Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
#16471
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Z A U R  
 
134 
Həyat  yoldaĢından  savayı  kimsəsi  olmayan 
Gülayə  arvad  da  bu  sözləri  eĢidib,  Əsəd  kiĢiyə 
əziyyət olmasın deyə, göz yaĢlarını içində boğaraq, 
hıçqıra  -  hıçqıra,  Əsəd  kiĢinin  –  yerdə,  baĢının 
yanında oturaraq, pambığı nəlbəkidəki suya batırıb, 
neçə saatdan bəri susuz qalıb, dili-dodağı qurumuĢ, 
canını da sakitcə Əzrayıla vermək istəməyən  qırıq 
–  qırıq  nəfəs  alaraq  hıçqıran,  Əsəd  kiĢinin 
dodaqlarına    sürtürdü.  Onun  yanında    əyləĢmiĢ, 
Züleyxa da tez - tez Gülayə arvadın ayağına əli ilə 
vuraraq: - Bir az yavaĢ, hıçqır, eĢidir, - deyirdi. 
Əsəd kiĢinin tavana zillənən solğun, nəmli göz-
ləri  bir  anlığa  Gülayə  arvada  zillənərək,  güclə 
eĢidiləcək  tərzdə,  qırıq  -  qırıq  cümlələrlə:  - 
«oğ...lum, Əm...rah...ım!» - dedi. 
Bu sözləri eĢidən Züleyxa tələsik yerdən qalxdı: 
-  Yazıq  kiĢi,  səhərdən  sən  demə  buna  görə 
canını tapĢıra bilmirmiĢ. Oğlunun  yolunu gözləyir. 
–  o,  otağın  bir  küncündə  oturub,  sakitcə  göz  yaĢı 
axıdan, müdir Hüseyn müəllimə yanaĢdı:  
-  Sizdə  sənədlərin  arasında,  Əmrahın  nömrəsi 
olmaz ki?... Əgər varsa, tez gedək, vəziyyəti deyim. 
O,  gəlməsə  kiĢi  canını  tapĢıra  bilməyəcək. 
Balasının yolunu gözləyir. 

A L D A D I L M I Ş   Ə R  
 
135 
Hüseyn:  -  Hə,  deyəsən  məndə  olmalıdı,  - 
Tələm-tələsik,  Züleyxa  ilə  birgə    qapının  ağzında 
toplaĢıb, göz yaĢı axıdan qocaların  yanından keçib, 
yuxarı, otağına getdi. 
...  Gülayə  arvad    yaĢlı  qadınlarla  Əsəd  kiĢinin 
yanında,  yerdə  əyləĢib,  içindən  yenə  qovrula  - 
qovrula  göz  yaĢı  axıdırdı.  Əsəd  kiĢi  can  verəsə  də 
narkor övladı Əmrahın adını çəkmiĢdi. Ürəyi alıĢıb 
yanan  ananın  közərib,  qaysaqlayan  yarasının 
üstünü  qoparıb,  bir  daha  qanatmıĢdı.  Əlinin  Əsəd 
kiĢinin  əlində  olmasına  baxmayaraq,  ürəyi 
Züleyxanın  yanındaydı.  Görəsən,  arvad  gəlib  nə 
deyəcək, Əmrahı evdə tapdım, yoxsa?.. 
O,  bir  anlığa  xəyala  daldı:  Qapının  qarĢısınıda 
oğlu Əmrah və nəvəsi,  onların üzü qibləyə uzanıb 
Əzrayılla çarpıĢan, xoĢluqla canını vermək istəmə-
yən Əsəd kiĢiyə  yaxınlaĢdıqlarını gördü. O, dərhal 
ayağa  qalxıb  qapıya  tərəf  irəliləmək  istəyəndə, 
taqətsiz    Əsəd  kiĢi,  zorla  baĢını  qaldıraraq:  - 
Əm..ra..hım...  -  Deyib,  baĢı  yenidən  yana  düĢdü. 
Sanki bu xırıltılı səs Gülayə arvadı xəyaldan ayırdı. 
O,  yenidən  içini  çəkə  -  çəkə:  -  Darıxma  Əsəd, 
qadan  alım  darıxma,    gələcək...  -  deyib,  pambığı 
nəlbəkidəki suya  batıraraq,  susuzluqdan çartlayan, 
Əsəd kiĢinin dodaqlarına sürtdü,  sonra isə pambığı 

Z A U R  
 
136 
sıxıb,  iki  damcı  suyu  onun  boğazına    damızdırdı. 
Canı ilə əlləĢən  Əsəd kiĢiyə Gülayə arvad sanki bu 
iki  damla  suyla  yenidən  can  verdi.  O,  iki  damla 
suyu elə acgözlüklə udub, içəriyə ötürdü ki, elə bil 
neçə illərdən bəri  suyu qurumuĢ bulağa yenidən su 
gəlmiĢdi. Neçə illər susuzluqdan mamırlayan bulaq 
daĢı kimi iki damla suyu canına çəkdi. 
Hüseyn  müəllimlə  Züleyxa  içəri  daxil  oldu. 
Züleyxa sakitcə Gülayə arvada yaxınlaĢıb, pıçıltı ilə: 
- Zəng etdim, bir cavan gəlin götürdü, məsələni qısa 
danıĢdım. Gəlin   qıĢqırdı - Ölür, cəhənnəmə ölsün! - 
deyib, telefonu çırpdı. Sonra da nə qədər zəng etdim 
cavab  verən  olmadı.  Axı,  ay  bacı  sizdə  Əmrahın 
oğluyla Ģəkili olmalıdır,  daha  neynək, indiki, onları 
tapa  bilmirik,  heç  olmasa  kiĢi  əziyyət  çəkməsin. 
Həmin  Ģəkili  gətir  kiĢinin  gözünün  qabağına,  sonra 
isə qoy sinəsinin üstünə, bəlkə onda rahatlaya.  
Bu fikir Gülayə arvadın da ağlına batdı. Yadına 
nənəsi Güləfruzun ölümü düĢdü. II Dünya Mühari-
bəsi vaxtında nənəsi də can verəndə, oğlunu – Gü-
layənin  atası  Mirbalanı  istəyirdi.  KiĢi  müharibədə 
olduğundan,  Gülayənin  anası  Qızxanım  onun 
Ģəklini  arvadın  gözləri  önünə  gətirib  göstərmiĢdi, 
sonra  da  sinəsinə  qoymuĢdu.  Onunla  da  arvad 
canını rahat tapĢırmıĢdı. 

A L D A D I L M I Ş   Ə R  
 
137 
Gülayə  arvad  Əsəd  kiĢinin  canını  rahat  tapĢır-
masını  istəsə  də,  bir  yandan  da  onun  birdəfəlik  bu 
dünyadan  köçəcəyini,  lap  tək  qalacağını  düĢünüb 
için-için hıçqırdı. 
Əsəd  kiĢinin  çarpayısındakı,  yastığını  qaldırıb, 
altından ağ  - qara,  rəngsiz, oğlu ilə  nəvəsinin birgə 
Ģəklini götürüb, bir neçə saniyə Əsəd kiĢinin gözləri 
önündə əlləri əsə - əsə  saxladı, sonra Ģəkli onun si-
nəsinin  üstünə  qoyub,  özü  də  kiĢinin  sol  tərəfində 
əyləĢərək, əlindən yapıĢdı və dərdi, qəmi göz yaĢları 
içində boğa  - boğa o üz  – bu üzə çevrilirdi. Birdən 
onun  gözü  Əsəd  kiĢinin  taqətsiz  qalxmaq  istəyən 
əlinə sataĢdı. O, dərhal onun əlindən yapıĢaraq, han-
sı  səmtə  əlini  aparmaq  istədiyini  müəyyənləĢdirdi. 
Əsəd  kiĢi  əlini  oğlu  ilə  nəvəsinin  Ģəklinin  üstünə  - 
sinəsinə aparmaq istəyirdi. Gülayə arvad onun əlini 
Ģəklin  üstünə  qoydu.  Kənardan  bu  acı  mənzərəni 
seyr  edən,  bayaqdan  kədərlərini  içlərində  boğub, 
saxlayan  qocalar  –  Züleyxa,  Ġbrahim  kiĢi,  Hüseyn 
müəllim,  bir  sözlə  hamı  hönkür  -  hönkür  ağlayırdı. 
Təkcə  Gülayə  arvaddan  baĢqa.  Arvad  nə  isə  qəribə 
olmuĢdu.  Elə  hey,  o  üz  –  bu  üzə  burulub,  key 
baxıĢlarla  ətrafı  seyr  edirdi.  Sanki  bu  acı  mənzərə 
Gülayə arvadı özündən ayırmıĢdı.  

Z A U R  
 
138 
 
Birdən arvad özünə gələrək, yanıqlı səslə: - 
Ġndi rahat  canını ver Əzrayıla, ay Əsəd! Səhərdən 
Əmrah  deyirdin,  bu  da  Əmrah,  ürəyinin  baĢında! 
Ver canını!..» - deyərək, hönkürtü ilə: «Bu dünyada 
gün  görməyən  Əsəd,  ver  canını.  Get,  o  dünyada 
rahatlan!  
Gülayə arvadın bu ağıları ətrafda olan qocaların 
hönkürtü  səslərini  daha  da  ucaltdı.  Elə  bu  ərəfədə 
Əsəd  kiĢinin  sinəsi  üç  dəfə  qalxıb  –  endi,  elə  bil 
kimsə  qarnının  üstündən  əli  ilə  basıb,  buraxırdı. 
Bunu  görən  Gülayə  arvad  yenə  də  özünü  saxlaya 
bilməyib, onun üstünə atıldı: 
-  Əsəd,  sən  necə  insansan?!  Sən  indi  doğurdan 
da  məni  qoyub  getmək  istəyirsən?  Allah  məni  tək 
qoyma  ,  Allah!  Yalvarıram  sənə  Allah!  –  deyə, 
baĢını  Əsəd  kiĢinin  sinəsinin  üstünə  qoyub, 
hönkürdü.  Bunu  görən  yaĢlı  qadınlar  dərhal  onu 
Əsəd  kiĢinin  sinəsindən  qaldırıb,  kənara    çəkdilər. 
Gülayə  arvad  yenə  də  yalvarıĢına  davam  edirdi:  - 
Ay  Allah,  məni  tək  qoyma,  Allah  !  Qurban  olum 
sənə  ey  gözə  görünməz.  Sən  niyə  səsəmi 
eĢitmirsən?! Yalvarıram sənə... 
Əsəd kiĢinin sinəsi qalxıb, enəndən sonra ardın-
ca  çənəsi  də  eyni  sürətlə  üç  dəfə  yerindən  laxladı. 
Sonda göz bəbəkləri ağararaq, gözlərinin nuru axdı. 

A L D A D I L M I Ş   Ə R  
 
139 
Bununla  da  neçə  saatdan  bəri  oğul  həsrətindən  ca-
nını  tapĢıra  bilməyən  ata  dünyasını  dəyiĢdi.  Ġbra-
him kiĢi balaca ayna götürərək, Əsəd kiĢinin burnu-
na  yaxınlaĢdırıb,  çəkib  baxdı.  Ayna  buxarlanma-
mıĢdı. Ġbrahim kiĢi qadınları yaxına buraxmayaraq, 
sağ əli ilə: - Bismillah! - deyib, mərhumun gözləri-
ni bağladı. Amma Ġbrahim kiĢinin birinci cəhdi bo-
Ģa çıxdı. Deyirlər ki; - Ölünün gözləri bağlanmırsa, 
demək  kimdənsə  nigaran  gedib,  həyatdan  doyma-
yıb. - Əsəd kiĢi də nankor oğlundan, qarısı Gülayə-
dən nigaran getdi. Bu vəfasız, ölüyə hay, diriyə pay 
verməyən dünyadan doymadı getdi. Bu həyatın ona 
verdiyi əzablara, acılara, dərdlərə baxmayaraq... 
Ġbrahim kiĢi göz yaĢı axıdaraq, onun ayaq - baĢ 
barmaqlarını bir-birinə, çənəsini baĢından bağlayıb, 
üzünü  örtüb,  kənara  çəkildi,  meyiti  vidalaĢmaq 
üçün qadınların ixtiyarına verib, özü də  bu qarın nə 
vaxtsa onun da qapısına yağacağını düĢünürdü.  
Gülayə arvad  yaĢlı qadınlarla meyitin  yanında 
oturub,  dizlərinə  vura  -  vura  dərdlərini  ortaya 
töküb,  fəryad  qoparırdı.  Onun  səsinə  səs  verənlər, 
özü kimi yetim yuvaya sığınanlar idi... 
 
Noyabr 2001, 
Bakı şəhəri 

Z A U R  
 
140 
 
 
YETİMLƏR 
 
Fikrətin həyat yoldaĢı təzəcə rəhmətə getmiĢdi. 
O, yeganə oğlu Muradla tək qalmıĢdı. Tək qalmıĢdı 
deyəndə,  Səmanın  yeddisinə  kimi  bütün  qonum  – 
qonĢu  onlarda  idi.  Fikrətin  dərdini  az  da  olsa 
unutdururdular.  Yeddindən  sonra  hər  kəsən  öz 
evinə  çəkilmiĢ,  bu  iki  yetimləri  dərdləri  ilə  baĢ  – 
baĢa  qoymuĢdular.  Heç  olmasa  bir  nəfər  qohum  – 
qardaĢ da yox idi ki, Səmanın qırxına kimi onlarla 
qalıb,  dərdlərinə  Ģərik  olsun.  Fikrət,  kiçik  Muradı 
anasızlığa  öyrədə  bilmir,  əziyyət  çəkirdi.  Səma 
rəhmətə  gedən  gündən  Murad  hər  gecə  ağlaya  – 
ağlaya  yuxudan  oyanıb:  -  Ata,  indi  anamı  görür-
düm. Əynində ağ paltar vardı. O paltarla ona soyuq 
olduğundan, mənə yalvarıb, üstünə örtməyə bir Ģey 
istəyir. Nə olar ata, qalx gedək anama yorğan apa-
raq, – deyərək onsuz da qəlbi yaralı atanın dərdinin 
üstünə bir dərd də gətirirdi. Fikrət gözlərini yumsa 
da  göz  yaĢları  onu  boğmağa  baĢlayanda    həyatda 
tək sirdaĢı olan oğlunun boynunu qucaqlayıb, onun 
göz yaĢlarını silib,sakitləĢdirib, yatırır, ondan sonra 
özü  səhərə  qədər  yata  bilmirdi.  Yorğanı  üzünə 

A L D A D I L M I Ş   Ə R  
 
141 
çəkib,  övladının  sözlərindən  təsirlənib,  hıçqıra  – 
hıçqıra ağlayırdı.  
Fikrətin bu həyatda  Səmadan sonra Muraddan 
savayı  heç  kimi  qalmamıĢdı.  O,  uĢaq  evində 
böyümüĢdü. Nə ata  - anası, nə də ki, bir nəfər tanı-
dığı qohum - əqrəbası yox idi. Səma ilə də elə uĢaq 
evində  tanıĢ  olmuĢ,  bir  –  birlərini  sevmiĢ,  daha 
sonra  isə  müəllimlərinin  köməkliyi  ilə  ailə  həyatı 
qurmuĢ,  elə  uĢaq  evinin  yaxınlığındakı  yataqxana-
dan onlara yaĢamaq üçün bir gözlü və mətbəxli ev 
vermiĢdilər. Onların sevgisi o qədər saf sevgi idi ki, 
onlar  bir  –  birlərinə  həyat  yoldaĢı  olmaqla  yanaĢı, 
həm  də  ata  –  ana,  bacı  –  qardaĢ  idilər.  Onlar  bu 
həyatda  kasıb,  imkansız  olsalar  da,  sevərək 
yaĢayırdılar,  ən  böyük  var  –  dövlətləri  də  bu  idi. 
Murad  bu  iki  insanı  həyata  daha  da  bağlayaraq, 
onların  yaĢama,  yaratma  ruhunu  yüksəltmiĢdi. 
Amma  nə  yazıq  ki,  bu  xoĢbəxtlik  uzun  sürmədi. 
Düz iyirmi yeddi gün bundan öncə, elə iyirmi yeddi 
yaĢında  bir gəlin öz yuvasını tərk etdi. 
Səma  bir  ilə  yaxın  idi  ki,  qadınlığındakı  xər-
çəng  xəstəliyindən  əziyyət  çəkirdi.  Həkimlər  onun 
xəstəliyinin  əməliyyatdan  keçdiyini,  ömrünə  az 
vaxt  qaldığını  özünə  deməsələr  də,  Fikrətə  bildir-
miĢdilər.  Fikrət  son  anlara  qədər  buna  inanmır, 
bütün  günü  orda  –  burda  fəhləlik  edib,  qazan-

Z A U R  
 
142 
dıqlarının demək  olar ki,  hamısını Səmanın  dəva  - 
dərmanına verirdi ki, bəlkə sağalar. Zavallı hər gün 
səhər  Səmanın  dəva  -  dərmanını  özü  verir,  onu 
qonĢuya  tapĢırıb,  iĢə  gedir,  axĢam  evə  tez  dönüb, 
yenə  də  onun    qulluğunda  dayanır,  birinci  sinfə 
yenicə  baĢlamıĢ  Muradla  məĢğul  olurdu.  UĢağın 
dərslərinə, üst – baĢının təmizliyinə nəzarət edirdi. 
BaĢqa nə edə bilərdi ki, kimi – kimsəsi də yox idi, 
gedib  yardım  istəyə.  Onun  bu  həyatda  yeganə 
yaxınları  bu  iki  nəfər  idi:  Səma  və  Murad.  Fikrət 
Səmanın  quru  nəfəsi  gəlib  –  getdikcə,  özünü  bu 
həyatda  yetim  sanmırdı,  Səmanın  ölümü  Fikrəti 
ikinci dəfə də yetim qoydu. Bu dəfə yanında Murad 
da vardı. Bu Fikrət üçün dağdan ağır dərd idi. Axı 
o,  bu  vəfasız,  həyatda  tək  baĢına  nə  edəcəkdi,  altı 
yaĢlı körpəsini necə böyüdəcəkdi? - Bir yandan da 
Muradın  gecələr  yuxudan  oyanıb,  anasına  soyuq 
olduğunu deməsi, ata ürəyini daha da kövrəldirdi. 
Yenədə eyni hal baĢ vermiĢdi. Murad gecə yarı 
yuxudan  oyanıb,  anasına  soyuq  olduğunu  deyib, 
atasını  məcbur  etmiĢdi  ki,  qalxıb,  anasının  qəbri 
üstünə  gedib,  ona  yorğan  aparsınlar.  Fikrət  uĢağı 
sakitləĢdirib,  fikrindən  daĢındıra  bilmiĢdisə  də, 
yatıra  bilməmiĢdi.  Səhərə  qədər  ata  bala  qucaq-
laĢıb, göz yaĢlarını içlərində boğmuĢdular. 
 

A L D A D I L M I Ş   Ə R  
 
143 
* * * 
 
Fikrət  iĢdən  gəldikdə  Muradı  evdə  görmədi. 
Ətrafa  nəzər  salıb,  çantasının  evdə  olmadığını  gö-
rüb, saata baxdı. Bu vaxt gərək evdə olaydı. O, ya-
taqxananın  dəhlizinə  çıxaraq,  Muradı  qonĢulardan 
soraqladı. 
QonĢular 
Muradı 
görmədiklərini 
deyəndən  sonra  zavallının  ürəyi  təĢviĢə  düĢdü.  Bu 
uĢaq hara gedə bilərdi ki, yol – filan da tanımırdı. 
Fikrət:  -  Yəqin  sinf  yoldaĢlarının  hansınınsa 
evinə  gedib,  indilərdə  gələr,  düĢünsə  də  artıq  Ģər 
qarıĢır,  axĢam  düĢürdü.  Səmada  qara  buludlar 
görünür, havanın qaralması ilə Fikrətin  də ürəyini 
qara düĢüncələr alırdı. 
Artıq  Ay  çıxmıĢdı.  Gecənin  qaranlığını  Ay  öz 
bəyaz  iĢığı  ilə  iĢıqlandırırdı.  Fikrət  gödəkçəsini 
geyib, çölə çıxdı. Yolda adamlar az – az görünürdü. 
Onun  ilk  gətdiyi  yer,  Muradın  sinif  yoldaĢlarının 
evi  oldu.  Hamısının  evini  bircə  -  bircə  gəzib, 
Muradı  soraqlasa  da  dərsdən  sonra  görən  oldu 
deyən  olmadı.  Fikrətin  getdikcə  həyacanı  artır, 
qorxu  hissi  onu  bürüyürdü.  O,  özünə  təsəlli 
verərək:  -  Heç  hara  gedə  bilməz.  Harda  olsa,  indi 
qarĢıma  çıxacaq,    -  deyərək,  qəlbindəki  həyacanı 
qovmağa  çalıĢırdı.  Amma  faydası  yox  idi.  Fikrət 
həyacanı,  Muradı  itirmək  qorxusunu  qovmağa 

Z A U R  
 
144 
çalıĢsa  da  alınmırdı.  Buzlu  yolları  küçə  -  küçə, 
dalanba – dalan gəzdikcə taqətdən düĢür, soyuqdan 
ayaq  barmaqları  donaraq,  hərəkətini  itirirdi.  Bir 
neçə  dəfə  buzda  sürüĢüb,  yerə  yıxılsa  da,  ayağa 
qalxb, yoluna davam edirdi. Özü də hara getdiyinin 
fərqində  deyildi.  Gecənin  bu  qaranlığında  uĢaq 
harda  ola  bilərdi  ki?  Bu  düĢüncələrlə,  Fikrət  göz 
yaĢlarına  hakim  kəsilə  bilmirdi.  Addımlaya  – 
addımlaya  gözlərindən  yanaqlarına  düĢən  yaĢ,  ge-
cənin qaranlığında soyuqdan qızarmıĢ yanaqlarında 
par – par parıldayırdı. Artıq Fikrət özü də bilmədən 
yolun  qırağında  yerə  diz  çökərək,  əllərini  göyə 
qaldırıb, Allaha yalvarırdı: 
- Allahım, biz yetimlərinə rəhm et. Mən onsuz-
da  yetim  idim,  Səmanı  qarĢıma  çıxarıb,  yetimlik 
acısını  az  da  olsa  mənə  unutdurdun.  Daha  sonra 
onu  da  əlimdən  alıb,  məni  yenidən  yetim  qoydun. 
Ġndi  həyatda  Səndən  və  Muraddan  savayı  bir 
kimsəm  yoxdu.  Yalvarıram  ey  Yaradanım,  Mura-
dımı  mənə  çox  görmə,  məni  bu  həyatda  üçüncü 
dəfə  də  yetim  etmə,  biz  iki  yetimlərini  bir  – 
birimizə çox görmə, ey uca Rəbbim!.. 
Elə  bil  Fikrətin  yalvarıĢlarını  Allah  eĢitdi, 
ürəyindəki  həyacan  təlaĢ  itdi,    onların  yerini  sakit 
bir  rahatçılıq,  arxayınlıq  aldı.  Yerdən  qalxıb, 
cibindəki  siqaret  qutusundan  bir  dənə  götürərək, 

A L D A D I L M I Ş   Ə R  
 
145 
dodaqlarının  arasına  alıb,  alıĢdırdı.  Fikrət  çox 
siqaret  çəkən  adam  olsa  da,  bayaqdan  siqaret 
yadına düĢmürdü. Baxmayaraq ki, siqareti daha çox 
əsəbi halda olanda çəkirlər, indi nədənsə o Fikrətin 
yadına  sakitləĢəndən  sonra  düĢdü.  Əli  ilə 
gözlərindən  yanaqlarına  süzülüb,  gözlərinin 
qıraqlarını  yandıran  yaĢı  silib,  siqaretdən  bir  dərin 
qüllab alıb, ciyərlərinə sümürdü. 
Fikrət  elə  bil  bayaqkı  –  narahat,  ağlayan, 
nigarançılıqdan  dayana  bilməyən  adam  deyildi. 
Bayaqdan bəri buzlu yollarla tələsə - tələsə, yıxıla – 
yıxıla addımlayan Fikrət, indi baĢına aĢağı salıb, nə 
sağa, nə də ki, sola burulmadan düz  addımlayırdı. 
Bayaqkından  fərqli  olaraq,  çox  sakit  və  təmkinlə 
addımlayırdı.  Yolun  həmin  yol  –  buzlu,  sürüĢkən 
,hər  beĢ  addımda  Fikrəti  sürüĢdürürüb  yerə  yıxan 
olmasına baxmayaraq, indi  elə bil onun da  Fikrətə 
rəhmi gəlmiĢdi, artıq onu yıxmırdı. 
BaĢını qaldıranda özünü qəbirstanlığın  yanında 
gördü. Bu vahiməli, qorxulu, həm də bir az da sakit 
görünən  məkan,  əslində  həyatın  ən  gözəl,  ən 
qorxusuz  yeri  idi.  Sadəcə,  hər  insan  bu  gözəlliyi, 
xoĢ  təsirli  səssizlikdəki  səsi  duya  bilməzdi.  Səma 
rəhmətə  gedəndən  bir  dəfə  də  olsa  bura  tək 
gəlməmiĢdi. Amma elə bil indi hansısa qüvvə onun 
əlindən yapıĢıb, qəbirstanlığın içinə doğru aparırdı. 

Z A U R  
 
146 
O, qəbirlərin arası ilə ötə - ötə onlara diqqət yetirir, 
qəbirlərin  baĢ  daĢında  əks  olunan  rəhmətliklərin 
Ģəkillərinə və doğum – ölüm tarixlərinə nəzər yeti-
rirdi.  Hər  Ģey  Fikrətin  yadından  çıxmıĢdı.  Hətta 
Səmanın  məzarının  da  bu  qəbirstanlıqda  olduğunu 
unutmuĢdu.  Ona  elə  gəlirdi  ki,  qəbirstanlıqda  tək 
deyil,  bura  adamla  doludur.  Ümumiyyətlə  burda 
heç  ölü  yoxdu,  hamı  diridi.  Ölən  varsa,  o  da 
Fikrətin  özüdü.  O,  nə  səsini  çıxara  bilir,  nə  də  ki, 
geri  qayıda,  elə  bil  ətrafındakı  cansız  nəfəslər  onu 
geri qayıtmağa qoymurdu. 
Əvvəl  qorxdu.  Havada  uĢaq  gödəkçəsinin 
qolları  yırğalanırdı.  Sonra  yaxınlaĢdı.  UĢaq 
gödəkçəsini çıxarıb, baĢ  daĢına bürüyüb, iki əli ilə 
də möhkəmcə qucaqlayıb, gözlərini yumub, Ģirin – 
Ģirin yatırdı. Fikrət elə bil bu yerdə yuxudan ayıldı 
və  qəbirstanlıqda  olduğunun  fərqinə  vararaq, 
qəlbini  qorxu,  vahimə  bürüdü.  Elə  bil  bayaqdan 
ona  iĢıqlı,  diri  insanlarla  dolu  görünən  bu  məkan 
bir  anın  içində  qaranlıqlaĢdı  və  o  buranın  dirilər 
yox, ölülər məkanı olduğunu dərk etdi. Bəs bu uĢaq 
kim idi, gecə vaxtı onun burda nə iĢi var idi? Mu-
rad!  Hə,  doğurdan  da  Murad  idi.  O,  anasının 
qəbrini qucaqlayıb,  yatmıĢdı. Bəlkə də heç  yatma-
mıĢdı, sadəcə qucaqlayıb, gözlərini yummuĢdu. Hə, 
yatmamıĢdı,  çünki  pıçıltı  ilə  nəsə  danıĢırdı.  Fikrət 

A L D A D I L M I Ş   Ə R  
 
147 
bu səhnəni gördükdə qorxu – hürküsü itdi. O, Mu-
rada yaxınlaĢdıqda, uĢaq anasının baĢ daĢını burax-
mayaraq: - Ata, indi daha anama soyuq olmayacaq, 
–  deyib:  -  Ata,  nə  olar,  məni  bağıĢla,  səndən 
icazəsiz  gəldim.  Amma  neynəyim,  anama  da  çox 
soyuq idi axı... 
Öz  gödəkçəsini  çıxarıb,  qəbrin  üstünə  sərdi. 
Üzünü torpağa qoyub: 
- Ġndi rahat yat yerində ay Səma! Bax, oğlun da, 
mən də  yanındayıq.  Ġkimiz  də sənə  soyuq olmasın 
deyə, üstünü örtmüĢük. Sənin yanındayıq, rahat ol! 
 
* * * 
 
Əl  -  ələ  tutub,  yataqxanaya  sarı  gedirdilər. 
Həmin  gecədən  sonra  Murad  bir  daha  yataqdan 
qalxıb, ağlamadı. O inanırdı ki, daha anasına soyuq 
deyil, çünki atasının da, onun da gödəkçəsi anasını 
Ģaxtadan qoruyurdu. 
 
15 Noyabr 2008, 
Bakı şəhəri 
 
 
 
 

Z A U R  
 
148 
 
 
TORPAQ HAQQI 
 
Tanrıverdi kiĢigilin evində yamanca söz-söhbət 
düĢmüĢdü. Səbəb isə gözünün ağı - qarası bircəoğlu 
Sultanın  əsgərlik  yaĢının  yetməsi    və  Hərbi  Ko-
missarlıqdan  ona  çağrıĢ  vərəqəsinin  göndərilməsi 
idi.  Elə  bu  səbəbdən    də  Tanrıverdi  kiĢinin  arvadı 
ġərəfnisə  evdə  bir  yas  qurmuĢdu  ki,  gəl  görəsən! 
Səhərdən    telefonla  zəng  edib:  -  «Ay  qız  evim 
yıxılıdı,  Sultanımı  əsgər  çağırıfdılar!»  -  demədiyi 
adam  qalmamıĢdı.  Ġndi  də  Tanrıverdi  kiĢi  ilə  birgə 
əyləĢib, gözünün yaĢını sel - su kimi axıdırdı: 
- Yox, ay Tanrıverdi... Qoymaram balamı apar-
sınlar. Dədəmin goruna and olsun ki, nöyütü  töküf, 
od vurub, özümü yandıraram. 
Tanrıverdi  kiĢi,  ġərəfnisəni  baĢa  salmaq  üçün, 
asta-asta danıĢırdı: 
-  A,  ġərifnisə!  NeyĢə  nöyütü  töküf  yandırırsan 
özünü?!  BaĢın  xarab  olubmu?  Əsgərlikdi  dayna... 
kiĢilik  məhtəvidir. Qoy getsin, bərkə-boĢa düĢsün, 
həyatı anlasın! 
- Nə danıĢırsan? Sən indi deyirsən ki, getsin bu 
qaçqınlardan ötəri ölsün mü? Heç elə də Ģey olarmı 

A L D A D I L M I Ş   Ə R  
 
149 
ay kiĢi... Tək balam var, lazım olsa evimi də satıf, 
niqodnu elətdirrəm onu... 
- Birincisi, ay arvad,  atəĢkəsdi. Müharivə - zad 
döyül  ki,  Allah  eləməmiĢ  gedif,  ölsün.  Ġkincisi  də 
iĢğalda    olan  torpaqlarımız  tək  qaçqınların  döyül. 
Vətən həm də bizimdi də, bir də heylə bir Ģey dilinə 
gətirmə! 
- A, kiĢi,  nə atəĢkəs – bazdıxdı? Televiziya gö-
zünün qabağında demirmi ki, gündə bir əsgər öler?! 
Ġndi sən istəyirsən ki,  mən də tək balamı özüm - öz 
əllimlə ölümə göndərem mi?.. 
-  A,    mürtədin  qızı,  mürtəd!  Bu  sən  dediyin 
Allahın yazdığı taleh - qısmatdı. O, kiĢi nə yazıfsa, 
o da olajax. Qaldı, Sultanın  niqodnu  olmasına, sən 
kimsən  ki,  mənim  oğlumu  niqodnu  elətdirersən? 
Bu  evin  böyüyü  mənəm.  Mən  deyirəm  ki,  Sultan 
əsgər gedəjək, vəssalam! 
Bir  neçə  gün  evdə  belə  mübahisələr  oldu. 
Amma  sonra  Tanrıverdi  kiĢi  dediyinə  əməl  etdi. 
Həqiqətən də yeganə oğlunu əgərliyə yola saldı. 
Sultan  əsgər  gedən  gündən,  ġərəfnisnin  gö-
zünün yaĢı qurumurdu. Hər gün evdə yas qururdu. 
Tanrıverdi  kiĢi  onun  əlindən  iĢdən  evə  gələndən 
sonra da rahatlıq tapmırdı. Zavallı kiĢi çörək yemək 
istəyirdi,    ġərəfnisə:  -  Oğlum  orda  ermənilərnən 

Z A U R  
 
150 
üzbəyüz dayanıf, amma sən burda çörək  yeyirsən. 
Heç  utanmersənmi?  Nə  təhər  keçir  boğazından,  - 
televizora  baxmaq  istəyirdi:  -  Yazıx  balam  orda 
zülüm  çəker,  amma  dədəsi  burda  kefdədir,  - 
deyərək,  kiĢini  əməllicə  sinirləndirirdi.  Amma 
neyləsin, yenədə əsəblərini cilovlayırdı. 
Bir gün Tanrıverdi kiĢi evdə olmayanda, Sultan 
evə  zəng  edərək,  anasına:  «Nənə  səninçün  də, 
dədəmçün də yamanca darıxmıĢam. Qadan alım, ay 
nənə, qamander icazə verər, siz də icazə verin, bir 
həftəliyə  otfuskaya  gəlem.  Düz,  səkkiz  ay,  on 
gündür  ki,  üzünüzə  də,  səsinizə  də  həsrətəm.»  - 
dedi.  ġərəfnisə  telefonda  oğlunun  səsini  eĢidcək, 
bir  sevindi  ki,  gəl  görəsən!  Bu  boyda  arvad  az 
qalırdı  ki,  sevincindən  atılıb  -  düĢə.  Odur  ki, 
oğlunun  sözünü  yarımçıq  kəsərək:  «Nənən  saa 
qurvan. Gəl, baĢına dönüm. Nə vaxt gəlersen? Sübh 
tezdən  mi?  Gəl,  gəl  qadan  ürəyimə...  Dədən  bilsə, 
yaman  sevinəjək.»  -  deyərək  telefonun  dəstəyinin 
asdı.  Pıçıltı  ilə  züm  -  zümə  edərək,  qol  açıb  öz  - 
özünə    oynamağa  baĢladı.  Birdən  yadına  nə  isə 
düĢmüĢ  kimi  tez,  telefonun  yanına  gedib,  dəstəyi 
götürüb düymələri basaraq bir az gözlədi. Sonra: 
-  Boy,  bajı  sənsən?  Ay  bərəkallah,  doğmaja 
bajınıdamı  tanımadın?  Mənəm  dayna,  ġərəfnisə! 

Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin