Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»


Konteynerlərin yüklənib-boşaldılması sxemləri



Yüklə 1,15 Mb.
səhifə17/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
SON

Konteynerlərin yüklənib-boşaldılması sxemləri.

Limanlarda Beynəlxalq standartlı konteynerlərin aşırılması əsasən üç texnoloji sxem üzrə yerinə yetirilir.

Birinci sxem konteynerlərin şassilərdə saxlanılmasını nəzərdə tutur. Gəmi boşaldılarkən konteynerlər şassilərə qoyulur, sonra qoşqularla anbar sahəsində yerləşdirilir. Onların limandan göndərilməsi də həmin qaydada həyata keçirilir (avtomobil nəqliyyatına təhvil verilərkən). Konteynerlər dəmir yoluna təhvil verilərkən anbar şassillərdən götürülməli və ixtisaslaşdırılmış dəmir yol platformalarına yüklənilməlidir.

Meznizmləşdirmənin bu sxemi aşağıdakı texnoloji xətlərlə yerinə yetirilir:

gəmi (tryum) – portal kran (spreder)-priçal (şassi)-qoşqu (şassi)-anbar (şassi);

anbar (şassi)- qoşqu (şassi)- priçal (şassi)- portal kran (spreder)- gəmi /tryum;

Bu sxemlərin çatışmayan cəhəti odur ki, konteynerlərin yerləşdirilməsi üçün böyük anbar sahəsi lazım olur, üstün cəhəti isə odur ki, istənilən konteyneri digər konteynerlərin yerini dəyişmədən “Son məntəqə” deməkdir. Bu termin konkret yükün qəbulu və digər nəqliyyat növünə ötürülməsi üçün mövcud olan qurğular kompleksini, binaları, avadanlığı bildirir. Qurğular kompleksi qəbul edilmiş texnologiya üzrə yüklərin aşırılması üçün nəzərdə tutulur.

Dəniz limanlarının Beynəlxalq İSO standartlı konteynerlərin aşırılması üzrə ixtisaslaşdırılmış terminalları aşağıdakı funksiyaları yerinə yetirir:


  • konteynerlərin gəmilərə yüklənməsi və gəmilərdən boşaldılması;

  • limana daxil olan konteynerlərin kommersiya, həm də texniki cəhətdən yoxlanılması;

  • sahiblərinə çatdırılana qədər onların saxlanılması:

  • göndərilməzdən qabaq konteynerlərin çeşidlənməsi;

  • liman daxilində konteynerlərin hərəkətinə nəzarətin həyata keçirilməsi;

  • gəmilərə verilmiş sifarişlər əsasında xidmətlərin göstərilməsi;

  • konteynerlərə və şassilərə texniki xidmətlərin göstərilməsi.

Öz funksiyalarını yerinə yetirmək üçün terminalın aşağıdakı elementləri olmalıdır: priçallar, açıq anbar sahələri,qaldırıcı-nəqliyyat qurğuları, vaqonların qəbulu və yola salınması üçün dəmir yol xətləri, yüklərin komplektləşdirilməsi üçün nəzərdə tutulan bağlı anbar, konteynerlərin çeşidlənməsi sahəsi, yüklərin konteynerləşdirilməsi və onların konteynerlərdən boşaldılması üçün bağlı anbar, terminalın işini təşkil edən dipetçer-nəzarət məntəqəsi və konteynerlərin təmir edilməsi üçün nəzərdə tutulan meydança.

Anbar sahələrinin konteynerlərin rasional yerləşdirilməsi üçün xüsusi kodlarla işarələnməsi məqsədə uyğun hesab edilir.Məsələn priçal xəttinin uzununa yerləşən cərgələr hərflərlə, eninə yerləşən cərgələri işə rəqəmlərlə işarələmək olar. Bu variant konteynerlərin tez axtarılıb tapılmasına və kompyuterləşdirilməsinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, iritonnajlı konteynerlər limanda çeşidlənməli və komplektləşdirilməlidir. Açıq anbar sahələri yük axınlarına uyğun olaraq ixtisaslaşdırılır. Yüklü konteynerlər boş konteynerlərdən ayrı ştabelləşdirilməlidir.

Açıq anbarların faydalı sahəsi terminala qəbul edilən ən böyük gəminin konteyner götürmə (konteyner tutumu) qabiliyyəti, konteynerlərin limana qeyri-bərabər veriməsi əmsalı, yük axınlarının istiqamətləri və başqa faktorlar nəzərə alınmaqla hesablanmalıdır.

Konteyner terminalına rəhbərlik edən dispetçer məntəqəsi konteynerlərin avtomatik uçotunu aparan vasitələrlə təchiz edilməlidir.

Təmir meydançası terminalın arxa zonasında yerləşdirlməlidir. Onun sahəsi açıq anbar sahəsinin təxminən 5%-i həcmində olmalıdır.






    1. Yüklə 1,15 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin