mədəniyyəti adı ilə məşhurdur. Bu mədəniyyətin izləri ilk dəfə
İ.M.Cəfərzadə tərəfindən Cəlilabad rayonundakı Uzuntəpə adlı yerdə aşkar
edilmişdir. Muğan mədəniyyətinin əsas səciyyəvi xüsusiyyətləri silah
nümunələrində - tunc və dəmirdən düzəldilmiş müxtəlif ölçülü qılınc və
xəncərlərdə əks olunmuşdur. Qılıncların özünəməxsus dəstəkləri vardır.
Yuxarı hissədə onlar yanlara əyilmiş dairəvi formaya malik olub, tiyələri
84
uzun və itidir. Xəncərlər eyni zamanda yastı tiyəli olub, kəsmə həndəsi
naxışlarla bəzədilmişdir. Bu xəncərlər Qızılvəng, Talış, Xocalı-Gədəbəy,
Mingəçevir və başqa yerlərdən tapılan xəncərlərlə oxşardırlar. Muğan
mədəniyyətinin bəzək nümunələri tunc bilərzik və üzüklərdən, eləcə də
müxtəlif minerallardan düzəldilmiş muncuqlardan ibarətdir. Saxsı
məmulatına qara və qırmızı rəngli qablar daxildir. Bu qablar bəzi
əlamətlərinə görə Naxçıvan və Xocalı-Gədəbəy mədəniyyətinin gil qabları ilə
oxşardırlar.
İ.M.Cəfərzadə Muğan mədəniyyətini e.ə. VIII-VII əsrlərə aid edir.
85
VI HİSSƏ. ANTİK DÖVR
VIII FƏSİL
QAFQAZIN ANTİK DÖVR ARXEOLOJİ ABİDƏLƏRİ
1. Qafqazda antik dövr arxeoloji abidələrinin xüsusiyyətləri
Qafqazda erkən dövlət qurumlarının formalaşması e.ə. X-IX və e.ə.V-
IV əsrləri əhatə edir. Bir çox alimlər e.ə. IV əsri cəmiyyətdə ən vacib ciddi
sosial dəyişikliklərin baş verdiyi bir dövr kimi dəyərləndirirlər.
Urartu dövləti haqqında yazılı tarixi mənbələr arasında Aşşur
əlyazmaları, məktublar, həmçinin Urartu mətnləri - heroqlifləri və cızma
yazılar əsas yerlərdən birini tutur. Bir çox hallarda bu yazılar qələbələr
haqqında məlumat verən qısa xəbərlər şəklindədir. Bəzən isə döyüşdən əldə
olunmuş qənimət geniş təsvir olunur. Lakin başlıca mənbə sözsüz ki,
arxeoloji materiallardır. Arxeoloji tədqiqatlar Qərbi Azərbaycan və Türkiyə
ərazisində Van gölü ətrafında aparılmışdır - (Topraqqala, Altıntəpə, Karmir-
blur, Arinberd, Armavir qazıntıları). Urartu dövlətinin mövcud olduğu dövr
Cənubi Qafqaz regionunda şəhərsalma prosesinin başlanğıc mərhələsi ilə üst-
üstə düşür. Sinfi cəmiyyətin formalaşması və dövlətçilik ənənələrinin təbii
nəticəsi kimi şəhərlərin salınması xüsusi sosial orqanizm sayılır və yeni tip
yaşayış məskəni kimi qəbul olunur.
B.e.ə. I minillikdə Azərbaycanın qədim ərazilərindən biri olan İrəvan
mahalı yaxınlığında, Göyçə gölü ərazisində, Qədim Şərq tipli ilk quldarlıq
dövləti olan, etnik tərkibi etibarilə müxtəlif tayfaları birləşdirən Urartu
yaranır. Urartu abidələri hələ keçən əsrdən alimlərin diqqətini cəlb etmişdir.
XIX əsrin ortalarında Göyçə gölü sahilində yüksək qayalıqda b.e. əvvəl VIII
əsrdə yaşamış I Rusanun əmri ilə yazılmış ilk epiqrafik abidə aşkar
edilmişdir. Sonralar Karmir-Blur (qırmızı daşlar) təpəsindən gil plitə tapılmış
və həmin plitə üzərində son Urartu padşahlarından birinin adı yazılmışdır. Bu
sahədə aparılan axtarışlar nəticəsində əsası II Rusa tərəfindən qoyulmuş
(təxminən e.ə. 675-650-ci illərdə) Teyşebaini şəhərinin xarabalığı aşkar
olundu.
1936-cı ildən Tarixi Abidələrin Mühafizə Komitəsi (Ermənistan SSR)
tərəfindən abidədə sistemli şəkildə (22 mövsümdə) arxeoloji qazıntı işləri
aparılmışdır (1942-1944-cü illərdə abidədə qazıntı işləri dayandırılmışdır).
Bu şəhərin mərkəzi hissəsi 4 hektara yaxın olub, ətrafına daş və
möhrədən qala divarları çəkilmişdir. Narınqalanın divarları ətrafında eyni
növ daşlardan tikilmiş (evlərdən ibarət) məhəllələr yerləşirdi. Narınqalada
canişinin saray kompleksinin qalıqları aşkar edilmişdir.
86
Çiy kərpicdən tikilmiş bu saray bir qədər yüksəklikdə salınmaqla
yüzdən çox otağı əhatə edir. Sarayın zirzəmisi daha yaxşı qalmışdır. Bu
hissədən Urartu incəsənətinin ən yaxşı nümunələri əldə olunmuşdur. Buradan
dekorativ bəzək rolunu oynamış öküz və şir təsvirləri, hökmdar Arqişiti və
Sardurinin padşahlarının tunc qalxanları, metal dəbilqə, üzərində atlı
barelyefi təsvir edilmiş zirehli geyim və s. aşkar edilmişdir. Dəbilqənin
birinin üzərində yazılmışdır: "Xalq allahına, hökmdara, Arqişitinin oğlu
Sardura həyat naminə bəxş etmişdir". Bu dəbilqə üzərində müqəddəs həyat
ağacları, ağacların ətrafında isə buynuzlu dəbilqə geyimli allahlar, onların
ardınca isə atlı hərbçi və döyüş arabaları təsvir edilmişdir. Qalanın
zirzəmisindən üzərində yazısı olan çoxlu sayda tunc piyalələr tapılmışdır.
Başqa əşyalarla yanaşı, zirzəminin içərisində üzərində mixi yazıları olan
xeyli gil lövhəciklərə də rast gəlinmişdir.
Bu şəhər hərbi, inzibati mərkəz olmaqla yanaşı, həm də təsərrüfat
mərkəzi idi. Buradakı evlərin döşəmələrinin altında yerləşdirilmiş iri
küplərdə buğda, arpa, meyvə, şərab və s. ehtiyat məhsulları saxlanılırdı.
Zirzəmidə oraq, çəkic, dən daşları, kirkirələr və digər kənd təsərrüfatı əşyaları
aşkar edilmişdir.
Qalanın ətrafında əhalinin həyat tərzini özündə əks etdirən icma evləri
də tapılmışdır. Yaşayış mənzilləri iki və üç otaqdan ibarət olmuşdur.
Qoyunbaşı formalı toqqa bəndlərinə, yarımşar şəkilli muncuqlara, skif tipli
ox ucluqlarına, Teyşebani şəhərində skiflərə aid əşyalara - at bəzəklərinə də
təsadüf olunmuşdur. Göyçə gölü ətrafında Urartu dövlətinə məxsus daha iki
yaşayış məskəni öyrənilmişdir. Onlardan biri gölün cənub sahilində, digəri
isə Yeni Bayazid şəhəri yaxınlığında yerləşir.
Evlərdə içəri tərəfdən qoyulmuş ağac sütunlar tavanı saxlayırdı.
Evlərin digər hissələri bağlı həyəti xatırladırdı. Ev əşyaları əsasən gil
qablardan, sümükdən və ağacdan hazırlanmış qaşıq, çömçə və qutulardan
ibarət olmuşdur. Şəhərin Narınqala hissəsindən kənarda aşkar edilmiş yaşayış
mənzillərində sənətkarların, hərbçilərin və quşların yaşadıqları ehtimal edilir.
E. ə. 783-cü ildə Argiştinin dövründə Erebuni şəhəri salınmışdır.
İrəvan şəhərinin yaxınlığında yerləşən Erebuni xarabalığından həmin şəhərin
Menuanın oğlu Argiştin tərəfindən salındığını xəbər verən yazı tapılmışdır.
Erebunidə aparılan qazıntı işləri zamanı b.e.ə. I minillikdə Urartu dövlətində
əhalinin iqtisadi, ictimai və mədəni səviyyəsini öyrənmək üçün zəngin maddi
mədəniyyət qalıqları aşkar edilmişdir.
E.ə. IX əsrdə Urartunun paytaxtı - Tuşpa (Van şəhəri) salınmışdır. E.ə.
VII-VI əsrlərdə Urartu dövlətinin süqutu ilə adı çəkilən şəhərlər tamamilə
məhv olmuşdular. Arxeoloji materiallar əsasında bu dövrə aid bir neçə
yaşayış məskəni növü müəyyən olunmuşdur.
Şəhərsalmanın 3 tipi aparıcı xarakterli idi:
87
1)
inzibati-təsərrüfat mərkəzi;
2)
dini mərkəz (Müsasir);
3)
dövlət qalaları və yalnız yazılı mənbələrə əsasən kənd tipli yaşayış
məskənləri.
Zərnakitəpə yaxınlığında yerləşən Urartu şəhərinin planı detallı
şəkildə tədqiq olunmuşdur. Tədqiqatlar göstərir ki, küçələrin düzbucaq
altında kəsişməsi nəticəsində şəhərin ərazisi kvadratlara bölünürdü ki, bu
kvadratlarda da yaşayış evləri yerləşirdi. Kəsişmə nöqtələri böyük bazalt
daşlarla fiksə edilirdi. 30 hektardan 200 hektara qədər ərazisi olan şəhərlər
yüksək təpələrin yamaclarında salınırdı. Təpənin zirvəsində isə qalalar inşa
olunurdu. Bəzən bir şəhərin iki qalası olurdu. Qala daxilində saraylar,
məbədlər, təsərrüfat xarakterli tikililər olurdu. Qalaların inşası bütöv
memarlıq kompleksi şəklində aparılırdı. Urartu qalalarından Van gölü
ətrafında yerləşən Çavuştəpə və Ələkbərd daha məşhurdur. Şəhər
istehkamları təbii sədlər olan yerlərdə salınırdı. Müdafiə səddləri 1, 2, bəzən
isə 3 sıra istehkam divarlarından ibarət olurdu.
Urartu sarayları müxtəlif memarlıq planlarına malik idilər. Tikinti
qaya səthinin hamarlaşdırılmasından başlayırdı. Qaya səthi çox vaxt çıxıntılı
şəkildə işlənirdi. Otaqların döşəmələri buna görə eyni səviyyədə deyildi.
Otaqlar pilləkənlərlə əlaqələndirilirdi. Divarlar qaya səthində inşa edilirdi.
Divarların qalınlığı adətən 2 m-dən 5 m-ə qədər idi. Evlərin divarları 1 m,
saray divarları 3,5 m qalınlığında olurdu. Divarların ümumi hündürlüyü 4 m
idi. Müxtəlif ölçülü çiy kərpiclərdən istifadə olunurdu (düzbucaqlı və kvadrat
formalı). İnşaatda tikinti zamanı ağac materialından da istifadə olunurdu.
Ağacdan əsasən dam örtüyü hazırlanırdı. Bəzən evlərin arxa divarları metal
qalxanlarla, saray və məbədlərin daxili isə (interyeri) rəsmlərlə bəzədilirdi.
Urartu iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Urartu
hökmdarlarının siyasəti dövlət ərazisinin təsərrüfat baxımından tam
mənimsənilməsinə yönəlmişdi. Bu işdə əsas rolu irriqasiya sisteminin inkişafı
oynayırdı. Kanal, süni arx və süni su anbarlarının qalıqlarına bir sıra Urartu
abidələrində rast gəlinir. Onlardan biri Tuşpa yaxınlığındakı Şamirap
şahzadənin inşa etdiyi kanal hələ də fəaliyyət göstərir. Kənd təsərrüfatında
müxtəlif növ dənli bitkilərin becərilməsi başlıca rol oynayırdı. Arxeoloqların
hesablamalarına görə, Teyşebani sarayının anbarlarında 750 ton buğda
saxlanılırdı. Sənətkarlığın müxtəlif sahələri inkişaf etdirilirdi. Əsas əmək
alətləri dəmirdən idi. Urartuluların silahları arxeoloji tapıntılar və Aşşur
relyefləri əsasında öyrənilib.
Urartu tarixinin öyrənilməsində e.ə. IX əsrə aid III Salmanasarın
Balavat darvazaları relyefindəki Urartu döyüşçülərinin təsvirləri əsas rol
oynayır. Urartuluların silahları nizə, döyüş baltalarından, qılınc, xəncər və
oxlardan ibarət idi. Saxsı əsasən dulus çarxlarında hazırlanırdı. Monumental
88
relyeflərdə Urartu allahlarının təsvirləri verilmişdir. Burada Teyşeba Allahı
müqəddəs ağaclar arasında öküz üzərində oturmuş vəziyyətdə təsvir
olunmuşdur. Bu dövrdə xatəmkarlıq geniş yayılmışdı. Divar rəsmləri də
geniş vüsət almışdı. Bu rəsmlər qədim Ön Asiya monumental rəsmləri
dairəsinə aid edilir. Onlar Aşşur təsvirlərinə daha yaxındırlar. Bu rəsmlər
üçün şərtilik və ənənəvilik xarakterikdir. Belə ki, canlıların və bitkilərin
təsvir olunmasında konkret ənənəvi üsul və alətlərdən istifadə olunurdu.
Daha çox allahların, hökmdarların, dini ayinlərin təsvirləri geniş yayılmışdı.
Təsvirlər simvolik xarakterli idi. Tətbiqi incəsənət də inkişaf etdirilirdi. Bu
sənət nümunələrindən taxt başlıqlarını bəzəyən tunc, qızılı (əfsanəvi məxluq)
fiqurları misal göstərmək olar. Fantastik məxluqlar özlərində quş, öküz, şir və
insan hissələrini birləşdirirdi. Ümumilikdə, Urartu mədəniyyətini qədim Ön
Asiya mədəniyyətinin bir hissəsi kimi səciyyələndirmək olar. Çünki ona aid
olan bütün səciyyəvi əlamətlər Urartu mədəniyyətində də müşahidə olunur.
2. İberiya. E.ə. III əsrdə müasir Gürcüstan ərazisində qədim Yunan-
Roma tarixçilərinin İberiya adlandırdıqları dövlət formalaşmışdı. Əhalisi
kartlardan ibarət idi. E.ə. I minilliyin I yarısı burada özünəməxsus erkən
dəmir dövrü mədəniyyəti meydana gəlməyə başlamışdır. Bu dövrə aid yazılı
mənbələr, demək olar ki, yoxdur. Arxeoloji mənbələr isə əksinə, əhəmiyyətli
məlumatlar verir. Onlar yaşayış məskənlərinin, həmçinin də nekropolların
tədqiqatı zamanı aşkar edilmişdi. Dövrün yaşayış məskənləri təpələrdə
salınırdı. Onlar əvvəlki yaşayış məskənlərinin yerində, lakin daha böyük
ölçülərdə inşa olunurdu. E.ə. II minillikdən e.ə VI əsrə qədər mövcud olmuş
protoşəhər tipli yaşayış məskəninin qazıntıları Tiflis şəhəri yaxınlığında
aparılmışdır. Belə yaşayış məskənləri Misxetidə də öyrənilib. E.ə. VI əsrdə
belə iri məskənlər süquta uğrayır və tədricən yoxa çıxır. Onların çoxunda
vəhşicəsinə dağıntıların və güclü yanğınların izləri qeydə alınıb. Belə
hadisələrin səbəblərini izah etmək çətindir. E.ə. I minillikdə yaşayış
məskənləri müdafiə məqsədi ilə yüksəkliklər şəklində inşa olunurdu. Bu
tikililərdə əsasən icma məbədləri və icma aristokratları məskunlaşmışdılar.
Müdafiə sistemi enli arxlar və daşdan, ağacdan, çiy kərpicdən tikilmiş
divarlardan
ibarət
idi.
Möhkəmləndirilmiş
divarlarla
yanaşı
möhkəmləndirilməmiş divar hissələri də var idi ki, burada icmanın sadə
əhalisi yaşayırdı. Həmçinin əsas yaşayış məskənindən bir qədər kənarda
sənətkar məhəllələri yerləşirdi. Bu məhəllələrin sakinləri bir, yaxud bir neçə
sənət növü ilə məşğul olurdular. Evlər nazik dam örtüklü, bir otaqlı qazmalar
şəklində idilər. Divarlar gil məhlulla örtülürdü. Hər bir evdə soba və onunla
yanaşı müxtəlif formalı alçaq qurbangahlar vardı. Qədim iberlərdə
dulusçuluq, metallurgiya, metalişləmə, zərgərlik sənəti inkişaf etmişdi. Əmək
alətləri və silahlar əsasən nekropolların qazıntıları zamanı tapılmışdı. Bu
89
dövrə aid qəbir abidələri toplu şəkildə, bəzən isə nazik daş lövhələrdən ibarət
olan daş qutular şəklindədirlər.
Beləliklə, e.ə. I minilliyin I yarısı Şərqi Gürcüstan ərazisində ilkin
icmadaxili münasibətlərin meydana gəldiyi, qalalarla əhatə olunmuş yeni
yaşayış məskənlərinin yayıldığı, cəmiyyətdə sosial və iqtisadi sinifləşmənin
formalaşdığı bir dövr kimi səciyyələnir və nekropolların tədqiqatları
nəticəsində araşdırılır.
E.ə. V əsrin sonları və IV əsrin I yarısı bu ərazilərdə yerli zadəganların
başçılıq etdiyi yeni ərazi-bölgü forması yayılmağa başlayır. Sinifli
cəmiyyətin və dövlətin formalaşması Əhəməni imperiyası ilə olan sıx
əlaqələr nəticəsində sürətlənmişdi. Görünür, İberiya tayfaları sözü gedən
imperiyadan asılı vəziyyətdə olmuşdular.
Kolxida tarixi haqqında məlumat verən və e.ə.IV-I əsrlərə aid olan
yazılı mənbələr çox da ətraflı deyil. Daha çox məlumatı Strabon, daha
sonralar
Klavdi
Ptolomeyin
əsərlərindən
almaq
olar.
Dövrün
xarakteristikasını verən arxeoloji materiallar Van və Eşer şəhərləri, həmçinin
nekropolların qazıntıları zamanı əldə olunmuşdur.
Eşer şəhəri sahəsi 4 hektar olan bu şəhər dənizdən 1 km məsafədə
yerləşən təpədə salınmışdır. Qazıntılar zamanı şəhər divarlarının və bir neçə
ictimai binanın qalıqları aşkar olunmuşdur. Əsas tikililər olan məbədlər
təpənin görünüşünə uyğun üçkünc formada, ətrafında divarlar ucaldılmış
şəkildə inşa olunmuşdu. Şimal hissədə e.ə. III əsrdə tikilmiş şəhər darvazaları
yerləşirdi. Belə güman etmək olar ki, bu şəhər məbəd mərkəzi idi. Məbəd
mərkəzinin qulluqçuları təpənin ətəyində, Rioni və Sulori çaylarının
qovşağında yaşayırdılar. Bu şəhərin istehkam divarları e.ə. II-I əsrlərdə
ucaldılmışdır. Müdafiə divarları düzbucaqlı formalı qüllələrlə işlənmişdi. E.ə.
III-I əsrlərdə təpənin zirvəsində daş platforma quruluşlu monumental
məbədgah ucaldılmışdır. Ellin dövrünə aid olan Kolxida şəhərinin inşasında
daş, çiy kərpic, ağac və çınqıldan istifadə olunmuşdur.
Şəhərin inşasında yunan arxitekturasının təsiri dekorativ sistemdə
müşahidə olunur. Ümumi quruluş isə ənənəvi olaraq saxlanılmışdı.
Qülləşəkilli məbədgahların tikintisi isə qədim Şərq ənənələri ilə bağlıdır.
Dövrün iqtisadiyyatın əsasını yenə də kənd təsərrüfatı təşkil edirdi. Xüsusi
yeri üzümçülük, şərabçılıq və bağçılıq tuturdu.
İqtisadi həyatın canlanmasında ellin aləmi ilə olan əlaqələr başlıca rol
oynayırdı. Bu əlaqələri Kolxida ərazisindən aşkarlanmış çoxsaylı Qieronun
staterləri, II Filip, II Aleksandr və III Filip Makedoniyalının tetradraxmları,
Lisimaxın qızıl və gümüş sikkələri təsdiqləyir. E.ə. II-I əsrdə Kolxidada
Lisimax staterlərinin oxşarı olan 1 sikkələri Kolxidkalar zərb edib və
dövriyyədə istifadə olunmuşdu.
90
E.ə. IV əsrdə Kolxida ellin aləminin ətraf dövlətlərinin əhatə dairəsinə
daxil olur. Siyasi, sosial sahələrdə öz müstəqilliyini qoruyub saxlamasına
baxmayaraq, o, ellin dövlətlərinin mədəni təsiri altına düşmüşdü. Ellin aləmi
ilə iqtisadi, siyasi və mədəni əlaqələr cəmiyyətin inkişafının sürətlənməsinə
təkan vermişdir.
E.ə. VI-I və e.ə. II-I əsrlədə Kolxidanın çox hissəsi Ponti çarlığının
tərkibinə qatıldı və e.ə. 63-cü ildə Romadan asılı vəziyyətə düşdü. Bizim
eranın ilk əsrlərində erkən yerli siyasi qurumlar formalaşmağa başlayır. Onlar
arasında əsas yeri, demək olar ki, bütün Qərbi Gürcüstanı Kolxidanı əhatə
edən Laz çarlığı tuturdu. Kolxidada romalılar tərəfindən inşa edilmiş
istehkam qalalarından biri - cənubda yerləşən Acarda sahəsi 5 hektar olan 18
qülləli və düzbucaq formalı monumental qala aşkar olunmuşdur. Kolxidadakı
Roma qalalarından ən geniş tədqiq olunanı hazırkı Piçunun yerində yerləşən
qədim Putiuntdur. Qazıntılar zamanı buradan çoxlu sayda müdafiə sədləri,
ictimai, dini binalar, yaşayış tikililəri aşkar olunmuşdur. Burada aşkar olunan
Roma qalalarının inşası e.ə. II əsrə aid edilir. Bu dövrdə Kolxida
iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Roma dənizsahili
mərkəzlərinin iqtisadi təsiri yalnız sahilboyu bölgələrdə hiss olunurdu.
Kolxidanın mərkəzində isə iber təsiri daha güclü idi. Geniş istifadə olunan
əmək alətləri - dəmir baltalar, əyri, orağabənzər bıçaqlar və dəmir xış bu
qəbildəndir. Silah kimi qılınc, xəncər, nizə ucluqları, döyüş baltalarından
istifadə olunurdu. Amforalar abidədə xüsusi rəngarəngliyi ilə (e.ə. II-III və
eramızın I əsrinə aid olan) seçilir.
Bəzək əşyaları kifayət qədər müxtəlif olub, əsasən qızıldan, tuncdan,
gümüşdən hazırlanırdı (e.ə. II-III əsrlər üçün daha səciyyəvidir). Qızıl bəzək
əşyaları əsasən üzüm salxımları formasında olan sırğalar, əyri ucluqlu
qolbağlar şəklindədirlər.
Abidədən əldə olunan geyim bəzəkləri və baş geyimləri xüsusi marağa
səbəb olur. Onlar arasında mürəkkəb quruluşlu, qızıl sancaqlar vardır ki,
onlar da rəngli daşlarla bəzədilir və üzərinə müxtəlif heyvan, quş təsvirləri
lehimlənirdi. Bu dövrün ən vacib hadisəsi Kolxidada tədricən xristianlığın
yayılması idi. Bununla bərabər, yerli dini inanclar və Roma qarnizonlarında
sırf yunan-Roma təsiri mövcud olmaqda davam edirdi. Xristianlığın ən iri
mərkəzi Pitiunt idi.
Beləliklə, e.ə. IV-III əsrlərdə meydana gəlmiş və eramızın ilk
əsrlərində çiçəklənmə dövrünü yaşayan İberiya şəhərləri ətraf təsərrüfat
bölgələrinin mərkəzləri kimi səciyyələnir və sözsüz ki, sənətkarlıq və
ticarətin də mərkəzi bu şəhərlər sayılırdı. Şəhərsalmada bir qayda olaraq ikili
sistem tətbiq olunmaqda idi. Belə ki, təbii təpədə narınqala və aşağı şəhər
(şəhristan), yuxarı hissədə isə əsas ictimai və dövlət binaları yerləşirdi.
91
2. Atropatena və Albaniya
Məlumdur ki, e.ə. IV əsrdə yunan-makedon istilaları zamanı Şərqin
siyasi xəritəsində əsaslı dəyişikliklər baş vermişdir. Bu zaman yaranmış yeni
dövlətlərdən biri də Atropatena idi. Atropatena indiki Cənubi Azərbaycandan
başqa, Mil-Muğan, Kaspiana və indiki Naxçıvan ərazisini əhatə edən
Basorped vilayətlərindən ibarət idi. Bizim eranın ərəfəsində Kaspiana
Albaniyanın tərkibinə qatılır. Arxeoloji kəşfiyyatlar nəticəsində Atropatena
dövlətinə aid bir neçə abidə aşkar olunmuşdur: Qaratəpə, Təzəkənd,
Qarakəbər-Mil düzündə, bir neçə abidə Muğan düzündə, Oğlanqala və
digərləri Naxçıvanda, Cənubi Azərbaycanda Kale-Zoxak, Kale-Çaxmaqlı,
Revaz qalası, Həsənqala və s.
Bu dövrün düzən əraziləri üçün möhkəmləndirilməmiş, o cümlədən
yüksəkliklərdə, müdafiə divarları ilə yaxşı müdafiə olunan yaşayış
məskənləri xarakterikdir. Yaşayış məskənləri dağ keçidlərində təbii sədləri
olan yerlərdə salınırdı, əlçatan yerlərdə qülləli divarlar tikilirdi. Qüllələr,
yapışdırıcı məhlul istifadə olunmadan, iri daş lövhələrdən inşa olunurdu. Mil
düzündəki Təzəkənd şəhəri iki arxla əhatə olunmuş təpədə yerləşirdi.
Arxeoloji kəşfiyyat zamanı daş sütunların özülü, Roma imperatoru Avqustun
adından kəsilmiş sikkə nominalı denarig tapılmışdır. 35 m qalınlığında olan
mədəni təbəqədən əsasən saxsı materiallar aşkar olunmuşdur. E.ə. IV - I
əsrlərdə bu şəhər yeri Paytakaran adlandırılır. Mil düzündəki digər şəhərdə -
Qalatəpədə eyni mənzərə müşahidə olunur. Tədqiqatçıların əlində olan saxsı
materiallara əsasən Atropatenada dulusçuluq sənətinin inkişaf mərhələlərini
izləmək mümkün olmuşdur. Mil düzündə, Talış, Muğan, Naxçıvan
ərazisindəki küp qəbirlərdən aşkar olunmuş mükəmməl dulusçuluq
məmulatları Atropatena dulusçularının yüksək ustalıq qabiliyyətindən xəbər
verir. Əsaslı şəkildə aparılmayan qazıntılar və maddi materialın azlığı
atropatenalıların məişəti, geyimi və bəzək əşyaları barədə konkret məlumat
almağa imkan vermir. Belə ki, az miqdarda, bir neçə üzük və qolbağdan
başqa elmə çox az materiallar məlumdur. Dəfnetmə mərasimi üsulları
haqqında Atropatenanın şimal ərazilərində tədqiq olunmuş küp qəbirlərə
əsaslanaraq məlumat vermək mümkündür. Atropatenada Parfiya
hökmdarlarının adından zərb olunan sikkələr Qotarzanın, II Vologezanın
sikkələri, həmçinin imperator II Avqustun denariləri dövriyyədə idi.
Albaniya. İlk dəfə albanların adı e.ə. IV əsrin son hadisələri ilə
əlaqədar yazılı mənbələrdə çəkilir. Makedoniyalı İsgəndərin yürüşləri zamanı
Albaniya sərhədləri hələ dəqiq deyildi. Yazılı mənbələr və arxeoloji
materiallara əsasən təxminən e.ə. I minillikdə Albaniyanın ərazisi Kür-Araz
ovalığını, Kür çayının aşağı və yuxarı axınlarını əhatə edirdi. Bizim eranın
əvvəllərində tərkibinə Dağıstan ərazisini də qataraq sərhədlərini Sulak çayına
92
qədər genişləndirmişdir. Dövrü səciyyələndirən arxeoloji materiallar
yetərincədir - onlar əsas etibarilə şəhər və nekropol qazıntılarının nəticələrini
özündə cəmləşdirir. Qazıntı işləri Qəbələ, Xınıslı, Şamaxı və bir sıra digər
yerlərdə aparılmışdı. Qafqaz Albaniyası tarixinin araşdırılmasında şəhərdaxili
nekropolların, Mingəçevirdəki qəbiristanlığın, Yaloylu-təpə qazıntılarının
xüsusi əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |