Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gələcəkdə ölkənin yükdaşımalarında, xüsusən konteyner daşımalarında rolu



Yüklə 1,15 Mb.
səhifə9/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
SON

1.3. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gələcəkdə ölkənin yükdaşımalarında, xüsusən konteyner daşımalarında rolu.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsində 2010-cu il 03 noyabr tarixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə yeni liman kompleksinin təməlqoyma mərasimi olmuşdur.

Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaqdır. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaqdır. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcəkdir. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaqdır. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır.

Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaqdır. 

Bu liman kompleksinə çox böyük ehtiyac vardır. Çünki hazırkı Bakı Ticarət Limanı tələblərə cavab vermir. Bu liman şəhərin mərkəzində yerləşir və əlbəttə ki, sakinlər üçün problemlər yaradır. Nəzərə alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi və uzadılması layihəsi işlənilir, limanın bu əraziyə köçürülməsi şəhər sakinlərinin gəzinti və istirahəti üçün yeni imkanların yaradılmasına gətirib çıxaracaqdır.

Digər tərəfdən, bugünkü Bakı Dəniz Ticarət Limanı keçən əsrin 30-cu illərində tikilmişdir və sonralar müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılmışdır. Ancaq hazırda Azərbaycanın nə indiki, nə də ki, gələcək inkişafının tələblərinə uyğun deyildir. Ona görə limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.

Dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaqdır. Bu, özlüyündə böyük sosial məsələlərin həllinə gətirib çıxaracaqdır.

Nəzərə almalıyıq ki, tikiləcək liman dünya miqyasında mövcud olan ən böyük limanların sırasında özünəməxsus yer alacaq və beləliklə, Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcəkdir.

Liman kompleksinin tikintisinə 400 hektar torpaq sahəsi ayrılıb. İlkin mərhələdə 50 hektar ərazidə Logistika mərkəzində 80 min kvadratmetr xüsusi anbar və 100 min ədəd konteynerin saxlanması üçün mühit yaradılacaq. Bu hesaba yaxın bir-neçə ilə liman kompleksi istismara veriləcək. Birinci mərhələdə liman kompleksi 10 milyon ton yük aşıracaq.

Ən bahalı I mərhələ 540 mln manat qiymətləndirilir. Tikintinin ümumi qiyməti 870 mln manatdır (II mərhələ 150 mln, III - 180 mln manat).

Dəniz limanının birinci mərhələsi istismara veriləndən sonra bərə daşımaları yeni terminalda olacaq. Bundan sonra quru yük terminalı tikiləcək.

Mövcud limanın potensial yük dövriyyəsi 15 mln maye və 10 mln ton quru yükdür.

Bu ilin sentyabr ayının 22-də bərə terminalı artıq istifadəyə verilmişdir. Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar sahəni əhatə edir. Limanın akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinlnyi 7 metr və dönmə dairəsini diametri 450 metr olan giriş-çıxış kanalı inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yan almasına imkan verir. Uzunluğu 175 metr, eni 12,5 metr olan bu körpü eyni vaxtda 2 gəmi-bərəni qəbul edə bilir.

Layihənin I mərhələsinin inşa müddəti – 3 il 6 aydır. Bu mərhələdə sahə 104 ha nəzərdə tutulub. körpülərin sayı 9-dur (o cümlədən bərə-2, quru yüklər-4, Ro-Ro-1, xidməti donanma-1). Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində (I mərhələdə 50 ha olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilərək, Avropa İttifaqının qrantı hesabına mərkəzin Baş Planı işlənib hazırlanaraq baxılması üçün Nəqliyyat Nazirliyinə təqdim olunmuşdur. Bu mərkəzin inşası özəl, dövlət-özəl və ya “tik – işlət – təhvil ver” (BOT) üsulu ilə maliyyələşdirilməsi tövsiyə edilmişdir.

Liman inkişafının 2-ci Mərhələsində əlavə olaraq 1 bərə pirsi və quru yüklər üçün daha 4 körpünün inşası nəzərdə tutulur. Bu öz növbəsində limanın yükaşırma tutumuna 7 000 000 ton əlavə edəcək və beləliklə nəticədə limanın ümumi yük tutumu              17 000 000       tona konteynerlərdə yüklərin həcmi isə 150 000 TEU qədər yüksələcəkdir.

3-cu Mərhələdə isə yeni bərə terminalının inşası ilə yanaşı 650 m uzunluğunda Konteyener Terminalının istismara buraxılması planlaşdırılır. Bu perspektivdə limanın yük aşırma qabiliyyətini ildə 25 milyon tona qədər yüksəlməsinə və 1 milyon TEU konteynerin yüklənib-boşalmasına imkan verəcəkdir.

Göründüyü kimi bu liman kompleksinin tikintisi nəticəsində konteyner daşımalarının həcmi xeyli yüksələcək. Çünki hazırki dövürdə ən əlverişli daşıma növü kimi konteyner daşımaları göstərilir, ona görəki bu daşıma növü ilə birbaşa daşımalar çox rahat şəkildə həyata keçirilə bilir, yüklərin təhlükəsiz qorunub saxlanması mümkündür.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin