Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
1   2   3   4   5   6   7   8   9   ...   51
AZƏRBAYCANDA  SON  20  İLDƏ  KİŞİLƏRİN  SAYI  ÇOXALIB


Noyabrın  15-də  Ukrayna  Milli  İnformasiya  Agentliyinin 

(Ukrinform) mətbuat mərkəzində Ukrayna Millətlər Assambleyasının 

təqdimat mərasimi olmuşdur. 

Assambleyanı  diasporumuzun  liderlərindən  biri  olan  Rövşən 

Tağıyev, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski, 

“Tuqan  Tel  tatar  evi”  Ümumukrayna  İctimai  Təşkilatının  (ÜİT) 

prezidenti  Pyotr  Şarafuddinov,  Ukrayna  Ural  Xalqları  İttifaqının 

prezidenti  Nadejda  Yesimiş,  “Çiriklı”  Qaraçı  Qadınlar  Fondunun 

başçısı  Yuliya  Kondur,  “Nasizmsiz  Amerika”  təşkilatının  (ABŞ) 

prezidenti  Leonid  Bard  və  Ukraynanın  birinci  prezidenti  Leonid 

Kravçuk təşkil etmişlər.

Tədbirdə  Assambleyanın  sədri,  təsis  şurası  təsdiq  edilmiş, 

fəaliyyətin əsas istiqamətlərinə dair qərarlar qəbul olunmuş, ölkədə 

yaşayan  millətlərə  aid  məsələlər  müzakirə  edilmiş,  onların  inkişaf 

konsepsiyaları müəyyənləşdirilmişdir.

Bu  yaxınlarda  işə  başlamış  “Ukrayna  Millətlər Assambleyası” 

Ümumukrayna  Təşkilatı  ölkə  daxilində  müxtəlif  etnoslar  arasında 

dostluq və həmrəyliyi möhkəmləndirmək, habelə onların hüquq və mənafelərini qorumaq vəzifəsini öhdəsinə 

götürür. 

Bu  barədə  Ukrayna  Millətlər  Assambleyasının  sədri  seçilmiş  Rövşən  Tağıyev  Ukrinformda  keçirilmiş 

mətbuat konfransında məlumat vermişdir.

Onun  sözlərinə  görə,  yeni  təşkilat  milli  azlıqların  müdafiəsi  ilə  əlaqədar  qüvvədə  olan  qanunvericiliyə 

müəyyən dəyişikliklər edilməsi barədə kollegial təklifləri Ukrayna Parlamentinin və hökumətinin müzakirəsinə 

çıxarmaq niyyətindədir. Assambleya beynəlxalq birliklərlə əməkdaşlıq yollarını da axtarıb tapacaqdır.

Tədbirdə  Ukrayna  Prezidenti  Administrasiyasının  rəsmi  şəxsləri,  Ali  Radanın  deputatları,  Azərbaycan 

Səfirliyinin  birinci  katibi  Sübhan  Hüseynli,  Ukrayna  Xarici  İşlər  Nazirliyinin,  Kiyevdə  akkreditə  olunmuş 

diplomatik korpusun nümayəndələri, Ukraynanın və xarici ölkələrin jurnalistləri iştirak etmişlər.

324 Dekabr  2013

42

HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA



HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA

Noyabrın 18-də Riqada, Qarabaşlılar Evində Latvi-

yanın 95 illiyi şərəfinə ölkənin ali dövlət mükafatlarının 

təqdim olunması mərasimi keçirilmişdir. Latviya Prezi-

denti Andris Berzinş görkəmli ictimai-siyasi xadimlərə 

ordenlər təqdim etmişdir. 

Latviya  Prezidenti  yanında  Milli  Azlıqların 

Məsələləri üzrə Şuranın sədri, Riqa Klassik Gimnaziya-

sının direktoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Mər-

kəzinin başçısı Roman Əliyev bu ölkə qarşısında xid-

mətlərinə görə IV dərəcəli Latviya ordeninə layiq gö-

rülmüşdür. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin