Pedaqoji işdə şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması.
T
əlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətini nəzərə almaq zəruri
qanunauyğunluqdur.Müəllim sinifdəki hər bir şagirdin fərdi keyfiyyətlərini
bilm
əlidir.Uşaqlar üzərində aparılan müşahidələr göstərir ki onların bəziləri tez tərbiyə
olunur,b
əziləri gec,bir qismi isə heç tərbiyə olunmaq bilmirlər,kimisi sakitdir,kimisi
coşqundur,kimisi qaradinməz,kimisi gülərüz,kimisi şən,kimisi isə utancaqdır.Müəllim
bütün bunları nəzərə alıb,onlarla məqsədyönlü iş aparmalıdır.Bu xüsusiyyətlərə etinasız
yanaşsa,müvəffəqiyyət qazana bilməz.Müəllim həm də onların əqli fəaliyyətinə və əqli
inkişaf səviyyəsinə,insanlara,əməyə,təbiətə münasibətinə,maraqlarına xüsusi diqqət
yetirm
əlidir.Müəllim şagirdin psixoloji xüsusiyyətinə,temperament fərqlərinə də diqqətli
olmalıdır.Elə şagirdlər var ki,dərsini yaxşı bilir,lakin onu sürətlə deyil,ləng izah edir,elə
şagird də var ki,dərsi bilir,lakin çox tələsir,fikirlərini məntiqi ardıcıllıqla izah etməkdə
çətinlik çəkir,yada kimsə ona kömək məqsədilə yerdən bir söz deyən kimi danışmaq
ist
əmir.Ona görə də müəllim təlim prosesində hər bir uşağa qayğı göstərməlidir.Müəllim
bilm
əlidir ki,dərsdə emosionallıq,təbəssüm,səmimiyyət mühüm rol oynayır.Böyük alman
şairi B.Höte deyirdi ki,uşaq sevinci,uşaq gülüşü bütün xeyirxahlığın anası və
m
ənbəyidir.Müəllim təbəssümü onun özünü gözəlləşdirməklə yanaşı,şagirdlərə mənəvi
qüvvə verir.Saxomlinski deyirdi ki,ən əvəzsiz hədiyyə başqa adama sevinc,xoşbəxtlik
b
əxş etməkdir.Müəllim təbəssümü şagirdlərin qəlbində xeyirxahlıq,insanlıq
münasibətləri yaradır.Hər bir uşağın şəxsiyyətinə məqsədyönlü təsir etmək
lazımdır.Bunun üçün müəllim,uşağın ailədə nə kimi təsir altında olduğunu,onu əhatə
ed
ən yaşıdlarının və böyüklərin ona necə təsir etdiklərini,onun maraqlarını,özünü
kollektivd
ə ictimai yerlərdə necə apardığını onun xasiyyətində aradan qaldırılması lazım
g
ələn hansı nöqsanların olduğunu bilməlidir.
Dostları ilə paylaş: |