YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


!   ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

!
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN









 
 
104 
 
 Ç.D
ARVİNİN TƏKAMÜL TƏLİMİ 
 
 
 
Şəkilləri nəzərdən keçirərək suallara cavab verin: 
̶  Müasir it cinsləri, əsasən, hansı ümumi əcdaddan meydana gəlmişdir? 
̶  İt cinslərini yetişdirərkən insan 
qarşısına hansı məqsədlər qoyur?  
̶  Bu həmin heyvanların quruluş 
xüsusiyyətlərində özünü  necə 
büruzə verir? 
̶ 
Sizcə, buna bənzər proses təbiətdə 
mümkündürmü? Bu prosesi necə ad-
landırmaq olar? Hansı əlamətə görə 
təbiətdə müxtəlif fərdlər seçilə bilərlər?
 
 
XIX əsrin ortalarında təkamül ideyalarını möhkəmləndirən bir sıra vacib kəşflər 
edildi.  Bütün  bunlar  Çarlz  Darvin  təliminin  yaranmasına  təkan  verdi.  Ç.Darvin 
bioloji və geoloji tədqiqatlar aparan “Biql” gəmisi ilə 5 illik (1831–1836) dünya sə-
yahətinə çıxmış və bu səyahət zamanı Atlantik okeanındakı adalarda, Cənubi Ame-
rikada, Qalapaqos adalarında, Yeni Zelandiyada, Avstraliyada, Cənubi Afrikada ol-
muş və tədqiqatlar aparmışdır. Ç.Darvin öz ideyalarını sübuta yetirmək üçün bu sə-
yahət zamanı aldığı bəzi məlumatlardan istifadə etmişdir. Ç.Darvinə görə, populya-
siya  daxilində bu mühitdə yaşamağa üstünlük qazandıran əlamətlərə malik fərdlər 
seçilirlər.  
 
 
Uzun illərin tədqiqatlarına istinad edən Ç.Darvin təkamül nəzəriyyəsini irəli sür-
müş, bunu ilk dəfə 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” əsərində əsaslan-
dırmışdır. 
Ç.Darvinin təkamül təliminin əsas müddəaları bunlardır: 
1. Hər bir növün yetkin fərdləri çoxlu sayda nəsil əmələ gətirirlər, yəni intensiv 
çoxalırlar.  
2. Qida çatışmazlığı şəraitində meydana çıxan rəqabət, yırtıcılar və  xəstəliklərin 
olması nəticəsində fərdlər arasında yaşamaq uğrunda mübarizə baş verir.  
3. Yaşamaq uğrunda mübarizə nəticəsində mühitə uyğunlaşa bilməyən  fərdlər 
cinsi  yetkinliyə  çatmadan  məhv  olur.  Mühitə  uyğunlaşanlar  isə  həyatda  salamat 
qalaraq nəslini davam etdirir. Bir sözlə, təbii seçmə baş verir.  
Fəaliyyət
28 
– Təkamül nədir?
– Təkamül prosesi zamanı nə baş verir? 
 
 
• 
Ç.Darvinin  tədqiqatlarının  əsasında  Tomas  Maltusun  insan  populyasi-
yaları barədə irəli sürdüyü ideyalar durur. Maltusa görə, insanların sayı 
adi halda hər 25 ildən bir həndəsi silsilə ilə artır. Lakin müxtəlif amillərin 
(müharibələr,  aclıq,  təbii  fəlakətlər,  yoluxucu  xəstəliklər  və  s.)  təsiri  al-
tında əhali artımının qarşısı alınır. 

 
 
105 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

4. Təbii seçmə nəticəsində müəyyən vaxtdan 
sonra  əvvəlki  nəsillə  sonrakı  nəsillər  arasında 
fərqlər yaranır. Belə fərqlər  yüzlərlə və ya min-
lərlə nəsil ərzində davam edir və yeni növün ya-
ranmasına gətirib çıxara bilər. Fərdlər arasında 
nəsildən-nəslə  keçən  belə  dəyişkənliyə  irsi 
dəyişkənlik deyilir. İrsi dəyişikliklər fərdin həyatda yaşamaq şansını artırıb-azalda 
bilir. Bu xüsusiyyətlər canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasını təmin edir.  
 Müasir dövrdə təkamül barədə müzakirələr hələ də davam etməkdədir. Darvinin 
o vaxtlar irəli sürdüyü fikirlər indiki dövrdə də araşdırılır və fərqli fikirlər söylənilir. 
 
 
1.  İfadələrin hansı alimin baxışlarına uyğun olduğunu müəyyən edin və cədvəli tamamlayın. 
K.Linney 
J.-B.Lamark 
Ç.Darvin 
 
 
 
1)  Növlər dəyişməzdir, daimidir,  təkamül yoxdur.  
2)  Növlərin çoxşəkilliliyi müxtəlif şəraitdə baş verən təkamülün nəticəsidir. 
3)  Təbii seçmə təkamülün hərəkətverici qüvvəsidir. 
4)  Təkamülün təbiətdə əsas hərəkətverici qüvvəsi orqanizmin tərəqqiyə doğru olan meylidir. 
5)  İlk dəfə orqanizmlərin elmi sistematikasını yaratmışdır.  
6)  Heyvanların sistematikasını sadədən mürəkkəbə doğru təkamül qaydası ilə yaratmışdır.  
7)  İlk dəfə üzvi aləmin təkamülü barədə elmi nəzəriyyə yaratmışdır.  
8)  İkiqat latın adlarını elmə daxil etmişdir. 
 
2. Düzgün variantı müəyyən edin: 
  Ç.Darvin nəzəriyyəsinin əsas ideyası təbii/süni seçmədir. 
  Təkamül prosesinin vahidi populyasiyadır/növdür. 
  Təkamül ideyasını irəli sürən  Lamarkdır/Linneydir 
  Təkamülün nəticəsi – orqanizmlərin mühitə uyğunlaşmasıdır/irsi dəyişkənlikdir.  
 
3. J.-B.Lamarkın və Ç.Darvinin nəzəriyyələrinin oxşar və 
fərqli cəhətlərini müəyyən edin. 
 
   
4. A və B şəkillərində təsvir edilənlərin hansının – Ç.Darvinin, yaxud J.-B.Lamarkın fikirlərinə 
uyğun olduğunu göstərin və fikrinizi əsaslandırın. 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
 
 
• 
intensiv çoxalma
• 
yaşamaq uğrunda mübarizə 
• 
təbii seçmə 
• 
irsi dəyişkənlik 
A ç a r   s ö z lə r  

 
 
106 
 
 Y
AŞAMAQ UĞRUNDA MÜBARİZƏ 
 
İntensiv çoxalma. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi 
lazımdır. Lakin onların doğulan balalarının sayı  yaşayış üçün zəruri olan sahədən 
çox olur, yəni intensiv çoxalırlar. 
 
 
Məsələni həll edin: 
Bir milçək hər 20 gündən  bir 120 yumurta qoyur. Əgər yumurtadan çıxan milçəklərin yarısının dişi 
olduğunu nəzərə alsaq, yayda 2 ay ərzində nə qədər milçək əmələ gələ bilər?  
– Doğrudan da bu qədər milçək əmələ gələ bilərmi? Bunun səbəbi nədir?  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kütləvi  surətdə  çoxalan  orqanizmlərin  bir 
qismi əlverişsiz mühit şəraitinin təsirindən, di-
gər qismi isə başqa heyvanlar tərəfindən məhv 
edildiyindən onların çox az bir hissəsi cinsi yet-
kinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüz-
lərlə  yumurta  qoyur,  lakin  bu  yumurtalardan 
çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış 
məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların 
yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır. 
Yaşamaq uğrunda mübarizə. Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq 
şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında 
olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Darvin yaşamaq uğrunda 
Fəaliyyət
29 
– Mühitin hansı amilləri canlı orqanizmlərə təsir edir? 
– Bu və ya digər amillərin fərdə, növə və ya populyasiyaya təsiri nəticəsində 
nə baş verir? 
 
 
• 
növdaxili mübarizə
• 
növarası mübarizə 
• 
əlverişsiz mühitlə mübarizə 
 
A ç a r   s ö z lə r  
• 
V.İ.Vernadskiyə görə planetin səthində orqanizmlərin mümkün yayılma sürəti.
 
Orqanizmlər
Yer səthini tam örtmə müddəti
 
Vəba bakteriyaları 
Yatalaq bakteriyaları 
Ağcaqanad 
Milçək 
Siyənək 
Toyuq 
Ev donuzu 
Hindistan fili 
1,25 gün 
1,8 gün  
203 gün  
366 gün  
7–12 il 
7–12 il  
8 il  
1000 il
 

 
 
107 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

mübarizənin üç formasını – növdaxilinövarası və əlverişsiz mühitlə mübarizə for-
malarını ayırmışdır. 
 Növdaxili mübarizədə fərdlər eyni həyat şəraitinə möhtac olurlar. Bu səbəbdən 
də növdaxili mübarizə digər mübarizə formaları ilə müqayisədə daha kəskin gedir. 
Buna misal kimi şam ağaclarının işıq uğrunda mübarizəsini göstərmək olar.  
 
Növdaxili mübarizə
 
• 
Şam meşəliyində geniş çətirə malik ağaclar 
günəş işığının qarşısını kəsir. Onların kök siste-
mi torpaqdan su və mineral duzları yaxşı sordu-
ğundan digər qonşu şam ağaclarına ziyan vurur. 
 
 
 
 

 
Populyasiyanın sıxlığı və qida 
çatışmazlığı zamanı növdaxili 
mübarizə daha da kəskinləşir. 
 
 
 
Növdaxili mübarizə yalnız fərdlər arasında açıq mübarizədən ibarət olmur. Bəzi 
hallarda bu mübarizə qarşılıqlı yardım şəklində də ola bilər; məsələn, at ilxılarında 
balaların birgə yemləndirilməsi və qorunması onların əməkdaşlığını göstərir. Fərd-
lərin qarşılıqlı yardımı növdaxili mübarizənin kəskinliyini azaldır.  
Növlərarası mübarizə  ayrı-ayrı  növlər  arasında  gedir.  Növlərarası  mübarizəyə 
yırtıcı ilə şikar arasındakı münasibətləri misal göstərmək olar. 
 
 
Növlərarası mübarizə  
(yırtıcı və şikar arasındakı 
münasibət)
 
 
• 
Yırtıcılarda  hücum  üçün  kəskin 
hücum vasitələri – iri və iti dişlər, 
caynaqlar, sürətli hərəkət, qoru-
yucu davranış formaları, şikarda 
isə kəskin müdafiə formaları, qo-
ruyucu  rəng,  qorunmanı  nüma-
yişetdirmə  və  s.  xüsusiyyətlər 
olur. 
 
Əlverişsiz mühitlə mübarizə – yaşamaq uğrunda mübarizənin üçüncü formasıdır. 
Orqanizmlər daim mühitin quraqlıq, nəmişlik, soyuqluq və bu kimi əlverişsiz təsir-
lərinə məruz qalırlar. Bu səbəbdən əlverişsiz mühitin təsirinə qarşı onlarda müxtəlif 
uyğunlaşmalar yaranır; məsələn, quraqlıq bitkilərində su qıtlığının qarşısının alın-
ması üçün bəzən kök daha dərinə gedir, yarpaqlar pulcuğa və ya tikana çevrilir. Bəzi 
bitkilər (məsələn: sukkulentlər) isə gövdə və ya yarpaqlarına su toplayır.  

 
 
108 
 
Əlverişsiz mühitlə mübarizə
 
• 
Ağ ayıda soyuğa uyğunlaşma ilə əlaqədar iri 
bədən, qalın xəz dəri və piy təbəqəsi 
mövcuddur.
 
 
Yaşamaq uğrunda mübarizənin bütün formaları bir-biri ilə qarşılıqlı əlaqədardır.  
 
 
 
 
 
1. Bir zəncirotu bitkisi 1 m

 sahədə yetişə bilir və il ərzində 100 uçağanlı toxum verir. 
Adi  zəncirotunun  bir  çox  fərdlərinin  məhv  olması  və  Yer  üzərini  bütövlüklə  tut-
mamasının səbəbləri aşağıdakılardır: 
1. adi zəncirotu bitkilərinin bəzilərinin kök sisteminin daha yaxşı inkişaf etməsi;  
2. yemlə birlikdə toxumların qoyunun mədəsinə düşməsi;  
3.  toxumlar cücərmək üçün əlverişsiz şəraitə düşdükdə məhv olur;  
4. toxumlarla bir çox quşlar qidalanırlar;  
5. adi zəncirotunun daha hündür formaları digərlərinə mane olur;  
6. toxumlar səhrada, qayalarda məhv olur;  
7. adi zəncirotu ilə otyeyən heyvanlar qidalanır;  
8. adi zəncirotu xəstəliktörədən orqanizmlərin təsirindən məhv olur;  
9. adi zəncirotu güclü şaxta və quraqlıq şəraitində məhv olur.  
 
Yaşamaq uğrunda mübarizənin formalarının şərti işarələrindən istifadə edərək səbəbləri 
doğru göstərən sıranı seçin.   
D – növdaxili mübarizə 
A – növlərarası mübarizə 
M – əlverişsiz mühitlə mübarizə  
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A) 
 









B) 
 









C) 
 
M  

M  


A  



D) 
 










 
 
109 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

2. Sxemi dəftərinizə çəkin. Yaşamaq uğrunda mübarizənin formalarına aid olan ifadə-
lərin nömrələrini onun müvafiq xanalarında yerləşdirin: 
1)  növ fərdlərinin ərazi uğrunda mübarizəsi;  
2)  Avstraliya arısının Avropa arısı tərəfindən sıxışdırılması;  
3)  bəzi heyvanlarda yay və qış yuxusunun olması;  
4)  dişilər uğrunda mübarizə;  
5)  şam və tozağacı arasında işıq uğrunda mübarizə;  
6)  fəsil tüləməsi;  
7)  parazitizm;  
8)  quşların müəyyən fəsillərdə köçməsi;  
9)  sürüdə başçı olmaq uğrunda mübarizə;  
10)  şikar uğrunda mübarizə;  
11)  səhra bitkilərində kök sisteminin güclü inkişafı və yarpaqların şəklinin dəyişməsi;  
12)  yırtıcılıq. 
 
 
 
3.  Suallara cavab verin: 
1)  Bayquşların  yuvasında  müxtəlif  yaşda  balalar  olur.  Bəzi  bayquş  növlərində  balaların 
yumurtadan çıxması arasında 5–7 gün fərq olur. Bunun bioloji əhəmiyyəti nədir?  
2)  Treska balığının körpələri bəzi meduzaların zəhərli qolcuqlara malik çətiri  altında yaşayırlar. 
Balıq körpələrinin belə yaşayış yeri seçməsinin səbəbi nə ola bilər?  
3)  Az miqdarda bala dünyaya gətirən canlı növlərinin təbiətdə sağ qalması necə mümkün olur?  
 
 
Yaşamaq uğrunda  mübarizə 
Növdaxili 
mübarizə
?
?
?
?
8, ...

 
 
110 
 
 T
ƏBİİ SEÇMƏ VƏ ORQANİZMLƏRİN MÜHİT ŞƏRAİTİNƏ 
UYĞUNLAŞMASI 
 
 
 
İntensiv çoxalma zamanı növdaxili və ya növlərarası münasibətlər yaşamaq uğ-
runda  mübarizə  ilə  müəyyən  edilir.  Bu  mübarizədə,  adətən,  mühit  şəraitinə  daha 
yaxşı uyğunlaşan fərdlər salamat qalır və nəsil verir, digərləri isə çıxdaş edilir. Bir 
sözlə, onlar təbii surətdə seçilirlər. Beləliklə, yaşamaq uğrunda mübarizənin nəticəsi 
təbii seçmədir.  
Təbii seçmə. Təbii seçmə populyasiya daxilində baş verir və istənilən yaş döv-
ründə olan orqanizmə təsir edir. Həyat şəraitinin tədricən dəyişməsi əlamətin orta 
həddən kənara çıxmasına səbəb olur; məsələn, İngiltərədə sənaye şəhərləri yaxın-
lığında havanın tüstülü olması tozağacının gövdəsinin qaralmasına səbəb olmuşdur. 
Nəticədə ağ rəngli kəpənəklər daha tez nəzərə çarp-
dığı  üçün  quşlar  tərəfindən  yeyilmiş,  bu  isə,  öz 
növbəsində, tozağacı qarışcası kəpənəklərinin tünd-
rəngli  formaları  üstünlük  təşkil  etməsinə  gətirib 
çıxarmışdır. Mühit şəraiti dəyişdikdə müəyyən əla-
mətli  fərdlər  yaşamaq  uğrunda  mübarizədə  qalib 
gəlir, kənara çıxan əlamətli fərdlər isə çıxdaş olur.  
Əgər  şərait  sabit  qalırsa,  burada  yaşayan  po-
pulyasiyalarda əlamətlər də bir çox illər ərzində də-
yişməz  qalır.  Dəyişməz  şəraitdə  kənara  çıxan  əla-
mətli  fərdlərin  sayı  azalır.  Məsələn,  fırtına  zamanı 
İngiltərədə  uzun  və  qısa  qanadlı  sərçələr  məhv  ol-
muş, orta qanadlılar isə salamat  qalmışdır.  
 
 
Alimlər belə bir təcrübə aparmışlar: yaşıl örtük üzərinə 1200 qonur və 1200 yaşıl rəngli 
adi dəvədəlləyi buraxırlar. Təcrübə nəticəsində quşlar 75% qonur, 25% isə yaşıl 
həşəratları yemişlər. Qonur və yaşıl dəvədəlləyinin 
(həşəratların) məhvolma intensivliyini müəyyən edin.   
Məhvolma intensivliyi aşağıdakı düsturla hesablanır: 
 
m – fərdlərin ilkin sayı; 
n – növbəti çoxalmaya qədər sağ qalan fərdlərin sayı; 
Е – məhvolma intensivliyi. 
 
– Bu həşəratların sağ qalmasını nə təmin etdi? 
– Təcrübə vasitəsilə nə müəyyən olundu? 
Fəaliyyət
30 
– Süni seçmə nədir?  

Təbiətdə buna bənzər proses baş verirmi? 
 
 
 
Tozağacı qarışcası 
kəpənəkləri.
 
Qaralmış tozağacı 
gövdəsində ağ rəngli kəpənəkləri 
quşlar daha tez görür.
 

 
 
111 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

Uyğunlaşma. Təbii seçmə nəticəsində hər bir fərd yaşadığı şəraitdə yaşama və 
çoxalma qabiliyyətini artıra bilən xüsusiyyətlər qazanır. Bunlar uyğunlaşma sayə-
sində mümkün olur. Məsələn, quraqlıq şəraitində yaşayan bitkilərdə yarpaq üzərində 
tükcüklər, mum örtüyü, sukkulent bitkilərdə gövdə və yarpaqların su toplaması və 
bu kimi uyğunlaşmalar olur. Heyvanlarda mühitə uyğunlaşmalar bədənlərinin  rəng 
və quruluşunda, instinktlərdə olan dəyişikliklər şəklində özünü büruzə verir. Düş-
mənlərdən qorunmaq, yaxud şikarını tutmaq üçün bəzi orqanizmlərin rəngi mühitin 
rənginə uyğunlaşmışdır; məsələn, yaşıl şala otlar arasında yaşayır və mühitdən se-
çilmir. Bəzi heyvanların isə düşmənlərdən müdafiə üçün zəhəri olur. Bu səbəbdən 
onların  təhlükəli  olduqlarını  bildirmək  üçün  kəskin  nəzərəçarpan  parlaq  rəngləri 
olur.  
 
          
 
 
Hər  bir  uyğunlaşma  orqanizm  üçün  mühitin  müəyyən  şəraitində  əlverişli  olur. 
Mühit şəraiti dəyişdikdə isə həmin uyğunlaşma öz əhəmiyyətini itirə bilir və bəzən 
orqanizmin məhvi ilə nəticələnir. Bu, uyğunlaşmaların mütləq xarakter daşımadığını  
göstərir.  
 
 
 
 
1. Təkamül prosesində tozağacı qarışcasının mühit şəraitindən asılı olaraq qanadla-
rının rənginin dəyişmə mərhələlərini ardıcıllıqla müəyyən edin:  
а) seçmə nəticəsində tünd qanadlı kəpənəklərin sağ qalması; 
b) ətraf mühitin çirklənməsi nəticəsində tozağacı ağaclarının gövdəsinin rənginin dəyiş-
məsi; 
c) tünd  qanadlı kəpənəklərin çoxalması və belə əlamətin bir neçə nəsil ərzində saxlan-
ması;  
d) açıqrəngli qanadları olan kəpənəklərin quşlar tərəfindən tutulması; 
e) müəyyən vaxtdan sonra populyasiyada açıqrəngli fərdlərlə müqayisədə tündrənglilərin 
üstünlük təşkil etməsi. 
 
 
Parlaq rəngli parabizən
düşməndən xilas olmaq 
üçün pis iyli maye buraxır. 
Tozağacı qarışcasının 
tırtılı
 
bədəninin formasına və 
rənginə görə kiçik budaqcıqlara 
bənzəyir.  
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
b) 

 
 
112 
 
2. Uyğunluğu müəyyən edin: 
 
 
3. Dərslikdəki mətndən, şəkillərdən və əlavə məlumatlardan istifadə edərək cədvəli 
tamamlayın: 
 
 
№ 
Orqanizm 
Yaşayış 
mühiti 
Uyğunlaşmanın 
xüsusiyyətləri 
Uyğunlaşmanın nisbi 
xarakteri 

 
 
 
 

 
 
 
 

 
 
 
 

 
 
 
 

 
 
 
 
 
4.
 

?

 
işarələrinin  yerində müvafiq anlayışları qeyd edərək sxemi tamamlayın: 
 
 
 
 
 
A) Təbii seçmə 
B) Süni seçmə 
1) Yeni növlər yaranır. 
2) İnsanın tələbatını ödəməyə xidmət edir. 
3) Təbiət yarandığı dövrdən təsir göstərir. 
4) Növ üçün faydalı əlamətlər seçilir. 
5) Sort və cinslər yaranır. 
6) İnsan əhliləşdirmə apardığı dövrdən təsir göstərir. 





irsiyyət; təbii seçmə; yaşamaq uğrunda mübarizə; dəyişkənlik
 


Orqanizmlər bir-birindən 
fərqlənirlər və öz səciyyəvi 
əlamətlərini irsən ötürə bilirlər. 
Daha yaxşı uyğunlaşanlar sağ 
qalırlar.
 
İntensiv çoxalma 
Mühit amillərinin 
məhdudluğu 



 
 
113 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 M
İKROTƏKAMÜL. YENİ NÖVLƏRİN ƏMƏLƏ GƏLMƏSİ 
 
 
 
Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəl-
məsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.  
 
 
Qalapaqos  birəbitdənlərinin  növləri  2–3  milyon  il 
bundan əvvəl adalara materikdən düşmüş ümumi 
əcdaddan  əmələ  gəlmişdir.  Növlər  bir-birindən 
dimdiklərin  ölçüsünə  və  formasına,  lələklərinin 
rənginə görə fərqlənir.   
 
– Sizin fikrinizcə, müxtəlif növlərə aid olan birəbitdən-
lərdə yaranan bu xüsusiyyətlər nə ilə əlaqədardır?
 
  
Mikrotəkamül.  Populyasiya  daxilində  yeni  növlərin  yaranması  ilə  nəticələnən 
təkamül prosesləri gedir. Həyat şəraitinin dəyişməsi nəticəsində bunlarda  divergensiya
yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin 
əmələ  gəlməsi  prosesinə  şərait  yaranır.  Növ  daxilində  baş  verən  təkamül  prosesləri 
mikrotəkamül adlanır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən 
qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikro-
təkamül prosesi növün yaranması ilə başa çatır.  
Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını – coğrafi və ekoloji 
növəmələgəlməni ayırırlar. 
Coğrafi  növəmələgəlmə  iki  yolla  baş  verir:  arealın genişlənməsi   arealın 
hissələrə parçalanması ilə.  
Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını 
genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi 
dəyişkənlik  yaranmağa  başlayır.  Təbii  seçmə  ilə  əlaqədar populyasiyanın  gen tərkibi 
zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar 
populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir. Məsələn, Uraldan 
Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi po-
pulyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasi-
yaların)  meydana  gəlməsinə  səbəb  olmuş  və  çar-
pazlaşma nəticəsində yeni gen kombinasiyaları ya-
ranmışdır. Bu,  Daur qaraşamı növünün yaranması 
ilə nəticələnmişdir. 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin