Psixi sağlamlıq sahəsində Milli Strategiyanın ümumi prinsipləri
1. Dövlət təşkilatları və ictimai təsisatlar vətəndaşların psixi sağlamlığı üçün
məsuliyyət daşıyırlar və əhalinin müxtəlif qruplarının (gənclər, qadınlar, ahıl yaşlı
şəxslər, milli azlıqların nümayəndələri) psixi sağlamlığının yaxşılaşdırılması üçün
tədbirlər həyat keçirirlər.
2. Dövlət əhalinin psixi sağlamlıq məsələləri ilə bağlı məlumatlılıq səviyyəsini
artırmağa kömək edir, stiqmaya və psixi pozuntuları olan şəxslərə münasibətdə
ayrı-seçkiliyə qarşı mübarizə aparır.
3.
İrqi, dini, etnik mənsubiyyəti, yaşı, cinsi, həmçinin fiziki və psixi sağlamlıq vəziyyəti
və ya əlilliyindən asılı olmayaraq, hər bir insan psixi sağlamlıq sahəsində
xidmətlərdən bərabər səviyyədə istifadə imkanına malikdir.
4.
İnsanın psixi sağlamlığına qayğı onun doğulduğu ilk günlərdən başlamalı və bütün
həyatı boyu davam etməlidir.
5. Səhiyyə, təhsil, iqtisadi inkişaf, məşğulluq, miqrasiya və digər sahələrdə dövlət
siyasəti həyata keçirilərkən psixi sağlamlıq məsələləri nəzərə alınır.
6. Psixi
pozuntuları olan şəxslərin hüquq və mənafelərinə əməl edilir və qorunur, psixi
pozuntuları olan şəxslərin özləri isə psixi sağlamlıq sistemində bərabərhüquqlu
tərəfdaş kimi qəbul edilir.
7. Uşağın mənafelərindən irəli gələn hüquq və ehtiyacları, uşaq və yeniyetmələrin
psixi sağlamlığı sahəsində qərar qəbul edilməsi zamanı başlıca meyarlar hesab
olunur.
8. Psixoloji
problemlər və psixi pozuntular vaxtında aşkar edilmə və erkən müdaxilə
tələb edir.
9. PS
sistemində əsas xidmətlər icma səviyyəsində təşkil edilmişdir və istifadəçilərin
yaşayış yerinə mümkün olan maksimal dərəcədə yaxınlaşdırılmışdır.
10. Psixi pozuntuları olan şəxslərin hospitalizasiyası son tədbir kimi, minimal qısa
müddətə və ən az məhdudlaşdırıcı şəraitdə tətbiq edilir.
11. Dövlət ictimai qruplarla (istehlakçı təşkilatlar, peşəkar cəmiyyətlər və QHT-lər) aktiv
şəkildə əməkdaşlıq edir və cəmiyyət tərəfindən özünün ən zəif üzvlərinə qarşı
göstərilən humanizm və qayğı ilə xarakterizə olunan sosial resursun inkişafına
kömək edir.
12. Psixi sağlamlıq sahəsində xidmətlər ictimai səhiyyə sisteminə inteqrasiya
olunmuşdur və onların əhəmiyyətli hissəsi ilkin tibbi yardım səviyyəsində göstərilir,
bu zaman xidmətlər istehlakçıya doğru yönəlir və tələbatdan asılı olaraq ədalətli
şəkildə bölünür.
13. Psixi sağlamlıq sahəsində bütün fəaliyyət psixi pozuntulardan əziyyət çəkən
şəxslərin mümkün olan maksimal dərəcədə sosial inteqrasiyasının əldə
10
11
14. Psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirləri müasir beynəlxalq
standartlar əsasında həyata keçirilir və sübutlu təbabət prinsiplərinə uyğun gəlir.
15. Psixi sağlamlıq sahəsində fəaliyyət istehlakçılar və cəmiyyət qarşısında hesabat
verilməsi ilə həyata keçirilir və yalnız resurslarla təmin olunma göstəriciləri və
aralıq nəticələrə görə deyil, həm də son nəticələr əsasında qiymətləndirilir.
Psixi sağlamlıq sahəsində Milli Strategiyanın ümumi məqsədləri
Əhalinin psixi sağlamlığının qorunmasının təmin olunması və ağır psixi
pozuntuların inkişaf riskinin azaldılması
Psixi
pozuntulardan
əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli və kompleks
yardımın göstərilməsi üçün şərait yaradılması
Psixi
pozuntuları olan şəxslərin hüquq və mənafelərinin qorunması, stiqma və
diskriminasiyaya qarşı müqavimət göstərilməsi
Ağır psixi pozuntuları olan şəxslərin və onların ailələrinin sosial müdafiəsinin təmin
edilməsi
Prioritet sahələr
PS sistemi və insan hüquqlarının qorunması sahəsində tənzimlənmənin
yaxşılaşdırılması və sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi
Psixi sağlamlıq sisteminin resurs bazasının (kadrlar, texniki təchizat və
maliyyələşdirmə) inkişaf etdirilməsi
Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinin qarşısını
almağa yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi
Psixiatriya
xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası
PS
sistemində xidmətlərin təkmilləşdirilməsi və psixi pozuntuları olan şəxslərin
sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi
Prioritet sahələrə uyğun gələn vəzifələr
I. PSS və insan hüquqlarının qorunması sahəsində tənzimlənmənin
yaxşılaşdırılması və sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi
1.1 Azərbaycan Respublikası qanunvericiliyinin yerinə yetirilməsi və insan
hüquqlarının qorunmasının təmini
Milli Məclis tərəfindən qəbul olunmuş və 15 iyun 2001-ci il tarixdə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Psixiatriya yardımı haqqında"
Azərbaycan Respublikasının Qanunu psixi sağlamlıq sahəsində göstərilən xidmətləri
tənzimləyən və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquq və mənafelərinin
qorunmasına zəmanət verən ən vacib qanunvericilik aktıdır. Psixi pozuntuları olan qadın
və uşaqlar daxil olmaqla əhalinin həssas təbəqəsindən olan insanların hüquqlarının
qorunmasına xüsusilə diqqət yetirilməlidir.
Qanunvericiliyin yerinə yetirilməsi mövcud maneələrin aradan qaldırılmasını, ona riayət
olunmasının monitorinqi və nəzarətini təşkil etmək üçün effektiv mexanizmlərin
yaradılmasını tələb edir.
1.2. PSS-nin effektiv təşkilati strukturunun yaradılması
Konkret fəaliyyətlərin yerinə yetirilməsi zamanı rəhbərliyi təmin edən və problemlərin
təhlilindən əldə edilən nəticələri resursların bölünməsi üzrə məsələlərin həlli ilə
uzlaşdıran təşkilati strukturun yaradılması lazımdır. Təşkilati struktur bütün psixi
sağlamlıq sisteminin effektiv fəaliyyətinin tənzimlənməsində çevik, həssas və təsirli
olmalıdır.
1.3. Keyfiyyətin monitorinqi və son nəticələrin qiymətləndirilməsi, hesabat
verilməsi
PSS-də monitorinq proseduraları göstərilən xidmətlərin keyfiyyətinin gözlənilən
nəticələrə nə dərəcədə uyğun gəldiyini və bu xidmətlərin müasir biliklər və yardım
göstərilməsi üsulları ilə nə qədər uzlaşdığını müəyyən edir. Ölkədə ictimai və dövlət
təşkilatlarının nümayəndələri tərəfindən müstəqil monitorinq aparılmalıdır, bu zaman
fərdi səviyyədə konkret istifadəçilərə və onların ailələrinə xidmət göstərən ayrı-ayrı
mütəxəssislərin və müəssisələrin iş keyfiyyəti qiymətləndirilir, sistem səviyyəsində isə
PSS-də müxtəlif sektor və proqramların fəaliyyəti nəzərdən keçirilir.
1.4. PSS-də idarələrarası qarşılıqlı əlaqənin və xidmətlərin koordinasiyasının
yaxşılaşdırılması
İnsanların müxtəlif ehtiyaclarına cavab verən ən tam və hərtərəfli xidmət göstərilməsi
üçün psixi sağlamlığa birbaşa aidiyyəti olan dövlət müəssisələri ilə fəaliyyəti bu və ya
digər dərəcədə sağlamlıq və sosial rifaha təsir edən digər təşkilatlar arasında
12
13
əməkdaşlıq və qarşılıqlı əlaqə sistemi mövcud olmalıdır. Bu ilk növbədə sosial yardım,
təhsil, məşğulluq, mənzil təminatı, ictimai asayiş və hüquqi müdafiə üçün məsuliyyət
daşıyan qurumlara aiddir. Həmin təşkilatların rəhbərləri idarələrarası qarşılıqlı əlaqənin
gətirdiyi ümumi faydanı aydın başa düşməli və PSS-də aktiv əməkdaşlıq etməlidirlər.
1.5. Psixi sağlamlıq sahəsində informasiya sisteminin yaradılması
PSS-də informasiya sistemi psixi sağlamlıq qurumları və onların xidmət etdiyi əhalinin
ehtiyacları haqqında məlumatların toplanması, işlənməsi, təhlili, yayılması və istifadəsi
sistemidir. Dəqiq, doğru və müntəzəm toplanan epidemioloji məlumatlar informasiya
sistemi üçün xüsusi əhəmiyyət kəsb edir. Məlumatların toplanması bütün psixi sağlamlıq
qurumları tərəfindən həyata keçirilməli və PSS-də xidmətlərin planlaşdırılması, yerinə
yetirilməsi və qiymətləndirilməsində istifadə edilməlidir.
II. Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı
2.1. Fiziki resursların təkmilləşdirilməsi
Psixi sağlamlıq sahəsində kompleks yardım sistemi psixoloji problemləri və psixi
pozuntuları olan insanların müxtəlif ehtiyaclarını təmin edə biləcək kifayət miqdarda
fiziki resurslara malik olmalıdır. Bu müəssisələr sanitar-texniki normalara cavab
verməli, zəruri maddi vəsaitlər və avadanlıqla təchiz edilməlidir. Ambulator
müəssisələrlə qısamüddətli, ortamüddətli və uzunmüddətli yardım göstərən stasionar
müəssisələri arasında rasional balansın gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Psixi
sağlamlıq sisteminin fəaliyyəti stasionarlara qəbulların sayının və stasionar müalicə
müddətinin azaldılmasına şərait yaramalıdır, bu isə tədricən ənənəvi təşkilati yardımdan
müasir xəstəxanadan kənar yardıma keçilməsini nəzərdə tutur.
2.2. Kadr potensialının inkişaf etdirilməsi
PSS-də keyfiyyətli xidmətlərin göstərilməsi kifayət sayda ixtisaslı mütəxəssislərin cəlb
olunmasını tələb edir, bu sıraya həkim-psixiatrlar və psixiatriya tibb bacılarından əlavə,
klinik psixoloqlar, PSS-də çalışan sosial işçilər, reabilitasiya və əmək terapiyası üzrə
mütəxəssislər aiddir. Bu mütəxəssislərin PS sisteminə inteqrasiyası normativ sənədlərin
(vəzifə təlimatları, ştat cədvəlləri, yardım standartları və s.) işlənib hazırlanmasını tələb
edir. Bundan başqa bu mütəxəssislər üçün diplomdansonrakı hazırlıq və fasiləsiz təlim
sistemi tərtib olunmalı və tətbiq edilməlidir. Həmçinin ali və orta ixtisas təhsili
səviyyəsində psixi sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması, o cümlədən
internatura və klinik ordinatura proqramları təkmilləşdirilməlidir. Kadr potensialının
inkişaf etdirilməsi təhsil və sosial müdafiə sistemi mütəxəssislərinin də PSS üzrə bilik və
bacarıqlar əldə etməsini nəzərdə tutur.
2.3. Psixi pozuntuları olan şəxslərin dərman təminatının yaxşılaşdırılması
Psixi pozuntuların müalicəsinin həyata keçirildiyi hər bir müəssisə əsas dərman
vasitələri siyahısına daxil olan preparatlarla, o cümlədən psixotrop dərman maddələri ilə
kifayət dərəcədə təmin edilməlidir. Dərman preparatlarından rasional istifadə üzrə
protokolların tərtib olunması, psixotrop preparatların alınması və təyinatı zamanı
məhdud gəlirli istehlakçılar üçün qiyməti əlçatan olan keyfiyyətli və təhlükəsiz
dərmanlara üstünlük verilməlidir.
2.4. Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi
Adekvat və sabit maliyyələşdirmə psixi sağlamlıq sisteminin normal fəaliyyəti üçün əsas
şərtdir. PS sisteminin maliyyələşdirilməsi ədalət, iqtisadi effektivlik, səmərəlilik və
şəffaflıq prinsipləri üzərində qurulmalıdır. PSS-də konkret xidmətlərin
maliyyələşdirilməsi üsulları bütün kateqoriyalardan olan istehlakçılar üçün dəqiq
müəyyən edilməlidir. İstehlakçılar psixi sağlamlıq problemləri nəticəsində iqtisadi
rifahlarını itirmək təhlükəsindən müdafiə olunmalıdır. Səhiyyənin maliyyələşdirilməsinin
ölkədə yaradılan yeni mexanizmləri (sığorta sxemləri və əsas xidmətlər paketi) PS
sistemi xidmətləri ilə bağlı xərcləri ödəməlidir.
III. Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin meydana çıxmasına qarşı
yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi
3.1. Əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi
Psixi sağlamlıq psixi pozuntuların olmaması deyil, daha geniş anlayışdır və ehtiyacların
təmin edilməsi, özünü reallaşdırma, muxtariyyət, bacarıqlar, emosional və intellektual
özünüifadə kimi cəhətləri əhatə edir. Sağlam davranış, düzgün qidalanma, təhlükəsiz
əmək şəraiti, sanitar-gigiyenik normalara əməl edilməsi, balanslaşdırılmış iş və istirahət
rejimi, idmanla məşğul olmaq psixi sağlamlığın yaranmasına kömək edir. Dövlət və
qeyri-hökumət sektoru əhalinin məlumatlandırılmasının artırılması üzrə geniş
kampaniyalar vasitəsilə sağlam həyat tərzinin təbliğ edilməsi, bu məsələlərin məktəb
proqramına daxil edilməsi və KİV tərəfindən müntəzəm surətdə işıqlandırılması ilə bağlı
səylərini birləşdirməlidir.
3.2. Psixi sağlamlıqla bağlı problemlərin icma səviyyəsində profilaktikasına
yönəlmiş xidmətlərin göstərilməsi üzrə mərkəzlərin yaradılması
Ailələrə və icmalara yardım göstərilməsinə yönəldilmiş tədbirlər psixi sağlamlığın
möhkəmləndirilməsi və onunla bağlı problemlərin profilaktikası üçün böyük
əhəmiyyət kəsb edir. Bu tədbirlər icma psixi sağlamlıq qurumları, o cümlədən
psixoloji məsləhət xidmətləri, gənclərə dostcasına yanaşan xidmətlər, böhran
mərkəzləri, doğuşqabağı və doğuşdan sonrakı dövrdə qadınlar üçün xidmətlər, icma
14
səviyyəsində zorakılığa məruz qalmış qadınlar üçün mərkəzlər, qaynar telefon
xətləri tərəfindən yerinə yetirilir. Ailədaxili münasibətlər psixi sağlamlığa həm
müsbət, həm də mənfi təsir göstərə bilər, ona görə də ailə həyatının sabitliyinin
artırılması və valideynlik səriştəsinin inkişaf etdirilməsi üzrə iş aparmaq lazımdır.
Uşağın erkən inkişaf dövrünə və onun psixi sağlamlığına yardım edilməsinə xüsusi
diqqət yetirilməlidir.
3.3. İş yerlərində psixi pozuntuların profilaktikası və vaxtında aşkar edilməsi üzrə
tədbirlər sisteminin təmin edilməsi
Normal halda şəxsi məmnunluq, vəzifədə inkişaf və maliyyə sabitliyi mənbəyi olan peşə
fəaliyyəti müəyyən şəraitdə psixi sağlamlığa mənfi təsir göstərə bilər. İş yerində
meydana çıxan stress peşəkarlığın azalması, həmkarlar arasında münaqişələr,
məhsuldarlıq və intizamın aşağı düşməsinə gətirib çıxara bilər. İşəgötürənlər peşəkar
fəaliyyətlə bağlı olan psixi sağlamlıq məsələləri haqqında məlumatlı olmalı və iş
yerlərində psixi pozuntuların profilaktikası üzrə tədbirlər həyata keçirməlidirlər.
IV. PSS xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası
4.1. İlkin səhiyyə səviyyəsində əhali arasında psixi sağlamlığın təbliğ edilməsi və
psixi pozuntularla assosiasiya olunan stiqmaya qarşı mübarizə aparılması
İlkin səhiyyə işçiləri xidmət etdikləri əhalini psixi sağlamlığın əhəmiyyəti və onun
yaxşılaşdırılması üsulları haqqında daim məlumatlandırmalıdırlar.
Əhalinin
məlumatlılığının artırılması üzrə tədbirlər psixi sağlamlığa dəstək verməli, psixoloji
problemlər və psixi pozuntular zamanı vaxtında aşkar edilmə və yardım göstərilməyə
kömək etməli, həmçinin sosial stiqma və psixi pozuntuları olan şəxslərə qarşı ayrı-
seçkiliyə mane olmalıdırlar.
4.2. İlkin səhiyyə səviyyəsində psixi pozuntuların ilkin profilaktikasının həyata
keçirilməsi
Psixi pozuntuların profilaktikası məlum bioloji, psixoloji və sosial amillərin mənfi təsirinə
mane olmaq üçün onların əmələgəlmə riskinin azaldılması istiqamətində kompleks
tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirləri əhalinin ən çox müdafiə tələb
edən qruplarına yönəlmiş xüsusi tibbi və / və ya sosial yardım proqramları çərçivəsində
yerinə yetirmək lazımdır. Bu qruplara ağır xronik xəstəliklərdən əziyyət çəkənlər, əlillər,
İİV-ə yoluxmuşlar, zorakılıq qurbanları, qaçqınlar və məcburi köçkünlər, keçmiş
döyüşçülər, uğursuz ailələr, tək analar, zahılılıq dövründə olan qadınlar, psixi
pozuntuları olan şəxslərə qulluq edən ailələr, islahetmə müəssisələrində cəza çəkən və
ya çəkmiş şəxslər, palliativ qulluğa ehtiyacı olanlar və onların yaxınları, həyat və ya
peşə situasiyası yüksək stress səviyyəsi ilə bağlı olan şəxslər aiddir. Uşağın tamdəyərli
psixi inkişafının təmin edilməsi üzrə tədbirlər ilkin səhiyyə sisteminin əsas vəzifələri
15
sırasına daxildir. Uşağın normal inkişafı mərhələləri haqqında gələcək valideynlərin
məlumatlılığını artırmaq və inkişaf pozulmalarının erkən aşkar edilməsi üsullarını onlara
öyrətmək lazımdır.
Ölkədə fövqəladə hallar zamanı psixi sağlamlığın qorunması üzrə tədbirlər planı
mövcud olmalıdır. Bu tədbirlər planı müharibə, texnogen qəzalar, təbii fəlakətlər və
terror aktları nəticəsində ciddi böhran vəziyyətinə düşmüş insanlara adekvat yardım və
xidmətlər göstərilməsini təmin etməlidir.
4.3. İlkin səhiyyə səviyyəsində psixiatriya xidmətlərinin həyata keçirilməsi
Ölkənin ilkin tibbi-sanitariya yardımı sistemində baş verən islahatlar səhiyyə, o
cümlədən PSS xidmətlərinin təkmilləşdirilməsində böyük rol oynamalıdır. İlkin səhiyyə
səviyyəsində PSS xidmətləri sisteminin müvəffəqiyyətli inkişafı ixtisaslaşdırılmış yardım
səviyyəsində yükü və xərcləri əhəmiyyətli dərəcədə azaltmalı və sərbəst qalmış
resursların ən ağır psixi pozuntulardan əziyyət çəkən şəxslərə göstərilən yardımın
keyfiyyətini yüksəltmək üçün istifadə olunmasına imkan yaratmalıdır. İlkin səhiyyə
həkimləri xidmət edilən əhalidə, o cümlədən uşaq və yeniyetmələrdə psixi sağlamlıq
problemlərini aşkar etməyi, diaqnoz qoymağı və müalicə etməyi bacarmalı, ehtiyac
yarandıqda isə aşkar ifadə olunmuş və / və ya mürəkkəb psixi pozuntuları olan şəxslərin
mütəxəssisə göndərişini koordinasiya etməlidirlər. İxtisaslaşdırılmış yardım almış və ya
alan pasiyentlərin vəziyyətinin monitorinqinin aparılması ilkin tibbi-sanitariya yardımı
sisteminin funksiyalarına daxildir.
V. PSS xidmətlərinin təkmilləşdirilməsi və ağır psixi pozuntuları olan şəxslərin
sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi
5.1. PS sistemində psixi pozuntuların profilaktikası (ikincili) üzrə tədbirlər
sisteminin yaradılması
Erkən müdaxiləyə konkret pozuntuların əmələ gəlməsinin qarşısını alan və / və ya
onların daha uzun müddətli və daha ağır vəziyyətə keçməsi ehtimalını azaldan tədbirlər
aiddir. Xüsusi ehtiyacları olan uşaqlara münasibətdə erkən müdaxilənin həyata
keçirilməsi inkişaf pozulmalarını aradan qaldırmağa və sonrakı sosial adaptasiyanı
yaxşılaşdırmağa imkan verir. Profilaktikanın digər forması hadisənin idarə olunması
(case management), yəni residivlərin, erkən əlilliyin və ixtisaslaşdırılmış müəssisələrə
hospitalizasiyanın qarşısının alınması məqsədilə psixi pozuntular aşkar edilmiş
şəxslərə göstərilən xidmətlərin koordinasiyasıdır.
5.2. Psixi pozuntuların diaqnostikasının təkmilləşdirilməsi
Psixi və davranış pozuntularının diaqnostikası yüksək doğruluq dərəcəsi ilə həyata
keçirilməlidir, bu dərəcə əksər somatik xəstəliklərin diaqnostikasındakından aşağı
16
olmamalıdır. Standartlaşdırılmış diaqnostik üsulların, diaqnostik meyarların və vahid
şəklə salınmış qrafaların tətbiqi psixi pozuntu diaqnozunu yüksək dəqiqliklə müəyyən
etməyə imkan verir. Psixi pozuntuların diaqnostikası müasir beynəlxalq təsnifat
prinsiplərinə əsaslanmalı və pasiyentin şikayətlərinin təhlili, anamnez məlumatlarının
toplanması, fiziki və psixi vəziyyətin müayinəsi, həmçinin diaqnostika prosesini obyektiv
etməyə imkan verən zəruri laborator, instrumental və psixoloji müayinələr (klinik
şkalalar, sorğular, testlər) üzərində qurulmalıdır. Uşaq və yeniyetmələrdə psixi
pozuntuların aşkar edilməsi və diaqnozunun qoyulması üçün klinik psixoloq, ailə həkimi,
pediatr və məktəb psixoloqlarına təlim keçilməlidir.
5.3. Psixi pozuntuların müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması
Psixi pozuntuların müalicə metodlarına dərman preparatlarından (farmakoterapiya) və
verbal, yaxud qeyri-verbal psixoloji vasitələrdən (psixoterapiya) istifadə daxildir. Müalicə
qarşısında qoyulan əsas tələblər onun kompleks şəkildə həyata keçirilməsi və digər tibb
mütəxəssislərinin, o cümlədən digər PSS mütəxəssislərinin iştirakı imkanının təmin
edilməsidir. Hər bir müalicə əvvəlcədən tərtib edilmiş müalicə planına əsaslanmalı və
konkret diaqnoz, yaxud vəziyyətə yönəlmiş və müalicə tədbirlərinin həcmi, onların
yerinə yetirilməsi qaydası və davam etmə müddəti təsvir edilmiş müalicə protokollarına
uyğun olaraq həyata keçirilməlidir.
5.4. Psixososial reabilitasiyanın və ağır psixi pozuntuları olan şəxslərin
cəmiyyətdə inteqrasiyasının inkişaf etdirilməsi
Ölkədə, psixi pozuntuları olan şəxslər tərəfindən cəmiyyətdə fəaliyyətin optimal
səviyyəsini təmin etmək üçün lazım olan vərdişlərin əldə edilməsi və ya bərpa
olunmasına yönəlmiş psixososioloji reabilitasiya sistemi yaradılmalıdır. Reabilitasiya
proqramı fərdin ehtiyaclarına yönəlməli və onun yardım üçün müraciət etməsi anından
başlayaraq ardıcıl şəkildə həyata keçirilməlidir. Beləliklə, psixososial reabilitasiya ona
ehtiyacın müəyyən edilməsi anından, stasionar müəssisədə olan zaman başlamalı və
icma səviyyəsində ixtisaslaşdırılmış reabilitasiya mərkəzlərində davam etdirilməlidir.
Psixi pozuntuları olan şəxslər və onların ailələri dövlət tərəfindən sosial müdafiə,
məşğulluq, təhsil, mənzil təminatı və hüquqların qorunması üzrə məsul olan təşkilatların
əməkdaşlıq şəbəkəsi vasitəsi ilə sosial yardımla təmin olunmalıdırlar. Sosial xidmətlər
yaş və gender xüsusiyyətləri nəzərə alınmaqla göstərilməlidir.
Psixi pozuntuları olan uşaq və yeniyetmələrin effektiv sosial inteqrasiyasını təmin etmək
üçün ailə, icma və məktəbin daxil olduğu təsirli və uşaqlara dostcasına yanaşan ətraf
mühitə əsaslanmış reabilitasiya tədbirləri sistemi yaradılmalıdır. Xüsusi ehtiyacları olan
uşaqların reabilitasiyası qarşısında qoyulan əsas tələb uşağın bütün ailə üzvlərinin
bərpa prosesinə cəlb olunmasıdır.
17
18
5.5. Ağır psixi pozuntuları olan şəxslərə və onların ailələrinə sosial yardımın
yaxşılaşdırılması
Psixi pozuntuları olan şəxslərə və onların ailələrinə sosial yardım, əməkdaşlıq edən və
məşğulluq, təhsil, mənzillə təminat, hüquqi müdafiə və maddi dəstək sahəsində
xidmətlər göstərən müəssisələr tərəfindən həyata keçirilməlidir. Sosial müavinətlər psixi
pozuntuları olan şəxslərin, həmçinin psixi pozuntuları olan şəxslərə qayğı göstərən ailə
üzvlərinin ehtiyaclarına uyğun gəlməlidir.
|