qars, Ərdəhan,

Batumi kimi vilayətləri 1918-ci ildə yenidən

geriyə  qaytara  bildi.  Osmanlılar  həmçinin

Rusiyanın ağır vəziyyətindən istifadə edərək

Naxçıvan  üzərində  də  nəzarəti  ələ  aldılar.

Bölgədə  türk  idarəçiliyinin  qurulması  az-

ğınlaşmış erməni quldur dəstələri tərəfindən

törədilən  qırğınlara  müvəqqəti  son  qoydu. 

     Lakin 1918-ci il oktyabr ayının 30-da bağ-

lanmış Mudros sülhü bölgənin yenidən Osmanlı

nəzarətindən çıxmasına səbəb oldu. Osman-

lıların  bölgədən  çəkilməsindən  sonra Azər-

baycan  Xalq  Cümhuriyyətinin  bu  bölgədə

yaşayan əhalinin Bakıya göndərilmiş nüma-

yəndələrinin müraciətinə cavab olaraq siyasi,

diplomatik müdaxilə cəhdləri nəticəsiz qaldı.

Belə bir şəraitdə noyabrın əvvəllərində Nax-

çıvanda yerli ziyalılar, dekabrın əvvəllərində

isə Cənub-Qərbi Qafqazdakı Milli Şura mühüm

qərarlar  qəbul  etdilər.  Birincilərin  qərarı  ilə

əsasən Naxçıvan ərazisini əhatə edən Araz-

Türk  Respublikası,  ikincilərin  qərarı  ilə  isə

Naxçıvanın bəzi rayonları ilə yanaşı, yaxınlıqda

yerləşən keçmiş Osmanlı vilayətlərini də əhatə

edən Cənub-Qərbi Qafqaz Türk Respublikası

yaradıldı. Beləliklə də, Gürcüstan, Azərbaycan,

Ararat-Ermənistan, Dağıstan cümhuriyyətlə-

rinin  ardınca  Cənubi  Qafqazda  beşinci  və

altıncı cümhuriyyətlər qurulmuş oldu.  

    Cənub-Qərbi Qafqaz Türk Respublikasının

elanedilmə tarixi ilə bağlı məlumatlar məlum

olsa da, Araz-Türk Respublikasının yaran-

masının konkret tarixi mübahisəlidir. Aydın

Hacıyev  “Qars və Araz-Türk respublikala-

rının  tarixindən”  adlı  kitabında  bu  tarixin

1918-ci ilin noyabr ayının sonlarına təsadüf

etdiyini yazır. Dövrün digər bir tədqiqatçısı

Q.Mədətov isə Araz-Türk Respublikasının

yaranmasının Osmanlı qoşunlarının bölgəni

tərk  etməsi  ərəfəsinə,  yəni  noyabr  ayının

əvvəllərinə təsadüf etdiyini qeyd edir. 

    Araz-Türk Respublikasının tərkibinə Nax-

çıvan və Şərur-Dərələyəz qəzaları, Sərdar -

abad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri

və  sair  bölgələr  daxil  idi.  Yeni  hökumətə

Əmir  bəy  başçılıq  edirdi.  Lakin  tezliklə

daxili çəkişmələrin başlanması yeni dövlətin

möhkəmlənməsinə  imkan  vermirdi.  Əmir

bəyin demokratik meyillərindən fərqli olaraq,

ona  müxalif  qüvvələrə  rəhbərlik  edən  Cə-

fərqulu xan feodal qaydalarının hökm sürdüyü

keçmiş xanlıq sistemini bərpa etmək istəyirdi. 

    Araz-Türk  Respublikasının  xarici  siya-

sətində təcavüzkar daşnaklardan özünü mü-

dafiə etmək məsələsi əsas yer tuturdu. Hö-

kumət  bu  məsələni  daha  çox  diplomatik

yollarla həll etməyə cəhd edirdi. Azərbaycan

Xalq  Cümhuriyyəti  bu  regionda  öz  haki-

miyyətini bərpa etməyə qadir olmadığı üçün

regionun daşnak Ermənistanının deyil, Araz-

Türk Respublikasının idarəçiliyində qalma-

sına üstünlük verirdi. Elə bu məqsədlə AXC

hökuməti  Araz-Türk  Respublikasının  mü-

vəqqəti də olsa, beynəlxalq və regional sə-

viyyələrdə tanınmasına tərəfdar çıxırdı. Azər-

baycan  Xalq  Cümhuriyyəti  parlamentinin

7  dekabr  1918-ci  il  tarixli  iclasında Araz-

Türk hökumətinin nümayəndəsi P.Əliyevin

digər  ölkələrin  diplomatik  nümayəndələri

ilə birlikdə xüsusi lojada oturdulması da bu

siyasətin  tərkib  hissəsi  idi.  Qeyd  edək  ki,

həmin iclasda Bakıdakı İran konsulu M.Səüd-

əl-vəzara, İran maliyyə agenti, Dağlılar hö-

kumətinin  nümayəndəsi  Çermoyev,  Gür-

cüstan  Respublikasının  diplomatik  nüma-

yəndəsi İ.N.Karsivadze iştirak edirdilər. 

     Tarixi araşdırmaların bəzilərində qeyd olu-

nur ki, (A.Hacıyev və digərləri) Cənub-Qərbi

Qafqaz Respublikası yaradılarkən Araz-Türk

Respublikası  onun  tərkibinə  formal  olaraq

daxil  edilmişdir.  Lakin  buna  baxmayaraq,

Araz-Türk Respublikası həmin dövrdə belə,

özünün daxili idarəçiliyini qoruyub saxlayırdı.

Bu  respublika  çox  ağır  şəraitdə  fəaliyyət

göstərməsinə  baxmayaraq,  faktiki  olaraq

1919-cu ilin martına qədər mövcud olmuşdur.

    1918-ci ilin dekabrında Araz-Türk Res-

publikasına qarşı Ermənistan Respublikasının

təcavüzü  genişlənmişdir.  Ermənistanın  tə-

cavüzkar siyasətinin acı nəticələri ilə bağlı

Araz-Türk Respublikası parlamentinin Azər-

baycan  Xalq  Cümhuriyyəti  parlamentinə

göndərdiyi  müraciətnamə  iki  cümhuriyyət

arasında parlamentlərarası əlaqələrin də in-

kişafından xəbər verir. Müraciətnamə Azər-

baycan  Xalq  Cümhuriyyətinin  8  yanvar

1919-cu il tarixli yeddinci iclasında oxunaraq

müzakirə olunmuşdur. Müraciətnamənin əv-

vəlində bölgədə erməni təcavüzü nəticəsində

törədilən qırğınlar barədə məlumat verilərək

deyilirdi: “1917 sənəsi dekabrdan 1918 sənəsi

iyuna  qədər  İrəvan  quberniyası  dairəsində

erməni qoşunları tərəfindən iki yüzdən ziyadə

müsəlman  kəndləri  atəşə  tutulub  tar-mar

olub, bunların əhalisi isə qismən qətl, qismən

də dağlara qaçıb buralarda səvuq və aclıqdan

tələf  olmuşlar”. Azərbaycan  Xalq  Cümhu-

riyyəti parlamentinə göndərilən müraciətna-

mənin ən mühüm məqamlarından biri yerli

əhalinin Azərbaycan  Xalq  Cümhuriyyətini

öz dövləti kimi tanıması və qəbul etməsi ilə

bağlı olan fikirlərdir. “... müsəlmanlar burada

kəndiləri bir hökumət təşkil etməyə də mü-

vəffəq  olmuşlar  isə  də  kəndilərini  həmişə

Azərbaycanın ayrılmaz bir parçası ədd edil-

mək ilə bərabər və bunu ancaq arzu edirlər

ki,  gələcəkləri  və  taleləri  ümumsülh  kon-

fransında həll oluncaya qədər təhti-asayişdə

yaşamalarına mane olmasınlar” (Azərbaycan

Xalq Cümhuriyyəti (1918-1920) Parlament

(Stenoqrafik hesabatlar), I cild).

    Təbii ki, belə bir məqamda Azərbaycan

Xalq Cümhuriyyəti hökuməti bölgəyə müəy-

yən  yardımlar  etməyə  çalışırdı.  Bunu  mü-

raciətnamənin müzakirəsi zamanı meydana

çıxan  Vinoqradov-Rəsulzadə  qarşılaşması

da  aydın  şəkildə  göstərir.  Vinoqradovun

“biz ruslar hər dövlətin xətti-hüdudini təyin

etmək  ixtiyarına  malik  olan  ümumcahan

konfransının qərarınadək hər kəsin öz yerində

qalmasını tələb ediriz” fikrinin qarşılığında

Məmməd Əmin Rəsulzadə belə cavab ver-

mişdir: “Azərbaycan hökuməti onlara feylən

müavinət  göstərə  bilməz,  lakin  mənəvi,

siyasi  və  bəlkə  də,  qismən  maddi  yardım

edə bilər”.  Məhz bunun nəticəsi idi ki, bir

müddət  sonra  Araz-Türk  Respublikasının

yerli  özünümüdafiə  dəstələri  erməni  qüv-

vələrini Naxçıvan ərazisindən sıxışdırıb çı-

xardılar. 1919-cu il yanvar ayının əvvəllərində

Naxçıvan ingilislər tərəfindən işğal edilmişdir.

İngilislər  Əmir  bəy  hökumətinə  nisbətən

daha mötədil olan Cəfərqulu xanla danışıqlar

aparmağa meyilli idilər. Tezliklə ingilislərlə

münasibətlərini  qaydaya  salan  Cəfərqulu

xan erməni daşnaklarının hücumlarının Əmir

bəy hökumətini laxlatmasından istifadə edə-

rək  hakimiyyəti  ələ  almışdır.  Yad ellilərin

Naxçıvanı özününküləşdirmək cəhdləri Azər-

baycan Xalq Cümhuriyyəti hökumətini məc-

bur etmişdir ki, öz nümayəndələrini bölgəyə

göndərsin.  Nümayəndə  heyətinə  Mirabbas

Bağırov  rəhbərlik  edirdi.  Nümayəndə  he-

yətinin  tərkibinə  12  yüksəkçinli  zabit  də

daxil idi. Ordubaddakı Milli Şura Azərbaycan

Xalq Cümhuriyyətinin nümayəndə heyətinə

Azərbaycana birləşmək arzusunu ifadə edən

protokol təqdim etmişdir. 

    AXC elçiləri Naxçıvanda hərarətlə qar-

şılanmışlar. 1919-cu il fevralın 23-də Araz-

Türk  Respublikasının  hökumət  üzvləri  ilə

AXC nümayəndələri məsciddə görüşmüşlər.

Görüşdə Araz-Türk Respublikasının nüma-

yəndə heyəti Azərbaycan Xalq Cümhuriy-

yətinə birləşmək haqqında akt tərtib etmişdir. 

    Yerli  əhalinin  tələbinə  uyğun  olaraq,

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin

28 fevral 1919-cu il tarixli qərarı ilə cüm-

huriyyət  tərkibində  Naxçıvan  general-qu-

bernatorluğunun yaradıldığı elan olunmuşdur.

Həmin qərarla Bəhram xan Naxçıvanski ge-

neral-qubernator, Kərim xan İrəvanski hərbi

işlər  üzrə,  Hacı  Mehdi  Bağırov  isə  mülki

işlər üzrə onun  müavinləri təyin edilmişlər

(Naxçıvan Ensiklopediyası, II cild).  

    Reallıq ondan ibarətdir ki, bəhs olunan

dövrdə  Naxçıvanın  strateji  bir  bölgə  kimi

ələ keçirilməsi üçün gərgin mübarizə getmiş,

Araz-Türk  Respublikası  və  Cənub-Qərbi

Qafqaz Türk Respublikası hökumətləri böl-

gənin Azərbaycanın tərkibində qalması üçün

mühüm rol oynamışlar.



Elnur KƏLBİZADƏ

Beşinci cümhuriyyət 

1918-1920-ci illər Naxçıvan tarixindən bəhs edərkən Azərbaycan Xalq Cüm-

huriyyəti  ilə  yanaşı,  Cənub-Qərbi  Qafqaz  (Qars  Cümhuriyyəti)  və  Araz-Türk

cümhuriyyətlərinin  də  tarixinin  araşdırılması  vacib  məqamlardandır.  Qısa  bir

zaman kəsiyində mövcud olmuş Cənubi Qafqazın altıncı cümhuriyyəti – Cənub-

Qərbi Qafqaz Türk Respublikası bugünkü Türkiyə Cümhuriyyətinin şərq rayonları

olan  Qars,  Ərdəhan  kimi  tarixi  türk  torpaqlarında  türklüyün  yaşadılmasında

mühüm rol oynamışdısa, bu vəzifəni Azərbaycanın ayrılmaz tərkib hissəsi olan

Naxçıvanda beşinci cümhuriyyət – Araz-Türk Respublikası yerinə yetirmişdir.  

M

əlum olduğu kimi, XI

əsrin  ikinci  yarısın-

dan başlayaraq Azərbaycan və

Anadoluda səlcuq türkləri fəth-

lərini genişləndirmiş, beləliklə,

Ön Asiyada böyük Səlcuq döv-

ləti  qurulmuşdur.  Məhz  səl-

cuqlar  dövründə  Orta  Asiya,

Anadolu, Azərbaycan  və  Xo-

rasanda xeyli sayda saray, məs-

cid,  mədrəsə,  hamam,  türbə,

imarət, zaviyə, körpü, karvan-

sara,  xəstəxana  inşa  edilmiş

və bunlar o dövrün memarlıq

abidələri  kimi  özünəməxsus

ortaq üsluba malik olmuşlar.

    Türkiyə  Cümhuriyyətinin

qədim Konya şəhəri uzun müd-

dət Anadolu səlcuqlularının pay-

taxtı olmuşdur. Səlcuq hökmdar -

larından  xüsusilə  I  Əlaəddin

Keyqubad zamanında Anado-

luya, əsasən, İran, Azərbaycan

və Orta Asiyadan elm və sənət

adamları  gəlib  yerləşmişlər.

Bu dövrdə Cəlaləddin Ruminin

atası şeyx Bahaəddin Vələdin

Karamandan hökmdarın dəvəti

ilə Konyaya gətirilməsi də tə-

sadüfi olmamışdır. Həmin dəvət

məktubunun arxiv materialları

içərisindən aşkara çıxarılması

dediklərimizi təsdiq edir. Həm-

çinin  qaynaqlarda  bu  dövrdə

digər  türk  ölkələrindən  gəlib

Anadoluda  yaşayıb-yaratmış

Hübeyş  Tiflisi,  Nəcməddin

Naxçıvani, Əkmələddin Nax-

çıvani, Qəzənfər Təbrizi, Şəms

Təbrizi,  Hüsaməddin  Çələbi

kimi elm və mədəniyyət adam-

larının adına tez-tez rast gəlirik.

Bunlardan Nəcməddin Naxçı-

vani  Konya  Səlcuqlu  dövlə-

tində hökmdarın vəziri mərtə-

bəsinə qədər yüksəlmişdir.

    Həmin dövrdə Azərbaycan-

dan, xüsusilə Naxçıvandan çıx-

mış bir sıra alim və sənətkarlar

Təbriz  və  Anadoluda  xidmət

etmiş,  parlaq  şəxsiyyət  kimi

yetişmişlər. Belə şəxsiyyətlər-

dən biri də dövrün mütəfəkkir

şair-filosofu,  sufi  şeyxi  olan

Mövlana Cəlaləddin Rumi ilə

yaxın  elmi-mədəni  əlaqələri

olmuş həkim Əkmələddin Nax-

çıvanidir  (Səlcuqlu  dövrünün

əlyazmalarında  “Naxcuvani”

şəklində işlənmişdir – Ə.Q).

    Naxçıvan Muxtar Respub-

likası Ali Məclisi Sədrinin tə-

şəbbüsü  və  dəstəyi  ilə  Azər-

baycan dilinə tərcümə etdiyimiz

Mövlana Cəlaləddin Ruminin

“Məsnəvi”sinin nəşrindən sonra

Türkiyədə hər il böyük təntənə

ilə keçirilən ongünlük Mövlana

mərasimlərinə dəvət aldım və

2012-ci  ilin  dekabr  ayında

Mövlana  günləri  ilə  əlaqədar

Konya şəhərində oldum. Açıq

səma altında muzey təsiri ba-

ğışlayan  Konya  şəhəri  ilə  ta-

nışlıq zamanı əslən naxçıvanlı

olmuş görkəmli tarixi şəxsiyyət

Əkmələddin  Naxçıvani  haq-

qında  rəvayətlər  eşitdim  və

onun adı ilə bağlı yerləri, tari-

xi-memarlıq abidələrini ziyarət

etdim. Səlcuq, eləcə də Möv-

lana universitetlərinin kitabxana

və əlyazmalar fondunda araş-

dırmalar apardım. Məlum oldu

ki, Əkmələddin Naxçıvaninin

nisbəsi qaynaqlarda tam şəkildə

aşağıdakı kimi işlənir: Əkmə-

ləddun Müəyyəd bin Əbubəkr

bin  İbrahim  əl  Naxçıvani  ət-

Təbib. Xalq arasında “Bəy hə-

kim” təxəllüsü ilə tanınan Ək-

mələddin Naxçıvaninin tikdir-

diyi məscid və dəfn olunduğu

məzar-türbə səlcuqlar dövrünün

qiymətli abidələrindən biri kimi

qorunub saxlanmaqdadır. Eyni

zamanda Konya şəhərinin qə-

dim şəhər mərkəzində Əlaəddin

təpəsi (bu təpə üzərində vaxtilə

Səlcuq  dövlətinin  hökmdarı

I Əlaəddin Keyqubadın sarayı

mövcud olmuşdur – Ə.Q.) ya-

xınlığındakı “Bəy həkim” mə-

həlləsində oldum, Əkmələddin

Naxçıvani  məscidini  ziyarət

etdim. Hələ Fateh Sultan Məh-

məd zamanı vəqfnamələrində

bu ibadətxananın adı “Bey he-

kim  mescidi”  şəklində  qeyd

olunmuşdur  (vəqfi-məscide-

Begi  həkim  dər  məhəlleyi-

Dövlətxan – tərcüməsi: “Döv-

lətxan” məhəlləsində Bəy hə-

kim məscidinin vəqfi – Ə.Q).

    Bəy  həkim  məscidi  XIII

əsrdə inşa edilmişdir və tipik

səlcuq memarlığı elementlərini

əks  etdirir.  Məscid  bir  neçə

dəfə  təmir  və  bərpa  olunaraq

hazırda  məhəllə  məscidi  sta-

tusunda möminlərə xidmət gös-

tərməkdədir. Məscidin orijinal

qapı  və  pəncərə  tağları  nadir

səlcuqlar dövrü memarlıq əsər-

ləri kimi artıq uzun illərdir ki,

Konya  İncə  Minarə  Daş  və

Ağac Əsərlər Muzeyində mü-

hafizə  edilməkdədir.  Məscid-

dəki orijinal mehrab 1899-cu

ildə  qaçaqmalçılar  tərəfindən

Almaniyanın Berlin şəhərindəki

muzeyə  aparılmışdır.  Doğum

tarixi və Anadoluya gəlib yer-

ləşməyi  dəqiq  bilinməyən,

amma  Cəlaləddin  Rumidən

gənc  olduğu  ehtimal  edilən

Əkmələddin  Naxçıvaninin

Azərbaycanın  qədim  diyarı

Naxçıvandan  olduğu  bir  çox

tədqiqatçılar tərəfindən dönə-

dönə qeyd olunmuşdur.

    Sənədlərdən bəlli olduğuna

görə, saraya gəlməmişdən əvvəl

Əkmələddin Naxçıvani Kayseri

daruşşifasında  çalışmışdır.

Bunu  onun  yetirməsi,  Səlcuq

dövlətinin münşilərindən olan

Əbubəkrin məktublarından da

görürük. Mövləviliklə bağlı əl-

yazmalarda Əkmələddin Nax-

çıvani Səlcuq hökmdarı Qiya-

səddin Keyxosrovun hakimiy-

yəti  dövründə  (1264-1283)

Konyadakı  sultan  sarayında

baş  həkim  olmuşdur.  Sənəd-

lərdə onun ailəsi, varisləri haq-

qında məlumata rast gəlməsək

də, bir oğlu olduğuna dair işa-

rələr vardır. Əkmələddin Nax-

çıvani dövrünün tanınmış təbibi

idi. Təsadüfi deyil ki, səlcuqlar

dövrünün təzkirəçilərindən Əh-

məd Əflaki Əkmələddin Nax-

çıvani  və  onun  Mövlana  ilə

görüşləri haqqında bəhs edər-

kən  yazır  ki,  zamanının  Hip-

pokratı  mövlana  Əkmələddin

Təbib Mövlana Cəlaləddin Ru-

miyə mürid olmadan öncə Rum

ölkəsi təbiblərinin böyüklərin-

dən idi. O, sarayın baş həkimi

vəzifəsində çalışmaqla yanaşı,

həm də I Əlaəddin Keyqubad

daruşşifasında  tibbi  kadrların

yetişməsində əmək sərf etmiş-

dir.  Bu  kadrlar  məhz  Əkmə-

ləddin  Naxçıvaninin  verdiyi

sənəd  əsasında  ölkənin  tibb

müəssisələrində  həkim  işləyə

bilərdilər. Mənbələrin verdiyi

məlumata görə, kiçik Karatay

mədrəsəsi  bu  böyük  həkimə

məxsus olmuşdur. 

    Əkmələddin Naxçıvani döv-

rünün ən böyük təbibi kimi İbn

Sina dühasının heyranı idi. Elə

buna  görə  də  o,  İbn  Sinanın

məşhur “Qanuni-fit-tibb” əsə-

rinə  1302-ci  ildə  təfsir,  şərh

yazmışdır.  Müəllifin  əlyazısı

ilə qələmə alınmış və görkəmli

türkoloq Fuad Köprülü kitab-

xanasında saxlanılan bu əlyazma

nüsxəsinə əsaslanaraq ehtimal

etmək olar ki, Əkmələddin Nax-

çıvaninin  ölüm  tarixi  1302-ci

ildən sonraya təsadüf edir.

    Mövlana Cəlaləddin Rumi-

nin  dostları,  həmsöhbətləri,

müridləri  çox  olmuşdur.  Ona

hətta  Səlcuq  sultanlarından

Müinəddin Pərvanə də ehtiram

göstərirdi. Sufi şeyxinin sadiq

və  mötəbər  dostlarından  biri

də Əkmələddin Naxçıvani idi.

Alim böyük Mövlanaya övliya

kimi etiqad göstərir, onun mü-

ridi  olmaqdan  fəxr  duyurdu.

Elə  buna  görə  onlar  arasında

yaxın  münasibət  yaranmışdı,

bir-birinin  evinə  gedir,  mək-

tublaşırdılar. Günümüzə qədər

Mövlananın Əkmələddin Nax-

çıvaniyə  yazdığı  üç  məktub,

Ruminin oğlu Sultan Vələdin

Əkmələddin  Naxçıvani  haq-

qında qəsidəsi, habelə Əkmə-

ləddin Naxçıvaninin tələbələ-

rindən  olduğu  ehtimal  edilən

Əbubəkr  ibn  əl-Zakinin  üç

məktubu gəlib çatmışdır.

    Mövlananın birinci məktubu

Əkmələddin Naxçıvaninin ona

yazdığı məktuba cavab xarak-

teri daşıyır.

     İkinci  məktubda  Karatay

mədrəsəsində boşalacaq vəzifəyə

Əfsəhəddinin təyin olunmasına

Əkmələddin Naxçıvaninin kö-

mək etməsi xahiş edilir.

    Üçüncü məktubu Mövlana

övladı Əmir Alimin maddi və-

ziyyətini yaxşılaşdırmaq üçün

Əkmələddin  Naxçıvaninin

hökmdardan  xahiş  etməsi  ilə

əlaqədar yazmışdır.

    Bu  məktublarda  Mövlana

Əkmələddin Naxçıvaniyə “hə-

kimlərin  böyüyü,  həyat  cöv-

hərinin  ən  arınmışı,  bəlaların

və  zəhərlərin  dərmanı,  ağıl

ağaclarının  meyvəsi,  bədxah

adamların  meydana  gətirmək

istədikləri pislikləri yox edən,

mərifət dəryasının cövhəri, hü-

nərlər  və  gözəl  iman  sahibi,

özü doğru oğlumuz, həkimlərin

iftixarı, dinin və dövlətin Ək-

məli”, – deyə müraciət etmişdir. 

    Mövlana  ilə  Əkmələddin

Naxçıvani  arasındakı  dostluq

münasibətləri haqqında nisbə-

tən ətraflı məlumatlara, əsasən,

o dövrün təzkirəçiləri Ə.Əflaki

və Sipehsaların, bu böyük Səl-

cuq həkiminin tələbəsi olduğu

ehtimal edilən Əbubəkr Zakinin

əsərlərində təsadüf edirik. Bu

mənbələrdə  göstərilir  ki,  Ək-

mələddin Naxçıvani Mövlana-

ya yüksək ehtiram və hörmə-

tinin ifadəsi olaraq onun Rum

rəssamları tərəfindən çəkilmiş

portretlərini  böyük  məbləğdə

pul ödəyərək alırdı. Əkmələd-

din Naxçıvani dəfələrlə Möv-

lananı müalicə etmiş və vəfatı

zamanı Qəzənfər Təbrizli adlı

digər bir saray həkimi ilə bir-

likdə onun yanında olmuşdur.  

    Əkmələddin Naxçıvani tez-

tez  Mövlananın  böyük  oğlu,

atasından sonra mövləvilik tə-

riqətinin şeyxi olmuş Bahaəd-

din Sultan Vələdlə (1226-1312)

görüşər, onunla ədəbi və fəlsəfi

söhbətlər edərdi. S.Vələd böyük

təbibə ehtiramını “sən bu dövr-

də  tibb,  hikmət  və  mərifətdə

bir Əflatunsan, Yer üzünü do-

lanan  alimlər  sultanısan.  Elə

bir Bağdad xurmasısan ki, alə-

mə fəzilət meyvəsi verdin. Bu

aləmdə  birinin  nəsibi  tiryək,

digərinin nəsibi zəhər olduqca

ömrün dövlət, bəxt və səadətlə

baqi olsun” cümlələri ilə ifadə

etmişdir.  Sultan  Vələdin  əsə-

rində böyük həkimə 41 beytlik

bir  qəsidə  həsr  olunmuşdur.

Bu qəsidənin ilk iyirmi iki bey-

tinin baş hərflərindən “Ekme-

leddin Müeyyed el-Nahcuvani”

adı oxunur. 

    Naxçıvan diyarının tarixini

öyrənmək baxımından bu tor-

pağın  layiqli  övladı  olan  hə-

kimlər həkimi Əkmələddin Nax-

çıvaninin həyat və elmi fəaliy-

yətinin  daha  dərindən  tədqiq

olunmasına ehtiyac vardır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin