Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol


Cədvəl 2. Yanıq şokunun klinik əlamətləri



Yüklə 238,41 Kb.
səhifə19/46
tarix28.12.2021
ölçüsü238,41 Kb.
#9635
1   ...   15   16   17   18   19   20   21   22   ...   46
Cədvəl 2. Yanıq şokunun klinik əlamətləri 

 Yüngül 

yanıq şoku 

Ağır yanıq 

şoku 

Çox ağır 

yanıq şoku 

Huşu  

Aydın  


Saxlanılır  

Alaqaranlıq  



Üşütmə, əzginlik 

Ola bilər Olur  Aşkar  



Oyanıqlıq  

İlk saatlarda 

Ola bilər Yox 

Tormozlanma 

Bəzən  


Olur  

Olur 


Zədələnməmiş 

dəri örtüyünün 

vəziyyəti 

Normal, 


bəzən 

avazımış, 

quru 

Avazımış, 



quru, zəif 

akrosianoz 

Avazımış, 

sianotik 

akrosianoz 

Bədən 

temperaturu 

Normal və ya 

bir qədər 

azalmış 


Azalır Aşağı 

Öyümə və 

qusma 

Nadir  


Tez-tez, maye 

qəbulu zamanı 

çoxalır 

Tez-tez, maye 

qəbulu zamanı 

çoxalır 


Bağırsaq parezi 

Yox  


Ola bilər Travmanın ilk 

saatlarından 



Diurez 

 

60-70 ml/saat  40-80 ml/saat 

və ya 

oliquriya 



Oliquriya       

(30-60 ml/saat) 

və ya anuriya 

Şokun qiymətləndirilməsində hemodinamik göstəricilər mühüm 

əhəmiyyətə malikdir. Yüngül dərəcəli şok zamanı Ps dəqiqədə 88±2 

həddində saxlanılır, A/T

or

 – 95±3 mm.c.st; mərkəzi venoz təzyiq 



(MVT) norma həddində, dövran edən qanın həcmi (DQH) – 70,1± 

1,2 ml/kq. Qanın vurulma həcmi (QVH) 62,4±1,4 ml. Damarların 

periferik müqaviməti (DPM) artır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

Ağır şok daha aydın pozğunluqlarla müşahidə edilir: 



Ps – 110 ± 5; A/T

or

 – 95 ± 3 mm.c.st; MVT – 7,9 ± 0,7 (N=8-12), 



DQH – 60,7 ± 2,6 ml/kq, QVH – 47,2 ± 1,8 (N=70-78) ml 

Çox ağır  şok zamanı bütün göstəricilər normadan əhəmiyyətli 

dərəcədə fərqlənir. 

Travmanın ilk saatlarından etibarən yanıq  şokunun ağırlığının 

artmasına uyğun olaraq xarici tənəffüs funksiyalarının aydın 

pozulması müşahidə edilir. Tənəffüsün tezliyi çoxalır, tənəffüsün 

həcmi, dəqiqəlik həcmi, ağ ciyərlərin hava tutumu kəskin azalır. Ağır 

və çox ağır  şok zamanı oksigenin mənimsənilməsi kəskin azalır. 

Koaquloqramma və periferik qanın göstəriciləri yanıq  şokunun 

ağırlığını  əks etdirən mühüm diaqnostik meyarlardır. Onların 

qiymətinin dəyişmələri  şokun ağırlığı ilə düz mütənasibdir. Bu 

dəyişmələr bütün orqanlarda mikrosirkulyator məcranın 

pozğunluqlarının dərinləşməsinə səbəb olur. 

Hemodinamik, mikrosirkulyator, su-duz, turşu-qələvi 

müvazinətinin pozğunluqları böyrəklərin filtrasion-reabsorbision 

funksiyalarının kəskin dəyişməsinə  səbəb olur. Nəticədə oliqo- və 

anuriya əmələ gəlir. 

Yüngül yanıq şokunun davam etmə müddəti: 

-

 

TYY olmadıqda bir qayda olaraq 24 saat; 



-

 

TYY olduqda – 48 saat və daha çox; 



Ağır – 48-60 saata qədər. 

Çox ağır – 72 saat (əgər xəstə ölmürsə). 

 


Yüklə 238,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin