Həbsxana – cəmiyyətin daha çox



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix06.09.2017
ölçüsü1,09 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
dirib dağılışsınlar. Lakin, bu dəfə sonuncu xəbərdar-
lıq  olmadı.  Əsgərlərə  başlamaq  komandası  verildi. 
Dubinkalı  əsgərlər hərə bir tərəfdən çaşqınlıq içində 
olan məhkumları qolları açılan qədər çırpıb döyməyə 
başladılar. Sonra da çoxusunu qandallayıb, bir qədə-
downloaded from KitabYurdu.org

91 
 
rini  cərimə  təcridxanasına,  bir  qədərini  də  çöldəki 
komvoy maşınına doldurdular. 
          Sonda mərkəzə məruzə edildi: əməliyyat uğur-
la başa çatdı, müəssisədə sabitlikdir. Hər şey Niyazın 
əvvəlcədən  dediyi  kimi  oldu:  meydanda  döyülən 
məhkumlardan  bəzilərinin  cəzası  artırılıb  qapalı 
həbsxanaya göndərildi. Qalanları da təcridxanaya sa-
lınıb oradan da əyalətlərdəki cəzaçəkmə müəssisələ-
rinə yatab olundular. O cümlədən, avtoritetlərdən də 
bir neçəsi müəssisədən kənarlaşdırıldı. 
                                           *   *   * 
          Haqq söz imiş: kin özü  ilə kin gətirər. Müəssi-
sədə aparılan “təmizləmə” əməliyyatından sonra sa-
kitlik  bərpa  olunsa  da,  məhkumların  əhval-ruhiyyə-
sində  gərginlik  qalmaqda  davam  edirdi.  Onlarda 
əməkdaşlara,  xüsusilə  Niyaza  qarşı  gizli,  dərin  bir 
nifrət hissi yaranmışdı. Niyaz gözlərdəki nifrəti duy-
sa  da,  işinin  xatirinə  özünü  təmkinli,  mehriban  apa-
rır, yeri gələndə güzəştə getdiyini də göstərirdi. Am-
ma onun sifətinin dəyişməsinin, yumşalmasının xey-
ri yox idi. Artıq sözünin çəkisi olan bütün məhkum-
lar  Niyaz  və  Bəkirlə  əvvəlki  münasibətlərini  hər  tə-
rəfli kəsmişdilər. Sözləri olanda Səfərə, Şamilə, digər 
zabitlərə müraciət edirdilər. Ərzaqdan savayı hər şe-
yin  alveri  dayanmışdı.  İşçilərdən  heç  kəsə  pul  ver-
mir və heç nə də istəmirdilər. Niyazın gəlir “toçkala-
rı”  olan  telefon  otağının,  çayxananın,  bərbərin,  dər-
downloaded from KitabYurdu.org

92 
 
zinin,  çəkməçinin  qapısını  kimsə  döymürdü.  Müəs-
sisədə tam mənada böhran hökm sürürdü. 
          Böhranın  acı  nəticələrini  hamıdan  tez,  birinci 
hiss  edənlər  isə  sanitarlar  oldu.  Niyazın  gəlirlərinin 
kəskin  şəkildə  azalmasından  sonra  nəinki  sanitarla-
rın  çay,  siqaret  pulusu,  hətta  dəftərxanaya  paket, 
marka  almaq  da  onun  üçün  problemə  çevrilmişdi. 
Müxtəlif  təşkilatlara  yazılan  məktublar  günlərlə  qa-
laqlanıb  poçta  atılmasını  gözləyirdi.  Sanitarlarsa  su-
sub  dözmək,  günlərlə  gözləmək  istəmirdilər.  Onlar 
düşünürdülər  ki,  üç  hektardan  çox  ərazinin,  yeddi 
yüzə yaxın adamın sutka boyu tozunu, çirkini-çirka-
bını təmizlə, ancaq insan kimi çay içmə, siqaret çək-
mə,  adi  ərzağa  pul  xərcləmə...  “Belə  insafsızlıqmı 
olar?”  –  Ayaz  sanitarların  adından  Niyaza  şikayət-
lənmişdi. 
          Niyaz çatışmamazlığın düzələcəyini vəd etmiş, 
onların gündəlik təminatlarını pulla ödəməyi kabine-
tindəki  telefonla  kiməsə  də  tapşırmışdı.  Həqiqətən 
vəziyyətləri iki gün yaxşılaşmış, sonrakı günlər yenə 
baxımsız  qalmışdılar.  Məsələnin  düzəlmədiyini  gö-
rəndə  sanitarlar  rəisin  təsərrüfat  işləri  üzrə  müavini 
ilə,  mühasiblə  qarşılaşarkən  heç  olmasa  maaşlarının 
yarısın özlərinə verilməsini tələb etdilər.  
          Üç  gün  də  keçdi,  tələblərinə  əhəmiyyət  veril-
mədiyini görən sanitarlar müəyyən yer və sahələrdə 
təmizlik  aparmaqdan  imtina  etməyə  başladılar.  Mü-
downloaded from KitabYurdu.org

93 
 
əssisənin ərazisində böyük zibil topaları yarandı. Da-
lısıyca  kanalizasiyalarda  tutulma,  dolub  daşma  ha-
disələri  baş  verdi.  Həyətdəki  meydanın  ortasından 
keçən kürəbəndin daşması ilə üfunətli, çirkli su mey-
dana yayıldı. 
          Ayaz  etiraz  əlaməti  olaraq  briqadirlik  səlahiy-
yətindən  “istefa  vermiş”,  rəhbərliyi  boynundan  at-
mışdı.  Sanitarları  yalnız  döyülmək  və  karserə  salın-
maq qorxusu altında işlədirdilər. Müəssisədə antisa-
nitariyanın  artması  əksər  əməkdaşları,  o  cümlədən 
Zəfəri də hövsələdən çıxarmışdı: 
          –Düz iş görmürlər. On dörd nəfərin təminatını 
ödəmək  nə  çətin  işdir,  axı?  Vallahi,  sanitarlar  sözü 
bir  yerə  qoyub,  çox  yox  bir  gün  işləməsələr  müəssi-
sə zibil içində üzər. Bunu fikrləşən varmı?   
          Elə bil Zəfərin bu sözü kimlərinsə ağlına batdı. 
Məhkumlar öz aralarında müzakirə edərək dəstə rəi-
sinin  haqlı  söz  dediyini  qeyd  etdilər.  Avtoritetlərin 
Ayazın  yanına  gizlin  göndərdikləri  müxtəlif  adam-
lar birlik yaratmağı, çətinliklərdən yalnız bu yolla çı-
xa  biləcəklərini  ona  anlatmağa  çalışdılar:  “Güc  bir-
likdədir”.  Lazım  gələrsə,  dəstək  verəcəklərini  də  ar-
xayın etdilər.   
          Altı  gün  sonra  bütün  sanitarlar  sözü  bir  yerə 
qoyub  səhərin  alatoranında  istehsalat  sahəsindəki 
ikimərtəbəli  sexlərin  birinin  damına  toplaşdılar.  Şü-
downloaded from KitabYurdu.org

94 
 
arları  da  belə  idi:  “Biz  haqqımızı,  maaşımızı  istəyi-
rik.” 
          Sübh  tezdən  növbətçi  köməkçinin  vurduğu 
zənglə  yuxusuna  haram  qatılan  Niyaz  səhər  yemə-
yini  yemədən  başılovlu  maşınına  oturub  işə  yola 
düşdü.  Onsuz  evdə  də  rahatlığı  qalmamışdı.  (İşdə 
olanda  evə  dair  dərdlərini  gecə  düşənədək  unudur-
du.)  Oğlunun  narkotikaya  alışması  azmış,  üç  həftə 
idi  ki,  internetdə  tanış  olduğu  qadının  evinə  köç-
müşdü.  Onunla  özbaşına  ailə  qurması  isə  oğlu  ilə 
bağlı illərdir bəslədiyi arzularını puç etmişdi. Həyası 
olmayan  müasir  “gəlin”  qaynanasını  tezliklə  nəvəsi 
olacağı  ilə  də  muştuluqlamışdı.  “Həqiqətən  utanıl-
malıdır, yeddi yüz adama rəhbərlik edən şəxs bir oğ-
luna yiyəlik edə bilmir,” – Niyaz hər dəfə özünü mə-
zəmmət edəndə sinəsində göynərti hiss edirdi.     
Müəssisəyə yaxınlaşanda uzaqdan dama çıxmış 
sanitarları görəndə ürəyi    bir az da  sıxıldı:  “Yox, bu 
sanitarların  işi  ola  bilməz,  onlara  yol  göstərənlər 
olub,  –  düşündü,  –  bəlkə  də  qiyamın  planını  təkcə 
müəssisə  avtoritetləri  yox,  aranın  qarışmasını,  bula-
nıq  suda  balıq  tutmaq  istəyən  oğru  aləmindəki  ha-
vadarları da cızıblar... Elədir ki, var, məndən acıqla-
rını çıxmaq üçün bunlardan istifadə ediblər.”  
İşçilərinin də məsələnin şişməsində maraqlı  ol-
malarını neçə vaxtdı duyurdu. İdarədən başlamış (zi-
ra,  onlar  sudan  duru,  aynadan  təmiz  idilər  –  arala-
downloaded from KitabYurdu.org

95 
 
rında  barmaqla  sayılacaq  qədər  ləyaqətlisi  vardı,  – 
Niyaz  təxmin  edirdi)  nəzarətçilərədək  onu xoşlama-
yanlar çox idi. Ən inandığı Bəkir də yeri gələndə eti-
bar  ediləsi  yoldaş  deyildi.  Necə  deyərlər,  balta  ağac 
kəsməzdi, sapı ağac olmasaydı... 
          Ömür boyu inanmazdı, ağlına gəlməzdi ki, be-
lə  hadisə  baş  versin.  Otuz  illik  xidməti  zamanı  gör-
məmişdi və eşitməmişdi haradasa üzdəniraqlar – sa-
nitarlar hamılıqla qiyam edib dama çıxsınlar. 
          O, müəssisəyə girib birbaşa sanitarların damına 
çıxdıqları  tikilinin  yanına  getdi.  Binanın  ətrafında 
onlarla məhkum, nəzarətçilər və zabitlər dayanıb ta-
maşa edir, sanitarların nə edəcəyini gözləyirdilər. Ni-
yaz yaxınlaşan kimi şirin dilini işə salmaq istədi: 
          –Ay  uşaqlar,  düz  etmirsiz,  siz  nə  vaxt  mənə 
dərdinizi dediniz, mən də baxmadım? Dama çıxmaq 
nəyə lazım imiş? Ayaz, eşıdirsən, ağlınızı başınıza yı-
ğın düşün aşağı. 
          –Yox,  Niyaz  məllim,  –  Ayaz  damda  dayanan-
ların  arasından  cavab  verdi,  –  biz  sizə  dəfələrlə  de-
mişik, qulaq asmadız. Hər dəfə bizi aldadıb başınız-
dan  etdiz.  Maaşımızı  istəyəndə  döydürdüz, karserlə 
qorxuzduz.  Uşaqlar  daha  sənə  inanmırlar.  Biz  lap 
böyük rəislərin gəlməsini istəyirik. Qoy gəlsinlər, sö-
zümüzü onlara deyək, sonra düşək... 
          Niyaz  aldığı  cavabdan  kor-peşman  kabinetinə 
getdi. O, Bəkiri, Şamili, Səfəri çağırıb nə yolla olur ol-
downloaded from KitabYurdu.org

96 
 
sun  sanitarların  damdan  düşürülməsi  üçün  tədbir 
görmələrini əmr etdi: 
          –Bilmirəm, fikirləşin bir vasitə tapın onları ora-
dan aşağı salın. 
          –Niyaz müəllim, necə edək? – Bəkir çiyinlərini 
çəkib, sual etdi. – Siz deyin, biz də eləyək. Səhərdən 
söz ilə hər üsuldan istifadə etmişik. Xəbərdarlıq elə-
dik, hədələdik, olmadı şirin dilə keçib vədlər verdik. 
Faydası yoxdur. Kor tutduğundan buraxmadığı kimi 
yapışıblar ki, yuxarıdan adam gəlsin, sonra düşərik... 
          –Bəs zorla necə? Nəzarətçilər ora çıxa bilməz? 
          –Birincisi,  təhlükəlidir.  Damın  dəmir  örtüyü 
hamardı,  hər  an  adam  sürüşüb  yıxıla  bilər.  İkincisi 
də, dəli Mahirin çənin üstünə çıxması yadınızdadır? 
Onu düşürənlərə töhmət veriləndən sonra kim yeni-
dən töhmətə görə həyatını riskə qoyar?  
          –Onda bəs nə edək? Bəlkə, başqa müəssisədən 
işçilər çağıraq, deyək ki, guya idarədəndilər, başları-
nı aldadaq? 
          –Yaxşı fikirdir. Gəl ki, alınmayacaq. Biz kimisə 
tapıb  gətirənədək,  uzağı  yarım  saata  onsuz  da  “yu-
xarıdakılar” tökülüb gələcəklər. 
         –Artıq xəbər vermisən? – “Ola bilər, özünü “bö-
yüklər”  qarşısında  sığortalamaq  üçün  gizlin  məlu-
mat  verib,  –  Niyaz  düşündü,  –  ölür  vəzifəsinin  artı-
rılmasından ötrü...”  
downloaded from KitabYurdu.org

97 
 
         –Mən? – Bəkir qızardı, – Mən niyə, əvvəllər xə-
bəri kim verirdi? Yəqin ki, həmişəki kimi onlar edib, 
–  o,  pəncərədən  görünən  qüllədəki  əsgərə  eyham 
vurdu. 
          Niyaz nəsə xatırlayaraq tez telefonunu götürüb 
məruzə  etmək  üçün  mərkəzə  zəng  vurdu.  Səhərdən 
bəri  boş  yerə  itirdiyi  vaxta  heyfsiləndi.  Yenə  qabaq-
lasalar, daha onu bu dəfə bağışlamayacaqdılar. Qorx-
duğu  başına  gəldi:  sanitarların  qiyamından  məlu-
matlı idilər. Artıq xəbər yaxınlıqdakı müəssisələrə də 
yayılmışdı... 
          Bəkirlə  Şamilin,  müəssisənin  baş  tərbiyəçisi 
(Niyaz  xahiş  etdi  ki,  heç  olmasa  indi  söyüş  söymə-
sin) Səfərin sanitarları ələ almaq üçün etdiyi cəhdlər 
xeyir vermədi. Daş qayaya, bıçaq  sümüyə dirənmiş-
di. .. 
          Bəkirin  dediyi  düz  çıxdı.  Yarım  saat  keçmişdi, 
“yuxarıdan  gələnlər”  müəssisəyə  daxil  oldular.  On-
lar  hadisə  yerinin  yaxınına  gələndən  sonra  Ayaz  o 
birilərə  hələ  damda  gözləməyi  tapşırıb  özü  aşağı 
düşdü.  Gələn  üç  nəfərin  böyüyü  Ayazı  ayrı  otaqda 
tək  qəbul  etdi.  Ayaz  öz  həyatından  başlamış  dama 
çıxmaqlarının  səbəblərinədək  hər  şeyi,  Niyaz  başda 
olmaqla əməkdaşlar haqqında bütün bildiklərini ona 
danışdı. Söhbət bir saatdan çox çəkdi. Rütbəsi ədliy-
yə  kapitanı,  İdarədə  təmiz  karyeraya,  nüfuza  malik 
downloaded from KitabYurdu.org

98 
 
şəxslərdən  biri  olan  həmin  şəxs  söhbətin  sonunda 
Niyazı otağa dəvət edib dedi: 
          –Sanitarlar  indi  damdan  enib  hərə  öz  işləri  ilə 
məşğul  olacaqlar.  Birinə  də  toxunmayasınız.  Eşidir-
siz,  işçilərinizə  də  deyin,  bunu  mən  sizə  İdarənin 
adından  deyirəm.  Gedib  rəhbərliyə  hadisə  ilə  bağlı 
məruzə  edəcəyəm,  nə  qərara  gəlsələr  sizə  də  elan 
ediləcək. 
          –Oldu. Siz bilən məsləhətdir, – Niyaz yazıq-ya-
zıq cavab verdi. 
          Müfəttişlərin  böyüyünün  sərt  danışması,  heç 
kimlə  sağollaşmadan  müəssisədən  getməsi  Niyazın 
qanını  lap  qaraltdı.  Bəkir  isə  narahatlıqdan,  fikirdən 
başını itirmişdi. Niyazdan xoşu gəlməsə də işdən çı-
xarılarsa, onun da başını sığallamayacaqlarını bilirdi. 
Hirsindən kabinetinə aparmağa səbri çatmayıb Aya-
zı həyətdəcə sillələyib söydü: 
          –Oğraş!  Bəs  sən  deyirdin  oğru  aləminə  nifrət 
edirsən?  Axırı  onların  buyruğunu  yerinə  yetirdin. 
Petuxlarda etibar olmur, düz deyiblər... 
          –Günahkar özünüzsünüz. Bizə insan kimi bax-
saydınız,  biz  də  belə  etməzdik,  –  Ayaz  burnundan 
açılan qanını silə-silə cavab verdi. 
         –Sənin  var-yoxunu...  şərəfsiz  alçaq,  –  Bəkir  ye-
nidən  ona  əl  qaldırmaq  istəyəndə  onları  kənardan, 
pəncərədən  görən  Niyaz  otağından  qışqırıb  qoyma-
dı: 
downloaded from KitabYurdu.org

99 
 
          –Bəkir,  dəymə!  Tapşırdılar  axı,  dəyməyin.  Bir 
də ki, mənası nədir...  
          Sanitarların  qiyamına  avtoritetlər  başda  ol-
maqla  qalan məhkumların da rəğbəti açıq-aşkar hiss 
olunurdu.  Nahar  vaxtı  avtoritetlərdən  onlara  qrev 
olaraq  larekdən  alınmış  xeyli  siqaret  qutusu  göndə-
rildi.  
          Axşamüstü  isə  Niyazın  rəislikdən  azad  olun-
ması, onun yerinə təzə rəis təyin edilməsi xəbəri gəl-
di. Əksər məhkumlar sevinclərini gizlədə bilmədilər: 
“Tez ya gec bütün rüşvətsevərlərin sonu belə qurta-
racaq.  Halal  olsun,  sanitarlara!  Onlar  çoxlarının  ba-
carmadığı  işi  gördülər,  müəssisənin  ən  böyük  “zibi-
lini” süpürüb atdılar...” 
                                             *  *  *  
Təzə  rəis  özü  ilə  əməliyyat-rejim  üzrə  müavin 
də gətirmişdi. İki həftənin ərzində Səfərin, Bəkirin də 
başqa  müəssisələrə  dəyişdirilməsinə  nail  olub  kabi-
netlərinə  öz  adamlarını  yerləşdirmişdi.  Səfər  əyalət-
dəki məntəqə tipli cəzaçəkmə müəssisələrindən biri-
nə  müavin  göndərilmişdi.  Bəkirin  vəzifədə  ucalmaq 
arzusu  isə  gözündə  qalmışdı.  Əksinə  olaraq  göndə-
rildiyi  müəssisədə  aşağı  vəzifəyə  –  baş  əməliyyatçı 
təyin olunmuşdu. Həmin ərəfədə özündən kiçik qar-
daşı yol qəzasında həlak olduğundan öz uşaqları (iki 
boşandığı  arvaddan  –  dörd  uşaq)  ilə  birgə  onun  da 
downloaded from KitabYurdu.org

100 
 
uşaqlarının  ehtiyaclarını  ödəmək  məcburiyyətində 
qalmışdı. 
Gülbaxtdan  getməsindən  yarım  il  keçməmiş 
Məhyəddinin  işindən  azad  olunması  xəbəri  eşidən 
hər kəsi heyrətləndirirdi. Heç demə müəssisənin mü-
avini  rəisinin  narkotika  istifadəçisi  olduğunu  bilən 
kimi  məxfi  qaydada  mərkəzə  məruzə  eləyib.  Məlu-
matın  düzgünlüyünü  yoxlamaq  məqsədi  ilə  Məh-
yəddini  qəfildən  mərkəzə  çağırıb,  maşına  əyləşdirib 
həkim yoxlamasına aparıblar. Alınan qan analazi ve-
rilən məlumatı – onun narkotika aludəçiliyini təsdiq-
ləyib.  Ailə  vəziyyətinə  görə  rəhm  edib,  faktı  açıb 
ağartmadan  ərizəsini  alaraq  xidmətdən  azad  edib-
lər... Sərəncama çıxarılan Niyaz isə aşağı vəzifədə iş-
ləmək istəmədiyindən yaşı əlli beşə çatmasa da pen-
siyaya göndərilməsi üçün raport yazmışdı. 
Təzə  rəis  köhnə  şöbə  rəislərindən  təkcə  Şamili 
saxlamışdı. Sanitarlardan da yarısını saxlayıb, başda 
Ayaz olmaqla qalanlarını ətraf müəssisələrə yatab et-
mişdi.  Saylarının  bir  qaydada  saxlamaq  üçün  digər 
yerlərdən  də  göndərdiyi  qədər  təzə  sanitarları  mü-
əssisəyə qəbul etmişdi.  
Bu  rəisin  əvvəlkilərdən  fərqi  cavan  və  enerjili 
olması idi. Bənzəyişi daha çox idi. Marionet padşaha 
oxşayırdı. Gəlirlərlə bağlı bütün işləri yalnız özü həll 
edirdi.  Şərik,  tərəfdaş,  başqasına  həvalə  etməyi  sev-
mirdi. Onun Bəkir kimisinə də ehtiyacı yox idi. Avto-
downloaded from KitabYurdu.org

101 
 
ritetlərlə  də  özü  ünsiyyət  qururdu.  Görüşə  nəzarət 
edənlərə  çöldən  gətirilən  pula  məhdudiyyət  qoyul-
mamasına,  larekin  böyüdülməsinə,  hamamda  bir 
adamlıqların  sayının  artırılmasına,  çayxanada  çayla 
yanaşı  pulla  xörək  yeyilməsinə,  illərlə  bağlı  qalan 
kompyuter  otağında  asudə  vaxtın  səmərəli  keçməsi 
məqsədi ilə pulla istifadəsinə də icazə verdi. Əlbəttə 
ki,  yeni  qiymətlərlə!..  Bütün  işçilərinə  də  çəkinmə-
dən  bildirdi  ki,  qeyri-müəyyən  müddətə  gəlirlərlə 
bağlı ondan umub heç nə istəməsinlər. 
          –Yadındadı,  sən  deyirdin  Niyaz  rəis  olsa  kol-
lektiv  barmağını  soracaq,  –  Zəfər  Şərifə  xatırlatdı,  – 
təzə rəis deyəsən, Niyazın atasına rəhmət oxudacaq. 
–Neynəsin, – Şərif gülümsədi, – verdiyi xərcini 
çıxarmalıdır  da.  Bilirsən  ki,  vəzifəyə  təyin  olunanda 
birinci “qabiliyyət” nəzərə alınır. Belə olmasaydı gö-
rülən  işlərə  heç  göz  yumulardımı?  Mayasını  tutma-
yınca  kiminsə  maddi  yardım,  mükafat  almasına  im-
kan verməyəcək. Böyüklərin yolu ilə gedir... 
          –Aydın  məsələdir  ki,  BÖYÜKLƏRİN  hər  şey-
dən  xəbərləri  var,  baxır  nə  və  nə  zaman  onlara  sərf 
etmir. Hə.., heç bir rəhbərlik, idarəetmə daimi, əbədi 
deyil,  hərənin  öz  vaxtı,  öz  dövranı  var...  Amma  ki, 
necə deyərlər nə qədər tas dəyişsə də, hamam köhnə 
hamamdır, yenisi də yox. Görərsən, bu təzə rəisin də 
acgözlüyünün  sonu  yaxşı  qurtarmayacaq,  pul  gözü-
nü tutacaq, günün birində tamahı başına bəla gətirə-
downloaded from KitabYurdu.org

102 
 
cək. Əvvəllər olanlara dair həmişə sən sual verirdin, 
bu dəfə mən sənin rəyini soruşum: sanitarların dama 
çıxmalarının xeyri nə oldu? Son olaylardan sonra ge-
dənlərlə gələnlərin arasında səncə fərq varmı? 
          Şərif  mənalı-mənalı  gülümsəməyində  davam 
etdi: 
          –Diqqət etsən bura da, güclü dövlətlərdən asılı 
olan  padşahlıq  kimidir.  Adətən  üçüncü  dünya  ölkə-
lərində baş verən etirazları, üsyanları, heç xatırlayır-
sanmı?  O  üsyanlarda  yoxsul,  qara  camaat  nə  qaza-
nırdısa,  burada  da  sanitarların  nəsibi  elə  oldu.  Xey-
rini daha çox kabinetlərdə əyləşənlər – hər yerdəyiş-
mədən  “xeyir”  əldə  edənlər  gördü.  Bir  də  ki,  topla-
nanlar dəyişsə də cəm dəyişmir. Düzünə qalsa, məh-
kum  ya  əməkdaş  fərqi  yoxdur.  Bir  neçə  faizi  istisna 
olaraq,  demək  olar  ki,  qalanı  qazamat  “sanitar”ları-
dır. Fərq yalnız kimisinin adında, kimisinin də əmə-
lindədir.  Yəni,  birinin  adı  üzdəniraqdır,  birinin  isə 
əməli...  Əməli  üzdəniraqlarınsa  son  ucu,  –  əlini  boş 
havaya  qaldırdı,  –  lap  başa  gedib  çatır..,  ta  şeytana-
dək... 
                                             *  *  * 
          Gülbaxt  cəzaçəkmə  müəssisəsində  həyat  da-
vam  edirdi.  Günlər,  fəsillər,  insanlar  dəyişir,  dəyiş-
məyən  isə,  yalnız  “yuxarıdan”  gələn  göstərişlər  və 
daim əsən narın tozlu küləklər idi... 
                                                                      Noyabr, 2013 
downloaded from KitabYurdu.org

103 
 
 
 
                                   RESİDİVİST  
Naharın  başlanmasına  xeyli  qalmış  Ağarəhim 
birinci  olmaq  üçün  hamıdan  əvvəl  yeməkxananın 
bağlı  qapılarına  kürəyini  söykəyərək,  daş  pilləkənin 
üstündə  çöməlib  oturmuşdu.  Qoltuğundakı  alümi-
nium boşqab və qaşıq əynindəki paltarını qabartmış, 
skeletəbənzər  bədənini  gizlətmişdi.  Vaxt  var  idi  bu 
paltarı ona geydirəndə əyninə dar gəlirdi. Son vaxt-
lar bədəninin əti də, sümükləri də, hətta boyu da get-
dikcə  kiçilirdi.  Təkcə  sinəsində  qövr  edən,  içərisini 
qurd kimi gəmirən vərəmdən savayı. Ağarəhim başa 
düşürdü  kiçildiyini.  Tək  özü  yox,  islah-əmək  düşər-
gəsində onu tanıyan bütün məhkumlar duyur və gö-
rürdülər.  Ağrılısı  o  idi  ki,  bu  adamların  nəzərində 
yalnız  cismən  deyil,  şəxsiyyətcə  də  kiçildiyini  hiss 
edirdi. 
          –Indidən  nə  kəsdiribsən  yeməkxananın  ağzını, 
hələ xeyli var, – yeməkxanada işləyən Gülbala yanın-
dan keçərkən ona tərəf çımxırdı. 
          Gülbalanın çımxırığı xətrinə dəysə də dinmədi. 
Gülbala  əvvəllər  belə  deyildi,  dəyişmişdi.  Ötən  ba-
harda  evdən  yanına  gəlmişdilər,  rəisi  görmüşdülər. 
Az  keçmədi  Gülbala  yeməkxanada  işə  düzəldi.  Ba-
downloaded from KitabYurdu.org

104 
 
batlaşdı.  “Prima”  papirosun  atdı,  filtrli  siqaretə  keç-
di.  Deyilənə  görə,  altdan-altdan  mətbəxdən  məh-
kumlar üçün bişirilməli məhsulları burjuylara – pul-
lu  dustaqlara  satırdı,  rəhbərliyi  də  razı  salırdı.  Əv-
vəlki məhkumluq dövrlərində müəyyən vaxtlar olub 
Ağarəhim  də  təssərüfat  işlərində  işləyib,  ancaq  heç 
vaxt özündən çıxmayıb, dus-taqlığını unutmayıb, öz 
hörmətini, “çəkisini” saxlayıb. Amma, indi elə bil çə-
kisini  günü-gündən  itirir,  cılızlaşırdı.  Bəzən  ona  elə 
gəlirdi ki, özü ilə yanaşı bütün ətraf, dünya da nəzə-
rində cılızlaşıb gözdən düşürdü. 
          Son  vaxtlar  Ağarəhimdə  tez-tez  halsızlıq  yara-
nırdı.  Oturduğu  yerdən  heç  qımıldanmağa  da  heyi 
qalmırdı.  Əvvəllər  fikir  etməyi  sevməzdi.  Allahına 
şükr  edib  olandan  yeyər-içər,  yatar,  gününü  keçir-
dərdi.  Xəstəliyi  şiddətlənəndən  fikir  ondan  əl  çək-
mirdi.  Keçmişdə  qalan  evi,  uşaqları,  doğmaları,  ya-
xınları fırlanıb-hərlənib xatirindən ayrılmırdılar. Bəl-
kə  də  bu,  hələ  inidiyədək  çox  hiss  etmədiyi  tənhalı-
ğından  idi.  Barakda  neçə  vaxt  idi  uzun-uzadı  öskü-
rəyi  ilə  hamını  bezikdirmişdi.  Ən  çox  gecələr  öskü-
rək ona aman vermirdi. Ağzını balışa dayayıb birtə-
hər səsini boğurdu. 
          Nahar vaxtı yaxınlaşdıqca məhkumlar topa-to-
pa  yeməkxananın  qarşısına  yığışıb,  qapıların  açıl-
masını  gözləyirdilər.  Düz  saat  bir  tamam,  ikiyə  bir 
dəqiqə işləmiş Gülbala qapıları açdı. Məhkumlar içə-
downloaded from KitabYurdu.org

105 
 
ri doluşdular. 
          –Bir-bir,  itələşməyin,  yavaş-yavaş,  –  Gülbala 
səsini ucaltdı, – acından ölürsüz? Sıra ilə! 
          Yemək  verilən  arakəsmənin  qarşısında  uzun 
bir növbə yarandı. 
          Məhkumların  ardınca  növbətçi  zabitlər  və  nə-
zarətçilər  də  yeməkxanaya  daxil  oldular.  Onlar  xö-
rəkpaylayandan  başlamış  qapıya  qədər  iki-iki  daya-
nıb, məhkumların hərəkətlərinə göz qoyurdular. 
          Ağarəhim  balandanı  boşqabın  ağzınacan  tök-
dürdü.  Uzağa  getməyib,  yaxınlıqdakı  sıra  ilə  düzül-
müş  uzun  oturacaqların  birinə  əyləşdi.  Içərisində 

Каталог: front -> files -> libraries -> 2468 -> books
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> N kitabın adı və müəllifi Nəşr ILI İnvertar Qiyməti

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə