Statistik müşahidə haqqında anlayış və onun vəzifələri



Yüklə 43,9 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü43,9 Kb.
#42402
  1   2   3   4   5   6   7   8
Movzu 2-yeni


MÖVZU 2. STATİSTİKA MÜŞAHİDƏSİ

  1. Statistik müşahidə haqqında anlayış və onun vəzifələri.

  2. Statistik müşahidənin təşkilinin əsas formaları.

  3. Statistik müşahidənin növləri.

  4. Statistik müşahidənin üsulları.

  5. Statistik müşahidənin əsas proqrammetodoloji məsələləri.

  6. Statistik müşahidənin xətası.

  1. STATİSTİK MÜŞAHİDƏ HAQQINDA ANLAYIŞ VƏ ONUN VƏZİFƏLƏRİ

    1. Statistika informasiyasının formalaşması

    2. Statistik müşahidə haqqinda anlayişlar

    3. Müşahidə obyekti, müşahidənin kütləviliyi

    4. Statistik müşahidənin başlıca vəzifəsi

    5. Statistik müşahidə statistik tədqiqatların ilkin mərhələsidir

Statistika informasiyası ilkin statistika materialı olub, statistik müşahidə əsasında formalaşır. O, statistik tədqiqatın ilk mərhələsidir. Sosial-iqtisadi hadisələri, onların inkişaf qanunauyğunluqlarını öyrənmək ücün, ilk növbədə, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistika məlumatı əldə edilməlidir. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanılması üzrə elmi əsasda təşkil edilmiş va aparılmış işə statistika müşahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütləvi məlumat əldə edilməsində ilk mərhələ olub, sosial-iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tutur. Ona görə də hər bir statistika tədqiqatının nəticəsi öyrənilən sosial-iqtisadi hadisələr haqqında toplanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.

Statistik müşahidə statistikanın mühüm metodlarından biridir. İctimai hadisələrin kəmiyyət tərəfini öyrənmək üçün hər şeydən əvvəl, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistik məlumat əldə etmək lazımdır. Ona görə də statistik tədqiqatın birinci mərhələsi statistik müşahidədəir.

Təbiətdə cəmiyyətdə baş verən ictimai-iqtisadi hadisə, hal və proseslərin inkişaf qanuna uyğunluqlarını tədqiq etmək üçün elmi şəkildə təşkil olunmuş kütləvi məlumatların toplanması prosesinə statistik müşahidə deyilir. Tədqiqatın bu mərhələsində buraxılan hər hansı bir səhv sonrakı tədqiqat mərhələlərində mütləq özünü göstərməlidir. Ona görə də hər bir tədqiqatın nəticəsi toplanılan məlumatın düzgünlüyündən, dəqiq-liyindən və vaxtında uçota alınmasından çox asılıdır. Bütün bunları nəzərə alaraq, statistik müşahidə planlı surətdə, müntəzəm və elmi əsasda aparılmalıdır.


Yüklə 43,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin