Xülasə Məqalədə Azərbaycan Respublikasının kənd təsərrüfatında enerji istehlakının dinamikası təhlil


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.03.2023
ölçüsü0,56 Mb.
#91919
növüXülasə
1   2   3   4   5   6
Kənd təsərrüfatında enerji istehlakı səmərəlilik və dayanıqlılıq kontekstlərində baxış

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 4 (34) Agricultural Economics 
 
 
65 
Azərbaycanın kənd təsərrüfatında ilkin enerji resursları istehlakının səviyyəsi və 
dinamikası 
Aqrar sahə Azərbaycan iqtisadiyyatının ümumi enerji istehlakında əhəmiyyətli yer tutur. Ölkənin 
Enerji Balansının məlumatlarına əsasən, 2019-cu ildə kənd təsərrüfatı, meşəçilik və balıqçılıqda 502 
min neft ekvivalenti tonu (NET) ilkin enerji məhsulları sərf olunub. Bu, həmin ildə ölkə üzrə enerjinin 
son istehlakının 4.6%-nə bərabər olub və ya sənaye və tikintidə enerji istehlakına nisbətdə 31.9% təşkil 
edib. Müasir şəraitdə aqrar sahədə enerji istehlakının artım templəri uzunmüddətli planda ümumi 
iqtisadiyyat üzrə enerji istifadəsinin artım templərini qabaqlayır (Diaqram 1)
Diaqram 1: 2008-2019-cu illərdə enerji istehlakının artım dinamikası 
Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları 
Bununla bağlı enerjinin son istehlakında kənd təsərrüfatının payının yüksəlməsi müşahidə 
edilir. Həmin göstəricinin kəmiyyəti 2008- 2019-cu illərdə 0.8 faiz bəndi artmışdır [1]. Qeyd etmək 
lazımdır ki, hazırkı şəraitdə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında enerji istehlakının həcminin 
azalması və ya stabilləşməsi müşahidə edilir. 2008-2018-ci illərdə Avropa İttifaqına daxil olan 27 
ölkə üzrə kənd təsərrüfatı tərəfindən istehlak olunan enerjinin mütləq ifadədə həcmi 3% aşağı 
düşmüşdür. Həmin dövrdə enerjinin son istehlakında aqrar sahənin payı 3.2% səviyyəsində 
stabilləşmişdir. Bununla belə, keçmiş sosialist düşərgəsinə aid olmuş Şərqi Avropa dövlətlərinin 
bəzilərində kənd təsərrüfatında enerji istehlakının mütləq həcminin müəyyən qədər artması meyli 
saxlanılır [8].
Azərbaycan iqtisadiyyatının aqrar sektorunda enerji istehlakının mütləq həcmi ilə yanaşı nisbi 
səviyyəsi də yüksəlir. İlkin enerji resursları sərfinin hər hektar kənd təsərrüfatına yararlı torpaq 
sahəsinə düşən həcmi 2008-ci ildə 66, 2019-cu ildə isə 108 şərti neft kiloqramına bərabər olmuşdur. 
Hesablamalarımıza görə, ölkəmizdə qeyd edilən göstəricinin kəmiyyəti, qonşu ölkələrdən Türkiyənin 
müvafiq göstəricisinə uyğun gəlir və Gürcüstanın müvafiq göstəricisindən 7.8 dəfə, İranın müvafiq 
göstəricisindən isə 1.3 dəfə böyükdür. Ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqların hər hektarına 
görə sərf olunan enerjinin həcmi, həmçinin dünya üzrə orta səviyyəni 2.3 dəfə qabaqlayır. 
Göstərilənlərə əsasən, Azərbaycan iqtisadiyyatının aqrar sektorunda enerji istehlakının nisbətən 
yüksək səviyyəsinin qərarlaşdığını demək mümkündür. Bununla belə qarşıdakı dövrlərdə bu sahədə 
0,5
0,7
0,9
1,1
1,3
1,5
1,7
1,9
2008
2009
2010
2015
2016
2017
2018
2019
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
Cəmi son istehlak



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin