Microsoft Word yaddas kitab doc


Doktorant və dissertantlar üçün



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix26.12.2016
ölçüsü174,24 Kb.
#3539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   20
 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 4 / 12 

 

2.25.  Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi-tədqiqat  işini  bitirən  şəxslər 



“Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

2.26. Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir. Bu 

planın nümunəsi Doktorantura şöbəsi tərəfindən verilir və üç aydan gec olmayan müddət ərzində 

doktorant  (dissertant)  və  onun  elmi  rəhbəri  tərəfindən  bütöv  təhsil  müddəti  üçün  tərtib  edilir  və 

lazımi imzalar təmin edilərək Doktorantura şöbəsinə verilir. 

2.27.  Doktorant  və  dissertantların  attestasiyası  ildə  bir  dəfə  dekabr  ayında  keçirilir. 

Attestasiyanın  keçirilməsində  məqsəd  doktorant  və  dissertantın  fərdi  iş  planında  cari  il  üçün 

nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir. 

2.28.  Attestasiyanın  keçirilməsi  üçün  doktorant  (dissertant)  Doktorantura  şöbəsindən  Fərdi  iş 

planını götürür, attestasiya olunan il üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və 

kafedraya  təqdim  edir.  llik  təhsil  haqqını  ödəməyən  doktorant  və  dissertantlar  attestasiyaya 

buraxılmır. Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır. 

2.29.  Doktorant  (dissertant)  elmi  rəhbərinin  də  iştirak  etdiyi  kafedra  iclasında  cari  il  ərzində 

yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini 

təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir. 

Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir. 

Attestasiya  keçirildikdən  sonra  fərdi  iş  planı  imzalanır  və  kafedranın  müzakirə  protokolundan 

çıxarışla  birlikdə  Doktorantura  şöbəsinə  təqdim  edilir.  Kafedra  tərəfindən  attestasiya  aşağıdakı 

kimi qəbul edilir: 

•  Attestasiya  olunsun  (nəzərdə  tutulan  işlər  tam  həcmdə  yerinə  yetirilib  və  növbəti  ildə 

təhsilini davam etdirməsi tövsiyə olunur). 

•  Şərti  olaraq  attestasiya  olunsun  (nəzərdə  tutulan  işlərin  müəyyən  hissəsi  yerinə  yetirilib 

və  kafedra  tərəfindən  müəyyən  edilmiş  müddət  ərzində  tam  həcmdə  yerinə  yetirilməsi 

tələb edilir). 

•  Attestasiya  olunmasın  (üzürlü  olmayan  səbəbdən  nəzərdə  tutulan  işlər  yerinə 

yetirilməmişdir). 

     2.30.  Doktorantın  (dissertantın)  fərdi  iş  planının  yerinə  yetrilməsinə  kafedra  tərəfindən 

müntəzəm  olaraq  nəzarət  edilir.  Attestasiyanın  keçirilmə  qrafiki  kafedra  rəhbərliyi  ilə 

razılaşdırılaraq doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan 

bildirilir. 

2.31.  Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  rəhbərləri  doktorantlara  fərdi  iş  planının 

yerinə  yetirilməsində,  zəruri  avadanlığın,  həmçinin  elmi  tədqiqat  işinin  mövzusu  ilə  bağlı 

materialların əldə edilməsində yardım göstərməlidirlər. 

Qeyd:

  Attestasiya  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya  doktorantın  (dissertantın) 

 təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  (dissertant)   və  onun  elmi  rəhbəri  cari  il  üçün 

nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verir və növbəti il üçün nəzərdə tutulan 

elmi  fəaliyyəti  haqqında  iclas  iştirakçılarına  məlumat  verir.  Attestasiyanın  nəticəsi  kafedranın 

iclas  protokolunda  əksini  tapmalıdır.  Kafedranın  iclas  protokolundan  çıxarış  və  doktorantın 

hesabatı doktorantura şöbəsinə təqdim olunmalıdır. 

 




Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin