İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə14/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
(Əzizəddin Nəsafi, qaddəsallahu sirruh, XIII əsr sufi müəllifi)

Bu yaxınlarda Bakı televiziya kanallarının birində bir diktor qız kağızdan oxuyub dedi ki, bu gün bütün dünyada ana dili günü qeyd edilib. Azərbaycan Respublikasında da bizim ana dili günümüz qeyd olundu. Bunu eşidəndə mən öz-özümə dedim ki, bu məmləkətdə, bu qız daxil olmaqla, “ana dili” ifadəsinin nə olduğunu, heç kəs bilmir.

Bizim vətəndaşlar belə düşünürlər. Bizim respublikanın dünyanın o biri dövlətlərindən nəyi əskikdir? İndi ki dünya ana dili gününü qeyd etdi, biz də edək. Soruşsan necə qeyd etdiniz? Cavab verəcəklər, televiziyada “qeyd etdik” sözünü deməklə qeyd elədik. O qızdan və başqa ali təhsil almış vətəndaşlarımızdan soruşsaq ki, “Azərbaycanda və Rusiyada ana dili hansı dillərdir?” Hamısı bir səslə deyəcəklər bizim respublikada ana dili Azərbaycan dilidir, Rusiyada isə ana dili, rus dilidir. Amma mən, bədbəxt, ali təhsil almadığıma rəğmən, bu sualın doğru cavabını bilirəm. Doğru cavab isə budur. Bizim respublikada bir neçə cürbəcür xalqlar yaşayır və ona görə bir neçə ana dili var – azəri türkcəsi, ləzgi, talış, tat, rus, erməni, kürd və sair dillər. Hal-hazırda, “Azərbaycan dili” kimi adlanan dil isə bizim dövlətin, respublikanın rəsmi dilidir. Rusiyada isə 200-ə qədər cürbəcür ana dili var. Rus dili isə rəsmi dövlət dili sayılır. O, ancaq milliyyətinə görə rus olanların ana dilidir. Yə’ni mənim demək istədiyim budur ki, istər Azərbaycanda istər Rusiyada rəsmi dil il boyu qeyd olunur. Ana dili gününü isə ona görə keçirirlər ki, heç olmasa ildə bir dəfə bu, bəxtsiz, kiçik xalqların dilləri də yada salınsın. Bunun üçün mərasimlər keçirilməli, yığıncaqlar olmalı, mə’ruzələr oxunmalıdır.

Bir şeyi qeyd etməkdən ötrü əvvəlcə gərək biləsən ki, nəyi qeyd etməlisən. Yoxsa “ana gününü qeyd etdik” demək qeyd etmək sayılmır.

“Ana dili” ifadəsi adamın doğma dilini, əslini, mənşəyini bildirir. Ancaq xaricdə, bir də “birinci, ikinci, üçüncü dil” ifadələrindən də istifadə olunur. Anketlərdə “Sizin birinci diliniz nədir?” bölməsi doldurulduqda, adamın hansı dili daha mükəmməl bilməsi, sərbəst danışması aydınlaşır, yazıb-pozmaq qabiliyyəti müəyyən olur. Yə’ni ki, məsəl üçün, deyək ki, bizim bir vətəndaş öz ana dilini bilmir, rusdilli adamdır, rusca təhsil alıb, ata-anası, arvad-uşağı ilə, ümumiyyətlə, məişətdə rusca danışır. Ona görə eləsi bu cür anketi, sorğu vərəqəsini dolduranda ona, “birinci dil, ikinci dil” bölməsini doldurmağ təklif edilsə, o halda, onun hansı dili daha yaxşı bilməsi aydın olar.

Dil ilə əlaqəli bir əhvəlat yadıma düşdü. Sovet vaxtı bizim millətin nümayəndələrindən təşkil olunmuş bir dəstə Hindistana səfərə getmişdi. Onlardan biri Bakıya geri qayıdanda hindistanlılar haqqında belə bir fikir söylədi. Dedi, oranın camaatı bizdən çox geridədir. Nə bizim dili bilirlər, nə də ki rus dilini. Bizim dili bilməmələri üzürlü sayıla bilər. Halbuki rus dilini “ves mir” (bütün dünya) bilir. Hindistanlılar isə onu da bilmirlər. Şükür Allaha, biz onlara oxşamamışıq, rus dilini bilirik!

Bakıda, on il bundan qabaq bir nəfər mənə bir əcaib, şəkilli kitab bağışladı və qürurla dedi, bu kitaba mənim də şəklimi salıblar. Bu rəngli, şəkilli kitab Azərbaycan Respublikasının əl sənəti ustalarının yaradıcılığına həsr olunmuşdu. Kitabın arxasında onun bir yerli nəşriyyat tərəfindən buraxılmış olduğu yazılmışdı. Ondan əlavə orada qeyd olunmuşdu ki, bu kitabın nəşri Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilmişdi. Güman edirəm ki, bu qrant ən azı on-on beş min dollar təşkil edib. Kitabın bir yarısı bizim dildə, o biri yarısı “ingiliscə” olub. Kitabın əcaib, məzəli xüsusiyyəti onda idi ki, ingilis dilli hissəsi tamamilə cəfəng, mə’nasız hərflər yığımından ibarət idi. Məsələn bu cür – “zrrr”, “brrr”,“trrrr”, “mrrr”, “qrrr” və ilaxir.

Mənim təsəvvürümə görə, bu kitabı belə ərsəyə gətiriblər. Əvvəlcə, nəşriyyatın müdiri Amerikanın səfirliyindən qrant pulu əldə etdi. Ardınca nəşriyyatın bir işçisi yalandan özünü ingilis dilini bilən adam kimi göstərərək tərcümə işini boynuna götürdü. O, sonra, müdirin küt adam olduğuna, xarici dil bilmədiyinə əmin olduğundan, mətni bu şəkildə kompüterdə yazıb, təhvil verdi.

Belə düşünürəm ki, bu cür əcaib nəşr, bu cür hadisə dünya kitab nəşri tarixində ilk dəfə baş verib. Belə şeylər ancaq Azərbaycan Respublikasında mümkündür! Və hərgah Amerika ictimaiyyəti bu məsələ haqqında xəbər tutsa bu böyük bir qalmaqala səbəb olar. Qərb ölkələrin əhalisi dövlət pulunun səmərəsiz xərclənməsinə çox pis baxır. Belə ki, bu işə görə Amerika Dövlət Departamentinin bir işçisi vəzifəsini itirə bilər.

Düşünürəm ki, Bakıda təhsilin səviyyəsi dünyada, axırdan birinci yerdədir. Afrikanın və ya Asiyanın ən kasıb dövlətini, ən geridə qalmış ölkəsini götürsələr, görəcəklər ki, orada təhsilin səviyyəsi bizimkindən daha üstündür. Mənim bunda heç bir şübhəm yoxdur. Ələlxüsus dövlətin rəsmi dilinin tədrisi biyabırçı aşağı səviyyədədir.

Bütün elmlər dil vasitəsi ilə mənimsənilir. Dili pis bilən heç bir elmi öyrənib mənimsəyə bilməz. Bu gün, hamının cibində təhsil aldığını sübut edən sənəd var, halbuki Bakıda dövlətin rəsmi dilində doğru-dürüst şəkildə danışa bilən adamı tapmaq müşkül iş olar. Sözün qısası, bu gün təhsildə kəmiyyət var, keyfiyyət isə, yoxdur. Keçmişdə isə, əksinə, kəmiyyət yox idi, keyfiyyət var idi.

Bu gün məmləkətdə vəziyyət elədir ki, hər kim ki əlifbanı öyrəndi artıq o, savadlı adam sayılır və hər hansı yüksək vəzifəyə layiq görülə bilir. Ondan da artıq, hətta əlifbanı bilməyən birisi, təzə qəbul olunmuş latın əlifbasını bilməyən adam belə ali məqam, nazir vəzifəsini tuta bilər.

Belə bir fikir var ki, elmi az savadlı kütlənin səviyyəsinə gətirmək düzgün deyil, kütləni elm səviyyəsinə gətirmək lazımdır. Dil sahəsində də bu cür olmalıdır. Halbuki, bu gün həm Türkiyədə həm də ki bizdə dili son dərəcədə sadələşdirib, bəsit bir şəklə salıb, onu az savadlı geniş xalq kütləsinin səviyyəsinə gətirməyi düzgün bir şey sayırlar.

On il bundan qabaq Bakıda ingilis dilində on bir sayda qəzet çıxırdı. Bu özü-özlüyündə məzəli bir haldır. İngiltərənin ümummilli qəzetlərinin sayı yeddi-səkkiz dənədən artıq deyil. Bakıda isə hər imkanlı adam özünün ayrıca qəzetlərini, məcmuələrini çıxartmaq istəyir. Səhvlərlə dolu, bisavad şəkildə qəzet buraxmağın nə mə’nası var? Bizdə “özümüzü dünyaya tanıdaq” sözünü tez-tez eşitmək olur. Mənə görə isə, özünü həm yaxşı, həm də pis tərəfdən tanıtmaq olar. Pis tərəfdən tanıtmaqdansa, heç tanıtmasan daha yaxşıdır.

Məsəl üçün, kimsə, bir imkanlı vətəndaş, işgüzar adamlar üçün ingilis dilində bir qəzet buraxırdı. Görünür o da bizim xalqı dünyaya tanıtmaq istəyirdi. O ruznamənin sərlövhəsi səhv idi. İngilis dilində “Big business” (böyük biznes) ifadəsi var. Halbuki, o qəzetin sərlövhəsi “Large Business” (kök biznes) şəklində yazılmışdı. Elə ki, hər-hansı bir ingilis görəndə ki, Azərbaycan Respublikasında, hətta, qəzetin sərlövhəsini belə, düzgün yaza bilmirlər, başa düşür ki, bu məmləkətin təhsili nə səviyyədədir. Belə söz var “gücüm var, ağıl nəyimə lazımdır”. Bakının imkanlı adamları da buna oxşar düşünürlər – “pulum var, ağıl nəyimə lazımdır”.

O, ingilis dilində çıxan qəzetlərin bə’zilərində ingilislər və amerikalılar işləyirdi. Bu jurnalistlər yazdıqları bütün məqalələrdə bizim həyat həqiqətlərini pisləyir və tənqid edirdilər. Onları işə götürənlər isə yəqin ki, heç nə anlaya bilmirdilər. Belə fikirləşirdilər: “Biz bu xaricilərə maaş veririk ki, bizi tə’rifləsinlər, ancaq bunlar bizi tənqid eləyib dururlar. Bu necə işdir?”

Məsəl üçün belə məqalələrin birinin adı “Azəri kişilərinin ixracatı” idi. Bir ingilis jurnalist qadın yazırdı: “Dünya elə bilir ki, neft sərvəti hesabına Bakı küçələri qızıl kərpiclərlə döşənib. Həqiqətdə isə onlar azəri kişilərinin “ixracatı” ilə -- tüpürcəklərlə döşənib. Mən bilən, azəri kişilərin əsas sənəti, hayxırıb boğazlarındakı bəlğəmi asfalta tüpürməkdən ibarətdir. Ondan başqa bir şey bilmirlər. Bir yerli cavan oğlana dedim ki, bu nə pis adətdır? O isə cavabında dedi, bəs biz, boğazımızda əmələ gələn bəlğəmi bayıra tüpürməyib, neyləyək?”.

Başqa bir ingilis jurnalist qadın, məqaləsində, Lerikə etdiyi səfər haqqında yazırdı. O, yolda bir qatır görür. İcazə istəyib qatıra minir. Ancaq, onun yazdığına görə, qatır o dərəcədə zəif idi ki, bir addım qabağa atanda iki addım da geriyə gedirdi. Qatırın adını soruşdu. Dedilər ki, onun adı yoxdur. Jurnalist, dedi, onda, mən, bu ata ona yaraşan bir ad verdim – “Azərbaycan”.

Sonradan, bir ingilis dili müəllimi qəzetə məktub yazıb şikayət etdi: “O jurnalist nə üçün o qatıra “Azərbaycan” adını verib? Ona deyin ki, Azərbaycanın Koroğluları olub, Qır atları olub. O jurnalist bizim xalqı təhqir edib. Onun qəzetdən qovulmasını tələb edirəm!”.

Mən belə başa düşürəm ki, o qəzetlərin müdirləri bir müddət gözlədilər, lakin sonradan, bu xarici jurnalistlərin işləmə müqavilələrinin müddəti qurtaranda, daha onları uzatmadılar, təzələmədilər.

Bir başqa hadisə. Bir gün Bakı televiziya kanallarının birində Rusiya Elmlər Akademiyasının üzvü, bir etnoqraf (xalqların xüsusiyyətlərini tədqiq edən mütəxəssis) müsahibə verirdi. Bizim jurnalistlər ondan xahiş etdilər ki, o, respublika haqqında öz təəssüratını nəql etsin. Etnoqraf isə, tam səmimiliklə, belə dedi: “Əvvəllərdə, azərbaycanlıları heç tanımırdım. Ancaq Bakıya gəlib onları görəndə mat-məəttəl qaldım. Özümün böyük iş təcrübəmdə azərbaycanlılar kimi şüursuz, düşünmə qabiliyyəti bu dərəcədə zəif olan bir xalq görməmişəm. Mən quruyub qalmışam. Ələlxüsus, bunu da diqqətinizə gətirmək istəyirəm ki, sizin akademikləriniz, professorlarınız və səlahiyyətli adamlarınızla görüşlərimdən sonra mən, bu nəticəyə gəlmişəm. Daha başqalarını, sıravi adamlarınızı demirəm”.

Bu sözləri eşidəndə bizim jurnalistlər onu danlamağa başladılar. Dedilər ki, “Siz düzgün danışmırsınız, bizim xalq müdrik xalqdır. Sizin, bizim xalqımızı təhqir etməyə haqqınız yoxdur”. Rusiya etnoqrafı bunun cavabında belə dedi: “Mənim kimisə təhqir etmək fikrim yox idi. Mən aliməm. Bu mənim sənətimdir. Xalqların xüsusiyyətlərini öyrənmək, mənim işimdir”.

Bizim jurnalistlər axırda ona, sərt şəkildə belə dedilər: “Burdan gedin, biz, bir daha sizi Bakıda görmək istəmirik!”

Millətin bu günki vəziyyəti haqqında mütaliə edib belə bir lətifə uydurdum. Bu gün bizim respublika vətəndaşından soruşsalar ki, “Sən nə bacarırsan?”. Cavabında deyəcək, çalıb-oynamaq. “Ondan başqa nə bilirsən?”. Yenə cavab verəcək ki, çalıb-oynamaq bilirəm. Birdə soruşsalar, çalıb-oynamaqdan başqa nə bilirsən? Yenə cavab verəcək, çalıb-oynamaq bacarıram.

Bir-neçə il bundan qabaq bir qəzetdə bir ingilis yazırdı ki, Bakıda, televiziya kanallarında səhərdən axşama qədər zəhlətökən şərq musiqisini, mahnılarını çalırlar. Görünür ki, azərbaycanlılar bədii film çəkmək bacarmırlar və elə bu səbəbdən onlar, televiziyada bütün günü öz musiqilərini səsləndirirlər.

Yə’ni mənim demək istədiyim odur ki, bizim, hal-hazırkı cəmiyyətdə, əhali elə düşünür ki, əsas odur ki, biz çalıb-oynamaq bacarırıq, qalan şeylər isə öz-özündən düzələcək. Halbuki, məmləkətə lazım olan əsas şeylər milli dini əqidə, xalqa gün ağlayan hökumət, güclü ordu, güclü iqtisad və istehsalat sənayesidir. Azərbaycanda həmişə deyirlər ki, biz gərək ölkədə güclü bir ordu düzəldək. Halbuki, məncə, artıq respublikada çox güclü bir ordu var – “musiqiçilər ordusu”.

Belə bir macəra kitabı var, adı “Əcaibül-Hind”, yə’ni ki, “Hindistanın əcaib halları”. Bu gün əcaib şeylər görmək üçün Hindistana getməyə ehtiyac yoxdur, çünki bizim respublikanın hər şeyi əcaibdir.

Bir gün Bakının bir telekanalında belə bir şey gördüm. Bir qız jurnalist bizim bir hərbi hissəyə gedib, açıq sahədə yığışmış əsgərləri sorğu-suala tuturdu. Bir əsgər ona, fəxrlə, dedi ki, biz burada, bu hərbi hissədə, NATO üsuluna görə tə’lim alırıq. Qız soruşdu, NATO üsulu ilə indiyə qədər öyrəndiyiniz şeylərdən bizə bir şey nümayiş edə bilərsinizmi? Əsgər cavab verdi, “Hələ ki, bir şey öyrənməmişik. Ancaq, bizə türk rəqsi oynamağı öyrədiblər. Onu göstərə bilərik”.

Bunu deyən oğlan və onun ardınca iki yüz, üç yüz başqa əsgər, ehtirasla, bir cür, məsti-məstanə halında, hansısa bir Türkiyə rəqsini oynamağa başladılar. Rəqs on dəqiqə sürdü. Bu rəqs cəm halında deyil, tək başına oynanılan rəqs idi. Yüzlərlə əsgərin hərəsi ayrıca öz oxu ətrafında bu şəkildə dövr etməsi son dərəcə əcaib bir mənzərə idi.

Türkiyə çox-millətli bir dövlətdir. Ora kürdlərin, türklərin və digərlərin vətənidir. Ancaq bu rəqs “halay” (yallı) rəqsi, kürd milli rəqsi deyildi, başqa bir şey idi. Mən bilən, deyəsən bu rəqs Türkiyə qaraçılarının rəqsi idi. Qaraçı rəqsini oynamağın nə mə’nası vardı? Ancaq, mənim başqa bir ehtimalım da var. Ola bilər ki, bu rəqs Türkiyə yəhudilərinin milli rəqsi idi. Mən bunu belə başa düşürəm. Türkiyə, NATO-nun bir üzv ölkəsi kimi, ara-sıra, bizim respublikaya öz generallarını göndərir. Bilindiyi kimi Türkiyə Cümhuriyyətinin generallarının doğsan faizi yəhudi əsillidir. Oranın ordu başçılığına da, adətən, bir qayda olaraq, yəhudi əsillilər tə’yin olunur. NATO rəhbərliyi belə hesab edir ki, bu yəhudi kadrlar türk ordusunda İslamçı təmayüllərin qarşısını almağa kömək etməlidir.

Ehtimalıma görə bizim tərəf bu vəziyyətdən xəbər tutandan sonra, bizim əsgərlərə yəhudi rəqsini öyrətdirmişdi. Sonra onları, Türkiyənin yəhudi generallarının qarşısında çıxardıb, oynadaraq, qonaqların əylənməsini istəyirdi.

Bir də, Bakıda tez-tez müşahidə edib görürəm ki, nümayişə çıxanda və ya hər hansı bir məsələ üçün e’tiraz etmək lazım olanda, bizim kişilər arvadları irəli verirlər, özləri isə arxada, “arxa cəbhədə” yer tuturlar. Buna görə mən belə bir məsəl, lətifə fikirləşdim. Hərgah düşmən bizim respublikaya qarşı müharibəyə başlasa, onda bizim kişilər dəfi, qavalı əllərinə alıb, adətləri üzrə, arvadları irəli verəcəklər. Fikir isə budur, “Biz arxada durub çalarıq, arvadlar isə qabaqda oynayarlar, rəqs edərlər. Düşmənin başı arvadlara qarışacaq, onda, daha bizə dəyməzlər”.

Bu mənim uydurduğum bir lətifə idi. Ancaq çox keçmədən mənim bu mülahizəm əyani şəkildə sübut olundu. Bakının bir televiziya kanalında tanınmış bir jurnalistimiz məşhur kamançaçı Habildən müsahibə götürürdü. Müsahibənin sonunda jurnalist dedi ki, “Habil müəllim, sizə zaval yoxdur. Siz yaşayacaqsınız, ancaq bizim, azərbaycanlıların müqəddəratı necə olacağ, bəlli deyil. Yə’ni ki, mən bunu demək istəyirəm. Bax, ermənilər bizimlə müharibəyə başlasalar, bizim üzərimizə hücum etsələr, siz kamançanı əlinizə alıb, çalacaqsınız. Onda erməni əsgərlər sizin çalğınıza məftun olub, sizə qıymayacaqlar, sizi öldürməyəcəklər. Ancaq vay bizim, yerdə qalanların halına”. Necə deyərlər, bu hələ kamilləri; gör nədir cahilləri.

“O taylı soydaşlarımızın” bir nümayəndəsi mənə belə dedi: “Televizorda görmüşəm ki, siz Bakıda kefə baxırsınız. Gecə gündüz-gündüz tar çalırsınız və oynayırsınız. Ancaq biz, İranda çörək pulu qazanmaqdan ötrü karxanalarda işləməyə məcburuq”.

Tarixə görə, türkdilli tayfalar Qafqaza savaşa-savaşa gəliblər. Ancaq mənə belə görünür ki, gedəndə çala-çala gedəcəklər. Onları çala-çala yola salacaqlar. Mən belə hiss edirəm ki, belə getsə, yaxın on ildən sonra Cənubi Qafqazda bir nəfər belə müsəlman qalmayacaq (yə’ni ki, İrəvandan, Dərbənddən, Tiflisdən, Xankəndindən çıxarıldılanlar kimi). Yaşayarıq, görərik.

Mən həmişə fikirləşirəm, görən bizim xalq ermənilərə necə üstün gələ bilər, onların üzərində necə qələbə çala bilər? Axırda belə fikrə gəlirəm ki, erməniləri məğlub edəcək tək şey bizim xalqın arsızlığı, sırtıqliğı olacaq. Ermənilər belə düşünürlər, biz, ermənilər axır yüz ildə əlləşdik, zəhmət çəkdik yüz minlərlə müsəlmanın başlarını kəsib, qətlə yetirdik. Amma televiziyaya baxanda görürük ki, bu türklər (azərbaycanlılar) bütün bu hadisələri heç veclərinə almırlar. Bunlar bütün günü çalıb-oynayırlar. Bundan erməninin ürəyi tab gətirməyəcək, bağrı partlayacaq, öləcək. Məncə, erməniləri məğlub edəcək ancaq və ancaq azəri türklərinin arsızlığı olacaq!

“ANS” kanalında ara-sıra Qarabağ müharibəsində çəkilən bir sənədli lenti göstərirlər. Orada ermənilərlə bizim əsgərlər arasında gedən bir döyüş lentə alınmışdı. Filmin bir yerində göründüyü kimi bizim əsgərlər hücum etməyə cəhd edəndə, ermənilər onları güclü avtomat silahdan atılan atəşlə qarşılayırlar. Bunu görən bizim əsgərlər arxaya qaçırlar. Arxada isə onları komandır qarşılayır, onları erməninin üstünə, hücuma getmələrini tələb edir. Ləzgi komandır bizim dili bilmədiyindən onların üstünə rusca qışqırır, ağır söyüşlər işlədir. Yə’ni ki, “Hücuma keçin, qabağa qaçın, sizin ananızı...” Bu, bir neçə dəfə təkrar olur. Qabağa qaçanda ermənilər atmağa başlayır, arxaya qaçanda komandirləri onları pis söyüşlə qarşılayır. Əsgərlər də çaşqınlıq içində idilər. Qalmışdılar iki odun arasında. Düşünürdülər, “Qabağa qaçsaq ermənilərin güllərindən öləcəyik, dala qaçsaq komandirimiz bizi pis söyüşlə söyəcək”. Bu komandirlər Sovet ordu kadrlarıdır. Onlar, Sovet ordusunda xidmət edəndə ruslardan, yerli-yersiz, ana söyüşü söymək adətini mənimsəyiblər.

Eşitmişdim ki, bizim ordunun komandirləri rusdilli adam olduqlarından o müharibə vaxtı nə onlar əsgəri, nə də ki, əsgərlərimiz komandiri başa düşürdü.

Bizim xalqın hər şeyi məzəlidir. Hətta müharibələri də. Qarabağ müharibəsində minlərlə adam ölüb. Halbuki, bu müharibənin vəziyyətini, xırdalıqlarını öyrənəndə adamda, istər-istəməz gülüş, kədərə üstün gəlir.

Bir dəfə Moskvanın bir televiziya kanalında bir erməni, Qarabağ müharibə veteranı, danışırdı. O, deyirdi, biz bilirdik ki, Azərbaycan ordusunun komandirləri öz əsgərlərinə erməni tərəfində vuruşan muzdlu rus döyüşçülərinə atəş açmağı qadağan etmişdilər. Sonra o, bir sarışın adam maskasını tamaşaçılara nümayiş etdi. Biz, erməni əsgərləri, bu maskaları başımıza keçirdirdik və qorxmadan hücuma gedirdik, dedi. Azərbaycan əsgərləri uzaqdan bizi rusa oxşadıb, komandirlərindən qorxaraq bizə güllə atmırdılar. Biz o müharibəni bu şəkildə udduq.

1993-cü ildə Bakıda, bazardan qəzet parçasına bükülmüş nə isə almışdım. O qəzetdə çox maraqlı bir məqalə gördüm. Bu Qarabağ müharibəsi sabiq döyüşcüsünün xatirələri idi. Bu adam, qeyri-rəsmi olaraq, “Qara batalyon” adlandırılan bir ordu hissəsinin komandiri idi. Bu ordu dəstəsi könüllülərdən, əfqan müharibəsinin veteranlarından təşkil olunmuşdu. Komandir bu xatirələrini səkkiz güllə yarası ilə xəstəxanada yatanda yazmışdı.

Onun yazdığı şeylər Qarabağ müharibəsinin əcaibliyini aydın şəkildə göstərirdi. Mən belə başa düşdüm ki, dünya tarixində belə əcaib müharibə görünməyib.

Onun dediyinə görə o müharibədə başqa hərbi hissələrin işi, zahirən, ermənilərə qarşı müqavimət etmə görünüşü yaratmaqdan ibarət olduğu halda, bu “Qara batalyon” doğru-doğrusuna vuruşurdu. Erməni əsgəri bu batalyona qarşı vuruşmağa qorxurdu. Axırda ermənilər tənqə gəlib bizim tərəfə müraciət etməli oldular. Dedilər, sizin bu “Qara batalyon”a görə bizim ordu böyük itkilər verir. Onu ləğv edin. Nəhayətdə ordu rəhbərliyi ermənilərin xahişinə görə bu hərbi hissəni ləğv etdi.

Bu adamın yazdığına görə bizim ordunun başqa komandirləri hamısı düşmənin, ermənilərin xeyrinə işləyirdi. Buna görə bizim əsgərlər sağ qalmaqdan ötrü onlarla gizlənpaç oynamaq məcburiyyətində idilər. Məsələn döyüşə göndəriləndən sonra əsgərlər radio ilə eşidirdilər ki, komandirləri erməniləri dərhal bundan xəbardar edirdi, “filan sayda əsgəri filan məntəqəyə yollamışam, onları qarşılayın”. Ondan başqa bizim əsgərlərin getdiyi məntəqəni özümüzkilər topa tuturdular, ya da ki təyyarəçilərimiz bilə-bilə özümüzkilərin başına bombalar yağdırırdı. Bu vəziyətdən ağah olduğuqlarından bizim əsgərlər qətl olunmamaq üçün komandirin göndərdiyi yerə deyil, başqa yerə gedirdilər.

Bir başqa əhvəlatda bir xain komandir döyüşdən qabaq bizim bir ordu hissənin cəbbəxanasının patronlarını geri çəkib, onları təzələri ilə əvəz etdi. Döyüş başlayanda əsgərlərimiz hüçüm çəkən erməni əsgərlərinə nə qədər güllə atırdılarsa bunun heç bir faydası olmurdu. Ermənilər isə güllədən nə qorxur, nə çəkinir, başlarını dim-dik tutub bizimkilərin üstünə gəlirdi. Anladılar ki, patronlar boş, gülləsiz idi. Yaxşı ki, bir-iki əl qumbaraları var idi. Elə ki yalnız onları atandan sonra ermənilərin həmləsi geri püskürdüldi. Yoxsa hamısını qıracaqdılar. Sonradan əsgərlərimiz anladılar ki, komandirləri qəsdən onlara boş patronlar verıb, sonra isə erməniləri bundan xəbərdar etmişdi.

Başqa vaxt o müharibənin bir hadisəsi haqqında bir əsgərin söhbətini eşitmişdim. O, danışırdı ki, bizim ordunun əskərlərini aparan hərbi maşın karvanı meşə yollu ilə irəliyirdi. Qabağda isə komandiri daşıyan QAZ maşını gedirdi. Birdən gördük ki, o maşından göyə bir fişəng atıldı. Bunun ardınca QAZ maşını kəskin bir şəkildə dönüb sürətlə əks istiqamətə, geriyə sürməyə başladı. Hərbi maşınlar bir-neçə dəqiqə həmin istiqamətə sürməyə davam etdilər. Birdən başımızın üstünü bizim qırıcı təyyəralər aldı və maşınlarımızı bombalamağa başladı. Mən isə cəld tərpəndim özümü maşından aşağı atdım və meşəyə tərəf qaçdım. Orada bir mən sağ qaldım bütün əsgərlər isə qırıldı. Hərbi düşərgəmizə qayıdanda komandirimiz məni sağ-salamat görüb çox təəcübləndi. Qorxdum ki, o, xain əməllərini, satqınlığını gizlətməkdən ötrü məni də aradan götürmək istəyəcək. Ancaq o, bu fikirdən əl çəkdi, nədənsə mənə dəymədi.

Ondan başqa, bir dəfə Bakının bir televiziya kanalında ermənilər tərəfində vuruşan əsir götürülmüş altı rus əsgərini göstərdilər. Bizim komandir onlara deyir, “sizin hamınızın üzü mənə tanış gəlir. Bu neçənci dəfədir ki, siz bizə əsir düşürsünüz?”. Onlar cavab verdilər. Anlaşıldı ki, onların bə’zisi üç dəfə, bə’zisi isə beş dəfə əsir düşüb. O əcaib müharibədə əllərində bizim vətəndaşların qanı olan bu cür əsgərləri tutub, buraxırdılar. Muzdlu əsgərlərin sözünə görə bizim tərəf onları Rusiyaya təhvil verirdi. Onlar isə Rusiyada öz şəhərlərinə qayıdıb, evdə bir-iki həftə dincəlir və sonra təzədən Qarabağa gedirdilər. O vaxt ruslar Qarabağa əsgər kimi döyüşməyə böyük həvəslə gedirdilər. Çünki bir tərəfdən Ermənistan onlara dollar, yaxşı maaş verirdi. İkinci tərəfdən isə rus xalqı təbiətinə görə irqçi olduğundan bu muzdlular müsəlmanları öldürməkdən xüsusi bir zövq alırdılar. Bir də ki, o müharibədə onlar üçün ölmək təhlükəsi yox idi. Muzdlular Qarabağ müharibəsində keçirdikləri müddəti bir növ əyləncə, ürək açan bir mə’zuniyyət hesab edirdilər.

Cavanlıqda “Amerikanın səsi” radiosunun rus xidmətinin bir verilişinə qulaq asdım. Bir jurnalist qız məşhur yazıçıdan, Ayzek Azimovdan müsahibə götürürdü. Bu adam hələ kiçik yaşında ata-anası ilə birlikdə Rusiyadan Amerikaya köçmüşdü. Bunlar miliyyətlərinə görə yəhudi idilər. Ancaq, sovet vaxtı, Bakıda, səhvən, elə düşünürdülər ki, yazıçı müsəlmandır, bizim xalqın nümayəndəsidir.

Müsahibənin lap başından yazıçı qızdan soruşdu, bu verilişi Bakıda eşidəcəklərmi? Qız təsdiq etdi. Azimov dedi, çox gözəl. İndiki belədir onda qoy azərbaycanlılar qulaqlarını açsınlar və məni yaxşı eşitsinlər. Onlara səslənərək, qətiyətlə deyirəm, mən azərbaycanlı deyiləm! Təkrarən, mən azərbaycanlı deyiləm! Və bu məsələni burada bir dəfəlik bağlayaq.

Hər haçan ki, hansısa bir azərbaycanlı Amerikaya səfər edir, gəlib qapımı döyür. Sonra “Salam əleykum, mən Bakıdan gəlmişəm”, deyir. Daha sonra, “Sizi görməyə gəlmişəm. Eşitmişəm ki, siz də azərbaycanlısınız. Elə ki, biz həmvətənlərik”. Buna görə birdə təkrar edirəm. Mən azərbaycanlı deyiləm! Odur ki, bundan sonra, azərbaycanlılar bir də bura gəlib mənim qapımı döyməsinlər.

Yazıçı bunu çox hiddətlə, acıqlı bir şəkildə danışdı. Görünür ki, bizimkilərin bu işləri onu cana gətirmişdi, bezdirmışdi. Anlaşılır ki, yurddaşlar, ədibin yüzlərlə sayda kitab yazdığını, çox zəngin olduğunu eşitmişdilər və buna görə öz xasiyyətlərinə uyğun hərəkət etdilər. Onun yanına gedərək, hər hansı bir mənfəət, qazanc əldə etmək istəyirdilər.

Buna oxşar başqa bir əhvəlat da var. Amerikanın milyarderi Armand Hammer işgüzar səfərlə Moskvaya gələndə bir məclisdə bizim tanınmış rəssam T.Salaxov ona yanaşıb, deyir ki, sizdən çox xahiş edirəm, icazə verin sizin şəklinizi çəkim. Amerikalı icazə verir. Rəssam bir neçə dəqiqəyə kağızın üzərində karandaşla bir şəkil çəkir. Sonra o şəkili Hammerə bağışlayır. Bir müddət keçir. Salaxovun yolu Amerikaya düşəndə, orada Hammerin evinə gedib, deyir, salam, mən Moskvada sizin şəklinizi çəkən rəssamam. Onda, amerikalı rəssama öz xüsusi təyyarəsini verir. Salaxovun orada qaldığı müddətdə təyyərə onun ixtiyarında idi. Onunla Amerikanı başdan başa gəzdi və bütün xərclərini Hammer ödədi.

Cavanlıqda Bakıda beş ay ərzində bir idarədə işlədim. Orada bir arıq, eynəkli rus işləyirdi. Hikmətli sözlər, fikirlər söyləməyi çox sevirdi. Bir dəfə o, barmağını yuxarı qaldırıb özünün dərin düşüncələrini bizimlə, işcilərlə paylaşdı. Dedi ki, iki cür ağıl var. Biri elm üçün yararlı ağıl, o birisi isə əməli ağıl, yə’ni ki, biclik. Azərbaycanlılarda elm üçün yararlı olan ağıl yoxdur, fəqət biclik var. Yə’ni o demək istəyirdi ki, bizim xalqın nümayəndəsinin həyatda hər-hansı bir nailiyyəti varsa, bu yalnız onun bicliyi hesabınadır.

Mənim bunları burada danışmağımın səbəbi odur ki, bizim cəmiyyət kənardan gələnlərin gözündə gülməli görünür. Adamın xüsusiyyəti o cürdür ki, o, başqasının eybini görüb gülür, ancaq öz eybini görmür. Yə’ni ki, mənim burada demək istədiyim odur ki, bu gün, Bakıda, əsil gülməli olanlar elə o, Məşədi İbada baxıb gülənlərdirlər.

“O olmasın, bu olsun” filminin ancaq bir şeyinə e’tirazım var. O da, “Molla Nəsrəddin” məcmuəsinin idarəsində yer alan səhnədir. Bu səhnə tamaşa ilə düz gəlmir. Onu, sovetin siyasətinə uyğunlaşdırmaq üçün, filmə əlavə etmişdilər. Eşitmişdim ki, Üzeyir bəy filmin yaradıcılarına narazılığını bildirib, “Mənim əsərimin qol-qanadını niyə sındırırsınız” demişdi. Onlar isə, bunu başqa cür etmək olmaz, tamaşa başqa, film başqa, az da olsa dəyişikliklər labüddür, olmalıdır, deyirdilər. Məncə, bu səhnə artıqdır, filmə ağırlıq gətirir, xətər verir. Bu səhnə filmdən kəsilib atılsa, qalan yerləri kamildir.
***
Sovet vaxtı kommunist təbliğatçıları bizim Molla Nəsrəddinin surətini təhrif etməyə çalışırdılar. Yazıçılar kitablar, tamaşalar yazır və orada onu padşahlara, xanlara və ruhanilərə qarşı mübarizə aparan bir inqilabçı, dini-ehkama, yaşadığı cəmiyyətin adət və ənənəsinə qarşı çıxan üsyankar adam kimi göstərməyə çalışırdılar. Halbuki adından və lətifələrin məzmunundan bilindiyi kimi onun mollalığı da var idi. Elə Nəsrəddin sözünün mə’nası da “dinin zəfəri” deməkdir. Keçmişdə bu cür ləqəblər görkəmli şəxsiyyətlərə onların iste’dadlarına, fəaliyyətlərinə və xidmətlərinə görə şahlar tərəfindən rəsmi, xalq tərəfindən isə qeyri-rəsmi şəkildə, verilirdi.

İdris Şah İngiltərədə yaşayıb, Qərbdə təsəvvüfun təbliğatçısı kimi şöhrət qazanmışdı. Onun anası şotlandiyalı idi. Atası isə seyid ailəsində doğulan bir əfqan olub. Şah orta yaşına çatanda, Gürciyevin keçmiş şagirdi olan bir ingilis zabitinin yanına gedir və irfani elmlərin tədqiqatı işi üçün, onu maddi vəsaitlə tə’min etməsini xahiş etmişdi. Zabit bu iş üçün ona öz malikanəsini hədiyyə etdi. Şah bu malikanəni satıb onun puluna “The Octagon Press” adında bir nəşriyyat tə’sis edib orada həm özü yazdığı kitabları və həmdə sufi rahının ustadlarının şah əsərlərini dərc etməyə başladı.

İdris Şah Molla Nəsrəddin lətifələrini də dörd-beş kitab şəklində dərc etmişdi. Onun fikrinə görə bu lətifələr heç də gülüş və yüngül əyləncə üçün olan şeylər olmayıb. Şah tə’kid edirdi ki, keçmişdə bu lətifələr sufi dairələrdə, dərvişlərin tə’limində istifadə olunurdu. Elə ki, hər dərviş ayrı bir lətifənin üzərində mütaliə edərək onun daxili hikmətini kəşf etməli idi. Bundan sonra mürşid dərvişin cavabına qiymət verirdi.

Amerikalı tədqiqatçı, Robert Orstayn “Müasir təsəvvüf” kitabında yazır ki, bu elmin məğzi, ardıcıl və nizamlı şəkildə olan tə’limlər vasitəsi ilə ərz oluna bilməz. Sufi tə’limi, məsəl üçün “Həyatın mə’nası nədir?”, “Haqq haradadır?” kimi suallara təsnifatlı bir tərzdə cavab vermir. Onun fikrincə təsəvvüfun mahiyyətini yalnızca ziddiyyətli, təzadlı fikirlər vasitəsi ifadə etmək olar. O, deyir ki, “sufi məsəli və lətifəsi dinləyicini tanımadığı yollarla aparır, qeyri-adi vəziyyətə salır, bə’zən isə adamın ağlını çaşdıraraq, mat-məəttəl etməyə çalışır... Bə’zi lətifələrdə isə hikmətli, müdrik bir adam özünü sadəlövh olan birisi kimi göstərərək, səfeh düşüncə tərzini ifşa etməyə çalışır. Bu lətifələrin bazar əhlinin əylənməsi üçün yaradılmış olduğunu düşünən şərqşünaslar yanılmışlar. Lətifələrin məqsədi – insan ruhunun şüurun çatmadığı qatlarına toxunmaqdır. Məqsəd, sözün vasitəçiliyi olmadan, insanla Haqq arasında bir rabitə qurmaqdır”.







Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin