Mövzu 7: Kafe və barlarda xidmətin təşkili plan. Kafelərin təsnifatı. Barların təsnifatı



Yüklə 60 Kb.
səhifə4/6
tarix18.10.2022
ölçüsü60 Kb.
#65373
1   2   3   4   5   6
Movzu 7.

Service bar( xidmət barı). Bu növ barlarda müştəriyə xidmət restoran işçisi tərəfindən təqdim olunur. Burada içkilər çox çeşidlidir və şərablar butulkalarda satılır. Barın idarəçiliyi restoranda olduğu kimidir. Servis üçün əlavə ödəniş alınmır və sifarişlər servisə uyğun təqdim olunur.
Funksiyalı bar (Banket barı). Bu növ barlar daimi deyil müvəqqəti fəaliyyət göstərir. Dəyişkənlik məqsədilə sabit avadanlıqlardan və yüksək bar dəzgahlarından istifadə olunmur. Funksiyalı barlarda istifadə olunan içkilərdə məhdudiyyətlər olur. Bu tip barlar banket, konfrans, simpozium və s. tədbirlərin iştirakçılarına xidmət göstərir. Burada nağd satışla arabalarda tütün, qənnadı və içki məmulatları satılır. Təkərləri olan bar konfrans salonu və digər içki servisi lazım olan yerlərdə istifadə olunması üçün çox münasibdir.
Wine bar ( şərab barı). Şərab barı normal halda şərab və şərab məhsullarından olan içkilər təklif edir. Bəzi şərab barlarda şərabla birlikdə pivə də servis edilir. Bu növ barlar ümumiyyətlə restoran, aperitif yemək və bar kimi işlədilir. Burada müştərilərə isti və soyuq yeməklər, pendir növləri təqdim olunur. Bu növ barlarda sabit bar quruluşu və yüksək keyfiyyətli bar dəzgahları mövcuddur.
Cafe bar. Bəzi ölkələrdə mövcuddur. Müştərilərə məhdudlaşdırılmış içki çeşidləri və yanında da tez hazırlanan yüksək keyfiyyətli yeməklər təqdim olunur.
Pool bar (hovuz kənarı bar). Əsasən kurort otellərdə, üzgüçülük hovuzlarına yaxın yerlərdə fəaliyyət göstərir. Bəzən quruluşa uyğun olaraq hovuzun ortasında bir yerə qurula bilər. Bu da müştərilərin sudan çıxmadan içki sifariş etmələrini asanlaşdırır. Bu növ barlarda şüşə qədəhlərdən istifadə olunmur, çünki sınmış şüşə qədəh parçaları böyük fəsadlar yarada bilər. İçkilər plastik qədəhlərdə təqdim olunur. Bəzi hovuz kənarı barlarda içkinin miqdarı məhdudlaşdırılır və yüngül yeməklər təqdim olunur. Bunun əsas səbəbi hovuzda dincələn müştərilər az alkaqollu və rahatlaşdırıcı (sərinləşdirici) içkilər qəbul etməyə daha çox üstünlük verirlər. Açıq olduğu zamanlar havanın vəziyyətinin nəzərə alınması mühüm şərtdir. Bu cür barlarda eyni zamanda əyləncəli tədbirlər də keçirilir.

Yüklə 60 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin