Mövzu 7: Kafe və barlarda xidmətin təşkili plan. Kafelərin təsnifatı. Barların təsnifatı



Yüklə 60 Kb.
səhifə3/6
tarix18.10.2022
ölçüsü60 Kb.
#65373
1   2   3   4   5   6
Movzu 7.

Barların növləri:

Barların yaranması ilə yanaşı onların müxtəlif məqsədlər üçün istifadə olunması da inkişaf etməyə başladı. Buna səbəb isə insanların mükəmməl şəkildə məmnuniyyətini təmin etmək istəyi olmuşdur. Barların müxtəlif formaları mövcuddur.


Amerikan barı. Amerikan barlarda bütün növ içkilərin və kokteyllərin servisi mövcuddur. Digər barlardan fərqi içkilərin barmen tərəfindən qonaqların gözü qarşısında hazırlanıb servis olunmasıdır. Bu növ barlarda qonaq stulda oturub barmenlə söhbət edər, barmenin içkini hansı qaydada hazırlamasına tamaşa edə bilər. Bu növ barlarda çalışan barmenlərin xarici dil bilməsi, işini yaxşı bilməsi və əhatəli məlumata malik olması vacibdir.
Snake bar. Çay, kofe, yüngül alkoqollu və alkoqolsuz içkilərlə birlikdə aperitiv yeməklərin də servis olunduğu bardır. Bu növ barlarda bar masasının yanında alçaq masalar yerləşdirilir. Vaxtı az olan və tez nəsə yemək istəyən qonaqların seçdiyi bar növü hesab olunur.
Milk bar (süd barı). Süd barı bəzi ölkələrdə hələ çox geniş yayılmamışdır. Bu barlar əsasən orta və ali təhsil ocaqlarında təhsil alan gənclər üçün nəzərdə tutulmuşdur. Gənclər asudə vaxtlarında həmin bara gələrək süddən hazırlanmış hər hansı bir içkiylə yüngül sendviç yeyə bilərlər.
Restaurant bar (restoran barı). Restoran bara aperitif bar da demək olar. Restoranın açıq olduğu vaxtlarda fəaliyyət göstərir. Bu növ barlar qonaqların restoranlarda yeməkdən əvvəl iştahaçıcı kimi hər hansı bir içkinin sifarişi üçün əlverişlidir. Burada sərt içkilərin əvəzinə bir qədər yumşaq içki və kokteyllərin satışı üstünlük təşkil edir. Bu barlar son zamanlar yüksək templə inkişaf edir.
Cocktail bar (kokteyl bar). Kokteyl barlar çox çeşidli kokteyllər və digər qarışıq içkilərin təklif olunduğu ictimai iaşə müəssisəsidir. Bu növ barlarda içki çeşidi bol olur. Bəzilərində pivə çəlləkdə verilir, bəzən də içərisində alkoqol olmayan çay və qəhvə təklif olunur. Burada istifadə olunan avadanlıqlar birdəfəlik yerləşdirilir və köçürülmür. İstifadə olunan dekorasiya və quruluş yüksək səviyyədədir. Kokteyl barlarda qiymətlər digər barlara nisbətən yüksək olur. Bu barın tutumu 25, 50, 75 nəfər üçün hesablanır. Kokteyl –Xoll Kokteyl bardan yalnız tutumuna görə fərqlənir (50, 75, 100 nəfər).

Yüklə 60 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin