Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
  1   2   3   4   5   6   7   8   9   ...   51


324

Dekabr  2013

41

 Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun 



“Bakutel-2013”  19-cu  Azərbaycan  Beynəlxalq  Telekommunikasiya  və 

İnformasiya  Texnologiyaları  Sərgi  və  Konfransının  iştirakçılarına 

müraciətində öz əksini tapıb.

 Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub. 

“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron 

xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış 

məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik 

infrastrukturun  qurulması  və  “evlərə  optika”  prinsipi  ilə  yüksəksürətli 

genişzolaqlı  internet  xidmətlərindən  istifadə  imkanı  yaradan    layihənin 

həyata keçirilməsinə hazırlıq aparılır”.

 Ə. Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə 

inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır: “Beynəlxalq 

Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik 

inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı 

indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi  və Mərkəzi 

Asiya ölkələri arasında 1-ci yeri tutub”.



“Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir: əhalinin 70 %-i internet 

istifadəçisidir, 50 %-i isə  genişzolaqlı xidmətlərdən istifadə edir, mobil rabitədə hər 100 

nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir” 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin