İslam səNƏTİ


Haqq yolunda: sui-qəsdin ifşası”. Kitabın üz cildi



Yüklə 11,59 Mb.
səhifə12/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
Türküstan dərvişləri

RƏSM
Deyilənə görə, bir gün Əbdulla bin Abbasın (ə.s.) yanına bir nəfər gəlir və deyir: “Ya, İbn Abbas, doğrusu budur ki, mənim bir adam kimi dolanacağım və qazancım əlimin zəhməti, çəkdiyim rəsmlər hesabınadır”. İbn Abbas dedi: “Mən sənə təkcə Allahın Rəsullundan eşitdiyimi deyəcəyəm. O dedi: “Hər kəs ki, canlıların rəsmini çəksə, Allah o adamı çəkdiyi rəsmə ruh üfürənə qədər əzab verəcək və o isə bunu heç vaxt edə bilməyəcək”. Bu sözləri eşidəndə o adam dərindən ax çəkdi və qorxudan rəngi sap-sarı oldu. Onda İbn Abbas ona, belə dedi: “Vay sənin halına. Əgər bundan sonra da bununla məşğul olmaq istəyirsənsə, onda sən, ancaq, ağac rəsmi və qeyri cansız şeyi çəkməlisən” (Səhihi Buxari).

Rəvayət olunduğuna görə Həzrəti Aişə (ə.s.) bir dəfə balaca bir yastıq almışdı. Onun üstündə heyvan rəsmləri var idi. Rəsulullah (s.a.s) bunu görüncə qapının önündə durdu, içəri girmədi. Mən bu sırada Rəsulun üzündə şiddət əsərini sezdim, soruşdum: ”Ya, Rəsulullah! Allaha və Onun Rəsuluna tövbə edirəm. Fəqət, bilmirəm ki, nə qüsur etdim? O dedi: Bu balışın burada nə işi var? Mən: “Ya, Rəsullulah, gah üzərində oturarsan, gah ona söykənərsən deyə sənə aldım”, deyə cavab verdim. Rəsulullah: “Bu surətlərin sahibləri qiyamət günü, mühəqqəq, əzab olunacaqlar. Və bu kimsələrə, təsvir etdiyiniz bu heyvanları dirildin, deyiləcək”.

Yenə Rəsul dedi ki: “O evdə ki, içində surətlər vardır, artıq o evə mələklər girməz”, buyurdu.

Deyildi ki: “Aişənin (r.a.) bir pərdəsi vardı ki, onunla otağının bir tərəfin örtmüşdü. Nəbii- Əkrəm (s.ə.s) ona: ”Bu pərdəni qarşımdan al. Üzərində təsvirlər namazda ikən hey mənə görünür durur, buyurdu.”

Bundan başqa, bunun əksinə deyilmişdir ki, Həzrəti Rəsul (s.ə.s.) pərdənin götürülüb ondan balış qayırılmasına e’tiraz etməyib. Türk alimi Məhmət Şükrü Sözərin dediyinə görə, bunda hikmət odur ki, vacibə görə namaz vaxtı adamın qarşısında canlı şeyin təsviri olmamalıdır.

Keçən əsrin əvvəlində dinin islahatçısı Şeyx Məhəmməd Abdo fitva verdi ki, müsəlmanlar rəsm çəkib heykəl düzəldə bilərlər, çünki artıq bütpərəstlik qorxusu keçib getmişdir. Bu düzgün fikirdir, ələlxüsus foto, film və televiziya icad olunandan sonra və müsəlmanların onlardan çəkinmədən istifadə etməklərindən sonra rəsm əsərlərinin qadağası məntiqdən kənar bir fikir olardı.

HZ.PEYĞƏMBƏRİN (S.Ə.S.) TƏSVİRİ


Sünni alimləri peyğəmbərlərin surətlərinin və, ələlxüsus, Hz. Məhəmmədin (s.ə.s) surətinin çəkilməsini qadağan ediblər. Onlar bunu bütpərəstliyin təbliğinə gətirəcəyindən qorxurdular. Şiə alimlər də, tarixən, həmişə, belə şeylərin əleyhinə olublar, ancaq buna baxmayaraq, hal-hazırda, şiələrin arasında İmamların rəsmləri geniş yayılmışdır. Hətta, mən, şiə məscidlərində belə, Əmirilmöminin, Əlinin (ə.s.) və başqa İmamların kiçik təsvirlərinin orada sütunların üzərində asıldığını görmüşəm.

Bir dəfə, Bakıda, küçədə bir iranlının üzərində İmamların təsvirləri olan şəkilləri satdığını gördüm. Birini ondan aldım. “Əlamdarı-Kərbəla” (Kərbəla bayraqdarı), Həzrət Abbas Əbülfəzlin (ə.s.) gözəl, zövqlə çəkilmiş bu rəsmi indi bizim evdə divardan asılıb.

Mən, bir dəfə bir savadlı iranlıdan soruşdum ki, bu cür şəkillərin çəkilişi işinə İranın üləmaları, ilahiyyatçıları necə baxırlar, bunlar məqbuldur, ya yox. O dedi ki, əvvəllər onların alimləri belə şəkillərə e’tiraz etmirdilər, ancaq son vaxtlar əleyhinə danışırlar, düzgün olmadığını söyləmişlər.

Lakin, əməldə, uzaq keçmişdən bu yana bu qadağalara ciddi riayət olunmurdu. Şahlar, sultanlar və dövlətli əyanlar, özlərinin istifadəsi üçün, şəxsi kitabxanaları üçün Hz. Nuh (ə.), Hz. İbrahim (ə.), Hz. Yusif (ə.), Hz. Məhəmməd (s.ə.s.) rüsumlu kitabları və ayrıca vərəqləri rəssamlara çəkdirərdilər.

Ümumiyyətlə, İslamda, şəkili müqəddəs kitab adında bir şey yoxdur. Xaçpərəstlərin müqəddəs kitabları dini şəkillərlə bəzənmiş olduğu halda Qur’ani-Kərimə şəkillər əlavə olunmur. Xaçpərəst adətinə görə kilsələrin divarları, tavanları və hətta pəncərələri dini məzmunlu təsvirlərlə bəzənilə bilər. Yunanlar və ruslar isə inanırlar ki, üzərində Hz. Məryəm və Hz. İsa (ə.) təsvirlərini daşıyan “ikon” adlanan, taxta lövhələrinin bə’zilərində xüsusi bir bərəkət var. Bunlara görə bu ikonlarla əlaqədə tez-tez cürbəcür möcüzələr müşahidə olunur. Fəqət, bə’zi tarixi dövrlərdə, yunan kilsələrində xaçdan savayı heç bir təsvirin çəkilməsi qəbul olunmurdu. Həmdə bu gün belə, bə’zi protestant firqələri xaçpərəst müqəddəslərinin təsvirlərinin kilsədə yerləşdirilməsini məqbul saymırlar.

Hz. Peyğəmbərin (s.ə.s) təsvirlərini çəkən müsəlman naqqaşları, rəssamları və onları sifariş edənlər anlayırlar ki, bu təsvirlər əsla ibadət məqsədi daşımır.

Erkən çağda, belə təsvirlərdə Hz. Rəsulun (s.ə.s.) üzü pərdə ilə örtülü və ya da ki, bir alov şəklində olurdu. Miladi tarixlə 1500-cü ildən sonra, bə’zi təsvirlərdə üzü açıq şəkillərə də rast gəlmək olur. Fəqət, deyildiyinə görə Hz. Məhəmmədin (s.ə.s.) təsvirləri İslamın tarixi boyu nadir halda təsadüf olunur. Mənim öz şəxsi kitabxanamda, müasir çap kitablarımda müsəlman rəssamlarının qədimdə çəkmiş olduqları Peyğəmbərin (s.ə.s.) doqquz sayda rəsmi var. Bə’zi şəkillərdə o, arvadları və qızı ilə birlikdə təsvir olunub. Onun başının ətrafında parlaq fərr də çəkilib. Məzmunu isə, çox halda, Peyğəmbərin (s.ə.s.) meracı olub.

Osmanlı Dövlətində, 1595-ci ildə tamamlanmış Peyğəmbərin (s.ə.s.) tərcümeyi-halı, “Siyəri-nəbi” əlyazma kitabı çıxmışdı. Onu, Sultan Murad öz oğlu üçün sifariş etmişdi. Bu, çox-cildli kitabda, əsasən, Həzrəti-Rəsul olmaqla səkkiz yüzdən çox təsvirlər var. Ancaq orada Həzrətin üzü açıq olmayıb, pərdə altında gizlədilib.

Burada, həm də Danimarka rəsmləri haqqında söhbət açmaq istəyirəm. Hamı eşidib ki, Danimarkanın bir qəzetində bir rəssamın çəkdiyi, müsəlmanları məsxərəyə qoyan rəsmlər dərc olunmuşdu. O rəsmlərin arasında Peyğəmbərin (s.ə.s.) gülünc şəkildə təsvir olunan bir rəsmi də vardı. Bu məsələ böyük, nataraz bir qalmaqala səbəb oldu.

Bu fitnənin layihəsini hazırlayanlar burada da öz məqsədlərinə nail oldular. Məqsəd isə o olub ki, xaçpərəstlərlə müsəlmanlar arasında qarşıdurma yaratmaq. Müsəlmanlar bu oyuna gəldilər və uduzdular.

Özümdən danışım. Həyatda bir şeyi bilmişəm ki, gərək küçə, bazar əhlinə baş qoşmayasan. Əgər şəhərdə gəzəndə bir axmaq adam səni məsxərəyə qoyur, söz atırsa və ya söyürsə gərək ona fikir verməyib keçib gedəsən. Necə deyərlər, it hürər, karvan keçər. Sən özünü ağıllı, mədəni adam sayırsansa gərək elə adamlara fikir verməyəsən. Çünki o adam, söyüş və ya məsxərə vasitəsi ilə səni qızışdırıb özü ilə üz-üzə gəlməyini istəyir. Əgər, sən təmkinli olub, ona fikir verməyib keçib getsən, ona qalib gəlmiş olarsan. Demək, onun hədəfi boşa çıxdı. Ancaq durub onunla sözləşsən, onda deməli onun sözü sənə tə’sir etdi, toxundu. Dava eləsən, bununla özünü onun səviyyəsinə, küçə əhlinin səviyyəsinə salmış olarsan.

Bu məsələdə müsəlmanlar da gərək mənim kimi hərəkət edəydilər. O rəsmlərə əhəmiyyət verməyəydilər. Onda biz udmuş olardıq, onlarsa uduzmuş. Əgər səni təhqir edənin məqsədi sənə sataşmaq, könlünə dəyməq, səni coşdurub, özündən çıxartmaqdırsa, onda sən gərək onu saymayıb sakit durasan, ona fikir verməyəsən.

Məsəl üçün, mən Danimarkada yaşamıram, Danimarka qəzetlərini alıb oxumuram. Yerdə qalan müsəlmanlar da mənim kimi. Qərb mətbuatı bu qalmaqalı salmasaydı biz haradan biləcəkdik ki, haradasa, hansı qəzetdəsə bu cür rəsmlər var. Əslində bu məsələni şişirdən, hay-küy salan Qərb mətbuatı olub. Qərb qəzet və məcmuələri o rəsmləri təkrarən, dəfələrlə öz səhifələrində dərc edib müsəlmanları qıcıqlandırmağa, hansınsa işləri görməyə təhrik etməyə başladılar. O hay-küydən sonra dünyada hamı o rəsmləri gördü, o qəzetin varlığından xəbər tutdu.

O rəsmləri görəndə heç bir hiss keçirmədim. Çünki onlar axmaq, mə’nasız rəsmlər idi. Orada bir saqqallı kişi rəsmi altında “müsəlmanların peyğəmbəridir” yazısını görəndə də bu, mənə toxunmadı. O rəsm başqa, bizim Hz. Peyğəmbər başqa.

Həyatda bir şeyi başa düşmüşəm ki, təhqir etmək asandır, hörmət etmək çətindir. Təhqir etməyi hər kəs bacarar, ancaq hörmət etmək üçün adamın adamlığı, qanacağı olmalıdır, ağıllı-başlı adam olması lazımdır.

Ondan başqa, bu gün Qərbdə, xristian aləmində rəssamlar, yazıçılar və film sənətkarları xristian dinini, onun ruhanilərini və hətta Hz. İsanı (ə.s.), Hz.Məryəmi təhqir etməkdən çəkinmirlər. Onlar öz dininə hörmət etməyəndə onda daha biz onlardan bizim Peyğəmbərə (s.ə.s.) hörmət göstərməyi necə tələb edə bilərik.


Roma Papasının köməkçisi, bu yaxınlarda, nəhayət təngə gəlib demişdi ki, Qərb mətbuatının işi daima Vatikanın adını pisə çəkmək, ruhaniləri qaralamaq, xaçpərəst dininə qarşı çıxmaqdır.

Bu yaxınlarda Roma Papası harasa səfərə çıxmışdı, deyəsən İspaniyaya. Orada onu, iki yüz min katolik məzhəbindən olan dindar gənclər, böyük sevinclə, gül-çiçəklə qarşılamışdılar. Böyük bir izdiham vardı. Ancaq masonluğa xidmət edən Qərb mətbuatı, televiziya kanalları, hamısı bir səslə, bağırırdı, həyayasızlıqla və riyakarcasına “səfər çox uğursuz keçdi”, deyirdi. Soruşsan niyə? Cavab verirlər, on beş nəfər nümayişə çıxıb “biz Papanı istəmirik” deyib səfərə e’tirazlarını bildiriblər. Papanın köməkcisi isə acıqla Qərb televiziya kanallarını məzəmmət etdi. Dedi, on beş nəfərin e’tirazını görürlər, ancaq iki yüz minlik izdihamı görmək istəmirlər. Uğurlu səfəri, riyakarcasına uğursuz e’lan edirlər. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Qərb ələmində dinə düşmən olan qara qüvvələr var...

Qorbaçevin hakimiyyəti dövründə, Bakıda bir videoya, İsa peyğəmbər (ə.s.) haqqında Amerikada çəkilmiş bir filmə baxdım. Filmi yaradanların məqsədi, dinsizliyi təbliğ etmək, xaçpərəst tamaşaçılarını inandırmaq idi ki, İncil yalan danışır, Hz. İsa, əslində, heç də peyğəmbər olmayıb, o, dünyəvi bir həyat sürüb, arvad uşaqları olub, ölüləri diriltməyib, çarmıxa çəkilməyib və s.

Filmin başlanğıcında göstərilirdi ki, İsa (ə.s.) bir fahişəxanaya gedib, orada, şəffaf pərdə arxasında, baş tutan, kişi müştəri ilə fahişə arasındakı cütləşməyə, cima’ya tamaşa edirdi. Filmdə Şərq musiqisi kimi bizim muğamat səslənildi. Onu amerikalı ermənilər çalırdı. Ancaq bunlar çox naşı çalğıçılar idi.

Doğrusunu desəm, filmə divanda uzanıb baxdığıma görə bir az da baxdıqdan sonra yuxuya getmişdim. Onun məzmununu sonradan başqa yerdən öyrəndim. Qərbin kütləvi mətbuatında, televiziya kanallarında və radiolarında bu film üçün güclü təbliğat gedirdi, o, geniş reklam olunurdu, onu çəkənləri çox tə’rif edirdilər. Onun reklamına milyonlarla dollar pul xərclənirdi.

Yadımdadır ki, uşaqlıqda, sovetin “Pravda” qəzetində oxumuşdum ki, amerikalı bir keşiş Hollivudun film sənayesini tənqid edən bir kitab yazmışdı. Bu xəbər məni çox təəccübləndirmişdi. Keşiş hara, kino sənəti hara. Bunların nə əlaqəsi ola bilər. Ancaq indi başa düşürəm ki, o din xadimini film sənəti haqqında kitab yazmağa nə vadar etmişdi. Bilirəm ki, Hollivudda istehsal olunan filmlər hamısı bir düstura görə hazırlanıb, çəkilib. Bu əsərləri yaradanların məqsədi – dinə, əxlaqa qarşı təbliğat aparıb, ali, mə’nəvi meyarları aradan aparmaq, cəmiyyətdə dinsizliyi və pozğunluğu yaymaqdır. Ancaq nə olsun ki, o cür din xadimləri nə qədər danışsalar-danışsın Amerikada onlara qulaq asan yoxdur, bu cür tənqidlərin hakim dairələrə də heç bir tə’sirri yoxdur. Bu günün siyasətindən başı çıxan adam bilir ki, dinə qarşı mübarizə sionist və mason məramnamələrinin birinci bəndidir. Bilindiyi kimi Hollivud film müəssisələrinin sahibləri hamısı yəhudilər, sionistlərdir.

Qərbin bədii ədəbiyyatında və Hollivud filmlərində ruhanilər, keşişlər həmişə ikrah hissi oyadan, pis adamlar kimi, onun əksinə, dini-imanı olmayan naxuda adamlar -- oğrular, qatillər, əyyaşlar, qəhbələr, fahişələr isə rəğbət doğuran, nümunəvi, yaxşı adamlar kimi təsvir olunur.

Sovet dövrü zamanı Qərbin təbliğatı bizi inandırmağa çalışırdı ki, marksist, kommunist siyasəti dinsizlik üzərində qurulub. Ancaq bunun əksinə kapitalist, burjua cəmiyyətində “vicdan azadlığı” kimi adlanan bir şey var. Yə’ni bizim dildə desən din azadlığı var, hər kəsin dini e’tiqadı üçün tam sərbəstlik var, din əleyhinə təbliğat yoxdur. Bunlar hamısı yalan çıxdı. Mən sonradan, sovetin dağılmasından sonra, Avropada yaşayanda başa düşdüm ki, həm kommunist cəmiyyətində, həm də kapitalist cəmiyyətində, eynən, dinə, e’tiqada və əxlaqa yer yoxdur.






Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin