Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə8/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
İmarət Diplom işi-converted

II Fəsil





    1. Yazıçı haqqında məlumat

Cerom Devid Selincer XX əsrin ədəbi nöqteyi-nəzərdən dəyərləndirildikdə istər Amerikada, istərsə də dünyada ən qəribə və sirli yazıçısı hesab olunur. Yazıçı 91 yaşında vəfat etsə də, 1965-ci ildən heç bir yeni əsərini öz oxucularına çatdırmamış və 1980-ci ildən bəri isə heç bir açıq müsahibə verməmişdir. Selincer elə yaradıcılığının ilk illərindən bəri şöhrətpərəstlikdən uzaq durmuş, əsərlərinin Hollivudda işıq üzü görməsinə qətiyyətlə qarşı çıxmışdır. Onun ən çox rəğbət görən və hələ də dünyada bestseller olan “Çovdarlıqda uçurumdan qoruyan” romanı yazıçıya dünya şöhrəti gətirmişdir. Lakin elə həmin əsərin ikinci nəşrindən sonra Selincer öz şəklinin bütün kitablarından çıxarılmasını tələb etmişdir. Ümumiyyətlə, yazıçı jurnalistlərlə müsahibələrdən daima yayınmış və öz şəxsi həyatını gizli saxlamışdır. Sırf buna görə də Cerom Devid Selincerin qəbul olunmuş bioqrafiyası o qədər də zəngin deyil.

Cerom Devid Selincer 1919-cu il yanvarın 1-də Nyu York ştatının Mattahan şəhərində pendir və kolbasa ticarəti ilə məşğul olan Sol Selincerin yəhudi ailəsində dünyaya göz açmışdır. Anası Mari Selincer isə yarışotland, yarıirland köklərə sahib Amerikalıdır. Ceromun özündən böyük Doris adında təkcə bir bacısı olmuşdur.

Selincer uşaq ikən bir neçə məktəb dəyişmiş, sonuncu siniflərini Makburnidə oxumuşdur. Təhsil aldığı dönəmdə məktəbdə keçirilən teatr oyunlarının bir neçəsində çıxış edərək öz istedadını nümayiş etdirmişdir. Ancaq atası onun bu arzusuna qarşı çıxmışdır. Sonradan həmin məktəbi də tərk edərək Velli Forc Hərbi məktəbində təhsilini tamamlamışdır. Elə ilk əsərləri də burada növbətçi zabit görməsin deyə “adyal altında, fənər işığında” yazdığı kiçik hekayələr olmuşdur. Daha sonra 1936-cı ildə C. Selincer ali təhsil almaq üçün Nyu York Universitetinə daxil olur ancaq bir müddət sonra buranı tərk edir, atası isə ona məşğul olduğu biznesin sirlərini öyrədərək oğlunu Avstriyaya yola salır. Almaniya buranı işğal etdikdən sonra Selincer Amerikaya qayıdır və ədəbi fəaliyyətlə məşğul olmaq qərarı alır. Bu sahədə özünü inkişaf etdirmək üçün Selincer bir neçə kurslara qatılır və öz gələcək dostu və bir növ himayədarı olan Barnetlə tanışır. Yazdığı hekayələri yüksək qiymətləndirən Barnet “Gənc adamlar” (“The Young Folks”) əsərini “Story” jurnalının 1940-cı ildə dərc etmək üzrə götürür.

1942-ci ildə İkinci Dünya Müharibəsinə çağırılan və müttəfiq qoşunların bir neçə döyüşlərində iştirak edən Selincer Parisdə hərbi müxbir kimi fəaliyyət göstərən Heminqveylə tanışır. O, Heminqveyin dostcasına münasibətindən və sadəliyindən mütəəsir olur, Heminqvey də onun bir neçə əsərini oxuyaran qələmindəki cövhəri görür. Onlar müharibə bittikdən sonra da bir müddət məktublaşırlar.

Selincer elə müharibədə olduğu müddətdə də yazmağa davam edir və “Ciller’s”, “Saturday Evening Post” kimi jurnallarda bir neçə hekayələri çap olunur. “New Yorker” jurnalına bir çox əsərini göndərsə də çap olunmasına müvəffəq ola bilmir.

1948-ci ildə Selincer “Banan balığının asan ovlanan günü” hekayəsini “New Yorker” jurnalına göndərir. Hekayə jurnal redaktorlarına o qədər güclü təsir bağışlayır ki, onu dərhal çap etmək qərarına gəlir və gələcək hekayələrinin ilkin söz haqqının jurnala verilməsi barədə müəlliflə müqavilə imzalayırlar.

Təxminən elə həmin illərdə Selincer bəzi dostlarına bildirir ki, “Medisonda yumşaq qiyam” hekayəsinin baş qəhrəmanı yeniyetmə Holden Kolfild barədə yazır. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, müharibədən qayıdandan sonra Selincer ilk vaxtlar valideynlərinin yanında Nyu-Yorkda yaşayır. Lakin buradakı səs-küylü gecələr, içki məclisləri, qızğın mübahisələr onu təngə gətirir və o artıq planlaşdırdığı romanını yazmaq üçün ucqar bir məhəlləyə köçür, orada yaradıcılığı ilə məşğul olur. Nəticədə 1951-ci il iyulun 16-da “Çovdarllıqda uçurumda qoruyan” romanı çap olunur. Belə ki, romanla bağlı ilk reaksiyalar bir qədər mübahisəli və ziddiyyətli olur. Romana “Nyu-York Tayms” qəzeti “qeyri-adi dərəcədə əla roman” rəyini versə də, bəzi tənqidçilər kitabın dilinin, eləcə də baş qəhrəmanın “ədəbsiz və tərbiyəsiz” olduğunu vurğulayırlar. Əsərdə dövrün dini əqidələrinə, həmin dini ehkamlara qarşı etiraz səsləndiyinə görə dövrün tənqidçiləri bu zidd fikirləri qəbul etmir. Lakin bütün bunlara baxmayaraq əsər öz fikirləri ilə istər öz dövrünün, istərsə də günümüzün bestsellerinə çevrilir.

Selincer 1961-ci ildə "Frenni və Zui", 1963-cü ildə isə "Dülgərlər, qaldırın taxtabəndləri" və "Seymur: Tanışlıq" kitablarını nəşr etdirir. Bu kitablara daxil edilən dörd əsər (hər birində iki povest) avvəllər "Nyu-Yorker" jurnalında dərc olunmuşdur. Yazıçının bir digər əsəri 1965-ci ilin iyununda "Nyu-Yorker" jurnalında çap olunan "Hapvort, 16, 1924" povestidir. Həmin silsilədə yazıçının ən sevimli personajlarından biri olan Seymur Qlassın yeddi yaşında yay düşərgəsindən yazdığı mək tub formasında olan epistolyar xarakterli bu povest C.D.Selincerin, kitab şəklində olmasa da, çap üzü görmüş son əsəri olaraq qalır.

Selincerin ailə həyatının heç də uğurlu olmadığını görürük. Belə ki, 1941- ci ildə məhşur dramaturq O’Neylin qızı Oana O’Neyllə münasibətə başlasalar da bu Oana Çarli Çaplinlə görüşməyə başlayana qədər çəkib. Sonradan Oana Çarli Çaplinlə evlənmişdir. Müharibə bitdikdən sonra Almaniyada qalan Selincer 1945-ci ildə burada Silviya adında bir qadınla tanış olur və onunla

evlənir, lakin bu evlilik cəmi 8 ay çəkir. 1955-ci ildə isə tələbə Klar Duqlasla evlənir. Evlilikdən iki övladı, Marqaret və Mett dünya gəlir.

Selincer bu zamanlarda müxtəlif dini təriqətlərə sitayiş edirdi, bu dəyişikliklər və ailə daxili məsələlər onu hətta dəli olmaq dərəcəsinə çatdırmışdır. Özünü təcrid şəklində yaşayan yazıçıya tab gətirməyən həyat yoldaşı 1967-ci ildə tam rəsmi şəkildə boşanır.

Bundan sonra özündən yaşca çox kiçik 18 yaşındakı Coys Marnerdla bir ilə yaxın münasibətdə olur. Yazıçının tərki-dünya olduğu, əsasən özünü təcrid şəklində həyatına davam etdiyi, şöhrətpərəstlikdən uzaq olduğu və demək olar ki, müsahibələrinin heç olmadığı onun həyat və yaradıcılığı haqqında məlumatları əlçatmaz hala gətirmişdir. Dövri mətbuatda haqqında yazılanların çox olmasına baxmayaraq əsasən Coys Marnerdin “Dünya evində: Xatirələr”(1999) və qızı Marqaret Selincerin “Atam haqqında xatirələr” kitablarından əldə etmək mümkündür.

Yazıçı 2010-cu ildə yanvarın 27-si Nyu-Hempşirdə 91 yaşında vəfat etmişdir.



    1. Yüklə 45,23 Kb.

      Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin