NarkomaniYA, narkobiznes



Yüklə 257,23 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix07.04.2017
ölçüsü257,23 Kb.
#13588
  1   2   3

 

 



   

 

 

 

 

 

 

 

 

 

 

 

 

NARKOMANİYA, NARKOBİZNES 

VƏ ONA QARŞI MÜBARİZƏDƏ 

KİTABXANALARIN ROLU 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2012 

 


 

 



 

 

 

 

 

 

 

 

Narkomaniya, narkobiznes və ona 

qarşı mübarizədə kitabxanaların rolu 

 

 

 

 

Respublikanın  kütləvi  və  ixtisas-

laşdırılmış  kitabxanaları,  Mərkəz-

ləşdirilmiş  Kitabxana  Sistemləri 

üçün metodik vəsait 

 

 

 

 

 

 

Bakı 2012

 

 

 

 



 

 



Tərtibçi:                                          M.Talıbova 

 

                                           

 

İxtisas redaktoru və  

buraxılışa məsul:                             K.Tahirov, 

                                                  fəlsəfə doktoru, 



                                                         Əməkdar mədəniyyət işçisi 

 

Redaktor:  

  A.Abdullayeva 

 

 

 

 

 

 

Narkomaniya,  narkobiznes  və  ona  qarşı  mübarizədə 

kitabxanaların  rolu:  metodik  tövsiyələr  /tərt.  ed.  M.Talıbova; 

ixtis.  red.  və  bur.  məs.  K.Tahirov;  red.  A.Abdullayeva; 

M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası.-  Bakı, 

2012.- 40 s. 



 

 

 

 

 

 

 

 

 

 

© M.F.Axundov adına Milli Kitabxana, 2012 

 

 


 

 



GİRİŞ 

  

Müasir  dünyada  cəmiyyəti  narahat  edən  problemlər  içəri-

sində  ən  mürəkkəbi,  faciəvi  nəticələrə  gətirib  çıxaranı  narko-

maniya  və  narkobiznesdir.  Narkomaniya  və  narkobiznes  təkcə 

insanların  sağlamlığına,  mənəviyyatına  deyil,  həm  də  dünya 

iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və mü-

haribə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazaları-

nın, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yara-

dılması, silah alverinin güclənməsi sahəsində mühüm amil ro-

lunu  oynayır.  Mütəxəssislərin  hesablamalarına  görə,  narkotik-

lərin  qanunsuz  dövriyyəsindən  hər  il  yüz  milyardlarla  dollar 

gəlir  əldə  edilir.  BMT-nin  Narkotiklər  və  Cinayətkarlıq  üzrə 

İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarə-

ti,  neft  və  silah  alverindən  sonra  üçüncü  ən  çox  gəlir  gətirən 

sahə hesab olunur. 

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan 

əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə icti-

mai  faciəyə  gətirib  çıxara  bilər.  Ən  acınacaqlısı  da  budur  ki, 

gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları 

yüksələn xətlə artmağa doğru gedir. 

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş ma-

liyyə  vəsaiti  tələb  edən  dinamik  bir  prosesdir.  Problemin  icti-

mai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli 

şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. 

SSRİ  dövründə  yaşadığımız  70  il  ərzində  ölkəmiz  narko-

maniya  problemi  ilə  məşğul  olmaq,  ona  qarşı  mübarizə  apar-

maq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cə-

miyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etiba-

rı  ilə,  asılılıq  kimi  müalicəsi  çox  çətin  başa  gələn  dəhşətli 

xəstəliyin  yayılmasına  səbəb  olmuşdur.  Narkotiklərlə  bağlı 

cinayətlər  haqqında  rəsmi  statistik  məlumatlar  ictimaiyyət  və 

kütləvi  informasiya  vasitələrindən  qapalı  saxlanılmışdır. 



 

 



Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  bir 

sıra  problemlər  kimi  narkotizm  probleminə  qarşı  mübarizə 

tədbirləri  görülməsinin  vacibliyi  ön  plana  çıxmış,  bir  sözlə, 

problemə  münasibətdə  yeni  mərhələ  başlanmışdı.  Şərti  olaraq 

“yeni”  adlandırdığımız  bu  mərhələnin  ən  uğurlu  cəhəti  ondan 

ibarətdir  ki,  narkotizmə  qarşı  mübarizədə  dövlət  orqanları  ilə 

yanaşı  ictimai  təşkilatların  fəaliyyəti  üçün  də  lazımi  şərait 

yaradılmışdı. 

Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə 

mübarizənin  əsası,  tarixdə  ilk  dəfə  olaraq,  ümummilli  lider 

Heydər  Əliyevin  rəhbərliyi  ilə  qəbul  edilmiş  “Narkotik 

vasitələrin,  psixotrop  maddələrin  və  prekursorların  qanunsuz 

dövriyyəsi  ilə  mübarizə  haqqında”  18  iyun  1999-cu  il  tarixli 

Qanunu ilə qoyulmuşdur. 

Bəşəriyyətin  bu  dəhşətli  bəlasına  qarşı  ayrı-ayrı  dövlət 

strukturları,  qeyri-hökumət  təşkilatları,  kütləvi  informasiya 

vasitələri  (KİV),  hüquq-mühafizə  orqanları,  təhsil  və  səhiyyə 

sistemi  birgə  mübarizə  aparmaqla  onun  qismən  də  olsa 

yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər. 

Tərtib edilən vəsaitdə respublikada narkomaniya və narko-

biznesin  yayılmasına  səbəb  olan  amillər,  dövlət  səviyyəsində 

narkomaniya  və  narkobiznesə  qarşı  mübarizədə  həyata  keçiri-

lən tədbirlər, qəbul  edilmiş  dövlət  sənədləri işıqlandırılmış, bu 

problemə  qarşı  mübarizədə  kitabxanaların  qarşısında  duran 

vəzifələrdən,  təbliğat  vasitələrindən  bəhs  edilmişdir.  İnanırıq 

ki,  bu  göstərici  kitabxana  işçilərinə  narkomaniya  və  narkobiz-

nesə  qarşı  mübarizədə  yaxından  köməklik  edəcəkdir.  Nəşrlə 

bağlı təklif və iradlarını Milli Kitabxanaya göndərən mütəxəs-

sislərə əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29 

Е-mail: contact@anl.az 


 

 



Narkonaniya haqqında ümumi anlayış 

  

Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - 

isə  asılılıq deməkdir.  Narkomaniya  cəmiyyətin meydana  gəldiyi, 

onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qə-

dim  zamanlardan  yaranmışdır.  Hələ  qədim  dövrlərdə  tiryəkdən 

bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misir-

lilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin ha-

zırlanmasında istifadə etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə 

alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə ad-

landırılmışdır. Sonralar isə bunun zəhərli maddə  kimi orqanizmə 

əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. 

Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifolo-

giyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi 

qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tib-

bi  məqsədlər  üçün  istifadə  edilmişdir.  Tiryəkli  preparatlar  orta 

əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan 

ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntı-

ları,  pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlə-

rində  istifadə  olunmuşdur.  Artıq,  getdikcə  narkotik  maddələrin 

hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə qazanmış in-

sanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu 

maddələr  istehsal  edirdilər.  XIX  əsrin  ortalarında  narkomaniya 

tarixinin  yeni  bir  dəhşətli  mərhələsi  narkotik  maddələrin  müasir 

üsulla - venadaxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksi-

kona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur. 

Narkotik  -  mərkəzi  sinir  sisteminə  spesifik  təsir  göstərən  və 

tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə oldu-

ğundan  insanın  bütün  orqanizminə,  ürək-damar  sistemindən  tut-

muş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini 

dəyişir,  xəstə  özünü  idarə  edə  bilmir.  Orqanizm  zəifləyir,  bədən 

arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressiv-

liyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin 



 

 



araşdırmaları  göstərir  ki,  narkomanlıq  insanı  həqiqətən  də  fiziki 

və  ruhi  cəhətdən şikəst edir,  onun ömrünü qısaldır. Erkən  yaşın-

dan  narkotik  qəbul  etməyə  başlayan  insanın  orta  ömrü  35-40  il 

olur.  Narkoman  narkotik  maddələr  qəbul  edərkən,  ən  azı  10-15 

nəfəri də narkomanlığa cəlb edə bilər. 

BMT-nin  1987-ci  il  Konvensiyasına  daxil  olan  ölkələrin 

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə-

sinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26

 

iyun 


“Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı 

Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlət-

lər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli müba-

rizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdir-

mək və bu sahədə  yeni mübarizə üsullarını kəşf etmək istiqamə-

tində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaş-

lıq  çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına 

baxmayaraq,  dünya  üzrə  narkomaniyaya  düçar  olanların  sayı 

ildən-ilə  artmaqdadır.  Müxtəlif  adamlar  tərəfindən  eyni  iynədən 

venadaxili  narkotik  maddə  qəbul  etməyə  görə  90  faiz  narkoman 

QİÇS xəstəliyinə  yoluxmuşdur. Beynəlxalq Səhiyyə Təşkilatının 

məlumatına  görə  2011-ci  ildə  Yer  kürəsində  210  milyon 

narkoman  qeydə  alınmışdır.  Bu  da  7  milyardlıq  Yer  kürəsi 

əhalisinin  3  faizi  deməkdir.  Onun  47  milyonu  Latın  Amerikası 

ölkələrinin payına düşür. Meksikada narkomanların sayı 1,2 mil-

yona  çatmışdır.  Narkomaniya  12-17  yaş  qrupu  arasında  daha 

geniş yayılmışdır. Marixuana kimi nisbətən yüngül narkotik mad-

dələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onla-

rın  sayı  165  milyon  nəfərdən  artıqdır.  Narkotik  istehsalına  görə 

Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub 

saxlayır.  Statistikaya  əsasən  Avropa  Birliyi  ölkələrində  narko-

manların  sayı  742  minə  yaxındır.  MDB  və  Asiya  ölkələri  də 

Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik 

vasitələrdən istifadə edir. 



 

 



Avropa  və  Asiya  qitələrinin  qovuşduğu  ərazidə  yerləşən 

Azərbaycan  öz  təbiəti,  təbii  sərvətləri  etibarı  ilə  olduqca  zəngin 

ölkədir. Ərazisinin çox geniş olmamasına baxmayaraq, Yer plane-

tində  mövcud  olan  11  iqlim  qurşağından  9-u  ölkə  ərazisindən 

keçir.  Ona  görə  də  bir  gün  ərzində  respublikanın  bir  tərəfindən 

digər  tərəfinə  getməklə  ölkə  ərazisində  səhra,  yarımsəhra,  müla-

yim,  subtropik,  kontinental  və  digər  iqlim  şəraitinə  rast  gəlmək 

olar.  Məhz  göstərilən  iqlim  şəraitləri  ölkənin  bütün  bölgələrində 

narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə 

bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş-

xaşın  Qafqazda  yayılmış  24  növündən  20-si  Azərbaycanda  bitir. 

Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir. 

Azərbaycanın  geosiyasi  mövqeyi  narkotiklərin  qeyri-qanuni 

olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Res-

publikası  müstəqillik  əldə  etdikdən  və  digər  ölkələrlə  iqtisadi 

əməkdaşlığı  genişləndirdikdən  sonra,  kriminal  strukturlar  üçün 

narkotik  vasitələrin  yayılması,  çirkli  pulların  təmizə  çıxarılması 

üçün  əlverişli  şərait  yaradılmışdı.  Beynəlxalq  narkosindikatlar 

Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik 

vasitələrin  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinə  və  Avropaya 

aparılmasında  tranzit  əraziyə  çevirməyə  cəhd  etmişdilər.  Həm-

çinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün 

sahələrdə  olduğu  kimi,  narkotiklərin  ölkə  ərazisində  qanunsuz 

dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı 

qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisi-

nin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilo-

metrinə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  nəzarət  edilməsi 

nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələ-

rinə,  həmçinin,  digər  dövlətlərə  narkotik  maddələrin  güclü  axını 

həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotik-

lərin  becərilməsi,  satılması,  transmilli  cinayət  üçün  nəzarətsiz 

zona  kimi  istifadə  olunur.  Ermənistan  tərəfindən  işğal  olunmuş 

Azərbaycan  ərazisinin  narkoişbazlar  üçün  cəlbedici  olması  ölkə-


 

 



mizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu 

da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı 

vicdanla mübarizə aparması nəticəsində mümkündür. 

Narkomaniya  bəlası  təkcə  paytaxtımızla  məhdudlaşmır.  Ən 

ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır. Sta-

tistik məlumatlara görə son illərdə respublikanın Cənub zonasında 

narkomanların sayı çoxalmağa başlamışdır. Azərbaycan Respub-

likası Gənclər və İdman Nazirliyinin 2011-ci ilin iyul ayında ver-

diyi  statistikaya  əsasən  Azərbaycanda  təqribən  24  mindən  çox 

narkoman qeydiyyata alınmış, onların təqribən 6 min nəfəri gənc, 

70 faizi isə dispanser uçotundadır. Bu statistika, əsasən iki mənbə-

dən  əldə  edilib  -  hüquq-mühafizə  orqanlarında  cinayət  əməlinə 

görə  və  Səhiyyə  Nazirliyində  müalicə  üçün  qeydiyyata  düşən 

narkotik  istifadəçilərinin  sayını  ümumiləşdirməklə.  Ancaq,  eks-

pertlərin fikrincə, bu rəqəm gerçəkliyi əks etdirmir. Çünki, narko-

manların heç də hamısı qeydiyyata düşmür.

 

Əlbəttə, bir sıra başqa 



dövlətlərlə  müqayisədə  respublikamızda  narkotizm  o  qədər  də 

dəhşətli şəkil almamışdır. Lakin  yaddan çıxartmamalıyıq ki, nar-

komanlıq  yoluxucu xəstəlikdir, üstəlik  də  QİÇS-ə  aparan bir  yol 

kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. 

Son  illər  respublikamızda  narkotik  vasitələrə  və  bihuşedici 

maddələrə  qarşı  mübarizə  xeyli  güclənmiş,  bu  sahəyə  cavabdeh 

olan  dövlət  orqanları  ilə  yanaşı,  QHT-lər,  ictimai  təşkilatlar  da 

fəallığı xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narko-

maniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi 

də  artırılmalıdır.  Narkotiklərdən  istifadənin  təhlükəli  nəticələri 

üzrə  maarifləndirmə  lazımi  səviyyədə  aparılmadığından,  ölkədə 

narkomaniya “cavanlaşır”. Bu istiqamətdə maarifləndirmə nəinki 

Bakıda, həm də ölkənin regionlarında aparılmalıdır. 

 

 



 

 



Azərbaycan Respublikasının narkomaniya və 

narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi 

tədbirlər 

 

Ümummilli  lider  H.Əliyev  cənabları,  hələ  2000-ci  il  iyul 



ayının  5-də  BMT  Baş  Katibinin  müavini  Pino  Arlakki  ilə 

görüşündə demişdir: “Narkotiklərlə mübarizə sahəsində biz bir 

çox  tədbirlər  görmüşük...  Azərbaycan,  coğrafi  vəziyyətinə  və 

mövqeyinə  görə  narkotiklərin  Əfqanıstandan,  Mərkəzi 

Asiyadan  Qərbə,  həm  də  İrandan  Şimala,  Qərbə  daşındığı 

yolun  üzərində  yerləşir.  Biz  bunu  bilirik,  nəzərə  alırıq,  lazımı 

tədbirlər  görürük...  Ancaq  biz  arxayınlaşmırıq,  həmin 

kanalların  qarşısını  almaq  üçün  daim  lazımi  tədbirlər  görürük 

və  görəcəyik.  Biz  nəinki  narkotiklərin  daşınması  üçün    tranzit 

ölkə kimi bununla mübarizə aparırıq, eyni zamanda istəyirik ki, 

ölkəmizin  vətəndaşları  arasında  narkotik  vasitələrdən  istifadə 

yayılmasın...” 

Narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə müba-

rizənin  tərkib hissəsidir. Buna  görə də  indi dünyada, o cümlə-

dən Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə 

mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni 

münasibət yaranmış və formalaşmışdır. 

Ölkəmizdə  narkotizmlə  və  narkobizneslə  mübarizə  onun 

ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanma-

sı və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil 

cinayətkarlıqla  mübarizənin  həyata  keçirilməsi  zərurətindən 

irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, 

müvafiq  təşkilati  strukturlar  yaradılmış  və  milli  proqramlar 

hazırlanıb həyata keçirilmişdir. 

Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının 

alınmasında  dünya  dövlətləri  BMT-nin  qəbul  etdiyi  üç  əsas 

Konvensiyanın (1961, 1971 və 1988-ci illər) ətrafında sıx birlə-


 

10 


 

şərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəla-

nın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər. 

Müstəqil  Azərbaycan  Respublikası  artıq  iyirmi  ildən  çox-

dur  ki,  beynəlxalq  ictimaiyyət  və  aparıcı  dünya  dövlətləri  ilə 

birgə  bu  problemin  həlli  yolunda  ardıcıl  və  məqsədyönlü 

addımlar  atır.  Bu  illər  ərzində  Azərbaycanda  narkomaniyanın 

qarşısının  alınması  sahəsində  müxtəlif  istiqamətli  işlər  həyata 

keçirilmişdir.  Bunların  bəzi  mühüm  məqamlarını  göstərmək 

yerinə düşərdi. 

1992-ci  ildə  Azərbaycan  Respublikası  BMT-yə  tam  hü-

quqlu  üzv  olduqdan  sonra  “Narkotik  vasitələrin  və  psixotrop 

maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə  haqqında” 

BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. 

Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik 

vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdöv-

lət  vəzifəsi  hesab  edərək,  1996-cı  il  avqustun  26-da  “Narko-

manlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

mübarizə  tədbirləri  haqqında”  müvafiq  fərman  imzalamış  və 

problemin  həlli  üçün  keçirilən  tədbirlər  keyfiyyətcə  yeni  mər-

hələyə  qədəm  qoymuşdur.  Bu  fərman  əsasında  ölkəmizdə 

2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin 

və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə 

üzrə  Ümummilli  Proqram  hazırlanmış,  Narkomanlığa  və 

Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə 

üzrə Dövlət Komissiyası yaradılmışdır. 

1997-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  Hey-

dər  Əliyev  BMT-nin  Yaxın  və  Orta  Şərqdə  Narkotiklərin  Qa-

nunsuz  Dövriyyəsinə  Nəzarət  üzrə  Yardımcı  Komissiyasının 

32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu 

problemin həllində ardıcıl addımlar atacağını və dünya ictima-

iyyəti  ilə  bu  məsələdə  bir  yerdə  olacağını  bir  daha  bəyan 

etmişdir. 


 

11 


 

1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik 

vasitələr haqqında” 1961-ci  il və “Psixotrop maddələr haqqın-

da” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 

1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop 

maddələr  və  prekursorların  qanunsuz  dövriyyəsi  ilə  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə 

qəbul  olunaraq  ölkə  başçısı  tərəfindən  imzalanmışdır.  Bu 

qanunun  başlıca  əhəmiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycanda 

narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və 

psixotrop  maddələrin  istehsalı,  dərman  preparatlarının  və 

xammalın hazırlanması qanunla qadağan edilmişdir. 

Ulu  öndərin  15  iyul  2000-ci  il  tarixli  fərmanı  ilə  “2000-

2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, 

psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə 

üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərin-

dən  irəli  gələn  məsələlərin  həlli,  eləcə  də  aidiyyətli  dövlət  or-

qanları  arasında  qarşılıqlı  əlaqələrin  təşkil  edilməsi  və  nəzarət 

mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Ko-

missiyası yaradılmışdır. 

2000-ci  ildə  Azərbaycan  Respublikası  Avropa  Şurasına 

tam-hüquqlu  üzv  olduqdan  sonra  Avropa  və  dünya  birliyinə 

inteqrasiya  zəminində  Avropa  İttifaqı  və  BMT-nin  İnkişaf 

Proqramı  ilə  birgə  “Cənubi  Qafqazda  Narkotiklərə  Nəzarət” 

(SCAD) Regional Yardım Proqramı fəaliyyətə başlamışdır. 

2001-ci  ildə  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən  “Narkoloji  xidmət  və  nəzarət  haqqında”  Qanun 

qəbul olunmuşdur. 

2005-ci  ildə  görülən  işlərin  məntiqi  davamı  kimi  beynəl-

xalq  qurumların  tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların 

müddəalarına  uyğun  olaraq  “Narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  onların  prekursorlarının  dövriyyəsi  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  Milli  Məclisdə  qəbul 

olunmuş  və  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 



 

12 


 

Əliyev  cənabları  tərəfindən  imzalanmışdır.  Prezident  İlham 

Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş 

“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mü-

barizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşı-

sında  konkret  vəzifələr  qoymuş  və  bu  istiqamətdə  fəaliyyətin 

hüquqi  bazasını  təşkil  etmişdir.  Qanunun  başlıca  əhəmiyyəti 

ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixo-

trop maddələrin alınması, saxlanması, satılması,  əldə edilməsi, 

paylaşdırılması,  buraxılması,  daşınması,  göndərilməsi,  istifadə 

edilməsi,  onların  dövriyyəsinə  dair  sənədlərin  tərtib  edilməsi, 

narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və 

psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xam-

malın hazırlanması qanunla qadağan edilmişdir. Qanunun 9-cu 

maddəsində  narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin 

dövriyyəsinə  dair  Milli  İnformasiya  Mərkəzinin  yaradılmasın-

dan,  informasiya  orqanlarının  qarşısında  qoyulan  vəzifələrdən 

bəhs edilmişdir. 

Azərbaycan  Respublikası  ərazisində  narkomaniya  və  nar-

kobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzim-

ləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəra-

itə  və  tələblərə  uyğunlaşdırılması  hökumətin  və  dövlətin  əsas 

fəaliyyət  istiqamətlərindən  biridir.  Qəbul  olunan  qanunun  və 

normativ  aktların  məqsədi  narkotiklərin  dövriyyəsi  ilə  bağlı 

sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri 

özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafi-

zə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriy-

yəsinə qarşı lazımi mübarizə aparılır. 

Azərbaycan  hökuməti  daima  ölkə  ərazisində  narkomaniya 

və  narkobiznesə  qarşı  mübarizədə  uğurlar  əldə  etmək  üçün 

bütün cavabdeh strukturların fəaliyyətinin əlaqələndirilməsinin 

başlıca  meyar  olduğunu  qeyd  edir.  Ölkə  başçısının  28  iyun 

2007-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitə-



 

13 


 

lərin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının  qanun-

suz  dövriyyəsi  və  narkomanlığın  yayılması  ilə  mübarizə  uzrə 

Proqram”ın (2007-2012-ci illər) yerinə  yetirilməsi istiqamətin-

də  Dövlət  Komissiyasının  işçi  qrupunun  müvafiq  nazirlik, 

komitə  və  təşkilatlarla  birgə  gördüyü  işlər  çox  əhəmiyyətlidir. 

Bunun üçun Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın 

və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi,  Daxili  İşlər  və 

Milli  Təhlükəsizlik  nazirlikləri,  Dövlət  Gömrük  Komitəsi  və 

Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya 

və  Təbii  Sərvətlər,  Kənd  Təsərrüfatı  nazirlikləri  və  digər 

qurumlar  birgə  fəalliyyət  göstərməli,  müalicə  və  reabilitasiya 

sahəsində  profilaktik  tədbirlərin  səmərəsini  artırmalıdırlar. 

Yalnız bu təqdirdə narkomaniya və narkobizneslə məşğul olan 

ayrı-ayrı şəxslərin, dəstələrin vaxtında ifşa olunmasında, onlara 

qarşı  lazımi  profilaktik  tədbirlərin  həyata  keçirilməsində  mü-

vəffəqiyyət əldə etmək mümkündür. 

Narkotizmlə və narkobizneslə mübarizədə regional və bey-

nəlxalq  əlaqələrin  genişləndirilməsi,  qarşılıqlı  təcrübə  mü-

badiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmə-

rəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaş-

lığın qloballaşması ilk növbədə müvafiq ölkənin özünün, bila-

vasitə,  milli  təhlükəsizliyinin  təmin  edilməsi  baxımından  əhə-

miyyətlidir. Ona görə də milli təhlükəsizliyin təmin olunmasın-

da  narkomanlığın,  eləcə  də  narkotik  vasitələrin  və  psixotrop 

maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə 

təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən təd-

birlər əsas yerlərdən birini tutur.  

Bakıda 2011-ci il 17 oktyabr tarixində “Narkotik vasitələ-

rin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə”  mövzusunda  keçi-

rilmiş ikigünlük beynəlxalq konfrans, bu baxımdan, çox böyük 

əhəmiyyət  kəsb  etmişdir.  Dünya  Gömrük  Təşkilatının  (DGT) 

və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə 

təşkilatçılığı,  BMT-nin  dəstəyi  ilə  keçirilən  konfransda  42 



 

14 


 

ölkənin  müvafiq  qurumlarının,  7  beynəlxalq  təşkilatın  87-dən 

çox  nümayəndəsi  iştirak  etmişdi.  Tədbirdə  müstəqilliyimizin 

bərpasından ötən 20 il ərzində Azərbaycanda narkotik vasitələ-

rin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizənin  həmişə  diqqət 

mərkəzində  olması,  narkotiklərlə  mübarizə  sahəsində  təkmil-

ləşdirilmiş  normativ  hüquqi  bazanın  mövcudluğu,  ölkəmizin 

BMT-nin  narkotik  vasitələr  və  psixotrop  maddələrlə  əlaqədar 

baza konvensiyalarına qoşulması, bu sahədə məsələləri tənzim-

ləyən  çoxsaylı  milli  qanunvericilik  aktlarının  qəbul  olunması 

qeyd edilmiş və yüksək qiymətləndirilmişdir. 

Narkomaniyanın  bəşəri  problem  olması  ilə  əlaqədar  Res-

publikamızın  bütün  rayon  və  bölgələrində  icra  hakimiyyətləri-

nin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların pre-

kursorlarının  məhv  edilməsi  üzrə”  rayon  komissiyalarının 

2011-ci il ərzində gördüyü işlər barədə hesabat xarakterli iclas-

ları da keçirilmişdir. 

Narkotikləri  istər  qəbul  etmək,  istər  gətirmək,  istərsə  də 

satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət tər-

kibli əməldə ilbəil artım varsa və bu getdikcə gəncləri və yeni-

yetmələri daha çox özünə  cəlb  edirsə onun qarşısının  alınması 

yolunda  profilaktik  tədbirlərin  görülməsi  mütləqdir.  Azərbay-

can hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 

mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübari-

zə  sahəsində  qabaqcıl  dünya  təcrübəsinə  əsaslanan  kompleks 

tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir. 

 

 


 

15 


 

Yüklə 257,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin