Məmməd Səid
Ordubadi
(1872-1950)
Tərcümeyi-halı
Molla Nəsrəddin ədəbi məktəbinin fəal nümayəndələrindən
biri də Məmməd Səid Hacıağa oğlu Ordubadidir. Ordubadi
birdən-birə bu məktəbə qovuşmamışdır. Onun yaradıcılıq yolu,
bu dövrdə yaşayan yazıçıların çoxundan uzun, dolambaclı,
mürəkkəb və ziddiyyətli olmuşdur.
Ordubad kimi kiçik və kənar bir qəsəbədə doğulub-böyüyən,
köhnə feodal-ticarət aləminə atılan M.S.Ordubadi, əvvəllər şeirə
həvəs göstərmişdir. Onun 1907-ci ildə Tiflisdə "Qeyrət"
mətbəəsində çap etdirdiyi ilk iki kitabı ("Qəflət", "Vətən və
hürriyyət") qismən şairin qələm təcrübəsi, qismən də əsrimizin
ilk illərində qəzet və jurnallarda çap olunan mənzumələrinin ilk
məcmuəsidir. Ordubadi ən əvvəl "Şərqi-Rus"da çap olunmuşdur.
Bu qəzetin nəşrə başlaması, M.Ə.Sabirə, Əli Nəzmiyə, hətta
Mirzə Cəlilin özünə etdiyi kimi Ordubadiyə də böyük təsir
bağışlamış və ruh vərmişdir. M.S.Ordubadi ilk şeirlərində əsasən
bu qəzetin ideallarını tərənnüm etmişdir. Qəflətdən şikayət,
tərəqqiyə, mədəniyyətə, elmə çağırış və s.
185
Yaradıcılığı
"Qəflət" kitabçasında Ordubadi vətəni, milləti geridə qoyan,
xalqı avamlıqda saxlayan və beləliklə də ümumi bəxbəxtliyə
səbəb olan amilləri açıb göstərmək istəyir. Bu amillərin başlıcası
və bəlkə də birincisi müəllifin rəyincə qəflətdir:
Bizdə var idi əvvəli hər elmdən asar,
Bais nədi bizdən də müqəddəm olub əğyat?
Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət
Avarə qoyan bizləri qəflətdi, bu qəflət!...
1
Köhnə, ənənəvi şeirdə olduğu kimi burada da Ordubadi bəzi
məfhumları fərdiləşdirmək əvəzinə mücərrədləşdirir, müstəqim
məntiq yolu ilə gedir. "Qəflət" kəlməsi bütün mənfi, zərərli və
köhnə xüsusiyyətlərin, "əql" isə bütün müsbət, faydalı, yeni
xasiyyətlərin timsah kimi alınır, qarşı-qarşıya qoyulur, birincinin
təxribatı, ikincisinin məziyyəti göstərilir:
Əql eylədi aləmləri sultanlaru qismət,
Çoxları bihissə qoyub məhz ha qəflət.
Xaliq vərə yol qəflə tə gə r baği-cihanə,
Süddən ağ olan kövsəri tez döndəri qanə.
2
Şairin təsvirincə bu qədər təxribata səbəb olan, çox güclü və
dəhşətli görünən "qəflət" nədən ibarətdir? Kitabçada bu suala
müəyyən cavab tapmaq çətindir.
Həmin illərdə eyni üslubda yazılan "Vətən və hürriyyət"
kitabçasını Ordubadi özü belə səciyyələndirir:
1
M.S.Ordubadi. Qəflət, Tiflis, 1907, səh.29.
2
Yenə orada.
186
"Qafqazın münəvvərül-əfkar" və fədakar xan və rəislərinin
vətən, hürriyyət və hüquqi-milliyələrini mühafizə uğrunda
cannisar olmalarından bais şairin kəndi məsləki üzərinə nəzmən
inşa olunmuş ikinci türk məcmuəsidir...".
Bu əsər üç mənzumədən ibarətdir. Hər ucu cəhalətdən,
gerilikdən və pərişanlıqdan şikayət ruhunda, mərsiyə üslubunda
yazılmışdır. "İfadəyi-məram" adlanan birinci müsəddəsində şair
keçmiş qəhrəmanları, xüsusilə Qafqaz tarixinə aid bəzi səhnələri
romantikləşdirərək vətəndaşların vətən uğrunda can qoymağa,
"əl-ələ vərməyə", "müstəbidlərdən ixtiyar almağa", "hürriyyət,
qeyrət uğrunda" çalışmağa çağırır.
Ancaq şair vətən, vətənpərvərlik məsələlərini düzgün başa
düşmür, sinifləri vc sinif mübarizəsini dürüst görünür. O, daha
çox liberal-ruhani moizələrə bənzər mənzumələr yazır, nə
keçmişi, nə indiki ictimai həyat hadisələrini doğru müəyyən edə
bilir. Bu kitabçanın birincidən fərqi orasındadır ki, burada tarix
yox, yazıldığı dövr tərənnüm olunur:
Baş vər vətən uğrunda ki, əbnayi-vətənsən,
Baş vərməsən, insan nə ki, bir zağü zəğənsən,
Ey ol kişi, sən ki, vətən alamı çəkənsən,
Əhsən sənə, sən millətə nəzhətli çəmənsən.
1
Şair oxucunu mübarizəyə çağırır. Vətən yolunda baş vərənlər,
canlarını əsirgəməyənlər qəhrəman sayılırlar.
M.S.Ordubadinin şeirlərində kədər, qüssə və pərişanlıq hiss
olunsa da, fərdi hisslərin yox, ictimai hisslərin təsviri başlıca yer
tutur. Bu əsəflərdə gül-bülbülün yerini qəhrəmanlar, eyş-işrət
məclisinin yerini mübarizə meydanları, mücadilələr tutur. Şair
siyasi-ictimai məsələlərlə məşğuldur, bir və-
1
M.S.Ordubadi. Vətən və hürriyyət, Tiflis, 1907, səh.5.
187
təndaş kimi fikirləşir. Doğrudur, bu təsvirlər hələ bəsit və bəzən
də ibtidaidir. O da doğrudur ki, şair siyasətdən, ictimai
mübarizələrdən yazsa da, köhnə şer üsul və vasitələrindən
istifadə edir. Əgər gül-bülbül münasibəti, Ordubadinin fikrincə,
bugünkü şeri məşğul edə bilmirsə, vətəndaşlıq münasibətinin
təsviri üçün yeni məcaz və istiarələr də yaradılmamışdır. Yeni
mövzular işlənmədiyinə görə sənətkarın təsvir dili burada aciz
qalır. Ya siyasi şüarlar, müstəqim ifadələr, çağırışlar əsasında
mətbuat dilinə daha xas olan üslubdan istifadə olunur, yaxud da
şair keçmiş bədii mirasa, qəzəl şerinin cəbbəxanasına müraciət
edir. Bunu biz XX əsrin əvvəllərində çox şairlərdə gördüyümüz
kimi Ordubadidə də görürük. "Vətənimizə bir neçə söz" adlı
şerində şair məhz belə bədii vasitələrdən istifadə etmişdir. Şair
təəssüf hissi ilə vətəninə müraciət edərək soruşur ki, sənin
gülüstanın haçan gül açacaq, xəzanın nə vaxt bitəcəkdir?
Açıb nərgiz ol məstü şəhla göziin,
Qızıl gül həyadan qızardır iizün.
Göz aç, sən də alqışla bu işrəti,
Vərər bülbiil elani-hürriyyəti!
Alar qumri məşrutə təlimini,
Bənövşə vərər dərsi-təzimini,
Girər bağa tııti quşıı bavüqar,
Oxur nitqlər, parlamanı açar.
1
Parlament, vətən, məşrutə sözləri okmasa, oxucu güman edər
ki, bu baharın oğlan vaxtında çiçəklərin, quşların bir-birini
çağırdığı bir çəmənliyin təsviridir. Halbuki, şair burada nə gülü,
nə bülbülü, nə tutini, nə qumrunu, nə nərgizi, nə qərənfili
göstərmək istəyir. Şair vətəni, vətənpərəstləri,
1
M.S.Ordubadi. Vətən və hürriyyət, Tiflis, 1907, səh.13
.
188
natiqləri, millət xadimlərini, ictimai mücadilələri nəzərdə tutur.
Şəkil, mündərəcəyə uyğun olmadığından, köhnə vasitələr yeni
ideyaların təsvirinə sərf olunduğundan şeirin bədii keyfıyyəti
zəifləmişdir. Bu şeirdə səmimiyyət, hərarət yox deyildir.
Gənc Ordubadi əsrinin, vətəninin fəal xadimlərindən biri
olmaq istəyir və bütün yazılarında bu cidd-cəhd görünür. Ancaq
bu idealları təsvir üçün seçilən vasitələr köhnə, namünasib
olduğundan istənilən təsiri vərə bilmir. Bu nöqsanı Ordubadinin
bütün ilk şeirlərində görmək olar. Bu kitabın yaxşı cəhətlərindən
biri də odur ki, Ordubadi birinci dəfədir ki, şeirdə tarixə üz
çevirir. Birinci dəfədir ki, bütün islam dünyasını yox, məhz
Qafqazı ana vətən kimi səsləyir. O, hər cür zalım və müstəbidləri
lənətləyərək, gözünü xalqın ayılmasına dikir:
Gözüm səndədir, səndə, ah, ey vətən!
Bu söz çox səmimi deyilmişdir. Şair gözünü vətənə dikmişdi.
Ancaq vətənin o zamankı halına, o zamankı hakimlərinə yox,
gələcəyinə, gələcək quruluşuna dikmişdi.
M.S.Ordubadinin ilk şeirlərində beləliklə bir arzu, bir ümid
qanadlanmaqdadır. Sənətkarlıq etibarilə bu əsərlər, əlbəttə ki,
ibtidai vəziyyətdədir. Şəkli köhnə, qafıyə və rədifləri təkrar,
məcaz və istiarələri qalıb halında olub, qəzəl ədəbiyyatında çox
işlənmiş tərkiblərdir. Bu şeirləri yaşadan, oxucuya sevdirən olsa-
olsa onların ruh etibarilə, məzmun cəhətdən yeniliyidir.
M.S.Ordubadi yaradıcılığının ilk dövründə
şeirlə
kifayətlənməmişdir. Onun 1914-cü ildə çap etdirdiyi "Əndəlisin
son günləri" adlı tarixi dramı ərəb fatehlərinin cahangirlik
yürüşlərini izaha çalışan mürtəce məzmunlu bir əsərdir.
Ordubadi bu əsərində ərəblər ilə ispanların mübarizəsini təsvir
edir. Ancaq bu mübarizə əhvalatın zahiri tərəfini təşkil
189
edir. Əsas ziddiyyət ərəblərin öz aralarındadır. Xəlifə ilə xalq,
hökmdar ilə aşağı məmurlar arasındakı ziddiyyət əsərin başlıca
münaqişəsidir.
Əsərin baş qəhrəmanı Musa, vətənpərvər, dinpərəst rəşadətli
bir cəngavərdir. O, düşmən ilə vuruşmağa, ölüb-öldürməyə
hazırdır. Xəlifə isə müharibə və mübarizə iqtidarından məhrum,
ancaq öz həyatını, ailəsini düşünən mənfəət-pərəst, xain bir
vəzifə sahibidir. Onun xəyanəti ucundan şəhər təslim olur.
Məşhur Əlhəmra sarayı yandırılır, hakimiyyət kralın əlinə keçir.
Lakin qəhrəman Musa son nəfəsinə qədər öz sədaqətindən əl
çəkmir, ölür, təslim olmur.
Bu dövrdə Ordubadinin ən dolğun bədii əsəri, şübhəsiz ki,
"Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab" romanıdır.
Roman janrı Azərbaycan ədəbiyyatında yeni bir hadisə idi.
Ordubadinin 1907-ci ildə yazdığı bu roman həm janr baxımından,
həm də Azərbaycanın ən qədim şəhərlərindən, mədəniyyət
mərkəzlərindən olan Təbrizin həyat məişətini təsvir cəhətindən
maraqlıdır. Ordubadi qismən səyahətnamələrə ("Səyahətnaməyi-
İbrahimbəy"), qismən silsilə məktublara (M.F.Axundovun fəlsəfi
məktubları), tərcümeyi-hallara oxşadaraq öz romanını müasir
təbliği əsərlər ruhunda yazmışdır. Əsər beş fəsildən ibarətdir: 1.
Əşar; 2. Rzaqulu xanın tərcümeyi-halı; 3. Böyükxanımın
tərcümeyi-halı; 4. Təbriz şəhərinin havası və təmizliyi; 5. Üç
ildən sonra.
Bu fəsillərdən də görmək olar ki, əsərdə müasir həyat, məişət,
xalqın adət və ənənələrinin təsviri əsas məqsəd deyildir. Məqsəd
Rzaqulu xanın şəxsi macərası, faciəli tərcümeyi-halıdır. Buna
görə də əsərdə əhvalat tədriclə, bir-birindən doğan hadisələrin
təbii cərəyanı yolu ilə inkişaf etmir. Əhvalatın ayrı-ayrı hissələri
müstəqil parça şəklində verilir.
Rzaqulu xan kimdir?
190
O "qırx səkkiz yaşında Sorbon (Paris) darülfununun hüquq
fakültəsini bitirmiş cavan ziyalı bir milyonçudur. İranın Paris
səfıri Əminul-mulkün oğludur". Avropa təhsili Rzaqulu xana
böyük təsir bağışlamışdır. O, həqiqi bir vətənpərvər, qeyrətli və
namuslu bir ziyalı kimi öz doğma vətəninin - İranın acınacaqlı
halına yanır. Bütün ömrünü, dövlətini və bildiyini bu uğurda sərf
etməyi fıkirləşir. Təhsilini bitirən kimi Təbrizə qayıdır. Onun
böyük islahat planları vardır.
O öz millətinin, vətəninin tərəqqisinə çalışan bir qəzet nəşr
etmək istəyir. Dəmiryolu salmaq, sənaye binası qoydurmaq,
məktəblər, xəstəxanalar açdırmaq, tramvay xətti çəkdirmək, bir
para bidətlərin aradan götürülməsinə çalışmaq və s. fikrindədir.
Lakin bunların hamısı Rzaqulu xan üçün şirin bir xəyal olaraq
qalır. İstər İranın müstəbid hökuməti, istər mühitin mühafizəkar
adamları - ruhanilər, mülkədarlar, tacirlər Rzaqulu xanın
arzularına mane olur, onların həyata keçirilməsinə imkan
vərmirlər. Rzaqulu xan isə xəyalən zəngin olsa da mübarizə
imkanları etibarilə məhdud, aciz bir adamdır.
Müasir ictimai mübarizələr, sinfi çarpışmalar dinamikasını
bilməyən Rzaqulu xan əsrimizin əvvəllərində realist ədiblərinin
təsvir etdiyi yeni adamlar silsiləsindəndir. Yusif Sərrac
("Aldanmış kəvakib") Fəxrəddin ("Müsibəti-Fəxrəddin"), Fərhad
("Bəxtsiz cavan"), İsgəndər ("Ölülər") kimi o da gələcək arzuları
ilə yaşayır, köhnə mühitlə barışa bilmir, mövcud ictimai
xəstəlikləri gözəlcə duyur, bunların müalicəsinə çalışmaq istəyir.
Təəssüf ki, bu saydığımız qəhrəmanların çoxunda olduğu kimi,
Rzaqulu xanda da böyük arzular, ideallar ancaq bir istek olaraq
qalır. Çünki Rzaqulu xanın nə milyonların pulu, nə də kamil
təhsili bu köhnə mühiti yıxa bilmir, məcbur olduğu əsarət
hüdudundan çıxmağa yol açmır.
Rzaqulu xan o qədər acizdir və o qədər xəyalpərəstdir ki,
evində öz arvadının belə öhdəsindən gələ bilmir. Böyükxa-
191
nım köhnə, qəddar və təəssübkeş müsəlman qadınlarının xarakter
bir nümayəndəsidir. O, Rzaqulu xanı bütün əzmlərindən
döndərdiyi kimi, öz əziz və istəkli qızlarını da açıq-açığına pula,
mənsəbə satır. Böyükxanım qatı bir cahildir ki, avamlığı ilə
ərinin də, uşaqlarının da, özünün də bədbəxtliyinə səbəb olur.
Onun xasiyyətnaməsini müəllif Böyükxanımın öz sözləri ilə belə
verir:
"Baxıram gözəlliyimə, hüsnü-vəcahətimə valeh oluram.
Baxıram bu bədbəxt sahibimə, baxıram ər-övrətlikdəki
rəftarımıza zəhləm gedir, bağrım çatlayır. Çöküb bu yazı
stolunun başına yazır, ağlayır, oxuyur, ağlayır... Var-yox üç nəfər
uşağı da başı dinc olmaqdan ötrü ötürüb murdar firənglərin evinə.
Dünyanın pulunu xalqın cibinə doldurur. Və halon ki, doktorun
övrətinə bir ay vərdiyi pulları bir mollaya vərsə, uşaqlara ömrü
olunca dərs vərər...".
1
Böyükxanım qəddar bir qadın kimi, cəhalət və nadanlığın
mənfur heykəli kimi inandırıcı təsvir olunmuşdur.
Romandakı Qulam xan daha cahil, daha xəbis və alçaq bir
mülkədar tipidir. O puluna, şöhrətinin gücünə və Böyükxanıma
arxalanaraq, Rzaqulu xanın qızını alır. Avropa tərbiyəsi görmüş,
mərifətli, incə ruhlu nəcib Münəvvəri zor ilə Qulam xan kimi
nadan bir kişinin qucağına atırlar. Qız dərddən vərəmləyir,
Qulam xan isə qaynatasının irsindən "arvad payı" tələb edir.
Miras üstündə deyişmə zamanı o özündən çıxaraq qayınlarının
hər ikisini öldürür.
Yazıçı bu səhnələrdə yalnız Təbrizin deyil, bütün İranın və
bəlkə də bütün müsəlman Şərqinin köhnə, çürük adətlərini və
bunların törətdiyi böyük faciələri həqiqi boyalarla göstərmişdir.
Rzaqulu xan ailəsinin faciəsi ictimai, tarixi bir həqiqətdir. Ədibin
sənətkarlıq məharəti bizi buna inandırır.
1
M.S.Ordubadi. Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab, Bakı, 1914, səh.4.
192
Bu romanda biz, ibtidai şəkildə də olsa, iki dünyanın
çarpışmasını görürük. Bir tərəfdə Rzaqulu xan, onun ağıllı
oğlanları və qızı, ikinci tərəfdə isə Qulam xan, Böyükxanım və
başqaları - feodal mühiti durur. Nə qədər təəssüflü olsa da,
cəhalət tərəfdarları, mürtəce cəbhə güclüdür və qalib gəlir. Çünki
onlar köhnə İranın bünövrəsini təşkil edən feodal mütləqiyyət
quruluşuna zülm və əsarət dünyasına, mövhumat və cəhalətə
əsaslanırlar. Rzaqulu xanın isə söykənməli bir əsası, zəminəsi
yoxdur. Avropadan gətirdiyi kitablar və fikirlər isə bu mühitə heç
bir təsir göstərə bilmir. Romanda əsas qəhrəman Rzaqulu xan
məğlub və məhv olsa da, onun tərəqqi-pərəst və münəvvər
fıkirləri oxucunun qəlbində kök salır və əks-səda tapır. O şəraitdə
və elə bir mübarizə metodu götürən firəngiməabın məğlubiyyəti
labüd idi. Ədib bu zərurəti realistcəsinə göstərə bilmişdir.
Qəhrəmanın mübarizəsi və faciəsi oxucu üçün çox ibrətlidir.
Oxucu, Rzaqulu xana rəğbət bəsləməklə gələcəkdə onun
arzularını həqiqət olacağına inanır. Rzaqulu xanın Avropadan
gətirdiyi yeni, maarifçi ideyaları həmişə oxucunu düşündürür,
köhnə dünyaya nifrəti daha da artır. Bu romanda Ordubadinin
dili, şeirlərinə nisbətən daha səlis və canlıdır. Doğrudur, burada
köhnə üsluba xas olan rəsmiyyət, quruluq, xüsusən fars dilinə
məxsus ifadə və tərkib qalıqları yox deyildir. Ancaq dilin ümumi
ruhu, meyli sadəliyə doğrudur. Romanın böyük şöhrət
qazanmasında bu cəhətin də əhmiyyəti çox idi. M.S.Ordubadi iki
dəfə nəşr etdirdiyi bu romanla yaradıcılığının birinci dövrünə
(1900-1920) bir növ yekun vurur. Bu yekun sevinməli bir hadisə
idi. Çünki müəllifin bədii sənətkarlıq işində xeyli irəli getdiyini,
ictimai-siyasi hadisələrin epik təsvirinə meyl etdiyini göstərən
yaxşı bir təşəbbüs idi.
193
Əliqulu Qəmküsar
(1880-1919)
Tərcümeyi-halı
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda
doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər
papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq
etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir
yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov
Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və
farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış,
1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım
orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə
üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə
aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır
külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə
bilmir.
Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə
edir:
Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
194
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə
11
1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və
orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da
artırır.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda
yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına
şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə
yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir.
1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə
Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak
etməyə başlayır.
1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır.
Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər"
komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda,
Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar.
Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir
məharətlə oynaması məşhurdur.
1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra
"Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir.
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə
qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tifiisdə dəfn
edilmişdir.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla
Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Səda-yi-həqq",
"Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir.
Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu
bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir.
1
Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh. 9. Nizami adına Ədəbiyyat İnstitutunun elmi arxivi,
inv. №202.
195
Yaradıcılığı
Cəlil Məmmədquluzadə Əliqulu Qəmküsarın ölümünün beş
illiyi münasibəti ilə yazdığı məqalədə göstərir ki, "Molla
Nəsrəddin" - tək bir nəfər müəllifin əsəri deyil, "Molla
Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarının qələmlərinin
əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal
yoldaşıyam.
Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu
Nəcəfovdur".
1
Qəmküsarın "Molla Nəsrəddin"dəki əsərləri, onun əsas
yaradıcılıq simasını təyin edir. Jurnal nəşr olunanda
Ə.Haqvərdiyev, M.S.Ordubadi müəyyənləşmiş yazıçı idilər və
bir yazıçı kimi də "Molla Nəsrəddin"ə gəldilər. Ə.Nəzmi və
Qəmküsar isə belə olmamışlar. Bunların şair olmasında,
üslublarının yaranmasında jurnal əsas amil olmuşdur.
Qəmküsarın bütün əsərləri satira şəklində, Sabir məktəbinin
davamı ruhunda yazılmışdır. Qəmküsar öz qələm yoldaşlarına
nisbətən az yazmışdır. Onun ən fəal dövrü müharibə illərindən
sonra olmuşdur. Bu zaman o, bəzən jurnalın başqa yazılarını
təshih ilə də məşğuln olurdu.
Ə.Qəmküsar Sabirin açıq nəzirəçilərindəndir. "Yahu keçər"
adlı həcvində biqeyrət, mənfəətpərəst adamlar lağa qoyulur:
Millətinin halı pərişan ola,
Hər bir işi nifrətəşayan ola,
Cahil ola, vəhşi və nadan ola,
Qəm etmə, səbr et, bu dayahu keçər"
2
.
1
C.Məmmədquluzadə. "Əliqulu Nəcəfov", "Kommunist" qəzeti, 1924, 14 mart.
2
Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh. 13. Nizami adına Ədəbiyyat İnstitutunun elmi
arxivi, inv. №202.
196
Bu şeir istər ruhu, istər ədası, hətta vəzni etibarı ilə Sabirin
"Səbr eylə" əsərinə oxşatmadır. Ə.Qəmküsar Sabir satirası yolu
ilə getmək istəsə də, onurı üslubu satiraya ayrı bir rəng, ayrı bir
xüsusiyyət verir. Əgər Sabirdə satiranın zərbəsi qüvvətli və
öldürücüdürsə, Qəmküsarda bu zərbə yüngülləşmiş, zəifləşmiş
nəzərə çarpır. Bəlkə bu ona görə belədir ki, satira hədəfləri Sabir
dövrünə görə zəifləşmiş, hakim mövqeyini itirmişdir. Əlbəttə ki,
burada bir həqiqət vardır. Sabir mütləqiyyətin ən qatı və qəddar
hökmranlıq dövründə, mövhumat, zülmət tərəfdarlarının hələ
dövran sürdüyü zaman yazırdı. Qəmküsarda satira zərbədən çox
nəsihət, hücümdan çox, məsləhət, nifrətdən çox islahat ruhu
daşıyırdı. Sabirin "Nə soxulmusan araya, a başı bəlah, fəhlə?"
misrası ilə başlanan satirasının gücü və təsiri çox böyükdür.
Qəmküsar həmin bədii ədanı və üsulu tamam başqa səciyyədə
olan obyektə işlətmişdir. Sabir fəhlənin fəaliyyətini, mübarizəsini
həzm edə bilməyən varlıların səciyyəsini, məfkürəsini onların öz
sözü ilə açdığı halda, Qəmküsar, varlıya qarşı nifrətini açıq,
müstəqim ifadə edir. "Varlı" sərlövhəli şeirində oxuyuruq:
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı,
Füqəranı bəsdir, az söy, elə ictinab, varlı!..
Bu qədər, görəndə yoxsulları, baxma etinasız
Oların, həzər qıl etmə ciyərin kəbab, varlı!.
Səni varlı eyləyən həm, onların əməkləridir,
Pulu sən qucaqlayıbsan, o çəkib əzab, varlı!
1
Bu şeirdə satira yox, müstəqim, açıq tənqid qüvvətlidir. Şair
gülüş vasitələrinə müraciət etmədən öz fıkrini doğru-
1
Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh. 7, Nizami adına Ədəbiyyat İnstitutunun elmi
arxivi, inv. №202.
197
dan-doğruya, bilavasitə söyləyir. Bu, satiranın zəifləməsi
hesabına olur. Xoşbəxtlikdən, müəllifin belə şerləri çox deyildir.
Hələ Sabirin sağlığında, onun guya mollaların dilindən deyilən
"Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can!" şerinə nəzirə
və həmin üsulla yazılan "Gəldi yenə Rəhim xan" şeri müəllifin
siyasi məzmunlu, qüvvətli həcvlərindəndir. Səttar xan hərəkatı
dövründə Rəhim xan İran mütləqiyyətinin, şah zülmünün qanlı
müdafiəçilərindən və mühafizəçilərindən biri idi. Onun İrana,
Təbriz üzərinə gəlməsi bütün daxili və xarici müstəbidləri
sevindirirdi. Belə sevinən mühafizəkar mülkədarların dili ilə şair
həm öz düşməninin səciyyəsini açır, həm də buna qarşı məharətlə
acı gülüş işlədir:
Gəldi yenə Rəhim xan İranə, bərəkallah!
Çıxdı əcəb igidtək, meydanə bərəkallah!
Söz yox, gərəkdi çatsın məqsudinə supəhdar,
Olsun cəriqitalə, əksər güruhi-əşrar,
Ta bəlkə Məmdəlini cəlb eyləsinlər təkrar,
Gəlsin, özün yetirsin Tehranə bərəkallah!
1
Burada həm Rəhim xanın kim olduğu, İrana nə məqsədlə
gəldiyi aydın və kinayəli bir dil ilə söylənilir, həm də bu işdən
sevinən zalim və müftəxorlara qarşı ümumi nifrəti sezilir. Şeirin
axırına qədər davam və təkrar edilən "bərəkallah" sözləri dərin
kinayənin təzahürüdür.
Bu söz yalnız Təbriz xanlarının, müctəhidlərinin sözü deyil.
Bu söz təkcə şahın və saray adamlarının da sözü deyil. Bu həm
də, ümdə olaraq çar jandarmalarının, inqilabı qan içində boğmağa
tələsən çar hökumətinin ürəyindən qopan söz idi. Şair bu tənqidi
fıkrin ifadəsi üçün əlvərişli bədii üsul tapmışdır.
1
Ə.Qəmküsar. Seçilmiş əsərləri, səh.9. Nizami adına Ədəbiyyat İnstitutunun elmi arxivi,
inv. №202, səh.31.
198
1912-1913-cü
illərdə Bakıda "Molla Nəsrəddin"
məcmuəsinin satira yolunu izləyən demokrat ruhlu "Kəlniyyət"
jurnalı nəşr olunurdu. Çar senzoru bu jurnalın nəşrini
dayandırdığı zaman Qəmküsar bu məsələyə dair bir həcv
yazmışdır. "Necə elm, nə sənət?" sərlövhəli və "Kəlniyyət"
mecmuəsinin ruhuna ithaf olunan bu əsərində şair "Kəlniyyət"in
və özünün düşmənlərini kinayəli ifadələrlə belə sayır:
Dostları ilə paylaş: |