YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   ...   10   11   12   13   14   15   16   17   18

 
1. Uyğunluğu müəyyən edin: 
 
 
2.  Düzgün ifadələri seçin: 
1) Xromosomlara görə orqanizmin genotipinin təyin edilməsinə cinsiyyətin xromosom 
təyini deyilir. 
2) Allel genlər – homoloji xromosomların eyni sahəsində yerləşən bir genin müxtəlif 
alternativ formalarıdır.  
3) X xromosomunda dərinin balıq dərisi kimi pulcuqlu olması əlamətlərini tənzimləyən 
gen yerləşir. 
4) Qametlər – heyvan və ya bitki orqanizmində cüt allel genlərdən birini daşıyan 
cinsiyyət hüceyrələridir.  
5) Gen – zülal molekulunun hüceyrənin quruluşu haqqında məlumat daşıyan bir 
sahəsidir.  
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A. Erkək və dişidə bir cüt fərqli xromosomlar. 
B. Orqanizmin bir hüceyrəsinin nüvəsində xromosomlarının 
ümumi miqdarı   
C. Ayrıcinsli orqanizmlərin hüceyrələrinin xarici görünüşcə 
eyni xromosomları 
D. XY 
E. XX 
1. Kariotip 
2. Cinsi xromo-
somlar 
3. Autosomlar 
4. Qadının cinsi 
xrosomları 
5. Kişinin cinsi 
xrosomları 

 
 
189 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

6) Rəng korluğu kimi xəstəliyin yaranmasına səbəb olan genlər X xromosomunda 
yerləşir. 
7) Kişi və qadınlarda  bir-birindən fərqlənən xromosomları autosom adlandırırlar. 
 
3. Əlavə məlumat mənbələrindən istifadə etməklə hemofiliya və rəng korluğu barədə 
(kəşfi, öyrənilməsi, maraqlı faktlar və s.) təqdimat hazırlayın. 
 
4. Normal rəngseçmə qabiliyyəti X xromosomunda olan dominant D geni ilə,  rəng kor-
luğu isə resessiv d geni ilə tənzimlənir. Mövzuda göstərilən hemofiliya xəstəliyinin 
irsən keçməsi sxemini nümunə götürərək valideyn fərdlərin nəsillərinin genotipini 
yazın. 
 
 

 
 
190 
 
 İ
NSANIN HƏYAT TƏRZİ  
 
 
 
İnsanın adət etdiyi qidalanma, əmək, istirahət və bu kimi gündəlik fəaliyyəti hə-
yat tərzi adlanır.  İnsan yalnız sağlam həyat tərzi  keçirməklə öz sağlamlığını qoruya 
bilir. Bunun üçün o, müəyyən gigiyenik qaydalara əməl etməklə bərabər, sağlam-
lığının  möhkəmləndirilməsinin  qayğısına  da  qalmalıdır.  Bu  qaydalara  əməl  etmə-
dikdə insanın sağlamlığı üçün təhlükə yaranır.  
 
 
Etil spirtinin insan orqanizminə təsiri 
İşin gedişi: 
А. Rənglənmiş suya spirt əlavə edin. 
–  Nə müşahidə edirsiniz? Bu təcrübəyə görə spirtin həll olaraq insanın qanına təsir 
etməsi barədə hansı nəticəyə gələ bilərsiniz?  
 
В. İçərisində yumurta ağı olan qaba spirt əlavə edin. 
–  Nə müşahidə edirsiniz?  Bu təcrübəyə əsaslanaraq spirtin orqanizmin zülallarına 
(məsələn, fermentlərə) təsir etməsi barədə nə nəticə çıxara bilərsiniz? 
 
 
Zərərli vərdişlər. İnsanın öz sağlamlığının pozulmasına yönələn fəaliyyəti zə-
rərli vərdişlər hesab olunur. Onlar insanın şəxsiyyət kimi formalaşmasına mane olur. 
Sağlamlığa  əsas  zərər  vuran  amillər  –  siqaret  çəkmək,  narkotiklərin  və  alkoqollu 
içkilərin qəbul edilməsidir.  
Siqaret tüstüsündə nikotin, dəm qazı, sinil turşusu, ammonyak, az miqdarda ra-
dioaktiv maddələr, üzvi turşular, qatran, zəhərli qazlar olur. Siqaretçəkmənin geniş 
yayılmasının əsas səbəbi nikotinin sinir sisteminə oyandırıcı təsir göstərməsi hesab 
olunur. Belə təsir insanda yanlış zövqverici hissiyyatın meydana gəlməsinə səbəb 
olur ki, bu da  siqaretdən asılılıq yaradır. 
Nikotinin insan orqanizminə düşməsi zamanı, ilk növbədə, dilin dad reseptorları 
sıradan çıxır. Siqaret çəkənlərdə ağızın və qida borusunun epitelisi zədələnir, diş mi-
nası  saralır  və  onda  çatlar  əmələ  gəlir.  Siqaret  çəkənlərdə  damarların  daralması 
nəticəsində  toxumalar  qanla  yaxşı  təchiz  olunmur.  Uzun  müddət  siqaret    çəkən 
adamlarda qastrit və xoralar inkişaf edir. 
Orqanizmə zərər vuran vərdişlərdən biri də spirtli içkilərə aludəçilikdir. Orqaniz-
mə düşən alkoqolun az miqdarı fermentlərin təsirindən parçalanır. Alkoqolun qanda 
çoxlu  miqdarda  olması  zamanı  ondan  daha  çox  zərərli  kənar  məhsullar  ayrılır. 
Alkoqolun  təsirinə  ən  cox  həzm  sistemi  orqanları  məruz  qalır.  Nəticədə  mədənin 
qıcıqlanması səbəbindən çoxlu miqdarda mədə şirəsi ifraz olunur ki, bu da qastritin 
yaranmasına gətirib çıxarır. Həzm sistemində alkoqolun təsirinə ən çox məruz qalan 
Fəaliyyət
 
Praktik iş
 
50 
– İnsanın sağlamlığı hansı amillərdən asılıdır? 
 
 

 
 
191 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

orqan  qaraciyərdir.  Burada  alkoqolun  98%-ə  qədəri  zərərsizləşdirilir.  Bu,  qara-
ciyərdə gedən  digər mübadilə proseslərinə təsir edir. Nəticədə qaraciyərdə çoxlu yağ 
damlalarının toplanması ilə əlaqədar onun ölçüsü böyüyür, hüceyrələri tədricən bir-
ləşdirici  toxuma  hüceyrələri  ilə  əvəz  olunur  və  alkoqol hepatiti  yaranır  ki,  bu  da 
sonda sirroz xəstəliyinin baş verməsinə səbəb olur. Alkoqoldan xüsusən sinir sistemi 
daha çox zərər çəkir. Bu onunla izah olunur ki, alkoqol yağabənzər maddədə yaxşı 
həll olur. Belə maddələr sinir sistemində daha çoxdur. Daim spirtli içkilər içən in-
sanların beyin qabığının zədələnməsi nəticəsində əllər əsir, vaxtında müalicə olun-
madıqda ağ isitmə deyilən kəskin psixi xəstəlik yaranır.  
 
Nikotinin insan orqanizminə təsirini göstərən sxem  
 
 
 
Narkotik maddələr bitki mənşəli maddələr və ya dərman preparatları olub güclü 
psixi dəyişikliklərə gətirib çıxarır. Onların qəbulu insanda asılılıq yaradır: insan psixi 
və fiziki cəhətdən narkotikdən asılı olur. Narkotik maddələrin qəbulu  insan orqaniz-
mində  pozğunluqlar  yaradır.  Onu  qəddarlığa  sövq  edir,  kəmağıllılığa  səbəb  olur. 
Narkotik istifadəçisi olan insanlarda sifətin dərisi torpaq rəngi alır, dəri qırışır. İnsan 
öz sağlamlığını qorumaq üçün  sağlam həyat tərzi keçirməlidir.  
 
 

 
 
192 
 
 
 
 
1. Dərslikdən və əlavə məlumat mənbələrindən istifadə edərək cədvəli tamamlayın.  
SPİRTLİ İÇKİLƏRİN ORQANİZMƏ TƏSİRİ 
Orqan 
Yaranan çatışmazlıqlar 
Baş beyin 
 
Ürək 
 
Qaraciyər 
 
Mədə 
 
Böyrək 
 
Cinsiyyət hüceyrələri 
 
 
2. Suallara cavab verin: 
  Zərərli vərdişlərin yaranma səbəbi nədir?  
  Zərərli vərdişlərin yaranmasının qarşısını necə almaq olar? 
  İnkişaf etmiş ölkələrdə zərərli vərdişlərə qarşı nə üçün daha fəal mübarizə aparırlar? 
 
3. Narkotik maddələrdən istifadə və onun fəsadları barədə məlumat toplayın. Mövzu 
üzrə 5–6 slayddan ibarət elektron təqdimat hazırlayın.  
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
193 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 R
EPRODUKTİV SAĞLAMLIQ  
 
 
 
Reproduktiv  sağlamlıq.  Ailə  qurmaq,  sağlam  uşaq  dünyaya  gətirmək,  tam 
keyfiyyətli  şəxsiyyət  tərbiyə  etmək  hər  iki  valideyndən  məsuliyyət  tələb  edir.  Bu 
səbəbdən  insanların  reproduktiv  sağlamlıq  problemlərinə  son  dövrlərdə  daha  çox 
diqqət yetirilir. Reproduktiv sağlamlıq insanın əlverişli fiziki, əqli və sosial rifahı 
şəraitində çoxalma orqanlarının sağlam olmasıdır. 
 
 
 
Cədvəli dəftərinizə çəkin, dölün inkişafına təsir edən amilləri qruplaşdırın və cədvəldə 
qeyd edin: 
mexaniki təsirlər, alkoqol, qida məhsullarında olan qidalı maddələr, 
viruslar, vibrasiya, nikotin, fiziki yük, havanın temperaturu, günəş şüaları, 
bakteriyalar, dərman preparatları. 
 
Fiziki 
Bioloji 
Kimyəvi 
 
 
 
 
– Sadalanan meyarlar insanın reproduktiv sisteminə və dölün inkişafına necə təsir edə 
bilər?
 
 
İnsanın fiziki və psixi sağlamlığının formalaşması hələ bətn daxilində ikən baş-
layır və müxtəlif amillərin təsiri altında ömürboyu davam edir. Belə amillərə düzgün 
qidalanma, gün rejiminə əməletmə, hərəkət aktivliyi və s. aiddir.  
Zərərli vərdişlərin  reproduktiv sağlamlığa təsiri. Reproduktiv sağlamlığa al-
koqol, nikotin və narkotik maddələr kimi zərərli vərdişlər mənfi təsir göstərir.  Zə-
rərli  vərdişlərə  aludə  olan  hamilə  qadınlarda  alkoqolun,  siqaretin  və  ya  narkotik 
maddələrin  tərkibindəki  zərərli  maddələr  dölün  orqanizmində  güclü  dəyişikliklər 
yaradır  və  nəticədə  onun  normal  inkişafı  ləngiyir.  Bu  zaman  sinir  hüceyrələrinin 
formalaşması  pozulduğundan  müxtəlif  çatışmazlıqlara  malik  fiziki  və  psixoloji 
inkişafdan geri qalan uşaqlar dünyaya gəlir. Məsələn, hamilə qadının siqaret çəkməsi 
zamanı qanın plasenta ilə axması zəifləyir. Nəticədə isə döl qida maddələri ilə az 
təmin olunur. Bu səbəbdən də doğulan uşaq cılız, zəif və çəkisi az olur. 
 
Reproduktiv sağlamlığa infeksiyaların təsiri. Reproduktiv sağlamlığa həm  də 
cinsiyyət orqanlarının xəstəlikləri təsir edə bilər. Cinsiyyət yolu ilə keçən xəstəliklər  
zöhrəvi xəstəliklər  adlandırılır.  Bu  xəstəliklərə  qarşı  insanda  immunitet  yaranmır. 
Bədənə daxil olan xəstəliyin törədiciləri, ilk növbədə, cinsiyyət orqanını zədələyir. 
Müalicənin vaxtında aparılmaması, adətən, sonsuzluqla nəticələnir.  
Fəaliyyət
51 
– Hansı faktorlar irsi materiala, hüceyrələrin formalaşmasına, dölün 
ikişafına təsir edə bilər?   
 
 

 
 
194 
 
Reproduktiv sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri. Reproduktiv 
sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdiş-
ləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Qidalanma zamanı qida 
normalarına ciddi əməl olunmalıdır. Qida normaları dedikdə insanın normal halda 
qəbul etdiyi ümumi qidanın və ya onda olan komponentlərin miqdarı başa düşülür. 
Bu  normalar  insanın  yaşından,  cinsindən,    işin  növündən  asılı  olaraq  onun  bütün 
həyatı  boyu  dəyişir.  Qida  normalarına  əməl  olunmaması  insanda  müxtəlif 
xəstəliklərin meydana çıxmasına şərait yaradır. Məsələn, karbohidrat və yağlardan 
sui-istifadə  nəticəsində  insanda  ateroskleroz,  piylənmə,  şəkərli  diabet  və  s. 
xəstəliklər yarana bilər.  Bədənin sağlam olması üçün insan daim idmanla məşğul 
olmalıdır. İdmanla müntəzəm məşğul olduqda ürəyin fəaliyyəti güclənir, əzələlərə 
çoxlu qan gəlir, tənəffüs prosesi yaxşılaşır.  
Reproduktiv  sağlamlığın  qorunması  üçün  insan  sağlam  həyat  tərzi  keçirməli, 
gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır. 
 
 
 
 
1.  Aşağıdakı suallardan və əlavə məlumat mənbələrindən istifadə edərək sağlam həyat 
tərzinin əhəmiyyəti haqqında referat hazırlayın. 
  Hansı əsas meyarlar insanın sağlamlığına təsir göstərir? 
  İnsanın sağlamlığına təsir edən fiziki və kimyəvi amillərin əhəmiyyəti nədən 
ibarətdir?  
  İnsanın sağlamlığına təsir edən sosial amillərin əhəmiyyəti nədən ibarətdir?  
  Sadalanan amillər gələcək ananın (dölün, yeni doğulmuş uşağın) reproduktiv 
sağlamlığına necə təsir edə bilər?  
 
2.  Sağlam həyat tərzinə həsr olunmuş “yaddaş kitabçası” hazırlayın. Zərərli vərdişlər-
dən qurtulmaq və sağlamlığınızı qorumaq məqsədilə qaydalar tərtib edin, sonra isə 
bu istiqamətdə təbliğat aparın. 
 
3.  Ananın  qəbul  etdiyi  alkoqol,  narkotik  maddələr  dölün  inkişafını  zəiflədir  və  ana 
bətnində onun inkişafını pozur. Belə dölün inkişafı və böyüməsi gec gedir, baş beyinin 
həcmi kiçilir, “ağıldankəmlik”, “dovşandodaqlılıq”, “qurdağızlılıq” xəstəlikləri  üzə 
çıxa bilir.  
• Dölün inkişafında belə dəyişikliklərin səbəbini izah etməyə çalışın.  
 
 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
195 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
 
 
1. Aşağıdakı  mövzulardan  biri  barədə  radioverilişdə  çıxış,  yeniyetmələr  üçün 
jurnalda məqalə, yaxud da reklam çarxı üçün ssenari hazırlayın: 
 Stress nədir?  
 Şagird stress vəziyyətindən necə qoruna bilər?  
 Stress canlılara necə təsir edir? 
 
2. “Zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün tədbirlər siyahısını tərtib 
edin” (məktəbdə, dövlətdə, Yer kürəsində). 
3. Siqaret çəkməyə, alkoqollu içkilər qəbul etməyə qarşı reklam xarakterli plakat 
düzəldin. 
4. Hər hansı zərərli vərdişdən qurtulmağa çalışan insanlar üçün tövsiyələr siyahısı 
hazırlayın. 
5. İnternetdən aşağıdakı mövzuların biri haqqında məlumat toplayın və elektron 
təqdimat formasında tərtib edin. 
 Daun sindromlu uşaqların adaptasiyasının bioloji və sosial aspektləri. 
 Müxtəlif dünya xalqlarının albinoslara münasibəti. Dünyanın müxtəlif 
ölkələrində albinosların adaptasiyasının sosial aspektləri. 
 
6. “Ailəmin genealoji ağacı” 
Tapşırıq:  
1. Qohumlarınızla söhbət aparın, ailə şəkillərinə, sənədlərinə diqqət 
yetirin. 
2. Aldığınız məlumatları təhlil edin və sxem şəklində nəsil ağacınızı 
qurun. 
3. Qohumları birləşdirən xətlərin üzərində oxşar xarici əlamətləri, 
xasiyyətləri, qabiliyyətləri və ya sağlamlıq vəziyyətlərini qeyd edin. 
4. Bütün qohumlar üçün ümumi  (əgər varsa) əlamətləri müəyyən edin.  
Nəticələrinizi illüstrasiyalı referatlar, elektron təqdimat, plakatlar 
formasında təqdim edin. 
 
 
L a y i h ə
 
 

 
 
196 
 
 
 
1.  Uyğunluğu müəyyən edin: 
 
 
2. “Spirtli içkilərin və siqaretçəkmənin orqanizmə təsiri” cədvəlini dəftərinizə köçürün 
və tamamlayın. 
 
 
Spirtli içkilər 
Siqaretçəkmə 
Tənəffüs sistemi 
 
 
Qan-damar sistemi 
 
 
Həzm sistemi 
 
 
Dayaq-hərəkət aparatı 
 
 
Sinir sistemi 
 
 
İfrazat və cinsiyyət 
sistemləri 
 
 
Hiss orqanları 
 
 
 
3. Nümunələrə baxın. Sual işarələrinin yerinə anlayışa görə izahını, yaxud əksinə, 
izahına görə müvafiq anlayışı müəyyən edin.  
 
 
 
 
 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
A. Orqanizmin stressə qarşı müqaviməti azalır. Bu mər-
hələdə əsəbilik, aydın olmayan həyəcan, tezyorulma, 
qıcıqlılıq,  yuxusuzluq,  başağrısı  və  bu  kimi  hallar 
müşahidə edilir.  
B. Orqanizm  müqavimət  göstərir, nəticədə bilavasitə 
baş verən təhlükə zəifləyir. Bu zaman streslərin tə-
sirini dəf etmək üçün yüksək dərəcədə uyğunlaşma 
qabiliyyəti əldə edilir.  
C. Ürək döyüntüsü  sürətlənir, qan təzyiqi yüksəlir, qan-
da adrenalinin miqdarı artır, həzm prosesi zəifləyir, 
əzələlərə çoxlu qan gəlir. 
1. Orqanizmin səfərbər 
edilməsi mərhələsi 
2. Qıcığa qarşı 
müqavimət 
göstərilməsi 
mərhələsi 
3. Orqanizmin 
zəifləməsi mərhələsi 
 Sitologiya – hüceyrənin quruluşu   
Genetika – ? 
Bir nüvədə olan xromosom sayı – kariotip  
                                                 ? –  genotip
 44 xromosom – autosom 
2 xromosom – ?
 Valideynin özünəoxşar nəsil törətməsi – irsiyyət 
Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti  –  ? 
 Resessiv əlamət – nəsildə özünü büruzə verməyən əlamət 
                         ? – nəsildə üzə çıxan güclü əlamət 
 Qanın normal laxtalanması – dominant əlamət 
                                           ? – resessiv əlamət

 
 
197 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

4. Düzgün variantı müəyyən edin: 
1)  Genealoji /Biokimyəvi üsul insanın nəsil şəcərəsinin öyrənilməsinə əsaslanır. 
2)  Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün sitogenetik/əkizlik üsulundan 
istifadə olunur. 
3)  Əkizlik /Biokimyəvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş 
verən çatmamazlıqların səbəblərini öyrənmək üçün tətbiq edilir. 
4)  Xromosom yığımında  artıq xromosomların olması şəkərli diabet/Daun sindromu 
xəstəliyinin səbəbidir.   
5)  Əkizlik/Genealoji  üsulu  ilə  sifətdə  çilliliyin,  barmaq  izlərinin  keçməsi  və  s.  əla-
mətlər öyrənilmişdir.  
6)  Autosom/Cinsi  xromosomlarda  baş  verən  çatışmazlıqlara  misal  kimi  Daun sind-
romunu  göstərmək olar. 
 
5. Sxemdəki sual işarələrinin yerinə (1–8 rəqəmləri) X, Y, XX, yaxud XY işarələrindən 
hansılar olmalıdır?  
 
 
 
 
 
 
 
 
 
1. __ 
2. __ 
3. __ 
4. __ 
5. __ 
6. __ 
7. __ 
8. __ 

 
 
198 
 
 
 
 

 
Adrenalin – böyrəküstü vəzinin ifraz etdiyi hormon; qanda 
qlükozanın miqdarını, arterial təzyiqi artırır. Qaraciyərə qan 
axınını gücləndirir və maddələr mübadiləsinin tənzimlənməsində 
iştirak edir. 
Àëáèíèçì (ëàò. “
àëáóñ” – àü) – oðãàíèçìäÿ íîðìàë ïèãìåíò-
ëèëèéèí îëìàìàñû. 
Àëëåë (éóí. “
àëëåëîí” – áèð-áèðèíÿ, ãàðøûëûãëû) – əëàìÿòèí ìåé-
äàíà ýÿëìÿñèíè òÿíçèìëÿéÿí ýåí âàðèàíòû.  
Àíàáîëèçì (éóí. “
àíàáîëå” – ãàëäûðìàã) – màääÿëÿð ìöáà-
äèëÿñè ïðîñåñèíèí áèð ìÿðùÿëÿñè; öçâè ìàääÿëÿðèí ÿìÿëÿ ýÿëìÿñèíÿ 
ÿñàñëàíûð. Ùöúåéðÿíèí ãèäàíû ìÿíèìñÿìÿñèíÿ õèäìÿò åäèð. 
Anemiya – qanazlığı. Xəstəlik  zamanı qanda eritrositlərin və 
ya eritrositlərdə hemoqlobinin miqdarı azalır.  
Àíòèáèîòèê (éóí. “
àíòè” – ÿêñèíÿ, “áèîñ” – ùÿéàò) – mèêðî-
îðãàíèçìëÿðè ìÿùâ åäÿí âÿ éà ùÿéàò ôÿàëèééÿòèíè çÿèôëÿäÿí ìàä-
äÿ. Àíòèáèîòèêëÿð êèô ýþáÿëÿêëÿðè, àêòèíîìèñåòëÿð âÿ àëè áèòêèëÿð 
òÿðÿôèíäÿí ÿìÿëÿ ýÿëèð.  
Àññèìèëéàñèéà (ëàò. “
àññèìèëàtèîn” – îõøàòìà, áÿíçÿòìÿ) – 
màääÿëÿð ìöáàäèëÿñèíèí áèð òÿðÿôèäèð. Îðãàíèçìÿ äàõèë îëàí 
ìàääÿëÿðäÿí îðãàíèçìèí þç áÿäÿíèíè ãóðìàã ö÷öí ëàçûì îëàí 
ìàääÿëÿðèí ñèíòåçèäèð. Áóíóí íÿòèúÿñèíäÿ åíåðæèíèí òîïëàíìàñû 
ýåäèð. 
Àóòîñîì (éóí. “
àóòîñ” – þçö, “ñîìà” – áÿäÿí) – mîðôîëîæè 
úÿùÿòäÿí åðêÿê âÿ äèøè ôÿðäëÿðäÿ ôÿðãëÿíìÿéÿí âÿ þç ùîìîëîæè 
úöòöíÿ îõøàð îëàí ãåéðè-úèíñè õðîìîñîìëàð. 
Àâòîòðîô (éóí. “
àóòîñ” – þçö, “òðîphe” – ãèäàëàíìà) – göíÿø 
åíåðæèñè âÿ éà êèìéÿâè ðàáèòÿëÿð åíåðæèñèíäÿí èñòèôàäÿ åäÿðÿê 
ãåéðè-öçâè ìàääÿëÿðäÿí öçâè ìàääÿëÿð ñèíòåç åäÿí îðãàíèçìëÿð. 
 

 
Áèîýåí ìàääÿëÿð (éóí. “
áèîñ” – ùÿéàò, “ýåíîñ” äîüóëìóø) – 
càíëû îðãàíèçìëÿð ö÷öí âàúèá îëàí âÿ éà îíëàðûí òÿðêèá ùèññÿñèíè 
òÿøêèë åäÿí ìàääÿëÿð (êèìéÿâè åëåìåíòëÿð). 
Áèîýåíåç (éóí. 
“áèîñ” – ùÿéàò, “ýåíåsèñ” – ìÿíøÿ, äîüóëìà) 
– tÿêàìöëúÿ úàíëûíûí úàíëûëàðäàí éàðàíìàñû ïðîñåñè. 
Áèîýåîñåíîç (éóí. 
“áèîñ” – ùÿéàò, “ýåî” – éåð, “êîéíîñ” – 
öìóìè) – tÿêàìöëúÿ éàðàíàí âÿ ìÿêàíúà ìÿùäóä îëàí, óçóí 
ìöääÿò þçöíö ñàõëàéà áèëÿí áèðúèíñëè òÿáèè ñèñòåì. 
 
T e r m i n l ə r   v ə   b i o l o j i   a n l a y ı ş l a r
 
 

 
 
199 
 
•   
Terminlər və bioloji anlayışlar  
• 
Áèîïîëèìåðëÿð – úàíëû îðãàíèçìëÿðèí ãóðóëóøóíó òÿøêèë åäÿí 
âÿ ùÿéàò ôÿàëèééÿòè ïðîñåñëÿðèíäÿ èøòèðàê åäÿí éöêñÿêìîëåêóëëó 
òÿáèè áèðëÿøìÿëÿð.  
Biosintez – fermentlərin iştirakı ilə    canlı hüceyrələrdə  bədən 
üçün zəruri olan maddələrin sintezi.  
 

 
Äèïëîèä (éóí. 
“äèïëoîñ” – úöò, “åiäîñ” – íþâ) – sîìàòèê 
ùöúåéðÿëÿðäÿ õðîìîñîìëàðûí èêèãàò éûüûìû.  
Äîìèíàíòëûã (ëàò. 
“äîìèíàíñ”,  “äîìèíàíòñ”  –  ùàêèì)  –           
1) möÿééÿí àëëåëèí äèýÿðèíèí òÿñèðèíè çÿèôëÿòìÿñè; 2) qðóïëàøìà-
ëàðäà ìöÿééÿí áèòêè íþâöíöí ùàêèì ìþâãå òóòàðàã öñòöíëöê 
òÿøêèë åòìÿñè; 3) qðóïäà ãöââÿòëè ôÿðäèí ùàêèì ìþâãå òóòìàñû. 
 

 
Åêîëîæè ïèðàìèäà – áèîýåîñåíîçëàðäà ãèäà çÿíúèðèíèí ùÿð áèð 
ùàëãàñûíûí ñîíðàêû ùàëãà èëÿ ìöãàéèñÿäÿ ýåòäèêúÿ àçàëìàñûíû ÿêñ 
åòäèðÿí ãðàôèê èôàäÿ. Ïèðàìèäà áèîêöòëÿ, åíåðæè âÿ íþâ ñàéûíà 
ýþðÿ ãóðóëà áèëÿð. 
Åêîñèñòåì (éóí. 
“îiêîñ” – éàøàéûø éåðè, “ñyñòåìà” – ùèññÿ-
ëÿðäÿí éàðàíìûø âàùèä) – càíëû îðãàíèçìëÿð âÿ îíëàðûí éàøàäûüû 
ìöùèòäÿ éàðàíìûø ãàðøûëûãëû ÿëàãÿäÿ îëàí òÿáèè âÿ éà òÿáèè-àíò-
ðîïîýåí êîìïëåêñè. 
Ensefalit – eyniadlı virusun qana düşməsi nəticəsində yaranan 
baş beyinin iltihabı. Ensefalitin keçiricisi otlaq gənəsidir. 
Epidemiologiya – infeksion xəstəliklərin yaranması və qanuna-
uyğunluqlarının səbəblərini, onlara qarşı mübarizə  tədbirlərinin 
qaydalarını öyrənən elm. 
 

 
Ôåíîòèï – îðãàíèçìèí áöòöí ÿëàìÿòëÿðèíèí úÿìè. 
Ferment – bütün canlı hüceyrələrdə olan zülal təbiətli bioloji 
katalizator;
  hüceyrədə baş verən kimyəvi reaksiyaların gedişinin 
sürətləndirilməsində iştirak edir. 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin