Sistem bloku : Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir.
Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş ,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur.
Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir. Ölçülərinə görə sistem blokları müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna görə əsasən ana platanın ölçüləri nəzərə alınır. Ventilyasiya yuvaları adətən arxa və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fan - lar montaj olunur. Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır:
Xarici qurğular
Ana plata , CPU , RAM , ekran kartı , HDD , Lan Card ,DVD-RW , Modem , TV Tuner və s.
Monitor : Kompüterinxarici qurğusudur.Verilənlərivizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm.
Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünür:
CRT (Cathode Ray Tube) - elektron-şüa borusu
Plazma ekranlı monitorlar
LCD (Liquid Crystal Display) - mayekristal
Plazma və maye kristal monitorlar nazik səth formasındadır, çəkiləri çox kiçikdir. Monitorlar təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər.