XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   11   12   13   14   15   16   17   18   19

Yekun mülahizələr 
 Çağdaş  dünyada  mütəşəkkil  diasporlar  yaşadığı  ölkənin 
qanunlarını  öyrənərək  lobbiçilik  işlərini  yaxşı  qurmaqla  siyasi 
proseslərə,  beynəlxalq  rəyə  təsir  göstərmək  imkanındadır.  Iri 
dövlətlərin parlamentlərinə, Cümhurbaşqanlığına seçkilərdə cəm 
şəkildə və fəal iştirak etməklə, ayrı-ayrı aktiv siyasətçilərə maliy-
yə  və  digər  dəstəklər  verməklə  diasporlar  ciddi  uğurlar  qazana 
bilir.  
 ABŞ-da,  eləcə  də  bir  sıra  Qərb  dövlətlərində  Türkiyəyə  ne-
qativ  münasibət  zəminində  erməni  diasporu,  yunan  diasporu  ilə 
əlbir fəaliyyət göstərir. Bunun müqabilində Azərbaycan diasporu, 
güclü  yəhudi  diasporu  ilə  isti  münasibətlərdə  olan  Türkiyə 
diasporuna daha möhkəm bağlanmalıdır.  

 
 
284 
 Azərbaycan  diasporunun  imkanları,  ümumi  potensialı  zəif 
deyil.  Məşhur  amerikalı  azərbaycanşünas  alim  Tadeuş  Svyata-
çovskinin  YUSIA-nın  Nyu-Yorkdakı  ofisində  jurnalistlər  ilə 
görüşündə də elə həmin fikir səslənmişdir: “Əgər özünün bütün 
potensialından istifadə etsə, ABŞ-dakı Azərbaycan lobbisi, erməni 
lobbisindən qat-qat güclü ola bilər. Bunun üçün çoxlu qüvvə sərf 
etmək lazım olacağı isə artıq başqa məsələdir” [22]. Doğrudan da 
Xəzərin karbohidrogen ehtiyatları ABŞ-da, ümumilikdə isə Qərb 
dövlətlərində  Azərbaycanın  xeyrinə  lobbiçilik  üçün  geniş 
imkanlar  açır.  “Neft  lobbiçiliyi”  hazırda  dünyada  dominant 
fəaliyyət sahələrindəndir.  
Perspektivlə bağlı optimizm yaradan cəhətlərdən biri də Azər-
baycan  diasporunun  kəmiyyət  baxımından  dünyanın  ən  böyük 
diasporlarından biri olmasıdır. Təəssüflər ki, mütəşəkkilik çatış-
mır,  milli  şüurun  zəifliyi  səbəbindən  ortaq  maraq  və  mənafelər 
ətrafında  səfərbərlik  prosesi  ləng  gedir.  Dünyadakı  bütün 
azərbaycanlılar üçün birləşdirici maraqlar daha çox, daha güclü, 
daha əhəmiyyətlidir. Təbii ki, ayırıcı nəsnələr də yox deyil. Əsas 
məsələ də məhz bu birləşdirici maraqları düzgün müəyyənləşdirib, 
onların ətrafında səfərbər olmaqdır. Məsələn: 
-  bütün  azərbaycanlılar  yeganə  bağımsız  dövlət  olan  Azər-
baycanın  güclənməsində,  təhlükəsizliyində,  onun  ərazi  bütöv-
lüyünün  təmin  olunmasında,  Dağlıq  Qarabağ  məsələsinin  milli 
maraqlarımıza uyğun həllində maraqlıdır; 
- yenə də bütün azərbaycanlılar Azərbaycan Cümhuriyyətinin, 
Azərbaycan  mədəniyyətinin  tanıdılmasında,  təbliğ  edilməsində 
maraqlıdır; 
- hamı Cənubda milli haqların tanınmasında israrlıdır-elə bir 
azərbaycanlı tapılmaz ki, İrandakı 30 milyonluq bir toplumun öz 
ana dilində təhsil almaq haqqına qarşı çıxsın.  
Dördüncü  ortaq  maraq  varsa  (heç  şübhəsiz  var)  o  da  ortaya 
qoyulmalıdır.  Fəqət,  faydalılığından  və  önəmindən  asılı  olma-
yaraq, hər hansı  bir ideya dağıdıcı  rol oynayacaqsa, ondan uzaq 
dayanmaq tələb olunur.  

 
 
285 
 Dünya  azərbaycanlılarında  milli  şüurun  formalaşması  yeni 
mərhələyə  qədəm  qoyub.  Əgər  1997-ci  ildə  Dünya  Azərbay-
canlıları Konqresinin Iran, yaxud Azərbaycan bayrağı altında ke-
çirilməsi dartışma mövzusu idisə, bu gün təbəssüm doğuran belə 
məsələlər heç müzakirə edilmir. Londonda yaşayan Şahrux Məz-
hərinin  (Ingiltərə-Azərbaycan  Cəmiyyəti  Mərkəzi  Komitəsinin 
üzvü)  dedikləri  də  ümid  doğurur:  “DAK-ın  sonuncu  qurultayı 
birincidən xeyli fərqləndi. Artıq həlledilməz problemimiz yoxdur. 
“Güney-Quzey”  yoxdur,  var  Azərbaycan.  Biz  heç  bir  fərq 
qoymuruq,  bütün  tədbirlərimizi  Azərbaycan  bayrağı  altında 
keçiririk”  [23].  Bu,  diasporun  formalaşması,  dünya  azərbayca-
nlıları arasında milli birliyin yaranması istiqamətində sürətli dina-
mikanın,  evolyusiyanın  olmasından,  milli  şüurun  gəlişməsindən 
xəbər verir. Birləşdirici məsələlər ətrafında bir araya gələnlər gec-
tez ayırıcı məsələlərin də çarəsini axtarıb tapırlar.  
Avrasya Dosyası jurnalı (Ankara) 2001, N1
 
Ədəbiyyat 
1. Dünyada nə qədər Azərbaycanlı var? – “Avrasiya” qəzeti (Bakı) 
30 dekabr, 1980.  
2.  Sarkisyan  M.  Politiçeskie  Problemı  Kavkaza  i  Armeniya. 
Politika Armenii v reqione. Yerevan, 1995.  
3.  Ibrahimli  X.  Azərbaycan  siyasi  mühacirəti.  Bakı  1996,  səh. 
149-175.  
4. Nəminli Y. Güney-Qüzey mühacirəti. “21 Azər” dərgisi (Bakı) 
2001, N 10  
5.  Kolosov  V.  A.,  Qalkina  T.  A.,  Kuybışev  M.  V.  “Qeoqrafiya 
diaspor  na  territorii  bıvşeqo  SSSR”.Obşestvenníe  Nauki 
Sovremennosti. Moskva 1996-N5 
 6. Elçin. Azərbaycan mühacirəti haqqında. “Odlar Yurdu” qəzeti, 
(Bakı), 10 noyabr 1991.  
 7. Arzumanlı V., Hüseynov A. Azərbaycan ünvanlı. Bakı 1994, 
säh. 6.  

 
 
286 
 8. Yenə orada, səh. 7.  
9.  Nəsibzadə  N.  Azərbaycan  siyasi  mühacirəti.  “Ədəbiyyat  və 
incəsənət”. 07 fevral 1992.  
10. “21 Azər” (Bakı) 2001, N -10.  
11. “ Ayna”qəzeti, (Bakı), 6 aprel, 2001 
12.  Bizə  diaspor  lazımdır,  yoxsa  lobbi?.  “Panorama”,  25  fevral 
1997.  
13. “Azərbaycan lobbisi: onu necə yaratmalı?”. “Azərbaycan” 26 
iyun 1993.  
14. Yenə orada.  
15.  Cəfərov  F.,  “Almaniya  Avropada  Azərbaycan  diasporunun 
mərkəzi ola bilər”. “Xalq”qəzeti, 2 iyul 1996.  
16. “Ayna” qəzeti, 6 aprel, 2001.  
17.  “Azərbaycan  lobbisi:  onu  necə  yaratmalı?”.  “Azərbay-
can”qəzeti, 22 iyun 1993.  
18.  Qocayev  A.  “Bizə  lobbi  lazımdır,  yoxsa  diaspor?”.  “Pano-
rama”qəzeti, 25 yanvar, 1997.  
19.  “Azərbaycan  lobbisi:  onu  necə  yaratmalı?”.  “Azərbaycan 
“qəzeti, 23 iyun 1993.  
20. Corci Enn Geyer. “Immigrent Power in a Cultural Vacuum”, 
“The Washington Times” 1995, 19 yanvar.  
21. Nurani. “ABŞ: lobbi haqqında və... ”. “Ayna” qəzeti, 15 mart 
1997.  
22. Yenə orada.  
23. “Ayna”qəzeti (Bakı), 20 aprel, 2001 
 
 
 
 
 
 
 
 
 
 

 
 
287 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Qafqaz Evi” ideyası mühacirət ədəbiyyatında 
                                   
  “Qafqaz evi” ideyası yeni  deyil, əsrin əvvəllərində  meydana 
gəlib,  1920  –  ci  ildə      Qafqazdakı  milli  respublikaların  devril-
məsindən  sonra  yaranmış  siyasi  mühacirət  dövründə    formalaş-
dırılmışdır.  
  Qafqaz  xalqlarının  birliyi  ideyası  Rusiya  imperiyasının  
bölgədə sistemli və ardıcıl şəkildə çar I Aleksandrın  zamanından 
başlayan  istilaları  ilə  bağlıdır.  XIX  əsrin  əvvəllərindən    70  -  ci 
illərə qədər uzanıb gedən permanent  Rusiya – Qafqaz  savaşları 
göstərdi ki, eyni, həm də çox güclü təcavüzkara  qarşı ancaq bir-
likdə  vuruşmaq,  onun  zülmündən  əlbir  fəaliyyət  nəticəsində 

 
 
288 
qurtulmaq mümkündür. Hələ  ötən əsrin otuzuncu illərində “çər-
kəzlər öz milli qurultaylarını çağıraraq Qara dənizlə Xəzər dənizi 
arasındakı  bütün  dörd  milyonluq  Dağlıların  İstiqlalını  dünyaya 
elan etmiş, Çeçenistanda, Dağıstanda qanlı döyüşlərin getdiyi bir 
vaxtda Qafqaz xalqlarının birliyi fikrini ortaya atmışlar” [1]. Bu 
sonrakı  mərhələlərdə  nisbətən  mükəmməl  şəkil  alan  “Azad  
Qafqaz”  ideyasının ilkin dönəmləri, rüşeym, cücərti halı idi. 
  XX  əsrin  əvvəllərində  “Azad  Qafqaz” ideyası əsaslı şəkildə  
siyasi  praktikaya  daxil  oldu.  1915-ci  ildə  Şimal  Qafqaz, 
Azərbaycan,  Gürcüstan  mühacirləri Türkiyədə  “Qafqaz  Komi-
təsi”  adlı bir təşkilat yaratdılar.  Həmin ilin dekabrında  Komitənin 
İsa Paşa,  Əziz  Məkər və Fuad Paşa  ( Şimal Qafqaz ), Səlim bəy 
Behbudzadə    (Azərbaycan  ),    Knyaz    Maçabeli    və  Kamil  bəy 
Toqiridzedən   (Gürcüstan ) ibarət  bir  heyəti Avropa dövlətlərinə 
memorandum təqdim etmək üçün  Berlin və Vyanaya  getmişdi. 
Bu  sənəddə    “Qafqazın  xilas  edilməsi      və    dörd  dövlətdən  – 
Azərbaycan,  Ermənistan,  Gürcüstan  və  Şimali  Qafqazdan  ibarət 
bir konfedarativ dövlət qurmaq üçün Qafqaz komitəsinə maddi və 
mənəvi yardım göstərilməsi” [2] Avropa dövlətlərindən xahiş və 
tələb edildi. Sədri Şimali Qafqaz  mühaciri marşal  Fuad Paşa olan 
Qafqaz  Komitəsi  Qafqazın  istiqlaliyyətinə    çalışır  və  Rusiyadan 
ayrıldıqdan sonra bölgədə konfederasiya tipli siyasi bir qurumun   
formalaşacağının nəzəri əsaslarını  hazırlayırdı. Avropa mühitində 
ictimai rəy formalaşdırmaq üçün komitənin üzvləri  güclü təbliğat 
işi aparırdılar.  Rəsmən komitənin  üzvü olmasalar da  Ə. Ağaoğlu 
və    Ə.  Hüseynzadə      də    I  Dünya    Müharibəsi    illərində  neytral 
İsveçrədə  məskunlaşaraq  Qafqazın  rus pəncəsindən xilas olması 
məsələsi ilə bağlı “Avropa dövlətlərinə  muhtıralar ( dipnot-X. İ. 
)”    göndərib  bölgə  xalqlarının  həqiqi    vəziyyətini  təsvirə 
çalışırdılar”  [3]. 
 1918-ci  ildə Qafqaz  dövlətlərinin  istiqlaliyyət qazanması ilə 
bölgə dövlətləri  və  xalqlarının birliyi istiqamətində bir sıra vacib 
işlər görüldü: 16  aprel  1919-cu ildə Azərbaycan və Gürcüstan  
dövlətləri  arasında  hərbi    müdafiə  ittifaqı    haqqında    müqavilə 

 
 
289 
bağlandı   və  bu müqavilə Ermənistan üçün də açıq elan olundu; 
“Müsavat”  partiyasının    1919-cu  il  konqresində  Qafqaz 
Konfederasiyası  haqqında  qərar  qəbul  edildi;  1920-ci  il  Bakıda 
keçirilən Ermənistan-Azərbaycan konfransında, az sonra 3 Cənubi 
Qafqaz dövlətinin Tiflis konfransında Şimali Qafqazın müdafiəsi 
məsələsi  müzakirə  olundu  və  dağlılara    əsgəri,  maddi    yardım 
göstərilməsi qərara alındı. 
 Tiflis konfransında  Azərbaycan heyətinin  (heyət  rəisi,  F. X. 
Xoyski, M. Vəkilli, O. N. Nayman Kriçinski, H. Ağayev) təşəb-
büsü    ilə  Qafqaz    Cümhuriyyətləri    Şurası  yaratmaq  barədə 
razılaşma  da  əldə  olunmuşdu.  Bu  şuranın  yaradılması  haqqında 
Azərbaycan Ədliyyə  Nazirinin  müavini O. Nayman Mirzə Kri-
çinski tərəfindən  24  maddədən ibarət bir layihə hazırlandısa  da 
aprelin  27-də  Azərbaycanı  XI      Ordunun  işğalı  ilə  məsələ  özü  - 
özünə  dayanmalı oldu [4]. 
 1920-ci il Aprel işğalından sonra başlanan mühacirətin  elə ilk 
illərində  Qafqaz  birliyi  məsələsi  yenidən  gündəmə  çıxarıldı. 
Azərbaycan  nümayəndə  heyəti  faktiki  itirilmiş  müstəqilliyin 
hüquqi mühafizəsi sahəsində beynəlxalq ələmdə gərgin iş aparır, 
öz  fəaliyyətlərini  digər  Qafqaz  respublikalarının  təmsilçilərinin 
fəaliyyətləri ilə əlaqələndirməyə çalışırdılar. 
    Elə  bu  məqsədlə  1921-ci  ilin  mayın  8-də  Azərbaycan 
nümayəndə heyəti, ADR-in Parisdəki nümayəndəliyində yığışaraq 
Qafqaz  respublikalarının  müstəqilliyi  yolunda  birgə  fəaliyyətin 
zəruriliyini  nəzərə  alıb  Qafqaz  Konfederasiyasının  yaradılması 
məsələsini müzakirə etdilər. 
    1921-ci il iyunun 10-da isə artıq üç Qafqaz Respublikasının 
səlahiyyətli  təmsilçiləri  ilk  yığıncaqlarını  keçirib  (Ə.  M. 
Topçubaşovun  sədrliyi  ilə),  öz  aralarında  siyasi,  iqtisadi  ittifaq 
yaratmaq qərarına gəldilər. 
    10 iyun qərarı barədə mühacirlər Fransa Nazirlər Sovetinin 
sədri  Brianı  məlumatlandırdı.  Brian  isə  öz  növbəsində  azad 
olunmuş  bölgələr  üzrə  nazir  Lüşerə  üç  Qafqaz  respublikasının 
nümayəndələri ilə danışıqlar səlahiyyəti və göstərişi verdi. 

 
 
290 
    1921-ci  il,  7  iyulda  Parisin  Məhkəmə  Palatasının  iclas 
zalında Qafqaz Respublikaları və Rusiya təmsilçilərinin ilk yığın-
cağı  keçirildi.  Yığıncaqda  Azərbaycanı  Ə.  M.  Topçubaşov, 
Gürcüctanı Qeqeçkori və Sabaxtaraşvili (sabiq Xarici İşlər naziri), 
Ermənistanı  Avetis  Aqoranyan,  Rusiyanı  Maklakov  (Kerenski 
hökümətində Fransa səfiri) və Mandelştam (cabiq Türkiyə səfiri), 
Fransa tərəfini sabiq ali komissar Şevalye və Sarbon Universiteti 
hüquq fakultəsinin rektoru, prof. Verno təmsil edirdi. 
    Vernonun sədrliyi ilə keçən bu yığıncaqda ilk çıxış edən Ə. 
M. Topçubaşov oldu. O, əvvəllər də Qafqaz Konfederasiyasının 
qatı  tərəfdarlarından  birinin  Azərbaycan  olduğunu  göstərərək, 
Türkiyənin  də  bu  ideyaya  müsbət  münasibətini  vurğuladı. 
Çıxışının  sonunda  Ə.  M.  Topçubaşov  müttəfiqləri  (Türkiyəni 
parçalamaq mövqeyinin tərəfdarı olan İngiltərə, Fransa, Yunanıs-
tan  nəzərdə  tutulur)  Türkiyənin  hüquqlarını  tanımağa  və  Şərqdə 
əmin-amanlığın qarantı olan bu dövlətə yardım etməyə çağıraraq, 
yığıncaq  iştirakçılarını  inandırmağa  çalışdı  ki,  Türk-bolşevik 
razılaşması qısamüddətlidir, çünki bolşevik ideyaları İslam əxlaqı 
və ənənələri ilə bir-birlərini inkar edir. 
    Ə.  M.  Topçubaşovun  Türkiyəni  müdafiə  etməsi  və  müt-
təfiqlərə tutduğu iradlar Şevalyenin xoşuna gəlmədi. O, çıxışında 
mədəniyyət  baxımından  Ermənistan  və  Gürcüstanın  inkişafını 
xüsusi  qeyd  edərək  “müttəfiqlərin  də  qəddar  düşməni”  olan 
Türkiyə  kimi  əjdahanın  qonşuluğunda  bu  respublikaların  hələ 
mövcudluğuna təəccübləndiyini gizlətmədi. Şevalye Qeqeçkoriyə 
də  Topçubaşova  cavab  vermək  təklif  etdisə,  Qeqeçkori  bu 
təklifdən  boyun  qaçırdı.  Lakin  A.  Aqoranyan  söz  alıb  1918-ci 
ildən  müstəqilliklərinə  çalışan  Qafqaz  respublikalarına  Türki-
yənin,  1920-ci  ildən  isə  Rusiyanın  imperialist  dövlət  kimi  ayaq 
basdığını göstərdi. Rusiyanın imperiealizmdə və işğalçılıqda suç-
landırılmasından qəzəblənən Maklakov erməniləri tənbeh edərək, 
onlara  Rusiyanın  “tarixi  atalıq  qayğısını”  xatırlatdı.  Çıxışının 
sonunda isə hədələyici bir tonda “Rusiya sabah yenə ayağa qalxa-
caq!” deyərək yığıncaqda əsəbi ovqat yaratdı. Buna baxmayaraq 

 
 
291 
Qafqaz mühacirləri dağıdıcı Rusiya və Ermənistan mühacirlərinin 
təmsil olunmadığı “Dörd heyətin nümayəndələrindən ibarət daimi 
bir  Qafqasya  Konseyi  vücuda  gətirdilər”  [5].  Şimali  Qafqaz, 
Azərbaycan,  Gürcüstan  nümayəndə  heyətləri  arasında  müştərək 
müraciətin  imzalanması  ilə  əsası  qoyulan  mühacirətdəki  bu  ilk 
Qafqaz  birliyi,  sonrakı  mərhələdə  daha  mükəmməl  təşkilatların 
meydana  gəlməsinə  rəvac  verdi.  1927-ci  ildə  Azərbaycan, 
Gürcüstan və Şimali Qafqazı birləşdirən Qafqaz İstiqlal Komitəsi 
meydana  gəldi.  Təşkilat  3+1  prinsipi  əsasında  qurulmuşdu:  üç 
Qafqaz  respublikası  üstəgəl  Polşa  dövləti.  Polşa  bu  Qafqaz 
respublikalarını təmsil edən təşkilatların fəaliyyətini əlaqələndirir, 
onlara maliyyə və başqa yardımlar göstərirdi. Azərbaycanı  QİK-
də M. Ə. Rəsulzadə,  M. Y. Mehdiyev, Gürcüstanı  N. Jordaniya,  
A. Çxenkeli, A. Asatiani, S. Mdivani,  Dağlıları isə  M. Sunşev  və 
İ. Çumşov  təmsil edirdi.  Təşkilatda hərbi bölmə,  mətbuat şöbəsi,  
o cümlədən  N. Mehdiyev,  M. Sunşev  və İ. Salamodadan  ibarət 
əməliyyat  işlərini həyata keçirən üçlük  mövcud  idi [6]. 
  Qafqazlılar 1920-ci  illərdə get-gedə populyarlaşan  “Avropa 
Birliyi”  ideyalarını  örnək  tutaraq  Ermənistanı  da  komitəyə cəlb 
etməyə  çalışır,  ermənilər  isə  rus  mühacirləri    ilə  iş  birliyinə 
üstünlük  verərək    onların  mətbuatından  Azərbaycan  və  Gürcüs-
tana  qarşı torpaq iddialarından  əl çəkmirdilər.  “Azəri türk” dər-
gisi  erməni müəlliflərinin Praqada  çıxan  “Sosialistiçeski  vestnik”  
məcmuəsindən bəzi  parçaları (“Qafqaz problemi”  məqaləsi) dərc 
edərək,  qonşularımızın  Bakı  neftindən  pay  istədiyini,  Qafqaz 
ailəsinin birlik məfkurəsinə get-gedə daha çox  bağlandığı halda, 
onların hələ də xülyalarla yaşadığını  göstərirdi  [7]. 
   14  iyul  1934-cü  ildə QİK-in  təşəbbüsü ilə  Azərbaycan,  
Gürcüstan, Şimali Qafqaz  mühacirləri  Brüsseldə  toplaşaraq Qaf-
qaz  Konfederasiyası Misaqı  (andlaşma)  adlanan  bu sənəddə: 
   “  –  Bir  millətin    tam  inkişafının    ancaq    tam  bir    istiqlal  
şərtilə mümkün ola biləcəyini; 

 
 
292 
    - Təkmil  Qafqaz  qüvvələrinin  tək və müştərək  bir hüdud  
daxilində  birləşmədən    bu  məqsədə    nail  olmanın    son  dərəcə  
müşkül  olacağını; 
     -  Qafqaz  millətlərinin    xarici  siyasət  və  milli    müha-
cirətlərinin  müştərək bir tərzdə  ifadə edilməsinin  zəruriliyini
     -  Qafqaz  Cümhuriyyətləri    Konfederasiyası    məmləkətin 
siyasi  və    iqtisadi    vəhdətindən    irəli  gələn  siyasi    bir  şəkil  ol-
duğunu“  [8]  ifadə edərək, üç Qafqaz dövlətinin    mühacirləri  
Qafqaz  Konfederasiyasının   aşağıdakı əsaslarını  elan etdilər: 
1.  Qafqaz konfederasiyası xaricdə  tərkibinə aldığı  cümhu-
riyyətlər adına hərəkət edəcək  və müştərək siyasi  gömrük hüdu-
duna malik olacaq. 
2.  Konfederasiyaya  daxil  olan cümhuriyyətlərin  xarici  si-
yasəti  qurumun səlahiyyətli  nümayəndələri tərəfindən idarə edi-
ləcək. 
3. Konfederasiyanın  hüdudları cümhuriyyətlərin ordularından 
təşkil olunan  və vahid komandanlıq  altına alınan  Konfederasiya 
Ordusu  tərəfindən  müdafiə olunacaq. 
4.  Konfederasiya daxili mübahisəli  məsələlər  Yüksək  Kon-
federasiya  Məhkəməsinə veriləcək. 
    Paktı  Azərbaycan adından M. Ə. Rəsulzadə,  Ə. M. Topçu-
başi,  Şimal Qafqaz adından  M. Girey-Sunc,  İbrahim  Çulik, Tau-
sultan    Şakman,  Gürcüstan  adından    N.  Jordaniya,  A.  Çxenkeli  
imzaladı. 
   14  iyul    Paktının    məqsədləri  ilə  bağlı    Qafqaz    İstiqlal  
Komitəsi  yaydığı  bəyannamədə  “yaxında bir konfrans  çağırıla-
cağını  və QİK-in istefasını  qəbul edəcək bu  konfransın müştərək  
bir Qafqaz orqanı   yaradacağını”  [9] bildirirdi. 
    Nəhayət,    1935-ci  il  fevralın  14-də  (23-  nə  qədər  davam 
etmişdi )  nəzərdə tutulan  həmin  konfrans çağırıldı.  Konfrans,  
Qafqaz Konfederasiyası  ideyasının  gerçəkləşməsi  və  öz millət-
lərinin  hürriyyəti uğrunda   son nəfəsinə qədər  mübarizə aparan  
Ə.  M.  Topçubaşi,  N.  Ramişvili    (1934-  cü    ildə   Parisdə    sui  – 
qəsdin  qurbanı oldu )  və  Əhməd  bəy  Solikattinin  xatirəsini yad  

 
 
293 
etdikdən sonra, 8 illik   mübarizənin  yekunun  kimi  Qafqaz Kon-
federasiyası  Şurasının  (QŞK)  yaradıldığını  elan etdi.  On bəndlik  
“Qafqaz məsələsi  və  Rusiya”  adlanan sənəddə   İvan Qroznıdan  
üzü  bəri    Rüsiya-Qafqaz    münasibətlərinə    tezislər  şəklində  
qiymət   verən  fevral   konfransı,   bolşevik   istilası   altında olan 
Qafqazın  gələcək taleyi  ilə  bağlı   Şuranın  qarşısında aşağıdakı  
vəzifələrin  dayandığını   bəyan edirdi. 
   1.  Qafqaz   rus  istila hökumətinin    likvidə    ( ləğv-X.  İ.)  
edilməsi  üçün    Qafqaziya  Cümhuriyyətlərinin      bərqərar  olması    
və    bu  cümhuriyyətlərin    Konfederasiya  halında    birləşməsi  yo-
lunda  Qafqaziya millətlərinin   hazırlanmasına  çalışmaq. 
   2.   Bu  məqsədlə  Sovetlər  Birliyindəki  başqa  əsir  millət-
lərin  təşkilatları ilə  siyasi və  təşkilat  əlaqəsinə  girmək. 
   3.    Müstəqillik  yolunda  Şuranın  öz  qüvvələrinə  güvən-
mək  [10]. 
    QKŞ    Azərbaycan,    Gürcüstan    və    Şimali    Qafqaz    milli  
təşkilatlarının   nümayəndələrindən  ibarət olub,  paritet   əsaslarla  
qurulmuşdu.  O,  nizamnaməyə  uyğun olaraq   mütəmadi  toplaşır,  
Qafqaza aid  bütün  siyasi  məsələlərlə  məşğul  olur   və  rəyasət 
Divanının    tətbiq    edəcəyi      siyasətin    əsas  xətlərini    müəyyən-
ləşdirirdi. Azərbaycanı Şurada Milli  Mərkəzin  (AMM)  sədri  M. 
Ə. Rəsulzadə  təmsil  edirdi. 
     Qafqaz  Konfederasiyası  Şurası  Ermənistan  mühacir  təş-
kilatları üçün  açıq elan olunsa  da, uzun müddət  onlar  Şuraya  
girməkdən  çəkindilər.   Yalnız  1940-ci  ildə,  M. Ə. Rəsulzadənin  
yazdığı kimi  “İkinci Dünya  müharibəsi  ərəfəsində  ...   erməni  
mühacirətinin nümayəndələri  də  sözükeçən misaqa  qoşuldular”  
[11]. 
    Ermənilərin    Qafqaz  Birliyinə    qoşulması,  ilk    növbədə  
yaranmış  beynəlxalq vəziyyətlə  bağlı  idi.  Belə ki,  İkinci  Dünya  
müharibəsinin   başlanması  ilə  SSRİ-nin   gələcək  taleyi   sual  
altına  düşmüşdü  və  ermənilər  Rusiyada  yeni  qaydalar  bərqərar 
olana  qədər  gözləmə    mövqeyi    tutmaq,    qafqazlılara    sığınmaq 
taktikası seçmişdilər. Deyilənlər bir daha onunla  təsdiqlənə   bilər  

 
 
294 
ki,   müharibə  qurtardıqdan sonra  ermənilər  yenə də  “böyük  və  
bölünməz  Rusiya”  şüarı  ilə  çıxış  edən  ağ  rus  mühacirlərinə  
tərəf  üz  tutmuşdular. 
   Qafqaz    mühacirlərindən    bir    qrupu    Şimal    Qafqazın    ən  
nüfuzlu  mühacirlərindən  olan Heydər Bammatın  ətrafında  top-
laşaraq,  radikal  millətçilik   xətti  tutmuşdular.  Bu  qrup  rus  və  
erməni  mühacirlərindən başqa  SSRİ-dən  olan  bütün  milli  mü-
hacir  təşkilatlarının  təmsil  olunduğu  “Promotey” cəbhəsinə  də  
müxalifətdə dayanırdı.  Onu da qeyd  etmək  lazımdır  ki,  Qafqaz  
Konfederasiyası   Şurasını  yaradanların  böyük  əksəriyyəti  məhz  
prometeyçilər idi və H. Bammat  qrupunun QKŞ- yə müxalifətdə 
dayanması    əsasən      bu    amillərlə    bağlı    olmuşdu.    Doğrudur,  
alman  tədqiqatçısı  P. Mühlen   H. Bammat  qrupunun  QKŞ-yə  
müxalifətdə    dayanma    səbəblərini    Qafqaz    Federasiyası 
məsələsinə  prinsipial  baxış  fərqlərində    görürdü:    “Bammat    və  
onun    ətrafındakılar    Qafqaz    Federasiyasının    Türkiyəyə    bağlı  
olmasını    istəyirdilər”  [12].    Lakin    alman    tədqiqatçısının    bu  
mülahizəsi  nöqsanlı  idi  və  heç  şübhəsiz,  Qərbdə  pantürkizm  
və    panislamizm    barədə    yayılan    dumanlı,    qeyri  -  real  
təsəvvürlərdən  qaynaqlanırdı.  H. Bammatın  mövqeyinə  gəldik-
də   isə o,  “Qafqazla  Rusiya  arasında  Səddi Çin  çəkəsi  deyilik”   
fikrini  söyləməklə  yanaşı,  cənub  qonşuları  Türkiyə  və  İrana  
münasibətin də  çox  bəsit  və  aydın  olduğunu  bildirirdi:  “Qafqaz   
millətlərinin  məqsədi  bir  ağanı  başqa  ağayla  dəyişmək  deyildir”  
[13].  H. Bammat  hər  birisində  “Axilles  dabanı”  olan  Qafqaz  
millətlərinin   birinin  digəri  üzərində  hegemonluğunun   qeyri-
mümkünlüyünü   qeyd  edir,  eyni  zamanda  hamını  kənardan  
yardım istəməməyə  çağırırdı.  O,  yaxın  tarixi  keçmişdən  ibrət  
dərsi  götürməyin    zəruriliyini    vurğulayır,    bir    Qafqaz  
Cümhuriyyətinin    kənardan    kömək    istəməsinin    başqa  
cümhuriyyətin  də  analoji   fikrə  düşməsinə  rəvac  verdiyini  bil-
dirirdi. Qafqaz  və  Türkiyənin  birliyi  isə  ortaq  mənafe  birliyidir, 
çünki  Qafqazın  müstəqilliyi  Türkiyənin    cənub    sərhədlərindən  
tam  rahatlığı  deməkdir. 

 
 
295 
    P.  Mühlenin  mülahizələrinin  doğru  olduğnu  təsdiq  edən 
fikirlərə  H.  Bammatın  digər  cəbhədaşlarının  yaradıcılığında  da 
təsadüf olunmur. 
    Təbii  ki,  maraq  doğuran  məsələlərdən  biri  də  Qafqaz 
Konfederasiyası ideyası ətrafında meydana gələn fikir ayrılıqları 
və  qruplaşmalar  idi.  İstər  N.  Jordaniyaya    müxalif    gürcü    mü-
hacirləri    (Q.  Kvinitadze,    Z.  Avalişvili,  Ş.  Karumidze    və  b.)  
istərsə    də,        M.  Ə.  Rəsulzadəyə    müxalif    azərbaycanlılar    (Ş. 
Rüstəmbəyli, X. Xasməmmədov, F. Əmircan  və  b.)  Qafqaz  mil-
lətlərinin  birliyinin zəruriliyini  dönə-dönə  qeyd  edir,  onun  real-
laşmasına  çalışırdılar.  Bu  məsələ  ilə  bağlı  gürcü  mühaciri  Ş. 
Amiracibi    yazırdı:    “Qafqazın    bütün  millətlərini    içinə    alan 
Qafqaz  Konfederasiyası  qurulmalıdır” [14]. 
    Prof.    M.  Sereteli    isə    qafqazlıları    isveçrəlilər  kimi    bir-
birinin dilinə  və  milli  hüquqlarına  hörmətə  vərdiş etməyə  çağı-
rır,  konfederasiyaya  inandığını  bildirirdi. 
   Birmənalı   şəkildə  qeyd  etmək  olar  ki, tərəflərdən  heç  
biri  Qafqaz  Birliyinə,  konfederasiya  ideyasına  qarşı  çıxmamış-
lar.  Bəs  fikir  ayrılıqlarına,  qruplaşmalara  rəvac  verən  nə  idi? 
   Paktı  imzalayanlar  və  Şuranı  yaradanlar  ən  çox  Qafqaz  
Cümhuriyyətinin  süqutuna  qədər  mövcud  ideyaya  əhəmiyyət  
verməməkdə   ittiham  olunurdu.  Müxalif  tərəf,  yəni  H. Bammat  
qrupu  bildirirdi  ki,  vaxtında   Qafqaz  birliyi  yaradılsaydı,  indi  
mühacirətdə  bu  barədə  baş sındırmağa  ehtiyac  qalmazdı.   
  Azərbaycan  mühacirlərindən   Şərafəddin  Erəl  “Azərbaycan   
politikaçılarının    yanlışları  ”  əsərində    Azərbaycanın    Şimali  
Qafqaza  hərbi  yardım  etməməsini  bağışlanılmaz  səhv  adlan-
dırıb    yazırdı:    “Azərbaycana    yardımda    şəhid    olan    bir    çox  
Şimali  Qafqaz  zabit  və  əsgərinə  qarşı  bir  tək  hərbçi  belə  
Azərbaycandan  Şimala  göndərilməmişdi” [15]. H. Bammat  da  
Azərbaycanla  Şimali  Qafqazın   “Quba  məsələsinə”  görə  bir-
birindən    soyumasını    çox    yersiz    və    ziyanlı,    həm  də    işğala  
kömək  edən  faktlardan  olduğunu  göstərirdi.   

 
 
296 
   C. Hacıbəylinin  də  məsələ  ilə  bağlı  aşağıdakı  mülahizəsi  
diqqəti    cəlb  edir:    “Vaxtilə    Azərbaycan    və  Şimali    Qafqazın  
birləşməsinə  acınacaq  bir  cəhalət  mane  oldu  və  bu  vəziyyətdən 
istifadə    etmiş    olanlar    şübhəsiz    kəndi    istiqlaliyyətlərinin  
düşmənləridir.    Ümumi    Qafqazın    Şimali    Qafqazlılara    qarşı  
tarixi  bir  borcları  vardır”  [16]. 
   Bammatçılr,    N.  Jordaniya    və    M.  Ə.  Rəsulzadəni    təkcə  
Qafqaz  Konfederasiyası ideyasına  vaxtilə  məhəl qoymamaqda  
ittiham  etməklə  kifayətlənmir,  ilk  dəfə özlərinə  məxsus  olan  
bu  ideyanın  Qafqaz  paktını imzalayanlar  tərəfindən  marksizmə  
uyğun  interpretasiya  olunduğunu  da  iddia  edirdilər.  H.  Bam-
matdan  gətirilən  aşağıdakı  sitat  məsələyə  nisbi aydınlıq  gətirir: 
“Marksizm    propoqandası    bəzən    praktik    qeydlərlə,    bizdən  
çalınmış (oğurlanmış  - X. İ.)  ideolojilər  və  keçici  formullarla  
qüvvətləndirilməkdədir. Bunun  misalı  Qafqaz  Konfederasyonu  
Paktıdır”  [17]. 
   QKŞ-yə  alternativ  bir  birlik də  bammatçılar  tərəfindən  
yaradılmışdı.  Birliyin    əvvəlcə  sədri  X. Xasməmmədov,  Baş  
katibi  Səid  Şamil,  xəzinədarı  Ş. Rüstəmbəyli idi.  Sonralar  H. 
Bammatın  lider  olduğu  bu  qurum  N. Jordaniyaya  müxalif  olan 
gürcülərin cəlb  edilməsi ilə  nisbətən  böyüdü.  Bütün  Qafqaz  
cümhuriyyətlərinin    birlikdə    təmsil    olunmasına    can  atan    H. 
Bammat  ermənilərdən  Zərgəryan  qardaşlarını  da  cəlb  etdikdən  
sonra  Həqiqi  Qafqaz  Federasiyasının  yarandığını  bəyan  etdi. 
Birliyin  “Qafqaz”  adlı  çox məşhur  bir  dərgisi dərc  olunurdu və 
bu  dərgi  1939-cu    il    Hitler-Stalin    paktının    şərtlərinə    görə  
Hitlerin  göstərişi  əsasında  bağlanana  qədər  işıq  üzü  gördü. 
   Obyektivlik  naminə  qeyd etmək lazımdır  ki,  Qafqaz  Bir-
liyi  uğrunda mübarizə  aparan  hər iki  tərəf  uzun-uzadı  fikir  
dartışmaları  və  diskussiyalar  nəticəsində  mövcud  ideyanı  xeyli  
təkmilləşdirib  dolğun  hala  gətirdilər. 
   Təəssüf  ki,  belə  diskussiyalar  zamanı  bəzən  səhv  itti-
hamlar,  “kənara çıxmalar” da  olurdu  ki,  bu  M. Ə. Rəsulzadə  
və N. Jordaniyaya  hücumların  subyektivliyində  özünü  daha çox  

 
 
297 
büruzə  verirdi.  Mühacirət  tarixində  maraq  doğuran  məsələ-
lərdən    biri  də    Qafqaz    Birliyinin    pozulması    istiqamətində  
ermənilərin    bir    sıra    radikal    millətçi    gürcü    mühacirləri    ilə  
apardıqları  işdir. 
    1936-cı il mayın  24-də  “Erməni-gürcü   İttifaqı  ”nın   ya-
ranması  ilə  bağlı  erməni  və  gürcü   millətlərinə   ünvanlanmış  
bir  bəyannamə  yayıldı.  Parisdəki   erməni  kilsəsində  oxunan  
bu  sənədin müəllifləri  gürcü   prinsi  Vaçnadze  və  sabiq   Er-
mənistan  Xarici  İşlər  Naziri  Arşak  Camalyan idi. Bəyannamədə  
deyilirdi: “Əskidən  bəri  müştərək  kültür  və  siyasi  müqəddəratla  
bir-birlərinə  bağlı  olan  erməni  və  gürcülərin  milli  varlıqlarını  
əlbirliyi  ilə  müdafiə  etdiyi  tarixidə  qeyd  edilmişdir...   
   Əski,  nəcib  və  hürriyyətpərvər   Qafqaz  millətləri  bundan  
sonra  əcnəbi  imperialistlərin  ehtiraslarına  qurban  olmayacaq”  
[18].  Əcnəbi    imperialistlər    deyildikdə,    Rusiyanın,    əsasən  də  
“geniş  erməni  və  gürcü  torpaqlarını  ələ  keçirən  Türkiyənin ”  
adı  çəkilirdi. 
   Qafqaz  millətlərinin   birliyi  yolunda  “Erməni-gürcü  itti-
faqı”nı  separatçılıq  kimi  qarşılayan  Qafqaz  mühacirləri, ələl-
xüsus  da Bammat  qrupu bu  ittifaqa  qarşı  sərt çıxışlar  etdi. Ş. 
Amiracibi    erməni-gürcü    ittifaqçılarına    aşağıdakı    sualla    mü-
raciət  edirdi:  “Azərbaycan  və  Şimali  Qafqazın  iştirak  etmədiyi  
bir  ittifaqın yeni  Türkiyədə  şübhələr  oyandırması,  hətta  Tür-
kiyəni  İrqdaş və  dindaşlarını  himayə  niyyəti ilə müdaxiləyə belə  
sövq edə bilər. Belə  ehtimallara  qarşı  erməni-gürcü  bloku  nə 
yapa  bilər? ”  [19]. 
     Fuad  Əmircan  (Daryal)  da “Erməni-gürcü İttifaqı”ın mə-
ramını  açıqlayaraq üç  qayənin  hədəf  tutulduğunu  göstərirdi:  
birincisi,  Azərbaycan  və  Şimali  Qafqazdan  ayrı  bir  erməni-
gürcü  birliyi  yaratmaq;  ikincisi,  Türkiyəni  erməni  və  gürcü  
millətləri üçün  Rusiyadan da  böyük  bir  təhlükə  olaraq  təqdim 
etmək;    üçüncüsü    isə,    “geniş    erməni  -  gürcü    hüdudları  ”  
məsələsini  təzələmək  [20]. 

 
 
298 
    Birliyə  Ş. Karumidzenin  münasibəti  də  maraq  doğurur.  
O, “Erməni-gürcü  Birliyi” nin  Qafqazı  iki  dinə,  Qütbə  par-
çalanmasından,  nəticədə  azlıqda  qalan  xristianlarla  yeddi  mil-
yonluq   müsəlman  əhalisi arasındakı  (əhalinin  siyahıya  alın-
masına  görə  bu dövrədə  Qafqazın 3/2-si  müsəlman  idi )  möv-
cud    mehribançılığa    şimal    soyuqluğunun    girə    biləcəyindən  
ehtiyatlanırdı  [21]. 
    İttifaqı  yaradanlarla  yanaşı,  bammatçılar  onun  ilhamçısı  
hesab    etdikləri    Qafqaz    Konfederasiyası    Şurasını    da  ittiham 
edirdilər.  Bu  ittihamlara  cavab  olaraq  QKŞ  özünün  16  iyun 
toplantısında  (1936-cı  il)  bəyanat  verərək,  yaradıcılarını  belə 
tanımadığı “Erməni-gürcü Birliyi”ni pislədi. Bəyanatda deyilirdi:  
“1.  Nə  QKŞ-nın,  nə  də  ona  daxil  olan  Milli mərkəzlərin  bu 
bəyannamədən  məlumatları  yoxdur.  Onu  yaradanlar  hələ  bizə 
məchuldur.  2.  QKŞ  Qafqaz  millətlərinin  tək  bir  təşkilatda 
birləşməsini  lüzum  bilir  ki,  QKŞ-nın  şəxsində  belə  bir  təşkilat 
mövcuddur. 3. Qafqaz millətlərinin ayrı-ayrı təşkilatlar yaratması 
Qafqaz Birliyini dağıda... düşmənçiliyə səbəb ola bilər. 4. Hüdud 
davaları  Qafqazın  hürriyyətindən  sonra...  arbitraj  yolu  ilə  həll 
olunmalıdır” [22]. 
   Qafqazlıların mühacirətdə yaratdıqları son təşkilat, 1952-ci 
il  dekabrın  11-16-da  Azərbaycan,  Gürcüstan,  Şimali  Qafqaz 
nümayəndələrinin  Münxendə-Ümumqafqaz  Konfransında  təsis 
etdikləri Qafqaz İstiqlal Komitəsi oldu. Konfrans QİK adı altında 
“Ümumqafqaz  Mərkəzi”  yaradaraq  ona  aşağıdakı  vəzifələri 
həvalə  etdi:  a)  Qafqaz  millətlərinin  milli  qurtuluş  mücadiləsini 
xaricdə  təmsil  və  idarə  etmək:  b)  ABŞ  və  batı  dövlətləri  başda 
olmaq  üzrə  bolşevizmə  qarşı  savaşda  məhkum  millətlərin  yar-
dımlarına ümid bağladıqları dövlətlərlə, millətlərarası təşkilatlara 
QİK-in fəaliyyətini uzlaşdırmaq; v) Doğu Avropa, Türküstan və 
başqa millətlərin apardıqları mübarizə ilə iş birliyi yaratmaq” [23]. 
Sonuncu  bənddə  isə  Qafqaz  millətlərinin  ruslara  qarşı  nifrət 
bəsləmədikləri  və  bolşevizmin  çökməsi  ilə  rusların  da  xilas 
olacağı bildirilirdi. 

 
 
299 
   Konfransda  qəbul  edilən  bəyannaməni  Azərbaycan  Milli 
Mərkəzinin sədri M. Ə. Rəsulzadə, Gürcüstan Milli Siyasi Mər-
kəzinin  sədri  N.  Jordaniya  və  Şimali  Qafqaz  Milli  Komitəsinin 
sədri prof. Ə. N. Maqoma imzaladı. 
   Kommunistlər  Sovet  İttifaqının  içinə  qatıb  bütöv  Qafqazı 
Zaqafqaziya  və  Predqafqaziya  kimi  iki  yerə  parçalayanda,  mü-
hacirətdə  Qafqaz  xalqları  vahid  ailədə  (şimallı-cənublu)  təmsil 
olunmuşdur. QKŞ  yarımçıq Zaqfederasiyaya nisbətən bütöv  Qaf-
qazın, gerçək Qafqaz birliyinin nümunəsi idi. 
 
 Qafqaz Birliyi fikri çağdaş “Qafqaz evi” ideyasının əsasında 
dayanır.  8  mart  1996-cı  Tbilisi  deklarasiyası  Azərbaycan-
Gürcüstan strateji  əməkdaşlığı  ilə günümüzdə Qafqaz Birliyinin 
praktiki  gərçəkliyə  çevrilməsi  yolunda  çox    əhəmiyyətli  addım 
oldu. O qədərincə dəyərləndirilməlidir.  
 
BDU-nun xəbərləri, 1998, səh., 56-62 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
300 
 
 
 
 
 
 
 
 
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin