Няшриййатын директору: Ислам ширинов



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix25.12.2016
ölçüsü2,07 Mb.
#2902
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
 Sima İSMAYILOVA 
     Biblioqrafiyaşünaslıq kafedrasının 
  baş müəllimi 
                            
 
UŞAQ ƏDƏBİYYATINA   DAİR  BİBLİOQRAFİK 
İNFORMASİYAYA  SOSİAL  TƏLƏBAT 
 
Respublikamızın müstəqillik yolu ilə inamla irəlilədiyi bir zamanda 
böyüməkdə olan uşaq və yeniyetmələrin düzgün və məqsədyönlü tərbiyəsi, ana 
vətənə, müqəddəs torpağa məhəbbət,  şəhidlərimizin unudulmaz xatirəsinə 
ehtiram və  gələcəyə inam ruhunda yetişdirilməsi, gənclərin dünyagörüşünün 
formalaşdırılması, vətənə layiqli vətəndaş kimi yetişdirilməsində  uşaq 
ədəbiyyatının rolu böyükdür. 
Uşaq ədəbiyyatı tarixinin bəşər övladının yaşı qədər çox qədim dövrlər-
dən başladığını söyləsək səhv etmərik. Yuxularımızı ərşə çəkən sehrli nağıllar, 
analarımızın laylaları, bayatıları uzun illər mənəvi  dünyamızın zəngin xəzinəsi 
olmuşdur. Uşaq  ədəbiyyatı bütün insanların  bəhrələndiyi və çox sevdiyi bir 
ədəbiyyatdır. Dünyanın ən uca sərkərdələri, sənət dühaları belə uşaq ədəbiyya-
tının gözündən su içib zaman-zaman öz adlarını tarixin səhifələrinə yazmışlar. 
Uşaqlar bizim gələcəyimizdir. Bu müdrik firkin məna çalarları çoxdur. 
Onların məhz xoş sabahımız olmaları bu günün necəliyindən çox asılıdır. Elə 
buna görə də ölkə başçısı cənab İlham Əliyev  22 dekabr 2008-ci ildə “2009 –
cu ilin “Uşaq ili” élan edilməsi haqqında” sərəncam imzalayıb.  
Sərəncamdan irəli gələn vəzifələrin həllində ölkədə  fəaliyət göstərən 
dövlət qurumları ilə yanaşı kitabxanaların da vəzifələri müəyyənləşdirilmişdir. 
Cəmiyyətin mədəni sərvəti və informasiya bazası olan  kitabxanalar müasir 
dövrdə olduqca mürəkkəb sosial funksiyaları yerinə yetirməklə, uşaqların 
mütaliə mədəniyyətinin formalaşmasına səmərəli təsir göstərir. Kitabxanaların 
yerinə yetirdikləri funksiyalar “Kitabxana işi haqqında” Azərbaycan Respubli-
kasının Qanununda daha ətraflı öz əksini tapmışdır. Qanunda yazılır: 
“Kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi 
çap əsərlərini və digər  informasiya daşıyıcılarını toplayıb, mühafizə edən, on-
ların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellectual və mənəvi 
potensialının inkişafına  xidmət göstərən sosial institutdur” (1). 
Bəşər sivilizasiyasının  ən böyük nailiyyətlərindən biri olan kitab nəsil-
dən-nəslə  məhz kitabxanalar vasitəsilə çatdırılır. Ulu öndərimiz H.Əliyev  
kitabxanaların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Kitabxana xalq, 
millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka 
mənbəyidir”(2). 
 
156


Müasir dövrdə kitabxanalar bəşəriyyətin elmi sərvətini toplayıb, qoruyub 
onları insanların istifadəsinə verməklə elmin, mədəniyyətin və yeniyetmələrin 
dünyagörüşünün formalaşdırılması, elmin və texnikanın yeni nailiyyətlərini, 
ətraf aləmdə baş verən təbiət və  cəmiyyət hadisələrinin mahiyyətinin dərk 
edilməsinə uyğun iş aparmaq,  respublikamızın həyatında baş verən əlamətdar   
hadisələrin təbliğinin günün tələbləri səviyyəsində qurmaq kimi mühüm 
vəzifələri yerinə yetirirlər. 
Milli-mənəvi dəyərlərimizi özündə  əks etdirən uşaq  ədəbiyyatına olan 
qayğı  və diqqətin nəticəsi olaraq ədəbi irsimizin qorunmasınhda ulu öndər 
H.Əliyevin davamçısı cənab president İlham Əliyev “Azərbaycan dilində latın 
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü 
il tarixli sərəncamı  imzalamışdır. Bu sərəncama  əsasən təkrar nəşr edilən 
kitablar ölkə kitabxanalarına hədiyyə edilir, bununla da  uşaq ədəbiyyatına olan 
biblioqrafik informasiya tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. 
Uşaq ədəbiyyatı hər bir yeniyetmənin, gəncin gələcəyini müəyyənləşdirir, 
sənət, ixtisas seçimində, elmin sirlərinə yiyələnməkdə yardımçısı olur. Bundan 
başqa uşaq ədəbiyyatı uşaqların mütaliə mədəniyyətinin yüksəldilməsinə də öz 
təsirini göstərir. Uşaqlar bədii ədəbiyyat vasitəsilə keçmişi, bugünkü həyatımızı 
və inkişafımızı bədii şəkildə öyrənirlər. Ona görə də uşaqların yaş  xüsusiyyət-
lərinə və bilik səviyyələrinə uyğun ən yaxşı əsərlərin təbliğ   edilməsi mühüm 
əhəmiyyətə malikdir. Uşaq əsərlərinin təbliği  üçün biblioqrafiyaya böyük ehti-
yac vardır. Azərbaycan  ədəbiyyatı biblioqrafiyasının  əsas qollarından birini 
uşaq ədəbiyyatının biblioqrafiyası təşkil edir. Uşaq ədəbiyyatının müxtəlif yaşlı 
oxucular arasında təbliğ edilib yayılması, onun biblioqrafiyasının daha da inki-
şaf etdirilməsini tələb edir. Uşaq ədəbiyyatının biblioqrafiyası ədəbiyyat təbli-
ğində və şagirdlərin mütaliəsinə rəhbərlikdə ən mühüm  vasitə hesab olunur. 
Müstəqil respubmlikamızda uşaq kitabxanaları  tərəfindən həyata keçiri-
lən bütün biblioqrafik işlər, müxtəlif yaşlı  uşaqların mütaliəsinə  rəhbərlik və 
ümumi biblioqrafik informasiyanın  genişlənməsinə kömək etməklə  bərabər, 
həm də uşaqların mütaliə mədəniyyətinin tərbiyəsi ilə bağlıdır. 
Gələcəyimiz olan uşaqların, bugünkü məktəblilərin dünyagörüşünün 
zənginləşməsində, estetik və  mənəvi tərbiyəsində, tədris prosesində, onların 
əxlaqi tərbiyəsində, bir sözlə  uşaq və  gənclərin formalaşmasında uşaq 
kitabxanalarının rolu böyükdür. Uşaq kitabxanalarında  əsas tərbiyə vasitəsi 
kitabdır. Bütün şüurlu həyatı boyu insanı  müşayiət edən kitab onun etibarlı  
məsləhətçisi və dostudur, mənəviyyat məbəyidir. 
Müstəqillik dövründə  cəmiyyətimizin bütün sahələrində  əsaslı  dəyi-
şikliklər getdiyi bir zamanda kitabın rolu və  əhəmiyyəti daha da artmışdır. 
Çünki kitab dövlət quruculuğumuzun alovlu təbliğatçısıdır. Kitab uşaq 
oxucularının psixologiyasının dəyişməsinə kömək edir, onların formalaş-
masının, tərbiyələnmələrinin etibarlı silahıdır. Müasir dövrdə qarşıda duran ən 
 
157


mühüm vəzifələrdən biri hərtərəfli inkişaf etmiş  şəxsiyyətlər yetişdirməkdir. 
Milli  şüur və  ləyaqətin tarixi kökləri təsdiq edir ki, hər bir xalq, həmçinin 
Azərbaycan xalqı özünün tarixi şəxsiyyətlərilə öyünməyə mənəvi haqqı vardır. 
Milli  şüurun formalaşmasına müxtəlif amillər təsir göstərir ki, bunlardan da  
əsası uzun illər respublikamızda  formalaşmış uşaq ədəbiyyatıdır. 
Uşaq  ədəbiyyatı  bəşəriyyətin yaratmış olduğu bütün maddi və  mənəvi 
sərvətləri yeni nəslə öyrədir, onları bu sərvətin  əsl varisi kimi  tərbiyə edir. 
Uşaq ədəbiyyatı - ədəbiyyatın tərkib hissəsi olub, məqsəd  və vəzifəsinə 
görə  17 yaşına qədər  müxtəlif oxucu qruplarının təlim, təhsil və əxlaqi-estetik 
tərbiyəsinə yönəldilən əsəsrlərə deyilir. (3) 
Oxucuların yaş xüsusiyyətlərini nəzərə alan uşaq ədəbiyyatı, əxlaqi-tərbi-
yəvi məzmunu ilə bərabər, özünəməxsus mövzu, ideya, dil-üslub xüsusiyyətlə-
rinə  də malikdir. Uşaqlar üçün yazmaq olduqca çətindir.Onun özünəməxsus 
xüsusiyyətləri yazıçıdan fitri istedadla, elmi biliklərə yiyələnməklə yanaşı, uşaq 
aləmini dərindən öyrənməyi tələb edir. Müxtəlif yaşlı  uşaqların maraq 
dairəsini, estetik zövqünü öyrənmədən, onu müəyyən məqsədə döğru yönəlt-
mək, onun fərdi meylini inkişaf etdirmək olmaz. Məlumdur ki, hər bir insanın 
müxtəlif xarakterə və məzmuna malik çoxlu informasiya tələbatları ola bilər. 
Uşaqların biblioqrafik informasiya almaqla bağli olan sənəd tələbatları, 
maraqları və sorğuları müxtəlifdir. Cəmiyyətdə sənəd tələbatı obyektiv olaraq 
həmişə var və baş verdiyi dövrün konkret  sosial şəraiti ilə  şərtləşir. Fərdi 
tələbat isə fərdin şəxsi xüsusiyyətlərinə görə dürüstləşdirilir. 
Uşaqların tələbatları maraqları vasitəsilə reallaşır. Maraq tələbatın 
səciyyəvi mövcudluq formasıdır. Maraq öz növbəsində informasiya istifadə-
çisində subyektiv şəkildə formalaşan sorğuya çevrilir. Sənəd maraqları  və 
sorğuları sənəd tələbatlarının  səciyyəvi  mövcudluq formasıdır. 
Uşaq  ədəbiyyatı  uşaqların yaş  səviyyəsinə münasib bir üslubda yazılır. 
Pedaqoji təlimə  əsasən 17 yaşına qədər olan oxucular dörq qrupa bölünür: I 
Bağçayaşlı  uşaqlar (3-7), II Kiçik yaşlı  məktəblilər (7-11), III Orta yaşlı 
məktəblilər (11-15), IV Yuxarı yaşlı  məktəblilər və yaxud gənclər (15-17). (3) 
Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu bölgünü nəzərə alır. Eyni za-
manda bilir ki, uşaq ədəbiyyatı oxucuların  yalnız yaşı  ilə müəyyənləşmir. Bu-
rada uşağın ictimai mühiti, inkişafı, idrakı, zövqü, nitqi, bilik dairəsi də nəzərə 
alınır. Uşaq oxucularının tələbatlarını  və maraqlarını öyrənərkən bu cəhətlərə 
diqqət yetirilməlidir. Uşaq yazıçısı bu xüsusiyyətləri nəzərə almadan öz 
əsərinin ünvanını düzgün müəyyənləşdirə bilməz. Uşaq aləminə dərindən bələd 
olan yazıçı yeniyetmələrin yaş xüsusiyyətləri ilə bağlı tələbləri nəzərə alır. 
Məzmun və mündəricəsindən, məqsəd və  vəzifəsindən göründüyü kimi, 
uşaq  ədəbiyyatı ayrı-ayrı elmlərlə  təmasda yaranıb inkişaf edir. Pedaqoqika, 
psixologiya, etika, estetika, incəsənət, təbabət və  dəqiq elmlər uşaq 
ədəbiyyatında bu və ya digər dərəcədə qovuşur. Bu elmlərsiz uşaq ədəbiyyatı 
 
158


bəsit və  məzmunsuz görünərdi. Çünki, gəncliyin hərtərəfli inkişaf  etməsində 
bu elmlərin hər birinin özünəməxsus yeri vardır. 
Tarixin müxtəlif keçidlərində yaranan uşaq ədəbiyyatı klassik ədəbiyyatın 
ənənələrini davam etdirməklə xalq həyatını daha dolğun, hərtərəfli işıqlandır-
mışdır. Beləliklə, uşaq  ədəbiyyatı  mənəvi-estetik və ideya-məfkurəvi tərbiyə 
məktəbinə çevrilmişdir. Öz qaynaqlarını  əsrlərin dərinliyindən alan Azərbay-
can uşaq ədəbiyyatı təravətli, təsirli və uzunömürlüdür. Şifahi xalq ədəbiyyatı 
xəzinəsinin inciləri – nağıllar, mahnılar, dastanlar, atalar sözləri, lətifələr və s. 
uşaq ədəbiyyatını xəlqilik və bədii sənətkarlıq baxımından zənginləşdirir.  
Məlumdur ki, hər hansı milli ədəbiyyatın zənginləşməsində  və 
inkişafında tərcümə ədəbiyyatı böyük əhəmiyyət kəsb edir. Tərcümə ədəbiyyatı 
vasitəsilə xalqlar bir-birinin həyat və  məişət tərzini, adət və  ənənələrini, 
psixologiyasını, mədəni tərəqqisini, inkişafını və mübarizə tarixini öyrənir. Bu 
eyni zamanda milli ədəbiyyatların qarşılıqlı inkişafına təsir göstərir. 
Azərbaycan uşaq ədəbiyyatı rus və dünya ədəbiyyatının ən qabaqcıl  təc-
rübələrini  əxz etməklə daha da zənginləşir. Müasir dövrdə Azərbaycan uşaq 
ədəbiyyatının yayılması  və  təbliğində biblioqrafik informasiya mənbələrinin 
rolu əvəzsizdir. Biblioqrafiya sənəd-kommunikasiyaları sistemində vasitəçilər-
dən biri olmaqla uşaq ədəbiyyatının mövcudluğu, tərkibi, forma və məzmunu 
haqqında cəmiyyət üzvlərinə biblioqrafik informasiya çatdırır. Biblioqrafiya 
öhdəsinə düşən bu mühüm funksiyanı müxtəlif formalarda təzahür edən biblio-
qrafik informasiya vasitəsilə həyata keçirir. Biblioqrafik informasiyanın cəmiy-
yətdə zahiri təzahür formasının əsasını vəsaitlər təşkil edir. Uşaq  ədəbiyyatını 
özündə əks etdirən biblioqrafik vəsaitlər həm ümumi,  xüsusi  və şəxsi biblio-
qrafik mənbələr şəklində mövcuddur. Eyni zamanda  bu biblioqrafik mənbələr 
oxucu və məqsəd istiqamətinə görə tövsiyə və elmi-köməkçi xarakterli vəsait-
lərdir. Uşaq ədəbiyyatına dair biblioqrafik informasiyaya  olan tələbatın ödənil-
məsində mühüm rol oynayan bu vəsaitlər Respublika Dövlət Kitab Palatası, 
M.F.Axundov adına  Milli Kitabxana  və F.B.Köçərli adına Respublika Dövlət 
Uşaq Kitabxanası tərəfindən tərtib edilib nəşr edilmişdir. 
Bu mərkəzlər içərisində respublikamızda uşaq  ədəbiyyatının təbliğində, 
uşaq mütaliəsinə rəhbərlikdə, uşaqları düşündürən və maraqlandıran məsələlərə 
dair tədbirlərin təşkili və keçirilməsində    F.Köçərli adına Respublika Dövlət 
Uşaq Kitabxanası mühüm rol oynayır. Respublika Uşaq Kitabxanası  uşaq 
ədəbiyyatının tövsiyə biblioqrafiyasının mərkəzi hesab olunur. Kitabxana 
fəaliyyətə başladıqdan sonra onun biblioqrafik fəaliyyəti genişlənmiş  və 
müxtəlif yaşlı  məktəblilər üçün tövsiyə vasaitləri buraxmağa başlamışdır. 
Müxtəlif yaş  dərəcəsinə malik olan şagirdlərin sinifdən xaric mütaliəsinə 
rəhbərlikdə tövsiyə biblioqrafik vəsaitlərinin əhəmiyyəti olduqca çoxdur. 
Müasir dövrdə Azərbaycan uşaq  ədəbiyyatının  yayılması və təsir dairəsi 
genişlənmiş  və artmışdır. Ölkəmizin xarici ölkələrlə qarşılıqlı  mədəni  əlaqəsi 
 
159


uşaq  ədəbiyyatının zənginləşməsi üçün zəmin yaratmışdır. Eyni zamanda 
müasir dövrdə 
cəmiyyətin informasiyalaşdırılmasında informasiya 
texnologiyalarının geniş  tətbiqi elə bir zirvəyə qalxmışdır ki, kompüter və 
internet vasitəsilə yer üzərində yaşayan bütün xalqların həyat tərzi  ilə gündəlik 
tanış olmaq mümkündür. Müasir gənclik bəşəriyyətin sivil inkişafını 
öyrənməli, öz  xalqının yaratmış olduğu mənəvi sərvəti də dünyaya yaymağı 
bacarmalıdır. Bu işdə uşaq ədəbiyyatı ən mühüm vasitələrdən biridir. 
 

Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin