Xülasə Məqalədə Azərbaycan Respublikasının kənd təsərrüfatında enerji istehlakının dinamikası təhlil


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.03.2023
ölçüsü0,56 Mb.
#91919
növüXülasə
1   2   3   4   5   6
Kənd təsərrüfatında enerji istehlakı səmərəlilik və dayanıqlılıq kontekstlərində baxış

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 4 (34) Agricultural Economics 
 
 
66 
artım meyilinin davam edəcəyi gözələniləndir. Hazırda ölkədə kənd təsərrüfatında enerji istehlakının 
nisbi səviyyəsi inkişaf etmiş aqrar sektora malik dövlətlərin müvafiq göstəriciləri ilə müqayisədə 
xeyli aşağıdır. Qeyd edək ki, 2018-ci ilin məlumatlarına əsasən sözügedən göstərici Avropa İttifaqı 
ölkələri üzrə orta göstəricidən 1.5 dəfə geri qalır. 
Kənd təsərrüfatında enerji səmərəliliyinin səviyyəsi 
Araşdırılan dövrdə aqrar sahədə ilkin enerji resursları sərfinin artımının uzunmüddətli templəri 
məhsul istehsalının artım templərini qabaqlayıb. Nəticədə kənd təsərrüfatında məhsulun enerji 
tutumluğu yüksəlib. Hesablamalara görə, 2008-2019-cu illərdə aqrar sahədə istehsal olunan fiziki 
ifadədə məhsul vahidinə sərf olunan ilkin enerjinin həcmi 9.9 % çox olub. Eyni zamanda, son illərdə 
enerji səmərəliliyinin azalması meylinin qarşısı alınıb. 2015-2019-cu illərdə aqrar sahədə məhsul 
vahidinin istehsalına görə enerjinin həcmi 3.4% aşağı düşmüşdür. 
Bununla belə, hazırki şəraitdə ölkəmizin kənd təsərrüfatında enerji tutumluğunun səviyyəsi 
hələlik yüksək olaraq qalır. Bu, müvafiq ölkələrarası müqayisələrdən də aydın olur (Diaqram 2)
Diaqram 2. 2018-ci ildə kənd təsərrüfatında əlavə dəyərin enerji tutumluğu (1000 ABŞ 
dolları əlavə dəyərə düşən ilkin enerji məhsulları sərfinin həcmi, NET-lə)* 
 
Mənbə: Ölkələr üzrə enerji balanslarının məlumatları 
*Dünya üzrə orta göstərici 2017-ci ilə aiddir 
2-ci diaqramdan aydın olduğu kimi, Azərbaycanın kənd təsərrüfatında əlavə dəyərə görə 
hesablanılan enerji tutumluğu göstəricisi orta dünya səviyyəsi ilə müqayisədə demək olar ki, 2.6 dəfə 
yüksəkdir. Həmin göstərici ölkəmizdə qonşu dövlətlərdən Gürcüstan və Türkiyəyə nisbətən də çox 
yüksəkdir. Digər həmsərhəd ölkələrlə fərq də əhəmiyyətli dərəcədədir. Aqrar sahədə ilkin enerji 
resurslarının istehlak səviyyəsinə görə göstəriciləri Azərbaycana nisbətən yaxın olan Avropa 
ölkələrindən İspaniya və Portuqaliyada da enerji tutumluğunun nəzərdən keçirdiyimiz göstəricisinin 
kəmiyyəti müvafiq surətdə 2.5 və 3 dəfə aşağıdır. 
Enerji tutumluğunun yuxarı olması ilkin enerji resurslarının istehlakının ardıcıl olaraq artdığı 
şəraitdə son nəticədə istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyinin 
yüksəldilməsinə mane olan amilə çevrilir. 
209
28
187
95
142
81
0
50
100
150
200
250
Azərbaycan Gürcüstan
Rusiya
Türkiyə
İran
Dünya



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin