6
Bitkilərin inkişafını idarə etmək üçün onların bioloji tələbatını bilmək lazımdır. K. A.
Timiryazev
göstərmişdir ki, bitkilərin inkişafı ən çox istilik rejimindən asılıdır. Hər bitki öz
vegetasiya dövründə müəyyən qədər fəal temperatur yekunu tələb edir.
Meteoroloji məlumatlara
əsasən istənilən bölgədə hər hansı bitkinin inkişaf fazalarına keçmə müddətini qabaqcadan
söyləmək mümkündür. Fəal temperatur yekununa tələbinə görə bitkilərin və ya sortların
nəzərdə
tutulan bölgədə yetişə biləcəyini də müəyyən etmək mümkündür. Bu isə mühüm təsərrüfat
əhəmiyyətli məsələdir.
Bitkilərin nəmliyə tələbi onların transpirasiya əmsalına görə təyin edilir. Payızlıq buğdanın
transpirasiya əmsalı 400-500, qarğıdalınınkı 230-370, şəkər çuğundurununku 240-500 arasında olur.
Bitkinin nəmliyə olan tələbini ödəmək üçün inkişafının müxtəlif dövrlərində nəmliyə tələbatını da
bilmək lazımdır. Bitkinin nəmliyə daha
çox tələbat göstərdiyi dövr
böhran
dövrü adlanır. Bu
dövrdə bitkinin nəmliyə tələbi ödənilməzsə məhsuldarlığı kəskin surətdə azalır. Buğda, çovdar,
arpa, vələmir boruya çıxma-sünbülləmə, sorqo, darı süpürgələmə-dənin dolması, qarğıdalı
çiçəkləmə-süd yetişmə, günəbaxan səbətciyin əmələ gəlməsi-çiçəkləmə,
kartof çiçəkləmə-yumru
əmələ gətirmə dövrlərində daha çox nəmlik tələb edirlər. Bitkilərin nəmlik rejimini nizamlamaq
üçün ayrı-ayrı bitkilər üzrə 1 ton məhsul əmələ gətirilməsinə suyun sərfini də (kub metrlə)
bilmək
lazımdır.
İstehsalat şəraitində bitkinin suya tələbini torpağın nəmliyinə görə təyin edirlər.
Yüksək
məhsul almaq üçün süni suvarmalar aparmaqla köklərin yayıldığı üst qatda torpağın nəmliyini
maksimal tarla rütubət tutumu qabiliyyətini 60-80% həddində saxlayırlar.
Bitkiçilikdə qida rejiminin nizamlanması da mühüm məsələdir. Bu məqsədlə bir sentner əsas
və əlavə məhsulla bitkinin mənimsədiyi əsas qida elementlərinin (NPK) miqdarını (kq) bilmək
lazımdır. Gübrə norması müəyyən edilərkən planlaşdırılmış məhsula görə mənimsəniləcək qida
maddələrinin miqdarı və bitkilərin torpaqdan və gübrədən qida maddələrinin mənimsənilmə əmsalı
nəzərə alınır.
Gübrələr, bitkinin qida elementlərinə tələbinə uyğun dövrlərdə verildikdə daha
səmərəli olur. Bitkilərin inkişafının və məhsuldarlığının tənzimlənməsində
vacib tədbirlərdən biri
də onların əlverişli sələflərdən sonra becərilməsi və düzgün növbələndirilməsidir. Məhsulun
miqdarı və keyfiyyətini idarə edərkən sortların düzgün seçilməsi də mühüm əhəmiyyət kəsb edir.
Məhsuldarlığın yüksəldilməsində ən vacib məsələlərdən biri də bitkilərin günəş enerjisindən
istifadə əmsalının yüksəldilməsidir. Hazırda bitkilər günəş radiasiyasından 1,0-1,5% istifadə edir.
Nəzərdə
tutulur ki, bunu 5-6%-ə çatdırsınlar.
Bitkiçilikdə ən vacib məsələlərdən biri məhsuldarlığın və məhsulun keyfiyyətinin
Dostları ilə paylaş: