Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

 

Ekspressionizm 

 

(fr. expressionnisme-ifadə) 



XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyan. Xırda burjua 

təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai 

ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçietirazının ifadəsi kimi meydana 

gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş 

yayılmışdı. 

Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin 

ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların 

təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. 

Poeziyada ekspressionizm (İ.Bexer, F.Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca 

mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıqaludəçiliklə xarakterizə olunur. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

60 


Nəsrdə (məs. F.Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi 

əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. 

Cərəyan məşhur dramaturqlar V.Hazenklever, G.Kayzer, K.Şternheym, E.Toller və b.-

nın yaradıcılığına böyük təsir göstərmişdir. 



 

Ekzistensializm 

 

(lat. exsistensia-varlıq)  



 XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq 

cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biri. 

Əsas nümayəndələri Haydegger, Yaspers (alman məktəbi), Alber Kamyu, Jan Pol Sartr 

(fransız məktəbi) və s. 

Ekzistensializm Birinci Dünya müharibəsindən sonra Almaniyada, İkinci Dünya 

müharibəsi dövründə Fransada, sonralar isə bir çox ölkələrlə yanaşı ABŞ-da meydana 

gəlmişdir. Müasir Qərb incəsənət və ədəbiyyatına bu cərəyanın çox böyük təsiri özünü 

göstərir. Bu cərəyan bədii istiqamət kimi həyatın absurdlarına əsaslanır. Ekzistensializm 

əsas qəhrəman kimi emosional coşqunluqdan əzilən, ehtiraslardan parçalanan dünyanın 

şəxsiyyətini irəli çəkir. 

Ekzistensializmin ideya kökləri həyat fəlsəfəsi, Qusserlin fenomenologiyası və 

Kyerkeqorun dini-mistik təlimidir. Ekzistensializmdə özünün səthi-nikbin anlayışı ilə, 

mövcud cəmiyyətin mütərəqqi inkişafına inamı ilə birlikdə liberalizmin böhranı əks 

olunmuşdur. Ekzistensializm pessimizm dünyagörüşü kimi meydana gəlmiş və məsələni 

belə qoymuşdur: tarix fəlakətlər qarşısında liberal-mütərəqqi ideyalarını itirmiş insan 

necə yaşamalıdır? Ekzistensializm maarifçilik və Klassik alman fəlsəfəsi dövrünün 

rasionalizminə, həmçinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş yayılmış 

kantçı-pozitivist fəlsəfəyə cavab idi. Ekzistensialistlərin fikrincə, rasional təfəkkürün əsas 

cəhəti ondan ibarətdir ki, o, subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Buna 

görə də, rasionalist bütün gerçəkliyə, o cümlədən də insana yalnız elmi-tədqiqat nöqteyi-

nəzərindən baxır, bu baxımdan həmin yanaşma "simasız" xarakter daşıyır. Əksinə, 

ekzistensializm şəxsiyyətdən kənar, "obyektiv" elmi fikrin əksliyi kimi çıxış etməlidir. 

Beləliklə, ekzistensializm fəlsəfə və elmi bir-birinə qarşı qoyur. Məsələn, M. 

Haydeggerin dediyi kimi, fəlsəfənin predmeti varlıqdan ibarət olmalıdır. Halbuki, elmin 

predmetini "mövcudluq" təşkil edir. Varlıq vasitəli deyil (mücərrəd təfəkkür vasitəsilə), 

yalnız vasitəsiz dərk olunur, insana onun varlığı, şəxsi mövcudluğu, yəni, ekzistensiyanın 

vasitəsi ilə açılır. Ekzistensiyada məhz subyekt və obyektin nə şüurli-elmi, nə də 

spekulyativ təfəkkürə müəssər olmayan hissələsə parçalanmış bütövlüyü mövcuddur: adi 

həyatda insan özünü heç də həmişə ekzistensiya kimi dərk etmir; bunun üçün onun 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

61 


sərhəd (trasdentental) situasiyada olması zəruridir, özünüdərk prosesində insanın ölümlə 

üz-üzə gəlməsindən əhəmiyyətli heç nə ola bilməz. Ekzistensiya olan insan ilk dəfə öz 

azadlığını da tapmış olur. Ekzistensiya termini ilk dəfə S. Kyerkeqor tərəfindən 

işlədilmişdir; cərəyanın nümayəndələrinə görə bu termin insanın "Mən"inin elə bir 

mərkəzi nüvəsidir ki, onun sayəsində insan empirik fərd kimi deyil, konkret, 

təkrarolunmaz şəxsiyyət kimi çıxış edir. Ekzistensializmə görə azadlıq ondan ibarətdir ki, 

insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməsin, 

özü-özünü seçsin, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırsın. Bununla da azad 

insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, "şəraitlə" özünü bəraətləndirmir. Ətrafında 

baş verən hər şey üçün günah hissi-azad insanın hissidir (Berdyayev). Tarixdə baş verən 

hər şey üçün insanın məsuliyyət daşıması barədə ekzistensialistlərin fikri məhz buradan 

çıxır. Lakin, azadlığın subyektiv planda şərhi sırf etik baxımdan dəyərləndirilir. 

Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü E.Munkun "Haray" şəkli verir. 

Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir 

olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, 

hansı səbəbə görə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və 

ya qadın olmasına baxmayaraq insanın əzabının Böyük səbəbini tamşaçı özü hiss 

etməlidir. Aləm bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə 

düşməndir. Bizim qarşımızda "cinssiz insan" durur, onun dünya ilə yeganə əlaqəsi 

dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli 

qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya 

elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. 

Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz 

qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu 

qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instinktiv 

qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır. 

E.Munkun "Haray" rəsmiEkzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı 

başdan-başa "anlaşılmazlıq" və absolyut absurddan ibarətdir. İnsanlar arasında sevgi və 

bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani münasibətlər qırılıb. 

Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə 

məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə 

saxlamırlar. İnsanların ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə toxunmur. Dünya 

insanının ekzistensialist modeli belədir. 

XX əsrin 50-ci illərin sonunda Fransa ədəbiyyatında (M.Sarrot, A.Rob-Qriyye, M.Byutor 

və b.) "yeni roman" istiqaməti yaranır. Həyatın absurdluğu, real hadisələrdə nəticə 

əlaqələrinin yoxluğu, "dağıdılmış" xaotik dünya haqqında ekzistensializm baxışlarından 

faydalanan "yeni roman" məktəbinin davamçıları öz əsərlərilə bütün ənənəvi 

kompozision elementlərinin təşkilatçı-konseptual mənasını dağıdaraq süjetdən kənar 

nəqli prinsip səviyyəsinə qaldırdılar. Roman həyati fakt və hadisələrin hekayə 

edilməsindən qəhrəmanların mənəvi həyatının faktlarının zərif-esseist impreissionist 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

62 


hekayəsinə çevrildi. Psixologizm mütləqləşdirildi. "Şüur seli" real dünya ilə əlaqəsini 

tamam kəsdi, əgər əvvəllər real ədəbiyyatda qəhrəmanların şüuru "informasiyada yarıq" 

ilə əlaqədar olaraq, bir faktdan başqa fakta və ya hipotezə, miras qalan təcrübəyə, 

gələcəyə, ehtimallara atılaraq, həyati proses ilə əlaqəni saxlayırdısa, indi bu sel reallığın 

üstündən aramsız uçub keçir. "Şüur seli" "özüdərketmə selinə" çevrildi. Şüurun 

subeyktivliyi onun subyektlivizminə çevrildi. Təfəkkürün özü eqosentrik şəxsiyyəti üçün 

psixi proses kimi başa düşülməyə başlandı. Hekayə tez-tez sözü bitirməmiş, qəfil və 

motivsiz kəsilir. Əsərlərin ümumi şəklini itirdilər: nəinki təkcə süjet zəiflədi və pozuldu, 

sonluq qaranlıq qaldı, açılma artıq əsərin bədii nəticəsi olmadı. Əsər psixoloji 

vəsiyyətinin tez-tez dəyişdiyi personajın və onun ruhunun hərəkətlərinin naturalist 

şəklinə çevrildi. 

N.Sarrotun "Naməlumun portreti" romanında qadın və kişi arasında çətin hiss olunan və 

mənası bilinməyən münasibətlərin çox incə çalarları və yarımtonları açılır. Oxucu üçün 

kimliyi bilinməyən kişi şəhər bağından tez-tez keçərkən hər dəfə tanış olmayan bir qıza 

baxır. Kişinin qəlbində yaranan sevgi və şəfqət və onun təkidli baxışlarına qarşı qızın 

qəlbində yaranıb tez-tez dəyişən cavab reaksiyaları zamanın məzmununa çevrilir. Heç bir 

açılma yoxdur, yaranan süjet xətləri qırılır. 

Yazıçı bununla göstərmək istəyir ki, bədii təsvirin və analizin əsil predmeti həyat 

hadisələri deyil, qadın və kişilərin arasındakı hisslərin çalarları, daxili həyəcanlardır. 

"Şüur seli" ədəbiyyatı şəxsiyyətin daxii aləmini mütləqləşdirir. 

 

Futurizm 

(lat.futura-gələcək)  

XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. ―Gələcəyin 

incəsənətii‖ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, 

mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə 

çıxırdılar. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa 

ölkələrində yayılmışdı. Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğçisi, futurizm 

manifestinin (1909) müəllifi F.T.Marinetti idi. Estetik prinsiplərinin ümumiliyinə 

baxmayaraq, futurizm ayrı-ayrı ölkələrdə müxtəlifideya meyilləri ilə fərqlənmişdir. 

 

Klassisizm 

 

Ədəbiyyatda köhnə Yunan və Roma sənətini təməl alan tarixi yanaşma və estetik 



tutumdur. 1660 məktəbi olaraq da bilinər 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

63 


Yenidən doğuş deyə adlandırılan İntibah dövründə inkişaf etmişdir. Bu axının izləri bir 

əvvəlki dövrdə Rebelais və Montaignedə, hətta Aristoteldədir. 

Klassisizmin təməl elementləri öz içində soyluluq, ağılçılıq, uyğunlaşma, açıqlıq, 

məhdudluq, universallıq, idealizm, tarazlıq, ölçülülük, gözəllik, görkəmlilikdir. Yəni bir 

əsərin klassik sayıla bilməsi üçün bu xüsusiyyətləri saxlaması lazımdır. Qısaca klassik bir 

əsər, bir üslubun ən yetişkin və ən uyğun ifadəsini tapdığı əsərdir. Klassisizm təməllərini 

İntibah aristokratiyasından götürür. Klassisizm bir baxıma aristokratiyanın məhsuludur. 

 

Klassisizm cərəyanının xüsusiyyətləri 

XVII əsrin II yarısında Fransada meydana gəlib.  

Mövzuları Qədim Yunan və Latın mifologiyasından götürüb.  

Mükəmməlliyətçidir və ana dili əsas götürür.  

"Sənət, sənət üçündür" anlayışı mənimsənmişdir.  

Sənətkarlar əsərlərində şəxsiyyətlərini gizləmişlər.  

Əsərlərdə klassik, dəyişməyən tiplər yaradılmışdır.  

Fiziki və ictimai ətraf əhəmiyyətli deyil, çünki dəyişəndir.  

İstifadə edilən dil, seçmələrin dilidir. İzahat bəzəksiz və sadədir. Xüsusilə şeir, teatr və 

sınaq növlərində inkişaf etmişdir.  

Ən əhəmiyyətli nümayəndələri; Dekart, Molyer  



 

Hərfçilik 

 

(letrizm də deyilir)  



Bir ədəbi axındır. İkinci Dünya Müharibəsi sonunda ortaya çıxmışdır. Rumıniyalı şair 

İsidore İsou tərəfindən başladılmışdır. 

Şeirlərə istiqamətli bir ədəbi axındır. Xüsusiyyəti, şeirdə sözlərin deyil hərflərin təməl 

alınmasıdır. Məqsədi, hərflərin təməl alınması yoluyla fərqli tərzdə bir şeir yazılmasıdır. 

Ədəbiyyatda klassik axınlara qarşı çıxan bir qarşı-axındır. 

Axının qurucusu Isidore Isou hərfçiliyi "Hərf olmayan və ya hərf olmayacaq heç bir şey 

mənəvi olaraq da var ola bilməz" formasında yekunlaşdırmışdır. Maurice Lemaitre və 

François Dufrêne, Letrizmin qabaqda gələn şairləridir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

64 


Letrizm bir ədəbi axın olaraq doğulmuş olmasına qarşı kino başda olmaq üzrə dövrün 

musiqi və rəqs axınları üzərində də təsirini göstərmişdir. 

 

Maarifçi realizm 

 

 XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. 



Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə 

görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki 

cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi 

isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, 

ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. 

Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu 

maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ 

kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin 

Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir. Lakin maarifçilər teatr və 

dramaturgiyaya da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Azərbaycan maarifçiliyinin 

də əsas janrı dramaturgiya olmuşdur. 

Bu realizmin əsas əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və təhsilin məhsulu kimi 

anlamasıdır. Elə buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji roman 

anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz əsərlərində düzgün tərbiyə sistemini və onun 

nəticəsi olan şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar. 

İlkin maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və yırtıcı təbiəti ortaya 

çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə xüsusi 

əhəmiyyət verilirdi. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətlərini, insanların 

qüsurlarını tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim olunması səciyyəvi idi. 

Azərbaycan ədəbiyyatında maarifçi realizmin ən bariz nümayəndəsi A.A.Bakıxanov və 

M.F.Axundov idi. Sonuncunun pyeslərinin finalında Çar üsul idarəsinin jandarmları gəlib 

konfliktə müdaxilə edir və yerli əhalidən daha Maarifli qüvvə kimi ədaləti bərpa edirlər, 

qanunsuz hərəkətlərin qırçısını alırlar. 

Beləliklə, sivilizasiyalı adam daha ədalətli hesab olunur. Bu xalis maarifçi təsəvvür idi

ədalət problemini birbaşa savad və tərbiyə ilə bağlayırdı. M.F.Axundov pyeslərində Çar 

məmurları həm də birmənalı mütərəqqi qüvvədirlər. Böyük ədib inanırdı ki, Rusiya 

tərkibinə daxil olmaq Azərbaycan xalqının sürətli tərəqqisinə xidmət edəcək. 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

65 


Müsəlman şərqində maarifçi realizm 

Müsəlman şərqində maarifçilik dünyagörüşünün ayrılmaz tərəfi Qərb xalqlarının siyasi, 

mədəni və iqtisadi tərəqqi yoluna nümunə kimi baxmaq, Avropa sənaye inqilabları 

istiqamətində inkişafın qaçılmazlığına inam idi. Sovet hakimiyyəti qurulana qədər 

Azərbaycanda bu qərbçi maarifçilik üstünlük təşkil edirdi. Lakin islami maarifçilik də var 

idi. 


 

Azərbaycanda maarifçi realism 

 

Sovetləşmədən sonra Azərbaycanda marksist maarifçilik yayılmağa başladı. Terminoloji 



fərqlərə baxmayaraq marksist maarifçilik də Avropanın ateist maarifçiliyinin bir forması 

idi. Birmənalılıq, ümumiyyətlə, maarifçi realist qəhrəman konsepsiyasının mühüm 

əlaməti idi. Maarifçi realizmdə romantiklərdə olduğu kimi mənfi surətlər canlı adamdan 

çox müəyyən əxlaqi qüsurların birmənalı timsalıdırlar. Hacı Qara xəsislik rəmzidir. 

Maarifçi qəhrəmanlarda mənfi sifətlər müəyyən şəxsi motivlərlə deyil, mütləq bir 

keyfiyyət kimi, mütləq ideyanın timsalı kimi mövcuddur. Kapitalist cəmiyyəti inkişaf 

etdikcə, Burjua inqilabları qanlı proses kimi davam etdikcə maarifçi müsbət 

qəhrəmanların məhdudluğu ortaya çıxdı. Aydın oldu ki, maarif sosial tərəqqiyə də, sosial 

şərə də xidmət edə bilər. Rusiyada və sonradan Azərbaycanda marksizmin yayılması 

mütərəqqi hadisə idi. Amma marksist maarifçiliyin hər iki ölkədə qanlı nəticələri də oldu. 

Ona görə maarif və düzgün tərbiyə sosial tərəqqi yaradan mühüm prosesdir. Lakin 

maarifin çiçəklənməsi birbaşa cəmiyyətdə sosial ədalətin artmasına səbəb olmur. 

Maarifçiliyin böhranı insanın və cəmiyyətin inkişaf mexanizmi barədə belə sadəlövh 

təsəvvürlərin dağılmasının nəticəsioldu. Şər işlər görməkdə savadlı adamların 

savadsızlardan daha təhlükəli olduğu aydınlaşdı. 

Azərbaycan ədəbiyyatında maarifçi realizmin prinsipləri C.Məmmədquluzadə, 

N.Nərimanov, N.B.Vəzirov kimi ədiblərin də yaradıcılığında özünü göstərmişdir. Yalnız 

Birinci Dünya müharibəsi başlanandan sonra cəbhələrdə milyonlarla adamlar qırıldı və 

bu, müsəlman maarifçilərin gözündə Avropa sivilizasiyasının müsbət obrazını məhv etdi. 

Avropa tərəqqi yoluna inam sarsıldı və maarifçi dünyagörüşü az-az aradan çıxdı. 



Modernizm 

 

(fr.modernisme, moderne-yeni, müasir) 



Ədəbiyyatda və incəsənətdə cərəyan. Modernizmin nəzəriyyəçisi ispan filosofu Orteqa-i 

Qasetin fikrincə modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə inkarından 

ibarətdir. Bu cərəyanın başlanğıcının fransız dekadentliyi dövrünə, yaxud kubizm (1907-


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

66 


14) dövrünə aid edilməsi məsələsi indiyədək mübahisəlidir. Araşdırmalara görə 

modernizm Birinci dünya müharibəsi ərəfəsində meydana gəlmiş və sonralar sosial 

fəallığını daha da artımışdır. Müxtəlif tarixi mərhələlərdə ekspressionizm, kubizm, 

futurizm, abstraksionizm, atonal musiqi və s. realizmə zidd cərəyanlara ayrılmışdır. 

odernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, E.Hemenquey, U.Folkner və Q.Qrinin 

yaradıcılığına ciddi təsir göstərmişdir. Onların əsərləri forma və mündəricə etibarilə 

modernist cərəyanın tələblərinə uyğun gəlir. Hazırda Qərb ədəbiyyatşünasları C.Coys, 

M.Prust və F.Kafkanın (yaradıcılıqlarındakı kəskin ziddiyətlərə baxmayaraq) da 

yaradıcılığına əsasən modernizm haqqındakı təsəvvürlərə yenidən baxır və onları 

dəqiqləşdirmək üçün tədqiqat aparırlar. 



 

Naturalizm 

 

(fr. Naturalisme) 



XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. 

Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. 

İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 

60-cı illərində Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə əd geniş yayılmışdı. 

Onun ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini 

tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil 

Zolyanın adı ilə bağlıdır. G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, H.İbsen, 

K.Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. 

Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm 

deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün 

ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda 

naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. 

Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da 

tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil 

Zolya ―Eksperimental roman‖ adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman 

darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və 

fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın 

digər ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik 

fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər də yazmışdır. 

Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə 

yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə insan 

obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik 

xüsusiyyətlərini belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin