Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
Monoqrafiya

üşütmə düşdü və ingilis dilindəki have cold feet idiomları 
muna  misal  ola  bilər.  Bu  qrupdan  olan  idiomlarda  əsas 
element  kimi  Azərbaycan  dilində  daha  çox  ürək  sözü, 


 
210 
ingilis dilində isə eyni mənaya malik heart sözü çıxış edir. 
Belə  ifadələr,  adətən,  ürəyin  normal  fəaliyyətinin 
pozulmasını,  qeyri-adi  fiziki  vəziyyətini  bildirən  söz 
birləşmələrinin  məcazi  mənada  işlənməsi  nəticəsində 
yaranır. Müq. et: azərb. ürəyi düşmək, ürəyi parçalanmaq, 
ing. one’s heart leaped into one’s mouth, one’s heart sank 
into boots. Belə idiomların oxşarlığı, artıq qeyd etdiyimiz 
kimi,  hisslərin  ümumbəşəri  xarakter  daşıması  ilə  izah 
edilir. 
İdiomatik  ifadələrin  dillərarası  ekvivalentliyini 
təmin  edən  edən  amillərdən  biri  də  sabit  söz 
birləşmələrinin metaforik şəkildə işlədilməsidir. Metafora 
dillərarası  və mədəniyyətlərarası oxşarlıq və fərqliliklərin 
ən  güclü  eksplisit  ifadə  vasitələrindəndir  və  universal 
xüsusiyyətə malikdir.  
Adi  nitqdən  fərqli  olaraq,  obrazlı  nitqdə  metaforik 
vasitələrdən  daha  geniş  istifadə  edilir.  Dilin  obrazlılıq 
sistemində metaforaların ümumi-tipoloji, fəlsəfi-linqvistik 
əhəmiyyətini  hələ  antik  müəlliflər  qeyd  etmişlər:  “Bizi 
əhatə  edən  gerçəklikdə  elə  bir  əşya  yoxdur  ki,  onun 


 
211 
adlandırılması  üçün  başqa  bir  sahənin  istənilən 
anlayışından  istifadə  edə  bilməyək”  [23,  277].  Aristotel
 
yazır ki, metafora ya növdən formaya, ya formadan növə, 
yaxud  da  analogiyaya  uyğun  olaraq  qeyri-adi 
köçürmələrdir  [yenə  orada].  Dilçilik  ədəbiyyatında 
köçürmənin  aşağıdakı  ekstralinqvistik  tipləri  göstərilir: 
insan-heyvan,  heyvan-insan,  bitki-heyvan,  mücərrəd 
anlayış-insan,  insan-mücərrəd  anlayış,  heyvan-mücərrəd 
anlayış, insan-əşya, əşya-insan və s. 
 
Məcazlaşmanın iki növü vardır:  
1)  hərəkətin oxşarlığı üzrə məcazlaşma 
2)  vəziyyətin oxşarlıği üzrə məcazlaşma 
Müasir metafora nəzəriyyələrindən birinin yaradıcısı 
olan  C.Leykof  metaforanı  və  metaforik  ifadələri  biri-
birindən  ayırır.  C.Leykofa  görə,  metafora  geniş  mənada 
bir  sahə  haqqında  digər  sahə  vasitəsilə  düşünmək  kimi 
başa düşülməlidir və onu konseptual metafora (conceptual 
metaphor)  adlandırmaq  olar,  məsələn,  life  is  travelling
Metaforik  ifadələr  isə  metaforanın  dildə  əksi  kimi 
nəzərdən 
keçirilməlidir 
[74, 
202]. 
İfadələrin 


 
212 
metaforlaşması  onlara  хаs  olan  bu  və  ya  digər  əlamət 
əsasında baş verir. Azərbaycan dilindəki iti dil (yaxud dili 
iti)  və  ingilis  dilindəki  a  bitter  tongue  ifadələrini  buna 
misal göstərmək olar. Məcazlaşmaya əsaslanan analogiya 
bu nümunələrdə aşkar hiss edilir. 
Bir  sira  hallarda  adi  hərəkəti  əks  etdirən  sabit  söz 
birləşməsi  metaforik  şəkildə  işlədildikdə  tamamilə  başqa 
assosiasiya yarada bilər. Məsələn, vicious circle “çıxılmaz 
vəziyyət” (hərfən:  “qüsurlu dairə”), to take by the throat 
“bıçağı 
sümüyə 
dirəmək” 
(hərfən: 
“boğazından 
yapışmaq”). Bəzi bədən üzvlərinin fizioloji, yaxud sosial-
simvolik aspekti ilə müəyyənləşən semantikaya malik bir 
çox  ifadələr  uydurma  obraza  əsaslanır.  İngilis  dilindəki 
break one’s head, tie smb’s tongue, Azərbaycan dilindəki 
baş  sındırmaq,  dilini  bağlamaq  ifadələri  buna  misal  ola 
bilər. Ekvivalent idiomatik ifadələrin metaforlaşması sabit 
söz birləşmələrinin məzmunundakı anlayışlarla real əlaqə 
vasitəsilə  baş  verə  bilər.  Bir  sıra  hadisələrə  uyğun  gələn 
hərəkətləri  əks  etdirən  söz  birləşmələri  müvafiq 
hadisələrin obrazlı ifadəsinə çevrilir: ing. close one’s eyes 


 
213 
(“ölmək”), azərb. gözünü yummaq, ing. open one’s mouth  
(“danışmaq”),  azərb.  dil  açmaq,  ing.  with  one  leq  in 
grave, azərb. bir ayağı qəbirdə və s.        
 Müxtəlif  dillərdə  idiomların  oxşar  olması  təkcə 
onların 
komponentlərinin 
zahiri 
uyğunluğu 
ilə 
məhdudlaşmır.  Oxşarlıq,  ümumilik  həm  də  həmin 
idiomların ümumbəşəri xarakteri ilə əlaqədardır. 
İdiomların  həm  də  xalqın  adət-ənənəsi  ilə  bağlı 
yarana  bilməsi  onların  ekvivalentlərinin  başqa  dildə 
mütləq  olması  qənaətinə  gəlməyə  əsas  vermir.  Məsələn, 
ingilis  dilindəki  to have one’s  eye-teeth  cut, to  put  one’s 
foot into one’s mouth, to go cap in hand, neck or nothing, 
to  old  hand,  to  show  (call)  one’s  hand,  to  have  an  old 
head on  young  shoulders, to show  the  white feather kimi 
idiomatik  ifadələrin  Azərbaycan  dilində  tam  ekvivalenti 
yoxdur. Bu cür idiomların hərfi tərcüməsi onun mənasını 
verə  bilmir.  Ona  görə  də  idiomun  ekvivalentinin  axtarıb 
tapılması lazım gəlir. 
Məlum  olduğu  kimi,  idiomatik  vahidlərin 
formalaşmasında  milli-mədəni  amil  güclü  rol  oynayır. 


 
214 
İdiomlar hər bir dilin daşıyıcısı olan xalqın özünəməxsus 
dünyagörüşü,  təsəvvürləri,  ətraf  mühitə  münasibəti,  etik-
fəlsəfi  baxışları,  məişəti,  təfəkkür  tərzı  və  s.  ilə  bağlıdır. 
İdiomların  bir  qisminin  başqa  dillərə  tərcümə  oluna 
bilməməsi də əsasən bununla əlaqədardır. Məsələn, ingilis 
dilindəki  the  skeleton  in the cupboard  (“evin sirrini  gizli 
saxlamaq”, 
hərfən: 
“bufetdə 
skelet”) 
idiomuna 
Azərbaycan  dilində  ev  bizim,  sirr  bizim  idiomu  müvafiq 
gəlir. İt never rains, but it pours (hərfən: “heç vaxt yağış 
yağmır,  lakin  bərk  yağış  tökür”)  idiomunun  Azərbaycan 
dilində  ekvivalenti  dərd  gələndə  xalvarla  gələr,  çıxanda 
misqalla  idiomudur.  Birds  of  feather  flock  together 
idiomu  Azərbaycan  dilinə  hərfən  “Eyni  lələkli  quşlar  bir 
yerə toplaşır” kimi tərcümə etmək olar. Lakin Azərbaycan 
dilində ingilis dilindəki müvafiq mənanı bildirən su axar, 
çuxurunu  tapar  idiomu  işlənir.  İt’s  the  last  straw  that 
breaks  the  camel’s  back  idiomu  da  Azərbaycan  dilinə 
hərfən “dəvənin belini qıran axırıncı saman çöpüdür” kimi 
tərcümə edilə bilər. Əslində isə onun Azərbaycan dilində 
artıq tamah baş yarar kimi ekvivalenti vardır. 


 
215 
Milli  xüsusiyyətlərin  əks  olunduğu  və  müəyyən 
məkan,  zaman  və  tarixi  faktlarla  bağlı  idiomların 
tərcüməsi çətinlik törədir, ona görə də belə idiomları çox 
zaman izahlı şəkildə tərcümə etmək lazım gəlir. Müq. et: 
to send smb. to Coventry - “kiminləsə ünsiyyəti kəsmək”, 
to come Yorkshire over somebody - “kimisə aldatmaq”, to 
put  somebody  in  the  cart  -  “kimisə  pis  vəziyyətə 
qoymaq”,  to  sit  above  the  salt  -  “cəmiyyətdə  yüksək 
mövqe  tutmaq”,  to  beat  the  air  -  “boş-boşuna  çalışmaq” 
və s.  
Belə  idiomların  Azərbaycan  dilində  qarşılığını 
tapmaq, onların tərcüməsində adekvatlığa nail olmaq üçün 
müvafiq  transformasiya  yollarından  istifadə  edilir.  Bu 
məsələ növbəti fəsildə araşdırılır.  
  

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin