Flukofast kapsullar flucofast beynəlxalq patentləşdirilməmiş adı



Yüklə 83 Kb.
Pdf görüntüsü
tarix25.11.2016
ölçüsü83 Kb.
#58

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

FLUKOFAST     kapsullar 



FLUCOFAST 

 

 



Beynəlxalq patentləşdirilməmiş adı: fluconazole 

 

Tərkibi 



Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır. 

Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, silisium 4-oksid, maqnezium-stearat, natrium 

laurilsulfat. 



Kapsulun örtüyü: jelatin, titan 4-oksid (E171). 

 

Təsviri 

Silindr formalı yarımsferik uclu, krem çalarlı ağ rəngli, içərisində ağ qranullar olan bərk kapsullardır: 

- 50 mq doza №3 ölçülü kapsullarda; 

- 150 mq doza №1 ölçülü kapsullarda. 

 

Farmakoterapevtik qrupu 

Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. 

АТС kodu: J02AC01 

 

Farmakoloji xüsusiyyətləri 



Farmakodinamikası 

Flukonazol - triazol qrupundan olan göbələkəleyhinə preparatdır. Səthi və sistem göbələk infeksiyalarının 

müalicəsi üçün istifadə olunur. Göbələklərin P450 sitoxromdan asılı olan fermentlərinin aklivliyini inhibə 

etməklə,  уüкsəк spesifik təsirə malikdir. Göbələk hüceyrələrinin lanosterolunun hüceyrə divarının  əsas 

komponenti olan membran lipidi erqosterola çevrilməsini blokadaya alır ki, bu da göbələk hüceyrələrinin 

nekrobiozuna gətirib çıxarır. Preparat Candida spp., Cryptococcus neoformans, Cryptococcus gattii, 



Coccidioides immitis, Blastomyces dermatitidis, Histoplasma capsulatum, Coccidioides immitis, 

Paracoccidioides brasiliensis tərəfindən törədilən opportunistik mikozlarda effektivdir. 

Farmakokinetikası 

Flukonazol daxilə  qəbul edildikdən sonra yaxşı sorulur, onun biomənimsənilməsi 90%-dən artıqdır. Qanda 

maksimal konsentrasiyası peroral qəbuldan sonra 0,5-1,5 saat müddətində yaranır. Likvor daxil olmaqla 

orqanizmin bütün mayelərinə yaxşı nüfuz edir. Aktiv maddənin ana südündə, ağız suyunda, nəmlikdə 

peritoneal mayedə konsentrasiyası plazmada olan konsentrasiyası kimidir. Mədə möhtəviyyatının pH-ı 

sorulmasına təsir göstərmir. Qida flukonazolun sorulma sürətinə  təsir göstərmir. Buynuz təbəqədə

epidermisdə, dermada və  tər mayesində yüksək konsentrasiyaları yaranır, hansı ki, zərdab 

konsentrasiyasından artıq olur. Flukonazol plazma zülalları ilə 11-12% birləşir. Yarımxaricolma dövrü 30 

saata yaxındır.  Əsasən böyrəklər vasitəsilə xaric olur, 80%-i dəyişilməmiş  şəkildə, 11%-i metabolitlər 

şəklində. 

 

Flukofast'>İstifadəsinə göstərişlər 

Flukofast böyük pasiyentlərdə aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir: 

- kriptokokk meningiti; 

- koksidioidomikoz; 

- invaziv kandidozlar; 

- selikli qişaların kandidoz infeksiyaları, o cümlədən, boğazın, qida borusunun infeksiyaları, kandiduriya, 

həmçinin, dərinin və selikli qişaların xroniki kandidoz iltihabı; 

- ağız boşluğunun gigiyenası və ya yerli müalicə qeyri-effektiv olduğu zaman ağız boşluğunun xroniki atrofik 

kandidozu (diş protezlərinin istifadəsi ilə bağlı); 

- yerli müalicə effektiv olmadığı zaman kəskin və ya residivləşən vaginal kandidoz; 

- yerli müalicə effektiv olmadığı zaman kandidoz balanopostiti; 

- pəncənin, gövdənin, baldırların mikozları daxil olmaqla dəri mikozları, kəpəkli dəmrov, tövsiyə olunan 

sistem müalicə zamanı dərinin kandidoz infeksiyaları; 

- digər dərman preparatları münasib olmadığı zaman onixomikoz. 

 

Flukofast böyük pasiyentlərdə aşağıdakı infeksiyaların profilaktikası məqsədi ilə göstərişdir: 

- residiv riski yüksək olan pasiyentlərdə kriptokokk meningitinin residivləri; 

- İİV-infeksiyalaşmış, yüksək residiv riskinə malik pasiyentlərdə kandidoz stomatiti, faringit, ezofagit



- vaginal kandidozun residivləri (ildə 4 və ya daha çox infeksiya); 

- uzunmüddətli neytropeniyası olan pasiyentlərdə kandidoz infeksiyalar (məsələn, qan xərçəngi olan, kimya-

terapiya alan pasiyentlərdə və ya qanyaradıcı kötük hüceyrələrin köçürülməsindən sonra pasiyentlərdə). 

 

Flukofast 0-dan 17 yaşa qədər yenidoğulmuşlarda, südəmər uşaqlarda və yeniyetmələrdə 

aşağıdakı infeksiyalarda istifadə üçün göstərişdir: 

Flukofast selikli qişaların kandidoz iltihabının (stomatitin, faringitin və ezofagitin), invaziv kandidozun və 

kriprokokk meningitin müalicəsi üçün, həmçinin immuniteti aşağı düşmüş pasiyentlərdə kandidoz 

infeksiyaların profilaktikası üçün istifadə olunur. Flukofast yüksək residiv riski olan uşaqlarda kriptokokk 

meningitinin residivlərinin profilaktikası üçün dəstəkləyici müalicə kimi istifadə oluna bilər. 

Müalicəni  əkmənin və ya digər laborator analizlərin nəticələri alınana qədər başlamaq olar. Lakin, onların 

alınmasından sonra istifadə olunan müalicənin müvafiq korreksiyası zəruridir. 

Göbələkəleyhinə dərman preparatlarının düzgün istifadəsinə dair rəsmi tövsiyələri nəzərə almaq lazımdır. 

 

Əks göstərişlər 

Təsiredici maddəyə, oxşar azol birləşmələrinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək 

həssaslıq. 

Çoxsaylı qəbuldan sonra qarşılıqlı təsirə dair tədqiqatların nəticələrinə görə gündə 400 mq və daha yüksək 

doza təşkil edən çoxsaylı dozalarda flukonazol qəbul edən pasiyentlərdə terfenadinin istifadəsi  əks 

göstərişdir. QT intervalını uzadan və P450 sitoxromu (izoferment CYP3A4) vasitəsilə metabolizə olunan 

sizaprid, astemizol, pimozid, xinidin, və eritromisin kimi digər dərman preparatlarının qəbulu flukonazol alan 

pasiyentlərdə əks göstərişdir. 

 

Xüsusi göstərişlər 

Böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya kreatinin klirensinə müvafiq olaraq düzəliş etmək lazımdır. 

Flukonazolla müalicə qaraciyər funksiyalarının pozulmasına səbəb ola bilər, ona görə də preparat qaraciyər 

çatışmazlığı olan pasiyentlərdə çox ehtiyatla istifadə olunmalıdır. Flukonazolun hepatotoksik təsiri adətən 

dönər xarakterlidir, onun əlamətləri müalicə dayandırıldıqdan sonra itir. Qaraciyərin flukonazolla bağlı ola 

bilən zədələnməsinin klinik əlamətləri meydana çıxan zaman preparatı ləğv etmək lazımdır. 

İİV-infeksiyalı pasiyentlərdə əhəmiyyətli dərəcədə tez-tez ağır dəri reaksiyaları (məsələn, epidermisin toksiki 

nekrolizi) müşahidə olunur. Ağrılı  dəyişikliklərin səthi xarakterli olduğu pasiyentlərdə  dəri səpgilərinin 

meydana çıxdığı zaman preparatla müalicə dayandırılmalıdır.  Əgər səpgi sistem infeksiyaların müalicə 

olunduğu pasiyentlərdə meydana çıxarsa, səpgilərin qəflətən gücləndiyi və ya polimorf eritemanın meydana 

çıxdığı zaman müalicəni dayandırmaq lazımdır. 

Kumarin sırası antikoaqulyantları ilə birlikdə istifadə zamanı protrombin indeksinə nəzarət etmək lazımdır. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik zamanı preparat o halda təyin olunur ki, ana üçün müalicənin gözlənilən faydası döl üçün potensial 

riski üstələmiş olsun. 

Flukonazol ana südü ilə xaric olur, ona görə  də laktasiya dövründə preparatın təyin edilməsi zərurəti 

yaranarsa, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır. 

Dərmanı qəbul etməzdən əvvəl mövcud olan və ya güman edilən hamiləlik barədə həkimə məlumat vermək 

lazımdır.  

Doğuş qabiliyyətli yaşda olan qadınların müalicəsi zəruri olarsa, eyni zamanda effektiv kontraseptiv dərman 

vasitələrindən istifadə edilməlidir. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Flukonazol benzodiazepin törəmələrinin metabolizmini tormozlayır və onların mərkəzi təsirini gücləndirir. 

Preparatla eyni zamanda peroral antikoaqulyantlar qəbul edən pasiyentlərə nəzarət etmək lazımdır, belə ki, 

bu, protrombin vaxtının artmasına gətirib çıxara bilər. Flukonazol sulfonilsidik cövhərinin peroral hipoqlikemik 

təsirli törəmələrinin metabolizmini tormozlayır və onların təsirini gücləndirir. Zərdabda fenitoinin, siklosporinin 

və teofillinin konsentrasiyasını əhəmiyyətli dərəcədə yüksəldir. Rifampisinlə kombinasiya flukonazolun AUC-

nun 25% azalmasına və plazmadan yarımxaricolma dövrünün 20% qısalmasına gətirib çıxarır. Ona görə də 

eyni zamanda rifampisin alan xəstələrdə flukonazolun dozasını artırmaq məqsədəuyğundur. Astemizolla, 

rifabutinlə, zidovudinlə  və takrolimusla birlikdə istifadə zamanı çox ehtiyatlı olmaq tövsiyə olunur. 

Flukonazolun sizapridlə və ya terfenadinlə birlikdə istifadəsi mədəcik taxikardiyası paroksizmi (torsades de 



points) daxil olmaqla, ürəkdə arzuolunmaz reaksiyaların baş verməsi halları təsvir edilmişdir. 

 

İstifadə qaydası və dozası 

Doza mikoz infeksiyasının növündən və  ağırlıq dərəcəsindən asılı olaraq seçilməlidir.  Əgər hər hansı 

infeksiya zamanı çoxsaylı doza qəbulu tələb olunarsa, müalicəni aktiv infeksiyanın klinik və mikrobioloji 

simptomları aradan qalxana qədər davam etdirmək lazımdır. Kifayət qədər davam etdirilməyən müalicə 

kursu aktiv infeksiyanın residivinə səbəb ola bilər. 



Böyüklər 

 

Göstərişlər Dozalanma 



Müalicə müddəti 

Kriptokokk meningitinin 

müalicəsi. 

 

Zərbə dozası: 



400 mq / ilk günlər. 

Sonrakı dozalar: 

Gündə 200 mq-dan 

400 mq-a qədər. 

Adətən 6-dan 8 həftəyə  qədər. 

Həyat üçün təhlükəli 

infeksiyalarda gündəlik dozanı 

800 mq-a qədər artırmaq olar. 



Kriptokokkoz 

Yüksək residiv riski olan 

pasiyentlərdə kriptokokk 

meningitinin residivlərinin 

profilaktikası üçün 

dəstəkləyici müalicə kimi. 

Gündə 200 mq. 

200  mq  gündəlik dozanın 

qəbulu zamanı qeyri-məhdud 

istifadə müddəti. 



Koksidioidomikoz   

200 mq-dan 400 mq-

a qədər 

Pasiyentdən asılı olaraq 11-dən 

24 aya qədər və ya daha çox. 

Bəzi infeksiyalar zamanı 

xüsusilə  meningit zamanı 

gündə 800 mq dozanın 

istifadəsi nəzərdən keçirilə bilər 

İnvaziv 

kandidozlar 

 

Zərbə dozası: 



800 mq / ilk günlər. 

Sonrakı doza: 

Gündə 400 mq 

Qanın kandidoz infeksiyasının 

adətən tövsiyə olunan müalicə 

müddəti qanın  əkilməsindən 

sonra ilk mənfi nəticənin 

alınmasından və kandidemiya 

üçün xarakterik olan obyektiv 

və subyektiv simptomların 

kəsilməsindən sonra 2 həftə 

təşkil edir. 

Ağız boşluğunun 

kandidozu 

Zərbə dozası: 

200 mq-dan 400 mq-

a qədər / ilk günlər. 

Sonrakı doza: 

Gündə 100 mq-dan 

200 mq-a qədər. 

7 gündən 21 günə  qədər (ağız 

boşluğunun kandidozu kəsilənə 

qədər). 

28 günə qədər. 

Ağır immunçatışmazlığı olan 

pasiyentlərdə daha uzun 

müddət istifadə etmək olar. 

Qida borusunun 

kandidozu 

Zərbə dozası: 

200 mq-dan 400 mq-

a qədər / ilk günlər. 

Sonrakı doza: 

Gündə 100 mq-dan 

200 mq-a qədər. 

14 gündən 30 günə qədər (qida 

borusunun kandidozu kəsilənə 

qədər). 


28 günə qədər. 

Ağır immunçatışmazlığı olan 

pasiyentlərdə daha uzun 

müddət istifadə etmək olar. 

Sidikdə patogen maya 

göbələklərinin olması 

Gündə 200 mq-dan 

400 mq-a qədər 

7 gündən 21 günə qədər 

28 günə qədər. 

Ağır immunçatışmazlığı olan 

pasiyentlərdə daha uzun 

müddət istifadə etmək olar. 

Selikli qişaların 

kandidozunun 

müalicəsi 

Xroniki atrofik kandidoz 

Gündə 50 mq 

14 gün 


Dərinin və selikli qişaların 

xroniki kandidozu 

Gündə 50 mq-dan 

100 mq-a qədər 

28 günə qədər. 

Ağır immunçatışmazlığı olan 

pasiyentlərdə daha uzun 

müddət istifadə etmək olar. 



İİV 

infeksiyalaşmış, 

residivlərin 

yüksək riski olan 

pasiyentlərdə 

selikli qişaların 

kandidoz 

iltihabının 

Ağız boşluğunun 

kandidozu 

Gündə 100 mq-dan 

200 mq-a qədər və 

ya həftədə 3 dəfə 200 

mq 

Xroniki immunçatışmazlığı olan 



pasiyentlərdə qeyri-məhdud 

vaxt ərzində istifadə 



residivlərinin 

profilaktikası 

Qida borusunun 

kandidozu 

Gündə 100 mq-dan 

200 mq-a qədər və 

ya həftədə 3 dəfə 200 

mq 

Xroniki immunçatışmazlığı olan 



pasiyentlərdə qeyri-məhdud 

vaxt ərzində istifadə 

Kəskin vaginal kandidoz 

Kandidoz balonopostiti 

150 mq 

Birdəfəlik doza 



Cinsi orqanların 

kandidozu 

Vaginal kandidozun 

residivlərinin müalicəsi və 

profilaktikası (ildə 4 və ya 

daha çox infeksiya) 

Hər 3-cü gün 150 mq, 

3 doza miqdarında 

(1-ci, 4-cü və 7-ci 

günlər), sonra isə 

həftədə 1 dəfə 150 

mq dəstəkləyici 

dozada 


Dəstəkləyici doza: 6 ay. 

Pəncə mikozu 

Gövdənin mikozu 

Baldırların mikozu 

Dəri kandidozu 

Həftədə 1 dəfə 150 

mq və ya gündə 1 

dəfə 50 mq 

2 həftədən 4 həftəyə  qədər; 

pəncənin mikozları zamanı 6 

həftəyə  qədər istifadə etmək 

lazım gələ bilər. 

Həftədə 1 dəfə 300 

mq-dan 400 mq-a 

qədər 

1 həftədən 3 həftəyə qədər 



Kəpəklənən dəmrov 

Gündə 1 dəfə 50 mq 

2 həftədən 4 həftəyə qədər 

Dəri mikozları 

Onixomikoz Həftədə 1 dəfə 150 

mq 

Müalicəni infeksiyalaşmış 



dırnaq infeksiyalaşmamış yeni 

dırnaqla  əvəz olunana qədər 

davam etdirmək lazımdır. Əl və 

ayaq dırnaqlarının 

regenerasiyası üçün lazım olan 

vaxt müvafiq olaraq 3-dən 6-ya 

və ya 6-dan 12 aya qədər təşkil 

edir. Lakin dırnaqların uzanma 

sürəti ayrı-ayrı pasiyentlərdə 

yaşdan asılı olaraq fərqlənə 

bilər. Xroniki infeksiyanın 

müalicəsindən sonra dırnaqlar 

bəzən deformasiya oluna bilər. 

Uzunmüddətli 

neytropeniyası 

olan pasiyentlərdə 

kandidoz 

infeksiyaların 

profilaktikası 

 

200 mq-dan 400 mq-



a qədər 

Müalicəni neytropeniyanın 

gözlənilən başlanmasından bir 

neçə gün əvvəl başlamaq və 

onun kəsilməsindən sonra 7 

gün müddətində (nə vaxt ki, 

neytrofillər 1 mm

3

-na 1000 

hüceyrədən çoxa qədər artır) 

davam etdirmək lazımdır. 

 

Xüsusi pasiyent qrupları 



Yaşlı pasiyentlər 

Dozalanmanı böyrəklərin funksional vəziyyətindən asılı olaraq dəyişdirmək lazımdır. 



Böyrək funksiyaları pozulmuş pasiyentlər 

Birdəfəlik doza zamanı dozalanmanın dəyişdirilməsi tələb olunmur. Böyrək funksiyaları pozulmuş (o 

cümlədən, uşaqlarda və yeniyetmələrdə), flukonazolun çoxsaylı dozalarını alan pasiyentlərdə  əvvəlcə 

konkret göstəriş üçün tövsiyə olunan gündəlik dozaya əsaslanaraq, 50 mq-dan 400 mq-a qədər doza istifadə 

etmək lazımdır. Bu zərbə dozasının qəbulundan sonra gündəlik dozanı (göstərişə uyğun olaraq) aşağıda 

təqdim olunan cədvəl əsasında təqdim etmək lazımdır: 

 

Kreatinin klirensi (ml/dəq) Tövsiyə olunan dozaya görə faizi 

>50 100% 

≤50 (dializsiz) 

50% 


Daim dializdə yerləşən pasiyentlər Hər dializ seansından sonra 100% 

 

Daim dializdə olan pasiyentlərə hər dializdən sonra tövsiyə olunan dozanın 100%-ni vermək lazımdır; dializ 



həyata keçirilməyən günlərdə kreatinin klirensinə müvafiq olaraq azaldılmış doza vermək lazımdır. 

 


Qaraciyər funksiyaları pozulmuş pasiyentlər 

Qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə preparatın istifadəsinə dair məlumatlar məhduddur və ona 

görə də qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə flukonazol ehtiyatla istifadə olunmalıdır. 

 

Uşaqlar və yeniyetmələr 



Uşaq və yeniyetmələrdə 400 mq təşkil edən maksimal gündəlik dozanı yüksəltmək olmaz. 

Böyük pasiyentlərdə infeksiya zamanı olduğu kimi, müalicə kursunun davametmə müddəti pasiyentin klinik 

və mikrobioloji cavab reaksiyasından asılıdır. Flukofast birdəfəlik gündəlik dozalarda verilir. 

Böyrək funksiyaları pozulmuş  uşaqlarda dozalanma üçün bax: “Böyrək funksiyaları pozulmuş pasiyentlər”. 

Böyrək çatışmazlığı olan uşaqlarda və yeniyetmələrdə flukonazolun farmakokinetik tədqiqatı aparılmamışdır 

(bir çox halda böyrək funksiyaları tam inkişaf etmiş olmayan yenidoğulmuşlarda (0-dan 27 günlüyə  qədər) 

dozalanma üçün aşağıya baxın). 

 

Yenidoğulmuşlar, südəmər uşaqlar və böyük uşaqlar (28 günlükdən 11 yaşa qədər) 

 

Göstəriş Dozalanma Tövsiyələr 

Selikli qişaların kandidozu 

Başlanğıc doza: 

6 mq/kq bədən kütləsinə. 

Sonrakı doza: 

Gündə 3 mq/kq bədən kütləsinə. 

Tarazlığın sürətlə  əldə olunması 

üçün başlanğıc dozanı müalicənin 

birinci günü istifadə etmək olar. 

İnvaziv kandidozlar 

Kriptokokk meningiti 

Doza: gündə 6-12 mq/kq bədən 

kütləsinə 

Xəstəliyin ağırlıq dərəcəsindən 

asılı olaraq 

Böyük residiv riski olan 

uşaqlarda kriptokokk meningitinin 

residivlərinin profilaktikası üçün 

dəstəklərici müalicə 

Doza: gündə 6 mq/kq bədən 

kütləsinə 

Xəstəliyin ağırlıq dərəcəsindən 

asılı olaraq 

İmmunçatışmazlığı olan 

pasiyentlərdə patogen maya 

göbələklərinin törətdiyi 

infeksiyaların profilaktikası 

Doza: gündə 3-12 mq/kq bədən 

kütləsinə 

Neytropeniyanın ağırlıq 

dərəcəsindən və davametmə 

müddətindən asılı olaraq (bax: 

Böyüklərdə dozalanma). 

 

Yeniyetmələr (12 yaşdan 17 yaşa qədər) 

Bədən kütləsindən və yetkinlik dərəcəsindən asılı olaraq, preparatı  təyin edən həkim hansı dozalanmanın 

daha münasib olduğunu (böyüklər üçün və ya uşaqlar üçün) qiymətləndirməlidir. 

Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazolun klirensi böyüklərdə olduğundan çoxdur. Böyüklərdə 

100, 200 və 400 mq dozalar uşaqlarda 3, 6, 12 mq/kq bədən kütləsinə dozalarına müvafiqdir, hansı ki, 

meyillilik dərəcəsini qiymətləndirməyə imkan verir. 

Uşaqlarda və yeniyetmələrdə cinsi orqanların kandidozunun müalicəsində flukonazolun nə təhlükəsizliyi, nə 

də effektivliyi təyin edilməmişdir. Digər göstərişlər üzrə  uşaqlarda və yeniyetmələrdə istifadəsinin 

təhlükəsizliyinə dair aktual əldə edilə bilən məlumatlar “İstifadəsinə göstərişlər” bölməsində təqdim edilmişdir. 

Əgər yeniyetmələrdə (12-17 yaşlı) cinsi orqanların kandidozunun müalicəsi zəruri olarsa, o zaman 

dozalanma böyüklərdə olduğu kimi olmalıdır. 

 

Yenidoğulmuşlar (0-dan 27 günlüyə qədər) 

Yenidoğulmuşlarda flukonazolun orqanizmdən xaric olması  tədricən baş verir. Yenidoğulmuşlarda istifadə 

qaydasını təsdiq edən azsaylı farmakokinetik məlumatlar vardır. 

 

Yaş qrupu 



Dozalanma 

Tövsiyələr 

Yenidoğulmuşlar 

(0-dan 14 günlüyədək) 

Südəmər uşaqlarda və böyük 

uşaqlarda eyni mq/kq bədən 

kütləsinə dozada hər 72 saatdan 

bir vermək lazımdır. 

Hər 72 saatdan bir verilən 12 

mq/kq bədən kütləsinə maksimal 

dozanı yüksəltmək olmaz. 

Yenidoğulmuşlar 

(15-dən 27 günlüyədək) 

Südəmər uşaqlarda və böyük 

uşaqlarda eyni mq/kq bədən 

kütləsinə dozada hər 48 saatdan 

bir vermək lazımdır. 

Hər 48 saatdan bir verilən 12 

mq/kq bədən kütləsinə maksimal 

dozanı yüksəltmək olmaz. 

 

Yeridilmə qaydası 



Flukonazol daxilə qəbul üçün və ya venadaxili yeritmə üçün dərman formasında verilə bilər; yeridilmə yolu 

pasiyentin klinik vəziyyətindən asılıdır. Venadaxili yeridilmənin peroral qəbulla və ya əksinə  əvəz edilməsi 

zamanı dozalanmanın dəyişdirilməsi vacib deyildir. 


Kapsulları qida qəbulundan asılı olmayaraq bütöv halda udmaq lazımdır. 

 

Əlavə təsirləri 

Ən çox məlumat verilən əlavə təsirlər (>1/10) başağrısı, qarında ağrı, diareya, ürəkbulanma, qusma, qanda 

alaninaminotransferazanın, aspartataminotransferazanın, qələvi fosfatazanın aktivliyinin yüksəlməsi, 

həmçinin səpgi olmuşdur. 

Flukonazoldan istifadə zamanı aşağıdakı əlavə təsirlərin aşağıdakı tezliklə inkişaf etməsi müşahidə edilmiş 

və məlumat verilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100-

ə  qədər), nadir (≥1/10000-dən <1/1000-ə  qədər), çox nadir (<1/10000), tezliyi məlum deyil (mövcud 

məlumatlara görə tezliyi təyin etmək mümkün olmur). 

 

Sistem və 



orqanların təsnifatı 

Tez-tez Bəzən Nadir 

Qan və limfa 

sistemində baş verən 

pozğunluqlar 

 Anemiya 

Aqranulositoz, 

leykopeniya, 

trombositopeniya, 

neytropeniya 



İmmun sistemdə baş 

verən pozğunluqlar 

  

Anafilaksiya 



Metabolizmdə və 

qidalanmada baş 

verən pozğunluqlar 

 

İştahanın azalması Hiperxolesterinemiya, 



hipertriqliseridemiya, 

hipokaliemiya 



Psixikada baş verən 

pozğunluqlar 

 Yuxusuzluq, 

yuxuya 

meyillilik 



 

Sinir sistemində baş 

verən pozğunluqlar 

Başağrısı 

Qıcolmalar, 

paresteziyalar, 

başgicəllənmə, 

dadbilmənin pozulması 

Tremor 

Eşitmədə (qulaqlarda, 

labirintdə) baş verən 

pozğunluqlar 

 Periferik 

mənşəli 

başgicəllənmə 

 

Ürəkdə baş verən 

pozğunluqlar 

  

Ürək ritminin torsade de 



pointes tipli pozğunluğu, 

QT intervalının 

uzanması 

Mədə-bağırsaq 

traktında baş verən 

pozğunluqlar 

Qarında ağrı, qusma, 

diareya, ürəkbulanma 

Qəbizlik, dispepsiya, 

meteorizm, ağız 

boşluğunun selikli 

qişasının quruması 

 

Qaraciyərdə və 



ödqovucu yollarda 

baş verən 

pozğunluqlar 

Qanda 


alaninaminotransferazanın, 

aspartataminotransferazanın, 

qələvi fosfatazanın 

aktivliyinin yüksəlməsi. 

Xolestaz, sarılıq, 

bilirubinin 

konsentrasiyasının 

yüksəlməsi 

Qaraciyər çatışmazlığı, 

hepatosellülar nekroz, 

hepatit, qaraciyər 

hüceyrələrinin 

zədələnməsi 

Dəridə və dərialtı 

toxumada baş verən 

pozğunluqlar 

Səpgi Dərman dermatiti, övrə, 

qaşınma, tər ifrazının 

artması 


Epidernisin 

toksikokollikvasion 

nekrozu, Stivens-

Conson sindromu, 

kəskin 

generalizəolunmuş 



ekzentematoz-pustulyoz 

səpgi, eksfoliativ 

dermatit, Kvinke ödemi

üzün ödemi, keçəlləşmə 



Hərəki aparatda və 

birləşdirici toxumada 

baş verən 

pozğunluqlar 

 Mialgiya 

 

Bütövlükdə 

 Yorğunluq, pis əhval,  



orqanizmdə baş 

verən pozğunluqlar 

və yeridilmə yerində 

vəziyyət 

asteniya, qızdırma 

Uşaqlar və yeniyetmələr 

Uşaqların və yeniyetmələrin iştirakı ilə aparılan klinik tədqiqatların gedişində müşahidə olunan əlavə təsirlərin 

başvermə tezliyinin və laborator analizlərin təhrif olunmuş nəticələrinin profili cinsi orqanların kandidozunun 

müalicəsi istisna olmaqla, böyüklərdə müşahidə olunanlarla müqayisə olunandır. 

 

Doza həddinin aşılması 

Doza həddinin aşılması zamanı  dərhal həkimə müraciət etmək lazımdır. Simptomatik müalicə aparılır: 

mədənin yuyulması, sürətləndirilmiş diurez. Ola bilər ki, hemodializin aparılması  zəruri olsun. 3 saatlıq 

hemodializ seansından sonra plazmada flukonazolun konsentrasiyası təqribən 50% azalır. 

 

Buraxılış forması 

50 mq-lıq kapsullar. 7 kapsul, PVX və alüminium folqadan ibarət blisterdə. 

1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

150 mq-lıq kapsullar. 1 kapsul, PVX və alüminium folqadan ibarət blisterdə. 

1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

 

İstehsalçı 



MEDANA FARMA Səhmdar Cəmiyyəti 

98-200 Seradz, V.Loketka küç., Polşa 



Yüklə 83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin