Ekoloji xarakterli fövqəladə hallar


Biosferin dəyişiklikləri ilə əlaqədar Fövqəladə Hallar



Yüklə 42,58 Kb.
səhifə6/6
tarix25.04.2023
ölçüsü42,58 Kb.
#102168
1   2   3   4   5   6
489849206-Ekoloji-xarakterli-fovqəladə-hallar-2-docx

Biosferin dəyişiklikləri ilə əlaqədar Fövqəladə Hallar:

  • Yaşayış mühitinin dəyişikliklərinə həssas növlərin (bitkilərin, heyvanların) itirilməsi;

  • Böyük ərazilərdə bitki örtüyünün məhvi;

  • Biosferin bərpa olunan ehtiyatlarının reproduksiyası üçün biosferin imkanlarının kəskin dəyişməsi;

  • Heyvanların kütləvi ölümü.

Biosferdə baş verən disharmoniya həm birki, həm heyvanat aləmində və həm də insanların sağlamlıq vəziyyətində öz əksini tapır. Ətraf təbii mühitin çirklənməsinin nəticələri insanın fiziki sağlamlıgına, onun sinir və psixi vəziyyətinə, gələcək nəsillərin sağlamlığına təsir edir. Çirkləndirici maddələr torpağa, atmosferə, su hövzələrinə ,buradan bitki və heyvan toxumalarına və qida zənciri vasitəsi ilə insan orqanizminə düşür. Toksiki maddələr mutasiyaların miqdarını artırır, anadangəlmə və irsi anomaliyalara səbəb olur. Dünyanın müxtəlif regionlarında aparılan tədqiqatların nəticələrini müqayisə etdikdə, məlum olmuşdur ki, xərçəng xəstəliklərinin 80%-i məhz kimyəvi çirklənmə ilə əlaqədardır.
Təbii növ müxtəlifliyinin itirilməsi. Heyvanların və bitkilərin çox hissəsi meşə biosenozlarındadır. Əgər 1500 il əvvəl onlar planetin 7 milyard hektar sahəsini əhatə edirdisə, bu gün bu 4 milyard hektardır. Əsasən, planetin 80 % bitki növünü özündə yaşadan tropik meşələr vəhşicəsinə məhv edilir. Tropik meşələrin əsas hissəsi zəif inkişaf etmiş ölkələrin payına düşür. Həmin ölkələr üçün qazanc mənbəyi qiymətli vasitə olan ağac növlərinin satılmasıdır. Tropik meşələr planetin quru hissəsinin 7 %-inə qədər azalmışdır, əgər bu davam edərsə o zaman 2030-cu ilə qədər onların yalnız 1/4 hissəsi qalacaq.
Rusiyanın mərkəzi hissəsində iynəyarpaqlı meşələr demək olar ki, məhv edilmişdir. Meşələrin məhvi ilə iqlim dəyişir, torpaq deqradasiyaya uğrayır, çaylar məhv olur, bitki örtüyü və heyvanlar məhv olur. Meşələrin məhvi ilə hər il minlərlə bitki növü həmişəlik olaraq itirilir, 20 minə qədər çiçək növü, 300-ə qədər məməli növü, 350 quş növü yox olmaq həddinə çatıb. Hər bir bitki növünün məhvi onunla ekoloji əlaqədar olan 5-dən 35-ə qədər heyvan növünün məhvinə səbəb olur.Hər il Avropada 300 milyona qədər miqrasiya edən və qışlayan quş məhv olur. Bitkilərin müxtəlifliyi insanların sağlamlığı üçün də mühümdür. Dərman maddələrinin böyük hissəsi yabanı bitkilərdən alınır. 1960-cı illərdə leykemiya xəstəliyinə tutulmuş uşaqların yalnız 20%-i sağalırdısa, hal-hazırda Mərakeşin tropik meşələrində bitən yabanı bitki növündən alınan aktiv maddələrlən hazırlanan dərman vasitələri ilə bu xəstəliyə məruz qalmış uşaqların 80%-ni müalicə etmək mümkün olmuşdur.
İnsanın düşünülməmiş təsərrüfat fəaliyyəti su hövzələrinin ağir metal—civə, qurğuşun, həmçinin mis və sink duzları ilə zəhərlənməsinə səbəb olur. Bu maddələr suyun dibindəki çöküntülərdə, balıq toxumalarında toplanaraq, qida zənciri ilə insan orqanizminə düşür və ağır zəhərlənməyə səbəb olur.Balıqların kütləvi qırılmasına səbəb olan faktorlardan biri də elektrik stansiyalarının dambalarının tikilməsidir. Bəzi balıq növləri kürü tökmək üçün minlərlə kilometr okeanlara tərəf üzürlər, lakin həmin manelərə çatdıqda kürünü tökərək, sahilə atılır və məhv olurlar. Volqa çayı əvvəllər mənbədən sona qədər 50 günə çatırdı, indi isə-2 ilə çatır. Bu müddəm ərzində su lillənir, çürüyür, parazitlər artıb çoxalır, bunlar da balıqları zəiflədib məhv edir, eyni zamanda intensiv aparılan balıq və mollyusk ovu da ekosistemləri pozur.
Növlərin itirilməsi—biosfer üçün əvəzsiz itkidir, bəşəriyyət üçün isə real təhlükədir.Növ müxtəlifliyini itirməklə, biz gələcəyimizi itiririk.Hal-hazırda flora və faunanın nadir və itmək üzrə olan növlərini qoruyub saxlamaq üçün beynəlxalq proqram fəaliyyət göstərir.Ekoloji təhlükəsizlik tədbirlərinə riayət edilməsinə ehtiyac olduğu bir dövrdə hər bir ölkədə və beynəlxalq səviyyədə bu məsələ ciddi müzakirə olunmalıdır, çünki, ekoloji fəlakətlər böyük əraziləri əhatə edir və genişmiqyaslı olur, iqtisadiyyata küllü miqdarda zərər verir və minlərlə, milyonlarla adamın məhvinə səbəb olur. 
Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin