Pedqoji t
əlqinetmə bacarığına yiyələnmək üzrə gənc müəllimlərə
m
əsləhətlər
İnandırma və təlqin bir-birilə o qədər sıx bağlıdırlar ki, çox vaxt onları dəqiq fərqləndirə
bilmirl
ər. İnandırmanın və təlqinin müsbət cəhətləri bunlardır:
1) H
əm inandırmada, həm də təlqində əsas
təsir vasitəsi sözdür;
2) T
əsirin nəticələrinə görə əksər hallarda tərbiyə olunanın müvafiq hərəkət aktının
t
əlqinin, yoxsa inandırmanın təsiri nəticəsi olduğunu fərqləndirmək də çətindir.
T
ənbəl, laqeyd tonda deyilən inandırma müəllimin soyuq, süni mimikası ilə müşa-
yi
ət edilərsə, nə qədər məntiqi olsa belə, faydasız olur və təlqində də məntiqin
qanunları pozularsa, o da alınmır. Deməli, inandırma və verbal (sözlü) təlqin qar-
şılıqlı olaraq sıx bağlıdır və çox vaxt insan psixikasında təsirin vahid, kompleks
vasit
əsi kimi çıxış edir. İnam həmişə təlqinedici xarakter daşımalı, həmçinin təlqin
d
ə inam üçün möhkəm bünövrə hazırlamalıdır.
Bel
əliklə, müəllimin vəzifəsi uşağa komminukativ təsiri təşkil edərkən təsirin dərəcəsini
d
əqiq müəyyənləşdirməkdən və onun inandırmasını təlqinli, təlqinini isə inandırıcı edə
bil
əcək
müvafiq vasitələr tapmaqdan, bunlardan düzgün və yerində istifadə etməkdən
ibar
ətdir. Bütün deyilənləri yekunlaşdıraraq işə yeni başlayan gənc müəllimlərə inandır-
ma v
ə təlqin bacarıqlarına yiyələnmək üçün aşağıdakı məsləhətləri vermək olar:
1.
Daha çox müşahidə aparmalı. Müəyyən müddət ərzində hansı hallarda şəxsiy-
y
ətlərarası qarşılıqlı təsirdə sizin sözləriniz, xahişləriniz, məsləhətləriniz müqavi-
m
ətə, etirazlara rast gəlmədən danışıqsız yerinə yetirdiklərini dəqiq qeyd edin.
Onun n
ə ilə əlaqədar olduğunu müəyyənləşdirməyə çalışın: 1) məlumatın məz-
munu il
ə; 2) təsir forması ilə; 3) sizin nüfuzunuzla; 4) şagirdlərin yaş
və psixoloji
xüsusiyyyətləri ilə və s.
2. D
ərsi hazırlayarkən onun geniş məntiqi və təsiredici seximini də işləyin, təlqinin
hansı növünü, hansı vasitələrini tətbiq edəyəcəyinizi müəyyənləşdirin;
3. D
ərsə başlamazdan qabaq əzələnizdəki gərginliyi yoxlayın və varsa, aradan qal-
dırmağa çalışın, məşqlər edin;
4.
İş günündən sonra mövcud gərginlikləri götürmək üçün fərdi yollar işləyib hazırla-
yın, kitab terapiyası, musiqi terapiyası ilə məşğul olun, axşam öz əhvalınızı təhlil
edin;
5.
Əgər şagird sizin izahatınızı başa düşməyibsə və qəbul etməyibsə, bu barədə fi-
kirl
əşin, izahatınızın ardıcıl, məntiqi, inandırıcı olub-olmadığını təhlil edin.
Bu
ən sadə qaydaların köməyilə pedaqoji təsirin effektivliyini əhəmiyyətli dərəcədə yük-
s
əltmək olar.