Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi



Yüklə 118,03 Kb.
səhifə6/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
kompc3bcter-qurc49fularc4b1

Çipset : Çipsetin məhsuldarlığından butun kompüterin məhsuldarlığı asılıdır. Prosessor yaxşı olduğu halda çipset yaxşı olmasa kompüterin performansı yenə yaxşı olmayacaq. Çipset ana platalarda daxili cihazlar arasında verilənlər transferi və xarici cihazlarnan əlaqə yaratmaq üçündür. Çipset kompüterlərdə prosessorun, yaddaşın və giriş çıxış proseslərinin əlaqələndirici komponenti kimi çıxış edir . Kompüter üzərində olan cihazlar adətən fərqli sürətdə və fərqli növdə əlaqələrə sahibdirlər. Digərləri ilə birbaşa transfer edə bilməzlər və buna gorə də çipsetə ehtiyacları var. Bütün bu qurğular hansısa yolla prosessorla əlaqə saxlamalıdırlar. Problem ondadır ki, bu qurğuların hamısını prosessora qoşmaq mümkün deyil, çünki onlar hamısı müxtəlif sürətlərlə işləyirlər. Məsələn: Ram qurğusu çox sürətlidir, onun işləməsi üçün yüksək takt tezliyi lazımdır, printersə çox zəif işləyən qurğudur. Bu qurğuların hamısı və prossessor üçün bir vasitəçi lazımdır. Bu vasitəçi vəzifəsini də Çipset həyata keçirir .
North Bridge” və South Bridge” onların PCİ şinlərinə uyğun yuxarıda və ya aşağıda olmağına görə qeyd olunur. “North Bridge” əsasən prosessordan, RAM-dan, AGP və ya PCI express verilənlər yollarına cavabdehdir , adı çəkilən hissələri yoxlayır və bunlar arasında məlumat ötürülməsini təmin edir. “North Bridge” funksiyasına görə CPU-ya, RAM-a və AGP yuvalarına yaxın olmalıdır, çünki verilənlər yolu nə qədər qısa olsa siqnal o qədər təmiz və xətasız olar.
South Bridge” isə giriş-çıxış yuvalarından, güc istifadəsindən, PCI yuvalarından, USB, İDE, SATA və anaplataya inteqrasiya olunmuş (səs və şəbəkə kartı kimi) digər hissələrə cavabdehdir. “South Bridge” - un fəaliyyəti minimal vaxtda yaddaşa müraciətlərin idarə edilməsidir. Çipset istehsalçısı firmalarına Intel, Nvidia , ATI\AMD , VIA və SIS – I misal göstərmək olar. İntel firması hazırda liderliyini qoruyub saxlayır.
Əməli yaddaş (RAM - RANDOM ACCESS MEMORY) : Əməli yaddaş çox sürətli yaddaşdır, buna operativ və müvəqqəti yaddaş da deyilir. Prosessor müvəqqəti olaraq proqramları və məlumatları RAM - da saxlayır və icra edir. Proqram üzərində hər hansı bir əməliyyat apardığımız zaman proqram RAM üzərində çalışmış olur. Əks halda proqram HDD üzərində çalışmış olsaydı hər dəfə yeni əmr verdikdə həddindən artıq vaxt itkisi ilə qarşılaşardıq.
RAM müvəqqəti olaraq məlumatı yaddaşda saxlayır . Məlumatlar yalnız kompüter işləndiyi zaman, yəni enerji olduqda RAM-da qalır. Enerji kəsildikdə məlumatlar avtomatik olaraq RAM-dan silinir. Daimi yaddaş kimi istifadə oluna bilməz. 2 əsas tipi vardır:
Dinamik yaddaş (DRAM) və statik yaddaş (SRAM)
DRAM ( Dynamic RAM) – ın EDORAM və SDRAM kimi növləri vardır. SDRAM özü 2 yerə ayrılır:
SDR (SINGLE DATA RATE) və DDR (DOUBLE DATA RATE). Hazırda DDR ramları geniş istifadə olunur. Həcm olaraq Ramlar, 1024 MB , 2048 MB , 4096 MB və s. ola bilər . Yaddaş modulunun layihələşdirilməsinin iki yolu vardır : 1) Bircərgəli (SİMM modulu)
2) İkicərgəli (DİMM) modulu və daha çox cərgəli DİMM slotu DDR 2 və DDR 3 – də istifadə olunur.
SO DİMM (SMALL OUTLİNE DUAL İNLİNE MEMORY) – Bunlar DİMM slotlarının kiçildilmiş formasıdır. Noutbooklarda istifadə olunur.
Hazırda istifadə etdiyiniz RAM miqdarının öyrənilməsinin bir neçə üsulu vardır: “My Computer” ikonu üzərində mausun sağ düyməsini sıxmaqla “Properties“-i seçib RAM miqdarınızı öyrənə bilərsiniz.

Bundan başqa “Alt”+”Ctrl”+”Delete” və ya “Ctrl”+”Shift”+”Esc” klaviş kombinasıyalarından istifadə edərək “Task Manager”-i açıb “Performans” hissəsindən ümumi RAM miqdarını və hal-hazırda istifadə olunan RAM miqdarını görmək olar. Ram problemi olduqda və ya olmasından şübhələndikdə Memtest kimi bir çox proqram vasitələri ilə əməli yaddaşı test etmək mümkündür

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin