Xocalı soyqırımı: tarix olduğu kimi Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi



Yüklə 151.87 Kb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü151.87 Kb.

“Azərbaycan”.-2015.-24 fevral.-N 43.-S.6. 

Xocalı soyqırımı: tarix olduğu kimi 

Tarixinin  müxtəlif  dönəmlərində  ermənilər  tərəfindən  soyqırımına  məruz  qalan  Azərbaycan 

xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu 

ilə  yaranan  mürəkkəb  tarixi  və  ictimai-siyasi  şəraitdə  dövlət  müstəqilliyini  yenicə  qazanan 

Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin 

yeni tarixinə qara hərflərlə yazıldı. 

 

Ümummilli lider Xocalı soyqırımının siyasi-hüquqi qiymətini verdi 

 

 1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıda  baş  verənlər  Azərbaycan  xalqının  yaddaşına 



əbədi  həkk  olundu.  Lakin  xalq  Xocalı  kədəri,  hüznü  yaşadığı  vaxtda  faciənin  ağırlığı  o  zamankı 

Azərbaycan  hakimiyyəti  tərəfindən  lazımi  şəkildə  qiymətləndirilmədi.  O  vaxtkı  dövlət  başçısı  Ayaz 

Mütəllibov və rəhbərliyi təmsil edən digər vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, 

XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə 

çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasi 

və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi. 

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət 

üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də 

ölkədə  vəziyyətə  təsir  etmək  imkanı  olan  siyasi  qüvvələr  xalqın  taleyinə  biganəlik  nümayiş  etdirdilər. 

Dövlət  rəhbərliyi  bu  dəhşətli  cinayət  haqqında  dünya  ictimaiyyətinə  tam  və  operativ  məlumat  vermək 

üçün  heç  bir  addım  atmadı,  müxalifət  isə  qanlı  faciədən  xalqın  narazılıq  dalğası  üzərində  hakimiyyətə 

gəlmək üçün istifadə etdi. 

Yalnız  ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışından  sonra  Xocalı  faciəsi  özünün  əsl 

siyasi-hüquqi  qiymətini  aldı,  soyqırımı  haqqında  həqiqətlərin  dünya  dövlətlərinə  və  beynəlxalq 

ictimaiyyətə  çatdırılması  üçün  təsirli  tədbirlər  görüldü.  Beləliklə,  erməni  şovinist  millətçilərinin 

azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımının  dünya  ictimaiyyətinə 

çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. 

Bu siyasət indi Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi 

ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. 

Sözügedən siyasətin əsası ulu öndər tərəfindən qoyulub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü 

il  fevralın  24-də  Milli  Məclis  “Xocalı  Soyqırımı  Günü  haqqında”  qərar  qəbul  edib,  BMT-yə,  dünya 

dövlətlərinə  bu  qətliamın  gerçək  mahiyyətini  açıqlayaraq  beynəlxalq  ictimaiyyəti  erməni  terrorizminə 

qarşı  təsirli  tədbirlər  görməyə  çağırıb.  Qəbul  edilmiş  qərara  əsasən,  1992-ci  il  fevralın  26-da  erməni 

təcavüzkarları  tərəfindən  törədilmiş,  Azərbaycan  xalqının  milli  faciələrindən  və  bəşər  tarixinin  qanlı 

səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. 

Bununla da, ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində iş görüldü. 

 

Xocalılılar Xocalının ölməzlik tarixini yaratdılar 

 

Ümummilli  lider  hər  il  faciənin  ildönümündə  Xocalı  soyqırımı  ilə  bağlı  xalqa  müraciət  edirdi.  Ulu 

öndər  Heydər  Əliyev  həmin  müraciətlərdə  faciənin  səbəblərinə,  nəticələrinə  də  xüsusi  toxunurdu.  Belə 

müraciətlərin birində ümummilli lider demişdi: “...1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika 

ilə  silahlanmış  Ermənistan hərbi  birləşmələri  keçmiş  sovet  ordusunun  366-cı  motoatıcı  alayının  köməyi 

və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək yüzlərlə köməksiz,  günahsız, 

dinc  əhaliyə  divan  tutmuş,  uşaqlara,  qadınlara  və  qocalara  belə  aman  verməmişlər.  XX  əsrdə  ermənilər 

tərəfindən  Azərbaycan  xalqına  qarşı  dəfələrlə  təcavüz  edilib,  soyqırımı  törədilibdir.  Onlardan  ən 

dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır mənəvi 

zərbə  olmuşdur.  Ancaq  xocalılılar  hətta  genosid  günündə  belə  özünü  əsl  qəhrəman  kimi  aparmış,  son 

damla  qanlarına  qədər  qeyri-bərabər  döyüşdə  igidliklə  vuruşmuş  və  bu  şəhərin  ölməzlik  tarixini 

yaratmışlar. 

Xocalı  faciəsinin  baş  verməsində  Azərbaycanın  o  vaxtkı  rəhbərliyi,  hakimiyyət  orqanları  böyük 

məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli 

əhalidən fərqli  olaraq,  hər bir  vətəndaşın  müdafiəsini  təmin  etməyə  borclu  olan  respublika  rəhbərliyi  o 

zaman  tam  fəaliyyətsizlik  və  xalqın  taleyinə  biganəlik  göstərmiş,  əsas  diqqəti  hakimiyyət  uğrunda 



mübarizəyə  yönəltmişdir.  Ən  acınacaqlısı  odur  ki,  sonralar  da  Xocalı  hadisələrindən  erməni 

terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə 

olunmuşdur. 

Xocalıda  misli  görünməmiş  qəddarlıqla,  vəhşiliklə  törədilmiş  dinc  əhalinin  qırğınının  dünyanın  hər 

hansı  guşəsində  baş  verməsinin  qarşısını  almaq  üçün  Xocalı  həqiqətləri,  ümumiyyətlə,  Azərbaycan 

xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya 

ictimaiyyətinə  hərtərəfli  çatdırılmalı,  onların  qəti,  birmənalı  mövqelərini  bildirmələri  üçün  ciddi  və 

məqsədyönlü iş aparılmalıdır. 

Heç şübhə yoxdur ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər 

ərzində  Ermənistan-Azərbaycan  münaqişəsinin  nizamlanması  və  Dağlıq  Qarabağ  probleminin  həlli 

istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin 

ərazi  bütövlüyünün  bərpa  olunmasına,  soydaşlarımızın,  o  cümlədən  qəhrəman  xocalılıların  öz  doğma 

yurduna qayıdacağına böyük ümid verir...” 

Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 

1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı 

soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi 

bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin 

xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. 

Ulu  öndərin  1998-ci  il  martın  26-da  imzaladığı  “Azərbaycanlıların  soyqırımı  haqqında”  fərmanla 

azərbaycanlılara  qarşı  müxtəlif  illərdə  mütəmadi  olaraq  törədilmiş  soyqırımı  cinayətlərinə,  o  cümlədən 

Xocalı  soyqırımına  ilk  dəfə  siyasi  qiymət  verildi.  Fərmanda  dünya  ictimaiyyətinə  bəyan  edilir  ki, 

Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün  faciələri  torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq, 

ermənilərin  azərbaycanlılara  qarşı  planlı  surətdə  həyata  keçirdikləri  soyqırımı  siyasətinin  ayrı-ayrı 

mərhələlərini təşkil edib. 



 

 

Rəşad CƏFƏRLİ. 

 

Каталог: docs -> qazet
qazet -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
qazet -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
qazet -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
qazet -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
qazet -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
qazet -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
qazet -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
qazet -> S. Azərbaycan səhiyyəsi bu gün
qazet -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
qazet -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə