NarkomaniYA, narkobiznes


Narkomaniya və narkobiznesə qarşı mübarizədə



Yüklə 257,23 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix07.04.2017
ölçüsü257,23 Kb.
#13588
1   2   3

Narkomaniya və narkobiznesə qarşı mübarizədə 

kitabxanaların qarşısında duran vəzifələr 

 

Bu  gün  bəşəriyyəti  düşündürən,  rahatsız  edən  ən  ağrılı 

problemlərdən  biri  və  ən  başlıcası,  cəmiyyətin  ciddi  bəlasına, 

xalqın,  millətin  təhlükə  mənbəyinə  çevrilən  narkomaniyadır. 

Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narko-

maniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxar-

maq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusu-

na, QİÇS-ə aparan bir  yol kimi, gizli şəkildə sürətlə yayılmaq 

xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkoma-

niyaya  qurşanması  onların  təhsildən  yayınmasına,  ictimai  hə-

yatdan  uzaqlaşmasına,  ətrafdakı  insanlara  daha  çox  cinayətkar 

simasının  aşılanmasına,  ən  əsası  da  sağlamlıqlarının  zərbə 

altında qalmasına səbəb olur. 

Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkoma-

nın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narko-

tik  qəbul  etmək  təklifi  alan  gəncin  bu  vasitələrin  təhlükəliliyi 

haqqında  informasiyaya  malik  olmaması,  onun  tərəfindən  bu 

qorxunc  və  olduqca  təhlükəli  bəlanın  başa  düşülməməsi  və 

təhlükəsinin  lazımi  dərəcədə  qiymətləndirilməməsi  şəraitində 

baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc 

və  yeniyetmələrin  antinarkomaniya  ruhunda  tərbiyə  olunması 

təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin 

mühüm  bir  hissəsi  bütövlükdə  cəmiyyətin,  hər  bir  vətəndaşın, 

ictimai  qurumların,  kütləvi  informasiya  vasitələrinin  (KİV), 

mədəni-maarif müəssisələrinin üzərinə düşür. 

Bu  sahədə  kitabxanaların  rolunu  xüsusilə  qeyd  etmək  la-

zımdır.  Kitabxanaların  narkomaniyaya  qarşı  apardığı  təbliğat 

çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes 

və  ona  qarşı  mübarizə  mövzusunda  tədbirlərin  həyata  keçiril-


 

16 


 

məsi  zamanı  kütləvi  işin  üç:  əyani,  şifahi,  mətbuat  (çap) 

formasından istifadə etmək məqsədəuyğundur.  

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda 

yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilmə-

si vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucu-

larda maraq oyatsın. Məsələn: “Ağ ölümə qarşı  mübarizə et!”, 

“Zərərli  vərdişlər  və  ondan  törənən  fəsadlar”,  “Bəşəriyyətin 

düçar  olduğu  bəla“,  “Gəlin,  gələcəyimizi  qoruyaq!”,  “Narko-

maniyanın  genofondumuza  gətirdiyi  fəsadlar”,  “Narkomaniya 

və  acınacaqlı  həyat”  və  s.  Əgər  kitabxananın  saytı  varsa,  ilk 

növbədə bu “ağ bəla” haqqında ətraflı məlumat çatdırmaq məq-

sədilə saytda müxtəlif məlumat bazaları, video çarxlar, elektron 

nəşrlər, fotolar yerləşdirmək məqsədəuyğun olardı. Kitabxana-

nın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat 

verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı, 

məqsədi,  iştirakçıların,  dəvət  olunacaq  qonaqların  adları  açıq-

lanmalı,  istifadə  ediləcək  ədəbiyyatların  siyahısı  öz  əksini 

tapmalıdır. 

Mühazirə keçirilərkən onun hansı yaş qrupu üçün nəzərdə 

tutulduğu  müəyyənləşdirilməlidir.  Mühazirəçi  mühazirənin 

əsas  planını,  mövzu  üzrə  ədəbiyyat  mənbələrini,  mühazirədə 

iştirak edəcək qonaqları  əvvəlcədən müəyyən etməli, dəvətna-

mə və elan hazırlamalı, dəvətnamələr vaxtında ünvanlarına çat-

dırılmalı,  hər  hansı  kinofilm,  videoçarx,  məlumat  bazaları, 

elektron sərgilər, plakatlar və  başqa əyani  vasitələrin hazırlan-

ması əvvəlcədən müəyyən edilməlidir.

 

Bu zaman reklamdan da 



istifadə etmək olar. Bütün bunlar reklam vasitəsi ilə daha ətraflı 

işıqlandırılmalı və əhalinin nəzərinə çatdırılmalıdır. Bu da təd-

birin geniş oxucu kütləsi arasında keçirilməsinə səbəb olar. 

Tədbirdə  icra  hakimiyyəti,  mədəniyyət  şöbəsi,  hüquq-mü-

hafizə  orqanı  və  rayon  səhiyyə  təşkilatının  nümayəndələrinin 

iştirakı  da  məqsədəuyğun  olardı.  Mühazirədə  yuxarı  sinif  şa-

girdlərinin, məktəbin müəllim kollektivinin, valideyn heyətinin 


 

17 


 

iştirakı da mütləqdir. Tədbir aparıcının giriş sözü ilə başlamalı, 

mühazirənin  mövzusu  elan  edilməli,  dəvət  olunmuş  qonaqlar 

təqdim edilməlidir. Sonra mühazirəçı 10-15 dəqiqəlik mühazirə 

ilə çıxış etməli, narkotik vasitələrin insan orqanizminə vurduğu 

zərərli  təsirdən, onun törətdiyi  ağır  fəsadlardan,  gənclərin sağ-

lam  nəsil  artırmaq  qabiliyyətinə  malik  olmamalarından  danış-

malıdır.  Əlaqədar  təşkilatlardan  dəvət  olunmuş  qonaqların 

mövzu ətrafında çıxışları, iştirakçıların yazılı formada verəcək-

ləri sualların onlar tərəfindən açıqlanması tədbirin təsir gücünü 

daha da artıra bilər. Yaxşı olardı ki, narkomaniyaya həsr olun-

muş bütün tədbirlərdə oxucuların, gənc və yeniyetmələrin diq-

qəti  narkotik  qəbulunun  son  halına  yönəldilsin.  Onların  başa 

düşəcəyi dildə söhbət aparılsın. Narkotikdən törənən acınacaqlı 

faciələrdən danışılsın. Çünki, psixoloqların fikrincə narkoman-

lar heç vaxt  bu kimi  asılılıqlardan, sonrakı  fəsadlardan öz  ya-

şıdlarına  danışmırlar.  Tədbiri  gənc  rejissor  Vasif  Acalovun 

“Narkomaniyaya  yox  deyək!”  layihəsi  əsasında  hazırladığı 

“Paranormal  həyat”  adlı  qısametrajlı  filminin  nümayişi  ilə 

bitirmək olar. 

Kitabxanada narkomaniya və narkobiznesə qarşı mübarizə 

ilə bağlı söhbətlər

 

də keçirilə bilər. Məsələn, “Gəncləri narko-



maniyaya doğru aparan yol”. 

Tədbirin  uğuru  aparıcının  savad  və  hazırlığından,  onun 

müzakirəyə  bütün  oxucuları  cəlb  etmək  bacarığından  da  asılı-

dır.  Söhbətin  keçirilməsində  əsas  məqsəd  oxuculara  ictimai-

siyasi həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün  yanaş-

maq,  həyatın  çətin  anlarından  düzgün  baş  çıxarmalarına  kö-

məklik  göstərməkdir.  Tədbir  keçirilərkən  oxucuların  “ağ  ölü-

mün”  zərərləri  haqqında  maariflənməsinə,  narkomaniyaya 

səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə 

açıqlanmasına xususi fikir vermək lazımdır. Söhbəti narkoma-

niyaya aid qəzet və ya jurnal məqalələrinin oxunuşundan, möv-

zuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbət-



 

18 


 

dən, mövzu ilə əlaqədar video çarxın, sənədli filmlərin nümayi-

şindən başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bü-

tün məsələləri əhatə etməli, aydın, yaddaqalan misallar, inandı-

rıcı  sübutlar  göstərməlidir.  Belə  tədbirlərə  hüquq-mühafizə 

orqanlarının əməkdaşlarının, millət vəkillərinin, səhiyyə işçilə-

rinin,  psixoloqların,  narkomanlıqdan  nicat  yolu  tapmış  şəxsin 

də cəlb edilməsi tədbirin lazımi şəkildə istiqamətləndirilməsin-

də, gənc və yeniyetmələrdə narkomaniya sahəsində anlayışların 

düzgün formalaşmasında çox əhəmiyyətlidir. 

Narkomaniya  və  narkobiznesə  qarşı  mübarizəyə  dair 

oxucu  konfranslarının  keçirilməsi  də  vacibdir.  Bu  zaman 

kitabxanaçı-aparıcı  keçiriləcək  konfransın  adını,  keçirildiyi 

mühit və şəraiti, çıxışları, dəvət olunmuş qonaqların siyahısını 

və mövzu ətrafında dolğun çıxışlarını, tədbir keçirildiyi ərəfədə 

istinad edəcəyi görkəmli şəxslərin kəlamlarını, maraqlı fakt və 

materiallardan  nümunələri  əvvəlcədən  müəyyənləşdirməli  və 

bütün bunlar qabaqcadan kitabxanaçı tərəfindən tərtib olunmuş 

planda  öz  əksini  tapmalıdır.  Kitabxanaçı,  həmçinin,  dəvətna-

mələr  yazmağı,  elan  hazırlamağı  da  unutmamalıdır.  Elanda 

keçiriləcək tədbirin tarixi, yeri, dəqiq saatı göstərilməli, dəvət-

namələr  vaxtında  lazımi  ünvanlarına  çatdırılmalıdır.  Əvvəldə 

qeyd etdiyimiz kimi bütün bunlar kitabxananın saytında vaxtın-

da  verilməlidir.  Tədbir  zamanı  narkomaniyaya  düçar  olmuş 

insanların  acınacaqlı  aqibətlərini  əks  etdirən  sənədli  filmlərin 

nümayişini də təşkil etmək olar. 

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda 



kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövr-

də nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi 

təşkil  olunmalıdır.  Kitab  icmalı  keçirərkən  hər  kitaba  geniş 

xarakteristika  verilməlidir.  Ona  görə  də  icmala  yalnız  mövzu 

ilə bağlı bir və  ya bir neçə kitab daxil edilir. Məsələn, “Gəlin, 

narkomaniyaya  yox  deyək!”  mövzusunda  kitab  icmalı  keçir-

mək olar. Bu zaman Natiq Rəsulzadənin son dövrdə nəşr olun-


 

19 


 

muş  “Kabuslar  arasında”  kitabının  icmalını  təşkil  etmək  olar. 

İcmalın əvvəlində mövzunun adı, məqsədi bildirilir. Bu proses-

də biblioqrafik təsvir, müəllif haqqında məlumat, kitabın məz-

munu,  onun  keyfiyyətləri  və  nöqsanlarından  yığcam  danışılır, 

tərbiyəvi əhəmiyyəti qeyd olunur. Kitab icmalının planı, mətni 

işçilər  və  kitabxana  işinə  cəlb  edilmiş  fəallarla  əvvəlcədən 

müzakirə edilməlidir. Kitab icmali keçirərkən imkan daxilində 

müəllifin  iştirakı  da  yerinə  düşərdi.  Kitabxanalar,  həmçinin 

yeni  kitabların  təqdimatını  da  keçirə  bilərlər.  Kitabın  təqdi-

mat  mərasimi  aparıcının  3-5  dəqiqəlik  giriş  sözü  ilə  başlayır. 

O,  tədbir  iştirakçılarını  salamlayaraq,  təqdimatın  məqsədi, 

kitabın  mövzusunun  aktuallığı,  gənc  nəslin  tərbiyəsindəki 

rolundan bəhs edir. Aparıcı təqdim olunan kitabın ya özünü, ya 

da fotoşəklini  nümayiş  etdirir.  Texniki vasitələri olan olan ki-

tabxanalarda  proyektorun  köməyi  ilə  ekranda  kitabın  elektron 

variantı da nümayiş etdirilə bilər. 10-15 dəqiqə ərzində kitabın 

kimlər  üçün  nəzərdə  tutulduğu  barədə  danışılır,  elektron  vari-

antda  kitabın  içindəkilər  (mündəricatı)  göstərilir.  İştirakçılara 

kitabın yerləşdiyi  İnternet ünvanları haqqında məlumat verilir. 

Bir  neçə  dəqiqə  oxucularla  dialoq  aparılır.  Kitabın  əhəmiyyəti 

haqqında rəy və mülahizələr öyrənilir. Mövzuya uyğun suallar 

verilir.  Sualların  yazılı  formada  verilməsini  də  təşkil  etmək 

lazımdır.  Bu  hal  iştirakçıların  fəallığının  artmasına,  tədbirdə 

sıxılmayaraq  iştirak  etməsinə,  onu  maraqlandıran  suallara 

dolğun  cavab  tapmasına  səbəb  olar.  Mərasimdə  müəllifin 

iştirakı da çox vacibdir, çünki, ortaya çıxan bir çox sualları yal-

nız  o  cavablandıra  bilər.  Tədbir  5-10  dəqiqəlik  son  sözlə  ye-

kunlaşdırılır.  Bu  zaman  kitabın  əhəmiyyəti  bir  daha  qeyd 

olunur, əldə olunma yolları haqqında məlumat verilir. 

Kitabxanalar  narkomaniya,  narkobiznes  və  ona  qarşı  mü-

barizə mövzusu ilə bağlı öz tədbirlərini böyük auditoriyalarda: 

məktəblərdə,  Gənclər  mərkəzlərində,  Peşə  məktəblərində,  li-

seylərdə,  ali  məktəblərdə  təşkil  edə  bilsələr  əhəmiyyəti  daha 


 

20 


 

böyuk  olar.  Məsələn:  “Narkomaniyaya  YOX  deyək!”  və  ya 

“Yüksək  mənəviyyatlı  gənclik  uğrunda!”  mövzusunda  mövzu 

gecəsi keçirmək olar. Mövzu müəyyən olunduqdan sonra kitab-

xanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, də-

qiq faktlar əsasında tədbirin planını, ssenarisini tərtib etməlidir. 

Bu  səpkidə  tədbirin  hazırlanması  yaradıcılıq  qabiliyyəti  tələb 

edir. Təşkilatçı tədbirin əvvəlindən axırına kimi bütün element-

ləri (çıxış, rəy, qonaqlara söz vermə, səhnəciklər) ssenaridə əks 

etdirir.  Tədbirin  keçiriləcəyi  yer,  iştirakçıların  yerləşdirilməsi, 

aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçiriləcək ye-

rin  mövzuya  uyğun  bəzədilməsi  əvvəlcədən  dəqiqləşdirilir. 

Lazımi  stend,  sərgi,  plakat,  fotomontajlar  əvvəlcədən  planlı 

şəkildə hazırlanır. Gecə üçün təşkil olunmuş sərgidə mövzuya 

uyğun kitabların siyahısını  da  iştirakçılara təqdim etmək məq-

sədəuyğundur.  Bu  cür  tədbirdə  məktəbin  özfəaliyyət  dərnəyi-

nin  üzvlərinin,  kitabxananın  fəal  oxucularının  iştirakı  ilə  dra-

maturq  Marat  Haqverdiyevin  “Məhəbbət,  şeytan  və  ağ  ölüm” 

əsərindən  səhnəciklər  göstərmək,  şeir  parçaları  səsləndirmək, 

sənədli  filmlərin  nümayişini  təşkil  etmək  olar.  Tədbirin  planı, 

ssenarisi  hazırlanarkən  fəal  oxucuların  fikirlərini  də  bilmək 

vacibdir. 

Kitabxanada narkomaniya mövzusunda “Sual-cavab gecə-



si” keçirərkən əvvəl mövzunun mahiyyətini, əhəmiyyətini açan 

kitablar  seçilməli,  gecənin  keçiriləcəyi  yeri  və  vaxtı  göstərən 

elan hazırlanmalı, gecədə qoyulacaq suallar əvvəlcədən müəy-

yənləşdirilməlidir.  Tədbirin  məktəblilər  arasında  keçirilməsi 

daha  məqsədəuyğun  olardı.  Sorğu  keçirilərkən  uşaqların  yaş 

xüsusiyyətləri nəzərə alınmalıdır. Sualların qabaqcadan müəy-

yənləşdirilməsinə  baxmayaraq,  tədbir  zamanı  yeni  sualların 

meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların sualla-

rını  yazılı  şəkildə  vermələrinə  də  şərait  yaradılmalıdır.  Bu 

onlara  sıxılmayaraq  maraqlandıqları  suallara  ətraflı  cavab  tap-

malarına imkan verər. Qoyulan sualların əhatəli şəkildə işıqlan-


 

21 


 

dırılmasını,  müzakirəsini,  cavablandırılmasını  təmin  etmək 

üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, səhiyyə işçi-

lərini, müəllim kollektivini, valideyn heyətini  də  tədbirə  dəvət 

etmək  çox  yerinə  düşərdi.  Həmçinin,  verilən  suallara  daha 

ətraflı  cavab  vermək  üçün  sual-cavab  gecələrində  əyani 

materiallardan,  fotomontajlardan,  kitab  vitrin  və  sərgilərindən 

istifadə  etmək,  mövzu  ilə  bağlı  ədəbiyyatları  dinləyicilərə 

tövsiyə etmək çox vacibdir. 

“Narkomaniya,  gəncliyimiz  və  ondan  törənən  fəsadlar” 

mövzusunda  keçirilən  sual-cavab  gecəsində  aşağıdakı  suallar 

ətrafında müzakirə aparmaq olar: 

Siz asudə vaxtınızı necə keçirirsiniz? 



Narkomaniya  nədir  və  narkomanlara  münasibətiniz 

necədir? 

Narkotiklərin  xassələri,  onun  şəxsiyyətə  və  insan 



orqanizminə olan ziyanı haqqında nə bilirsiniz? 

Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir? 



Siz gələcəyinizi necə görmək istərdiniz? 

Sual-cavab  gecəsi  cavabların  auditoriyanı  nə  dərəcədə 

qane etməsi, növbəti gecənin hansı mövzuya həsr olunması və 

nəhayət,  aparıcının  yekun  sözləri  ilə  bitir.  “Sual-cavab”  gecə-

sində  “Narkomaniya  gənclərin  düçar  ola  biləcəyi  ən  böyük 

fəlakətdir”  adlı  stendi  də  tədbir  zamanı  nəzərə  çarpan  yerdə 

təşkil  etmək  lazımdır.  Nümunə  olaraq  aşağıda  stendin  forması 

təqdim edilmişdir: 

 

 



 

 


 

22 


 

 

Narkomaniya gənclərin düçar ola biləcəyi ən 



böyük fəlakətdir! 

 

“İnsanların çoxunun dəyərini 

bilmədiyi iki şey vardır: 

sağlamlıqları və zamanları...” 

Hz. Məhəmməd Peyğəmbər 

 

 

 



 

“İnsanın 

sağlamlığını 

qorumaq, onu 

fiziki 

əzablardan xilas 

etmək mühüm

xeyirxah işdir.” 

Heydər Əliyev 

 

 

 

 

Dünyanı, insanları 

fəlakətdən qoruyaq!!! 

 

 

 



 

 

2011-ci ildə 

dünyada-210 mln. nəfər 

Azərbaycanda-27 495 nəfər 

narkoman var.

 

 



 

23 


 

Kitabxanalarda  narkomaniya və  narkobiznesə  qarşı müba-

rizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərti-

binə  xüsusi  fikir  verilməli,  fotomontajdan  istifadə  edilməli, 

seçilmiş hər bir kitab, şəkil, sitatlar dəqiqliklə müəyyənləşdiril-

məlidir. Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şə-

killərlə əlaqələndirmək imkanı verir. Bu da narkotik istifadəçi-

lərinin əvvəlki və narkotikə aludə olduqdan sonrakı vəziyyətini 

əyani şəkildə əks etdirməyə imkan yaradar. Bu işi çox baçarıq-

la  yerinə  yetirmək  lazımdır.  Çünki,  ən  adi  detal  belə  gənc  və 

yeniyetmə oxucunun diqqətinə düzgün çatdırılmalı, onu narko-

tikə, narkomanlara uymamağa səsləməlidir. 

Kütləvi  tədbirlərin  ən  təsirli  formalarından  biri  kitab 

sərgiləridir. Bu mövzuda təşkil olunmuş sərgi bir oyanış, çağı-

rış,  ayıqlıq  xarakteri  daşımalı,  maraqlı  olmalı  və  kitabxananın 

elə bir yerində təşkil olunmalıdır ki, oxucuların diqqətindən ya-

yınmasın və hər zaman onları düzgün həyat tərzi qurmağa, pis 

vərdişlərə uymamağa səsləsin. Kitabxanada “Dünyamızı narko-

maniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgi-

də  aşağıda  təqdim  etdiyimiz  sitatlardan,  adları  verilmiş  kitab-

lardan, eləcə də qəzet və jurnal materiallarından, müxtəlif foto-

şəkillərdən, statistik məlumatlardan istifadə etmək olar. 

Sitat:  

...İnsanın  sağlamlığını  qorumaq,  onu  fiziki  əzablardan 

xilas etmək mühüm, xeyirxah işdir. 

Heydər Əliyev, 

ümummilli lider 

Sitat:  

...Hər  kəs  pis  iş  gördükdən  və  ya  (günah  etməklə)  özünə 

zülm  etdikdən  sonra  Allahdan  bağışlanmağını  dilərsə,  Allahın 

bağışlayan və mərhəmətli olduğunu görər!” 



(Qurani-kərim, “Nisa” surəsi, ayə 110) 

 

 

24 


 

1. Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının dövriyyəsi haqqında: Azərbaycan Respublika-

sının  Qanunu,  28  iyun  2005-ci  il  [Mətn]  //Narkotik  vasitələr, 

psixotrop  maddələr  və  prekursorlar:  (Sənədlər  toplusu).-  Bakı, 

2006.- S.7-31. 

2.Allahverdiyeva,  X.  Narkomaniya  təkcə  iynə  vurmaq 

deyil  -  həyat  tərzidir  [Mətn]  /X.Allahverdiyeva  //Qanun.- 

1999.- №5-6.- S.116. 

3.Əliyev, Q. Narkomaniya və narkotizmlə mübarizə prob-

lemləri [Mətn] /Q.Əliyev; elmi red. F.M.Cavadov; Azərbaycan 

Elmi-Tədqiqat  Məhkəmə  Ekspertizası  Kriminalistika  və 

Kriminologiya Problemləri İnstitutu.- Bakı, 1999.- 122 s. 



4.Həsənov,  E.  Gənclər  arasında  narkotizmin  qarşısının 

alınması  sahəsində  daxili  işlər  orqanlarının  fəaliyyəti  [Mətn] 

/E.Həsənov.- Bakı: Sabah, 1993.- 203 s. 

5.Həsənov,  E.  Narkotiklərlə  bağlı  cinayətlər  [Mətn] 

/E.Həsənov.- Bakı: Azərnəşr, 2000.- 128 s. 



6.Qasımov,  S.  Narkotik  vasitələrin  və  psixotrop  maddələ-

rin qanunsuz daşınması ilə bağlı cinayətlərin istintaqı problem-

ləri [Mətn] /S.Qasımov.- Bakı: Azərnəşr, 2001.- 101 s. 

7.Məmmədov,  S.  Narkotik  cinayətkarlıq  [Mətn]  /S.Məm-

mədov.- Bakı, 2005.- 296 s. 



8.

Məmmədov,  S.  Narkotizmin  cəmiyyətə  bəzi  təzahürləri 

[Mətn] /S.Məmmədov.- Bakı, 2004.- 200 s.

 

9.Narkotik sərxoşluq vaxtı narkomanın davranışının və xa-

rici görkəminin səciyyəvi cəhətləri [Mətn]: narkomanlığa qarşı 

mübarizə  hər  bir  polis  əməkdaşının  borcudur.-  Bakı:  Zaman, 

2002.- 56 s. 

10.Narkotik  vasitələr,  psixotrop  maddələr  və  prekursorlar 

[Mətn]:  (sənədlər  toplusu).-  Bakı:  Hüquq  ədəbiyyatı,  2003.- 

224 s. 

 


 

25 


 

Narkomaniyaya  dair  sərgi  təşkil  edərkən  şüarlardan  da 

istifadə etmək olar: “Ağ Ölümə “YOX” Deyək!”, “Narkotiklər-

dən uzaq durun!” 

Kitabxanalarda narkomaniya və  narkobiznesə  qarşı müba-

rizə  mövzusunda  guşələrin  də  rəngarəng  tərtibinə  xüsusi  fikir 

verilməlidir.  Guşələr  sərgiyə  nisbətən  daha  geniş  və  əhatəli 

olmalıdır.  Guşədə  əlavə  olaraq  narkomaniya  və  narkobiznesə 

aid  kartoteka,  qəzet  və  jurnal  materialları,  tövsiyə  ədəbiyyat 

siyahıları,  mövzuya  uyğun  bir  sıra  sənədlər  və  şəkillər  də  öz 

əksini  tapmalıdır.  Guşələrin  təşkil  edilməsində  əsas  məqsəd 

mövzuya dair ədəbiyyat və sənədləri oxucuya asanlıqla axtarıb 

tapmaqda yardımçı olmaqdır. 

Ümumiyyətlə,  kitabxanaçı  narkomaniyaya  dair  istənilən 

tədbir keçirərkən, ilk növbədə gənc və yeniyetmələrin diqqətini 

narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir. Onun ağır 

fəsadları,  ailənin  başına  gələ  biləcək  müsibətlər  və  nəhayət, 

şəxsin öz taleyi, sonrakı işgəncəli həyatı bütün açıqlığı ilə oxu-

cuların nəzərinə çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca 

məqsədi ondan ibarət olmalıdır ki, gənc və yeniyetmələr sonra-

kı faciəli həyatlarını bir neçə saatlıq həzzə qurban verməsinlər. 

Onlar bir neçə saatlıq sevincin arxasında necə böyük bir fəlakə-

tin olduğunu heç vaxt unutmamalıdırlar. 

 

 



 

 

26 


 

NƏTİCƏ 

 

Narkomanlığın  və  narkotiklərin  qanunsuz  dövriyyəsi  ilə 

bağlı cinayətlərin ölkəmizin iqtisadiyyatına, ictimai asayişə, in-

sanların  sağlamlığına,  mənəviyyatına,  psixologiyasına,  intel-

lektinə vurduğu ziyanı hesablamaq mümkün deyildir. Ölkəmiz-

də də narkotik istifadəçiləri mövcuddur və onlar mütəmadi ola-

raq hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək cinayət 

məsuliyyətinə cəlb edilirlər. Təəssüflə qeyd etmək lazımdır ki, 

son illər bu ticarətlə məşğul olanların sayı artmışdır. 

Ölkəmizdə bu aktual problemin qarşısının alınması məqsə-

dilə ümummilli  liderimiz Heydər Əliyev tərəfindən vaxtilə  bir 

sıra  tədbirlər  həyata  keçirilmişdir.  Ulu  öndər  Heydər  Əliyev 

narkomanlığa  və  narkotik  vəsitələrin  qanunsuz  dövriyyəsinə 

qarşı  mübarizəni  ümumdövlət  vəzifəsi  hesab  edərək,  müvafiq 

fərmanlar imzalamış və problemin həlli üçün keçirilən tədbirlər 

keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 

Hal-hazırda  da  Azərbaycan  dövləti  daima  ölkə  ərazisində 

narkomaniya  və  narkobiznesə  qarşı  mübarizədə  uğurlar  əldə 

etmək  üçün  bütün  cavabdeh  strukturların  fəaliyyətinin  əlaqə-

ləndirilməsinin  başlıca  meyar  olduğunu  qeyd  edir.  O,  daima 

ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə 

uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyə-

tinin əlaqələndirilməsinin başlıca meyar olduğunu bildirir, nar-

kotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizəni  döv-

lət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qa-

baqcıl  dünya  təcrübəsinə  əsaslanan  kompleks  tədbirləri  ardıcıl 

olaraq sistemli şəkildə həyata keçirir. 

Ümumiyyətlə, gənc və yeniyetmələri narkomaniyaya doğ-

ru çəkən daxili və xarici amillərdən əlavə, əsas aparıcı amillər-

dən  biri  yeniyetmə  psixologiyasına  xas  olan  xüsusiyyətlərdir: 

istək, liderlik,  bütün  yeniliklərlə maraqlanmaq. Bura  gənclərin 

asudə vaxtlarının təşkili, onların məşğulluq səviyyəsi, işsizliklə 



 

27 


 

bağlı  problemlər  də  daxildir.  Ancaq  narkomaniyaya  aludə  ol-

maq səbəbini yalnız sosial vəziyyətlə bağlamaq olmaz. Uşaqlıq 

yaşlarından  başlayaraq  təlim-tərbiyə  işlərini  düzgün  şəkildə 

həyata keçirmək lazımdır ki, yeniyetməlik və gənclik dövründə 

bu cür hallarla qarşılaşmayasan. Təbliğat cəmiyyətdən gəlsə də 

bu  ailələr  səviyyəsində,  məktəb  səviyyəsində  yetərincə  aparıl-

malıdır.  Məktəblərdə  maarifləndirmə  işləri  lazımi  səviyyədə 

təşkil olunmalı, asudə vaxtın səmərəli təşkilindən tutmuş insa-

nın  düzgün  formalaşmasına  qədər  kompleks  tədbirlər  planı 

həyata  keçirilməlidir.  Lazım  gəldikdə  kitabxanalar  bu  mövzu 

ilə  bağlı  öz  tədbirlərini  böyük  auditoriyalarda:  məktəblərin, 

mədəniyyət şöbələrinin akt zallarında təşkil etməli, bütün yerli 

əhalini bu tədbirlərə cəlb etməlidir. 

Narkomaniyaya qarşı mübarizədə ictimai təşkilat, mətbuat, 

mədəni-maarif orqanları və kitabxanalarla yanaşı, valideynlərin 

də  rolu  böyükdür.  Onlar  məktəb  və  kitabxanalarla  sıx  əlaqə 

saxlamalı, övladlarının tərbiyəsində yaxından iştirak etməlidir-

lər. Lazım gəldikdə valideynlərlə uşaqlar arasında bu cür möv-

zular açıqlanmalıdır. Ümumiyyətlə, yaxşı mənada uşaqları təh-

sillə  elə  yükləmək  lazımdır  ki,  onların  boş  vaxtı  qalmasın  və 

başqa əyləncə axtarmaq niyyətinə düşməsinlər. 

 

 

 



 

28 


 

Yüklə 257,23 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin