Яли Камали архивиндяки «Короьлу» дастанынын


Əski oğuzlar arasındə hakim olmuş dinlər



Yüklə 1,4 Mb.
səhifə14/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Əski oğuzlar arasındə hakim olmuş dinlər2
Qərbi Asiyanı Şərqi Asiyaya bağlayan uzun yollar yalnız müx­təlif qovmlər, ya hökümətlər arasında ticarəti, yaxud müha­ribə və mühacirətləri təmin etmiyordı; bu yollar vasitəsi ilə ilk əsrlərin ictimai və mənəvi tələqqiləri, dinləri bol-bol yaratılan məz­həbləri də qəbilədən-qəbiləyə nüfuz ediyordı. Bu yolların köçəbə əşirətləri içinə soxulan din propağandıçıları sayəsində oğuzlar müxtəlif din dəgişdirmişlərdir. Şamanilik sıra ilə yerini başqa dinlərə vermişdir.
Bu dövrlər haqqında ən çox məlumat verən ərəb mənbələri də bu xüsusda qarışıq məlumat verməkdədir. Bununla bərabər Çin sərhədləri boyunca yayılan “doqquz oğuzlar” içində hicri VI əsrdə manixeizm dininin yayıldığını ərəb müəlliflərindən Məsudi xəbər veriyor. Bu məlumatə görə manixe izm doqquz oğuzların ancaq mərkəz və şəhərlərində hakimdi; əksəriyyəti təşkil edən köçəbə xəlq içində yenə əski şamanizm tələqqiləri yaşayordu.
Hətta bu aralıq oğuzlar içinə səyahət edən ərəb təmim ibn Bəhr əl-Mətinin nəqlinə baxılırsa şəhər mədəniyyəti xaricində qalan kənd xalqının çoxu mazdəizmi qəbul eyləmişdir.
İran mühərrirlərindən Qəzvininin kosmoqrafiyaya aid əsəri­nə istinadən V.D.Smirnovun verdigi məlumata görə Slav məmlə­kətinin cənubunda yaşayan kimaklar kibi oğuzlar da xristianlığı qəbul etmişlərdir. Eyni mənbəyə görə kimakların ölkəsində olan bir qayədə dizi üstünə oturmuş birisinin dizləri ilə ayaqlarının yeri və bir cocuğun ayaq ləpiri ilə bir mərkəb ayağının izi vardır. Oğuzlar bu işarətləri İsaya aid zənn edərək o izləri ziyarət edər­lərmiş.
Müstəşriq Kovalson Bizans missionerlərinin oğuzlara qədər gəldiklərini nəzərə alaraq, xristianlığın buralarda intişarının nes­torilər vasitəsi ilə olduğunu yazıyor.
Yuxarıdan bəri verilən izahatı təhlil edən Bartold, oğuzların bir zamanlar Yəqubi dinini də qəbul etdiklərini söylüyor1.
Oğuz qəbilələri bu surətlə mənasız din gurultularının içində oyuncaq kibi dönüb dolaşırkən, ərəb ordusu qılınclarının ağzında islam dinini gətirdilər. Ərəb mənbələrinə görə miladi VIII əsrin ikinci yarısında Şərqi Türküstan doqquz oğuzlarından ayrılıb da Xəzər sahilinə qədər enən oğuzlar bu əsrdən etibarən ərəb dinini qəbul etməgə başlamışlardır1.
Müsəlmanlığın oğuzlar arasına girişi birdən-birə olmamış­dır; yeni gələn qəbilələr yeni dinlə təmasa gəldikcə köhnə dinlə­rini buraxmışlardır. Zatən oğuz köçü ərəb dininin sağa-sola sal­dır­dığı zamanlar da davam ediyordı. Ərəb ordularının İranda tə­sa­düf etdikləri oğuz boyları da İran qövmləri ilə bərabər islamiyyəti qəbul ediyordu. Oğuz ellərinin bir qismi çoxdan müsəlman ol­duğu halda sonradan gələn bütpərəst oğuzlar da yavaş-yavaş qar­daşlarının qəbul etdigi dinə keçiyorlardı. Bartoldun oğuzların is­lam olmuş məmləkətlərə X əsrdə hicrət etdigi haqqındakı fikri, sonradan bu kibi qaçqın axınlara aid olmalıdır. Hətta bütpərəst oğuzlarla müsəlman olmuş oğuzların mənasız olaraq yeni din üçün boğuşduqları da çox olmuşdur.
Hicrətdən sonrakı əsrlərdə gələn bütpərəst oğuzlar Xəzərin cənub sahilindən keçən yolu təqib edərək o vaxt müsəlman olmuş Azərbaycan, Qafqasa gəlib yerləşdilər. Artıq burada qəti surətdə müsəlman olaraq yaşayorlardı.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin