YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   2   3   4   5   6   7   8   9   ...   18

•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
1. DNT molekulunun bir zəncirindəki ardıcıllığa əsasən digər zənciri qurun. 
 
DNT-nin 1-ci zənciri : ... 
DNT-nin 2-ci zənciri : ААА – АSS – АQS – АТТ – АТQ – ААQ. 
 
 
 
 
2. DNT və RNT-nin monomeridir: 
a) azot əsası 
b) dezoksiriboza və ya riboza  
c) azot əsası və ortofosfat turşusu qalığı 
е) nukleotidlər 
 
3. DNT-ni RNT-dən fərqləndirən cəhətlər hansı cavabda düzgün verilmişdir? 
a) birzəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.  
b) ikizəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.  
c) birzəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.  
d) ikizəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır. 
 
4. Məsələləri həll edin: 
  İnsulin zülalının 51 aminturşudan ibarət olduğunu nəzərə alaraq, onu kodlaşdıran genin 
tərkibində neçə nukleotid olduğunu hesablayın. 
  DNT molekulunda 80 000 A nukleotidi var. Bu, bütün nukleotidlərin 16%-ni təşkil 
edir. Qalan nukleotidlərin sayını və DNT molekulunun uzunluğunu müəyyən edin. 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
DNT molekulunun 1-ci zəncirinə, 
müvafiq m-RNT-ni qurun. 

 
 
54 
 
  
Z
ÜLALLARIN BİOSİNTEZİ  
 
 
 
Hüceyrələrdə daim yeni maddələr əmələ gəlir. Bu proses biosintez (yun. “bios – 
həyat, “synthesis” – birləşmə) adlanır. Biosintez prosesində zülallar, yağlar, karbo-
hidratlar və digər üzvi maddələr sintez edilir.  
Zülalların  biosintezi.  Hər  bir  hüceyrənin  özünəməxsus  zülalları  olur.  Onların 
ilkin  quruluşu  barədə  məlumatlar  DNT-də  nukleotidlər  ardıcıllığı  şəklində  kod-
laşmışdır. Zülal molekulunun sintezi zamanı DNT-də olan məlumat m-RNT-si şək-
lində ribosomlara çatdırılır.  
 
 
 
 
14 
– Zülallar və nuklein turşuları hansı komponentlərdən ibarətdir?  

Hüceyrədə zülalların strukturu nuklein turşularının quruluşundan necə 
asılıdır?  
 
 
 
Şəkilə baxıb suallara cavab verin:
1. DNT molekulu harada yerləşmişdir? 
2. m-RNT harada və necə sintez olunur? 
3. Zülalın quruluşu haqqında məlumat nüvədən sitoplazmaya necə ötürülür? 
4. m-RNT sitoplazmada hara yönəlir? 
5. n-RNT harada yerləşir?  
6. n-RNT özünə nəyi birləşdirir? 
7. Ribosomda nə sintez olunur? 
 
Fəaliyyət
 
Eukariot hüceyrəsində zülalın sintezinin sxemi 

 
ı 
55 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Bu proses iki mərhələdə baş verir: transkripsiya və translyasiya
Transkripsiya. Zülalın sintezinə hazırlıq zamanı aminturşular ardıcıllığı haqqın-
da  kodlaşdırılmış  məlumat  DNT  molekulunun  bir  zəncirindən  komplementarlıq 
prinsipinə əsasən m-RNT-yə köçürülür. Bu proses transkripsiya (lat. “transkriptio” 
– üzünün köçürülməsi), yəni məlumatın üzünün köçürülməsi adlanır. 
Yaranan m-RNT-si nüvədən hüceyrənin sito-
plazmasına keçir.  
Translyasiya. Zülalların biosintezinin ikinci 
mərhələsi  translyasiya  (lat.  “translatio”  –  ötü-
rülmə) adlanır. Translyasiya zamanı zülalın qu-
ruluşu barədə mRNT-sində nukleotidlər ardıcıllığı şəklində yazılan məlumat bu koda 
uyğun olaraq ribosomlarda sintez edilən aminturşular ardıcıllığına çevrilir və sonda 
polipeptid zənciri yaranır. Translyasiya prosesi ribosomlarda həyata keçirilir.  
 
Translyasiya 
 
 
 
Sintez  qurtardıqdan  sonra  polipeptid  zəncir  mRNT-sindən  ayrılır.  Sonra  spiral 
halında  bükülərək  əvvəl  ikincili  və  daha  sonra  həmin  zülala  xas  olan  üçüncülü 
quruluş alır. Zülalların yaranması prosesi yalnız canlı hüceyrədə baş verir.    
Qeyri-zülal molekulunun hüceyrədə sintezi zamanı isə əvvəl spesifik zülal-fer-
ment yaranır, sonra bu molekulun iştirakı ilə müvafiq karbohidrat və ya lipid sintez 
olunur.
  
 
 
• 1954-cü ildə ilk dəfə zülalın ilkin quruluşu müəyyən olundu. Bu, qanda qlükozanın 
miqdarını tənzimləyən insulin zülalı idi. Bu tədqiqat 10 il davam etmişdi. İnsulin 
zülalı 2 polipeptid zəncirdən təşkil olunub. Zəncirlərin biri 21, digəri isə 30 amin-
turşudan təşkil olunmuşdur.  
• Hazırda insulin zülalının süni surətdə sintezi mümkündür. Süni yolla alınan bir 
zəncirin sintezi üçün 89, digəri üçün isə 138 kimyəvi reaksiya tələb olunmuşdur. 
Canlı orqanizmlərdə isə zülal sintezi çox sürətlə gedir.  
!
 
• 
transkripsiya 
• 
translyasiya 
A ç a r   s ö z lə r  

 
 
56 
 
 
 
1.  Düzgün cavabı seçin: 
  Hansı orqanoid-
lərdə zülalın 
sintezi baş verir? 
А. Holci aparatında 
B.  Ribosomlarda    
C. Lizosomlarda
 
  Nukleotid ardıcıllığı haqqında 
məlumatın DNT-dən m-RNT-
yə köçürülməsi prosesi necə 
adlanır? 
А. Komplementarlıq    
B. Transkripsiya    
C. Translyasiya
 
  Zülalların tərkibinə 
neçə növ amin-
turşusu qalıqları 
daxildir? 
А. 20    
B. 25    
C. 40
 
 
2.  Hüceyrədə zülalın biosintezi prosesinin ardıcıllığını müəyyən edin. 
 
А)  m-RNT-nin sintezi 
В)  aminturşuların n-RNT-si vasitəsilə ribosoma çatdırılması 
C)  m-RNT-nin nüvədən sitoplazmaya keçməsi 
D) ribosomda polipeptid zəncirin sintez olunması 
E)  ribosomun m-RNT molekulu ilə birləşməsi  
 
 
 
3. Transkripsiya və translyasiya proseslərini müqayisə edin və onların əhəmiyyətini 
izah edin.  
 
4. Cədvəli tamamlayın. 
Molekullar 
Biosintezdə rolu 
m-RNT 
… 
n-RNT 
… 
Fermentlər  … 
ATF 
… 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 

 
ı 
57 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
A
VTOTROF ORQANİZMLƏRDƏ MADDƏLƏR  
VƏ ENERJİ MÜBADİLƏSİ 
 
 
 
Avtotrof orqanizmlər özləri üçün zəruri olan üzvi birləşmələri müstəqil sintez edə 
bilirlər. Onların bir qrupu üzvi maddə sintez etmək üçün günəş enerjisindən istifadə 
edir. Belə orqanizmləri fototrof adlandırırlar. Fototroflara fotosintezedici orqanizm-
ləri misal göstərmək olar. 
 
 
 
Fotosintez. Bitkilər fotosintez (yun. “photos” – işıq, “synthesis” – birləşmə) za-
manı  günəş enerjisinin iştirakı ilə qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir. 
Bu proses yaşıl bitkilərin və xlorofilə malik bəzi bakteriyaların hüceyrələrində gedir, 
nəticədə  hüceyrədə  ilkin  məhsul  kimi  monosaxarid  (qlükoza)  yaranır.  Sonra  bu 
məhsuldan müxtəlif polisaxaridlərin, mürəkkəb quruluşlu zülalların, yağların, nuk-
lein turşularının və digər üzvi birləşmələrin biosintezində istifadə olunur.  
Xloroplastlar. Bitkinin mürəkkəb quruluşlu orqanoidi olub  sitoplazmadan ikiqat 
membranla ayrılır. Daxili hissəsi stroma (yun. “stroma” – döşənək, xalça) adlanan  
rəngsiz maye ilə doludur. Xloroplastın daxili membranı stromanın içərisinə doğru 
15 
– Hansı orqanizmlər avtotrof sayılır?
– Fotosintez ali bitkilərin hansı orqanlarında gedir? 
– Fotosintez nəticəsində nə baş verir? 
 
 
 
Təsvir olunmuş qrafikə əsasən suallara cavab verin: 
– Fotosintez prosesinə hansı amillər təsir edir?  
– Bu amillərin dəyişməsi fotosintezin sürətinə necə təsir göstərir?  
 
Fəaliyyət
Fotosintezin 
intensivliyinə 
müxtəlif 
amillərin təsiri 

 
 
58 
 
inkişaf  edərək  yastılaşmış struktur  –  qranlar  əmələ  gətirir.  Qranlarda  xlorofil  və 
başqa  köməkçi  piqmentlər  yerləşir.  Xlorofil  piqmentinin  sayəsində  xloroplastlar 
yaşıl rəngli olur.  
 
Xloroplastın quruluşu 
 
 
 
Fotosintezin fazaları. Fotosintezi işıq və qaranlıq fazası adlanan iki mərhələyə 
ayırırlar. 
Fotosintezin işıq fazası. Yarpağa düşən günəş işığının təsirindən qranlarda olan 
xlorofilin elektronları həyəcanlanır. Fermentlər tərəfindən tutulmuş elektronların bir 
hissəsi ADF-ə bir fosfat turşusu birləşdirməklə ATF əmələ gətirir:  
ADF +F ATF 
Elektronların  digər  hissələri  suyun  molekulyar  oksigenə,  hidrogen  ionuna  və 
elektronlara parçalanmasında iştirak edir. Suyun parçalanması prosesi fotoliz (yun. 
fotos” – işıq, “lizis” –  parçalanma) adlanır: 
2H
2
O  4e + 4H
+
 + O
2
 
 
 
Fotosintezin ümumi sxemi
 
 
 Su  Elektron-
lar 
Hidrogen 
ionu 
Oksigen 

 
ı 
59 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Parçalanmadan  yaranan  hidrogen  ionu  sonrakı  mərhələdə  istifadə  olunur  və 
kimyəvi  birləşmə  əmələ  gətirir.  Belə  kimyəvi  birləşmədə  enerji  ehtiyat  halında 
saxlanılır və fotosintezin birinci fazası başa çatır. Bu fazada işığın olması vacib şərt 
hesab edildiyi üçün mərhələni işıq fazası adlandırırlar. İşıq fazasının əsas məhsulu 
ATF sayılır.  
Birinci  mərhələdə  suyun  parçalanmasından 
yaranan oksigen kənar məhsul kimi xaricə çıxa-
rılır və ya hüceyrənin tənəffüsü zamanı  istifadə 
olunur.  
Qaranlıq fazasının getməsi üçün işığın olması 
vacib  deyil.  Bu  mərhələ  işığın  iştirakı  olmadan 
gedə  bildiyindən  onu  qaranlıq fazası  adlandı-
rırlar. Qaranlıq fazasında havadan udulan karbon 
qazının mənimsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq 
fazasının məhsullarından istifadə edilir.  C
6
H
12
O
6
  molekulları yaranır. Qaranlıq mər-
hələsində  yaranan  sadə  karbohidratlardan  (qlükozadan)  daha  sonra  müxtəlif  poli-
saxarıdlər – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır. 
 
 
 
Fotosintezin əhəmiyyəti. Fotosintez prosesində az enerjili maddələr olan karbon 
qazı  və  sudan  yüksək  enerjili  maddə  –  qlükoza  yaranır.  Bu  zaman  günəş  enerjisi 
(bitki  yarpağı  üzərinə  düşən  enerjinin  1%-dən  istifadə  edir)  bu  maddədə  kimyəvi 
rabitələr şəklində toplanır. Bundan başqa, fotosintez prosesində atmosferə oksigen 
xaric olur ki, bu da orqanizmlərin tənəffüsü zamanı istifadə edilir. Fotosintezin ümu-
mi  tənliyi belədir: 
2
6
12
6
2
2
6O
O
6H
6CO
O
H
C
qlükoza



 
Heterotrof orqanizmlər fotosintez məhsullarından istifadə edərək karbohidratları 
parçalamaqla ATF əldə edirlər. 
Xemosintez.  Bakteriyaların  bəziləri  də  qeyri-üzvi  maddələrdən  üzvi  maddələr 
sintez  edə  bilirlər.  Lakin  bu  zaman  onlar  enerji  mənbəyi  kimi  günəş  enerjisindən 
deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edirlər. Bu proses xemosintez adlanır. 
• 
Dəniz ilbizi 
– yosunların xromatoforla-
rından  aldığı  qlükozanın  hesabına  ya-
şayır. İlbiz bu prosesdə xarici mühitdən 
aldığı maddələri öz daxilində mənimsə-
yir.  Bundan  sonra  fotosintez  prosesi 
başlayır – ilbiz  genlərin köməyi ilə bu 
prosesdə xromatoforlara lazım olan zü-
lalları  kodlaşdırır,  əvəzində  isə  sintez 
olunmuş qlükozanı alır.   
 
 
 
• 
fototrof 
• 
fotoliz 
• 
qran 
• 
stroma 
• 
xemosintez 
A ç a r   s ö z lə r  

 
 
60 
 
 
 
1.  Cədvəli tamamlayın. 
Xüsusiyyətləri 
İşıq fazası 
Qaranlıq fazası 
Fotosintezin getdiyi yer 
 
 
Hansı proses gedir 
 
 
Alınan məhsul 
 
 
 
2.  Düzgün cavabları seçin: 
 
  Xlorofil molekulu bilavasitə stromada / qranlarda yerləşir. 
  Fotosintezdə alınan ilkin məhsul su və oksigendir / karbon qazıdır
  Fotoliz – qlükozanın fermentativ parçalanmasıdır / xloroplastlarda işığın təsiri 
altında su molekullarının parçalanmasıdır. 
  Fotosintezin qaranlıq mərhələsində suyun parçalanması / karbohidratların sintezi baş 
verir. 
  Sərbəst oksigen fotosintezin qaranlıq / işıq mərhələsində əmələ gəlir. 
  Plastidlər hüceyrənin birmembranlı / ikimembranlı orqanoidlərinə aiddir. 
  Yaşıl yosunlar / Kükürd bakteriyaları xemotrofdurlar. 
  Fotosintez zamanı sərbəst oksigen ATF-in / suyun parçalanmasından alınır. 
 
3.  Fotosintezin  ümumi  tənliyində  1  və  2  rəqəmləri  ilə  işarələnmiş  xanalarda  nə 
olmalıdır? 
6CO
1 C H O
2  
 
4.  Suallara cavab verin: 
  Məlumdur ki, işıqlanmanın intensivliyi yüksək olduqda xlorofil dağılmağa başlayır, 
fotosintez prosesi zəifləyir. Bitkilər intensiv günəş şüalarından necə qorunur? 
  Nə üçün bitkilər qaranlıqda uzanır? 
  Mülayim iqlim qurşağında fotosintez üçün optimal temperatur  +25°С-dir. 
Temperatur  +35°С-dən yuxarı olduqda fotosintez prosesi zəifləyir. Bunun səbəbi 
nədir? 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
ı 
61 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
H
ETEROTROF YOLLA QİDALANAN ORQANİZMLƏRDƏ 
         
   MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİ 
 
 
 
 
Hüceyrədə enerji üzvi maddələrin parçalanmasından yaranır. Fermentlərin kömə-
yi ilə üzvi maddə molekullarının parçalanması reaksiyalarının cəmi  enerji mübadi-
ləsi adlanır. Orqanizmlər əsas enerji materialı kimi hər şeydən əvvəl karbohidrat və 
yağlardan istifadə edir. Zülallar hüceyrə üçün çox qiymətli materialdır. Onlar hü-
ceyrədə nadir hallarda – digər üzvi 
maddələr  çatışmadıqda  enerji 
mənbəyi kimi istifadə edilir.  
Mitoxondri. İkimembranlı qu-
ruluşa malikdir. Daxili membranı 
qırışlıdır.  Qırışlar  kristlər  (lat. 
krista” – pipik, çıxıntı) əmələ gə-
tirir.  Mitoxondrinin  daxili  maye 
mühiti matriks adlanır. Üzvi mad-
dələrin parçalanması prosesi mat-
riksdə gedir. 
 
 
 
Energetik  mübadilənin  mərhələləri.  Parçalanma  reaksiyalarının  gedişində 
enerji  ayrılır,  üzvi  maddələrin  qeyri-üzvi  maddələrə  parçalanması  zamanı  ayrılan 
enerjinin bir hissəsi ATF şəklində ehtiyat halında toplanır. Enerji mübadiləsi bir neçə 
mərhələdə gedir. 
16 
– Maddələr mübadiləsini hansı proseslər təşkil edir? 
– Maddələr mübadiləsinin hansı prosesi zamanı enerji sərf olunur? 
– Hüceyrədə enerji hansı maddənin molekullarında ehtiyat halında 
toplanır?  
 
 
Cədvəli dəftərinizə çəkib tamamlayın. Xanalara orqanoidlərə uyğun cümlələrin 
nömrələrini daxil edin: 
Mitoxondrilər 
 
Xloroplastlar 
 
Ribosomlar 
 
 
Fəaliyyət
 
1 – eyni ölçüdə olmayan iki hissəcikdən ibarətdir;  2 – daxili membranı kristlər əmələ gətirir; 
3 – daxili membran qranlar əmələ gətirir;  4 – endoplazmatik şəbəkənin membranlarında
yerləşir;  5 – əsasən bitki hüceyrəsində rast gəlinir6 – bütün hüceyrələrdə rast gəlinir;  7 –
əsas funksiyası ATF-in sintezidir; 8 – zülal sintezində bilavasitə iştirak edir;  9 – fotosintezi
həyata keçirir. 
– Xloroplast və mitoxondrilərin hansı oxşar və fərqli cəhətləri var? 
Mitoxondrinin 
quruluşu 

 
 
62 
 
Birinci mərhələ  –  hazırlıq mərhələsi  adlanır. 
Bu  mərhələdə  mürəkkəb  üzvi  birləşmələr  sadə 
birləşmələrə qədər parçalanırlar. Əmələ gələn ki-
çik  molekullar  toxuma  hüceyrələrinə  daxil  olur. 
İlkin  mərhələdə  yaranan  enerji  istilik  şəklində 
ətrafa yayılır. 
Enerji mübadiləsinin ikinci mərhələsi  hücey-
rənin sitoplazmasında gedir. Oksigen iştirak etmədiyi üçün bu mərhələ oksigensiz 
mərhələ də adlandırılır. Bu mərhələdə qlükoza  parçalandığı üçün buna qlikoliz (yun. 
glycys” – şirin, “lysis” – parçalanma) də deyilir. Proses fermentlərin aktiv iştirakı 
ilə gedir. Qlikoliz prosesində bir molekul qlükozanın parçalanmasından iki molekul 
üçkarbonlu birləşmə – piroüzüm turşusu (C
3
H
4
O
3
) və 2 molekul ATF alınır.  
Enerji mübadiləsinin üçüncü mərhələsi – oksigenli mərhələdir. Oksigenli mər-
hələ mitoxondridə gedir və burada mütləq oksigen iştirak edir. Bu mərhələdə piro-
üzüm turşusu molekulyar oksigenin iştirakı ilə karbon qazı və suya qədər oksidləşir. 
Hər  bir  oksidləşən  qlükoza  molekulundan  oksigenli  mərhələ  zamanı  36  molekul 
ATF yaranır. Bu mərhələ həm də hüceyrə tənəffüsü adlanır. Hüceyrə tənəffüsü mito-
xondrilərin kristlərində yerləşən üzvi maddələrin oksidləşməsi reaksiyalarını aktiv-
ləşdirən fermentlərin iştirakı ilə həyata keçirilir.  
 
Enerji mübadiləsinin mərhələləri 
 
 
Beləliklə, hüceyrədə bir molekul qlükozanın tam parçalanması zamanı qlikoliz 
mərhələsində 2, oksigenli mərhələdə isə 36 molekul alınmaqla cəmi 38 molekul ATF 
yaranır. Bu enerji sonra yeni maddələrin sintezi zamanı sərf olunur.  
ATF-də olan makroerqik rabitələrdə saxlanılan enerjilər sonra digər enerji növ-
lərinə çevrilə bilir. Məsələn, sinir hüceyrələrində sinir impulslarının ötürülməsində 
• 
qlikoliz 
• 
oksigenli mərhələ 
• 
krist 
• 
matriks 
A ç a r   s ö z lə r  

 
ı 
63 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
bu  enerji  –  elektrik,  ibtidailərdə  qamçıların  hərəkətində  və  digər  heyvanların 
əzələlərinin yığılmasında  isə mexaniki və s. enerjiyə çevrilə bilir. 
 
 
 
 
 
1.  Uyğunluğu müəyyən edin: 
 
 
 
2. Düzgün cavab variantını qeyd edin: 
  Energetik mübadilə sayəsində hüceyrə zülallarla/ karbohidratlarla/ ATF-lə təmin 
olunur. 
  Hüceyrədə  üzvi  maddələrin  parçalanması  enerjinin ayrılması/günəş enerjisindən 
istifadə/ biopolimerlərin yaranması ilə müşayiət olunur. 
  Biopolimerlərin monomerlərə qədər parçalanması prosesi zamanı yalnız istilik for-
masında az miqdarda  enerjinin ayrılması energetik mübadilənin hazırlıq mərhələsi/ 
oksigensiz mərhələsi/ oksigenli mərhələsi üçün səciyyəvidir.  
  Qlükozanın  oksidləşməsi  prosesinin  əhəmiyyəti  hüceyrənin  fermentlərlə/vitamin-
lərlə/enerji ilə təmin olunmasından  ibarətdir. 
  Hüceyrədə  ən  çox  enerji  zülalların/ polisaxaridlərin/lipidlərin  parçalanmasından 
ayrılır.  
 
3.  Plastik və energetik mübadilənin qarşılıqlı əlaqəsinə aid misal göstərin. 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1. Kimyəvi reaksiyalar oksigenin iştirakı 
olmadan gedir. 
2. Qlikoliz baş verir. 
3. Su əmələ gəlir. 
4. 2 molekul ATF əmələ gəlir. 
5. 36 molekul ATF əmələ gəlir.  
6. Kimyəvi reaksiyalar oksigenin iştirakı ilə 
gedir. 
7. Proseslər mitoxondridə gedir. 
8. Proseslər sitoplazmada gedir. 
9. Qlükoza piroüzüm turşusuna qədər 
parçalanır.
A) Enerji mübadiləsinin 
II mərhələsi 
 
 
 
 
B) Enerji mübadiləsinin 
III mərhələsi 

 
 
64 
 
 H
ÜCEYRƏNİN HƏYAT DÖVRİYYƏSİ. XROMOSOMLAR  
 
 
 Yaranandan  ölənə  qədər  olan  dövr  ərzində  hüceyrədə  böyümə,  inkişaf  və  ço-
xalma kimi həyat prosesləri baş verir. Bu, hüceyrənin həyat dövriyyəsi və ya hüceyrə 
tsikli adlanır. Hüceyrələrdə həyat tsiklinin müddəti müxtəlif olur. Hətta eyni bir orqa-
nizmin müxtəlif hüceyrələrində belə bir-birindən fərqlənir. Məsələn, insanın epiteli 
toxumasının hüceyrələrində bu tsikl 10–15 saata, qaraciyər hüceyrələrində isə bəzən 
1 ilə qədər davam edir. Hüceyrə tsikli   iki mərhələdən – interfazadan və hüceyrənin 
bölünməsindən ibarətdir. 
 
 
 
İnterfaza. Hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. İnterfazada (lat. 
inter” – arasında, yun. “phazis” – meydana gəlmə) hüceyrə  aktiv fəaliyyət göstərir. 
Bu dövrdə hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya 
prosesləri baş verir. Hüceyrə sürətlə böyüyür – hüceyrə orqanoidlərinin miqdarı artır. 
İnterfazanın əsas hadisəsi DNT-nin ikiləşməsidir. Bu dövrdə çoxlu miqdarda ATF 
sintezi nəticəsində enerji ehtiyat halında saxlanılır. İnterfazanın davametmə müddəti 
hüceyrənin tipindən asılıdır. İnterfazanın sonunda hüceyrə bölünməyə hazırlaşır.  
 
 
17 
– Xromosom nədir?
– DNT molekulu hansı quruluş xüsusiyyətlərinə malikdir? 
 
 
Hüceyrə tsiklinin davametmə müddəti hüceyrənin növündən asılıdır. Bəzi 
hüceyrələrin,  məsələn,  sinir  hüceyrələrinin  həyat  tsikli  embrional  dövr 
bitdikdən  sonra  orqanizmin  bütün  ömrü  boyu  əvəz  olunmur  və  onunla 
birlikdə də məhv olurlar. Hüceyrələrin həyat tsikli bəzən on illərlə davam 
edə bilər. Buna baxmayaraq dərinin və bağırsağın epiteli hüceyrələri 2–3 
gündən 2–3 həftəyə qədər yaşayır, sonra isə yeniləri ilə əvəz olunur.  
DNT-nin ikiləşməsinin sxemi  
–  Sxemdə rəqəmlərlə (1 – 4)  işarələnən 
hissələrdə hansı nukleotidlər olmalıdır? 
– DNT-də nukleotidləri arasındakı hidrogen 
rabitələrinin qırılması nəticəsində açılan 
zəncirə ətraf mühitdə olan sərbəst 
nukleotidlər birləşir, əvvəlki zəncirə müvafiq 
yeni zəncir yaranır. Bu hansı prinsip 
əsasında baş verir? 
Fəaliyyət

 
ı 
65 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
Xromosomlar. Hüceyrə tsiklində əsas rolu 
xromosomlar (yun. “chroma” – rəng, “soma” 
–  bədən)  oynayır.  Onlar  hüceyrədə  mübadilə 
proseslərini tənzimləməklə yanaşı, həm də irsi 
məlumatların  bir  nəsildən  digərinə  ötürülmə-
sində  iştirak  edir.  DNT-nin  ikiləşməsindən  
sonra hər bir xromosom iki DNT  molekulun-
dan ibarət olur.    
Hər iki DNT molekulu ayrı-ayrılıqda xromatidlər (yun. “chroma” – rəng, “eidos” 
– görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə sentromer (lat. “centrum” – mərkəz, 
meros” – hissə) adlanan hissə ilə birləşir. Xromosomların formasını, ölçüsünü və 
hüceyrədə  sayını  yalnız  bölünmə  dövründə  maksimal  spirallaşması  və  sıxlaşması 
dövründə  müəyyən  etmək  mümkündür.  Bu  zaman  o,  işıq  mikroskopunda  aydın 
görünür.  
Hüceyrənin xromosom yığımı. Hər bir orqanizmin hüceyrəsi müəyyən xromo-
som yığımına malik olur ki, bu da kariotip (yun. “karyon” – nüvə, “typos” – ölçü, 
nümunə) adlanır. Orqanizmlərin öz fərdi xromosom yığımı olur; məsələn, insanın 
kariotipində 46, drozofildə isə 8 xromosom olur. Müxtəlif orqanizmlərin hüceyrələ-
rində xromosom yığımının birqat (haploid) və ya ikiqat (diploid) olduğu müəyyən 
edilmişdir.  Birqat xromosom yığımı latın hərfi olan n, ikiqat yığım isə 2n-lə  işarə 
olunur. 
Homoloji xromosomlar. İkiqat (diploid) xromosom yığımına malik orqanizm-
lərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən  cüt  xromosomlar  olur.  Belə  cüt  xromosomları  homoloji  (yun.  “homos”  – 
eyni) xromosomlar  adlandırırlar.  Homoloji  xromosom  cütləri  zahirən  bir-birinə 
oxşardır: onların sentromeri eyni yerdə olur və genlər  eyni ardıcıllıqla düzülür.  
Belə  ki,  insanın  bədən  hüceyrələrində  46  xromosom  23  homoloji  cüt  yaradır.  
Onlardan 22 cütü qadın və kişilərdə eynidir və autosom adlanır. Bir cüt xromosom 
isə fərqlidir. Qadınlarda bu xromosom cütü latın hərfləri XX, kişilərdə isə XY ilə 
işarə olunur və cinsiyyət xromosomları adlanır.  
Orqanizmlərin cinsiyyət hüceyrələrində haploid (n) xromosom yığımı olur. Belə 
ki, insanın cinsiyyət hüceyrələrində 23 xromosom var.  
 
 
İnsanın 
xromosom 
yığımı  
Xromosomun  
quruluşu 
Xromatidlər
Sentromer
 
• 
interfaza 
• 
hüceyrə tsikli 
• 
kariotip 
• 
autosom 
• 
homoloji xromosomlar 
A ç a r   s ö z lə r  

 
 
66 
 
 
 
1.  Düzgün cavabları müəyyənləşdirin: 
 İki qız xromosomun (xromatidlərin) bir-biri ilə birləşən hissəsi sentriol / sen-
tromer adlanır. 
 İnterfaza / profaza – hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. 
 Cinsiyyət hüceyrələrinin xromosom yığımı haploid diploid olur 
 Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomları analoji homoloji xromosomlar adlandırırlar.  
 İnsanın kariotipində 23 cüt / 46 cüt xromosom olur. 
 Kişilərdə cinsiyyət xromosom cütü latın hərfləri XX / XY  ilə işarə olunur. 
 
2. Şəkildə nə təsvir edilib? rəqəmlərlə onun hansı hissələri işarə olunub? 
 
3. İnterfaza üçün səciyyəvi olan prosesləri seçin:  
A.  Hüceyrə sürətlə böyüyür.  
B.  Hüceyrə orqanoidlərinin miqdarı 
azalır. 
C.  Hüceyrənin həyat fəaliyyəti ilə 
əlaqədar assimilyasiya və 
dissimilyasiya prosesləri baş verir. 
D.  ATF sintezi artır. 
E.  Hüceyrənin böyüməsi zəifləyir. 
F.  Hüceyrə orqanoidlərinin miqdarı 
artır. 
G.  Hüceyrədə biosintez prosesləri 
dayanır. 
H.  DNT ikiləşir.  
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
ı 
67 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 H
ÜCEYRƏNİN  BÖLÜNMƏSİ. MİTOZ  
 
 
 
Hüceyrənin bölünməsi  onun əsas xassələrindən biridir. Hüceyrənin  daha geniş 
rast gəlinən bölünmə üsulu mitozdur (yun. “mitos” – sap, tel). 
Mitoz bölünmə. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar irsi xüsusiyyətlərə 
malik iki qız hüceyrəyə bölünür. Hüceyrələrin mi-
toz yolla bölünməsi nəticəsində orqanizmdə böyü-
mə  prosesləri,  regenerasiya,  köhnə  hüceyrələrin 
yeniləri ilə əvəz olunması baş verir.  
Mitozun mərhələləri. İnterfaza mərhələsindən 
sonra mitoz bölünmə başlayır. Bu bölünmə 4 ardıcıl 
fazadan  ibarətdir:  profaza, metafaza, anafaza, 
telofaza. 
Profaza.  Bu  fazada  DNT  sapları  spirallaşır,  yoğunlaşır  və  işıq  mikroskopu  ilə 
yaxşı görünən xromosomlara çevrilir. İkiləşmiş sentriollar profazada qütblərə çəkilir 
və  bölünmə  vətərləri  yaranmağa  başlayır.  Profazanın  sonunda  nüvə  pərdəsi  və 
nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada olur.  
 
 
 
Metafaza. Bu fazada bölünmə vətərləri tam formalaşır və xromosomların sentro-
merinə birləşir.  
 
 
Xromosomlar hüceyrənin  mərkəzinə (ekvatoruna) düzülərək metafaza lövhəsini 
əmələ  gətirir.  Metafaza  dövründə  xromosomlar  aydın  göründüyü  üçün  onların 
18 
– Hüceyrənin bölünməsinin orqanizmin həyatında nə kimi əhəmiyyəti var?  
– Hüceyrənin hansı bölünmə üsulları mövcuddur? 
 
 
• 
mitoz
• 
profaza 
• 
metafaza 
• 
anafaza 
• 
telofaza 
A ç a r   s ö z lə r  

 
 
68 
 
formasını, ölçüsünü müəyyənləşdirmək olur. Xromosomlarda xromatidlər bir-biri ilə 
yalnız sentromer olan hissədən birləşirlər. 
Anafaza. Xromosomları təşkil edən xromatidlər bir-birindən ayrılaraq bölünmə 
vətərləri tərəfindən hüceyrənin qütblərinə çəkilir. Bu dövrdən başlayaraq xromatid-
lər sərbəst xromosomlar hesab olunur. Xromatidlərin ayrılması nəticəsində yaranan 
qız xromosomlar hesabına anafazada xromosomların miqdarı iki dəfə artır. 
 
 
Telofaza. Mitozun son fazasıdır. Qütblərə çəkilən xromosomların spiralları açılır 
və onlar nazik sap şəklini alaraq görünməz olur. Telofazada nüvə pərdəsi və nüvəcik 
yaranır, bölünmə vətərləri itir.  
 
 
 
Nüvə bölünməsindən sonra sitoplazma da bölünür və nəticədə bir ana hüceyrədən 
iki qız hüceyrə yaranır. Mitoz bölünmə  orqanizmdən və hüceyrənin tipindən asılı 
olaraq bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir. Mitoz bölünmənin 
davametmə müddəti, adətən,  interfazadan bir neçə dəfə az olur. 
 
 
 
Mitozun bioloji əhəmiyyəti. Mitozun əsas bioloji əhəmiyyəti  irsi materialın qız 
hüceyrələr arasında bərabər bölünməsidir. Belə bölünmə nəticəsində diploid xromo-
som yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan iki diploid qız hüceyrə 
yaranır. 
Mitozun müşahidə edilməsi. 
İşin məqsədi: bölünən bitki hüceyrələrinin hazır mikropreparatlarında mitozun öyrənilməsi. 
Təchizat: mikroskop, soğan və kök hüceyrələrindən hazırlanmış mikropreparatlar. 
İşin gedişi
1. Hazır mikropreparatlara əvvəlcə kiçik, sonra isə böyük böyütmə dərəcəsində baxın. 
2. Mikropreparatda bölünən hüceyrələri tapın. Mikropreparatda hansı bölünmə fazalarının 
göründüyünü müəyyən edin. 
3. Mitozun fazalarını hansı əlamətlərə görə təyin etdiniz?  
4. Dəftərinizdə mitozun fazalarını sxematik olaraq təsvir edin.  
 
Fəaliyyət
Laboratoriya işi 

 
ı 
69 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
1. “Mitoz bölünmənin müxtəlif mərhələləri” şəklini nəzərdən keçirin.  
a) Verilən mərhələlərin işarə edilmiş hərflərini mitozun mərhələlərinə uyğun olaraq 
sxemdə yerləşdirin: 
 
 
 
b)  Şəkildə 1–4 rəqəmləri ilə nə işarə olunmuşdur? 
c)  Xromosomların ikixromatidli olması hansı mərhələlərdə müşahidə edilir? 
 
2.  Uyğunluğu müəyyən edin: 
 
  
3.  Məsələni həll edin: 
• Hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölünmüşdür. 
Bölünmədən sonra hansı xromosom yığımına malik və neçə hüceyrə əmələ gələr? 
 
4.  Ətraf mühit şəraiti mitoz prosesinə təsir edə bilərmi? Bu, orqanizm üçün nə ilə 
nəticələnə bilər? 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
 
B
 
C
D
E
F
G
H
 
a) Bölünmə vətərləri itir. 
b) DNT yüksək dərəcədə spirallaşır.  
c) Xromosomlar hüceyrənin  ekvatoruna düzülür.    
d) Xromatidlərin ayrılması nəticəsində xromosomların miqdarı iki 
dəfə artır. 
e) Nüvə pərdəsi və nüvəcik itir. 
f) Bölünmə vətərləri yaranmağa başlayır. 
g) Bölünmə vətərləri xromosomların sentromerinə birləşir. 
h) Bir ana hüceyrədən iki qız hüceyrə yaranır. 
i)
Bölünmə vətərləri tərəfindən xromosomları təşkil edən 
xromatidlər hüceyrənin qütblərinə çəkilir.  
j)
Qütblərə çəkilən xromosomların spiralları açılır.  
k) Hüceyrə mərkəzinin ikiləşmiş  sentriolları qütblərə çəkilir. 
l)
Bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab 
olunur. 
m) Nüvə pərdəsi və nüvəcik yaranır. 
I. Profaza 
II. Metafaza 
III. Anafaza 
IV. Telofaza 
 

 
 
70 
 
 H
ÜCEYRƏNİN  BÖLÜNMƏSİ. MEYOZ  
 
 
Əksər  orqanizmlərin  bədən  hüceyrələri,  adətən,  mitoz  bölünmə  yolu  ilə  meydana 
gəlir. Belə hüceyrələrin nüvələrində ikiqat (diploid 2n) xromosom yığımı olur.  Lakin 
cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla 
yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən, birqat (haploid  n) olur. 
Meyoz bölünmə bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ 
mitozdakı  kimi  4  fazadan  –  profaza, metafaza, anafaza və  telofazadan  ibarətdir. 
Meyoz  bölünmədə  də  hüceyrə  əvvəl  interfaza  mərhələsini  keçirir.  İnterfazada 
hüceyrənin ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir. 
I profaza. İlkin bölünmə (I meyoz) I profaza ilə başlayır. Bu fazada ikixromatidli 
xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homo-
loji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna kon-
yuqasiya deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir. 
Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən his-
sələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə homoloji xromosom 
cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.  
 
 
Bu proses xromosom çarpazlaşması və ya krossinqover (ing. “crossinq-over” – 
çarpazlaşma) adlanır. Bunun nəticəsində valideyn xromosomlarında olmayan kom-
binativ əlamətlər meydana gəlir. Mitozda olduğu kimi, burada da ikiləşmiş sentriol-
lar qütblərə çəkilir və bölünmə vətərləri əmələ gəlir. Profazanın sonunda nüvə pər-
dəsi və nüvəcik itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir. 
19 
– Heyvanların cinsiyyət hüceyrələri hansı quruluşa malikdir? 
– Niyə uşaqlar valideynlərinə bənzəsələr də, onların dəqiq surəti 
olmurlar?  
 
 
Meyoz bölünmə 
Profaza I
İnterfaza 
Metafaza I
Anafaza I 
Telofaza I 
Profaza II
Metafaza II
Anafaza II
Telofaza II

 
ı 
71 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir. 
Sonra  I anafazada  bölünmə  vətərlərinin  köməyi  ilə  hüceyrənin  homoloji  xro-
mosomları bir-birindən ayrılaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.
 
 
I telofazada  meyozun ilkin  bölünmə  mərhələsi sona çatır və  nəticədə  haploid 
xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur. 
Xromosom yığımı ikiqat azaldığı üçün bu bölünmə reduksion bölünmə də adlanır. 
I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur 
və burada xromosomların DNT-si ikiləşmir. 
Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan 
qız hüceyrələr mitozun profazasındakı kimi dəyişilmələrə məruz qalır. Onlarda da 
profazanın sonunda nüvə pərdəsi  ilə  nüvəcik itir və bölünmə  vətərləri  yaranmağa 
başlayır. II metafazada da  xromosomlar  hüceyrənin ekvatoru boyunca düzülür. II 
anafazada mitozdakı kimi hər iki qız hüceyrənin qütblərinə xromatidlər çəkilir. Bu 
səbəbdən  II  anafazada  xromosom  yığımı  artır.  II  telofazada  qütblərə  çəkilən  xro-
mosomların spiralları açılır və onlar  nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ 
gəlir. Sonra hüceyrələrin sitoplazmaları bölünür 
və  nəticədə  xromosom  yığımı  haploid  olan  4 
ədəd qız hüceyrə yaranır ki, bunlardan da  cin-
siyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz 
bölünmə zamanı bir diploid hüceyrədən 4 hap-
loid hüceyrə yaranır. 
 
 
Mitoz və meyoz proseslərini müqayisə edin.  
Göstəricilər 
Mitoz 
Meyoz 
1. Prosesin baş verdiyi yer  
 
 
2. Bölünmələrin sayı 
 
 
3. Hansı hüceyrələr əmələ gəlir  
 
 
4. Əmələ gələn hüceyrələrin sayı 
 
 
5. Krossinqoverin baş verməsi 
 
 
6. Qız hüceyrələrdə xromosomların sayı 
 
 
 
– Haploid cinsiyyət hüceyrələrinin yaranmasının nə əhəmiyyəti var? 
 
Meyozun bioloji  əhəmiyyəti. Meyoz prosesində xromosomların miqdarı ikiqat 
azaldığı üçün qametlərin birləşməsi zamanı bu miqdar sonrakı nəsillərdə sabit qalır. 
Bundan başqa, ata və ana xromosomlarının ziqotda birləşməsi zamanı xromosomla-
rın yeni kombinasiyaları meydana gəlir ki, bu da yeni əlamətlərin yaranması ilə nəti-
cələnir.  
 
Fəaliyyət
 
• 
konyuqasiya
• 
krossinqover 
• 
reduksion bölünmə 
A ç a r   s ö z lə r  

 
 
72 
 
 
 
1.  Şəklə diqqətlə baxın. Şəkillərin hansının mitoza və hansının meyoza aid olduğunu 
müəyyənləşdirin. Onları hansı əlamətlərinə görə fərqləndirdiyinizi izah edin.  
Rəqəmləri prosesin baş verdiyi ardıcıllıqla cədvəldə qeyd edin.  
 
2. Düzgün cavabları seçin: 
  Meyoz nəticəsində bir diploid hüceyrədən dörd diploid/haploid xromosom yığımlı 
hüceyrə əmələ gəlir.  
  Heyvan hüceyrələrində krossinqover mitoz/meyoz prosesində baş verir.  
  Xromosom çarpazlaşması meyoz/transkripsiya prosesində baş verir.  
  Meyoz nəticəsində nüvədə xromosomların sayı iki dəfə çoxalır/azalır. 
  Meyoz nəticəsində heyvan orqanizmində əzələ/cinsiyyət hüceyrələri yaranır. 
  Meyoz bölünmədə krossinqoverin mahiyyəti homoloji sahələrlə 
mübadilədir/xromosomların sərbəst ayrılmasıdır. 
  Meyoz bölünmənin birinci metafazasında hər xromosomun tərkibinə bir/iki xromatid daxil olur.  
  Hüceyrənin bölünməyə hazırlıq mərhələsi anafaza/interfaza adlanır.  
 
3. Meyoz bölünmə zamanı hər fazaya uyğun prosesləri müəyyən edin.
  
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mitoz  Meyoz 
 
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
 
MEYOZUN FAZALARI  
 
А) I profaza  
B) I anafaza  
C) I telofaza  
D) II metafaza 
E) II anafaza  
PROSESLƏR 
1) Xromatidlərin ayrılması və qütblərə çəkilməsi.  
2) Homoloji xromosomlar arasında konyuqasiya prosesinin baş 
verməsi.  
3) Homoloji xromosomların əks qütblərə çəkilməsi. 
4) Haploid yığımlı ikiləşmiş xromosomları olan hüceyrələrin 
yaranması.  
5) Hüceyrədə xromosomların ekvatorda yerləşməsi. 

 
ı 
73 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
 
 
 
 
 
1.  İnternet resurslarından istifadə edərək  “Hüceyrənin kəşfi tarixi. Hüceyrə nəzəriyyəsi” 
mövzusunda məlumat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində 
təqdim edin.  
Kəşfin tarixi 
Alim 
Kəşfin mahiyyəti 
 
 
 
2.  İnternet resurslarından istifadə edərək  Publisher, yaxud WORD proqramında (A4 
ölçülü kağızlarda) “QİÇS: yoluxma yolları və profilaktikası” yaxud  “Hepatit virusu: 
yoluxma yolları və profilaktikası” mövzularında yaddaş kitabçası tərtib edin. 
 
3.  Populyar ədəbiyyat, yaxud  internet resurslarından istifadə edərək qədim və müasir 
mikroskoplar  haqqında  məlumat  tapın.  Məlumatı  aşağıdakı  plan  əsasında  elektron 
təqdimat formasında tərtib edin: 
  Mikroskopun şəkli, texniki imkanları 
  Yaranma tarixi 
  Müəllif 
  Mikroskopun köməyi ilə edilən kəşflər 
 
4.  İnternet resurslarından istifadə edərək  “Fotosintezin kəşfi tarixi” mövzusunda məlu-
mat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində təqdim edin.  
Kəşflərin tarixi 
Alim 
Elmə verdiyi töhfə 
 
 
 
 
5.  Dərslikdən  və  http://festival.1september.ru/articles/515676/  ünvanında  yerləşən 
məlumatlardan istifadə edərək “Mitoz” model-aplikasiyasını hazırlayın.  
 
 
L a y i h ə
 
 

 
 
74 
 
 
 
1. Düzgün variantları müəyyən edin:  
1) Birhüceyrəli orqanizmləri ilk dəfə mikroskop altında müşahidə edən 
A.Levenhuk/T.Şvann olmuşdur. 
2) Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar bakteriyalardır/viruslardır. 
3) İnsanın immun sisteminin işini pozan poliomielit/QİÇS virusudur. 
4) Məməlilərin yumurtahüceyrəsini öyrənən K.Ber/R.Virxov olmuşdur. 
5) Nüvənin əsas komponenti ribosomlardır/xromosomlardır. 
6) Hüceyrə ilə ətraf mühit arasında maddələr mübadiləsi plazmatik membran/sitoplazma 
ilə tənzimlənir. 
 
2. Əvvəlcə heyvan və bitki hüceyrələrini, sonra isə onlarda fərqlənən orqanoidləri 
qeyd edin. 
 
 
 
 
3. Dəftərinizdə cümlələrin qarşısına müvafiq strukturun nömrəsini qeyd edin. 
 
a)  Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir __ 
b)  Hüceyrədə yaranan maddələri toplayır __  
c)  Hüceyrədaxili həzmdə iştirak edir __ 
d)  Yaranan enerjini ATF enerjisi şəklində ehtiyat halında saxlayır __ 
e)  Günəş enerjisini udmaq qabiliyyətinə malikdir __ 
f)  Funksiyası zülal sintez etməkdir __ 
 
1) Holci kompleksi  
2) lizosom  
3) ribosom  
4) endoplazmatik şəbəkə  
5) plastid   
6) mitoxondri 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
1 ___________________ 
2 ___________________ 
3 ___________________ 
4 ___________________ 
____ 
hüceyrəsi 
____ 
hüceyrəsi 

 
ı 
75 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
4. Fotosintez zamanı mərhələlərin ardıcıllığını müəyyən edin. Cədvəli dəftərinizə kö-
çürün və tamamlayın.   
a)  Suyun fotolizi   
b)  Xlorofil molekulu tərəfindən işıq enerjisinin tutulması  
c)  Sərbəst oksigenin xaric edilməsi    
d)  Karbon qazının hidrogen protonları ilə birləşməsi 
e)  Qlükozanın əmələ gəlməsi 
f)  Xlorofil molekulunun elektron itirməsi 
 
 
5.Uyğunluğu müəyyən edin: 
 
 
6. Translyasiya prosesində 45 molekul n-RNT iştirak etmişdir. Sintez olunan zülalın 
tərkibinə daxil olan aminturşuların, gendə olan tripletlərin və nukleotidlərin  sayını 
müəyyən edin:  
Aminturşular: ...      
Tripletlər:  ...     
Nukleotidlər: ... 
 
7. Mitozun mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Sxemi dəftərinizə çəkin 
və tamamlayın. 
a)  Xromatidlərin hüceyrənin əks qütblərinə çəkilməsi  
b)  Xromosomların spirallaşması 
c)  Qız nüvələrin yaranması  
d)  Xromosomların hüceyrənin ekvatorunda yerləşməsi 
e)  Xromosomların bölünmə vətərinin tellərinə birləşməsi  
f)  Nüvə pərdəsinin dağılması 
 






 
 
 
 
 
 
a) m-RNT-nin sintezi  
b) n-RNT-nin aminturşuları ribosoma daşıması  
c) Ribosomda məlumatın m-RNT-dən oxunması 
d) m-RNT-nin ribosoma çatdırılması 
e) m-RNT-də nukleotid ardıcıllığının aminturşular ardıcıllığına 
çevrilməsi
1. Transkripsiya 
2. Translyasiya 

 
 
76 
 
 
 
 
 
 
 
 O
RQANİZMLƏRİN ÇOXŞƏKİLLİLİYİ 
 
 
 
Orqanizm tam bir vahid kimi fəaliyyət göstərən bioloji sistem hesab olunur.  Yer 
üzərində  quruluşuna  və  qidalanma  tipinə  görə  bir-birindən  fərqlənən  çoxlu  orqa-
nizmlər yaşayır. Onlardan ən sadə quruluşlu olanlar birhüceyrəlilərdir. 
 
 
20 
– Orqanizmlər hansı aləmlərə bölünür? 
 
 
 
Fəaliyyət
Bu  və  ya  digər  aləmə mənsub  olmasından  asılı  olaraq  sadalanan  orqanizmləri 
qruplaşdırın.  Aləmlərin  adını  çəkin  və  hansı  orqanizmlərin  birhüceyrəli  olduğunu 
qeyd edin. 
1) qov göbələyi;  
2) xlamidomonada;  
3) boz canavar;  
4) quş mamırı;  
5) vərəm çöpü;  
6) vəba vibrionu;   
7) ağ planari;  
8) mukor;  
9) mayböcəyi;  
10) xlorella;   
11) ulva;   
12) penisil;  
13) tütün mozaikası virusu;   
14) çöl qatırquyruğu;   
15) askarid;  
16) amöb. 
 
Aləm 




Orqanizmlər
 
 
 
 
– Sadalananlardan hansılar heç bir aləmə aid edilmir? 
III fəsil 
ORQANİZM  
TAM BİR SİSTEMDİR 

 
 

77 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
Canlıların əksəriyyəti hüceyrəvi quruluşa malikdir.  
Birhüceyrəli orqanizmlər. Birhüceyrəlilərdə bədən yalnız bir hüceyrədən təşkil 
olunmuşdur. Hüceyrə canlıya xas olan bütün əlamətlərə malik olur. Onların hücey-
rələrində olan orqanoidlər müxtəlif funksiyaları yerinə yetirir.  
Birhüceyrəlilər əlverişli şəraitdə sürətlə çoxalırlar. Şərait əlverişsiz olduqda isə 
onların əksəriyyəti qalın qabıqla örtülərək sista və ya spor əmələ gətirir. Birhücey-
rəlilərin  nümayəndələrinə  bakteriyalar,  bitkilər,  göbələklər  və  heyvanlar  arasında 
rast gəlinir. 
Bitkilər arasında birhüceyrəlilərə xlorella, xlаmidomonada və plevrokokk yosun-
larını, göbələklərdən – maya göbələklərini, heyvanlardan isə amöb, evqlena, infuzor 
və s.-ni misal göstərmək olar. Bunlar eukariot orqanizmlərdir. Prokariot orqanizmlər 
olan bakteriyalarda bədən yalnız bir hüceyrədən  ibarət olur.  
 
 
 
Çoxhüceyrəli  orqanizmlər. Bitkilər,  heyvanlar və göbələklərin əksəriyyətinin 
bədəni çoxlu hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Onların bə-
dənlərini təşkil edən hüceyrələr qrupu müəyyən funksiyaları yerinə yetirməyə uy-
ğunlaşmışdır.  Çoxhüceyrəlilərin  bir  çoxu  üçün  bir  hüceyrədən  –  ziqotdan  və  ya 
spordan başlayan fərdi inkişaf xarakterikdir. Qidalanma tiplərinə görə onlar avtotrof, 
heterotrof   miksotroflara  bölünür.  Avtotroflara  yaşıl  bitkilər,  heterotroflara  isə 
əksər heyvanlar, göbələklər və xlorofilsiz bitki-
lər aiddir. Heterotroflar arasında saprofit (əksər 
göbələklər)  və  ya  başqa  orqanizmin  hesabına 
yaşayaraq  onlara  zərər  vuran  parazitlər  (lent-
şəkilli qurdlar, sorucu qurdlar və s.) mövcuddur. 
Miksotroflar  həm  avtotrof,  həm  də  heterotrof 
Dünya okeanının 10 641 metr dərinliyində 
ksenofiofora
 adlanan nəhəng 
birhüceyrəli  yosunlar  tapılmışdır.  Bu  yosunlar  Marian  çökəkliyinin  işıq 
düşməyən, oksigen çox az olan ən dərin nöqtəsində aşkarlanmışdır. Bu 
canlıların diametri 10 sm-ə çatır. 
Ksenofiofora
  yosununun sitoplazmasında  bərabər paylanmış çoxsaylı 
nüvələr var. Xarici görünüşünə görə də onlar diskşəkilli, tetraedr forma-
sında ola bilər.  
 
Ksenofiofora
• 
sista
• 
spor 
• 
miksotrof qidalanma 
A ç a r   s ö z lə r  

 
 
78 
 
yolla qidalana bilir. Məsələn, həşərattutan nepentes bitkisi fotosintez edərək avtotrof 
qidalanmaqla bərabər, həm də həşərat tutmaqla heterotrof yolla qidalanır. 
 
 
 
 
 
 
 
1. Müxtəlif aləmlərə aid olan birhüceyrəlilərə misal göstərin. 
Aləm 
Birhüceyrəli orqanizmlər 
 
 
 
2. Düzgün ifadələri seçin:   
1) Saprofitlər başqa orqanizmin hesabına yaşayaraq onlara zərər vururlar.  
2)  Canlı  orqanizmlərdə  də  cansız  təbiətin  cisimlərində  olan  kimyəvi  elementlərə  rast 
gəlinir.  
3) Maddələr mübadiləsi yalnız çoxhüceyrəli orqanizmlərə xasdır.   
4) Nepentes bitkisi fotosintez edərək yalnız avtotrof yolla qidalanır.  
5) Homo sapiens – heyvanlar aləminin nümayəndəsidir.  
6) Viruslar prokariotlara aiddir.  
7) Qıcıqlanma yalnız heyvanlara xasdır.   
8) Zülallar, yağlar, nuklein turşuları canlıların əsas komponentləridir. 
 
3. Suallara cavab verin:   
a)  Nə  üçün  çoxhüceyrəli  orqanizmlərin  hüceyrələri  birhüceyrəlilərlə  müqayisədə  daha 
sadə quruluşa malikdir?  
b)  İnsan  orqanizmi  misalında  çoxhüceyrəli  orqanizmin  hüceyrə  toplusu  deyil,  tam  bir 
sistem olduğunu sübut edin. 
 
 
 
 
 
 
Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla 
baş verir. Holozoy qidalanmanın əsas xüsusiyyəti qidanın tutulması, udul-
ması, onun həzm olunması və bədənə sorulmasıdır. Holozoy qidalananlar 
əgər bitki mənşəli qida ilə qidalanarsa – bitkiyeyən, heyvanlarla qidalanarsa 
– yırtıcı, həm heyvan, həm də bitki ilə qidalanarsa – hərşeyyeyən adlanır. 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 

79 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
 O
RQANİZMLƏRİN ÇOXALMA FORMALARI  
 
 
Orqanizmlərdə iki tip çoxalma – qeyri-cinsi (cinsiyyətsiz)  cinsi çoxalma müşa-
hidə olunur. 
 
Orqanizmlərin qeyri-cinsi çoxalma formalarının öyrənilməsi  
İşin  məqsədi:  müxtəlif  bitki  orqanizmlərində  təsadüf  olunan  qeyri-cinsi  çoxalma  forma-
larının öyrənilməsi. 
İşin gedişi: 
1. Bitki herbarilərini nəzərdən keçirin. 
2. Həmin bitkilərin cinsiyyətsiz çoxalma üsullarını təklif edin. 
3. Cədvəli tamamlayın. 
№ 
Bitkinin adı 
Qeyri-cinsi çoxalma üsulları 

Çiyələk 
 

Soğan 
 

Bənövşə 
 

Sürünən ayrıqotu 
 

Kartof 
 
 
– Qeyri-cinsi çoxalmanın bioloji rolu nədən ibarətdir? 
 
 
Qeyri-cinsi çoxalma. Bu çoxalmada, adətən, bir valideyn iştirak edir və cinsiyyət 
hüceyrələri – qametlər yaranmır. Valideyn forma öz əlamət və xüsusiyyətini bütün-
lüklə nəslə ötürə bildiyindən nəsildə onun  tam oxşarı olan qız fərdlər meydana gəlir. 
Qeyri-cinsi  çoxalmanın  bölünmə, vegetativ, tumurcuqlanma  sporəmələgətirmə 
kimi formaları var. 
Bölünmə yolu ilə çoxalma. Bəzi orqanizmlər bölünmə yolu ilə çoxalırlar. Bölün-
mə hüceyrənin ikiyə və ya çoxlu hüceyrələrə bölünməsi ilə başa çatır.  
 
Birhüceyrəli orqanizmlərin bir çoxu, məsələn, adi amöb, yaşıl evqlen hüceyrə-
lərini ikiyə bölmə yolu ilə çoxalırlar. Lakin malyariya paraziti və bəzi qamçılılarda 
qeyri-cinsi çoxalma bir hüceyrənin çoxlu hüceyrəyə bölünməsi yolu ilə baş verir.  
 
Fəaliyyət
Laboratoriya işi 
21 
– Çoxalma nədir? 
– Təbiətdə hansı çoxalma formalarına rast 
gəlinir? 
Canlı  orqanizmlərin  əsas  xüsusiyyətlə-
rindən biri çoxalmadır. Çoxalma zamanı 
orqanizmlər  özlərinə  oxşar  nəsil  törə-
dirlər.  
 
Bölünmə yolu ilə 
çoxalma 
Adi amöb
Yaşıl evqlen

 
 
80 
 
Vegetativ çoxalma. Bəzi orqanizmlər bədən hissələri ilə çoxala bilirlər. Bu, vege-
tativ çoxalma adlanır.  Vegetativ  çoxalma, əsasən,  bitkilərdə müşahidə olunur. Bu 
çoxalmadan kənd təsərrüfatında ana bitkilərin əlamətlərini saxlamaq və onlardan tez 
bir zamanda nəsil almaq üçün istifadə edilir.  
 
Süngərlər, bağırsaqboşluqlular, yastı qurdlar (planarilər), dərisitikanlılarda bəzən 
bədəninin qopmuş hissələrindən tam orqanizm inkişaf edə bilir. Bu cür bədən his-
sələri ilə çoxalma fraqmentasiya adlanır. Belə çoxalma, əsasən, oturaq həyat tərzi 
keçirən orqanizmlər arasında daha çox rast gəlinir.  
Tumurcuqlanma yolu ilə çoxalma. Maya göbələklərində, süngərlərdə və bağır-
saqboşluqlularda tumurcuqlanma yolu ilə çoxalmaya rast gəlinir. Bu zaman ana or-
qanizmin bədəninin müəyyən hissəsində tumurcuğabənzər şişkinlik yaranır. O, inki-
şaf edərək yeni orqanizmə başlanğıc verir.  
 
Spor vasitəsilə çoxalma.  Yosunlar,  mamırlar,  qıjıkimilər  və  göbələklər  sporla 
çoxalır.  Sporlar  qalın  qılafla  örtülmüş  tək  hüceyrədən  ibarətdir.  Uzun  müddət  əl-
verişsiz  şəraitdə  yaşaya  bilir.  Əlverişlişəraitə  düşdükdə  cücərərək  yeni  orqanizmə 
başlanğıc verir.  
 
Bitkilərin vegetativ çoxalması 
 
1 – inciçiçəyi (kökümsovla) 
2 – qarağat (gövdə ciliyi ilə) 
3 – çiyələk (bığcıqla) 
4 – dağlaləsi (soğanaqla) 
5 – beqoniya (yarpaqla) 
5
 
4
3
2
1
Tumurcuqlanma 
yolu ilə çoxalma
Bağırsaq-
boşluqlular 
Maya  
göbələkləri 
Göbələklər 
 
Qıjıkimilər  
Spor 
vasitəsilə 
çoxalma 
Mamırlar 
Sporlar 
Sporlar 
Sporlar

 
 

81 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
Cinsi çoxalma. Cinsi çoxalmada, adətən, iki 
valideyn fərd iştirak edir və onlarda cinsi hücey-
rələr – qametlər yaranır. Cinsi çoxalma zamanı 
qametlərin birləşməsi nəticəsində sonda hər iki 
valideynin  əlamətlərini  daşıyan  yeni  orqanizm 
meydana gəlir. Belə orqanizmlər ətraf mühitin dəyişən şəraitinə daha dözümlü olur. 
 
 
 
 
 
1. Şəkildə göstərilən çoxalma üsulu qeyri-cinsi çoxalmanın hansı növüdür?  
A, B və C orqanizmlərinin adını və çoxalma formasını qeyd edin. 
 
2. Sual işarəsinin yerinə uyğun olan anlayışı məntiqə əsasən müəyyən edin. 
  
  
3.  Nə  üçün  bəzi  orqanizmlərdə  cinsi  və  qeyri-cinsi  nəsil  növbələşməsi  baş  verir? 
Misallar göstərin. 
 
Misirdə  tapılan  qədim  əlyazmalara 
görə,  orada  kənd  təsərrüfatı  yaxşı 
inkişaf etmişdi. Həmin dövrə aid olan 
şəkillərdə  üzüm  bitkisinin  yetişdiril-
məsi göstərilmişdir. Artıq o dövrlərdə 
qələm  və  s.  üsullardan  istifadə  olu-
nurdu.  Bunun  üçün  kiçik  oraqşəkilli 
bıçaqlardan istifadə edirdilər. 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
B
C
Cinsi çoxalma – iki valideyn 
Qeyri-cinsi çoxalma – ? 
Maya göbələkləri – tumurcuqlanma 
Adi amöb – ? 
Bölünmə  – yaşıl evqlen 
? – hidra 
İnfuzor tərlik – iki hüceyrə 
? – çoxlu hüceyrə 
? – spor 
Toxum – küknar 
Spor – qeyri-cinsi çoxalma 
Qamet – ? 
• 
vegetativ çoxalma
• 
tumurcuqlanma 
• 
sporəmələgətirmə 
A ç a r   s ö z lə r  

 
 
82 
 
 C
İNSİ HÜCEYRƏLƏRİN YARANMASI VƏ MAYALANMA 
 
 
 
 
Cinsiyyət hüceyrələrinin quruluşu. 
İşin məqsədi: cinsiyyət hüceyrələrinin fərqli quruluş xüsusiyyətlərini öyrənmək. 
İşin gedişi: 
1. Hazır mikropreparatlardan istifadə etməklə cinsiyyət hüceyrələrinin quruluşunu  
öyrənmək. 
2. Müqayisə cədvəlini doldurun. 
Əlamətlər 
Spermatozoid 
Yumurta hüceyrə 
Quruluşu və forması 
 
 
Hərəkətliliyi 
 
 
Ehtiyat qida maddələri 
 
 
Ölçüsü 
 
 
Sayı 
 
 
Xromosom yığımı 
 
 
 
– Cinsiyyət hüceyrələrinin bioloji əhəmiyyəti nədir? 
 
 
Qametlərin  (cinsiyyət  hüceyrələrinin)  yaranması  və  inkişafı.  Qametlərin 
yaranması  prosesi  qametogenez  adlanır.  Cinsi  hüceyrələr  valideyn  orqanizmlərin 
xüsusi orqanlarında – heyvanlarda cinsiyyət orqanlarında – yumurtalıqda və toxum-
luqda  əmələ  gəlir.  Öz  inkişafının  birinci  mərhələsində  ilkin  cinsiyyət  hüceyrələri 
mitoz yolla bölünür və bu zaman onların miqdarı artır.  
 
 
 
İkinci  mərhələdə  ilkin  cinsiyyət  hüceyrələri  sonrakı  bölünməyə  hazırlaşır.  Bu 
zaman həmin hüceyrələrdə DNT-nin miqdarı iki dəfə artır və onlar böyüyür. Sonrakı 
 
Fəaliyyət
Laboratoriya işi 
22 
– Erkək cinsiyyət hüceyrələri dişi cinsiyyət hüceyrələrindən nə ilə fərqlənir? 
– Bu fərqli cəhətlər nə ilə əlaqədardır? 
 
 
Qametogenez
 
 
Cinsi hüceyrələrin
 
yaranması 
 
və inkişafı
 
İlkin cinsi 
hüceyrələrin 
çoxalması 
mərhələsi
Böyümə mərhələsi
Yetişmə mərhələsi
Yumurta hüceyrə
Spermatozoid
Yönəldici 
cisimciklər
Meyoz bölünmə
 
Mitoz 
bölünmə
 

 
 

83 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
mərhələ yetişmə mərhələsi adlanır. İlkin cinsiy-
yət hüceyrələri meyoz yolla bölünürlər. Meyoz 
zamanı  ilkin  dişi  cinsiyyət  hüceyrəsinin  sito-
plazmasının qeyri-bərabər bölünməsi sayəsində 
sonda bir böyük və üç kicik hüceyrə (yönəldici 
cisimciklər)  yaranır,  kiçik  hüceyrələr  məhv 
olurlar.  Beləliklə,  inkişaf  edən  ilkin  dişi  cin-
siyyət hüceyrəsi yalnız bir ədəd tam iri hücey-
rəyə başlanğıc verir ki, buna da coxlu miqdarda 
ehtiyat qida maddəsi toplanmış olur. Sonradan 
bu hüceyrə yumurta-hüceyrəyə çevrilir.  
İlkin  erkək  cinsi  hüceyrələrindən  meyoz 
nəticəsində eyni cür 4 hüceyrə yaranır  ki, on-
lardan da spermatozoidlər yetişir. 
Mayalanma. Ziqotun yaranması ilə nəticə-
lənən erkək və dişi qametin birləşməsi prosesi 
mayalanma adlanır. Mayalanma spermatozoi-
din  yumurta-hüceyrəyə  daxil  olması  nəticə-
sində baş verir. Mayalanma prosesindən sonra 
ziqot  bölünməyə  başlayır  və  diploid  rüşeym 
əmələ gəlir. Sonradan ondan yeni orqanizm formalaşır. 
Cinsi  çoxalmanın  formaları.  Əksər  heyvanlarda,  məsələn,  bir  çox  sap  qurd-
larda, ikitaylılarda, buğumayaqlılarda dişi və erkək orqanlar ayrı-ayrı fərdlərdə olur. 
Bunlar ayrıcınsli heyvanlar adlanır. Lakin yastı və həlqəvi qurdlar kimi bəzi hey-
vanlarda  bir  fərddə  hər  iki  cinsiyyət orqanı  olur  ki, belə  orqanizmlər  hermafrodit 
adlanır. 
 Bəzi  hallarda  cinsi  çoxalma  zamanı  mayalanma  prosesi  getmir.  Lakin  maya-
lanma getməmiş qametdən tam formalaşmış yeni fərd əmələ gəlir. 
Mayalanma baş vermədən, qametdən yeni orqanizmin yaranması – partenogenez 
(yun. “parthenos” – qız, “genesis – doğulma) adlanır. Partenogenez erkək bal arıla-
rında, dafniyalarda,  mənənələrdə  və s. heyvanlarda müşahidə olunur.  
 
 
 
 
1.  Qametogenezdə  dişi  cinsi  hüceyrənin  yaranması  zamanı  baş  verən  hadisələrin 
ardıcıllığını göstərin: 
 
 
a)  iri hüceyrə yumurta hüceyrəyə çevrilir. 
b)  ilkin cinsiyyət hüceyrələrində DNT-nin miqdarı iki dəfə artır.  
c)  ilkin cinsiyyət hüceyrələri böyüyürlər. 
d)  ilkin cinsiyyət hüceyrələri meyoz yolla bölünürlər. 
e)  inkişaf edən ilkin dişi cinsiyyət hüceyrəsi yalnız bir ədəd tam iri sarılıq toplanmış 
hüceyrəyə başlanğıc verir.  
f)  ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür. 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mənənələrin çoxalması, adətən, 
partenogenez və ya diribala-
doğma ilə gedir. Bəzi nüma-
yəndələri doğulanda artıq bədən-
lərində yumurta-hüceyrə inkişaf 
edir və anadan 10–15 gün sonra 
dünyaya gəlir. 
 
!
• 
qametogenez
• 

Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin