Balina tərcümə bürosu – yazılı tərcümələrin yerinə yetirilməsi üzrə qaydalar



Yüklə 4,57 Mb.
səhifə18/20
tarix26.12.2016
ölçüsü4,57 Mb.
#3511
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
3.2.2. Tərcümədə aydın olmayan yerlərin tərtibatı
Orijinal sənəddə aydın olmayan və çətin tərcümə edilən bölmələr (məsələn, əl yazısı və ya zəif vurulmuş ştamp) varsa, bunun əvəzinə lazımi yerdə tərcümə dilində kursivlə dairəvi mötərizədə yazmaq lazımdır: (aydın deyil – tərcüməçinin qeydi).
3.2.3. İmzanın tərcüməsinin tərtibatı
Sənəddə yer alan imzalar tərcümədə şəkil formasında yerləşdirilməməlidir. Bunun əvəzinə lazımi yerdə tərcümə dilində dairəvi mötərizədə: (İmza) sözü yazılır.

Məsələn:

Orijinal sənəddəki imza:



İmzanın tərcüməsinin tərtib edilmə nümunəsi:


Dövlət qeydiyyatçısı (İmza)
3.2.4. Rekvizitlərin tərcüməsinin tərtibatı (əgər bütün sənəd tərcümə olunursa)
Sənəddəki ştamp və möhür tərcümədə şəkil formasında qoyula bilməz. Bunun əvəzinə ştampın və möhürün üzərindəki yazı tərcümə olunur.
Bu halda aşağıdakı tövsiyyələrə əməl edilməlidir:

  • Yeni sətirdən rekvizitin adı yazılır;

  • Şriftin üslubu əsas tərcümə mətni ilə uyğun olmalıdır;

  • Əgər ştampdakı mətn bir neçə sətirdə yazılıb və ayrıca yazını bildirirsə, o zaman onlardan hər biri əlavə durğu işarələri olmadan yeni sətirdən yazılır;

  • Əgər ştampda sətiraltı yazı varsa, o, tərcümə olunaraq tərcümə mətninin əvvəlində yerləşdirilməlidir;

  • Ştamp və ya möhürlərin tərcüməsi ayrıca çərçivə ilə ayrılmamalıdır;

  • Möhürün mətninin tərcüməsi möhürün mərkəzində yazılmış mətnlərin tərcüməsi ilə başlanır və onun kənarlarına maksimum yaxın yazılmış mətnlərin tərcüməsi ilə bitir.

Məsələn:

Orijinal sənəddəki möhür:



Möhürün tərcüməsinin tərtib edilmə nümunəsi:

Möhür: * Tsukrenko İrina Mixaylovna * Dövlət qeydiyyatçısı * Kiyev şəhəri, Obolonskiy rayonu, Dövlət idarəsi * Ukrayna *
Orijinal sənəddəki ştamp:

Ştampın tərcüməsinin tərtib edilmə nümunəsi:

Ştampın mətninin tərcüməsi 1 sətir və 1 sütundan ibarət cədvəldə yerləşdirilir. Cədvəlin sərhədləri olmur. Mətn mərkəzdə yerləşdirilir, sütunun eni orijinaldakı ən uzun sətirdən asılıdır.

Ştamp:


Vladimir Borisov

Səlahiyyət № DD92931414

Hansı tarixə qədər etibarlıdır: 15 noyabr 2013-cü il

(407) 398-0153 FloridaNotaryService.com






Yüklə 4,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin