"Xasiyyət" (ǝrǝb) və "name" (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər



Yüklə 39,54 Kb.
səhifə4/6
tarix24.10.2023
ölçüsü39,54 Kb.
#161095
növüYazı
1   2   3   4   5   6
adiak sened

Məktub,Ərizə
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur.
Məktublar müxtəlif formalarda - daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar.Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır.
Məktubun tərtib olunma qaydası
1.Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir;
2.Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir;
3.Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
4.Yekunlaşdırıcı hissə (məktubun sonluğu. Bu hissədə sağollaşmaq və axırda tarixi qeyd etmək lazımdır.
Məktub formalarının mənası
Burulmuş - xoşuna gəlirsən
Üçbucaq - hörmət edir
Kvadrat - dostluq təklif edir
Çevrilmiş - görüş təyin edir
Əzilmiş - sevmir
Düzbucaqlı – ayrılıq


Ərizə – şəxsin müəyyən bir mövzuda düşüncə, şikayət və ya istəklərini nəzərdə tutan müəyyən formaya malik və rəsmi şəkildə yazılan müraciət formasıdır.
Ərizənin iki mənası vardır. Müraciət etmək, "ərz" mənasında işlənir. Müəyyən formaya malik olub, rəsmi şəkildə yazılmış müraciətdir. Məzmununa görə ərizənin iki7növünəutəsadüfuolunur:
-Şikayətoxarakterlioərizələr.
-Xahişpetməkoməqsədioiləiyazılaniərizələr.

Ərizəyə verilən tələblər aşağıdakılardır:



  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.

  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.

  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.

  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.

Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdür.


Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.

Ərizənin yazılış forması belədir:



  • Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun adı, atasının adı və soyadı qeyd olunur.

  • Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.

  • Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.

  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.

  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.


Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin