Narkomaniya və narkobiznesə qarşı mübarizədə
kitabxanaların qarşısında duran vəzifələr
Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı
problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına,
xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.
Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narko-
maniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxar-
maq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusu-
na, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq
xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkoma-
niyaya qurşanması onların təhsildən yayınmasına, ictimai hə-
yatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar
simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə
altında qalmasına səbəb olur.
Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkoma-
nın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narko-
tik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi
haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu
qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və
təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində
baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc
və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması
təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin
mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın,
ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV),
mədəni-maarif müəssisələrinin üzərinə düşür.
Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək la-
zımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat
çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes
və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçiril-
16
məsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap)
formasından istifadə etmək məqsədəuyğundur.
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda
yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilmə-
si vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucu-
larda maraq oyatsın. Məsələn: “Ağ ölümə qarşı mübarizə et!”,
“Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin
düçar olduğu bəla“, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narko-
maniyanın genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya
və acınacaqlı həyat” və s. Əgər kitabxananın saytı varsa, ilk
növbədə bu “ağ bəla” haqqında ətraflı məlumat çatdırmaq məq-
sədilə saytda müxtəlif məlumat bazaları, video çarxlar, elektron
nəşrlər, fotolar yerləşdirmək məqsədəuyğun olardı. Kitabxana-
nın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat
verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı,
məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıq-
lanmalı, istifadə ediləcək ədəbiyyatların siyahısı öz əksini
tapmalıdır.
Mühazirə keçirilərkən onun hansı yaş qrupu üçün nəzərdə
tutulduğu müəyyənləşdirilməlidir. Mühazirəçi mühazirənin
əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini, mühazirədə
iştirak edəcək qonaqları əvvəlcədən müəyyən etməli, dəvətna-
mə və elan hazırlamalı, dəvətnamələr vaxtında ünvanlarına çat-
dırılmalı, hər hansı kinofilm, videoçarx, məlumat bazaları,
elektron sərgilər, plakatlar və başqa əyani vasitələrin hazırlan-
ması əvvəlcədən müəyyən edilməlidir.
Bu zaman reklamdan da
istifadə etmək olar. Bütün bunlar reklam vasitəsi ilə daha ətraflı
işıqlandırılmalı və əhalinin nəzərinə çatdırılmalıdır. Bu da təd-
birin geniş oxucu kütləsi arasında keçirilməsinə səbəb olar.
Tədbirdə icra hakimiyyəti, mədəniyyət şöbəsi, hüquq-mü-
hafizə orqanı və rayon səhiyyə təşkilatının nümayəndələrinin
iştirakı da məqsədəuyğun olardı. Mühazirədə yuxarı sinif şa-
girdlərinin, məktəbin müəllim kollektivinin, valideyn heyətinin
17
iştirakı da mütləqdir. Tədbir aparıcının giriş sözü ilə başlamalı,
mühazirənin mövzusu elan edilməli, dəvət olunmuş qonaqlar
təqdim edilməlidir. Sonra mühazirəçı 10-15 dəqiqəlik mühazirə
ilə çıxış etməli, narkotik vasitələrin insan orqanizminə vurduğu
zərərli təsirdən, onun törətdiyi ağır fəsadlardan, gənclərin sağ-
lam nəsil artırmaq qabiliyyətinə malik olmamalarından danış-
malıdır. Əlaqədar təşkilatlardan dəvət olunmuş qonaqların
mövzu ətrafında çıxışları, iştirakçıların yazılı formada verəcək-
ləri sualların onlar tərəfindən açıqlanması tədbirin təsir gücünü
daha da artıra bilər. Yaxşı olardı ki, narkomaniyaya həsr olun-
muş bütün tədbirlərdə oxucuların, gənc və yeniyetmələrin diq-
qəti narkotik qəbulunun son halına yönəldilsin. Onların başa
düşəcəyi dildə söhbət aparılsın. Narkotikdən törənən acınacaqlı
faciələrdən danışılsın. Çünki, psixoloqların fikrincə narkoman-
lar heç vaxt bu kimi asılılıqlardan, sonrakı fəsadlardan öz ya-
şıdlarına danışmırlar. Tədbiri gənc rejissor Vasif Acalovun
“Narkomaniyaya yox deyək!” layihəsi əsasında hazırladığı
“Paranormal həyat” adlı qısametrajlı filminin nümayişi ilə
bitirmək olar.
Kitabxanada narkomaniya və narkobiznesə qarşı mübarizə
ilə bağlı söhbətlər
də keçirilə bilər. Məsələn, “Gəncləri narko-
maniyaya doğru aparan yol”.
Tədbirin uğuru aparıcının savad və hazırlığından, onun
müzakirəyə bütün oxucuları cəlb etmək bacarığından da asılı-
dır. Söhbətin keçirilməsində əsas məqsəd oxuculara ictimai-
siyasi həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaş-
maq, həyatın çətin anlarından düzgün baş çıxarmalarına kö-
məklik göstərməkdir. Tədbir keçirilərkən oxucuların “ağ ölü-
mün” zərərləri haqqında maariflənməsinə, narkomaniyaya
səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə
açıqlanmasına xususi fikir vermək lazımdır. Söhbəti narkoma-
niyaya aid qəzet və ya jurnal məqalələrinin oxunuşundan, möv-
zuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbət-
18
dən, mövzu ilə əlaqədar video çarxın, sənədli filmlərin nümayi-
şindən başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bü-
tün məsələləri əhatə etməli, aydın, yaddaqalan misallar, inandı-
rıcı sübutlar göstərməlidir. Belə tədbirlərə hüquq-mühafizə
orqanlarının əməkdaşlarının, millət vəkillərinin, səhiyyə işçilə-
rinin, psixoloqların, narkomanlıqdan nicat yolu tapmış şəxsin
də cəlb edilməsi tədbirin lazımi şəkildə istiqamətləndirilməsin-
də, gənc və yeniyetmələrdə narkomaniya sahəsində anlayışların
düzgün formalaşmasında çox əhəmiyyətlidir.
Narkomaniya və narkobiznesə qarşı mübarizəyə dair
oxucu konfranslarının keçirilməsi də vacibdir. Bu zaman
kitabxanaçı-aparıcı keçiriləcək konfransın adını, keçirildiyi
mühit və şəraiti, çıxışları, dəvət olunmuş qonaqların siyahısını
və mövzu ətrafında dolğun çıxışlarını, tədbir keçirildiyi ərəfədə
istinad edəcəyi görkəmli şəxslərin kəlamlarını, maraqlı fakt və
materiallardan nümunələri əvvəlcədən müəyyənləşdirməli və
bütün bunlar qabaqcadan kitabxanaçı tərəfindən tərtib olunmuş
planda öz əksini tapmalıdır. Kitabxanaçı, həmçinin, dəvətna-
mələr yazmağı, elan hazırlamağı da unutmamalıdır. Elanda
keçiriləcək tədbirin tarixi, yeri, dəqiq saatı göstərilməli, dəvət-
namələr vaxtında lazımi ünvanlarına çatdırılmalıdır. Əvvəldə
qeyd etdiyimiz kimi bütün bunlar kitabxananın saytında vaxtın-
da verilməlidir. Tədbir zamanı narkomaniyaya düçar olmuş
insanların acınacaqlı aqibətlərini əks etdirən sənədli filmlərin
nümayişini də təşkil etmək olar.
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda
kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövr-
də nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi
təşkil olunmalıdır. Kitab icmalı keçirərkən hər kitaba geniş
xarakteristika verilməlidir. Ona görə də icmala yalnız mövzu
ilə bağlı bir və ya bir neçə kitab daxil edilir. Məsələn, “Gəlin,
narkomaniyaya yox deyək!” mövzusunda kitab icmalı keçir-
mək olar. Bu zaman Natiq Rəsulzadənin son dövrdə nəşr olun-
19
muş “Kabuslar arasında” kitabının icmalını təşkil etmək olar.
İcmalın əvvəlində mövzunun adı, məqsədi bildirilir. Bu proses-
də biblioqrafik təsvir, müəllif haqqında məlumat, kitabın məz-
munu, onun keyfiyyətləri və nöqsanlarından yığcam danışılır,
tərbiyəvi əhəmiyyəti qeyd olunur. Kitab icmalının planı, mətni
işçilər və kitabxana işinə cəlb edilmiş fəallarla əvvəlcədən
müzakirə edilməlidir. Kitab icmali keçirərkən imkan daxilində
müəllifin iştirakı da yerinə düşərdi. Kitabxanalar, həmçinin
yeni kitabların təqdimatını da keçirə bilərlər. Kitabın təqdi-
mat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş sözü ilə başlayır.
O, tədbir iştirakçılarını salamlayaraq, təqdimatın məqsədi,
kitabın mövzusunun aktuallığı, gənc nəslin tərbiyəsindəki
rolundan bəhs edir. Aparıcı təqdim olunan kitabın ya özünü, ya
da fotoşəklini nümayiş etdirir. Texniki vasitələri olan olan ki-
tabxanalarda proyektorun köməyi ilə ekranda kitabın elektron
variantı da nümayiş etdirilə bilər. 10-15 dəqiqə ərzində kitabın
kimlər üçün nəzərdə tutulduğu barədə danışılır, elektron vari-
antda kitabın içindəkilər (mündəricatı) göstərilir. İştirakçılara
kitabın yerləşdiyi İnternet ünvanları haqqında məlumat verilir.
Bir neçə dəqiqə oxucularla dialoq aparılır. Kitabın əhəmiyyəti
haqqında rəy və mülahizələr öyrənilir. Mövzuya uyğun suallar
verilir. Sualların yazılı formada verilməsini də təşkil etmək
lazımdır. Bu hal iştirakçıların fəallığının artmasına, tədbirdə
sıxılmayaraq iştirak etməsinə, onu maraqlandıran suallara
dolğun cavab tapmasına səbəb olar. Mərasimdə müəllifin
iştirakı da çox vacibdir, çünki, ortaya çıxan bir çox sualları yal-
nız o cavablandıra bilər. Tədbir 5-10 dəqiqəlik son sözlə ye-
kunlaşdırılır. Bu zaman kitabın əhəmiyyəti bir daha qeyd
olunur, əldə olunma yolları haqqında məlumat verilir.
Kitabxanalar narkomaniya, narkobiznes və ona qarşı mü-
barizə mövzusu ilə bağlı öz tədbirlərini böyük auditoriyalarda:
məktəblərdə, Gənclər mərkəzlərində, Peşə məktəblərində, li-
seylərdə, ali məktəblərdə təşkil edə bilsələr əhəmiyyəti daha
20
böyuk olar. Məsələn: “Narkomaniyaya YOX deyək!” və ya
“Yüksək mənəviyyatlı gənclik uğrunda!” mövzusunda mövzu
gecəsi keçirmək olar. Mövzu müəyyən olunduqdan sonra kitab-
xanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, də-
qiq faktlar əsasında tədbirin planını, ssenarisini tərtib etməlidir.
Bu səpkidə tədbirin hazırlanması yaradıcılıq qabiliyyəti tələb
edir. Təşkilatçı tədbirin əvvəlindən axırına kimi bütün element-
ləri (çıxış, rəy, qonaqlara söz vermə, səhnəciklər) ssenaridə əks
etdirir. Tədbirin keçiriləcəyi yer, iştirakçıların yerləşdirilməsi,
aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçiriləcək ye-
rin mövzuya uyğun bəzədilməsi əvvəlcədən dəqiqləşdirilir.
Lazımi stend, sərgi, plakat, fotomontajlar əvvəlcədən planlı
şəkildə hazırlanır. Gecə üçün təşkil olunmuş sərgidə mövzuya
uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək məq-
sədəuyğundur. Bu cür tədbirdə məktəbin özfəaliyyət dərnəyi-
nin üzvlərinin, kitabxananın fəal oxucularının iştirakı ilə dra-
maturq Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm”
əsərindən səhnəciklər göstərmək, şeir parçaları səsləndirmək,
sənədli filmlərin nümayişini təşkil etmək olar. Tədbirin planı,
ssenarisi hazırlanarkən fəal oxucuların fikirlərini də bilmək
vacibdir.
Kitabxanada narkomaniya mövzusunda “Sual-cavab gecə-
si” keçirərkən əvvəl mövzunun mahiyyətini, əhəmiyyətini açan
kitablar seçilməli, gecənin keçiriləcəyi yeri və vaxtı göstərən
elan hazırlanmalı, gecədə qoyulacaq suallar əvvəlcədən müəy-
yənləşdirilməlidir. Tədbirin məktəblilər arasında keçirilməsi
daha məqsədəuyğun olardı. Sorğu keçirilərkən uşaqların yaş
xüsusiyyətləri nəzərə alınmalıdır. Sualların qabaqcadan müəy-
yənləşdirilməsinə baxmayaraq, tədbir zamanı yeni sualların
meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların sualla-
rını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu
onlara sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tap-
malarına imkan verər. Qoyulan sualların əhatəli şəkildə işıqlan-
21
dırılmasını, müzakirəsini, cavablandırılmasını təmin etmək
üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, səhiyyə işçi-
lərini, müəllim kollektivini, valideyn heyətini də tədbirə dəvət
etmək çox yerinə düşərdi. Həmçinin, verilən suallara daha
ətraflı cavab vermək üçün sual-cavab gecələrində əyani
materiallardan, fotomontajlardan, kitab vitrin və sərgilərindən
istifadə etmək, mövzu ilə bağlı ədəbiyyatları dinləyicilərə
tövsiyə etmək çox vacibdir.
“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar”
mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar
ətrafında müzakirə aparmaq olar:
Siz asudə vaxtınızı necə keçirirsiniz?
Narkomaniya nədir və narkomanlara münasibətiniz
necədir?
Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan
orqanizminə olan ziyanı haqqında nə bilirsiniz?
Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?
Siz gələcəyinizi necə görmək istərdiniz?
Sual-cavab gecəsi cavabların auditoriyanı nə dərəcədə
qane etməsi, növbəti gecənin hansı mövzuya həsr olunması və
nəhayət, aparıcının yekun sözləri ilə bitir. “Sual-cavab” gecə-
sində “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük
fəlakətdir” adlı stendi də tədbir zamanı nəzərə çarpan yerdə
təşkil etmək lazımdır. Nümunə olaraq aşağıda stendin forması
təqdim edilmişdir:
22
Narkomaniya gənclərin düçar ola biləcəyi ən
böyük fəlakətdir!
“İnsanların çoxunun dəyərini
bilmədiyi iki şey vardır:
sağlamlıqları və zamanları...”
Hz. Məhəmməd Peyğəmbər
“İnsanın
sağlamlığını
qorumaq, onu
fiziki
əzablardan xilas
etmək mühüm,
xeyirxah işdir.”
Heydər Əliyev
Dünyanı, insanları
fəlakətdən qoruyaq!!!
2011-ci ildə
dünyada-210 mln. nəfər
Azərbaycanda-27 495 nəfər
narkoman var.
23
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı müba-
rizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərti-
binə xüsusi fikir verilməli, fotomontajdan istifadə edilməli,
seçilmiş hər bir kitab, şəkil, sitatlar dəqiqliklə müəyyənləşdiril-
məlidir. Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şə-
killərlə əlaqələndirmək imkanı verir. Bu da narkotik istifadəçi-
lərinin əvvəlki və narkotikə aludə olduqdan sonrakı vəziyyətini
əyani şəkildə əks etdirməyə imkan yaradar. Bu işi çox baçarıq-
la yerinə yetirmək lazımdır. Çünki, ən adi detal belə gənc və
yeniyetmə oxucunun diqqətinə düzgün çatdırılmalı, onu narko-
tikə, narkomanlara uymamağa səsləməlidir.
Kütləvi tədbirlərin ən təsirli formalarından biri kitab
sərgiləridir. Bu mövzuda təşkil olunmuş sərgi bir oyanış, çağı-
rış, ayıqlıq xarakteri daşımalı, maraqlı olmalı və kitabxananın
elə bir yerində təşkil olunmalıdır ki, oxucuların diqqətindən ya-
yınmasın və hər zaman onları düzgün həyat tərzi qurmağa, pis
vərdişlərə uymamağa səsləsin. Kitabxanada “Dünyamızı narko-
maniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgi-
də aşağıda təqdim etdiyimiz sitatlardan, adları verilmiş kitab-
lardan, eləcə də qəzet və jurnal materiallarından, müxtəlif foto-
şəkillərdən, statistik məlumatlardan istifadə etmək olar.
Sitat:
...İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan
xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev,
ümummilli lider
Sitat:
...Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə
zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın
bağışlayan və mərhəmətli olduğunu görər!”
(Qurani-kərim, “Nisa” surəsi, ayə 110)
24
1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında: Azərbaycan Respublika-
sının Qanunu, 28 iyun 2005-ci il [Mətn] //Narkotik vasitələr,
psixotrop maddələr və prekursorlar: (Sənədlər toplusu).- Bakı,
2006.- S.7-31.
2.Allahverdiyeva, X. Narkomaniya təkcə iynə vurmaq
deyil - həyat tərzidir [Mətn] /X.Allahverdiyeva //Qanun.-
1999.- №5-6.- S.116.
3.Əliyev, Q. Narkomaniya və narkotizmlə mübarizə prob-
lemləri [Mətn] /Q.Əliyev; elmi red. F.M.Cavadov; Azərbaycan
Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və
Kriminologiya Problemləri İnstitutu.- Bakı, 1999.- 122 s.
4.Həsənov, E. Gənclər arasında narkotizmin qarşısının
alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti [Mətn]
/E.Həsənov.- Bakı: Sabah, 1993.- 203 s.
5.Həsənov, E. Narkotiklərlə bağlı cinayətlər [Mətn]
/E.Həsənov.- Bakı: Azərnəşr, 2000.- 128 s.
6.Qasımov, S. Narkotik vasitələrin və psixotrop maddələ-
rin qanunsuz daşınması ilə bağlı cinayətlərin istintaqı problem-
ləri [Mətn] /S.Qasımov.- Bakı: Azərnəşr, 2001.- 101 s.
7.Məmmədov, S. Narkotik cinayətkarlıq [Mətn] /S.Məm-
mədov.- Bakı, 2005.- 296 s.
8.
Məmmədov, S. Narkotizmin cəmiyyətə bəzi təzahürləri
[Mətn] /S.Məmmədov.- Bakı, 2004.- 200 s.
9.Narkotik sərxoşluq vaxtı narkomanın davranışının və xa-
rici görkəminin səciyyəvi cəhətləri [Mətn]: narkomanlığa qarşı
mübarizə hər bir polis əməkdaşının borcudur.- Bakı: Zaman,
2002.- 56 s.
10.Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar
[Mətn]: (sənədlər toplusu).- Bakı: Hüquq ədəbiyyatı, 2003.-
224 s.
25
Narkomaniyaya dair sərgi təşkil edərkən şüarlardan da
istifadə etmək olar: “Ağ Ölümə “YOX” Deyək!”, “Narkotiklər-
dən uzaq durun!”
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı müba-
rizə mövzusunda guşələrin də rəngarəng tərtibinə xüsusi fikir
verilməlidir. Guşələr sərgiyə nisbətən daha geniş və əhatəli
olmalıdır. Guşədə əlavə olaraq narkomaniya və narkobiznesə
aid kartoteka, qəzet və jurnal materialları, tövsiyə ədəbiyyat
siyahıları, mövzuya uyğun bir sıra sənədlər və şəkillər də öz
əksini tapmalıdır. Guşələrin təşkil edilməsində əsas məqsəd
mövzuya dair ədəbiyyat və sənədləri oxucuya asanlıqla axtarıb
tapmaqda yardımçı olmaqdır.
Ümumiyyətlə, kitabxanaçı narkomaniyaya dair istənilən
tədbir keçirərkən, ilk növbədə gənc və yeniyetmələrin diqqətini
narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir. Onun ağır
fəsadları, ailənin başına gələ biləcək müsibətlər və nəhayət,
şəxsin öz taleyi, sonrakı işgəncəli həyatı bütün açıqlığı ilə oxu-
cuların nəzərinə çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca
məqsədi ondan ibarət olmalıdır ki, gənc və yeniyetmələr sonra-
kı faciəli həyatlarını bir neçə saatlıq həzzə qurban verməsinlər.
Onlar bir neçə saatlıq sevincin arxasında necə böyük bir fəlakə-
tin olduğunu heç vaxt unutmamalıdırlar.
26
NƏTİCƏ
Narkomanlığın və narkotiklərin qanunsuz dövriyyəsi ilə
bağlı cinayətlərin ölkəmizin iqtisadiyyatına, ictimai asayişə, in-
sanların sağlamlığına, mənəviyyatına, psixologiyasına, intel-
lektinə vurduğu ziyanı hesablamaq mümkün deyildir. Ölkəmiz-
də də narkotik istifadəçiləri mövcuddur və onlar mütəmadi ola-
raq hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək cinayət
məsuliyyətinə cəlb edilirlər. Təəssüflə qeyd etmək lazımdır ki,
son illər bu ticarətlə məşğul olanların sayı artmışdır.
Ölkəmizdə bu aktual problemin qarşısının alınması məqsə-
dilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən vaxtilə bir
sıra tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev
narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, müvafiq
fərmanlar imzalamış və problemin həlli üçün keçirilən tədbirlər
keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Hal-hazırda da Azərbaycan dövləti daima ölkə ərazisində
narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə
etmək üçün bütün cavabdeh strukturların fəaliyyətinin əlaqə-
ləndirilməsinin başlıca meyar olduğunu qeyd edir. O, daima
ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə
uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyə-
tinin əlaqələndirilməsinin başlıca meyar olduğunu bildirir, nar-
kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni döv-
lət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qa-
baqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl
olaraq sistemli şəkildə həyata keçirir.
Ümumiyyətlə, gənc və yeniyetmələri narkomaniyaya doğ-
ru çəkən daxili və xarici amillərdən əlavə, əsas aparıcı amillər-
dən biri yeniyetmə psixologiyasına xas olan xüsusiyyətlərdir:
istək, liderlik, bütün yeniliklərlə maraqlanmaq. Bura gənclərin
asudə vaxtlarının təşkili, onların məşğulluq səviyyəsi, işsizliklə
27
bağlı problemlər də daxildir. Ancaq narkomaniyaya aludə ol-
maq səbəbini yalnız sosial vəziyyətlə bağlamaq olmaz. Uşaqlıq
yaşlarından başlayaraq təlim-tərbiyə işlərini düzgün şəkildə
həyata keçirmək lazımdır ki, yeniyetməlik və gənclik dövründə
bu cür hallarla qarşılaşmayasan. Təbliğat cəmiyyətdən gəlsə də
bu ailələr səviyyəsində, məktəb səviyyəsində yetərincə aparıl-
malıdır. Məktəblərdə maarifləndirmə işləri lazımi səviyyədə
təşkil olunmalı, asudə vaxtın səmərəli təşkilindən tutmuş insa-
nın düzgün formalaşmasına qədər kompleks tədbirlər planı
həyata keçirilməlidir. Lazım gəldikdə kitabxanalar bu mövzu
ilə bağlı öz tədbirlərini böyük auditoriyalarda: məktəblərin,
mədəniyyət şöbələrinin akt zallarında təşkil etməli, bütün yerli
əhalini bu tədbirlərə cəlb etməlidir.
Narkomaniyaya qarşı mübarizədə ictimai təşkilat, mətbuat,
mədəni-maarif orqanları və kitabxanalarla yanaşı, valideynlərin
də rolu böyükdür. Onlar məktəb və kitabxanalarla sıx əlaqə
saxlamalı, övladlarının tərbiyəsində yaxından iştirak etməlidir-
lər. Lazım gəldikdə valideynlərlə uşaqlar arasında bu cür möv-
zular açıqlanmalıdır. Ümumiyyətlə, yaxşı mənada uşaqları təh-
sillə elə yükləmək lazımdır ki, onların boş vaxtı qalmasın və
başqa əyləncə axtarmaq niyyətinə düşməsinlər.
|