Ekoloji xarakterli fövqəladə hallar



Yüklə 42,58 Kb.
səhifə4/6
tarix25.04.2023
ölçüsü42,58 Kb.
#102168
1   2   3   4   5   6
489849206-Ekoloji-xarakterli-fovqəladə-hallar-2-docx

Səhralaşma. İnsan tarix boyu 1 mlrd. hektardan artıq məhsuldar torpağı səhraya çevirmişdir. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Hazırda planetimizdə qlobal miqyasda meşəsizləşdirmə baş verir. Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin dəyişməsinə, bitki örtüyünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir.Meşəsizləşdirmə karbon qazının udulmasını pisləşdirir, atmosferin kimyəvi tərkibinə təsir göstərir, biosferin davamlılığını aşağı salır, daşqınların, sellərin, tozlu tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir. Səhralaşma prosesində hədsiz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır.Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də səhralaşma prosesi baş verir. Bu əsasən suvarma ilə əlaqədardır.Səhralaşma torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da baş verir. Abşeron yarımadasında belə səhralaşmış torpaqlar mövcuddur.
Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km2 genişlənir.Hazırda pozulmayan (təbii) ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır.
Torpaq insan sağlamlığı.Torpaqda yaşayan mikroorqanizmlərin əksəriyyəti saprofaqlar olub,insan və heyvan orqanizmlərinə ziyan yetirmir.Bununla yanaşı, torpaqda yoluxucu xəstəliklər törədən mikroorqanizmlər də yaşayır. Onlardan bəziləri (əsasən torpağın daimi sakinləri) spor-sıx qişa əmələ gətirir, bu, onları xarici mühitin müxtəlif əlverişsiz təsirlərinə (yüksək temperatura, qurumağa, təzyiqə,) qarşı davamlılığını təmin edir.Bunlara sibir xorası, qazlı qanqrena, tetanus, botilizm kimi təhlükəli yoluxucu xəstəliklər aiddir.İnsanın və heyvanın ən təhlükəli xəstəliklərindən biri sibir xorası sayılır.
Sibir xorası törədicisi – sibir xorası çöpləri xəstə heyvanların sidiyi və nəcisi ilə torpağa düşərək, ətrafında spor əmələ gətirir və bu halda torpaqda ,xüsusən şabalıdı və qara qala torpaqlarda illər boyu qala bilir. Heyvanlar bu çöplə çirklənmiş yemlə qidalandıqda sibir xorası xəstəliyinə tutulur.İnsan bir qayda olaraq xəstə və ya ölmüş heyvanlarla təmasda olduqda xəstə heyvanların məhsulu və xammalı (ət, yun, dəri) vasitəsilə, həmçinin torpaqla bilavasitə əlaqəsi olduqda sibir xorası xəstəliyinə tutulur.
İnsan üçün müxtəlif coğrafi rayonların torpaqlarında aşkar edilən tetanus çöpləri də təhlükə yaradır. İnsanın bu xəstəliyə yoluxması zədələnmiş dərinin torpaqla təmasından baş verir.
Ağır ərzaq (qida) zəhərləyicisi – botulizmin törədicisi tərəvəz, giləmeyvə, meyvə, balıq, göbələk və digər məhsullara düşdükdə, əlverişli anaerob şəraitdə spor halından toksin (zəhər) əmələ gətirən vegetativ formaya çevrilir. İnsan və heyvan orqanizminə təsir gücünə görə bu toksin bütün digər bakterioloji və kimyəvi zəhərləri geridə qoyur. Torpaqda müvəqqəti yaşayan mikroorqanizmlərdən- qarın yatalağı, paratif, dizenteriya , xolera, brüselloz, tulyaremiya, taun, göy öskürək xəstəliklərinin törədiciləri böyük qrup təşkil edir.
Helmintozlar. Bu xəstəliyin yayılmasında torpaq böyük rol oynayır. Bu, orqanizmə parazit bağırsaq qurdlarının – helmintlərin düşməsi ilə baş verir. Helmintlərin (askaridlər, tükbaş) inkişaf mərhələsindən biri (yumurtanın yetişməsi) torpaqda keçir. Yetişmiş yumurtalar insan orqanizminə çirkli əllərlə, çirklənmiş tərəvəz, giləmeyvə və su ilə düşə bilər. Bəzi helmintlərinin yumurtaları torpaqdan iri buynuzlu mal-qaranın yeminə düşür. Heyvanların bağırsağında onlar sürfələrə çevrilərək, qanın hərəkəti ilə bədənin hər yerinə yayılır və əsasən əzələ toxumalarında toplanır. İnsan xəstə inəklərin ətindən kifayət dərəcədə bişirilməmiş halda istifadə edərsə, xəstəliyə yoluxa bilər.
Mikroelementlər. İnsanın sağlamlığına torpağın kimyəvi tərkibi də təsir göstərə bilər.Mikroelementlər insan orqanizminə torpaq–bitki–heyvan orqanizmi sxemi üzrə bitki və heyvan qidası ilə, qismən su ilə daxil olur. Bitki və heyvan orqanizmlərinin mikroelementlərlə təmin olunması, torpaqda onların miqdarından asılıdır. Torpaqda mikroelementlərin çatışmazlığı və izafi miqdarda olması yalnız otyeyən heyvanların deyil, həm də ətyeyən (yırtıcı) heyvanların, həmçinin insan orqanizmində onların çatışmazlığına və izafiliyinə səbəb olur. Mikroelementlərin çatışmazlığı və izafiliyi ilə əlaqədar baş verən xəstəliklər endem (yun. endemos – yerli) xəstəliklər adlanır.Torpaqda yodun səviyyəsinin aşağı olması onun miqdarının bitkidə, yeraltı sularda və bunun nəticəsində əhalinin rasionunda da azalmasına səbəb olur. Yodun çatışmazlığı endokrin sistemi xəstəliyinə səbəb ola bilər. İçməli suda və qidada stronsiumun izafi, kalsiumun isə çatışmazlığı bəzi yoluxucu xəstəliklərə səbəb ola bilər.Torpaqda və suda flüorun çatışmazlığı kariyesə səbəb olur. İçməli suyun tərkibində flüorun miqdarı 1,5 mq/l-dən artıq olarsa, insanın və heyvanların dişləri «ləkəli emalla» zədələnir. Belə xəstəlik zamanı çox vaxt dayaq-hərəkət aparatı da zədələnir.

Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin