XaləDDİN İbrahiMLİ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix31.01.2017
ölçüsü2,7 Mb.
#7255
1   ...   11   12   13   14   15   16   17   18   19

MƏQALƏLƏR 
 
Azərbaycan diasporu: mövcud durum 
və perspektiv barədə bəzi mülahizələr 
 
Giriş əvəzi 
 Azərbaycan  Cümhuriyyəti  1991-ci  ildə  öz  bağımsızlığına 
qovuşdu. Gənc və təcrübəsiz dövlətin çoxsaylı problemləri var. Bu 
problemlərin  həllində  daxili  güc,  enerji  yetərli  deyil.  Lakin 
Azərbaycana kənardan yardım imkanları böyükdür. Çox spesifik 
bir tale yaşayan dünya azərbaycanlılarının cəmi beşdə biri, yəni 
50  milyondan  8  milyonu  [1999-cu  il  statistikasına  əsasən-1] 
bağımsız  Azərbaycan  Cümhuriyyətində  yaşayır.  Buna  görə  də 
Azərbaycan  Cümhuriyyətinin  xarici  siyasətində  üstün  istiqamət-

 
 
270 
lərdən  biri,  böyük  əksəriyyəti  kənarda,  dünyanın  müxtəlif  ölkə-
lərində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onların diaspor 
halında  formalaşmalarına  və  fəaliyyətlərinə  yardım  etməkdir. 
Yaxın  keçmişin  təcrübəsi  göstərir  ki,  pərakəndə  və  təş-
kilatlanmamış  Azərbaycan  icmaları  bağımsız  Cümhuriyyətin 
problemlərinin  həllində  yaxından  iştirak  edə  bilmirlər.  Lakin 
Azərbaycanla  düşmənçilik  edən  və  bu  niyyətindən  əl  götürmək 
istəməyən Ermənistanda durum fərqlidir. Ermənistan da oxşar tale 
yaşayır,  yəni  dünya  ermənilərinin  yarıdan  çoxu  Ermənistandan 
kənardadır.  O  da  hamıya  bəllidir  ki,  kənarda  yaşayan  ermənilər 
Ermənistan  dövlətinin  bütün  problemlərinin  həllinə  çox  aktiv 
dəstək  verir.  Erməni  strateqlərinin  fikrincə  neçə  onilliklərdir  ki, 
erməni  milli  maraqlarının  formalaşmasında  üç  amil,  üç  tərəf 
iştirak edir: 
1. Ermənistan Respublikası 
2. Erməni diasporu 
3. Dağlıq Qarabağ [2].  
Erməni  və  Azərbaycan  milli  maraqlarındakı  durum  və 
keyfiyyət  fərqlərindəndir  ki,  Dağlıq  Qarabağ  1990-cı  illərdə 
ermənilər üçün konsolidasiya amili olduğu halda, Azərbaycanda 
siyasi  prosesləri  məcrasından  çıxaran,  toplumda  destabilizasiya 
yaradan katalizator rolunu oynadı.  
 Bütün məsələləri bir kənara qoysaq belə, təkcə Ermənistanla 
Azərbaycanın  qonşuluq  faktı,  son  yüz  ilin  ortada  olan  sərt  və 
amansız  münasibətləri-ermənilər  tərəfindən  törədilən  kütləvi 
insan qətlləri, terror hadisələri, qarətlər, torpaq işğalları Azərbay-
can  milli  maraqlar  sisteminin  formalaşmasını,  bütün  dünya 
azərbaycanlılarının mütəşəkkilliyini tələb edir, ardıcıl və sistemli 
fəaliyyət göstərən diasporun olmasını zərurətə çevirir.  
 
Mühacirət tarixi barədə qısa xülasə 
 Azərbaycan  diasporunun  mövcud  durumunu  düzgün  dəyər-
ləndirmək  üçün  XX  yüzildə  ölkənin  quzeyində  və  güneyində 
yaranan mühacirətləri, bu mühacirəti doğuran səbəbləri öyrənmək 

 
 
271 
tələb  olunur.  Şimali  Azərbaycanda  ən  böyük  mühacirət  dalğası 
1920-ci  ilin  aprelində  milli  Cümhuriyyətin  bolşevik  istilası  ilə 
devrilməsi  nəticəsində  yarandı;  on  minlərlə  insan  Irana, 
Türkiyəyə,  Qərbi  Avropanın  müxtəlif  ölkələrinə  səpələndilər 
(Istiqlalçı  Azərbaycan  mühacirətinin  tarixi  kökləri  X1X  əsrin 
əvvəllərinə,  yəni  Rusiyanın  istilaları  ilə  Azərbaycanın  iki  yerə 
parçalandığı dövrə təsadüf edir... Lakin araşdırmamızın məqsədi 
bu mövzu olmadığından əhatəli şərhə lüzum görmədik). 
 Mühacirətin ikinci dalğası II Cahan savaşı ilə yarandı. Yenə 
də on minlərlə azərbaycanlı savaş bitdikdən sonra Stalin rejiminin 
qorxusundan Vətənə dönə bilmədi. Istər aprel istilasının, istərsə də 
II  Cahan  savaşının  doğurduğu  mühacirət  vahid  məram  – 
Azərbaycanın itirilmiş müstəqilliyinin bərpası uğrunda mübarizə 
aparırdı.  Bu  mühacirət  hələ  əsrin  əvvəllərində  çar  Rusiyası 
repressiyalarının 
yaratdığı 
mühacirətin 
təcrübəsindən 
bəhrələnərək  çoxsaylı  dərgi  və  qəzetlər,  dərnəklər,  birliklər,  cə-
miyyətlər  yaratmışdı. 1920-ci ildən və II Cahan savaşından son-
rakı mühacirət sistemli fəaliyyət göstərən, nə istədiyini yaxşı bilən 
mütəşəkkil bir qüvvə hesab olunur.  
Azərbaycan mühacirəti vahid məram uğrunda üç istiqamətdə 
çalışırdı: birinci, mühacirət ideoloqları xaricdəki  bütün azərbay-
canlıları  təşkilatlanmağa,  bir  araya  gətirməyə  çalışırdı  və  buna 
əsasən nail olunmuşdu; ikinci hədəf, sovetlərə qarşı əlbir fəaliyyət 
göstərmək  üçün  bütün  Qafqaz  mühacirlərini  vahid  təşkilat 
ətrafında  cəmləşdirmək  idi  və  bu  istiqamətdə  ciddi  nailiyyətlər 
əldə  edilmişdi;  üçüncü  hədəf,  sovetlərə  qarşı  bütün  milli 
mühacirlərin birliyinin yaradılmasına nail olmaq idi. “Prometey” 
birliyinin timsalında bu məram da gerçəkləşmişdi [3]. Mühacirətin 
ikinci  böyük  dalğasını  II  Cahan  savaşı  yaratdı.  Müharibə 
qurtardıqdan sonra on minlərlə azərbaycanlı vətənə qayıtmaqdan 
imtina edərək dünyanın müxtəlif ölkələrində məskunlaşdılar.  
 Azərbaycan  mühacirlərinin  apardığı  mübarizə  müxtəlif 
qalxma  və  enmələrlə  1991-ci  ilə  –  yəni  bağımsızlığın  bərpasına 
qədər davam etdi.  

 
 
272 
 Güney  Azərbaycanda  isə  XX  yüzilin  ən  böyük  mühacirəti 
1946-cí ilə, yəni S. C. Pişəvərinin başçılıq etdiyi milli hökumətin 
devrilməsindən sonrakı dövrə təsadüf edir.  
 Növbəti mühacirət dalğasını 1979-cu ildə İran İslam İnqilabı 
yaratdı.  Bu  inqilab  nəticəsində  on  minlərlə  azərbaycanlı  “SSRİ 
respublikalarından  Özbəkistana,  Azərbaycana,  Türkmənistana, 
Qazaxıstana və dünyanın müxtəlif ölkələrinə pənah apardı ” [4].  
 Cənub  mühacirətinin  növbəti  mərhələsi  1990-cí  illərdə  baş-
ladı.  SSRİ-nin  çökməsindən  və  Azərbaycanın  bağımsızlığını 
qazanmasından sonra İranda da analoji proseslərin başlayacağın-
dan  qorxan  Tehran  hakimiyyəti  ölkə  daxilindəki  rejimi  daha  da 
sərtləşdirdi.  Yeni  təqiblər,  kütləvi  həbslər  nəticəsində  güneylilər 
Qərbi  Avropa  ölkələrinə,  başlıcası  isə  Quzey  Azərbaycana 
mühacirət etməyə məcbur oldular.  
 Bütün bu mühacirətlər nəticəsində Azərbaycanın güneyindən 
və quzeyindən yüz minlərlə soydaşımız dünyanın müxtəlif ölkə-
lərinə  səpələnmişlər.  Hazırda  Azərbaycan  mühacirlərinin  ikinci, 
üçüncü nəsilləri mütəşəkkil fəaliyyət göstərmək və öz aralarında 
sıx  bağlar  yaratmaq  gücündədir.  Ən  azı  bir  əsrlik  mübarizə  və 
təşkilatlanma ənənəsi olan bu nəsillərin dəyişən zaman, şərait və 
şərtlər  altında  bir  araya  gəlmələri,  mütəşəkkil  diaspor  kimi 
formalaşmaları üçün tarixi təcrübə yetərlidir.  
 Zaman-zaman yeniləşən mühacirətin məramında köklü dəyiş-
mə  baş  verib.  Yəni  əvvəllər  Azərbaycanın  milli  müstəqilliyinin 
bərpası  uğrunda  mübarizə  aparılırdısa,  indi  bağımsız  Azərbay-
canın güclənməsi, onun problemlərinin həllində yaxından iştirak 
etmək başlıca hədəfdir. 1991-ci ildən sonra xaricdəki Azərbaycan 
icmaları, bir qayda olaraq “mühacirət” deyil “diaspor” adlandırılır. 
Rusiya  tədqiqatçıları  V.  A.  Kolosov,  T.  A.  Qalkina  və  M.  V. 
Kuybışev  də  rus  mühacirəti  ilə  bağlı  analoji  mənzərəni  təsvir 
edərək  yazırlar:  “Mühacirət  çoxlu  əlamətlərinə  görə  diaspora 
bənzəyir.  Tarixin  müəyyən  dönəmlərində,  yeni-yeni  mühacirət 
axınları  yaranan  zaman  mühacirət  diaspora  çevrilir.  Bu  termin 
dəyişməsinə siyasi şərtlərin və başqa amillərin dəyişməsi də təsir 

 
 
273 
göstərir.  Son  illər  Rus  mühaicəritini  də  tez-tez  diaspor 
adlandırırlar” [5].  
 Lakin “Azərbaycan mühacirəti”nin “Azərbaycan diasporu”na 
çevrilməsi  mexaniki  bir  proses  kimi  başa  düşülməməlidir.  Hələ 
1980-ci  illərin  sonlarında  SSRİ-nin  çökməsi  get-gedə  dünyanın 
bir  saylı  hadisəsinə  çevrilir,  milli  respublikaların  müstəqilliyi 
məsələsi  gündəmə  gəlirdi.  Təbii  ki,  bu  nəhəng  hadisə  xaricdə 
yaşayan  azərbaycanlıları  maraqlandırmaya  bilməzdi.  Azərbay-
canın  milli  müstəqilliyi  məsələsinin  aktuallaşması  ilə  yanaşı, 
ermənilərin  Dağlıq  Qarabağda  separatçı  meyllərinin  baş  qaldır-
ması dünya azərbaycanlılarında həyəcan və qəzəb doğururdu. Elə 
bu baxımdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini güney 
və quzey mühacirləri arasında vahid məram ətrafında yaxınlaşma, 
birləşmə  mərhələsi  hesab  etmək  olar.  Məhz  bu  dövrdə 
güneylilərlə, quzeylilərin müştərək təşkilatları meydana gəldi və 
Azərbaycanla əlaqələrə girmək istəkləri nəzərə çarpacaq dərəcədə 
artdı.  Azərbaycanın  özündə  də  xaricdə  yaşayan  soydaşlarımıza 
qızğın  bir  maraq  gündəmə  çıxdı.  Yazıçı  Elçinin  başçılıq  etdiyi 
"Vətən"  cəmiyyəti  sözügedən  sahədə  faydalı  işlər  görür, 
Azərbaycan  icmaları  ilə,  Azərbaycan  Cümhuriyyəti  arasında  ilk 
körpülər qururdu [6].  
 1990-cı ildə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür 
Dərnəyinin  yardımı  ilə  İstanbulda  Azərbaycan  cəmiyyətlərinin 
birinci  beynəlxalq  qurultayı  oldu.  Həmin  qurultayda  bütün 
dünyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin 
və cəmiyyətlərin vahid ittifaqda birləşdirilməsi barədə qərar qəbul 
edilmiş, əlaqələndirmə şurasının yaradılması təklif edilmişdi [7]. 
Bu önəmli bir hadisə idi.  
 1991-ci  ilin  yanvar  ayında  Azərbaycan  Cümhuriyyətinin 
Nazirlər Kabineti “Ayrı-ayrı dövlətlərdə yaşayan azərbaycanlılar-
la əlaqələri möhkəmləndirmək, milli mədəniyyətin, dilin və adət-
ənənələrin  inkişafında  onlara  kömək  göstərmək  tədbirləri 
haqqında”  qərar  qəbul  etdi  [8].  Mövcud  qərardan  irəli  gələn 
tələbləri  həyata  keçirmək  üçün  həmin  il  martın  28-30-da  Bakı 

 
 
274 
şəhərində Mədəniyyət Nazirliyinin xətti ilə xaricdəki Azərbaycan 
cəmiyyətləri başçılarının qatıldığı seminar keçirildi.  
 1991-ci  ilin  aprelində  isə  Azərbaycan  Elmlər  Akademiya-
sında “Azərbaycan mühacirət ədəbiyyatı – XX əsr” mövzusunda 
beynəlxalq elmi simpozium keçirilmiş, müxtəlif ölkələrdən tanın-
mış azərbaycanlı mütəxəssislər dəvət edilmişdi [9].  
 1992-ci  ildə  irəliyə  daha  bir  addım  atıldı:  aprel  ayında 
Azərbaycan  cəmiyyətlərinin  əlaqələndirmə  mərkəzi  yaradıldı; 
avqust  ayında  isə  xaricdə  fəaliyyət  göstərən  təşkilatların  Bakı 
konfransı  keçirildi  və  dünya  azərbaycanlılarının  birinci  qurul-
tayının keçirilməsinə qərar verildi.  
 Azərbaycan  diasporunun  formalaşması  prosesinin  intensiv-
ləşdiyi bir məqamda Bakıda siyasi hakimiyyət dəyişməsi baş verdi 
və  Azərbaycan  torpaqlarının  işğalı  fonunda  ortaya  çıxan  bu 
dəyişmə  xaricdəki  soydaşlarımızda  pərişanlıq  duyğusu  yaratdı. 
1980-ci  illərin  sonlarından  canlanan  təşkilatlanma  və  Azərbay-
canla  əlaqələrin  qurulması  yönündəki  coşqu,  həvəs  azalmağa, 
səngiməyə  başladı.  Xaricdəki  soydaşlarımız  sükutla,  bir  sıra 
hallarda əsəbi şəkildə Bakıda nə baş verdiyini anlamağa çalışırdı.  
 1994-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin xarici 
ölkələrə  intensiv  səfərləri  başlayır.  Prezident  əksər  səfərlərində 
Azərbaycan  diasporu  ilə  maraqlanır,  icmanın  tanınmış  nüma-
yəndələri ilə görüşlər keçirirdi. Prezident Heydər Əliyevin xaricə 
səfərləri zamanı keçirdiyi görüşlər Azərbaycan icmaları arasında 
yeni  bir  canlanma  yarada  bilmişdi.  Digər  tərəfdən,  1994-cü  il 
mayın  12-də  Azərbaycan  –  Ermənistan  arasında  “atəşkəs”  elan 
olunduqdan  sonra  Dağlıq  Qarabağ  uğrunda  aparılan  diplomatik, 
təbliğat-informasiya sahəsindəki çalışmalarda, lobbiçilik fəaliyyə-
tində  erməni  diasporunun  daha  da  aktivləşməsi  Azərbaycan 
diasporunun da yenidən aktivləşməsini zərurətə çevirirdi. Həmin 
aktivliyin nəticəsi  idi ki, 1997-ci  ildə  Dünya azərbaycanlılarının 
Konqresi  yaradıldı  və  bu  qurum  1997-ci  ilin  27-28  iyununda 
birinci  (Los-Anceles),  1998-ci  ilin  mayında  ikinci  (Vaşinqton), 

 
 
275 
1999-cu  ilin  2-3  oktyabrında  üçüncü  (Köln),  2000-ci  ilin  21-22 
oktyabrında isə dördüncü (Strasburq) qurultaylarını keçirdi [10].  
  Dünya azərbaycanlılarının haqlarının müdafiəsini, Azərbay-
can  Respublikasının  ərazi  bütövlüyünün  təmin  edilməsini  və 
ölkədə  demokratiyanın  inkişafını,  Güney  Azərbaycanda  milli 
haqların  tanınmasını,  xaricdə  yaşayan  azərbaycanlıların  mütə-
şəkkil diaspor halına gətirilməsini və onun gücünün Azərbaycan 
Respublikasının  problemlərinin  həllinə  yönəldilməsini  əsas 
məqsəd və vəzifə hesab edən DAK-ın beşinci qurultayı isə 2001-
ci il avqustda Isveçin Malmö şəhərində keçirildi. Bu qurultayda da 
əvvəlki  qurultaylarda  olduğu  kimi  dünyanın  müxtəlif  ölkələrin-
dəki Azərbaycan icmalarını və Azərbaycanın güneyi ilə quzeyini 
təmsil edən yeni tərkibli idarə heyətinin formalaşması,  diaspor və 
lobbiçilik  fəaliyyətinin  gücləndirilməsi  məsələləri  müzakirə 
olundu, yeni əsasnamə qəbul edildi [11].  
    Azərbaycan  diasporunun  inkişafına  təsir  edən  mühüm  amil 
aidiyyatı  təşkilatların  işinin  vahid  bir  mərkəzdən  -  Xarici  Ölkə-
lərdə  Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət  Komitəsi  tərə-
findən  əlaqələndirilməsi  olub.  Azərbaycan  Prezidenti  Heydər 
Əliyevin  5  iyul  2002-ci  il  tarixli  fərmanı  ilə  Xarici  Ölkələrdə 
Yaşayan  Azərbaycanlalarla  İş  üzrə  Dövlət  Komitəsinin  yaradıl-
ması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün 
ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı.  
İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan və Türkiyə 
diasporlarının  birgə  fəaliyyət  göstərməsi  üçün  daha  mükəmməl 
tədbirlər  gerçəkləşdirildi.  2007-ci  ildə  Antalyada  Azərbaycan 
Prezidenti Ilham Əliyev Türkiyə və Azərbaycan diasporlarını öz 
güclərini birləşdirməyə çağırdı. Mahiyyət etibariylə bu diasporun 
təkmilləşməsi prosesində yeni, həm də əhəmiyyətli bir addım idi. 
Bundan  sonra  Bakıda  Azərbaycan  və  türk  diaspor  təşkilatları 
rəhbərlərinin  I  Forumu  keçirildi,  dünyanın  bütün  ölkələrindəki 
Azərbaycan  və  türk  diasporlarının  aparıcı  simaları  müstəqil 
Azərbaycanın  paytaxtına  toplaşdı.  Bu  tədbirlər  milyonlarla 

 
 
276 
soydaşımızı  “Vahid  Azərbaycan  dövləti  və  Azərbaycançılıq” 
ideologiyası ətrafında sıx birləşdirməkdədir. 
 
Diaspor və lobbiçilik fəaliyyəti 
 Diaspor (yunanca diaspora – yayılma deməkdir) xalqın və ya 
etnik  qrupun  öz  tarixi  vətənindən  kənarda  yaşayan  müəyyən 
hissəsidir. Diaspor zorla köçürülmə, soyqırım təhlükələri, siyasi, 
dini,  ideoloji,  iqtisadi,  bəzən  də  coğrafi  və  təbii  amillərin  təsiri 
nəticəsində  yaranır  [12].  Lakin  vətəndən  kənarda  yaşamağa 
məcbur olan istənilən toplumu diaspor hesab etmək düzgün deyil. 
Diasporlar uzun illər ərzində formalaşma tələb edən prosesdir və 
bu  anlayış  daha  çox,  icmaların,  konkret  məram  və  məqsəd 
ətrafında  birləşərək,  mütəşəkkil  fəaliyyət  göstərmələrini  ehtiva 
edir. Məsələ nisbətən sistemli ifadə olunarsa: 
-  Diasporlar  etnik  və  milli  əlamətlərə  görə  özlərini  mənsub 
olduqları etnosun üzvləri hesab edirlər-hətta ana dillərini itirsələr 
belə.  
-  Diasporlar  konkret  milli,  ideyalar  maraq  və  mənafelər 
əsasında formalaşır.  
- Diasporlar məskun olduğu ölkələrdə, bir qayda olaraq cəm 
şəkildə  yaşayırlar  və  hansısa  formada  muxtariyyətə  malik 
olmurlar.  
-  Mühacirətlərdən  fərqli  olaraq  diasporlar  daha  stabil, 
uzunömürlü,  bəzən  bir  neçə  yüz  il,  hətta  min  ildən  artıq  tarixə 
malik olurlar.  
-  Diasporlar  təhlükəsizlik,  şəbəkələr,  bağlar  qurulmasının 
asanlaşdırılması mülahizələrini əsas götürərək, adətən, şəhərlərdə 
məskunlaşırlar.  Həm  də  şəhərlər  daha  tolerant  və  liberaldır.  Bir 
sıra  mütəxəssislərin  fikrinə  görə,  ayrı-ayrı  ölkələrdə  torpaq 
haqqında  qanunların  mürəkkəb  və  spesifik  xüsusiyyətlərə  malik 
olması da gəlmələri kəndlərdən uzaq salır.  
  Söylənilən  mülahizələrin  fonunda  Azərbaycandan  kənarda 
yaşayan azərbaycanlılar diaspor hesab oluna bilərmi? 

 
 
277 
 Suala bir qədər də aydınlıq gətirmək üçün erməni diasporunun 
durumu ilə bağlı müqayisəli təhlil aparmaq yerinə düşərdi.  
 Erməni  diasporu  dövlətə  xas  strukturları  olan  sistemli  bir 
təşkilat  kimi  fəaliyyət  göstərir.  Daşnaksütun  və  Ramkavar  kimi 
yaşı yüz ili keçən siyasi partiyalara üzvlük, yaşadığı ölkədən asılı 
olmayaraq  bütün  ermənilər  üçün  mümkündür.  Bu  partiyaların 
dünyanın  çoxsaylı  ölkələrində  şöbələri  fəaliyyət  göstərir.  Ermə-
nilərin ictimai qurum kimi qeydiyyatdan keçirdikləri təşkilatlar da 
əslində  siyasi-ideoloji  işlə  məşğul  olurlar.  Bu  baxımdan  Ameri-
kanın  Erməni  Assambleyası,  Erməni  Ümummilli  Xeyriyyə  İtti-
faqı,  Erməni-Amerika  İqtisadi  Şurası,  Erməni  Milli  Komitəsi 
xüsusilə fərqlənir.  
Diasporun  siyasi  fəaliyyətinin  maliyyə  təminatı  ilə  Erməni 
Ümummilli Xeyriyyə İttifaqı məşğul olur. “1906-cı ildə yaradıl-
mış İttifaqın hazırda 22 min üzvü var ki, onların da böyük əksə-
riyyəti  "donor”lardır.  Yalnız  iki  il  ərzində,  1990-1991-ci  illərdə 
İttifaqın xəzinəsinə təxminən 14 milyon dollar ianə daxil olmuş-
dur” [13].  
 Erməni diasporunun ictimai münasibətlər sahəsindəki fəaliy-
yətini  Amerikanın  Erməni  Assambleyası  və  Erməni-Amerika 
İqtisadi Şurası əlaqələndirir.  
 ABŞ  kütləvi  informasiya  vasitələri  ilə  iş  aparan  təşkilat  isə 
Erməni Milli Komitəsidir. Komitənin nəzdində dünya miqyasında 
əlaqələr quran xüsusi şöbə fəaliyyət göstərir. Komitənin 1991-ci 
ildən etibarən sutkada 24 saat, həftədə yeddi gün çalışan “qaynar 
telefon xətti” işləyir. Bu xətlə Amerikada yaşayan bütün ermənilər 
və  onlarla  həmrəy  olan  istənilən  şəxs  telefon  açıb  verilişlər 
yayımlanan  zaman  Şimali  Amerikanın  televiziyalarına  bağlana, 
hər  hansı  məsələyə  öz  münasibətini  bildirə  bilir,  erməni 
maraqlarına  uyğun  gəlməyən  mülahizələrlə  bağlı  mübahisələr 
edir,  təkziblər  verirlər.  “Qaynar  telefon  xətti”  pulsuzdur.  Komi-
tənin  media  ilə  işləyən  əməkdaşları  özlərinə  lazım  olan  mate-
rialların audio, video yazılarını, eləcə də qəzet, jurnal səhifələrin-
dəki  materialları  toplayaraq  istənilən  media  nümunəsinə  təzyiq 

 
 
278 
göstərə, bir sıra hallarda isə müəyyən təkziblərə nail ola bilirlər. 
“Ey-Bi-Si” televiziyası ilə bağlı bir olay maraqlı nümunədir. “Bu 
televiziyanın  şərhçisi  Piter  Cenniqs  Dağlıq  Qarabağ  hadisələ-
rindən danışarkən, bölgəyə ermənilərin XIX əsrin axırlarında XX 
əsrin  əvvəllərində  gəldiyini  söyləmişdi.  Dərhal  “Qaynar  xətlə  ” 
hər  yerdən  telefonlar  açılmağa  başlayır  və  nəticədə  P.  Cenniqs 
faktsız  və  dəlilsiz  danışdığına,  guya  “səhv”  etdiyinə  görə  üzr 
istəməyə məcbur olur” [14].  
 ABŞ-dakı Erməni Xeyriyyə İttifaqı, Erməni Yardım Cəmiy-
yəti,  Amerika  Erməni  Kilsəsi  Yeparxiyası  kimi  üç  böyük  və 
nüfuzlu  erməni  ictimai  təşkilatı qeyri-hökumət  təşkilatları statu-
suna malik olsalar da, BMT-nin ictimai informasiya departamenti 
ilə  assosiativ  əlaqələr  yaratmışdır.  Bundan  əlavə  ermənilərin 
BMT-də  akkreditə olan  mediaları  və  informasiya agentlikləri də 
mövcuddur. Maraqlı faktlardan biri də odur ki, BMT katibliyində, 
məsul vəzifələrdə erməni mənşəli xeyli işçi çalışır.  
 Erməni  diasporunun  üstün  cəhətlərindən  biri  də  odur  ki, 
dünyanın  böyük  dövlətlərində  erməni  dilli  məktəblər,  kolleclər 
fəaliyyət göstərir, çoxsaylı qəzetlər, jurnallar, kitablar nəşr olunur, 
televiziya  verilişləri  yayımlanır.  Bir  sözlə  dünyanın  harasında 
yaşamasından asılı olmayaraq istənilən erməni Ermənistan üçün 
çalışır, onun üçün nə isə edir.  
 Heç  şübhəsiz,  Azərbaycan  diasporu  erməni  diasporu  kimi 
mütəşəkkil  deyil.  Bunun  bir  sıra  səbəbləri  var.  Azərbaycan 
diasporunun  nisbi  zəifliyi  ilk  növbədə  zamanla  bağlıdır,  yəni  o, 
çoxəsrlik tarixi olan yəhudi, yunan, erməni diasporlarına nisbətən 
cavandır. Digər bir məsələ güneydən və quzeydən olan Azərbay-
can  mühacirətinin  uzun  illər  bir-birindən  ayrı  fəaliyyət  göstər-
məsidir.  Əksəriyyətini  güneylilərin  təşkil  etdiyi  Azərbaycan 
mühacirlərində  milli  şüurla  ilgili  ciddi  problemlər  olub,  indinin 
özündə də bu sahədə durum ürəkaçan deyil. 1980-ci illərin sonu, 
1990-cı illərin əvvəllərində güney və quzey mühacirləri arasında 
ilk  təmaslar  qurulanda  sanki  iki  fərqli  dünya  qarşılaşırdı. 
Azərbaycanın  müstəqilliyi  faktı  milli  şüurda  əsaslı  keyfiyyət 

 
 
279 
dəyişməsi etsə də, Güney Azərbaycanın taleyi ilə bağlı məsələdə 
fərqli və ziddiyyətli baxışlar, fikir ayrılıqları hələ də qalır. Bütün 
bu  deyilənlər  ortaq  maraqlar,  ümummilli  mənafelər  ətrafında 
mütəşəkkil  Azərbaycan  diasporunun  formalaşması  prosesini 
ləngidir.  
 Azərbaycan  diasporunun  coğrafiyası  yaxşı  öyrənilməyib, 
kəmiyyəti  isə  dəqiqləşdirilməyib.  İlkin  araşdırmalar  göstərir  ki, 
azərbaycanlılar ən çox ABŞ-da və Qərb ölkələrindən Almaniyada, 
İsveçdə,  Belçikada,  Avstriyada,  Hollandiyada  məskunlaşmış  və 
öz təşkilatlarını qurmuşlar. Son illər bu təşkilatların sayı  nəzərə 
çarpacaq  dərəcədə  artmışdır.  (Onu  da  qeyd  edək  ki,  hazırda 
müxtəlif  ölkələrdə  yaşayan  azərbaycanlıların  say  dəqiqləşdiril-
məsi prosesi gedir).  
  Zəruri  şərtlərdən  biri  bu  təşkilatların  ümummilli  maraqlar 
ətrafında  bir  araya  gəlmələri,  sonra  isə  Vətən  Azərbaycan  üçün 
çalışmağı hədəf seçən dünyanın digər təşkilatları ilə bağlar yarat-
malarıdır. Bu baxımdan, Almaniyadakı Azərbaycan Cəmiyyətləri 
Federasiyasının  qurulması  və  fəaliyyəti  örnək  sayıla  bilər.  Bu 
federasiya  Almaniyadakı  azərbaycanlıların  qurduğu  təşkilatların 
fəaliyyətini  əlaqələndirir və  onlar başqa ölkələrdəki  azərbaycan-
lılara nisbətən mütəşəkkil diaspor kimi vahid mövqedən çıxış edə 
bilirlər [15].  
 Hər  hansı  bir  ölkədə  yaşayan  azərbaycanlıların,  təhsil, 
mədəniyyət, media ilə iş sahəsində, Azərbaycanın problemlərinin 
həllinə yönəlik fəaliyyətdə, təbliğat məsələlərində uğurları, vahid 
məram ətrafında bir araya gəlmələrindən çox asılıdır. Dünya Azər-
baycanlılarının  Konqresində  təmsilçilik  də  daha  çox  mərkəz-
ləşdirilmiş qaydada olmalıdır ki, bu məsələnin həlli də özlüyündə 
diasporun  mövcud  olduğu  bütün  ölkələrdə  cəmiyyətlərin 
fəaliyyətini  koordinasiya  edən  federasiyaların  yaradılmasına 
bağlıdır.  
 Çatışmayan  cəhətlərdən  biri  də  dünya  azərbaycanlılarının 
maliyyə imkanlarının səfərbər edilməməsidir. Get-gedə aydın hiss 
olunur  ki,  Dünya  Azərbaycanlıları  Konqresinin  nəzdində 

 
 
280 
Xeyriyyə Fondunun yaradılmasına ciddi ehtiyac var. Belə bir fon-
dun  yaradılmayacağı  təqdirdə,  diasporun  mütəşəkkil  və  effektli 
fəaliyyətindən danışmaq da çətindir.  
 Aparılan müşahidələr göstərir ki, xaricdə doğulan və yaşayan 
Azərbaycan  gənclərinin  bir  qismi  artıq  öz  ana  dillərində  yazıb 
oxuya bilmirlər. Bu adamları Vətən üçün itirilmiş adamlar saymaq 
olar. Belə “itgilərin” qarşısını almaq üçün, ilk növbədə ana dilində 
məktəblər 
açılmalı,  qəzetlər,  dərgilər,  TV  proqramları 
yayımlanmalıdır. Lakin bu da yetərli deyil. Kənarda yaşayan azər-
baycanlılar,  başlıcası  isə  uşaqlar  və  gənclər  ildə  ən  azı  bir  dəfə 
Vətən  Azərbaycana  gəlib,  onun  problemləri,  təbiəti,  həyatı  ilə 
tanış olmalı, öz soydaşları ilə bağlar yaratmalıdırlar. Azərbaycanı 
tanımayan,  görməyən,  onun  problemlərini  bilməyənlər  milli 
maraqların,  dövlət  mənafelərinin  müdafiəçiləri,  nəhayət  patriot 
ola bilməzlər.  
 Qanunvericilik sahəsində də ciddi çatışmazlıqlar mövcuddur. 
“Azərbaycan  Milli  Məclisində  diaspor  haqqında  qanunun  qəbul 
edilməsi” [16] əhəmiyyətli bir addım olardı.  
Diasporun mütəşəkkilliyi yaxud pərakəndəliyi, güclü və zəif 
olması  lobbiçilik  fəaliyyətində  də  özünü  aydın  büruzə  verir. 
Lobbiçilik, (ingiliscə lobbi – dəhliz, kuluar deməkdir) leqal qay-
dada, qanun çərçivəsində müəyyən dövlət, hökumət qərarlarının 
qəbul  olunmasına  təsir  göstərmək  məqsədilə  aparılan  məqsəd-
yönlü fəaliyyətdir. Lobbiçiliyin dünyada ən geniş yayıldığı ABŞ-
da  bu  fəaliyyət  sahəsi  “pablik  releyşenz”,  yəni  “ictimaiyyətlə 
əlaqələr” adlanır. ABŞ-da lobbiçiliklə məşğul olan xüsusi şirkətlər 
mövcuddur  və  orada  çalışanların  böyük  əksəriyyəti  yüksək 
ixtisaslı  hüquqşünaslardır.  Bu  ölkədə  “minlərlə  hüquq  şirkətləri 
“pablik releyşenz” müqavilələri bağlayır” [17]. Lobbiçi şirkətlər 
həm  xarici  dövlətlərin,  həm  də  öz  ölkələrinin  vətəndaşlarının 
mənafelərinin  müdafiəsi  ilə  məşğul  ola  bilərlər.  “Pablik  Reley-
şenz” xətti ilə bağlanan  bütün  müqavilələr ABŞ  Ədliyyə Nazir-
liyində qeydiyyatdan keçməlidir. Xarici hökumətlərin maraqlarını 
müdafiə  edən  ABŞ  lobbiçi  şirkətlərinin  işini  tənzimləyən  əsas 

 
 
281 
qanunvericilik aktı 1938-ci ildə qüvvəyə minmiş və 1942-ci ildə 
“Əcnəbi  agentlərin  qeydiyyatı  haqqında  akt”  kimi  yenidən 
nəzərdən keçirilib, xeyli təkmilləşdirilmişdir. Bu “qanun o zaman 
ölkədə faşist və kommunist təbliğatının qarşısını almaq məqsədilə 
qəbul  edilsə  də”  [18]  sonrakı  dövrlərdə  lobbiçilik  fəaliyyətinin 
hüquqi  cəhətdən  tənzimlənməsində  əsas  sənədə  çevrilmişdir. 
Mövcud  aktların  qəbul  edilməsində  başlıca  məqsəd  ABŞ  milli 
maraqlarının  müdafiəsi  və  xarici  dövlətlərin  ölkə  ərazisindəki 
fəaliyyətinin aşkarlanması idi. ABŞ qanunlarının lobbiçi şirkətlər 
qarşısında  qoyduğu  əsas  tələblərdən  biri  –  onların  fəaliyyətinin 
Amerikanın dövlət maraqları ilə ziddiyyət təşkil etməməsidir.  
 ABŞ-la  münasibətləri  yaxşılaşdırmaq  istəyən  dövlətlər  bir 
qayda  olaraq  çalışırlar  ki,  öz  maraq  və  mənafelərinin  müdafiəsi 
üçün lobbiçi şirkətlərlə əməkdaşlıq etsin. Hazırda ABŞ-da onlarla 
lobbiçi  şirkətlər  əski  Sovetlər  Birliyindən  olan  dövlətlərin 
maraqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın lobbiçi şir-
kəti  uzun  illər  Türkiyənin  mənafelərini  müdafiə  edən  "Kapi-
talayn"dır.  "Ermənistanın  maraqlarını  isə  güclü  və  nüfuzlu 
“Amerika Erməni Milli Komitəsi”, “Devid Kin  ənd Assoşieyts” 
şirkəti təmsil edir” [19].  
 Birinci şirkət, adından da məlum olduğu kimi ermənilərin öz 
şirkətidir və həm diaspor, həm də lobbiçilik fəaliyyətini özündə 
cəmləşdirir.  İkinci  şirkətlə  isə  Ermənistan  hələ  sovetlər  dönə-
mindən müqavilə bağlamışdır.  
 Ayrı-ayrı ölkələr və böyük kompaniyalarla yanaşı, şəhərlər də 
ABŞ-dakı lobbiçi şirkətlərlə müqavilə bağlaya bilərlər.  
 Lobbiçilik sistemində medianın xüsusi yeri var. Media təkcə 
ölkə  ictimai  rəyinə,  beynəlxalq  rəyə  deyil,  BMT  kimi  böyük 
təşkilatların fəaliyyətinə də təsir göstərir.  
 ABŞ qanunvericiliyinə görə media rəsmən xarici dövlətlərin 
mənafeyini  müdafiə  edə  bilməz.  Eyni  zamanda  qanun,  ABŞ 
informasiya vasitələrində hər hansı bir dövlətin mənafeyini təmsil 
etmək  üçün  lobbiçi  firmalarla  müqavilə  bağlamağı  da  qadağan 
etmir.  “Nyu-York  Tayms”,  “Vaşinqton  Post”,  “Krisçen  Sayens 

 
 
282 
Monitor”  kimi  qəzetlərə,  “Vaşinqton  Tayms”,  “Taym”,  “Nyus 
Uik” kimi jurnallara ölkənin siyasi elitasının etibar etdiyini nəzərə 
aldıqda, media ilə işin əhəmiyyəti daha qabarıq nəzərə çarpır. Bu 
nəşrlərdə çap olunan materiallar hökumət mövqeyini ifadə etməsə 
də ABŞ-ın daxili, xarici siyasətinin formalaşmasına təsir göstərən 
siyasi,  iqtisadi  dairələrin  baxışlarını  əks  etdirir.  Hətta,  ABŞ-ın 
xarici siyasətində baş verəcək dəyişmələrin müəyyən konturlarını 
“Uoll-Strit Cournal”da çap olunan analizlərdən bilmək olur.  
 Azərbaycana  qarşı  erməni  diasporunun  apardığı  iş,  ilk 
növbədə özünü mətbuatda büruzə verir. ABŞ-ın bir sıra nüfuzlu 
KIV-lərində erməni əsilli xeyli jurnalist çalışır. Lakin onu da qeyd 
edək  ki,  Azərbaycan  diasporunun  da  media  ilə  işləməsinə 
maneələr yoxdur.  
 Son  illər  Qərbdə  Azərbaycanın  maraqlarını  müdafiə  edən 
nəşrlərin sayının artması, yeni-yeni internet səhifələrinin yaradıl-
ması perspektivdə durumun daha da yaxşılaşacağı barədə optimist 
ovqat yaradır.  
 Azərbaycan diasporunun mütəşəkkil hala gəlməsində Türkiyə 
təcrübəsinin  öyrənilməsi  də  örnəkdir.  1956-cı  ildə  ABŞ-da 
fəaliyyət  göstərən  Türkiyə  icmalarını  birləşdirən  Amerika  Türk 
Assosiasiyaları Federasiyası yaradıldı. Bu qurumun təşkilat işini 
federasiya fondlarından sabit maaş alan üç daimi əməkdaş aparır. 
1992-ci  ildə  isə  mənzil  qərargahı  Nyu-Yorkda  yerləşən 
“Ümumdünya Türk Konqresi” yaradıldı.  
 “Dünya  Azərbaycanlılarının  Konqresi”  ideyasının  ortaya 
çıxmasına  və  bu  qurumun  yaradılmasına,  “Ümumdünya  Türk 
Konqresi”nin  təsiri  az  deyil.  Lakin  hər  iki  konqresin  qarşılıqlı 
əlaqələrinin  yüksək  səviyyədə  olduğundan  danışmaq  da  hələ 
tezdir. Orası da sirr deyil ki, Azərbaycan və Türkiyə icmalarından 
kəmiyyət etibarilə dəfələrlə kiçik olan erməni icması daha mobil 
görünür.  Erməni  diasporu  iri  dünya  dövlətlərində  beynəlxalq 
ictimaiyyətdə,  Azərbaycanın  əhalisi,  iqtisadiyyatı,  Xəzərin 
karbohidrogen ehtiyatları haqında neqativ rəy yaratmağa can atır. 
Amerika  politoloqu  Corci  Enn  Geyer  yazır  ki,  “Amerikanın 

 
 
283 
Erməni  Assambleyası  –  Xəzər  dənizindəki  zəngin  yataqlarda 
neftçıxarma səylərini ləngitmək üçün konqresdə uğurla lobbiçilik 
edir”  [20].  ABŞ  analitiklərinin  fikrincə  erməni  diasporunun 
fəaliyyəti  bəzi  məqamlarda  Vaşinqtonun  siyasi  maraqları  ilə 
ziddiyyət  təşkil  edir.  Belə  ki,  ABŞ-ın  mənafelərinə  daha  çox 
Qafqazda balanslaşdırılmış siyasət yürütmək uyğun gəldiyi halda
bir  sıra  konqresmenlər  ermənilərin  lobbiçiliyi  ilə  Azərbaycanın 
əleyhinə  qərarlar  qəbul  etməyə  nail  olur  və  nəticədə  ABŞ-ın 
timsalında  bölgədə  Ermənistanın  himayəçisi  təəssüratı  yaranır. 
Xəzərin karbohidrogen ehtiyatlarının Bakı – Tbilisi – Ceyhan boru 
kəməri ilə nəqlinə qarşı çıxan ermənilər “axına qarşı” üzməkdən, 
yəni  ABŞ-ın  dövlət  maraqlarının  əksinə  getməkdən  belə 
çəkinmirlər [21]. Neçə illərdir ki, erməni diasporu, 1915-ci ildə-
Osmanlı zamanında “erməni soyqırımı” törədildiyini iddia edib, 
dünya dövlətlərinin bu uydurma olayı tanımasına çalışır. Məsələ 
bəzən o qədər qəlizləşir ki, yüksək rəsmi məqamlar işə qarışaraq 
öz  dövlət  maraqlarını  müdafiə  etməyə,  erməni  diasporunun 
niyyətlərini cilovlamağa məcbur olurlar. 
  
Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin