Tofiq quliyev


İdiomların ingilis dilindən Azərbaycan dilinə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   46   47   48   49   50   51   52   53   ...   61
Monoqrafiya

3.2. İdiomların ingilis dilindən Azərbaycan dilinə 
transformasiyası yolları 
 
Zaman  keçdikcə  dil  inkişaf  edir,  dəyişir.  V.Şekspirin 
yazdığı ingilis dili ilə müasir ingilis ədiblərinin dilləri çox 


 
216 
fərqlidir.  Bu  gün  işlənən  ingilis dili  də durmadan  inkişaf 
edir. Elm və texnikanın inkişafı həm də yeni anlayışların 
meydana  çıxmasına  və  nəticədə  dildə  yeni  söz  və 
ifadələrin yaranmasına  səbəb olur.   
 
Yaşadığımız  qloballaşma  əsrində  ölkəmizin  başqa 
dövlətlərlə  mədəni,  elmi-texniki  və  iqtisadi  əlaqələrinin 
daha  da  genişləndiyi  bir  dövrdə  yeni  texniki  və  elmi 
nailiyyətlərin  öyrənilməsi  üçün  elmi  və  bədii  əsərlərin 
tərcüməsi, əlbəttə, böyük rol oynayır. 
 
İngilis  və  başqa  Avropa  dillərində  yazılmış 
əsərlərin  Azərbaycan  dilinə  birbaşa  tərcüməsi  böyük 
əhəmiyyət  kəsb  edir.  Lakin  ingilis  dilinin  idiomatikası 
mədəniyyətlərarası ünsiyyətdə ciddi çətinliklər yaradır. 
 
Məlum  olduğu  kimi,  tərcümə  zamanı  iki  dilin 
müqayisəsi  baş  verir.  Bu  zaman  mənbə  dilin  və  obyekt 
dilin özünəməxsus xüsusiyyətləri daha aydın təzahür edir. 
Bu, özünü xüsusən sintaktik strukturda göstərir.    
 Bu bölmədə idiomların ingilis dilindən Azərbaycan dilinə 
transformasiyası  zamanı  qarşıya  çıxan  bu  və  digər 


 
217 
problemlər  araşdırılır,  onların  həlli  yollarının  tapılmasına 
cəhd edilir. 
İngilis  və  Azərbaycan  dillərində  işlənən  idiomatik 
vahidlərin  kontrastiv  təhlili  onların  struktur  cəhətdən 
oxşar  və  fərqli  cəhətlərini  aşkara  çıxarmağa,  ingilis 
dilindən  Azərbaycan  dilinə  tərcümə  prosesində  ortaya 
çıxan bir  sıra  məsələlərə  aydınlıq  gətirməyə  imkan  verir. 
A.B.Kunin,  H.N.Amosova,  Y.İ.Retsker,  T.Q.Levitskaya, 
A.F.Fiterman, 
A.V.Fyodorov, 
V.N.Krupnov 
və 
başqalarının  tədqiqatlarında  da  gəstərildiyi  kimi,  ingilis 
frazeoloji  vahidlərinin  başqa  dillərə  tərcüməsi  mühüm 
linqvistik  problemlərdəndir.  Bu  sahədə  müəyyən  işlər 
görülsə  də,  bir  sıra  vacib  məsələlərin  həllinə  hələ  də 
ehtiyac duyulmaqdadır.  
Məlumdur  ki,  başqa  dillər  kimi,  ingilis  dilinin  də 
idiomatik  sistemi  bu  dilin  milli  özünəməxsusluğunu  əks 
etdirir,  məna  zənginliyi  və  üslubi  rəngarəngliyi  ilə 
fərqlənir. İngilis idiomatik ifadələrinin tərcüməsində olan 
çətinliyin bir səbəbi də ondadır ki, heç bir lüğət idiomatik 
vahidlərin konkret kontekstdəki mənasını dəqiqliklə əhatə 


 
218 
edə  bilmir.  Ona  görə  də  tərcümə  prosesində  idiomatik 
vahidlərin ekvivalentlik xüsusiyyəti, bir qayda olaraq, ön 
plana çəkilir. 
Dilçilik ədəbiyyatında bütün idiomatik vahidlərin tərcümə 
baxımından üç növü göstərilir: monoekvivalent idiomatik 
vahidlər, poliekvivalent idiomatik vahidlər və ekvivalenti 
olmayan  idiomatik  vahidlər.  Araşdırdığımız  dillərdə  belə 
ifadələr bir neçə cəhətdən diqqəti cəlb edir. 
İngilis  və  Azərbaycan  dillərində  işlənən  monoekvivalent 
vahidlərin iki növünü göstərmək mümkündür. 
1.  Həm  mənaca,  həm  leksik  tərkibinə,  həm  də  obrazlılıq 
dərəcəsinə görə uyğun gələn idiomatik vahidlər. Məsələn: 
to sing like a nightingale – bülbül kimi oxumaq, to quake 
like  a  leaf  –  yarpaq  kimi  əsmək.  Bundan  başqa,  ingilis 
dilində  elə  idiomatik  ifadələrə  də  təfadüf  edilir  ki,  onlar 
leksik  tərkibinə  və  obrazlığına  görə  Azərbaycan 
idiomlarına  uyğun  gəlsə  də,  semantik  məzmununa  görə 
tamamilə  fərqlənir.  Müq.  et:  ing.  white  lie  –  azərb.  ağ 
yalan.  Hər  iki  dildə  onların  komponentlərinin  mənaları 
eynidir:  “ağ”  və  “yalan”.  Hər  iki  birləşmə  hərfi  mənada 


 
219 
“ağ  yalan”  ifadə  edir.  Lakin  bu  idiomatik  vahidlərin 
mənaları  müxtəlifdir:  ingilis  dilində  -  “ziyansız  yalan”, 
Azərbaycan dilində - “aşkar yalan”. Ona görə də tərcümə 
prosesində belə məqamlar xüsusi diqqət tələb edir. 
2.  Qismən  monoekvivalent  idiomatik  vahidlər.  İngilis 
dilindəki  belə  birləşmələr  Azərbaycan  idiomatik 
vahidlərinə  mazmun  və  üslubi  funksiyasına  görə  uyğun 
gəlir, lakin onlardan leksik tərkibcə ya tamamilə, yaxud da 
qismən  fərqlənir.  Bu  cür  idiomatik  vahidlərin 
tərcüməsində elə bir çətinlik yaranmır. Məsələn:  birds of 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin