Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 238,41 Kb.
səhifə11/46
tarix28.12.2021
ölçüsü238,41 Kb.
#9635
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
IIIA dərəcəli – geləbənzər möhtəviyyatı (plazmatik ifrazat) olan 

qalındivarlı suluqlarla və ya ağ çalarlı (işemiya) hissələri olan 

çəhrayı, yaxud qırmızı (staz) rəngli yaralarla xarakterizə olunur. 

Məməcikli qat petexial qansızmalarla, boz rəngli yumşaq qasnaqla 

örtülür. Damar şəbəkəsi itir. Ağrı və taktil hissiyyat azalır. 

Qasnağın formalaşması və yaraların təmizlənməsi 2-3 həftə çəkir. 

4-6 həftədən sonra kənar hissədə  və adacıqlı epitelizasiya 

(saxlanılmış epidermis törəmələrindən) hesabına sağalma baş verir. 

Davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır. 

 

IIIB dərəcəli – koaqulyasion (quru) və ya kollikvasion (yaş) 

nekrozun əmələ gəlməsi ilə dərinin bütün qatları sıradan çıxır. Quru 

nekrozda qasnaq bərk, quru, tünd qırmızı və ya boz rəngdə ətrafı isə 

ödemli və hiperemiyalı olur. Onun dərinliyində tromblaşmış 

damarlar sahəsi görünür. Qasnaq altındakı toxumalar bərkiyir və 

büküşlər əmələ gətirmir. 

Yaş nekroz zamanı – ölmüş  dəri ödemli və  xəmirvari 

konsistensiyalıdır. 

Saxlanılmış qalın divarlı suluqların möhtəviyyatı hemorragik 

xarakter daşıyır. Yaranın dərinliyi ağımtıl, bəzən sarımtıl və ya tünd 

qırmızı  rəngdə olur. Perifokal ödem aydın görünür. Damar və  ağrı 

reaksiyaları olmur. Dərialtı piy toxuması hissəvi prosesə cəlb oluna 

bilər. 

İrinli-demorkasion iltihab 2-3 həftə çəkir, sonra isə yara tədricən 

təmizlənir və 3-4-cü həftələrin sonunda qranulyasion toxuma ilə 

örtülür ki, bu da yaraların autodermotransplantasiyaya hazır 

olduğunu göstərir. 

 

IV dərəcəli – nekroz nəinki dərini, eləcə  də alt qatda yerləşən 

bütün toxumaları, bəzən sümüklər də daxil olmaqla, əhatə edir. 

Qasnaq – qalın (quru və ya yaş) ağımtıl-boz, bəzən qara rəngli 

olur. Ətrafında və altında geniş yayılmış ödem diqqəti çəkir. Əzələlər 

“bişmiş  ət”  şəklini alır. Ölmüş toxumalar, xüsusilə  vətərlər və 

sümüklər zədələndikdə, sağlam toxumadan çox yavaş ayrılır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

I-II-IIIA dərəcəli yanıqlar dərinin hüceyrəvi elementlərinin 



saxlanılması hesabına epitelizasiya edə bilir. Onlar səthi yanıqlar 

qrupuna aid edilir.  

IIIB-IV dərəcəli yanıqlar dərin yanıqlardır. Belə  dərinlikli 

yanıqlar gec (1,5-dən bir neçə aya qədər) sağalır.  

Yaralar kiçik sahədə olduqda öz-özünə sağala bilər. 

Zədələnmə sahəsi böyük olduqda, xüsusilə yaralar oynaq 

sahələrini əhatə etdikdə dəri tamlığının bərpası yalnız operativ yolla 

aparılmalıdır. 

Çapıqlar – dərin yanıqların silinməyən izidir. Çapıqlar böyük 

sahələrdə formalaşdıqda, oynaqları  əhatə etdikdə eybəcərliyə  və 

müxtəlif kontrakturaların  əmələ  gəlməsi nəticəsində  əlilliyə  gətirib 

çıxarır. 

 


Yüklə 238,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin