Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
#16471
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Z A U R  
 
116 
bilmirəm,  -  Budur,  qabaqdakı  qaranlıq  döngəni 
dönürük, deyilən ünvana çatırıq. 
Bu  ünvanda  xəstə  səkkizinci  sinif  Ģagirdiydi. 
Zökəm  onun  hərarətini  qaldırmıĢdı.  Cavid  həkim 
bu qızcığaza da lazımlı-lazımsız iynə-dərman edib, 
sonra  da  xəstənin  halının  düzəlməsini  gözləmək 
bəhanəsi ilə bir azda oturub, qızcığazın valideynləri 
ilə  həkimlərin  problemlərindən,  maaĢlarının  az 
olmasından  Ģikayyətlənirdi  ki,  bəlkə  gedəndə 
pulunu bir az artıq versinlər. 
Çox söhbətdən sonra bu mənzildən də iki manat 
alıb,  yenə  də  bayaqkı  qayda  ilə  Çimnazı  qabağa 
buraxıb,  manatlığın  birini  Ģalvarının  arxa  cibinə 
qoydu. Sonra düĢündü ki: - “Elə bil bunlar  hamısı 
bir-biri  ilə  sözləĢiblər  ki,  iki  manat  pul  versinlər. 
Elə  bil  ölərlər  bir-  iki  manat  artıq  verəndə...”  - 
MaĢının  qapısını  açıb,  oturdu.  Əmiraslan  kiĢi 
maĢını iĢə salıb, yola düĢdü. Bu dəfə də stansiyaya 
çatmamıĢ  Xalidə  xidməti  telefonla  (ratsiyayla)  bir 
neçə  çağrıĢ  olan  ünvan  verdi.  Cavid  həkimgil  Xa-
lidə    verən  daha  bir  neçə  ünvan  gəzdilər.  Cavid 
həkim  bu  ünvanlara  da  gedib,  hamısında  tibb  iĢçi-
lərinin problemlərindən danıĢdı. Hamının da onlara 
yazığı gəlir, ən az pul aldıqları mənzil isə bir manat 

A L D A D I L M I Ş   Ə R  
 
117 
verdi.  Cavid  həkim  də  bu  mənzillərdən  aldığı 
pulların yarısından çoxunu arxa cibində gizlətdi. 
Səhərə  yaxın  gəlib  TTYS  -  na  çatdılar.  Cavid 
həkim  qapıdan  içəri  girən  kimi  dərhal  qaçıb, 
ayaqyoluna girdi ki, guya əl-üzünü yuyur. O, qapını 
arxadan kilidləyib, suyu da açdı ki, heç kəs heç nə 
anlamasın.  ġalvarının  arxa  cibində  yığdığı  pulları 
çıxarıb, saydı. On altı  manat Ģalvarının arxa cibin-
dəki, yeddi manat isə xalatının cibindəki pullar idi. 
O,  xalatının  cibindəki  yeddi  manatın  üstündən  bir 
manat,  Ģalvarının  arxa  cibindəki  puldan  da    dörd 
manat  götürüb,  xalatının  sol  cibinə  -  baĢ  həkim 
üçün, özünə qalan on iki manatı isə corabının içinə 
qoyub,  çıxmaq  istəyəndə,  Əmiraslan  kiĢinin  əlində 
iri  dəmir  parçası,  Çimnazın  əlində  içinə  nəsə 
peraparat  doldurulmuĢ  böyük  Ģpris,  Xalidənin 
əlində isə dəmir stul: -  «Tez elə, gizlədiyin pulları 
çıxart!» - dediklərini  gördü. O, qorxuya düĢərək: - 
«Vallah, hamısı mənim deyil. Özünüz bilirsiniz ki, 
baĢ  həkimə  də  verməliyik.  Verməsək,  günümüzü 
bükəcək göy  əskiyə...»  - deyərək, əllərini xalatının 
cibinə apardı. 
Cavid  həkimin  yalvarıĢlarına  baxmayaraq, 
Əmiraslan  kiĢi  ucu  biz  kimi  dəmir  parçasını  onun 
qarnına,  Çimnaz  heyvan  iynəsini  onun  yanına, 

Z A U R  
 
118 
Xalidə isə dəmir stulu onun baĢına  yaxınlaĢdırırdı. 
Cavid  həkim  isə  yalvarırdı:  -  «Vallah  –  billah, 
hamısı  mənim  deyil.  BaĢ  həkim  Rəfilinin  də  payı 
var...»  
Birinci Çimnaz ona əhəmiyyət verməyib, iynəni 
xalatın  üstündən  Cavid  həkimin  yanına  keçirib, 
içindəki preperatı  onun bədəninə boĢaldır, Əmiras-
lan  kiĢi  dəmir  parçasını  yavaĢ-yavaĢ  qarnına  ye-
ridir, Xalidə isə birdən stulu yuxarı qaldırıb baĢına 
elə  vurdu  ki,  Cavid  həkim:  -  «Vay,  öldüm  ki...»  - 
deyib, gözləri qaralaraq huĢunu itirib, yerə yıxıldı. 
...Kimsə onun çiynini tərpətdi. Bu Çimnaz idi. 
- Doktor növbəmiz bitib, evə gedirik. Bayaqdan 
sizi  oyadırıq,oynmağ istəmirsiniz. Elə hey,  yuxuda 
deyirsiniz  ki;  -  «  Vallah  hamısı  mənim  deyil.  BaĢ 
həkim  Rəfilinin  də  payı  var».  Nə  olub,  pis  yuxu 
görmüsünüz?.. 
Cavid  həkim  dərhal  yerindən  ayağa  qalxaraq, 
əli  ilə  saçlarını  düzətdi  və    əlini  üzünə  çəkərək, 
tərini sildi. Sonra gözlərini ovxalaya-ovxalaya: 
-  Heç...  heç,  bir  Ģey  olmayıb.  Yuxu  görürdüm. 
AxĢamdan bəri çağrıĢ olmadı?  
Dəhlizdən Xalidənin səsi eĢidildi: 

A L D A D I L M I Ş   Ə R  
 
119 
- Doktor, siz də lap, komediyasınız ey... Məgər 
axĢamdan 
yatmamısınız?! 
ÇağrıĢ 
olsaydı, 
oyadardıq da... 
Çimnaz  gülümsəyərək,  Cavid  həkimin  yerinə 
cavab verdi:  
-  Ay  qızım,  sən  də  doktorun  hər  sözünü  göydə 
tutma. Görürsən ki, yuxudan indi oyanıb. 
Birdən,  Cavid  həkimə  elə  gəldi  ki,  yuxuda 
gördükləri həyatda baĢ verib. Odur ki,qanlı – qanlı 
baxıĢlarla Çimnaza, Xalidəyə baxdı. Sonra isə gözü 
Əmiraslan kiĢini gəzdi. Deyəsən, o, çıxıb getmiĢdi.  
Cavid  həkim  dizindən  olan  qara  paltosunu 
əyninə  geydi.  Elə  qapıdan  çıxmaq  istəyirdi  ki, 
arxadan Xalidənin səsi eĢidildi.  
- Doktor, baĢ həkim sizi çağırır. 
- Sus... de ki, getmiĢəm...                                     
Oktyabr 2006,                                                                                   
Bakı şəhəri 
 
 

Z A U R  
 
120 
 
Bakı Dövlət Rabitə və Nəqliyyat 
Kollecinin müəllimi Əsgər Əliyevə 
ithaf edirəm. 
 
MÜƏLLİMİN VİCDANI 
 
- Ay kiĢi,  sən nə vaxta qədər o, xaraba qalmıĢ 
məktəbdə  quru maaĢa baxacaqsan? Sənin kimi də  
müəllimlər var,  arvadlarının boynunun, üst-baĢının 
qır-qızılı  əskik  olmur.  UĢaqlarının  da  ki,  hərəsinin 
altında bir maĢın... 
Əsgər  müəllim  daha  arvadının  hay  –  küyünə 
qulaq asmayıb, pencəyini - papağını götürüb, evdən 
çıxdı  ki,    məktəbə  getsin.  Dərsin  baĢlanmasına  on  
dəqiqə qalmıĢdı. Əsgər müəllim dərsin baĢlamasına 
on dəqiqə qalmıĢ evdən çıxar, iyirmi ildən çox can 
qoyduğu məktəbə tələsərdi.  Bu  neçə illər ərzində 
bir dəfə də olsa o, dərsdən qalmamıĢdı. Elə olurdu 
ki,  qan    təzyiqi  qalxsa,  yataqda  olsa  belə,  ayağa 
qalxıb, dərsini keçmiĢdi. Bununla yanaĢı bir Ģagird, 
bir  müəllim  deyə  bilməzdi    ki,  Əsgər  müəllim 
bizdən  bir  manat  pul  alıb. Bu,  müəllim  hər zaman 
öz peĢəsinə sədaqətlə, vicdanla qulluq etmiĢdi. 

A L D A D I L M I Ş   Ə R  
 
121 
...Zəngin  içəri  vurulmasına    düz  bir  dəqiqə  qal-
mıĢ, Əsgər müəllim məktəbin qapısından içəri girdi.  
Əvvələr  Əsgər  müəllim  bu  məktəbdə  sovet 
tarixindən  dərs  deyərdi.  Hələ  quruluĢ  dağılma-
mıĢdan  öncə  o,  bu  dərsi  tədris  etməkdən  imtina 
edib,  “Azərbaycan  tarixi”  fənnini    tədris  etməyə 
baĢladı.  “sovet  tarixi”ni    tədris  etməkdən  imtina 
etdiyi üçün onu hələ bir az da çək-çevir etmiĢdilər. 
Onun  isə  dilinin  əzbəri  bir  söz  vardı:  - Mən  yalan 
tarix danıĢa bilmərəm! 
Əsgər  müəllimin  bəxtindən  o  zamankı  Maarif 
Ģöbəsinin rəhbəri də  elə onun kimi düĢüncəli Ģəxs 
olmuĢdu.  Sadəcə vəzifəsinə görə,  qurluĢa görə ağ-
zını açıb bir söz deyə bilmirdi. Ondan əlavə də Əs-
gər  müəllimdəki  mənlik,  iradə,  qüruru  onu  valeh 
etmiĢdi.  Ġstəyinə,  arzusuna  qarĢı  gəlməmiĢdi.  On-
dan “sovet tarixi” fənninin saatlarını alıb, baĢqa bir 
müəllimə vermiĢ, əvəzində isə saat etibarı ilə əvvəl-
ki  fənndən  daha  az  saatı  olan  dərsi  ona  tapĢırmıĢ-
dılar.  Bu  onun  aldığı  məvacibə  çox  təsir  etmiĢdi, 
əvvəl  aldığı  ilə  indikinin  arasında  çox  fərq  vardı. 
Bu  da    arvadı  Zümrüdün  hər  gün  səhər  toxunduğu 
söz – söhbətə səbəb olmuĢdu. Arvadı ilə yanaĢı iki 
oğlunu  da  bu  məsələ  çox  narahat  etmiĢdi.  Çünki 

Z A U R  
 
122 
Əsgər  müəllimi  yuxarı  səviyyədə  olmasa  da  mə-
həllə içi, məktəb içi hamı «panturkist» adlandırırdı. 
...Əsgər  müəllim  altı  saat  dərsini  deyib,  evə 
getmək  istəyirdi  ki,  on  birincilərdən  –  Mustafa  
məktəbin  çıxıĢ  qapısının  ağzında  Əsgər  müəllimi 
yaxaladı: 
-  Əsgər  müəllim,  bağıĢlayın,  bir  dəqiqə 
vaxtınızı  almaq  istəyirəm,  –  deyərək,  əllərini 
cibindən çıxartdı. 
Əsgər müəllim daz baĢından alnına sürüĢən iki 
-  üç  telini  əli  ilə  arxaya  sığallayaraq:  -  Buyur 
oğlum!  
-  Əsgər  müəllim,  -  o,  çəkinə-çəkinə  sağ  əlini 
Ģalvarının cibinə salıb, nəsə çıxartdı: - Bunu götür, 
elə  bil  ki,  gedib  hardasa  oturub  çörək  yemiĢik. 
Yekunda    mənə  bir  dörd  yazarsınız,  –  deyib,  əlini 
müəllimə sarı uzatdı. 
Əsgər müəllimin  üz-gözünü tər basdı. Elə bildi 
ki, baĢına qaynar qazanla su tökdülər. Buna baxma-
yaraq mülayim tərzdə Ģagirdin əlini geriyə qaytardı:  
- Oğlum, mən sənin düĢündüyün müəllimlərdən 
deyiləm  ki,    səndən  pul  alıb,  qiymət  yazım.  Sən 
oxumalısan.  Bir  də    ki,    bu  dərs  bizim  öz 
vətənimizin  tarixidir,  “erməni  tarixi”  –  zadı  deyil 
ki?!. 

A L D A D I L M I Ş   Ə R  
 
123 
Əsgər  müəllim  yubanmadan,  aralanıb,  evə 
tələsdi. 
*** 
- Belə olar da, evdən xəbərin yoxdur axı... Ona 
görə də götürməmisən. Sən Allah bunun ağlına bax 
da,  uĢaq  əli  ilə  gətirib  buna  pul  verir  bu  da  
qaytarır. 
-  Ay  Zümrüd,  niyə  məni    vadar  edirsən  ki, 
Ģagirddən  pul  alım,  hə?    BaĢa  düĢ,  alsam,  ömrüm 
boyu o, Ģagirdin yanında  baĢıaĢağı olacam.  
Əsgər  müəllim  Ģagirdi  ilə  olan  söhbəti    evdə 
danıĢandan  sonra  Zümrüd,  zəli  olub,  yapıĢmıĢdı 
onun  boğazından  ki,  pulu  niyə  götürməmisən. 
KiĢini danlamağı bir yana, qabağına Allahın çayını 
-  çörəyini  də  qoymurdu.  Odur  ki,  əlacsız  qalıb, 
iĢdən  yorğun  -  arğın  gəlməsinə  baxmayaraq,  qazı 
yandırıb, dünəndən qalıb, qazanda quruyan  maka-
ronun  üstünə  bir  az  soyuq  su  töküb,  qızdırmıĢ, 
boyat  yeməyi  yeyib  qurtarandan  sonra  çay  süzüb, 
içə - içə televizorda  «xəbərlər» proqramına baxan-
dan sonra  bir az kitab oxuyub, yerinə uzanmıĢdı ki, 
yatsın.  Amma    evdəki  dığ  -  dığlar  onu  yerinə 
uzanandan sonra da yuxulamağa qoymurdu. Zavallı 
baĢını  yastığın    altına    da,  soxurdu  ki,  bəlkə 
arvadının səsini eĢitməyib, yatdı. 

Z A U R  
 
124 
Oğlanları da  analarına  bir söz deyə bilmirdilər 
ki,  ay arvad, nə yapıĢmısan bu  kiĢidən. Sənin üçün  
daha    neyləməlidir?!    Əgər  uĢaqlardan  hansısa  bir 
söz  deyərdisə,    Zümrüd  onlara  da:  -  «Siz  guya  
fərlisiniz?  Hərəniz  bir  arvad  alıb,  gətirmisiz.  
Qazandığınız  da  onlarda.  Bir  demirsiz  ki,  burda 
bizim anamız da var!»  
Ġki  gəlini  vardı.  Arvad  onların  da  gözünün 
odunu  elə  almıĢdı  ki,  heç  biri  cınqırını  da  çıxara 
bilmirdi. Gəlinlər nə atalarının evinə  gedə bilir, nə 
də  gəlinlərin  anası,  bacısı  onlara  gələ  bilirdilər. 
Çünki  Zümrüd,  həmin  günü  bir  dava  -  dalaĢ 
qaldırırdı ki, gəl görəsən! 
 
*** 
 
Əsgər müəllimgildə yamanca Ģadlıq idi. HəmiĢə 
qaĢ  -  qabaqlı  görünən,  dilindən  bir  dəfə  də  olsun 
xoĢ  söz  eĢidilməyən  Zümrüd,    evin  ortasında 
açılmıĢ iri süfrəninin baĢında əri ilə yanaĢı əyləĢib, 
elə mehriban – mehriban danıĢıb -  gülürdü ki, heç 
elə  bil  əvvəlki  Zümrüd  deyildi.  Məclisədə  olan 
Əsgər  müəllimin  iĢ  yoldaĢları,  gəlinlərinin  ata  - 
anası,  qohum-əqrəba,    bir  sözlə  hamı  məəttəl 
qalmıĢdı Zümrüdə. 

A L D A D I L M I Ş   Ə R  
 
125 
Bir  gün  əvvəl  böyük  oğlanları  Raufun  qız 
övaldı  -  Əsgər  müəllimlə  Zümrüdün  ilk  nəvəsi 
dünyaya gəlmiĢ, adını da Zümrüd qoymuĢdular. Elə 
həmin  günün  də  axĢamı  Əsgər  müəllimə 
«Respublikanın 
Əməkdar  Müəllimi» 
adının 
verilməsi  barədə  sərəncam  imzalanmıĢ  və 
televiziyada  elan  edilmiĢdi.  Elə  bu  məclis  də,  bu 
səbəbdən  düzənlənmiĢdi.  Zümrüd  də  ərinə:  -  Ay 
kiĢi,  axır  ki,  sənə  də  qiymət  verdilər,  -  özünü 
saxlaya  bilməyib,  gülə  -  gülə:  -  Ay  Əsgər,  indi 
görəsən, bu ada görə sənə əlavə pul verəcəklər?! –
demiĢdi.  Əsgər  müəllimdən  «hə!»  cavabı  alandan 
sonra  arvad  necə sevinmiĢdi ilahi! 
O  gündən  sonra  Zümrüd  elə  dəyiĢdi  ki,  neçə 
günün  içində  gəlinlər  də,  qudalar  da,  Əsgər 
müəllim də onun hər zaman belə olmasını istədilər. 
Bütün  günü  nəvəsi  ilə  oynayıb,  gəlinlərlə, 
oğlanlarıyla və əriylə  də çox mehriban davranırdı. 
Amma heç kim bilmirdi ki, bu dəyiĢmənin səbəbi, 
Əsgər müəllimin maaĢının artması,  yoxsa dünyaya 
yenicə  gəlmiĢ balaca Zümrüddü... 
 
                                                  Oktyabr, 2006,  
Bakı şəhəri
 
          

Z A U R  
 
126 
 
 
NANKOR ÖVLAD 
 
Əsəd kiĢi ilə Gülayə arvad  on ilə yaxın idi ki, 
oğlu,  gəlini  tərəfindən  evdən  qovulmuĢ  və  qocalar  
evində məskunlaĢmıĢdı. Sağ olsun rəhbərlik ki, bu - 
iki  ahıl  yaĢındakı  ər  -  arvadı  heç  bir  sənəd  tələb 
etmədən bura qəbul etmiĢdi. Həm də ki, kim idi o 
vaxtlar sənədə - filana baxan?! O vaxtlar insanlarda 
insanpərvərlik vardı. Yoxsa indi?.. O günü bir nəfər 
yaĢlı  kiĢi  gəlmiĢdi  ki,    mənə  burda  qalmağa  yer 
verin.  Rəhmətliyin  oğlundan    o  qədər  sənəd  istə-
dilər ki, kiĢi kor-peĢiman geri qayıtdı. 
Burda  olan  qocaların  əksəriyyəti  səhhətlərin-
dəki problemlərdən əziyyət çəkirdilər. Onlarda baĢ 
qaldıran xəstəliklərin baĢlıca səbəbi kimsəsizlikləri, 
ömür boyu çalıĢıb – vuruĢub böyütdükləri övladları 
tərəfindən atılmaları idi. Əsəd kiĢi də belə qocalar-
dandı. Mədəsindəki ĢiĢdən əziyyət çəkirdi. Dövlət-
dən qocalar  üçün  ayrılan dərmanlar  da ona  kömək 
etmirdi.  Bu  üzdən  də  əməlli  yeyib  –  içə  bilmirdi. 
Onsuzda zavallı kiĢi öz evində olanda da nə yeyirdi 
ki...  Gəlini  Gülayə  arvadla  Əsəd  kiĢinin  yemək-
lərini  də  pusurdu,  görsün  nə  qədər  yeyirlər.  Sonra 

A L D A D I L M I Ş   Ə R  
 
127 
da baĢlayırdı deyinməyə ki: -  «Mən sizin əlinizdən 
nə ərimə, nə də balama yemək yedirə bilmirəm. Elə 
bil  iĢləyib,  qazanıb  gətirmisiniz  ki,  yeyirsiniz.  Bir 
fikirləĢmirsiniz  ki,  burada  sizdən  baĢqa  da  adam 
var»? 
Elə  bu  cür  sözlərlə  bir  gün  Gülayə  arvadın 
əlindən  stəkanın  düĢüb,  sınmasına  görə  gəlin  evdə 
bir  dava  -  dalaĢ  qaldırdı  ki,  gəl  görəsən.  YoldaĢı  
Əmrahı  da  əsəbləĢdirib,  köməksiz  qocalarla  üz  – 
üzə qoydu . Balasına atasını, anasını döydürtdürüb, 
evdən qovadurandan, sonra da harda olduqlarını, nə 
iĢlə  məĢğul  olduqlarını  maraqlanmağa  qoymayan 
gəlin, daha düĢünmürdü ki, onun da elə uĢaqlıqdan 
dəcəlliyi  ilə    baĢlarına  açmadığı  oyun  qalmayan 
övladı böyüyürdü.  
 
* * * 
 
Əsəd kiĢi çarpayıda oturub, televizor seyr edir, 
Gülayə  arvadsa  taqəti  olmasa  da  otağı  sil  -  süpür 
edirdi.  
Televizorda  uĢaq  verliĢi  gedirdi.  VerliĢə  baxıb 
xəyallara dalan Əsəd kiĢinin gözlərindən yaĢ süzülə 
- süzülə arvadına: 

Z A U R  
 
128 
-  Ay  Gülayə,  biz  evdən  çıxanda  nəvəmizin  on 
bir  yaĢı  vardı.  Ġndi  maĢallah  iyirmi  bir  yaĢı  olar. 
Yəqin əsgərliyini də çəkib, gəlib. Hələ bəlkə evlə-
nib  də.  Amma  görünür,  heç  onun  da  yadına 
düĢmürük.  
Gülayə  arvad  sol  əlini  belinə  qoyaraq,  əlində 
tutduğu, sapı taxtadan olan süpürkəni  yerə basaraq 
özünə  dayaq  verib:  -  «Ay,  canım  vay...»  - 
Səhhətindən gileyləndi:  
- A kiĢi, sən nəyi qoyub, nəyi axtarırsan, bəgəm 
yazıq  balamı,  anası  qoyar  ki,  bizi  axtarıb,  tapsın?! 
ƏĢĢi,  heç  lazım  da  deyil.  Təki,  özləri  mehriban 
olsunlar. Yansın iĢıqları, gəlsin soraqları... 
-  Ay  arvad,  iĢ  orasındadır  ki,  heç  soraqlarıda 
yoxdu, bilmirik  necə yola gedirlər?! 
-  Day  demə,  Əmrahım  üçün  burnumun  ucu 
göynəyir.  YaxĢı  misal  var  ey:  -  Övladın  elə  pisi 
adamı yandırır, ay kiĢi. Bizim elə pisimiz də odur, 
yaxĢımızda odu. - Qəhər ananı boğdu, gözlərindən 
yaĢ süzülə - süzülə: - Heç nə istəmirəm ay, kiĢi bir 
dəfə  uzaqdan  da  olsaydı,  Əmrahımı  görəydim. 
Bilirəm  ki,  mənim  balam  elə  deyil.  Onu  o, 
vicdansız qız yoldan çıxartdı. 
Ər  -  arvad  ikisi  də  keçmıĢ  günləri  xatırlayıb, 
hey ağladılar. Az keçməmiĢ, qonĢu otaqda yaĢayan, 

A L D A D I L M I Ş   Ə R  
 
129 
elə qocalar evində də bir - birinə dayaq olmaq üçün 
ailə quran Ġbrahim kiĢi ilə Züleyxa gəldilər. 
Ġbrahim  kiĢi  yaĢlı  olsa  da  canısulu  kiĢiydi. 
Arvadı  onu  evdən  qovub,  çöllərə  salmıĢdı.  Elə  bu 
halı  ilə  də  zarafatından,  keyfindən  qalmırdı.  Təzə 
arvadı  Züleyxa  da  onun  kimi  zarafatcıldı.  YaxĢı 
tapıĢmıĢdılar.  Qocalar  evində  hamı  onları  «qoĢa 
bülbüllər» - deyə çağırırdı. Hər axĢamüstü bu «qoĢa 
bülbüllər»  Əsəd  kiĢigilə    gələndə  onlar  sevinərdi. 
Çünki  bu  qədər  qocaların  içində  bircə  onlarla 
yaxınlıq  edirdilər.  Onların  zarafatlarından  eyinləri 
açılan  qocalar,  «qoĢa  bülbülləri»in  hər  gün 
gəlmələrini səbirsizliklə gözləyirdilər. 
Ġbrahim Əsəd kiĢinin kefsiz olmasını sezib: 
-  Əsəd  kiĢi,  nə  olub,  nəsə  bikef  gürünürsən, 
bəlkə, arvad üzünə yaxĢı  baxmır, hə... 
Züleyxa Əsəd kiĢinin yerinə cavab verdi: 
- Nə olur atın arvadların üstünə. 
Ġbrahim Əsəd kiĢiyə göz vurub: 
-  Siz  arvadların  ağlı  qırx  toyuğun  ağlıdır.  Odu 
ki, siz danıĢmayın. 
Züleyxa üz - gözünü turĢudaraq: - Kiri, sən Al-
lah,  gedin  öz  söhbətinizi  edin.  Biz  qadınlar  olma-
saydıq,  bilmirəm  siz  kiĢilər  nə  edərdiniz?  -  deyib, 
Gülayə  arvadın  yanına  keçib,  otağın  baĢındakı 

Z A U R  
 
130 
divanda oturub, Ģirin - Ģirin söhbət etməyə baĢladı. 
KiĢilər də bu yanda stolda oturub, dərdləĢirdilər. 
Əsəd  kiĢi,  çənəsini  əlindəki  əsasına  söykək 
edib, fikrə getmiĢdi 
- Ay Ġbrahim, bilirsən, övlad pis də olsa ,  yaxĢı 
da,  yenə də övladdı. Ġstəmirəm ki, onun burnu qa-
nasın.  Amma  neynək  ki,  bəzisi  valideyinin  qədrini 
bilmir. 
Ġbrahim  kiĢi  ciddi  görkəm  aldı,  dərindən  ah 
çəkdi: 
-  Elədi,  qardaĢ,  düz  deyirsən.  Zəhmət  çək,  bö-
yüt,  övlad  da  ki,  qədrini  bilməsin.  Məni  o,  vic-
dansız  arvadım  evdən  qovanda,  uĢaqlar  da  onunla 
qoĢalaĢdılar.  YoldaĢım  həmiĢə  deyirdi  ki,  - 
«ĠĢləmirsənsə,  bu  evdə  çörək  də  yemə.  Mənin 
oğlum qazanıb, gətirir ki, sən  yeyəsən?! Get, özün 
iĢlə,  qazan,  al,  biĢir,  ye!  Bu  evdə  sənin  nökərin 
yoxdu».  Mən  də  deyən  də  ki;  «Övlad  tək  sənin 
deyil,  həm  də  mənimdi.  Qazanır,  mən  də  yeyirəm. 
YaĢlı  kiĢiyəm,  ayağımı  güclə  çəkirəm,  mən  gedib 
harda  iĢləyim?»  Oğul  da,  qız  da,  gəlin  də,  özü  də 
üstümə  düĢüb,  mən  yaĢda  kiĢini  basıb  döyürdülər. 
Axırda da evdən qovdular. Neyləyək daha?!. Bu da 
bizim  taleyimizdir.  Bəlkə,  ay  Əsəd  günah  elə 
özümüzdədi.  Bəlkə  düzgün  tərbiyyə 
verə 

A L D A D I L M I Ş   Ə R  
 
131 
bilməmiĢik.  Ġnan  ki,  hardasa  səhv  buraxmıĢıq  ki, 
indi də ağlayırıq. 
Ġkisi  də bir  – birlərinə  baxıb,  çiyinlərini çəkdi-
lər.  Bu  sözdə  həqiqət  vardı.  Amma  səhv  harda 
buraxılmıĢdı... 
AxĢam düĢmüĢdü... Bir azdan «xəbərlər» proq-
ramı  baĢlayacaqdı.  Əsəd  kiĢi  xətt,  saqqalını  əli  ilə 
sığallaya  - sığallaya  Ġbrahim  kiĢi ilə  söhbət  edirdi. 
Hərəsi  öz  keçmiĢini  xatıralyıb,  ötən  günlərinə 
baxmıĢkən  bugünkü  günlərə  Ģükür  edirdilər.  Bu 
kiçik, təmirsiz, ifunət iyi verən  yöndəmsiz otaqlar, 
sanki  onlaraçun,  təmtaraqlı,  sarayları  əvəz  edirdi. 
Qocalar evinin ölüm sükutu çökən  otaqları onların 
dünyalarıydı.  Bundan  əvvəl  tikib,  yaradıb,  övlad-
larına verdikləri evlərində edə bilmədikləri, sərbəst 
ola  bilmədikləri    həyatı  burda  yaĢadıqlarından 
Tanrıya sonsuz Ģükürlərini bildirirdilər. 
 
Əsəd kiĢi: 
-  Eh,  neynəyək,  Allah  nankor  övladın  cəzasını  
özü  verəcək,  –  deyib,  gileyləndi.  Amma  görəsən, 
bu  sözlər  onun  ürəyinin  sözləri  idimi,  inanmaq 
olmazdı.  Əsəd  kiĢi  evindən  ayırılıb  bura  gələrkən, 
evdən  xatirə  götürmüĢdülər:  Bu  da  Əmrahla 
nəvəsinin  Ģəkli  idi.  Onlar  ikisi  də  bir  -  birindən 
xəbərsiz  hər  gün  bu  Ģəkilə  baxıb,  için  -  için 

Z A U R  
 
132 
hönkürür: - «Görəsən, nəvəmiz indi böyüyüb, necə 
olub?  Görəsən,  yadına  gəlirmi  nənəsi,  babası?.. 
Əmrah  neynəyir?  Gəlinlə  yaxĢı  yola  gedirmi? 
Yəqin  ki,  yaxĢı  olar.  Təki,  mehriban  olsunlar, 
yansın  iĢiqları,  gəlsin  soraqları».  –  deyə, 
düĢünürdülər. Amma sadəcə bu, içində dərin övlad 
həsrəti, niskili, dərdi olan qəlbi dağlanan köməksiz 
ata  -  ananın  düĢüncələriydi.  Övladın    çırağı  yansa 
da,  onun,  çıraqsız  qalan  ata  –  anasına  iĢıq  gəlib 
çatmırdı.  Ata  -  ana  hər  gün:  -  «Bəlkə  bu  gün 
oğlumla nəvəm bizi görməyə gəldi,» - deyərək, hər 
ötən  günlərini  də  beləcə  ötürürdülər.  Amma  gün 
həftəyə,  həftə  aya,  ay  ilə  doğru  qaçıb,  tələssə  də,  
doğma, canı - canından, qanı - qanından olan övlad 
ata  -  anaya  doğru  tələsmirdi.  Elə  bil  onun  heç 
valideyni  olmayıbmıĢ,  öz-özündən  göbələk  kimi 
yerdən çıxıb. Amma  daha düĢmürdü ki, göbələk də  
öz - özündən çıxmır: Toxumu torpaqda olur, yağıĢ 
yağıb,  onu  cücərdir  və  ondan  sonra    üzə  çıxır. 
Demək,  həyatda    her  Ģeyi  yaradan  Allahdırsa,  onu 
dirçəldən    də  nə  isə  baĢqa  bir  qüvvə  var.  Nankor 
övlad bunu düĢünmürdü.  
 
 

A L D A D I L M I Ş   Ə R  
 
133 
* * * 
 
O  gün  «Qocalar  evi»ndə  yaman  səs  -  küy 
qalxmıĢdı.  Dörd  mərtəbəli  binanın  birinci  mərtə-
bəsindən  qalxan  səs,  bütün  binanı  bürümüĢdü.  Bu 
səs  Əsəd  kiĢigilin  otağından  gəlirdi.  Kimsəsizlər 
evinin  yiyəli,  yiyəsiz  qocaları  hamısı  bu  balaca, 
darısqal, amma çox səliqəli otağa   yığıĢmıĢdı. Otaq 
adamla dolu olduğundan, bəzi qocalar qapıdan, pən-
cərədən, göz yaĢları içində otağasarı boylanırdılar. 
Əsəd  kiĢinin  səhər  yeməyi  zamanı  halı  dəyiĢ-
miĢ,  stoldan  yerə  yıxılaraq  qırıq  -  qırıq    nəfəs  al-
mağa baĢlamıĢdı. Yeməkxanada olanrın köməyi ilə  
onu  otağına  gətirərək,    təcili  həkim  çağırmıĢdılar. 
Həkim  gəlib  xəstəyə  baxandan  sonra  xəstənin  can 
verdiyini  bildirib,  getmiĢdi.  Bu  xəbəri  eĢidən, 
Gülayə  arvad  özünü  toparlaya  bilməyərək  canını  
tapĢırmaq  istəyən  Əsəd  kiĢinin    üstünə  atıb  hön-
kürüdü.  KiĢi  canbəsər    olmuĢdu.  Qadınlar  Gülayə 
arvadı baĢa salmıĢdılar ki, o, elə etməklə ona zülm 
edir.  Rahat  canını  tapĢırmağa  qoymur.  YaĢlı 
qadınların  dediyinə    görə  -  Əzrayıl  canını  almaq 
istədiyi adamın yanında əzizi hönkürtü ilə ağlayıb, 
üstünə atılırsa, həmin insana  yaxınlaĢıb, canını  ala 
bilmir. O, yazıq da zülm çəkir. 

Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin