YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   ...   10   11   12   13   14   15   16   17   18

Bioloji ritmlər 
Sutkalıq 
ritmlər
 
Fəsil 
ritmləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. Düzgün cavabı seçin:  
  Zaman ərzində bioloji proseslərin növbələşməsi fotoperiodizm/bioloji ritm adlanır.  
   Əksər  heyvanların  qış  yuxusuna  hazırlıq  dövrünü  müəyyən  etməsi  gecə  və gündüz 
temperaturunun fəsillər üzrə dəyişməsindən/sutkada işıq və qaranlıq növbələşməsindən 
asılıdır. 
  Canavar/Ayı bütün il ərzində fəallıq göstərən heyvandır.  
  Fotoperiodizm – gecə və gündüzün ritmik dəyişməsidir/orqanizmin fəsillərə görə günün 
uzunluğunun dəyişməsinə reaksiyasıdır.  
  Zəlzələ və sellər/Bitkilərdə xəzan hadisəsi tsiklik proseslərə aid deyil. 
  Bitkilərin  və  heyvanların  həyatında  fəsil  dəyişkənliyinin  əsas  tənzimləyicisi  günün 
uzunluğunun dəyişməsidir/qidanın miqdarıdır.  
  Heyvanlarda tüləmə hadisəsi tsiklik/qeyri-tsiklik prosesdir. 
   
3. Suallara cavab verin: 
1. Nə üçün insanda Yerin digər yarımkürəsinə təyyarə ilə uçması zamanı yuxunun və 
iştahın pozulması, depressiya, başağrıları  halları müşahidə edilir? 
2. Niyə istehsalatda və yolda qəza hadisələri, əsasən, 22–04 və 13–15 saat radələrində 
daha çox müşahidə olunur? 
3. Orqanizmin fizioloji vəziyyətinin periodik dəyişkənlikləri insanın sosial fəaliyyətinə 
necə təsir edir? 
4. Qış fəslində virus xəstəliklərinə yoluxma hallarının artmasının səbəbi nədir? 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
157 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 Ə
TRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ 
 
 
 
Yer  üzərində  əhali  durmadan  artır.  Artan  əhalinin  tələbatının  ödənilməsi  üçün 
texnologiya da sürətlə inkişaf edir, daim yeni istehsalat sahələri, yeni müəssisələr  
yaradılır. Bu proses ətraf mühitin çirklənməsinə şərait yaradır. Mühitin çirklənməsi 
ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu isə, öz növbəsində, insan sağlamlığına 
mənfi təsir göstərir.  
 
 
 
Cədvəli (göstəricilər 2014-cü ilə aiddir) təhlil edin, verilənlərə əsasən diaqram 
qurun və suallara cavab verin:  
– Fikrinizcə, cədvəldə göstərilən çirkləndirici maddələrin mənbəyi hansı müəssisələr ola 
bilər?  
– Volqa çayı ilə və Azərbaycan çaylarının Xəzəri çirkləndirmə nisbəti necədir?  
– Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?  
 
Rusiyanın Volqa çayı və Azərbaycanın çayları vasitəsilə Xəzərin çirklənməsi səviyyəsi 
Çirkləndiricilər 
Volqa çayından 
Azərbaycan çaylarından 
min ton 

min ton 

Neft məhsulları 
    242,56 
96,7 
       8,332 
2,9 
Fenollar 
    2,447 
88,0 
       1,092 
3,7 
Sintetik səthi aktiv maddələr 
    6,72 
77,0 
       1,225 
21,3 
Ağır metallar 
   12,644 
45,97 
       1,213 
2,2 
 
 
Atmosferin çirklənməsi. Böyük istehsal sahələri olan fabrik və zavodların, neft-
kimya  sənayesi  sahələrinin  və  istilik-elektrik  stansiyalarının  havaya  buraxdığı  zə-
hərli  maddələr  atmosferi  çirkləndirir.  Zərərli  qazların  miqdarının  artması    Yeri 
öldürücü  ultrabənövşəyi  şüaların  təsirindən  mühafizə  edən  atmosferin  qoruyucu 
ozon qatının dağılmasına səbəb olur. Son zamanlar atmosferə daha çox ziyan vuran 
amillərdən biri sayı durmadan artan avtomobillərdən çıxan zərərli qazlardır. Bütün 
bunlar insanlarda ağciyər xərçəngi, qanazlığı və bu kimi xəstəliklərin yaranması ilə 
nəticələnir.  
Suyun  çirklənməsi.  İstənilən  zərərli  komponent  və  maddələrin  okeanlar, 
dənizlər, çaylar, göllər kimi su hövzələrinə tökülməsi nəticəsində suyun çirklənməsi 
baş verir. İnsanın bir çox fəaliyyəti, o cümlədən yuma, kimyəvi təmizləmə, tullan-
tıların atılması suyun çirklənməsinə şərait yaradır. Bizim hər gün istifadə etdiyimiz 
sabun, yuyucu vasitələr də kimyəvi maddələrdən və sintetik materialdan hazırlan-
dığından su  hövzələrini güclü surətdə çirkləndirir. 
Fəaliyyət
43 
– Ətraf mühitin çirklənməsinin səbəbləri hansılardır? 
– Ətraf mühitin çirklənməsi insan üçün hansı təhlükə yaradır? 
 
 

 
 
158 
 
Torpağın çirklənməsi. Hazırda kənd təsərrüfatında müxtəlif süni gübrələrdən,  
kimyəvi maddələrdən, pestisidlərdən istifadə olunur. Onların miqdarının normadan 
artıq  olması  torpağın  çirklənməsi  ilə  nəticələnir.  Bu  isə  torpaqda  yaşayan 
orqanizmlərin böyümə və inkişafına mənfi təsir göstərir. Torpağın çirklənməsinin 
digər səbəbi insanın fəaliyyəti nəticəsində yaranan zərərli (məsələn, radioaktiv mad-
dələrin) və məişət tullantılarının torpağa basdırılmasıdır. Torpaq məişət və sənaye 
tullantılarını qismən zərərsizləşdirə bilir. Lakin onun bu qabiliyyətinin də müəyyən 
hüdudları  var.  Tullantıların  miqdarı  bu  hüdudları  keçdikdə  onların  parçalanma 
məhsulları müxtəlif zəhərlənmələr törədə bilir. 
 
İnsan orqanizminə antropogen amillərin mənfi təsiri 
 
 
 
Növ müxtəlifliyinin saxlanılması. İnsanların dağıdıcı fəaliyyəti səbəbindən ha-
zırkı dövrdə bitki və heyvanların növ müxtəlifliyi azalmışdır. Bəzi növlərin isə küt-
ləvi surətdə ovlanması (vəhşi turların, dəniz inəklərinin) onların nəslinin kəsilməsinə 
səbəb  olmuşdur.  Daha  təhlükəli  hal  insanlar  tərəfindən  təbii  mühitdə  dəyişikliyin 
edilməsi və növlərin yaşayış məskənlərinin dağıdılmasıdır. İnsan digər canlılardan 
fərqli olaraq şüurlu surətdə fəaliyyətini yenidən qura bilir. Növ müxtəlifliyinin sax-
lanılması və təbiətin qorunması üçün müxtəlif vasitələrdən istifadə edir. 

 
 
159 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
Tullantısız texnologiya. Yaşayış evlərində, demək olar ki, hər gün məişət tul-
lantıları yaranır.  Tullantılar  yığılaraq  ekoloji  tarazlığın pozulmasına  təsir  göstərir. 
Bunun  qarşısını  almaq  məqsədilə  məişət  tullantılarının  təkrar  emal  edilməsi  üçün 
yeni texnologiyalar – tullantısız texnologiyalar yaradılır. Tullantısız texnologiyalar 
– enerji və təbii mənbələrdən daha səmərəli istifadə olunmaqla ətraf mühitin müha-
fizəsini təmin edən texnologiyalardır.  
 
 
 
 
1.  Şəklə əsasən suallara cavab verin: 
• Ətraf mühitin çirklənməsinin hansı növləri göstərilmişdir?  __ 
• Suyu çirkləndirən mənbələri qeyd edin. __  
• Torpağı çirkləndirən mənbələri qeyd edin.__  
• Hansı mənbələr suyu mineral gübrələr və pestisidlərlə çirkləndirir? __ 
• Hansı saylı mənbələr atmosferi çirkləndirir? __  
• Hansı müəssisə su hövzəsinə qaynar su axıdır? __ 
• Hansı mənbələr suyu məişət tullantıları ilə çirkləndirir? __ 
  
 
 Ekoloqların məlumatına görə, orta hesabla hər adam gün ərzində 0,5 kq zi-
bil yaradır. Bu, il ərzində 182,5 kq tullantı deməkdir.  
 Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasının – 90 il, 
polietilen torbanın – 200 il, plastmasın – 500 il, şüşənin parçalanmasına 
isə 1000 il lazımdır. Adi siqaret filtrinin parçalanmasına 5 ildən 15 ilə 
qədər vaxt lazımdır. 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
160 
 
2.  Cədvəli dəftərinizə köçürün və verilmiş anlayışları uyğun xanalara yazın.  
Alkoqol, konflikt, vibrasiyalar, sənayenin zəhərli tullantıları, müxtəlif təbiətli şüa-
lanmalar, zəhərli kimyəvi maddələr, müharibə, səs-küylər, gübrələr, siqaret, 
narkotiklər, stress. 
ANTROPOGEN AMİLLƏR 
Fiziki amillər 
Kimyəvi amillər 
Sosial amillər 
 
 
 
 
3.  Cədvəldə insanın istifadə etdikdən sonra tulladığı əşyaların siyahısı verilib. 
Onlardan təkrar istifadə üsullarını fikirləşin və qarşısındakı xanada qeyd edin.  
Tullantı 
Təkrar istifadə 
Boş dəmir konserv bankaları 
 
Qida qalıqları 
 
Polietilen torbalar 
 
Köhnə jurnal və qəzetlər 
 
Geyilmış paltar 
 
Qırılmış qab-qacaq 
 
Plastmas butulkalar 
 
 
 
 

 
 
161 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 B
İOLOJİ MÜXTƏLİFLİYİN SAXLANILMASI.                   
AZƏRBAYCANDA EKOLOJİ PROBLEMLƏR 
 
 
 
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı ilə əlaqədar insan 
fəaliyyətinin  ətraf  mühitə  mənfi  təsiri  artmış  və  təbii  sərvətlər  həddindən  artıq 
istismar olunmuşdur. 
Ekoloji standartlar. İnsan fəaliyyəti nəticəsində təbiətə güclü mənfi təsir gös-
tərilir. Belə ki, hər bir istehasal növü müəyyən tullantılarla bağlıdır. Bunlara sənaye 
və avtonəqliyyatın xaric etdiyi tullantılar aiddir.  
Təbiətin  mühafizəsi  istiqamətində  əsas  tənzimləyici  normativ  sənədlər  ekoloji 
standartlar (ekoloji normalar) qəbul olunmuşdur. Ətraf mühitin vəziyyətini qiymət-
ləndirmək və müxtəlif tullantıların insan orqanizminə göstərə biləcək təsirini müəy-
yən  etmək  üçün  Ümumdünya  Səhiyyə  Təşkilatı  hər  bir  çirkləndirici  maddənin 
yolverilən qatılıq həddini müəyyən etmişdir. Bu hədd maddələrin insan orqanizminə 
mənfi təsir göstərməyən maksimal konsentrasiyalarıdır. Əgər hər hansı bir maddənin 
miqdarı yolverilən konsentrasiya həddini aşarsa, bu zaman o, insan orqanizmi üçün 
təhlükə mənbəyinə çevirilir.  
 
 
 
Otaqda 0,5 m
3
  havanın tərkibində 0,05 q ammonyak müəyyən olunmuşdursa, obyektin ekoloji 
vəziyyətini  qiymətləndirin.  Ammonyakın  yolverilən  qatılıq  həddi  (YQH)  0,2  mq/m
3
-ə 
bərabərdir. Qazın otaqdakı tərkibini YQH ilə müqayisə edərək hesablama aparmaqla 
cavabınızı təsdiqləyin  (düzgün cavabı seçin):  
 
а) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-yə uyğundur);    
b) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-dən 2 dəfə çoxdur);    
с) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 100 dəfə çoxdur);    
d) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 500 dəfə çoxdur).
    
 
Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit prob-
lemləri ilə üzləşir.
 
Bu baxımdan ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin 
sağlamlaşdırılması sahəsində müsbət nəticə əldə etmək məqsədilə respublikamızda 
dünya qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qə-
bul  olunmuş,  normativ-hüquqi  sənədlər,  dövlət  proqramları  hazırlanmış  və  təsdiq 
edilmişdir.  Respublika  üçün  aktual  olan  ekoloji  problemlərin  dayanıqlı  inkişaf 
prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində 
tədbirlər görülür. 
 
Fəaliyyət
44 
– İnsan biomüxtəlifliyin qorunması üçün hansı vasitələrdən 
istifadə edir? 
 
 

 
 
162 
 
Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri təkcə iqtisadi keçid 
dövründə  olan  Azərbaycan  Respublikasının  daxili  imkanları  hesabına  həll  etmək 
mümkün deyildir. 
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir: 
–  su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd 
çirklənməyə məruz qalması; 
–  yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, 
şirin suların tələbat yerlərinə çatdırılana qədər itkiyə yol verilməsi, kanali-
zasiya xətlərinin azlığı; 
–  sənaye  müəssisələri  və  nəqliyyat  vasitələri  tərəfindən  atmosfer  havasının 
çirklənməsi; 
–  münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.); 
–  bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb 
olunan səviyyədə idarə olunmaması; 
–  meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması; 
–  biomüxtəlifliyin azalması. 
  
 
Bioloji müxtəlifliyin qorunmasıBioloji müxtəliflik dedikdə, adətən, növ müx-
təlifliyi başa düşülür. Lakin bioloji müxtəliflik bir-birindən fərqlənən 3 anlayışdan – 
genetiknöv və ekosistem müxtəlifliyindən ibarətdir. Bioloji müxtəliflik ekosistem-
lərin yaranmasını və onlarda ekoloji tarazlığın formalaşmasını təmin edir. Bu olma-
dıqda maddələr və enerji mübadiləsi kəsilir, nəticədə ekoloji tarazlıq pozulur. Bioloji 
müxtəlifliyin qorunması üçün, ilk növbədə, nəsli kəsilməkdə  olan və sayı azalan 
növlər müəyyən edilərək “Qırmızı kitab”a salınır.  
Azərbaycan Respublikasının “Qırmızı kitab”ı. Azərbaycanın “Qırmızı kitab”ı 
nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin və-
ziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cüm-
lədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan 
və bitki növlərinin vəziyyəti, yayılması, mühafizə tədbirləri haqqında məlumatları 
özündə əks etdirir. 
Mövcud  “Qırmızı  kitab”  6  hissədən  ibarətdir,  özündə  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi olan 42 – məməli, 71 – quş, 5 – balıq, 16 – amfibi, 14 –  reptili, 40 – həşərat 
və 140 bitki növləri haqda məlumatı özündə birləşdirir. 
Respublikanın “Qırmızı kitab”ına bitki və heyvan növləri 2 kateqoriya üzrə daxil 
edilib: yoxa çıxmaq təhlükəsi olan növlər və nadir növlər. 
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri (fərdlərin tələf olması və ya-
şadığı  yerlərin  dağıdılması)  nəticəsində  sayı  azalan  və  arealı  kəskin  dərəcədə  ki-
çilərək böhran səviyyəsinə çatan növlər daxildir. İkinci kateqoriyaya isə sayı azal-
mağa doğru meyil edən və kiçik ərazilərdə rast gəlinən növlər, həmçinin təbiətdə 
sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, az öyrənilmiş, mühafizəsinin 
təşkili işində müəyyən çətinliklər olan heyvan və bitki növləri də daxildir. 
Nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması. Azərbaycan Respubli-
kasında nadir, nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması məqsədilə milli 
parklar, qoruq və yasaqlıqlar yaradılır. Burada qorunan bitki və heyvan növlərinin 

 
 
163 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

yaşayış şəraiti yaxşılaşdırılır. Respublikamızda Kiçik və Böyük Qafqazın subalp zo-
nasında  Qafqaz  tetrası,  Xəzərin  sahilində,  sututarlarda yaşılbaş  ördəklər  olur. 
Hazırda Naxçıvan MR-də qaya keçisi və Cənubi Qafqaz muflonu, Şirvan qoruğun-
da, Bəndovan və Korçayda ceyrana rast gəlinir. Dağıstan turu Böyük Qafqazın ətə-
yində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qeydə alınmışdır. 
Respublikanın çaylarında və Xəzərdə bir çox vətəgə əhəmiyyətli balıqlar ovlanır. 
1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğuların tikilməsi, Xəzər 
dənizi suyunun çirklənməsi və  s. səbəblərdən qiymətli balıq  növlərinin  sayı xeyli 
azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədilə respublikada geniş 
miqyasda meliorasiya işləri  aparılır. Balıq yetişdirmək üçün – “Kürağzı”, “Şirvan” 
və “Kür” təcrübə-nərəyetişdirmə və s. müəssisələri istifadəyə verilmişdir.  
 
 
 
 
1.  Yolverilən qatılıq həddi  nədir?  
 
2.  Məsələni həll edin:   
Hövzədən götürülmüş 10 l suda 1 mq fenolun olduğu müəyyən edilmişdir. Fenolun 
yolverilən qatılıq həddi  (YQH) 
10
-3
 mq/
l-
dir.
 Bu sudan məişət məqsədləri üçün istifadə 
etmək olarmı? 
 
3. Azərbaycan Respublikasında nadir, nəsli kəsilməkdə olan növlərin qorunub saxla-
nılması məqsədilə görülən tədbirləri sadalayın. 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
164 
 
 
 
 
 
 “Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji 
vəziyyətin qiymətləndirilməsi”. 
Məqsəd:  
1. Zərərli maddə tullantılarının miqdarının hesablanması. 
2. Alınmış nəticələrin işlənilməsi. 
3. Nəqliyyatın havanın çirklənməsinə təsirinin öyrənilməsi. 
Təchizat: qələm, kalkulyator. 
 
İşin gedişi: 
1. Yaşadığınız evin və ya məktəbin yaxınlığında müəyyən uzunluqda avtomobil yolunu 
seçin. Həmin yer evin və ya məktəbin pəncərəsindən yaxşı görünməlidir.  
2. Avtomobillərin daha az hərəkət etdiyi vaxtda bu yolun uzunluğunu metrlə ölçün (L).  
3 . Gün ərzində 2 dəfə – günorta (12:00–13:00 radələrində) və axşam (18:00–19:00 
radələrində)  həmin küçədən keçən minik, yük, avtobus və mikroavtobusları sayın. 
 
Nəqliyyat növü 
1 saat ərzində keçən 
avtomobillərin sayı 
(12:00–13:00) 
1 saat ərzində keçən 
avtomobillərin sayı 
(18:00–19:00) 
Minik maşınları 
 
 
Yük maşınları 
  
 
Avtobuslar 
  
 
Mikroavtobuslar 
  
 
Qeyd. 1 saat ərzində keçən avtomobillərin sayını hesablamaq üçün göstərilən zaman 
intervalında 15 dəqiqə  ərzində keçən avtomobillərin sayını 4-ə vurub təqribi sayı he-
sablamaq olar.  
 
4.  Təklif olunan göstəricilərdən istifadə edərək həmin küçədə 1 saat ərzində günün fərqli 
vaxtlarında  müxtəlif  avtomaşınların  xaric  etdiyi  dəm  qazının  miqdarını  aşağıdakı 
düsturla hesablayın:  
·
·
 
Burada L – yolun uzunluğu (metrlə), G
m
 – avtomaşının hərəkət zamanı 1 km məsafədə 
xaric etdiyi qazın miqdarı (q/km) cədvəldə verilmişdir, k
m
 – orta hesabla 1 saat ərzində 
yolun seçilmiş hissəsindən keçən avtomobillərin sayı, 1000 –  bir kilometrdə metrlərin 
sayıdır.  
Minik və yük avtomaşınlarının, həmçinin avtobus və mikroavtobuslar üçün G
m
 qiyməti 
cədvəldə verilmişdir. 
 
 
L a y i h ə
 
1

 
 
165 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
Nəqliyyat növü 
k – 1 saat ərzində keçən 
avtomaşınların sayı 
G
m
 
M –  1 saat ərzində 
atmosferə tullanan dəm 
qazının miqdarı 
12:00–13.00 
18:00–19.00 
12:00–13:00 
18:00–19:00 
Minik maşınları   
 
19 
 
 
Yük maşınları 
 
 
75 
 
 
Avtobuslar 
 
 
97 
 
 
Mikroavtobuslar   
 
57 
 
 
Cəmi: 
 
 
 
 
 
 
5.  Cədvəldəki  rəqəmlərdən  istifadə  edərək  günorta  və  axşam  şaatları  üçün  müqayisəli 
diaqramlar qurun.  
 
 
 
12:00–13:00
 
18:00–19:00
 
12:00–13:00
 
 
18:00–19:00
 
12:00–13:00
 
 
18:00–19:00
 
12:00–13:00
 
 
18:00–19:00
 
 
 
M/m 
Y/m 
A 
M/a 
 
(M/m – minik maşınları, Y/m – yük maşınları,  А – avtobuslar, М/а – mikroavtobuslar) 
 
6. Tədqiqat apardığınız sahənin yaşayış binalarına  yaxın olduğunu nəzərə alaraq həmin 
ərazinin ekoloji vəziyyəti haqqında nəticə çıxarın.  
 
 
 
 


 
 
166 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilən nadir və mühafizəyə 
ehtiyacı olan bitki və heyvanların öyrənilməsi  
Məqsəd: 
 1. Tədqiq olunan rayonda nadir və mühafizəyə ehtiyacı olan bitkilərin və heyvanların 
yaşadıqları yerlərin tapılması və öyrənilməsi.   
 2. Nadir növlərin morfoloji və bioloji xüsusiyyətlərinin, onların mühit şəraitinə 
uyğunlaşmasının öyrənilməsi. 
 3. Öyrənilən nadir növlərin  yaşayış yerlərinin kiçilməsinin, saylarının azalmasının 
səbəblərinin araşdırılması. 
4. Öyrənilən nadir növlərin  mühafizə tədbirlərinin hazırlanması

Mənbələr: 
1. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı 
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı:  
http://www.eco.gov.az/anket4.php  
3. Digər elektron və çap mənbələri  
İşin gedişi: 
1.  Biliklərinizdən, müşahidələrinizdən, əlavə mənbələrdən,  o cümlədən “Qırmızı 
kitab”dakı məlumatlardan istifadə edərək sizin rayonda yaşayan nadir və mühafi-
zəyə ehtiyacı olan heyvan və bitki növlərinin siyahısını tərtib edin. Onların şəklini 
(fotosunu) çəkin.  
2.  Bitki və ya heyvan növünü təsvir edib cədvəldə qeydlər aparın. 
Növün 
adı 
Morfoloji 
xüsusiyyətləri 
Bioloji 
xüsusiyyətləri 
Yaşayış yeri  Mühit şəraitinə 
uyğunlaşmalar 
 
 
 
 
 
 
 
 
 
 
 
3.  Öyrənilən nadir növlərin  yaşayış sahələrinin, saylarının azalması  səbəblərini 
araşdırın. 
4.  Öyrənilən nadir növlərin  qorunma tədbirlərini təklif edin. 
5.  Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbom formasında hesabat 
hazırlayın.   
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin