XÜlasə XX əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə və oyanış



Yüklə 341,31 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix31.01.2017
ölçüsü341,31 Kb.
#7264
növüXülasə
1   2   3

 

231 


xüsusi yeri olan həmin qurultayda alınmış qərarlar arasında qurultay tərəfindən 

işlənmiş Azərbaycan dili proqramının təsdiqi, ana dilinin azərbaycanlılar üçün 

əsas fənn hesab edilməsi və  tədris planlarında ana dilinə ayrılmış saatların 

artırılması, müsəlman  əhalisinin sıx yaşadığı yerlərdə inspektorlardan birinin 

müsəlman olması, ana dilindən dərs deyən müəllimlərin statusunun, məktəblərə 

daxil olan müsəlman uşaqlarının sayının iki dəfə artırılması,  şəhər və  kənd 

məktəblərində  sənət verən  şöbələrin, hər bir şəhərdə  qız rus-tatar məktəbinin 

açılması, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan  şöbəsinin 

müsəlman mərkəzlərindən birinə keçirilərək müəllimlər seminariyasına çevril-

məsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədris edilməsi, müsəlman 

müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri olmuşdur(1,38-39).  

Əsas gəliri üzvlük haqlarından, mühazirələrdən, konsert-tamaşalardan, 

xalq  əyləncələrindən, ticarət obyektlərindən, məscidlərindən gələn vəsaitin və 

ianələrin hesabına formalaşan cəmiyyətin həmin gəliri bölüşdürməsi prinsipi də 

maraq doğurur. Belə ki, cəmiyyət Nizamnaməyə  əsasən  əldə olunmuş ümumi 

gəlirin 10 faizini aşağı siniflərdə oxuyan kasıb uşaqlara, 15 faizini kasıb müsəl-

man tələbələrinə, 15 faizini orta təhsil müəssisələrindəki kasıb  şagirdlərə, 10 

faizini kitab və kitabçaların nəşrinə, 40 faizini oxu zallarına və kitabxanalara 

ayırırdı (31,83). Cəmiyyət üçün toplanmış gəlirin 10 faizi isə toxunulmaz kapi-

tal olaraq qalırdı.  Əgər vəsatin sərf olunduğu sahələr arasında  şərti müqayisə 

aparası olsaq görərik ki, büdcəyə daxil olmuş ümumi gəlirin 40 faizi bilavasitə 

xeyriyyəçiliyə, digər 40 faizi isə maarifçiliyə  və 10 faizi nəşriyyat işinə  sərf 

olunurdu. Əhəmiyyət dərəcəsinə görə həmin dövrün təxirəsalınmaz ehtiyaclarını 

nəzərə aldığımızda cəmiyyətin bu siyasətini başa düşmək mümkündür.

 

Cəmiyyət daha çox maarifçilik fəaliyyəti ilə  məşğul olmasına baxma-



yaraq, milli mədəniyyətin inkişafı naminə də tarixi xidmətlər göstərmişdir. Bu 

məqsədlə  cəmiyyətin nəzdində  təşkil olunmuş teatr bölməsinin fəaliyyətini 

xüsusilə qeyd etmək lazımdır. Dövrünün tanınmış aktyorlarından Hüseyn 

Ərəblinski, Abbas Mirzə  Şərifzadə, Mirzəağa  Əliyev, Sidqi Ruhulla və başqa 

teatr həvəskarlarını toplamağı bacarmış bölmə benefislər keçirir və orada 

yığılan pulları cəmiyyət vasitəsilə ehtiyacı olan məktəb uşaqlarına verirdi. Lakin 

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda H.Z.Tağıyevin teatrında 

bilavasitə  cəmiyyətin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun “Leyli və  Məcnun” 

operasının göstərilməsini heç şübhəsiz ki, onun mədəniyyət sahəsindəki  ən 

böyük xidməti kimi qəbul edilməlidir. Bildiyimiz kimi, həmin tarıxı hadisə 

təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin başlanğıcı 

hesab edilir(2,10/148). 

Fəaliyyətə başladığı ilk dövrdə milli maarif və  mədəniyyət üçün son 

dərəcə mühüm işlər görmüş  cəmiyyət 1908-ci ildən etibarən “Nəşri-maarif” 

cəmiyyəti ilə  səmərəli  əməkdaşlıq etmiş  və bizcə, milli birlik istiqamətində 

vacib addımlar atmışdır. Təəssüflər olsun ki, millətin maariflənməsinə çalışan 

”Nicat”cəmiyyəti bəzi hallarda imkansızlıqdan, bəzən isə başqa xeyriyyə  cə-

miyyətləri ilə yerli-yersiz çəkişmələrdən öz qarşısına qoyduğu vəzifələri yerinə 

yetirə bilmirdi(9,229). Xüsusilə, son illərdə cəmiyyətdə maliyyə, siyasi fikir və 


XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

232 


ideya məsələləri ətrafında tez-tez ixtilaflar baş verirdi. Təbii ki, bu da cəmiyyə-

tin üzvləri arasında böyük çətinliklər bahasına  əldə olunmuş qarşılıqlı etimadı 

sarsıdır,  ən başlıcası isə, ziyalılarla varlı  təbəqənin nümayəndələrinin münasi-

bətinə xələl gətirirdi. Nəhayət, 1916-cı il mart ayının 20-də cəmiyyətin rəhbər 

orqanlarına keçirilmiş seçkilər ziyalılarla varlılar arasında əlaqələrdə gərginliyə 

səbəb oldu. Belə ki, Behbud Ağa Cavanşirin cəmiyyətə sədr, İsa bəy Aşurbəyo-

vun sədrin köməkçisi seçilməsindən sonra ziyalıların  İsa bəyin seçkilərdə 

saxtakarlığa yol verdiyini, sıravi üzvləri pulla ələ alaraq yaxın adamlarını idarə 

heyətinə seçdirdiyini iddia etmələrilə onsuz da kövrək  əlaqələrə ciddi zərbə 

dəydi. Hətta iki idarə heyəti üzvünün vəzifəsindən imtina etməsi və seçkilərin 

nəticəsinin ləğv olunması belə  cəmiyyətin  əvvəlki illərdəki fəallığını  bərpa 

etməsi üçün kifayət etmədi.  

Yenə  cəmiyyətin müxtəlif obyektiv və ya subyektiv səbəblərdən H. 

Ərəblinskini və M. Əliyevi Moskvaya təhsil almağa göndərməkdən boyun qa-

çırması sovet dövrü tədqiqatlarında cəmiyyətin  əleyhinə istifadə olunmuşdur. 

Və yaxud cəmiyyətin 1913-cü ildə Peterburq konservatoriyasında təhsilə başla-

mış Ü.Hacıbəyovu təqaüddən məhrum etməsi obyektiv izaha ehtiyacı olan mə-

qamlardandır. Eyni zamanda cəmiyyətin 1914-cü ildə Firudun bəy Köçərlinin 

məktəbləri və  ədəbiyyatşünaslıq üçün son dərəcə vacib olan “Azərbaycan 

ədəbiyyatı tarixi materialları”adlı  əsərinin nəşrini öhdəsinə götürdükdən sonra 

bu məsələnin həllində yol verdiyi süründürməçilyi də inkar etmək mümkün 

deyildir. Lakin inanırıq ki, cəmiyyətin fəaliyyətində saydığımız ayrı-ayrı qüsur-

ların və ya əlavə izahata ehtiyacı olan mətləblərin olmasına baxmayaraq, o, 

Azərbaycan maarifçiliyi tarixində mühüm işlər görmüşdür və daima təqdirlə 

yad ediləcəkdir.

 

Nəhayət, cəmiyyətin I dünya müharibəsi əsnasında döyüş böl-



gələrində zərər görmüş Anadoludakı qardaşlarımıza humanitar yardım göndər-

mək məqsədilə səfərbər olması ilə də haqlı olaraq qürur hissi keçirə bilərik. 



3. BAKI MÜSƏLMAN RUHANİ CƏMİYYƏTİ “SƏADƏT” 

Haqqında bəhs etdiyimiz dövrdə xalqın maariflənməsi işində böyük 

xidmətləri olmuş xeyriyyə  cəmiyyətlərindən biri də  rəsmi olaraq 1907-ci ilin 

iyun ayının 7-də Nizamnaməsi qeydə alınmış, ancaq dindar müsəlmanların və 

seyidlərin üzv ola biləcəkləri Bakı Müsəlman Ruhani Cəmiyyəti ”Səadət” 

olmuşdur. Cəmiyyətin təşkilinin özünəməxsus maraqlı bir tarixçəsi vardır. Belə 

ki, 1906-cı ildə müsəlmanların təlim-tərbiyəyə ehtiyaclarını müzakirə edən 

təşəbbüs qrupu ruhani mədrəsəsi tikmək qərarına gəlir. Bu tədbiri həyata 

keçirdikdən sonra isə Təzəpir mədrəsəsini təmir etməyi qarşısına məqsəd qoyan 

qrup müəyyən maneələrlə üzləşincə xeyriyyə  cəmiyyəti qurmaq fikrinə düşür 

(6,4). Beləliklə, cəmiyyət ideyasını gerçəkləşdirən qrupun hazırladığı Nizamna-

mə 1907-ci ilin iyun ayının 7-də təsdiq olunur.  

Nizamnamənin 1-ci maddəsində də göstərildiyi kimi cəmiyyət Bakı şəhə-

rindəki dini məktəb və mədrəsələrin yeni əsaslar üzərində yenidən təşkil olun-

ması  məqsədi ilə qurulmuşdur. Həmçinin zamanın ruhuna uyğun olaraq yeni 

dini təhsil müəssisələrinin, müəllim institutları  və başqa ali məktəblərin açıl-



M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

233 


ması da cəmiyyətin qarşısında duran vəzifələrdən idi(31,85). Bir ay sonra isə 

Hacı Qasım bəy məscidinə toplaşan müsəlmanlar təsis toplantısı keçirərək 

tanınmış üləmalardan mötəbər alim Axund Molla Ələkbər Abbasquluzadəni 

sədr, Axund Molla Ağa Ağalizadəni isə sədr nüavini və dövrünün tanınmış din 

xadimlərindən ibarət 14 nəfərlik idarə heyəti seçdilər. 24 fəxri, 98 həqiqi və 122 

himmətli üzvü olan cəmiyyətin rəhbər orqanına üləmalarla yanaşı, ziyalılar və 

Murtaza Muxtarov kimi sərvət sahibləri daxil olsalar da cəmiyyət özünün daha 

çox dini təəssübkeşliyi ilə digər xeyriyyə cəmiyyətlərindən fərqlənirdi. 

Cəmiyyət dini təhsilin inkişafına maraq göstərir və  əsasən bu sahədə 

xeyriyyəçilik fəaliyyətinə diqqət yetirirdi. Bu mənada cəmiyyətin idarə 

heyətinin sentyabr ayında qəbul etdiyi ilk qərarlarından birinin Türkiyə 

tədqiqatçısı Tahir Sünbülün özünün “Azərbaycan dosyası” adlanan kitabında ilk 

üsuli-cədid məktəbi kimi təqdim etdiyi (28,160) “Mədrəseyi-səadət” adlı 

məktəbin açılması ilə  əlaqədar olması heç də  təsadüfi deyildir. Mədrəsə digər 

xeyriyyə  cəmiyyətləri tərəfindən açılmış  məktəblərdən fərqləndiyi üçün onun 

üzərində xüsusilə dayanmaq istərdik. 1907-ci ildə Bakıda Lalayevin kirayəyə 

götürülmüş ikimərtəbəli mülkündəki 14 otaqda fəaliyyətə başlamış  mədrəsəyə 

müdir olaraq Fransanın Sorbonna Universitetində təhsil almış fransız, fars, ərəb 

və türk dillərini mükəmməl bilən, müasir elmi nailiyyətdən xəbərdar və  əslən 

iranlı olan Mirzə Ələkbər adında bir şəxs dəvət olundu.  Müdir də daxil olmaqla 

mədrəsədə 1908-1909-cu tədris ilində 7, sonrakı dövrdə isə 14 müəllüm 

çalışırdı. Mədrəsədə güclü pedaqoji kollektiv toplanmışdı: Əli bəy Hüseynzadə 

Türk, alman dillərini və tarixi, Fərhad Ağazadə ana dili, coğrafiya və 

riyaziyyatı, Axund Hacı Molla Əbdürrəhim Hadizadə isə  şəriəti tədris edirdi. 

Fərhad Ağazadə dərs verməklə yanaşı mədrəsənin müfəttişi vəzifəsini də yerinə 

yetir və proqramlar onun imzası ilə tədris olunurdu. Bundan başqa, 1908-1911-

ci illər arasında mədrəsədə riyaziyyat, rus dili və  nəğmə  dərslərini aparan 

Üzeyir bəy Hacıbəyovun tədris proqramlarının təkmilləşdirilməsində xüsusi 

rolu qeyd edilməlidir. Müxtəlif illərdə  məktəbdə çalışmış  Məmməd Hənifə 

Terequlov rus dili, Əli Hüseynov hesab, Kazım bəy Məlikov coğrafiya və rəsm, 

Molla  Əbdül Rəhimov  şəriət fənlərindən dərs demişlər. Mədrəsədə çalışan 

müəllimlər arasında dövrünün tanınmış ziyalılarından Ceyhun bəy Hacıbəyov, 

nakam şairimiz Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə, Əli Terequlov, 

Musa Rza Əsgərlinin və  mədrəsənin həkimi Bəhram bəy Axundovun da 

xidmətlərini təqdirlə yad etmək borcumuzdur.  

Mədrəsənin təşkilində maarifpərvər tacir Məşədi Yusif Nəcəfov, Hacı 

Rizvan Babazadə, axund Əbdürrəhim Hacızadənin də mühüm rol oynadıqlarını 

qeyd etməliyik. Onlardan Məşədi Yusif Nəcəfov Axund Əbdürrəhim 

Hacızadənin “Şəriət kitabı” dərsliyinin nəşri ilə  əlaqədar bütün maliyyə 

xərclərini ödəməsi tacir zümrəsinin bu qəbil fəalyyətlərə ürəkdən yardım etməsi 

baxımından maraq doğurur. 

Fəaliyyətə başladığı vaxtdan etibarən xalqın rəğbətini qazanmış mədrəsə-

yə  təlabat gündən-günə artır və mövcud bina darısqallıq edirdi. Mədrəsənin 

müdiri, sonralar İranın Balkan ölkələrində  və Misirdə  səfiri olmuş Mirzə 



XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

234 


Ələkbər xan Bəhməndən və onu qısa müddət ərzində əvəz edən Axund Molla 

Ağalizadədən sonra cəmiyyət mədrəsədə  Türk  dili  müəllimi kimi fəaliyyət 

göstərən  Əli bəy Hüseynzadəni müdir vəzifəsinə  təyin etdi. Çar hökumətinin 

getdikcə artan təzyiqləri nəticəsində və ittihatçı dostlarının dəvətilə 1910-cu ilin 

dekabr ayının 4-də, Türkiyəyə gedənə  qədər,  Əli bəy böyük uğurla həmin 

vəzifədə çalışdı(3,17). Cəmiyyət idarə heyəti tərəfindən mədrəsənin o zamankı 

Qanlı təpə küçəsində yerləşən binasında Əli bəy Hüseynzadənin şərəfinə Bakı-

nın tanınmış ziyalılarının iştirakı ilə möhtəşəm bir vida ziyafəti verildi. Yemə-

yin ardınca Bakı quberniyasının baş qazisi Mir Məhəmməd Kərim ağanın  Əli 

bəyin tarixi xidmət və  fəzilətlərindən bəhs edən çıxışından sonra İran  şəhbən-

dəri Mir Hüseyn xan Ağazadə  və digərləri  Əli bəyin qetməsindən təəssüflən-

diklərini, lakin digər bir islam ölkəsində xidmət edəcəyi üçün təsəlli tapdıqlarını 

ifadə etdilər. 

Mədrəsədəki təhsil sisteminin ən üstün cəhətlərindən biri onun ciddiliyi 

və obyektivliyi ilə izah oluna bilər. Şagirdlər hər dərs ilinin sonunda may ayında 

şifahi və yazılı imtahanlar verir və ancaq müvəffəqiyyət qazanandıqları təqdirdə 

növbəti şöbəyə keçirdilər. Mədrəsənin şagirdləri 1-ci sinifdən etibarən üstündə 

məktəbin adı yazılmış, düymələri sarı, hər qolunda bir düyməsi, bir də mavi 

zolaq olan kitel və ortasında xüsusi nişan olan papaqdan ilarət xüsusi forma 

geyərdilər. 3 hazırlıq  şöbəsi və 4 əsas sinif ilə  fəaliyyətə başlamış  mədrəsə 

ibtidai və natamam orta təhsil verirdi. Mədrəsədə təhsilini başa vurduqdan sonra 

şagirdlər gimnaziya və realnı məktəbdə oxumaq hüququ əldə edirdilər. Türkiyə 

maarif sistemini əsas alan mədrəsənin tədris planlarına nəzər saldıqda hazırlıq 

şöbəsinin 1-ci ilində  İslam dininin əsasları, Türk dili və hesab fənlərinə yer 

verildiyinin şahidi oluruq. 1-ci ildə nəzərdə tutulmuş həftəlik 18 saatlıq dərsin 

10 saatının bilavasitə Türk dilinə ayrılması  cəmiyyətin ana dilinin tədrisinə 

verdiyi  əhəmiyyətdən irəli gəlirdi.  İkinci və üçüncü il şöbələrində isə  təhsil 

proqramı bir qədər mürəkkəbləşirdi. Belə ki, dini elmlərdən  şəriət fənnindən 

başqa Qurani-kərim, xarici dillərdən isə Türk dili ilə yanaşı fars və rus dilləri də 

tədris olunurdu. Bundan başqa,  şagirdlərə  ərəb dili, hesab, müsəlman və rus 

hüsnxətti, naqqaşlıq və rəsm fənləri də öyrədilirdi. Nəhayət, üçüncü il şöbəsin-

dən sonra 1-ci sinif gəlirdi və orada şəriət, hesab, rəsm, Türk, rus, fars dili 

fənlərinə alman dili, tarix, təbiət, coğrafiya, Rusiya tarixi də əlavə olunurdu. 2-

ci sinifdə həmin fənlərdən başqa fransız dili, 3-cü və 4-cü siniflərdə isə qədim 

tarix, riyaziyyat və həndəsə fənləri tədris olunurdu. Mədrəsənin tədris planından 

da görüldüyü kimi təhsil müddətində  şagirdlərə dini elmlərlə  bərabər dünyəvi 

elmlər də öyrədilirdi.  Ən başlıcası isə, burada təhsil alan şagird ana dilindən 

başqa beş xarici dil öyrənmək imkanı  əldə edirdi ki, bu da o dövr üçün son 

dərəcə lazımlı idi. 1910-cu ildə  cəmiyyət “Şah məscidi”-nin nəzdində iki 

sinifdən ibarət  əlifba  şöbəsi və bakılı Hacı  Səməd Heydərov adlı bir xeyirxah 

şəxsin 55 min manata tikdirərək kupçisi ilə birlikdə məktəbə bağışladığı binada 

“Səmədiyyə”adlı yeni bir şöbə açdı(5,15). Mədrəsənin Bakıda açılmış digər 

”Nur”adlı bir şöbəsi də Hacı  İmamverdi məscidinin nəzdində  fəaliyyət göstə-


M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

235 


rirdi. Mədrəsənin nəzdində fəaliyyət göstərən axşam kursları da əhalinin savad-

landırılması işində yaxından iştirak edirdi. 

Xalqın maariflənməsi prosesində yaxından iştirak edən cəmiyyətin mənə-

vi dəyərlərə bağlılıgı və açdıgı məktəblərdə istifadə olunan dərsliklərin əsasən 

İstanbuldan və  Təbrizdən gətirdilməsi Qafqaz Daxili İşlər Komissarlığının 

Tədris Dairəsinin diqqətindən kənarda qala bilməzdi. Bakı  şəhər bələdiyyə 

idarəsi müxtəlif bəhanələrlə xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Səadət” cə-

miyyətinin açdığı məktəblərdə yoxlamalar aparır, tədris planları və proqramları, 

müəllimlərin kimliyi, dərsliklərin kim tərəfindən yazılması haqda müfəssəl 

məlumat tələb edirdi. Maraqlıdır ki, o dövrün maarifçi-demokratları da bir sıra 

hallarda cəmiyyətin fəaliyyətini qəbul etmir, onu molla hazırlamaqda ittiham 

edirdilər. 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuş “Səkkiz yüz 

molla” adlı məqalə də məhz bu qəbil münasibəbin nəticəsi idi. 

“Səadət”cəmiyyətinin bilavasitə iranlı tacirləri səfərbər edərək Cənubi 

Azərbaycandan gəlmiş  fəhlələrin uşaqları üçün Bakıda “İttihad”, Tiflisdə 

“Ittifaq”adlı məktəblər açması, ümumiyyətlə , müsəlmanlar arasında maarifçilik 

fəaliyyəti sahəsində onun ciddi planlarının olduğuna dəlalət edirdi. Təəssüflər 

olsun ki, pedaqoji kollektivi əsasən cənublu soydaşlarımızdan formalaşan 

“İttihad” məktəbi haqqında geniş məlumata sahib deyilik. Bakıdakı məktəbdən 

fərqli olaraq Tiflisdə açılmış  “İttifaq” məktəbi xüsusi nəzarət altında fəaliyyət 

göstərmişdir. Təbrizdən Hacı Mirzə  Məhəmməd  Əli Hacı  Şeyx  Əli oğlu adlı 

birisinin müdir olaraq dəvət edilməsi, məktəbdə türk himni və mahnılarının 

xorla oxunması, bütün müsəlman dünyasının birliyi və nicatı üçün duaların dilə 

gətirilməsi, Bakıda nəşr olunan gündəlik “Sədayi-həqq”adlı  qəzetin alınması, 

nəhayət məktəbdə  Əhməd Hilminin “Ədib” adlı kitabından dərs vəsaiti kimi 

istifadə olunması dövlət idarələrinin ciddi narahatçılığına səbəb olmuşdur. 

Məktəbin  şahzadə  Fərrux bəy Qacarın yaşadığı evdə yerləşməsi və  Cənubi 

Azərbaycanın Təbriz və  Səlmasdan gəlmiş müəllimlərin tədris prosesində 

iştirak etmə faktı  məktəbin panislamist ideyaların daşıcıyısı olduğuna dair 

hökumət dairələrində qənaət formalaşdırmışdır. Məhz buna görə də məktəb çar 

xəfiyyə idarəsinin ”Şuşinski” ləqəbli agentinin nəzarəti altına keçmişdir.  Şiə 

Ruhani İdarəsinin üzvü Axund Molla Məmməd Həsən Mövləzadənin “İttifaq” 

məktəbinə himayədarlıq etməsi də onun ardıcıl panislamist kimi qələmə 

verilməsinə  səbəb olmuşdur(28,160). Nəhayət, hökumət 1912-ci ilin 30 

oktyabrında Mövləzadənin evində axtarış apardıqdan sonra mövcud rejimə ciddi 

təhlükə mənbəyi kimi gördüyü məktəbin bağlanmasına nail olmuşdur. 

Təhsil pullu olsa da cəmiyyət mədrəsədə imkansız, lakin istedadlı 

şagirdləri öz hesabına oxudurdu. Sadəcə  cəmiyyətin 1907-1910-cu illər 

ərzindəki fəaliyyətinə dair hesabatdan bəlli olur ki, ilk üç ildə məktəbdə təhsil 

alan şagirdlərdən birinci ildə 126 nəfərdən 46, ikinci ildə 132 nəfərdən 108 və 

üçüncü ildə isə 300 nəfərdən 200 şagird bilavasitə  cəmiyyətin maddi yardımı 

hesabına oxumuşdur(6,4). Ödənişli təhsil alan şagirdlərdən  əldə olunan vəsait 

1907-1908-ci tədris ilində 11721,1908-1909-cu tədris ilində 5051,1909-1910-cu 

təris ilində isə 3566 manat təşkil etmışdir. Yenə həmin illərdə birinci dərs ilndə 



XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

236 


105, ikinci dərs ilində 289, üçüncü dərs ilində isə 335 nəfər olmaqla məktəbdən 

məzun olanların ümumi sayı 729 nəfər olmuşdur(5,16).  

Mədrəsə üçün kirayəyə götürülmüş mövcud binanın darısqal olduğunu və 

özünün müstəqil binaya sahib olması zərurətini nəzərə alan cəmiyyət rəhbərliyi 

1910-cu ildə yeni binanın tikmək haqda qərar verdi. Həmin yığıncaqda iştirak 

edən bir nəfər bənnanın hərəkəti isə milli şüurun oyanmasının və sıravi soydaş-

larımızın təmənnasız yardım etmə duyğusunun bariz örnəyi olması baxımından 

son dərəcə ibrətamizdir. Belə ki, yığıncaqda iştirak edən bir çox varlılardan səs 

çıxmadığı bir şəraitdə şəhərdə iki mülkünün olduğunu bəyan edən həmin bənna 

onlardan birinin yeni bina tikilib istifadəyə verilənə  qədər xırda balalara 

verməyi öhdəsinə götürdü. Binanın  əvvəllər qəbiristanlıq olmuş indiki göz 

xəstəxanasının yerində tikilməsi qət olundu. Binanın layihəsini hazırlamaq 

Əhməd bəy Zivərbəyova tapşırıldı. Binanın bünövrəsi qoyuldu və tkinti işlərinə 

başlandı, iki mərtəbəsi yenicə hazır olmuşdu ki, I dünya müharibəsi baş verdi. 

Hökumətin qərarına  əsasən təcili olaraq binanın damının örtülərək yaralı 

əsgərlər üçün hərbi xəstəxanaya çevrilməsi səbəbindən mədrəsə öz fəaliyyətini 

köhnə binada davam etdirməyə məcbur oldu(27,169-170). 

Cəmiyyətin həyata keçirdiyi digər bir tədbir də kitabxana açılması ilə 

bağlı olmuşdur. Kitabxananın açılmasından sonra oradakı kitabların toplanması 

praktikası da tamamilə xeyriyyəçilik ənənlərinə uyğun həyata keçirilirdi. Ayrı-

ayrı ziyalılar kitabxanaya kitab bağışlama kampaniyası başlatdılar. Qısa bir 

müddət  ərzində kitabxananın fondunda ərəb, fars, türk və rus dillərində külli 

miqdarda maraqlı kitablar toplandı(6,4).  

Cəmiyyətin Bakıdan başqa digər bölgələrdə də şöbə açdığına dair mənbə-

lərdə məlumatlara rast gəlmək mümkündür. Lakin təəssüflər olsun ki, ümumiy-

yətlə xeyriyyə  cəmiyyətlərinin, o cümlədən “Səadət” cəmiyyətinin, Azərbay-

canın digər guşələrindəki maarifçilik fəaliyyəti haqqında lazımi araşdırma 

hələlik aparılmamışdır. İnanırıq ki, gələcək tədqiqatlarda bu boşluq doldurula-

caq və xalqımızın maarifçilik tarixində müstəsna rol oynamış  cəmiyyətlərin 

bölgələrdəki fəaliyyətləri də layiq olduğu qiyməti alacaqdır. 



4. “SƏFA” CƏMİYYƏTİ 

Həmin dövrdə maarifçilik fəaliyyətilə  məşğul olmuş xeyriyyə  cəmiy-

yətlərindən biri də 1910-cu il 12 iyulunda əsasən maarifpərvər ziyalılar tərə-

findən təsis edilmiş “Səfa”cəmiyyəti idi. Başlıca məqsədi milli mədəniyyəti və 

maarifi inkişaf etdirmək olan “Səfa”cəmiyyətinin ilk işi Bakıda eyni adlı mək-

təb açmaq oldu. Bu hadisənin başqa tarixi bir yönü də “Səfa”nın xeyriyyə 

cəmiyyətlərinə aid xüsusi məktəblər arasında özünün müstəqil binası olan ilk 

məktəb statusunu qazanmış olması ilə bağlıdır. Ancaq məktəb binasının kimin 

tərəfindən tikdirilməsi məsələsində müraciət etdiyimiz mənbələrdə bir-birini 

təkzib edən ziddiyyətli fikirlər mövcuddur. Ümumiyyətlə, həmin dövrdə Bakıda 

fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətləri ilə əlaqədar maraqlı və zəngin məlu-

mat vermiş yazıçı Qılman İlkinə görə, iki mərtəbədən ibarət həmin bina 1910-cu 



M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

237 


ildə varlı ziyalılardan  Əlibala Zərbəliyev tərəfindən tikilərək cəmiyyətə bağış-

lanmışdır (11,219). Mərhum yazıçı Manaf Süleymanov isə Qaziyevin böyük 

Çəmbərəkənd küçəsindəki mülkünün yaxınlığında yerləşən məktəbin səkili 

binasının mərtəbəyarımlıq olduğunu yazmışdır(27,23). 

1914-cü ildən sonra isə maarifçilik fəaliyyətini bir qədər də genişləndirən 

cəmiyyət Biləcəri, Binə, Qobu kəndlərində məktəb, Quba qəzasının Dəvəçi kən-

dində rus-müsəlman məktəbi açmağa müyəssər oldu(9,230). 1914-cü il yanvarın 

6-da  şəhər dumasının yığıncağında cəmiyyətin fəaliyyətinin dayandırılaraq 

bazasında “Cəmiyyəti- Səfa”adlı yeni bir cəmiyyətin təsis edilməsi, onun bütün 

əmlak və vəsaitinin yeni cəmiyyətə verilməsinə dair qərarından sonra cəmiyyət 

1918-ci ilə qədər fəaliyyətini bu ad altında sürdürmüşdür. “Cəmiyyəti- Səfa” da 

öz sələfinin maarifçilik fəaliyyətlərini davam etdirmiş, yaşlı  və böyüklər üçün 

axşam kursları açmış, mövcud məktəblərin birini rus-tatar məktəbinə çevirmiş-

dir (28,165). Bu mənada cəmiyyətin 1917-ci ilin yazında müsəlmanlar arasında 

Azərbaycan və rus dillərində savadsızlığın ləğvi və qızlara tikiş, əl işi öyrətmək 

məqsədilə açdığı kurslar onun maarifçilik sahəsində gördüyü son tədbirlərdən 

oldu. Düzdür, həmin kursların ömrü çox da uzun sürmədi, lakin qısa müddət 

ərzində  də olsa cəmiyyət imkansız valideynlərin uşaqlarının müəyyən qismini 

pulsuz oxutmağa nail oldu. “Səfa” cəmiyyətinin bilavasitə özünün müstəqil şə-

kildə açdığı  və yaxud maliyyələşdirdiyi təhsil müəssisələrindən başqa, cəmiy-

yətin ayrı-ayrı üzvləri tərəfindən Bakı  şəhərində tikilən məktəblərə  də yardım 

göstərildiyini qeyd etmək lazımdır. 

Cəmiyyətin nəzdində dövrünün görkəmli aktyorları, yazıçı və dramaturq-

ları öz ətrafında birləşdirmiş xüsusi teatr truppası fəaliyyət göstərirdi. Cəmiyyət 

təşkil etdiyi tamaşalara “Nicat” cəmiyyətinin nəzdində  fəaliyyət göstərən bəzi 

aktyorları da dəvət edirdi. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu da iki cəmiyyət 

arasında lüzumsuz gərginliyə və yersiz çəkişmələrə səbəb olurdu. Bununla bəra-

bər, opera müğənnilərin səslərini qrammafon vallarına yazdıran cəmiyyətin mil-

li opera sənətimizin inkişafında inkarolunmaz rol oynadığını da xüsusilə qeyd 

etməliyik. 



Yüklə 341,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin