Yazisi abiDƏLƏRİ I hiSSƏ Bakı «Elıü və təhsil»



Yüklə 19,67 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix28.01.2017
ölçüsü19,67 Mb.
#6556
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   36

v ə 
uyğur  qəbilələrinə 
mənsub  hesab  edilən  (başdaşının  sahibi  özünü  qırğız  oğlu 
adlandırır,  lakin  uyğur  yerindən  gəldiyini  deyir:  Uyğur  yerindən 
Yağlakar xan  ata gəldim.  Qırğız oğluyam)  Süci  abidəsi,  güman  ki, 
hələ  Göytürk  xaqanlığı  dövründə  yazılmışdır.  Çox  sonralar  hətta 
kağız  üzərində  yazılmış  bir  sıra  abidələrdə  də  (məsələn,  Irk  bitig 
«Falnamə»)  göytürk əlifbasından  istifadə edilmişdir.  Lakin sonralar 
uyğurlar  soğd  əlifbası  əsasmda  öz  müstəqil,  necə  deyərlər,  milli 
əlifbalarını  -   qədim  uyğur  əlifbasım  yaradırlar.  Uyğur  yazısı 
abidələri  adlandırdığım  bu  kitabələr  qədim  uyğur  dilində  yazılmış 
abidələrin  böyük  əksəriyyətini  təşkil  edir  və  Pekinin  qərbindəki 
Torbogendən  Şərqi  Türküstanadək  (indiki  Uyğurustan)  geniş  bir 
ərazidə  yayılmışdır;  bu  əlifba  ilə  yazılmış  kitabələrin  çox  hissəsi 
Turfan vadisində tapılmışdır.
Tarixdən  bəllidir  ki,  uyğurlar  bir  neçə  dəfə  dinlərini 
dəyişmişlər.  Bu  öz  əksini  onların  yazı  mədəniyyətində  də 
tapmışdır;  uyğurlar  göytürk  və  qədim   uyğur  əlifbasından  əlavə 
Çin  heroqlifləri,  hind  brəhmi  (sillabik)  yazısı,  toxar,  soğda  və 
nestorian  (Suriya  əlifbasının  bir  növüdür)  əlifbaları  ilə  də  yazı 
mədəniyyəti 
abidələri  qoyub  getmişlər.  İslam  dinini  qəbul 
etdikdən  sonra  uyğur  abidələri  artıq  təkcə  ərəb  əlifbası  ilə 
yazılmışdır.
Uyğur  yazısı  abidələri  dedikdə  yalnız  uyğur  əlifbası  ilə 
yazılmış  kitabələr  nəzərdə  tutulur.  Buna  görə  də  burada  «qədim 
uyğur  abidələri»  termini  işlədilmir,  çünki  bu  termin  qədim  uyğur
4 2
əlifbası  ilə  yazılmış  kitabələrdən  əlavə  digər  əlifbalar  ilə,  lakin 
qədim  uyğur  dilində  yazılmış  kitabələri  də  əhatə  edir;  onda  XII- 
XIII  əsrlərdə  (monqol  işğalmadək)  ərəb əlifbası  ilə yazılmış bədii 
ədəbiyyatı,  habelə  M ahm ud  Kaşğarlmm  «Divani-lüğət-it-türk» 
əsərini də uyğur abidələrinə daxil etm ək lazım gələrdi.
Uyğur  yazısı  abidələrinin  araşdırılması  tarixindən. 
Qədim  uyğur  əlifbası  ilə  yazılmış  abidələrin  tapılması  və 
öyrənilməsi,  göytürk  abidələrinin  kəşfi,  şifrinin  açılması  və 
öyrənilməsinə nisbətən xeyli asan olmuşdur.  Belə ki,  qədim uyğur 
əlifbasının  xələfi  olan  monqol  əlifbası  hələ  bizim  günlərədək 
işlək  olmuş,  tədqiqatçılar  ondan  bəhrələnib  qədim  uyğur  dilinin 
yazı nümunələrini asan oxumuşlar.
Uyğur  xalqının  tarixinin,  qədim  uyğur dilinin,  habelə qədim 
uyğur  yazısı  abidələrinin  araşdırılmasına  h ələ  XIX  yüzilliyin 
əvvəllərində başlanmışdır.
Uyğurlar  türk  xalqları  içərisində,  qırğızlardan  sonra,  ilk 
oturaq  həyata  keçmiş  qəbilələrdən  biri,  ilk  şəhər  mədəniyyəti 
yaratmış  ilk  türk  xalqıdır.  Buna  görə  də  onlar  özlərindən  sonra 
zəngin  arxeoloji  abidələr  qoymuşlar.  XIX yüzilliyin  əvvəllərində 
qədim   uyğur  şəhərlərinin  xarabalıqlarında  arxeoloji  qazıntılar 
aparılır,  qədim  və  qüdrətli  uyğur  dövlətini  yaratmış  xalqm  maddi 
m ədəniyyəti  üzə  çıxarılır,  tarixi,  adət-ənənəsi,  dili  tədqiq  edilir. 
Həmin  əsrin  əvvəllərində  aparılan  arxeoloji  qazıntılarda  qədim 
uyğur  əlifbası  ilə  yazılmış  kitabələrə  az  təsadüf  edilirdi,  çünki 
zaman  və  təbiət  həmin  abidələrlə  amansız  rəftar  etmiş,  onların 
dövrümüzə qədər çatmasına mane olmuşdu.
Uyğur xalqının  tarixinin  və  dilinin ilk tədqiqatçılarından biri 
m əşhur  Azərbaycan  şərqşünası  və  dilçisi  Mirzə  Kazım  bəy 
olmuşdur.  O,  1841-ci  ildə  «Uyğurlar  haqqında  tədqiqat»  adlı 
əsərini  nəşr  etdirir.  Bu  əsərlə  Rusiyada  uyğurşünaslığın  əsası 
qoyulmuşdur.  Rusiyada XIX əsrin sonu və XX əsrin başlanğıcında 
qədim   uyğur  qəbilələrinə,  qədim   uyğur  dövlətlərinin  tarixinə  və 
qədim  uyğur  m ədəniyyətinə  maraq  daha  da  artır.  Mirzə  Kazım 
bəyin  ardınca  rus  alim lərindən  N.P.Prejevalski,  M.V.Pevtsov, 
V.İ.Roborovski, 
P.K. Kozlov, 
D.A.Klements, 
Q.Y.Qrumm- 
Qrjimaylo,  S.F.Oldenburq,  V.V.Radlov  və  başqaları  qədim  uyğur 
qəbilələrinin  tarixini  öyrənm ək,  yazılı  abidələrini  tapmaq  və
4 3

oxumaq,  qədim  uyğur  dilini  araşdırmaq  sahəsində  əvəzsiz xidmət 
göstərmişlər.  Qədim  uyğur  qəbilələrinin  tarixinin  öyrənilməsi, 
qədim  uyğur  yazısı  abidələrinin  tapılması,  şıfrinin  açılması  və 
oxunması,  qədim   uyğur  dilinin  araşdırılması  sahəsində  Avropa 
alimlərinin  xidməti  də  xüsusi  qeyd  edilməlidir.  XIX  yüzilliyin 
sonu  və  XX  yüzilliyin  əvvəllərində  Şərqi  Türküstana  iki  elmi 
ekspedisiya 
təşkil 
edilir. 
Bunlardan 
birinə 
alman 
alimi 
A.Qrünvedel,  digərinə  macar  alimi  A.Lekok  rəhbərlik  edirdi. 
Ekspedisiyalar nəticəsində qədim uyğur əlifbası ilə yazılmış  çoxlu 
kitabə  əldə  edilir.  A.Qrünvedel  və  A.Lekok  tapılmış  əlyazmaları 
qaydaya  salır,  transkripsiya  edir,  oxuyur,  tərcümə  və  çap  etdirir. 
Beləliklə,  tədqiqatçılar  göytürk  yazısı  abidələri  ilə  müqayisəyə 
gəlməz  dərəcədə  zəngin  olan  çoxlu  uyğur  yazısı  abidələri  əldə 
edir,  onların  mətnşünaslıq  və  dilçilik  baxımından  tədqiqi  ilə 
məşğul  olmaq imkanı əldə  edirlər.  B u  dövrün  qədim  uyğur yazısı 
abidələrinin  tədqiqi  sahəsində 
fəaliyyət  göstərən  əsas  siması 
akademik  V.V.Radlovdur.  O  həmin  dövr  üçün  tapılmış  göytürk 
abidələrinin,  demək  olar  ki,  hamısını  araşdırmış,  onların 
tədqiqindən  aralanmış,  yeni  tapılan,  dilçi  və  tarixçi  üçün  daha 
geniş fəaliyyət göstərm əyə  imkanı verən, daha çox dil  materialma 
malik olan qədim uyğur yazısı abidələrini  araşdırmağa başlamışdı. 
XIX  yüzilliyin  sonu  və  XX  yüzilliyini  əvvəli  qədim  uyğur  yazısı 
abidələrinin tədqiqi  və nəşri,  demək olar ki,  V.V.Radlovun adı  ilə 
bağlıdır.  1899-cu  ildə  V.V.Radlov  D.A.Klementsin  tapdığı  iki 
qədim  uyğur  yazısı  abidəsini  nəşr  etdirir.  Bir  qədər  sonra  o, 
A.Qrünvedelin  ekspedisiyasının  1902-1903-cü  illərdə  Turfanda 
tapdığı  qədim  uyğur  yazısı  abidələrinin  araşdırılması  ilə  məşğul 
olur.  Bu  kitabələr  1928-ci  ildə  V.V.Radlovun  vəfatmdan  10  il 
sonra  onun  şagirdi  və  məsJəkdaşı  S.Y.M alov  tərəfindən  «Uyğur 
dilinin abidələri» kitabında nəşr etdirilmişdir.  V.V.Radlov  1909-cu 
ildə  qədim  uyğur  əlifbası  ilə  yazılmış  mani  dini  məzmunlu 
«Xuastuanift»  adlı  abidəni  transkripsiya  və  tərcümə  ilə  nəşr  edir. 
Bu  abidə  1951-ci  ildə  S.Y.Malov  tərəfindən  «Manixeylərin 
peşmanlıq  duası»  adı  ilə  yenidən  nəşr  etdirilmişdir.  V.V.Radlov 
1910-cu  ildə  uyğur  dilinə  Çin  dilindən  tərcümə  edilmiş 
«Tşastvastik» adlı kitabəni nəşr etdirir.
Qədim  uyğur  dilinin  araşdırılmasının  da  təməlini  V.V.Rad-
44
lov  qoymuşdur.  1909-1912-ci  illərdə  onun  qədim   uyğur  yazısı 
abidələri dilinin qrammatik quruluşunun tədqiqinə həsr edilmiş bir 
neçə m əqaləsi nəşr edilmişdir.
«Orta  və  Şərqi  Asiyam  öyrənmək  naminə»  uyğurların,  sarı 
uyğurların və  salarlarm  dilini  (əslində  sarı uyğurların və  salarlarm 
«dili»  uyğur dilinin dialektləridir),  etnoqrafiyasını  öyrənmək üçün 
1909-1911  və  1913-1915-ci  illərdə  S.Y.Malovu  Şərqi  Türküstana 
(Qərbi  Çinə)  və  M ərkəzi  Çinə 
ezam  edirlər.  Bu  illərdə 
S.Y.M alov  Çin  dilindən  qədim   uyğur  dilinə  tərcüm ə  edilmiş 
«Altun  yaruk»  («Qızıl  işıq»)  adlı  əsərin  əlyazmasmm  bütöv 
nüsxəsini  tapır.V.V.Radlov  S.Y.Malovla  birlikdə  1913-cü  ildən 
1917-ci 
ilədək  həmin  əsərin  faksimile, 
transkripsiya  və 
tərcüm əsini nəşrə  hazırlamaqla məşğul  olur.
V.V.Radlovun  qədim  uyğur yazısı  abidələrinin  araşdırılması 
sahəsindəki  xidmətləri  o  qədər böyükdür ki,  başqa tədqiqatçıların 
xidm ətləri 
bunun  qarşısında  kölgədə  qalır. 
Lakin  başqa 
tədqiqatçılar  da  qədim  uyğur  yazısı  abidələrini  Öyrənmək 
sahəsində  az  iş  görməmişlər.  1908-ci  ildə  F.V.K.M üller  xristian 
dini  məzm unlu  «Sehrkarların  sitayişi»  və  burhan  (budda)  dini 
məzmunlu  «Altun  yaruk»  yazılı abidələrindən götürdüyü parçalan 
«Uyğurika» adlı  kitabda nəşr etdirir.  Kitabın ikinci hissəsi  1912-ci 
ildə  nəşr  edilmişdir. 
1912-ci  ildə  macar  alimi  A.Lekok 
«Xuastuanift»  adlı  abidənin  bir  hissəsini  transkripsiya və  tərcümə 
ilə  birlikdə  nəşr  etdirmişdir...  1991-ci  ildə  L.Y.Tuquşeva  «Süan- 
Tszanm 
bioqrafiyasının 
uyğur  variantı» 
əsərini  faksimile, 
transkripsiya, 
tərcümə, 
qeydlər  və 
lüğətlə  birlikdə  nəşr 
etdirmişdir.  V.M.Nasilov  qədim   uyğur  yazısı  abidələrinin  dil 
materialalrı əsasında «Qədim uyğur dili» adlı əsər yazmışdır.
XX  yüzilliyin  sonralarmda  Türkiyədə  qədim   uyğur  yazısı 
abidələrinə  maraq  artır,  bir  sıra  əsərlər,  o  cüm lədən  Rəşit 
R əhm əti  Aratın  «Kutadğu  bilig»  (1991,  III  nəşr),  Ceval  Kayanın 
«Uyğurca Altun yaruk» (1994) adlı  əsərləri nəşr edilir.
Qədim  uyğur  yazısı  abidələrinin  təsnifi.  Qədim  uyğur 
yazısı  abidələrinin  böyük  əksəriyyəti  Çinin  qərbində  -   Şərqi 
Türküstanda tapılmışdır.  Bu  abidələr  sayca  göytürk  abidələrindən 
xeyli  çoxdur,  lakin  kağız  üzərində  olduğu  üçün  bunların 
əksəriyyəti  ya  m əhv  olmuş,  y a  da  m ətnlər  xeyli  dərəcədə  zərər
4f

görmüşdür.  Bütün  bunlara  baxmayaraq,  qədim  uyğur  əlifbası  ilə 
yazılmış  kifayət  qədər  əlyazması  dövrümüzə  qədər  gəlib 
çatmışdır.  Bunların  içərisində  «Kutadğu  bilig»  («Xoşbəxtlik 
gətirən  bilik»),  «Altun  yaruk»  («Qızıl 
işıq»),  «Süan-Tszanm 
bioqrafiyası»,  «M aytnsimit»  kimi  iri  həcmli  əsərlər,  m üxtəlif 
məzmunlu yüzlərlə  şeir və nəsr əsərini  göstərmək olar;  şeirlərdən 
bir qisminin hətta müəllifləri də məlumdur.
Dünyanın bir çox kitabxana və muzeylərində  xeyli miqdarda 
qədim uyğur yazısı  abidəsi vardır.  Bunların  xeyli  hissəsi  üzərində 
hələ  heç  bir  tədqiqat  işi  aparılmamış,  bir  qismi  heç  nəşr 
edilməmişdir.
Qədim uyğur yazısı abidələrinin dili  ilə ilkin tanışlıq belə  bir 
fikir  söyləməyə  imkan  verir  ki,  qədim  uyğur  qəbilələri  m ənşəcə 
göytürk  qəbilələrinə  yaxm  olduqları  və  uzun  müddət  bir  siyasi 
birliyə daxil olduqları üçün bu iki qəbilə ittifaqının dilləri də yaxm 
olmuşdur.  Bu  yaxınlıq  xüsusən  daş  üzərində  yazılmış  göytürk  və 
qədim  uyğur  abidələrinin  dilində  özünü  daha  çox  büruzə  verir. 
Lakin  hələ  daş  üzərindəki  abidələrin  dilində  müəyyən  fərqlər  də 
özünü  göstərir.  Bu  fərqlər  müasir  dilçilik  baxımından  hətta  bir 
dilin  müxtəlif dialektlərindəki  fərqlərdən  kiçik  olsa  da,  yenə  də 
göytürk  və  qədim  uyğur  dillərini  bir  dilin  iki  dialekti  hesab 
etməyə əsas  vermir.  Elə  sonrakı  qədim uyğur abidələrinin -  kağız 
üzərində  yazılmış  qədim   uyğur  yazısı  abidələrinin  dili  də  daş 
üzərində  yazılmış  göytürk  və  qədim  uyğur  abidələrinin  dilindən 
bir o qədər də  fərqlənmir.  Lakin  böyük hissəsi toxar,  hind və Çin 
dillərindən  tərcümə  edilmiş  əsərlərdə  həm  göytürk,  həm   də  daş 
üzərində  göytürk  əlifbası  ilə  yazılmış  qədim  uyğur  abidələrinin 
dilindən  fərqlənən yeni  xüsusiyyətlərə  rast  gəlmək  olar.  Mərkəzi 
Monqolustandan  Şərqi  Türküstana  miqrasiya  etdikdən  sonra 
qədim 
uyğur 
qəbilələri 
erkən 
orta 
əsrlərin 
iki 
böyük 
mədəniyyətinin  -   Çin  və  fars  mədəniyyətinin  qovuşduğu  yerdə 
yerləşdiyi  üçün  qədim   uyğur  ədəbi  dili  həm   Çin,  həm  də  fars 
dilinin  təsirlərini  hiss  etm əyə  bilməzdi.  Bu  təsir  özünü  daha  çox 
qədim  uyğur  ədəbi  dilinin  lüğət  tərkibində  hiss  etdirir;  qədim 
uyğur dili,  Çin və  fars  dillərindən  xeyli  miqdarda  söz  alır.  Başlıca 
fərqlər  isə  özünü  fonetika  sahəsində  göstərir:  1)  qədim  uyğur 
yazısı abidələrinin dilində  göytürk əlifbası ilə yazılmış  göytürk və
46
qədim   uyğur  abidələrinin  dilində  olmayan  bir  neçə  səs  (fonem) 
təzahür  edir;  2)  həm  göytürk,  həm   də  göytürk  əlifbası  ilə  (həm 
daş,  həm   də  kağız  üzərində)  yazılmış  qədim  uyğur  abidələrinin 
dilində  heç  bir  istisnaya  yol  verməyən  (sözlərdə)  saitlərin  damaq 
ahəngi qədim uyğur əlifbası  ilə yazılmış abidələrin dilində bir sıra 
hallarda  pozulur.  Qrammatika  baxımından  göytürk  və  göytürk 
əlifbası  ilə  yazılmış  qədim   uyğur  abidələrinin  dilində  ikivariantlı 
işlənən  şəkilçilər  qədim   uyğur  əlifbası  ilə  yazılmış  uyğur 
abidələrinin  dilində  dördvariantlı  şəkilçilərə  çevrilir.  Lakin bütün 
bunlara  baxmayaraq,  istər  göytürk,  istərsə  göytürk  əlifbası  ilə 
yazılmış  qədim  uyğur  abidələrinin  dili  ilə  qədim  uyğur  yazısı 
abidələrinin  dili  arasında  lüğət  tərkibi  baxımından  o  qədər  də 
böyük  fərq  yoxdur,  qrammatik  quruluş  isə  (şəkilçilərin  fonetik 
tərkibindəki qanunauyğun fərqləri çıxsaq), dem ək olar ki, eynidir.
Uyğurlar  tarixləri boyu sitayiş  etdikləri dinləri'bir neçə dəfə 
dəyişmişlər. 
Təbii 
ki, 
onların 
tapındıqları 
dinlər  uyğur 
ədəbiyyatında  -   qədim  uyğur  əlifbası  ilə  yazılmış  mətnlərdə, 
xüsusən  dini  məzmunlu  abidələrdə  öz  izlərini  qoymamış  deyildir 
Bəzi  tədqiqatçılar  səhv  olaraq  əlifba  m əsələsini  dil  və  din 
m əsələsi  ilə  qarışdırıb  guya  yad  əlifba  ilə  yazılan  uyğur 
m ətnlərinin  uyğur  dilinə  heç  bir  aidliyi  olmadığım  iddia edirlər. 
Ə.Şükürlü  yazır:  «Uyğur  qəbilələri,  bəllidir  ki,  tapındıqları  dini 
etiqadların  müxtəlifliyi,  düşdükləri  tarixi-ictimai  şəraitlə  bağlı 
olaraq  m üxtəlif əlifbalardan  istifadə  etmişlər.  Çin  heroqlifləri  ilə 
yazılmış  qədim  uyğur  yazısı  abidələrini  uyğur  dili  ilə  oxumaq 
mümkün  olmadığına  görə  onları  uyğur  dili  abidəsi  kimi 
öyrənm əyə  heç  bir  əsas  yoxdur.  Hindistana  yaxm  olub  budda 
dininə  sitayiş  edən  bir  qrup  uyğur  qəbiləsi  brahma  -   hind 
əlifbasından istifadə etmişlər.  Bu əlifba fonetik (sillaboqrafik) yazı 
olduğuna  görə  uyğur  mətnlərini  qədim  uyğur  dilində  oxumaq 
mümkündür».1  Tamamilə  səhv  fikirlərdir,  çünki  Çin  heroqlifləri 
ilə 
yazılmasına 
baxmayaraq, 
bunlar 
qədim  
türk 
yazılı 
abidələridirsə,  onları  qədim  uyğur  dili  abidələri  kimi  də  qəbul 
etm ək lazımdır.
Qədim  uyğur  qəbilələri  ayrı-ayn  vaxtlarda,  şaman  dinini
1 Əlisa Şükürlü.  Qədim türk yazılı abidələrinin dili. Bakı,  1993,  c 34.
47

istisna  etsək,  dörd  dinə  -   atəşpərəstliyə  (mani  və  ya  manixey 
dininə),  xristian  dininə,  burhan  (budda)  dininə  və  islam  dininə 
tapınmışdır. 
Mani 
dininə 
tapman 
qədim 
uyğurlar 
mani 
əlifbasından  istifadə  etmişlər.  Mani  dini  məzmunlu  qədim  uyğur 
abidələrindən  «Xuastuanift»  kitabəsini  nümunə  göstərmək  olar. 
Bu  abidənin  həm   mani,  həm  də  qədim uyğur  əlifbası  ilə  yazılmış 
nüsxələri  bizə  məlumdur.  Bizi  mani  əlifbası  ilə  yazılmış  nüsxə 
yox,  qədim uyğur əlifbası ilə yazılan nüsxə maraqlandırır.  Xristian 
dininə  sitayiş  edən  uyğurlar  qədim  uyğur  əlifbasından  istifadə 
etmişlər.  M ərkəzi  Monqolustandakı  qədim  uyğur  xaqanlığı 
tənəzzülə  uğradıqdan  sonra  uyğur  qəbilələrinin  bir  hissəsi  Şərqi 
Türküstan  və  Cunqariyaya  miqrasiya  edir.  Bu  uyğurlar  burhan 
(budda)  dininə  tapmırdılar.  Burhan  dininə  tapman  qədim 
uyğurların  miras  qoyduqları  yazılı  abidələrin  bir  qismi  brəhmi, 
əksəriyyəti  isə  qədim  uyğur  əlifbası  ilə  yazılmışdır.  Brəhmi 
əlifbası  ilə  yazılmış  qədim   uyğur  abidələri  bizi  maraqlandırmır. 
Nəhayət,  uyğurlar  islam  dinini  qəbul  etdikdən  sonra  əvvəllər 
qədim uyğur,  sonralar isə ərəb əlifbasından  istifadə etmişlər.  Ərəb 
əlifbası  ilə  yazılmış  qədim  uyğur  abidələri  əksəriyyət  təşkil  edir, 
lakin  ərəb  əlifbası  ilə  yazılmış  qədim  uyğur  abidələri  də  bizi 
maraqlandırmır.  Beləliklə, qədim uyğur əlifbası ilə yazılmış uyğur 
abidələrini  dini  mənsubiyyət,  habelə  iislubi  çalarma  görə  belə 
qruplaşdırmaq olar:
1.  Mani dini məzmunlu qədim uyğur yazısı abidələri;
2. Xristian dini məzmunlu qədim uyğur yazısı abidələri;
3. Burhan dini məzmunlu qədim uyğur yazısı abidələri;
4. İslam dini məzmunlu qədim uyğur yazısı abidələri;
5.  Dünyəvi  məzmunlu  qədim  uyğur  yazısı  abidələri.  Bu 
abidələr heç bir dini məzmun daşımır,  sadə xalq danışıq üslubunda 
yazılmışdır. 
Əksərən 
şeirlərdən 
ibarət 
olan 
bu 
abidələr 
Azərbaycan  xalq  şeirlərini  xatırladır  və  müasir  Azərbaycan 
oxucusu lüğətdən istifadə etmədən belə onları başa düşə bilər.
M ani  dini  m əzm unlu  qədim   uyğur  yazısı  abidələri. 
Qədim 
uyğur 
qəbilələrinin 
mani 
(atəşpərəstlik) 
dininə 
tapmmalarmm  tarixi  h ələ  müəyyənləşdirilməmişdir.  V.V.Radlov 
və  S.Y.Malov belə  hesab edirlər ki,  uyğurlar hələ  yeni  eranın VII 
yüzilliyindən  əvvəl  mani  dininə  tapınmışlar.  Turk  xalqları
4 »
tarixinin  gözəl  bilicisi  olan  L.N.Qumilevin  fikrincə,  qədim uyğur 
qəbilələri  mani  dinini  VII-VIII  yüzilliklərdə  qəbul  etmişlər. 
Sonuncu  fikir  daha  ağlabatandır.  Belə  ki,  Sasani  İranında 
atəşpərəstlik təqib edilmirdi.  Ə rəblər İranı məğlub etdikdən sonra 
atəşpərəstləri 
təqib 
etm əyə 
başladılar. 
Təqibdən 
qaçan 
atəşpərəstlər  (zındıqlar)  güclü  Uyğur  xaqanlığında  -   uyğur 
qəbilələri  arasmda  özlərinə  sığınacaq  tapır.  Həmin  atəşpərəstlər 
mani  dininin  uyğurlar  arasmda  yayılmasına  və  bəzi  uyğur 
qəbilələrinin 
mani 
dinini 
qəbul 
etməsinə, 
habelə  mani 
əlifbasından  istifadə  etm əsinə  səbəb  ola  bilərdi.  Mani  dini 
məzmunlu  qədim   uyğur  yazılı  abidələrinin  dili,  bir  tərəfdən, 
göytürk  əlifbası  ilə  yazılmış  qədim  uyğur  yazısı  abidələrinin 
dilindən, digər tərəfdən,  qədim uyğur əlifbası ilə yazılmış xristian, 
burhan  və  islam  dini  məzmunlu  qədim  uyğur  yazısı  abidələrinin 
dilindən  fərqlənmir.  Bu  abidələrin  əksəriyyəti qədim  fars-pəhləvi 
dilindən  tərcümə  edildiyi  üçün  m ətnlərin  lüğət  tərkibində  qödim 
fars  sözlərinə  tez-tez  təsadüf  edilir.  Mani  dini  məzmunlu  qədim 
uyğur  yazısı  abidələri  içərisində  «Xuastuanift»  abidəsi  diqqəti 
daha çox cəlb edir.
«Xuastuanift» 
abidəsi. 
S.Y.Malov 
bu 
abidəni 
«Manixeylərin  peşmanlıq  duası»  adı  ilə  nəşr  etmişdir.  Əsərin 
yazılma,  daha  doğrusu  qədim  uyğur  dilinə  tərcümə  edilmə  tarixi 
mübahisəlidir.  Abidənin  ilk  tədqiqatçısı  V.V.Radlovun  fikrincə, 
bu  abidə  V əsrdə  tərtib  edilmiş  və  ya  qədim uyğur dilinə  tərcümə 
edilmişdir.  O  belə  bir  faktdan  çıxış  edir  ki,  «Xuastuanift» 
abidəsinin dili həm  lüğət tərkibinə,  həm  də qrammatik quruluşuna 
görə  göytürk  abidələrini  xatırladır.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
yeni  eranın V yüzilliyində göytürk yazısı  abidələrindən,  hər halda 
böyük  Orxon  abidələrindən  danışmaq  hələ  tezdir.  Ola  bilər  ki, 
Yenisey  kitabələri  nəinki  V  yüzilliyə,  hətta  ondan  daha  əvvəlki 
tarixi  dövrə  aid  olsun.  Ancaq  bu  halda  göytürk  yazısı  abidələri 
dilinin  qrammatik  quruluşundan  danışmaq  hələ  tezdir,  çünki  kiçik 
həcm li  Yenisey  abidələri  qrammatik quruluş  haqqmda mühakimə 
yürütm ək  üçün,  demək  olar  ki,  heç  bir  material  vermir.  Həmin 
abidəni  V.V.Radlovla  birlikdə  tədqiq  etmiş  S.Y.Malov  da 
V.V.Radlovun  fikri  ilə  razılaşır.  S.Y.Malovun  fikrincə,  mani  dini 
Orta  Asiyaya islam  dini  ayaq  açmazdan  əvvəlki  dövrlərdə  -  V  və
4 9

ya  VI  yüzilliklərdə  Orta  Asiyada  yayılmış  imiş  və  «Xuastuanift» 
əsəri də həm in dövrün məhsuludur.  N əzərə  alsaq ki,  islam dini bu 
dinin  beşiyi  olan  Ərəbistan  yarımadasında  VII  yüzilliyin 
ortalarında  əsaslı  şəkildə  yayılmamışdı  və  ərəblər  Orta  Asiyaya 
yalnız  VIII  yüzilliyin  əvvəllərində  gəlib  çıxmışdılar  (Kül  tiginin 
ərəb  qoşunları  ilə  Buzqala  -   Təmir  kapığ  civarmdakı  döyüşünü 
yada  salmaq  lazımdır),  onda  S.Y.Malovun  mülahizələri  də  şübhə 
doğurur.  L.V.Dmitriyevanm  fikrincə,  bu  abidə  VII  və  ya  VIII 
yüzillikdə  fars  dilindən  uyğur  dilinə  tərcümə  edilmişdir. 
Ə.Şükürlü  V.V.Radlov  və  S.Y.Malovla  razılaşaraq  yazır  ki, 
««Xuastuanift»  abidəsinin  doğrudan  da  tərcümə  əsəri  olduğunu 
təsdiq  etmək  olur,  çünki  abidənin  dilində  əski  uyğur ədəbi  dilinə 
yad  olan cümlə  növləri  və  eləcə  də  İran  sözləri  mövcuddur.  Lakin 
bu  əsərin  islam  dini  yayılmcaya  qədər  meydana  çıxması  haqda 
yürüdülən  fikir  və  mülahizələr  daha  çox  ağlabatandır.  Belə  ki, 
islam  dini  meydana  çıxdıqdan  sonra  Orta  Asiyada  atəşpərəstlik 
məzmunu  daşıyan  bir əsər  ortaya  çıxanla  bilməz  və  nüsxələri  də 
çoxaldılmazdı».1  Abidənin  tərcümə  əsəri  olduğuna  şübhə  edilmir. 
Lakin  V.V.Radlov,  S.Y.Malov  və  Ə.C.Şükürlünün  abidənin  V  və 
ya  VI  əsrdə  qədim  uyğur  dilinə  tərcümə  edilməsi  fikri  ilə 
razılaşmaq  olmaz.  L.V.Dmitriyeva və  L.N.Qumilev  abidənin  VII- 
VIII  əsrlərdə  uyğur  dilinə  tərcümə  edildiyini  söyləyərkən 
həqiqətə  daha  yaxındırlar.  Əvvələn,  yuxarıda  deyildiyi  kimi, 
atəşpərəstlərin 
ərəblər 
tərəfindən 
İrandan 
sıxışdırılıb 
çıxarılmasınadək  mani  dininin  uyğurlar  arasında  yayılması 
ağlabatan  deyildir.  V-VI  yüzilliklərdə  uyğurlar  Altay  dağlarının 
ətəklərində  yaşayırdılar,  köçəri  həyat  sürürdülər  və  mani  dini 
rahiblərinin  onlarm  arasında  öz dinlərini  təbliğ  etmələri  üçün  heç 
bir şərait yox  idi.  Mani  dini  rahibləri  uyğurlar yalnız oturaq  həyat 
tərzinə  keçəndən  sonra  onlarm  arasında  dini  təbliğat  apara 
bilərdilər.  Uyğurların  oturaq  həyata  keçməsi  isə  VIII  yüzilliyin 
ikinci  yarısında  baş  vermişdir.  A təşpərəstlərin  ərəb  təqibindən 
şərqə  -   uyğur  qəbilələrinin  yanma  qaçması  və  qüdrətli  Uyğur 
xaqanlığında  sığmacaq  tapması  da  m əhz  bu  dövrə  təsadüf edir. 
İkincisi,  «Xuastuanift»  əsəri  V-VI  yüzilliklərdə  qədim  uyğur
1 Əlisa Şükürlü.  Qədim türk yazılı abidələrinin dili. Bakı,  1993, s.  35.
SO
dilinə  bir  də  ona  görə  tərcümə  edilə  bilməzdi  ki,  V  yüzilliyin 
ortalarından başlayaraq ta 745-ci ilədək Böyük çöldə hakim qəbilə 
göytürk qəbiləsi  idi,  deməli,  hakim dil də,  qəbilələrarası ünsiyyət 
vasitəsi  də  göytürk  dili  idi.  Qədim  uyğur  qəbilələri  Birinci  və 
İkinci  Türk  xaqanlığının  tərkibinə  daxil  olan  qəbilələrdən  vur-tut 
biri  idi.  «Xuastuanift»  əsəri  745-ci  ilədək  türk  qəbilələrindən 
birinin  dilinə  tərcümə  edilməli  olsa  idi,  onda  qədim   uyğur  dilinə 
yox,  «millətlərarası ünsiyyət vasitəsi» olan göytürk dilinə tərcümə 
edilərdi.  Hər şeydən görünür ki,  bu əsər qədim uyğur dilinə Uyğur 
xaqanlığı  dövründə,  yəni  745-ci  illə  840-cı  il  arasında  tərcümə 
edilmişdir.  Daha  bir  m əsələ  bu  fikrin  xeyrinə  zəmanət  verir. 
«Xuastuanift»  əsərinin  dili,  üslubu,  tərcümənin  (o  dövr  üçün) 
mükəm məlliyi  göstərir ki,  tərcüməçinin  ixtiyarında nəinki göytürk 
yazısı  abidələri,  həm   də  heç  olmasa,  göytürk əlifbası  ilə  yazılmış 
qədim  uyğur abidələri kimi  samballı  nüm unələr olmuş,  tərcüməçi 
onlardan yaradıcılıqla bəhrələnmişdir.
«Xuastuanift»  əsərinin  üç  nüsxəsi  bizə  qədər  gəlib 
çatmışdır.  Bunlardan  ikisi  mani  əlifbası  ilə  yazılmışdır:  biri 
Londonda,  digəri  Berlində  saxlanılır.  Q ədim   uyğur  əlifbası  ilə 
yazılmış  nüsxə  isə  Sankt-Peterburqda  Şərqşünaslıq  İnstitutunun 
kitabxanasında  mühafizə  edilir.  H ər  üç  nüsxə  kəsirlidir.  Mani 
əlifbası  ilə  yazılmış  Berlin  nüsxəsində  söz  sonunda  qapalı  saitlər 
(ı,  i,  u,  ü)  qoşa  yazılır.  M əsələn: 
terjrii,  karaluu.kənçüü,  simpii. 
Saitlərin  belə  qoşa  yazılması,  görünür,  onların  uzun  tələffüz 
olunduğunu  göstərmək üçündür.  Lakin digər  iki nüsxədə,  xüsusən 
qədim   uyğur  əlifbası  ilə  yazılmış  nüsxədə  söz  sonunda  saitlərin 
qoşa  yazılmasına  rast  gəlmirik.  Yeri  gəlmişkən,  saitlərin  qoşa 
yazılması  hadisəsinə  «Irk  bitig»  («Falnamə»)  əsərində  də  (əsər 
göytürk  əlifbası  ilə yazılmışdır) rast  gəlinir.  Berlin nüsxəsində bir 
sıra  hallarda  a,  e,  i  saitlərindən  sonra  söz  sonunda  h   hərfi  əlavə 
edilir: 
haçah,  teıjriih

yekliişh
  və  s.  Qədim  uyğur  əlifbası  ilə 
yazılmış  nüsxədə (Sankt-Peterburq nüsxəsində)  d  və  t  səslərindən 
başqa  kar  v ə  cingiltili  samitlər  yazıda  qrafik  cəhətdən 
fərqləndirilmir;  təkcə bu  iki  samit qrafik cəhətdən fərqləndirilir -  
onlar  ayrı-ayrı  işarələrlə  yazılır.  «Xuastuanift»  abidəsinin  dili  bir 
sıra  xüsusiyyətlərinə  görə  qədim  uyğur  abidələrinə  bənzəyirsə, 
bir  sıra  xüsusiyyətlərinə  görə  hələ  də  göytürk yazısı  abidələri  ilə
SI

eynilik  təşkil  edir.  M əsələn,  qədim   uyğur  əlifbası  ilə  yazılmış 
nüsxədə  d  samiti  qədim   uyğur  abidələrindəki  kimi  у  və  ya  z 
samitinə  çevrilməmiş,  göytürk  yazısı  abidələrindəki  kimi,  yəni  d 
samiti  kimi  işlənmişdir;  məsələn: 
adak
  «ayaq», 
edgü
  «yaxşı», 
adırıl
  «ayrıl»  və  s.  «Xuastuanift»  əsərində  uyğur  ədəbi  dili  üçün 
yad olan,  lakin  göytürk yazısı  abidələri  üçün səciyyəvi  olan 
-ğma, 
-gmə
  feli  sifət  forması  da  işlənir: 
oluruğma
  «oturan», 
yükünügmə 
«tapman»,  «sitayiş  edən»  və  s.  Bu  feli  sifət  forması  uyğurlara  aid 
edilən,  lakin  göytürk  əlifbası ilə  yazılmış  «Irk bitig»  («Falname») 
əsərində də məhsuldar şəkildə işlənir.  «Xuastuanift»  əsərində  say 
sistemi də göytürk abidələri dilinin  say sisteminə  bənzəyir:  tərkibi 
miqdar  saylan  göytürk  abidələrində,  göytürk  əlifbası  ilə  yazılmış 
uyğur  abidələrində  (Irk  bitig,  Moyun  çor)  düzəldilən  sistemlə, 
yəni  təklik  üstə  gəl  onluq  ç  ı  x  on  sistemi  ilə  əm ələ  gəlir. 
«Xuastuanift»  əsərini  göytürk  əlifbası  ilə  yazılmış  (həm   göytürk, 
həm  
də 
qədim   uyğur) 
abidələrindən 
fərqləndirən 
əsas 
xüsusiyyətlər bunlardır:  a) göytürk əlifbası ilə yazılmış abidələrdə 
işlənməyən  x,  h,  f   kimi  samitlər  bu  əsərdə  işlənir;  b)  göytürk 
əlifbası 
ilə 
yazılmış 
abidələrdə 
saitlərin  damaq 
ahəngi 
müntəzəmdir,  onun  pozulmamasmda  istisnalara  yol  verilmir,  bu 
əsərdə  isə  saitlərin  damaq  ahəngi  qanunu  tez-tez  pozulur;  c) 
«Xuastuanift»  əsərində  fars  dilindən  almma  sözlər  (məsələn: 
fərzənd,  «oğul»,  dintar
  «dindar», 
monastr
  «monastr»  və  s.)  çox 
işlənir.  Sadalanan  xüsusiyyətlər  aydın  surətdə  göstərir  ki,  1) 
«Xuastuanift»  əsərinin  tərcüməçisi  nümunə  kimi  göytürk  əlifbası 
ilə  yazılmış  abidələrdən  istifadə  etmişdir;  2)  abidə  Göytürk 
xaqanlığı  süquta  uğradıqdan,  yəni  745-ci  ildən  sonra  meydana 
gəlmişdir.
Yüklə 19,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin