Microsoft Word yaddas kitab doc


Doktorant və dissertantlar üçün



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix26.12.2016
ölçüsü174,24 Kb.
#3539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
 

Doktorant və dissertantlar üçün



  

Yaddaş kitabçası

  

 (Layihə) 



Sənəd Kodu 

Yeniləmə No 

Hazırl. Tarixi 

Səhifə No 

: ST\02 

: 00 


: 2 / 12 

 

2.2.  Doktoranturanın  (keçmiş  aspiranturanın)  tam  kursunu  bitirən  şəxs  eyni  ixtisas  üzrə 



təkrarən doktoranturaya qəbul oluna bilməz. 

2.3.  Sənədlərin  qəbulu  forması,  qaydaları,  qəbul  planı  və  imtahanların  keçirilmə  müddəti 

haqqında  kütləvi  informasiya  vasitələrində  qəbulu  həyata  keçirən  müəssisə  tərəfindən  müvafiq 

elan verilir. 

2.4. Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdə hər il 

keçirilir.



 

 

2.5.  Sənədlərin  qəbulu  üçün  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsinin  və 



elmi  təşkilatın  rəhbərinin  (və  ya  elmi  işlər  üzrə  müavininin)  sədrliyi  ilə  qəbul  komissiyası 

yaradılır.  Qəbul  komissiyası  fakültə,  kafedra,  şöbə,  bölmə,  laboratoriya  rəhbərlərindən,  aparıcı 

ə

məkdaşlardan  və  bir  qayda  olaraq,  doktorantların  nəzərdə  tutulan  rəhbərlərindən  təşkil 



olunmalıdır. 

2.6.  Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 

tərəfindən müəyyən edilir. 

2.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və 

rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına 

təqdim edir.  mtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

2.8. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında 

imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec  olmayaraq 

iddiaçıya  bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsi  və 

elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ 

verir. 

2.9. Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlər üzrə qəbul imtahanları verirlər:  

•  xtisas fənni,  

• Xarici dili (rus dili istisna olmaqla, seçim sərbəstdir); 

• Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində)  

2.10. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda 

müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

2.11.  xtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 

müəssisəsinin  rektoru  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir.  Komissiyanın  tərkibində 

müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər 

də komissiyanın üzvü ola bilərlər.  

2.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və 

çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

 


Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin